
10 minute read
MƏHSUL YIĞIMININ PLANLAŞDIRILMASINDA YARANAN ƏSAS
M S L L R
Əkin sxemi və
Advertisement
1.1. qarışıq sortlar
Mədəni sortun seçilməsi böyük əhəmiyyət daşıyır. Belə sortlar məhsulun yekun təyinatına və onun aqronomik xüsusiyyətlərinə (məsələn, məhsuldarlığına, müqavimətinə və ya dözümlüyünə və s.) əsasən seçilməlidir. Fındıq sortlarının əksəriyyəti emal sənayesi üçün nəzərdə tutulmuşdur, ona görə də texnoloji (orta ölçü, yumru forma, yüksək ləpə çıxımı və soyulma qabiliyyəti) və keyfiyyət (yaxşı dad) xüsusiyyətlərinə malik olan sortlara (məsələn, Tonda Gentile delle Langhe, Tonda di Giffoni, Tonda Gentile Romana, Cədvəl 1.1) üstünlük verilir.
Müxtəlif sortları seçərkən nəzərə alınmalı olan digər mühüm parametr isə iqlim şəraitidir. Hər bir mədəni sortun fenoloji xüsusiyyətləri, xüsusən də dişi və erkək çiçəklərin açıldığı dövrlər, tumurcuqlama və ləpə tutumu vaxtları əkin sahəsinin və qarışıq sortların seçilməsi zamanı nəzərə alınmalıdır. Belə xüsusiyyətlər tozlanmanın effektivliyi baxımından böyük əhəmiyyət daşıyır.

Cədvəl 1.1 Avropada yetişdirilən əsas mədəni sortların aqronomik və texnoloji xüsusiyyətləri
•Mənbəyi: Cənubi İtaliya (Kampaniya).
•Meyvəsi orta ölçüdədir (2.5-2.8 qram) və yumrudur (IR = 0.90).
•Hündür və möhkəmdir.
•Yarı-şaquli istiqamətdə boy atır.
Tonda di Giffoni
•Mövsümün ortalarından sonuna kimi (İtaliyada sentyabr ayında) yetişir.
•Məhsuldarlığı yüksəkdir.
•Qabığı asanlıqla soyulur: 80-90 %.
•Ləpə çıxımı yüksək səviyyədədir: 44-47 %.
•Mühitə asanlıqla uyğunlaşır.
•Mənbəyi: Şimal-Qərbi İtaliya (Pyemont).
•Meyvəsi orta ölçüdədir (2.2-2.4 qram) və üçbucaq-yumru formadadır (IR = 0.90).
•Hündür və möhkəmdir.
TondaGentiledelleLanghe syn. Tonda Gentile Trilobata
•Yarı-şaquli istiqamətdə boy atır.
•Erkən yetişir (İtaliyada avqust ayında).
•Məhsuldarlığı orta-aşağı səviyyədədir.
•Qabığı asanlıqla soyulur: 80-90 %.
•Ləpə çıxımı yüksək səviyyədədir: 44-48 %.
•Mənbəyi: Mərkəzi İtaliya (Latsio).
•Meyvəsi orta ölçüdə (2.5-2.7 qram) və yumru formadadır (IR = 0.95).
•Hündürlüyü və möhkəmliyi orta-aşağı səviyyədədir.
•Yarı-şaquli istiqamətdə boy atır.
TondaGentileRomana
•Meyvəsi mövsümün ortalarından sonuna kimi (İtaliyada sentyabr ayında) yetişir.
•Məhsuldarlığı orta-yüksək səviyyədədir.
•Qabığı orta dərəcədə soyulur: 50-60%.
•Ləpə çıxımı yüksək səviyyədədir: 44-48 %.
•Mənbəyi: İspaniya. Qərbi Avropada və ABŞ-da (Oreqon ştatında) yetişdirilir.
•Meyvəsi böyük ölçüdədir (3.8 qram) və yumru formadadır (IR = 0.91).
•Hündürlüyü və möhkəmliyi yüksək səviyyədədir.
•Yarı-şaquli istiqamətdə boy atır.
Barcelona syn. Fertile de Coutard
•Meyvəsi mövsümün ortalarından sonuna kimi (İtaliyada sentyabr ayında) yetişir.
•Məhsuldarlığı orta-yüksək səviyyədədir.
•Qabığı orta dərəcədə soyulur: 50%.
•Asanlıqla qaxsıya bilir.
•Ləpə çıxımı orta səviyyədədir 39-42 %.
•Mənbəyi: Mərkəzi və Cənubi İtaliya.
•Meyvəsi orta-böyük ölçüdədir (3.0-3.2 qram) və yumru formadadır (IR = 0.92).
•Hündürlüyü və möhkəmliyi orta-yüksək səviyyədədir.
Nocchione
•Budaqları açıq olur.
•Meyvəsi mövsümün ortalarında (İtaliyada sentyabr ayında) yetişir.
•Qabığı asanlıqla soyulur: 80%.
•Məhsuldarlığı yüksək səviyyədədir.
•Ləpə çıxımı aşağı səviyyədədir: 38-40 %.
Şəkil 1.2-də verilmiş əsas mədəni sortların yetişmə vaxtı İtaliyadakı orta yetişmə vaxtına əsasən təyin edilib. Meyvənin yetişməsinə hava şəraiti və digər faktorlar, məsələn torpaq sahəsinin mövqeyi, suvarma sistemləri və s. güclü təsir edir, ona görə də fındığın tökülməyə başlaması və yetişməsi dövrü ilə bağlı məlumatlar şərti olaraq verilib.
Sortlar
TondaGentileTrilobata
Nocchione
TondaGentileRomana
TondadiGiffoni
Barcelona
Avqustun ilk 10 günü
Şəkil 1.2 İtaliyanın fındıq bağlarında əsas mədəni sortların yetişmə vaxtı
Fındıq bitkisi öz-özünü tozlandıra bilmir və külək vasitəsilə tozlanır, ona görə də çarpaz tozlandırmaya ehtiyac yaranır. Başqa sözlə desək, bir fındıq ağacı və ya eyni sorta aid olan ağaclar öz-özünü tozlandıra bilmir. Müxtəlif fındıq sortları bu baxımdan bir-birinə uyğun gəlməyə bilər.
Tozlandırıcı sortu seçərkən aşağıdakı aspektləri nəzərə almaq lazımdır:
•mədəni sortların arasındakı genetik uyğunluq (Cədvəl 1.2).
•tozlandırıcı sortun erkək çiçəklərinin və əsas mədəni sortun dişi çiçəklərinin eyni vaxtda çiçəklənməsi.
Cədvəl 1.2 Əsas mədəni sortların tozlanma baxımından uyğunluğu
Uy Unluq
Tonda G. Langhe
Tonda G. Romana Uyğundur Uyğun deyil Uyğundur Uyğundur Uyğundur
Nocchione Uyğundur Uyğundur Uyğun deyil Uyğun deyil Uyğun deyil
Tonda di Giffoni Uyğundur Uyğundur Uyğundur Uyğun deyil Uyğundur
Dişi çiçəklər, xüsusən də əlverişsiz iqlim şəraitində gec (4 həftədən artıq müddətdə) açılır. Ona görə də əsas mədəni sorta məxsus dişi çiçəklərin açıldığı dövrdə uyğun tozcuqların olması üçün 2 və daha artıq müxtəlif tozlandırıcı sortun əkilməsi məsləhət görülür. Məsələn, Tonda Gentile delle Langhe sortunun erkək çiçəkləri Tonda Gentile Romana sortunun erkək çiçəkləri ilə müqayisədə daha erkən açılır.
Fındıq bağlarında tozlandırıcı sortların mövqeyi məhsul yığımına təsir edə bilər. Meyvə bağında müxtəlif mədəni sortları düzgün qaydada yerləşdirmək üçün hər cərgəyə yalnız bir sortun əkilməsi məsləhət görülür. Bu əkin sxeminin sayəsində müxtəlif sortlara məxsus ağacların inkişafını asanlıqla müşahidə etmək və zərurət yarandıqda kimyəvi dərmanları seçilmiş hissələrə daha rahat səpmək olar.
Kiçik torpaq sahələrində əsas mədəni sortun əkildiyi hər 4-5 cərgədən sonra bir cərgə yaxud hər 8-9 cərgədən sonra 2 cərgə tozlandırıcı sort əkmək olar. Geniş sahələrdə isə 2-3 uyğun sortdan istifadə etməklə eyni sortu blok şəklində əkmək olar (Şəkil 1.3).
Bitkilərin cərgədə düzülüşü müxtəlif fındıq sortlarının yetişmə mərhələlərində məhsul yığımını asanlaşdırır. Yadda saxlamaq lazımdır ki, gecyetişən mədəni fındıq sortlarının, məsələn Tonda di Giffoni sortunun yetişməsi hətta bir ay yubana bilər. Yetişmənin yubanmasına payız aylarında (sentyabr-oktyabr) hökm sürən rütubətli hava şəraiti səbəb olur.
Bağın salınması üçün müxtəlif tinglərdən, məsələn özü kök salan və ya pöhrə əmələ gətirməyən calaqaltılara calaq olunmuş tinglərdən istifadə etmək olar. Əksər fındıq ağaclarının dibində, yəni kök boğazının ətrafında qeyriməhsuldar (bic) zoğlar əmələ gəlir. Qeyri-məhsuldar zoğları müntəzəm şəkildə budamaq lazımdır, çünki belə zoğlar ağac üçün lazım olan suyu və qida maddələrini ”oğurlayır” və becərmə işlərinə, xüsusən də məhsulun yığılmasına və torpağın təmizlənməsinə mane olur.
Corylus colurna növündən (türk fındığı da adlanır) seçilmiş və qeyri-məhsuldar zoğ əmələ gətirməyən yaxud az əmələ gətirən calaqaltılardan istifadə etdikdə ağacı həmişə zoğlardan təmizləmək ehtiyacı yaranmır (Şəkil 1.4). Yığım vaxtı meyvə bağının belə zoğlardan təmizləməklə məhsul itkisinin qarşısını almaq (yəni, məhsulu sorucu yaxud şotkalı avadanlıqların köməyi ilə daha rahat yığmaq) və torpağın hazırlanmasına daha az vaxt sərf etmək olar. Fındıq bağının qeyri-məhsuldar zoğlardan təmizlənməsi eyni zamanda ətraf mühitin qorunmasına da öz töhfəsini verir, çünki belə zoğlara qarşı mübarizə aparmaq üçün il ərzində kimyəvi dərmanlarla 3-4 dəfə müdaxilə etməyə ehtiyac qalmır. Corylus colurna növündən alınmış tinglər qeyri-məhsuldar zoğ əmələ gətirməsə də, onların müxtəlif sort calaqlara uyğunluğu və məhsuldarlığa təsiri hələ də elmi cəhətdən araşdırılır. Bundan başqa, klon calaqaltıların çatışmazlığı calaq olunmuş tinglərin daha geniş miqyasda istifadə edilməsinə mane olur.

Şəkil 1.3 Əkin sxeminin növləri: Əsas mədəni sortlar daha çox sayda əkilən sortlardır. Kiçik torpaq sahələrində əsas mədəni sortun əkildiyi hər 4-5 cərgədən sonra bir cərgə yaxud hər 8-9 cərgədən sonra 2 cərgə tozlandırıcı sort əkmək olar. Geniş sahələrdə isə ən az 2-3 uyğun sortdan istifadə edərək eyni sortu blok şəklində əkmək olar.
Şəkil 1.4 Qeyri-məhsuldar zoğ əmələ gətirməyən calaqaltıya calaq olunmuş fındıq ağacı (Mənbə: DISAFA – Turin Universiteti, İtaliya).

Mexaniki yığım vasitələrinin seçiminə ağac formasının təsiri
Fındıq bitkisini gövdələrin sayından asılı olaraq 2 formada saxlamaq olar: a) çox gövdəli (kol) forma, b) ağac və vaza-kol forması.
KOL FORMASI
Kol forması əksər Avropa ölkələrində istifadə olunan ənənəvi formalardan biridir. Kol forması verilmiş fındıq ağacının müxtəlif sayda gövdələri olur və belə fındıq kollarına əsasən dəmyə sahələrdə, eləcə də küləyin və qarın təsirinə məruz qalan maili və yüksək ərazilərdə rast gəlmək olar. Belə ərazilərdə kol formalı ağaclara üstünlük verilir, çünki ağacın hətta əsas budaqları sınsa da, məhsuldarlıq eyni səviyyədə qalır.
Kol formalı fındıq ağaclarında maksimum 4-5 gövdənin saxlanılması məsləhət görülür (Şəkil 1.5). Belə olduqda ağacın inkişafına şərait yaranır və budama, bic zoğların təmizlənməsi və məhsul yığımı kimi təsərrüfat işləri daha da asanlaşır. Hesablamalara görə, fındığın əlçatmaz gövdələrdən tökülməsi və qeyri-məhsuldar (bic) zoğların lazımi qaydada təmizlənməməsi hektar üzrə orta hesabla 25-30 kq məhsul itkisinə səbəb olur. Kol formalı fındıq bağlarında məhsul yığımının səmərəliyini təmin etmək üçün yığımdan əvvəlki dövrdə bütün lazımi tədbirləri (məsələn, məhsulun üfürücü və süpürmə üsulu ilə yığılması) həyata keçirmək lazımdır.
KOL FORMASININ ÜSTÜN CƏHƏTLƏRİ
•Kəskin hava şəraitində bitkini asanlıqla bərpa etmək mümkündür.
•Ağaca forma vermək və onun inkişafını sürətləndirmək daha asan olur.
KOL FORMASININ ÇATIŞMAYAN
C H Tl R
•Məhsul yığımı çətinləşir və yığımdan əvvəlki dövrdə müəyyən tədbirlərin dəqiq və düzgün görülməsi tələb olunur.
AĞAC FORMALARI (kol-vaza və ağac forması)
Belə fındıq ağaclarında tək gövdə olur (Şəkil 1.6). Calaq olunmuş və ya öz kökü üstə bitən tingləri əkdikdən sonra birinci ildə lazımi qaydada budamaq lazımdır. Kol-vaza formalı (tök gövdəli) ağacların arasındakı məsafə daha sıx olur və belə fındıq bağlarını tamamilə mexanikləşdirmək mümkündür. Belə fındıq ağaclarını münbit, suvarıla bilən, düz və ya nisbətən maili torpaq sahələrinə əkmək olar.
KOL-VAZA (TƏK GÖVDƏ) FORMASININ ÜSTÜN CƏHƏTLƏRİ
• Məhsul yığımı və digər təsərrüfat işləri (alaq otlarına və qeyri-məhsuldar zoğlara qarşı mübarizə və s.) asanlaşır.
• Tingləri daha sıx əkmək olar.
KOL-VAZA (TƏK GÖVDƏ) FORMASININ ÇATIŞMAYAN CƏHƏTLƏRİ
• Hündür və möhkəm sortlara uyğun gəlir.
• Ağaca forma vermək daha çətin olur.
• Ciddi zədə almış bitkini əvəz etmək lazımdır.
• Birinci ildə məhsuldarlıq az olur.
•Qeyri-məhsuldar (bic) zoğlara qarşı mübarizə aparmaq çətinləşir və belə işlərə daha çox vaxt sərf olunur. 1.3.
TORPAQ
Şəkil 1.6 Kol-vaza (tök gövdə) forması verilmiş fındıq ağacı (Foto: DISAFA – Torino Universiteti, İtaliya).
Pedoiqlim şəraiti (torpağın növü, sahənin quruluşu, hündürlük səviyyəsi və iqlim şəraiti)
Torpağın növü və torpaq sahəsinin quruluşu fındığın yığımına güclü təsir edə bilər. Ağır torpaqlarda məhsul yığımı ilə bağlı problemlər yaranır, çünki yığım avadanlıqları yağıntılı havada sahəyə çətinliklə çıxa bilir. Ona görə də fındıq bağlarında cərgələrin arasına ot əkmək məsləhət görülür. Belə olduqda torpağın kiplənməsinin qarşısı alınır və avadanlıqlar daha rahat hərəkət edə bilir. Maili sahələrdə salınmış bağlarda cərgəarası otun əkilməsi çox vacibdir, çünki kəskin yağıntının və su axınının təsiri altında torpağın eroziyası baş verir və yerə tökülmüş fındıqlar torpaq çatlarında yığılaraq qalır. Cərgəarası otlar isə torpaq eroziyasının qarşısını alır. Torpaqda nəmliyin yüksək səviyyədə olması məhsulun keyfiyyətini sürətlə aşağı salır, ona görə də yığılmış fındığı dərhal qurutmaq lazımdır.
Şəkil 1.5 Kol forması verilmiş fındıq ağacı (Şəkil: AGRISERBIA).

Ümumiyyətlə, məhsul yığımını asanlaşdırmaq üçün digər meyvə bağlarında olduğu kimi, fındıq bağlarında da cərgələrin arasında otlara qarşı mübarizə aparmaq və torpağı nəzarət altında saxlamaq tövsiyə olunur. Torpağın bu şəkildə idarə olunması əkindən sonra ilk 2-3 il ərzində nəzərə alınmalıdır, çünki məhz bu dövrdə cavan ağaclarla qoruyucu ot bitkilərinin arasında su və qida maddələri uğrunda rəqabət yaranır. Növbəti illərdə isə bütün fındıq bağını otla örtmək və zərurət yarandıqda cərgə arasını diskli mulça avadanlığı ilə biçmək olar (Şəkil 1.7).
Fındıq bağlarında qoruyucu ot örtüyünü təbii şəraitdə və ya müxtəlif bitki toxumlarını səpməklə yaratmaq olar (Şəkil 1.8). Ən yaxşı həll yolu isə hündür olmayan ot növlərini (məsələn, Festuca ovina və Festuca rubra) və öz toxumu ilə çoxalan paxlalı bitkiləri (məsələn, Trifolium subterraneum) birlikdə əkməkdir, çünki bu bitkilər az miqdarda su mənimsəyir və kölgənin təsirinə qarşı müqavimətli olur. Məlumdur ki, böyük fındıq ağaclarının çətiri sıx olur, ona görə də günəş işığı cərgələrin arasına yaxşı yayıla bilmir. Ona görə də fındıq ağacları tam məhsula düşdükdə təbii yaxud süni yolla yaradılmış ot örtüyünü yaxşı vəziyyətdə saxlamaq çətin olur.

Qoruyucu ot örtüyü məhsul yığımı baxımından aşağıdakı üstün cəhətlərə malikdir:
•torpağın daşıma qabiliyyətinin güclənməsi,
•kənd təsərrüfatı texnikasının ağırlığı altında torpağın daha az kiplənməsi,
•məhsul yığımı zamanı tozun qalxmaması. Təsərrüfata tozun yayılması işçilərin sağlamlığı üçün əsas risk faktoru hesab edilir (bax: Fəsil 3.6),
•yağışlı havada məhsulun təmiz qalması, xüsusən də maili sahələrdə rahat daşınması.
Ql M Ra T
Qarışıq fındıq sortlarını seçərkən əkin sahəsinin iqlim şəraiti düzgün qiymətləndirilməlidir. Yayın sonlarında və payızın əvvəllərində havanın rütubətli keçdiyi ərazilərdə faraş sortların (sentyabrın sonlarında və oktyabrın əvvəllərində yetişən sortların) əkilməsi məsləhət görülür. Məhsul yığımı dövründə yağan yağışlar meyvənin yetişməsini yubadır, çünki belə hallarda bitkinin vegetasiya müddəti uzanır və qərzəyi hələ də yaşıl qalan meyvələr yerə tökülmür. Bundan başqa, yağışlı havada meyvə bağına girmək mümkün olmur və nəticədə mexaniki yığım işləri yubanır və məhsulun keyfiyyəti aşağı düşür.
Meyvənin (xüsusən də gecyetişən sortların) yetişmə dövrü ərazinin hündürlük səviyyəsindən asılı olaraq 2-3 həftə arasında dəyişir. Bununla belə, ənənəvi olaraq havanın yaxşı dövr etdiyi, eləcə də yay aylarında havaların sərin (30° C-yə kimi), qış aylarında isə soyuq keçdiyi təpəlikli ərazilərdə bəzi əsas sortlardan istifadə edilmişdir. Bu sortlar belə mühitdə yaxşı nəticə vermiş, meyvə bağının məhsuldarlığı artmış və məhsulun keyfiyyəti əla səviyyədə olmuşdur. Mədəni sortu seçməzdən qabaq ərazinin iqlim şəraitinin dəqiq qiymətləndirilməsi məsləhət görülür. Bunun üçün əraziyə yaxın yerləşən meteoroloji stansiyadan temperatur və yağıntı ilə bağlı məlumat almaq olar. Məhsul yığımı dövründə hava haqqında məlumatlara diqqət yetirmək lazımdır, çünki belə hava proqnozları yığımdan əvvəlki dövrdə və yığım vaxtı bəzi işlərin planlaşdırılmasına kömək edə bilər.
İllik məhsuldarlığın
artım dinamikası 1.4.
Əkin üçün istifadə olunan tinglərin keyfiyyəti məhsuldarlığın erkən artımına güclü təsir edir. Ən yaxşı əkin materialları basdırma (daldırma), çilik vurma və ya mikroçoxaltma yolu ilə alınır və ting təsərrüfatında ən az bir il saxlanılır. Belə tinglərin sağlam kök sistemi olur və köklərin diametri 1-2 sm arasında dəyişir. Akkreditə olunmuş tinglik təsərrüfatlarında yetişdirilən, genetik xüsusiyyətlərinə və xəstəliyin/zərərvericinin olmamasına görə sertifikatlaşdırılmış fındıq tingləri yeni bağların daha uğurla salınmasına kömək edir. Əgər meyvə bağı üçün uyğun tinglərdən istifadə edilərsə, əkindən 3-4 il sonra məhsul götürmək olar və məhsuldarlıq 8-10-cu ilə kimi artar. Müasir fındıq bağlarının ömrü təxminən 30 il olur, lakin əsas gövdələr vaxtaşırı olaraq yeniləndiyi üçün kol tipli ağacların ömrünü uzatmaq mümkündür.
Əkindən sonra birinci ildə meyvə bağının düzgün idarə olunması ağacın möhkəmliyi və sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Ona görə də torpağı alaq otlarından təmizləyərək bitkinin lazımi miqdarda su və qida maddəsi qəbul etməsinə şərait yaratmaq lazımdır. Suvarmanın və gübrələmənin düzgün qaydada aparılması ilkin qeyriməhsuldarlıq dövrünü qısaldır və ilaşırı barverməni (yüksək məhsuldarlığın növbəti ilə aşağı məhsuldarlıqla əvəzlənməsi halları) azaldır.
Məhsuldarlıq artımının dinamikası müxtəlif mədəni sortlardan asılı olaraq dəyişir. Çilinin fındıq bağlarında aparılmış elmi tədqiqatların nəticələrinə görə, Tonda di Giffoni və Barcelona kimi mədəni fındıq sortları əkindən sonra birinci ildə çox yüksək məhsuldarlıq nümayiş etdirmiş və qısa müddət ərzində orta maksimum məhsuldarlıq səviyyəsinə çatmışdır (Şəkil 1.9).
Bununla belə, Tonda Gentile delle Langhe (TGL) nisbətən aşağı artım sürətinə malik olmuş və orta maksimum məhsuldarlıq səviyyəsinə daha gec çatmışdır.
Şəkil 1.9 Çilinin fındıq bağlarında 3 mədəni sortun məhsuldarlığının əkindən sonra ilk 21 il üzrə artım dinamikası. (Mənbə: Bregaglio, 2020)

Yığım vaxtı və yığımdan əvvəlki dövrdə
bitkinin mühafizə olunması
Fındıq bağlarında xəstəliklərə və zərərvericilərə qarşı mübarizəni planlaşdırmaq üçün fındığa ziyan vuran əsas patogen orqanizmlərlə bağlı güclü biliyə malik olmaq lazımdır. Ümumiyyətlə, düzgün qaydada becərilmiş meyvə bağlarında fitosanitariya ilə bağlı problemlərə daha az rast gəlmək olar. Düzgün əkin sxeminin və budama sistemlərinin seçilməsi fitosanitar müalicələrin effektivliyini artırır, çünki düzgün budanmış ağacın çətirində hava daha yaxşı dövr edir, günəş işığı bitkiyə nüfuz edir və dərmansəpən avadanlıqların hərəkəti asanlaşır. Düzgün mübarizə planına qış və vegetasiya dövrünə xas olan fitosanitar müalicələrlə yanaşı aqronom müdaxilələri (məsələn, torpağın effektiv şəkildə idarə olunması və düzgün budama qaydaları) daxil edilir.
Məhsul yığımı vaxtı göbələk xəstəliklərinə və zərərverici həşəratlara qarşı tətbiq olunan bütün fitosanitar müalicələr əvvəlki dövrlərdə də aparılmalıdır. Əgər fındıq vaxtından qabaq tökülərsə, meyvə bağını diqqətlə müşahidə etmək lazımdır, çünki adətən erkən tökülən meyvələr sağlam olmur, ləpələr büzüşür və fındıq uzunburunu kimi zərərvericilərin təsirinə məruz qalır.
Fındıq bağlarına ən çox ziyan vuran zərərvericilərdən biri də qəhvəyi mərmər bağacıqlardır (Halyomorpha halys). Bu zərərverici fındıq bitkisinin bütün inkişaf mərhələlərində (meyvə tutumu mərhələsindən məhsul yığımına kimi) təsərrüfata ziyan vura bilir (Şəkil 1.10). Mərmər bağacıqlar çox güclü törəmək qabiliyyətinə malikdir və Avropada il ərzində 2 nəsil verir. Zərərvericiyə qarşı kimyəvi mübarizə aparmaq çox çətin olur, çünki yoluxma halları əsasən məhsul yığımına çox az qalmış baş verir, eləcə də birinci və ikinci yığım mərhələlərinin arasında ən kəskin həddə çatır.
Qəhvəyi mərmər bağacıqlar müxtəlif bitkilərin (məsələn, soya və ya qarğıdalı bitkisinin) arasında tez-tez uçuşaraq meyvə bağlarının kənarına yığılır. Bağacıqlar məhsul yığımından sonra müalicə olunmamış ərazilərdə, qoruyucu zolaqlarda və bağın kənar sərhədlərindəki bitkilərdə sığınacaq tapır. Ona görə də bağacıqların artdığı təqdirdə fındıq bağına yaxın ərazilərə kimyəvi preparatların səpilməsi məsləhət görülür. Bu mübarizə strategiyası geniş torpaq sahələrində daha yaxşı nəticə verir, çünki sahənin kənar hissələrini müalicə etməklə zərərvericinin meyvə bağına girməsinin və yayılmasının qarşısını almaq olar.