
1 minute read
GİRİŞ
MƏHSUL YIĞIMI ZAMANI, YIĞIMDAN ƏVVƏLKİ VƏ
Sonraki D Vrl Rd
Advertisement
G R L N L R N H M Yy T
Məhsul yığımı məhsulun keyfiyyətini qorumaq baxımından yüksək əhəmiyyət daşıyan təsərrüfat işlərindən biridir. Avropa fındığı (Corylus avellana L.) yetişdikdən sonra yerə tökülür, ona görə də məhsulu tez bir müddətdə yığmaq lazımdır ki, onun ləpəsində heç bir arzuolunmaz dəyişiklik yaranmasın.
Fındıq bağlarını idarə edərkən məhsul yığımını asanlaşdıran və yığım işlərinin iqtisadi dayanıqlığını təmin edən bütün amillər nəzərə alınmalıdır. Məhsulu sürətlə və effektiv şəkildə yığmaq üçün torpaq sahəsini yığım avadanlıqlarına uyğun şəkildə hazırlamaq lazımdır.
Fındıq meyvəsi mədəni sortdan və iqlim şəraitindən asılı olaraq qısa və ya uzun dövr ərzində tədricən yerə tökülür. Ona görə də meyvənin keyfiyyətini qorumaq, xüsusən də maili ərazilərdə iqlim şəraitinə görə yaranan məhsul itkisinin qarşısını almaq üçün yığım prosesinin bir neçə mərhələdə aparılması məsləhət görülür. .
Yığılmış fındığı tez bir müddətdə təmizləmək, qurutmaq və uyğun şəraitdə saxlamaq lazımdır. Saxlanma müddəti isə seçilmiş konservasiya (mühafizə) növündən asılı olaraq dəyişir.
Fermerlər istehsalın səmərəliyini təmin etməklə yanaşı məhsulun keyfiyyətini və kəmiyyətini qorumalıdırlar. Onlar yadda saxlamalıdırlar ki, məhsulun vaxtında yığılmaması və ya yığımdan sonrakı dövrdə fındığın düzgün müalicə olunmaması qarşıya qoyulan məqsədlərin və nəticələrin effektivliyinə ciddi şəkildə təsir edə bilər.
