
5 minute read
YIĞIMDAN ƏVVƏLKİ DÖVRDƏ GÖRÜLƏN
Şəkil 1.10 Halyomorpha halys: yetkin fərd (A), yumurtalar (B), nimfalar (C) (yetkin fərd və nimfalar, mənbə: Pansa, 2013; yumurtalar, mənbə: DISAFA Entomologiya,

Advertisement
L R

Məhsuldarlığın hesablanması (çiçəklərin və meyvələrin sayılması)
Fındıq bağlarında məhsuldarlığın qiymətləndirilməsi çətin ola bilər. Avropada yetişdirilən əsas sortlar müəyyən həmcinsliyə malik olan yabanı bitkilərdən seçilmiş mədəni sortlar hesab edilir. Bununla belə, akkreditə olunmuş tinglik təsərrüfatlarında çoxaldılan əkin materialları da həmcins olur, çünki onların fitosanitar statusu və sort eyniliyi təsdiqlənərək sertifikatlaşdırılır.
Təsərrüfatın müxtəlif bölmələrində (parsellərdə) nümunələrin çiçəyini və meyvələrini sayaraq erkən məhsuldarlığı hesablamaq olar. Bu məqsədlə nümunəgötürmə yerləri ilə bağlı geniş məlumatlar (məsələn, bağın yaşı, sort, əkin sıxlığı, məhsuldarlıq səviyyələri və s.) qeydə alınmalıdır. Nümunələri bağ sahibləri və ya yerli aqronomlar götürə bilərlər.
Hər bir nümunəgötürmə sahəsindən ən az 6 ağac təsadüfi olaraq seçilməlidir. Meyvə bağının perimetri boyunca yerləşən ağaclardan nümunə kimi istifadə etmək olmaz, çünki onlar xarici amillərin təsirinə məruz qalır və təsərrüfatın məhsuldarlığını özündə tam əks etdirmir.
Nümunəgötürmə sahəsi geniş/müxtəlif olarsa və ya həmin sahəyə qarışıq sortlar əkilərsə, müxtəlif istiqamətlərdə alt nümunələrin də götürülməsi məsləhət görülür. Belə nümunələrin götürülməsində əsas məqsəd meyvə bağının məhsuldarlığını daha ətraflı şəkildə qiymətləndirməkdir.
Aşağıdakı şəkillərdə 3 mədəni sortun yetişdirildiyi geniş nümunəgötürmə sahəsinin perimetri daxilində ən az 6 alt nümunə (Nümunə 1) və ya bir əsas mədəni sortun yetişdirildiyi meyvə bağında ən az 3 alt nümunə (Nümunə 2) götürülüb.
Bununla belə, əgər kiçik meyvə bağlarında çoxsaylı fındıq sortu yetişdirilərsə, hər sort üzrə alt nümunənin götürülməsi üçün ən az bir nöqtə seçmək olar (Nümunə 3).
NÜMUNƏ 3
•Kiçik meyvə bağı (9 ha
•3 əsas mədəni sort
•3 alt nümunəgötürmə sahəsi
Alt nümunənin götürülməsi üçün nəzərdə tutulmuş hər bir sahədə ən az 6 təsadüfi ağac seçilir. Belə sahələrin sayı fermerin nəzərdə tutduğu dəqiqlik dərəcəsindən asılı olaraq dəyişir. Beləliklə, seçilmiş sortların fərqli məhsuldarlıq səviyyələri yekun proqnozun verilməsi üçün nəzərə alınır.
Nümunənin götürülməsi üçün ağacları seçdikdən sonra məhsuldarlığın hesablanması məqsədilə iki yanaşma tətbiq edilir:
•Ağacın yaşı 5 ildən azdır: əgər ağac cavandırsa, məhsuldarlığın hesablanması bütöv ağac üzərində aparılır. Məhsuldarlığın yekun proqnozu mərhələsində isə ağacdakı sağlam fındıqların orta sayı müəyyən edilir və məhsuldarlıq hesablanır. Boyu 1,80 metrdən artıq olan ağaclarda nümunələrin götürülməsi çox yorucu ola bilər. Belə hallarda yaşı 5 ildən artıq olan ağaclar üçün nəzərdə tutulmuş hesablama prosedurası tətbiq edilir.
NÜMUNƏ 1
•Geniş meyvə bağı (22 ha)
•3 əsas mədəni sort
•6 alt nümunəgötürmə sahəsi
•Hər sahə üzrə 6 bitki
•Ağacın yaşı 5 ildən çoxdur: əgər ağac yetkindirsə, məhsuldarlığın hesablanması bir bütöv sağlam budağın üzərində aparılır. Bütöv budaq dedikdə gövdənin birinci səviyyəli budaqlarından fərqlənən ikinci və üçüncü səviyyəli budaqlar nəzərdə tutulur (Şəkil 2.1).
NÜMUNƏ 2
•Geniş meyvə bağı (22 ha)
•Bir əsas mədəni sort
•3 alt nümunəgötürmə sahəsi
•Hər sahə üzrə 6 bitki
Şəkil
2.səviyyə
3.səviyyə
1.səviyyə
(boz), ikinci səviyyə (qırmızı) və üçüncü səviyyə (yaşıl). Mavi ox işarəsi hesablamaya başlama nöqtəsini göstərir. Həmin başlama nöqtəsi boy atma dövründə növbəti nümunələrin götürülməsi üçün nişanlanır.
İşığın və kölgənin miqdarı ağacın hündürlüyündən və günəş işığının düşmə istiqamətindən asılı olaraq dəyişir və məhsuldarlığa təsir edir. Yuxarıdan aşağı istiqamətdə bütöv sağlam budaqdan nümunə götürməklə hündürlüyün təsiri də avtomatik olaraq nəzərə alınır. Məsələn, birinci seçilmiş ağacda hesablamanı cənuba tərəf baxan budağın üzərində, ikinci ağacda isə qərbə tərəf baxan budaq üzərində aparmaq olar. Bu strategiya şəkil 2.2-də sistemli şəkildə təsvir olunub.
2.Meyvə salxımlarının sayılması (May-İyun). Fındıq salxımları sayılır. Əgər fevral-mart aylarında çiçəklər sayılmayıbsa, nümunə budaq/ağac nişanlanır və eyni boy atma mövsümündə növbəti hesablamalar üçün istifadə edilir. Fındıq salxımını saymaqla daha etibarlı nəticə əldə etmək olar, çünki meyvənin sayılması gec şaxtaların məhsuldarlığa mənfi təsir etdiyi dövrdən sonrakı günlərə təsadüf edilir.
Şəkil 2.2. İstehsal potensialının hesablanması üçün budağın seçilməsi strategiyası. Nümunələr günəş işığının düşdüyü müxtəlif istiqamətlərdə götürülməlidir və hər seçilmiş ağacın bir budağından istifadə etmək lazımdır.

İstehsal potensialını meyvənin üç müxtəlif inkişaf mərhələsi üzrə qiymətləndirmək olar.
1.Çiçəklərin sayılması (Fevral-Mart). Fərqli rəng çalarlarında (açıq çəhrayı-açıq qəhvəyi) olan dişiciklərdən ibarət çiçəklər görünmə dərəcəsindən və dəqiq nümunəgötürmə tarixindən asılı olaraq sayılır. Çiçəkləri saydıqdan sonra həmin budaq işarələnir və eyni mövsüm ərzində növbəti hesablamalar üçün istifadə edilir.
Şəkil 2.3. Çiçəkləmə dövrünün sonunda müşahidə olunan dişi çiçəklər (Mənbə: AGRISERBIA).
Şəkil 2.4. İyun ayında fındıq salxımları (Mənbə: AGRISERBIA).
3.Fındığın tək-tək sayılması (iyulun ortalarından avqustun əvvəllərinə kimi). Məhsul yığımından qabaq fındığı tək-tək saymaqla bağın məhsuldarlığını dəqiq hesablamaq olar. Qeyd etmək lazımdır ki, meyvə tutumu mərhələsində ağacın meyvələri vaxtından əvvəl tökülə bilər. Bu prosesi hal-hazırda araşdırılır. Meyvənin vaxtından əvvəl tökülməsinə müxtəlif amillər, məsələn qida maddələrinin çatışmazlığı, mayın sonlarında/iyunun əvvəllərində hökm sürən kəskin hava şəraiti, bəzi mədəni sortlara yaranan genetik anormallıq, həşəratların kal meyvələri zədələməsi və s. səbəb ola bilər.
Şəkil 2.5. İyul ayında fındığın yetişməyə başlaması. Mənbə: AGRISERBIA.

Məhsul yığımı vaxtı və yığımdan sonrakı dövrdə görülən işlərin planlaşdırılması pula və vaxta qənaət baxımından böyük əhəmiyyət daşıyır. Yerə tökülmüş meyvələri vaxtında toplamaqla məhsulun keyfiyyətini qorumaq olar. Planlaşdırma ilə bağlı irəli sürülən əsas fərziyyələr məhsuldarlığın hesablanmasına və təsərrüfatda istifadə olunan tipik texnika və avadanlıqlara əsaslanır.
Məhsuldarlığın hesablanması (Şəkil 2.6). Keyfiyyətli tinglərin əkildiyi fındıq bağları dördüncü ildə məhsul verir və bağın məhsuldarlığı 10-12-ci ilə kimi artaraq növbəti illərdə sabitləşir.
Cədvəl 2.1. Texnika və avadanlıqlar (təsərrüfatın ölçüsünə əsaslanan 5 müxtəlif ssenari)
Birinci ssenari: 10 ha Y1Y2Y3Y4Y5Y6Y7Y8Y9Y10
Ümumi istehsal (ton) 00036811162125
Yığım maşını (yedəkli və ya quraşdırılmış) 1
Yığım maşını üçün treyler (lafet) 1
Mexaniki üfürücü aqreqat 1
Əllə idarə olunan üfürücü aqreqat 4
İkinci ssenari: 30 ha Y1Y2Y3Y4Y5Y6Y7Y8Y9Y10
Ümumi istehsal (ton) 0009172433486375
Yığım maşını (quraşdırılmış və ya özüyeriyən) 1
Yığım maşını üçün treyler (lafet) 1

Mexaniki üfürücü aqreqat 1
Əllə idarə olunan üfürücü aqreqat 4
Üçüncü ssenari: 100 ha Y1Y2Y3Y4Y5Y6Y7Y8Y9Y10
Ümumi istehsal (ton) 000305580110160210250
Özüyeriyən yığım maşını 1
Yığım
Şəkil 2.6. Tonda di Giffoni sortunun əkildiyi fındıq bağında məhsuldarlığın 10 ildən sonra tədricən artması
Texnika və avadanlıqlar. İşləri planlaşdırarkən aşağıdakı fərziyyələr nəzərə alınır:
•Texnikanın faydalı iş əmsalı: bir iş növbəsi ( 8 saatlıq iş rejimi) üzrə məlumatlar.
•Məhsul yığımı dövrü: 30 yığım günü.
•Yığım maşını: 100 hektarlıq bağın məhsulunu yığmaq üçün bir maşın, eləcə də hər yığım maşını üçün bir mexaniki üfürücü aqreqat və əllə idarə olunan 4 üfürücü aqreqat lazımdır.
•Treylerlər (lafetlər): hər yığım maşını üçün bir ədəd treyler (lafet) tələb olunur, lakin onların sayı və tutumu fermerin tətbiq etdiyi strategiyadan və logistika işlərinin təşkilindən asılı olur.
Planlaşdırmaya ən çox təsir edən amil təsərrüfatın ölçüsüdür (Cədvəl 2.1).
Təklif olunan bütün həll yolları şərti xarakter daşıyır və orta şərtlərə əsaslanır. Başqa sözlə desək, fermerlər müxtəlif parametrlərin (məsələn, boy atma, torpağın idarə olunması, orta dərəcəli hava şəraiti, iş prosesinin axını və strategiyası və s.) əsasında satınalma planı tərtib etməli və müvafiq texnikanı/avadanlıqları seçməlidirlər.
2.3.
Yığımdan əvvəlki dövrdə torpağın müxtəlif şəraitdə idarə olunması
Fındıq bağlarında cərgələrin arası satış üçün nəzərdə tutulmuş məhsul yığımından ən az bir il qabaq düzlənməli, torpaqda yaranmış çatlar və boşluqlar doldurulmalı və kiplənməlidir. Cərgələrin arası hamar və möhkəm olduqda məhsulu daha səmərəli şəkildə yığmaq mümkün olur, çünki operatorlar süpürücü avadanlığının hündürlüyünü tənzimləyərək maksimum faydalı iş əmsalını təmin edə bilirlər. Belə olduqda yığımdan sonrakı dövrdə görülən işlərin yükü və xərci də azalır, çünki yığılmış məhsul müxtəlif qırıntılarla və ya yad cisimlərlə çirklənmir.
Yığımdan əvvəlki dövrdə görülən işlər torpağın idarəetmə formasından asılı olaraq müəyyən edilir.
Təmiz və becərilmiş torpaq sahələri. Düzləndirmə, hamarlama və bərkitmə (kipləmə) işləri məhsul yığımından 30 gün qabaq həyata keçirilməli və torpaqda yaranmış bütün dəliklər və çatlar doldurulmalıdır, çünki dəliklərə düşmüş və ya qalaqlanmış fındığın nəmliyi artır və nəticə etibarilə müxtəlif keyfiyyət dəyişikliyi baş verir. Belə məhsulu mexaniki avadanlıqlarla və ya əllə yığmaq çətin olur.
Ot örtüyü ilə idarə olunan torpaq sahələri:
•Otla (çimlə) örtülmüş torpaqlar rotasiyalı otbiçən aqreqatlarla idarə olunur (il ərzində 3-4 müdaxilənin edilməsi vacibdir). Biçin işlərinin intervalı otun böyümə sürətinə əsasən təyin edilir. Məhsul yığımından qabaq müxtəlif otları doğrayıcı otbiçən aqreqatların köməyi ilə torpaq səviyyəsinə kimi doğramaq olar. Bu avadanlıqlar eyni zamanda yerə tökülmüş yarpaqları, puç meyvələri və xırda budaqları doğrayaraq məhsul yığımına əlverişli şərait yaradır.
•Əgər meyvə bağında heç bir maneə (məsələn, damla suvarma xətləri) yaranmayıbsa, yay aylarında cərgələrin arasını çarpaz mulçalama yolu ilə və ya diskli mulçalama aqreqatı ilə düzləndirmək olar.
•Mulçalama işləri yığım üçün istifadə olunan avadanlığın xüsusiyyətlərinə uyğun olaraq dəqiq və planlı şəkildə aparılmalıdır (bax: Fəsil 3).
•Torpaq münbit olarsa və ot örtüyü sürətlə artarsa, məhsul yığımından qabaq meyvə bağını herbisidlə müalicə etmək olar (Şəkil 2.7). Alaq otları orta və gecyetişən mədəni fındıq sortlarının yığımında çətinlik yarada bilər, çünki birinci və ikinci yığım mərhələlərinin arasında otu biçmək mümkün olmur.
