Page 1

TRADING CENTRAL / 43 ELLIOT DALĞALARI / 57 KOMPLEKS TEXANALIZ / 54 İŞİMOKU ƏSASINDA TƏHLİL / 49

INFOREX 07/41/ İYUL 2013

09 27

INFOREX VƏ VELOSİPED

TEXANALİZ QİYMƏTƏ QARŞI

36

33

NEÇƏ YOX, NECƏ

BAZARIN BİR-BİRİNƏ TƏSİRİ

HAMI QAZANA BİLƏRMİ? 41


OXUYACAQSINIZ

41

HAMI 06 12 20 24 27

BAZARIN YAY GÜNLƏRİ GÜNLÜK TİCARƏT ÜÇÜN 3 TEXNİKA GİRİŞ ÇİXİŞDAN VACİBDİR DONÜŞ ŞAMLARI: ÇƏKİC/ASILMIŞ ADAM TEXANALİZ QİYMƏTƏ QARŞİ

QAZANA BİLƏR 30 33 36

DOLLARI HƏRƏKƏTƏ QƏTİRƏN 3 AMİL “NEÇƏ” YOX, NECƏ BAZARLARIN BİR-BİRİNƏ TƏSİRİ


09 (İn)FOREX VƏ VELOSİPED

18 MƏN DƏYİŞƏNDƏN SONRA QAZANMAĞA BAŞLADIM

43 TRADİNG CENTRAL-DAN BAZARIN TƏHLİLİ

49

57 ELLİOT DALĞALARIN ANALİZİ Vüsal Məmmədovun təqdimatında

İŞİMOKU QRAFİK SİSTEMİ ƏSASINDA TƏHLİL

54 KOMPLEKS TEXANALİZ Fərid Hüseynov təqdim edir


InForex

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

WWW.INFOREX.AZ

Redaktorlar Məmmədov Vüsal Məmmədqızı Səbinə İmanverdiyev Qafar Bagiyev Mavlet Hüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar Dizayner Moos Vitaliy

Düzgün seçim məntiqi Bu sayımızda siz bacarıqlı treyder və analitik Elgün Eyvazovla müsahibəni oxuyacaqsınız. Amma o, təkcə bacarıqlı treyder və analitik deyil. Həm də “İnforex” şirkətinin Qazaxıstandakı təmsilçisidir. Qazaxıstanda yaşayan bu soydaşımız Forex şirkəti açmaq istəyib və bu məqsədlə xeyli brokeri nəzərdən keçirib. Təbii ki, onların çoxu xarici şirkətlər olublar. Amma Elgün sonra “İnforex”in üzərində dayanıb. Niyə? Mən Elgünü son vaxtlara – yəni o, bu qərarını verib, bizə müraciət edənə qədər tanımırdım. O da məni tanımırdı. Amma tanışlığımız olsa belə, nə fərqi vardı ki – bu, biznesdir, burada şəxsi münasibətlər heç nəyi həll eləmir. Və Elgünün “İnforex”i seçməsi sırf biznes nöqteyi-nəzərindən verilmiş qərar olub. O, müxtəlif şirkətlərin bütün vacib parametrlərini – spredləri, texniki yardımı, təhsil imkanlarını və sair və ilaxırı nəzərdən keçirəndən sonra bizim üzərimizdə dayanıb. Elgünün treydinq və digər məsələlər haqqında fikirlərini öz müsahibəsindən oxuya bilərsiniz. Yeri gəlmişkən, doğrudan maraqlı fikirlərdir. Amma onlardan biri – “İnforex” haqqında olanı mənim özümün də diqqətimi çəkdi. Elgün deyir ki, “İnforex” özünə layiq bilmədiyini başqalarına təklif eləmir”. Bu, doğrudan da, bizim biznes fəlsəfəmizin qollarından biridir. Biz özümüz treyder olaraq hansı şərtlərlə işləmək istəyərdiksə, başqalarına da o şərtləri təklif edirik. Beləliklə, “İnforex” artıq Azərbaycanın sərhədlərini aşdı. Və mən əminəm ki, bu, sadəcə başlanğıcdır. Biz getdikcə hər mənada böyüdüuyümüz kimi, coğrafi mənada da böyüməkdə davam edəcəyik. Ən əsası, mənim bütün bunları yazmaqda bir məqsədim vardı: Bir daha əmin olun ki, siz düzgün seçim etmisiniz! Elgün kimi! Zövqlü və faydalı mütaliələr!


06

TƏHLİL

"IN FOREX"-IN

TƏHLİL VƏ PROQNOZLAR BÜROSU...

İYUL AYI ÜÇÜN EKSPERT PROQNOZLARI

“BAZARIN YAY GÜNLƏRI”

Bu da yay... Bazarlar üçün “ölü” sayılan mövsüm... Adətən yayda investisiya fəaliyyətinin zəiflədiyi hesab olunur. Amma bu yay başlayandan biz əksini görürük. Bazarlarda volatillik artıb. Nə baş verir? Biz jurnalımızın daimi ekspertlərinə yenə də iki sualla müraciət etmişik:

Səbinə Məmmədqızı ekspert

1) İyul ayında avro/dollardan nə gözləyirsiniz? 2) Başqa hansı cütlüklərə diqqət yetirməyi məsləhət 1) Eur/usd cütlüyü 1.2750 səviyyəsindən dəstək alaraq qalxmağa nail olub və 1.2970-1.30 ətrafı cütlüyün görərdiniz? enişinin qarşısını alır. Hazırda əsas müqavimət 1.32 fiquru ətrafından keçir. Buradan yuxarıda möhkəmlənə bilərsə, 1.34,1.3505 və 1.37-ci fiqur ətrafına qalxış gözləmək olar. Enişi davam etdirmək üçün cütlük Qafar İmanverdiyev 1.2750 səviyyəsindən aşağıda möhkəmlənməlidir. ekspert 2) Ay ərzində usd/jpy və gbp/usd cütlükləri də maraqlı dinamika nümayiş etdirə bilər. 1) Eur/usd cütlüyü 2 həftə öncə Ben Bernankenin atdiğı strateji addımın nəticəsində kəskin şəkildə aşağı düşdü. Fərid Hüseynov Təəssuflər olsun ki,Bernankenin bu siyasi hərəkəti qisa ekspert zaman ərzində bərbad günə qaldı və hər şey bəlli oldu. Eur/usd-nin yuxarı hədəfləri və qayıtma nöqtələri 1.3228 -1.3341- 1.3514 -1.3618 və 1.3713. Eur/usd cütlüyünün aşağı hərəkət nöqtələri 1.2972 -1.2851 və 1) Cütlük 1.2750-1.2800 dəstək baryerindən yenidən 1.2745. qalxdı. Düşünürəm, bu ay qiymət 1.3500-ə qədər artım nümayiş etdirə bilər. 2) Digər bir cütlüyü nəzərdən keçirmək istəyirsinizsə, o 2) GBPCHF cütlüyünə diqqət yetirmək olar, belə ki, halda xau/usd-yə mütələq diqqət edin. Uğurlar.


07

TƏHLİL

BİR CÜMLƏ İLƏ Səbinə Məmmədqızı:

İlqar Vəliyev:

Qafar İmanverdiyev:

Mavlet Bagiyev:

Fərid Hüseynov:

- Ay ərzində usd/jpy və gbp/usd cütlükləri maraqlı dinamika nümayiş etdirə bilər.

- Avro özünün yay ənənələrinə sadiq qalıb və reyncə girmək üzrədir.

- Bu ay qızıla diqqət yetirin.

- İyul başlayandan bazar avronu satmaqda maraqlıdır

- GBPCHF cütlüyünə diqqət yetirmək olar, belə ki, 1.4000-ə qədər eniş baş verə bilər.


08

TƏHLİL

EURCHF 1.2500 ətraflarına qədər qalxa bilər. AUDUSD 0.9600-ı müqavimət kimi test edə bilər. NZDUSD 0.8100-də iyun maksimumlarını test edə bilər.

İlqar Vəliyev ekspert

1) Avro özünün yay ənənələrinə sadiq qalıb və reyncə girmək üzrədir. Hazırda hansısa aşkar tendensiya hiss olunmur. Güman edirəm ki, bizi 1,28-1,34 koridorunda hərəkət gözləyir. 2)Eur/gbp cütylüyünə diqqət yetirməyi məsləhət görərdim. Məncə, cütlük 0,89-a doğru hücuma hazırlaşır.

Mavlet Bagiyev ekspert

1) İyul başlayandan bazar avronu satmaqda maraqlıdır. Hazırda cütlük 1.2830-dan yuxarıda qala bilib və kəskin şəkildə 1.3200-yə doğru sıçrayıb. Arada vacib 1,3070 səviyyəsini də yarıb. Belə ciddi sıçrayış fundamental faktorlarla bağlı idi. Texniki cəhətdən qiymətin 1,3070-dən yuxarıda möhkəmlənməsini gözləyirik. 1,3325-85 zonası daha önəmlidir. Eyni zamanda, 1.3070-dən aşağıya enərsə, cütlükdə eniş trendi bərpa oluna bilər.


09 PARALELLƏR

(İn)Forex və velosiped

Dimitri Qələbiyev

Mən bir ildir ki, Forex bazarında ticarət aparıram. Bu, mənim əsas gəlir mənbəyimdir. Amma hər bir insanın hobbisi də olur. Kimin üçünsə bu, musiqidir, kimin üşünsə oyunlar, kolleksiyalar, səyahət... Mənim hobbim velosipeddir. Veposiped – mənim üçün sağlam həyat tərzinin təcəssümüdür, öznüifadə vasitəsidir, bəzən isə özümü sınağa çəkməyin, daha yaxşı tanımağın yollarından biridir. Axı velosipedlə uzaq məsafələrə getmək insandan dözüm və məqsədyönümlük tələb edir. Forex və velosiped – həyatın 2 elə sahəsidir ki, mən özümü onlarsız təsəvvür edə bilmirəm. Veposiped aludəçiliyi mənə özümü reallaşdırmaq üçün imkan, Forex isə bunun üçün vəsait verir. Treyderlik velosiped sürməyə çox bənzəyir. Bazarda ticarət aparmaq – velosiped sürmək kimi bir şeydir. Ticaət sistemi isə velosipeddir. Forex bu velosipedçinin (treyderin) öz sistemilə (velosipedlə) getdiyi yoldur – düz də olur, əyri də... kələ-kötür də... daşlı-qayalı, palçıqlı da... Hansı yolla getmək də hansı valyuta ilə ticarət aparmaq kimi hər kəsin öz seçimidir. Mən həm uzaq məsafələrə səyahəti (Şamaxıya, Qubaya, Abşeronun müxtəlif rayonlarına getmişəm), həm də ekstremal səyahətləri (Cross-country və DownHill) xoşlayıram. Son il ərzində bir neçə dəfə Xızı və Altıağac dağlarından velosipedlə enmişəm. Forexdə də belədir: mən eksperimentlər aparmağı, işlədiyim cütlükləri dəyişməyi xoşlayıram. Təbii ki, mənim həm işim, həm də hobbim özündə müəyyən risklər daşıyır. Amma bu, onları daha da cazibəli edir. Fəqət risk həmişə əsaslı olmalıdır. Ona görə də, mən həmişə təhlükəsizlik texnikasına əməl edir və qarşıma aydın məqsədlər qoyuram. Deyirlər: “Əsas o deyil ki, sən necə yıxıldın, əsas odur ki, sən necə qalxacaqsan”. Bu, velosiped sürməkdə də belədir, Forexdə də. Əgər velosipeddən yıxılmaqdan qorxursansa, heç əvvəldən ona minmə! Amma hər iksində hədəfə çatmaq insana olmazın zövq verir! Həm də, bir hədəfə çatandan sonra qarşına başqasını qoymalısan. Ayrı cür olmaz!


10

PARALELLƏR

Hazırda mən neçə müddətdir ki, arzusu ilə yaşadığım səyahətə hazırlaşıram. Biz öz velo-klubumuzun iştirakçıları ilə iyulun 18-də Bakıdan çıxıb, 1000 kilometr yol gedərək, Gürcüstandan keçib, Rusiyaya – Mineralnıye Vodıya çatacağıq. Yol boyu Şamaxı, İsmayılı, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Laqodexi, Tbilisi, Qudauri, Vladiqafqaz, Nalçik, Pyatoqrskdan keçəcəyik. Rusiya ərazisində Kislovodsk, Yessentuki, Jeleznovodsk kimi kurort şəhərlərinə baş çəkməyi planlaşdırırıq. Səyahətimiz 17 gün çəkəcək. Biz çadırlarda gecələyəcək və maksimal dərəcədə asket həyatı keçirəcəyik. Veloturizmin gözəlliyi bundadır. Mənim üçün treydinqin üstün cəhətlərindən biri də ondadır ki, harada olmağımdan asılı olmayaraq, ticarətimi aparıram. Bunun üçün smartfonumun yanımda olması bəsdir. Bundan başqa, bu maraqlı səyahətdə bizim bir hədəfimiz də var. Mən indi o barədə danışmaq istəmirəm. Siz bunun nə olduğunu “Facebook”-da “İnForex” qrupunda öyrənə, ümumiyyətlə, bzim səyahətimizin necə keçdiyini izləyə bilərsiniz. Mənə çox xoşdur ki, Forexə də, velosipedə də getdikcə daha artıq insan maraq göstərir. Bu cür mürəkkəb və çətin səyahətə mənimlə bir yerdə klubun daha 5 üzvü də yollanır. Ümid edirəm ki, gələn səyahətlərdə onların sayı daha çox olacaq! İmkandan istifadə edərək, bu ideyama dəstək verdiyinə görə «Inforex» şirkətinə minətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, bizim əməkdaşlığımız hər iki tərəf üçün çox faydalı olacaq!


11 REKLAM


12

STRATEGİYA

GÜNLÜK TİCARƏT ÜÇÜN 3 TEXNİKA Baxmayaraq ki, deytreyder bütün günü monitorun qabağında əyləşməlidir, onun işinin də öz üstünlükləri var. Amma yadda saxlamaq lazımdır ki, nə qədər çox əməliyyat açılısa, bir o qədər də spred ödənməlidir. Hərçənd, bu aspektin neqativ təsiri son onillikdə kifayət qədər aşağı düşüb. Əgər siz sutkalıq qrafiklərdə tez-tez yaranan qrafik modellərə köklənə və vəziyyəti aydınlaşdıra bilmirsinizsə, bir sıra uğursuz əməliyyat tez bir zamanda hesabınızı sıfıra endirəcək. Bundan başqa, səbirli olmaq deytreydinqdə daha önəmlidir. Əgər treyder kifayət qədər səbrlidirsə, onda daha uzun müddətə oyunda qala və tükənməyən ticarət imkanları axınında gəlir əldə edə biləcək. Çoxlu sayda qrafik metodlar var – onlar o qədər çoxdur ki, bir məqalə ilə aydınlıq gətirmək mümkün deyil. Ona görə də diqqətimizi üçünə yönəldək: trend xətti, Bollincer zolaqları və “pəncərələr”.

Trend xətti Trend xəttindən istifadə bazardakı cari trendi müəyyənləşdirməkdə faydalıdır, həmçinin trendin mümkün dəyişikliyinin açarını bizə təqdim edir. Trend xətti – bir çox bazarlarda sutkalıq hərəkətlərdə ticarət aparmaq üçün treyderlər üçün sadə, amma effektiv metoddur. Trend xəttindən istifadə treyderə dib və ya təpəni tapmaqda kömək olmur, amma bu texnika trendin böyük hissəsini tutmağa imkan verir. Texnikanın əsas konsepsiyası odur ki, trend hərəkətdədir və qiymət müəyyən trend xəttinə sadiq qalana qədər hərəkət davam edəcək. Qiymət trend xəttini kəsəndə bu, trendin dəyişilmə ehtimalına işarə edir. Trend xəttini çəkmək üçün 2 artan minimum və ya 2 azalan maksimum tələb olunur, 3 nöqtə isə trendin etibarlılığını təsdiqləyir.

Alış və ya satış siqnalları Şəkil 1-də trend xətti üzrə alış və satışa aydın nümunələr görürük. Satış siqnalı trend xəttindən aşağıda barın bağlanması ilə yaranır. Daha aqressiv treyderlər siqnal kimi qiymətin trend xəttini bağlanmamış kəsməsi zamanı da qəbul edirlər. Amma yadda saxlamaq lazımdır ki, trend xəttinə əsasən qərar verməmişdən əvvəl yaxşı olardı ki, təsdiqləyici siqnal da yaransın. Bar trend xəttindən yuxarıda bağlandıqdan sonra alış siqnalı yaranır. Belə vəziyyətdə aqressiv treyder şamın bağlanmasını gözləmədən, qiymətin trend xəttini yuxarıya kəsməsi zamanı da alış verə bilər, amma bu vəziyyətdə təsdiqləyici siqnalın da olması ziyan eləməz. Trend xətti texnikası treyderə sutkalıq trendlərdə bazara girməkdə və çıxmaqda kömək olur, amma hədəfləri təyin etməkdə fayda vermir. Hədəfləri müəyyənləşdirmək üçün Fibonaççinin korreksiya səviyyələrindən, əvvəlki maksimum və minimumlardan, patternlərin proyeksiyalarından və digər alətlərdən istifadə olunur. Əsas yadda saxlamaq lazımdır ki, trend xətti metodu sutkalıq trendləri müəyyənləşdirməkdə və onlardan yararlanmaqda çox faydalıdır.


13 STRATEGİYA

Şəkil 1

Bollincer zolaqlarından istifadə Bollincer zolaqları – Con Bollincer tərəfindən icad olunmuş bu alət bazarın niyyətini müəyyənləşdirməkdə lazımlı metodlardan biridir. Son illər bu indikator treyderlər arasında daha da məşhurlaşıb, belə ki, zolaqlar qiymət volatilliyini və korreksiya səviyyələrini müəyyənləşdirməkdə çox unikal alətdir. Bollincer zolaqları mərkəzi xəttdən (20 EMA) və mərkəzi xəttdən yuxarı/aşağı standart sapma əsasında yaranan iki xarici diapazondan ibarətdir. Bollincer zolaqları bazarın yan trenddə olmasını (xarici diapazonlar daralır), bazarın diapazondan çıxmağa çalışdığını və ya bazarın trenddə olmasını (xarici diapazonlar genişlənir), bazarın trendi bərpa etməyə çalışmağını, ya da bazarın trendin əksinə korreksiya etdiyini ilk baxışdan müəyyənləşdirməyə kömək edir. Şəkil 2-də sol hissədə görürük ki, Bollincer zolaqları demək olar ki, bir-birilərinə qarşı üfüqidirlər. Bu, yeni sutkalıq trendi proqnozlaşdırmağa imkan verir, amma zolaqlar kəsilmənin hansı istiqamətdə olacağını demir. Bu vəziyyətdən yararlanmaq istəyən treyderlər əlavə siqnal kimi 14 periodlu RSI indikatorundan və ya qiymət diapazonunun yuxarı və ya aşağı kəsilməsindən istifadə edə bilərlər. Hazırkı vəziyyətdə 14 periodlu RSI yuxarı qalxmağa başlayır, qiymət də həmçinin qiymət diapazonuna nəzərən yuxarı qalxmağa başlayır. Zolaqlar yeni trendin formalaşmasına işarə etməklə genişlənməyə başlayırlar. Zolaqlar sıxılmağa başlayanda treyder pozisiyanın bir hissəsini və ya tam bağlamaq barədə düşünməlidir, daha sonra növbəti kəsilmənin istiqamətində yeni sutkalıq əməliyyata siqnalın yaranmasını gözləməlidir. Hətta əgər bazar bütün sessiya boyu üfüqi vəziyyətdədirsə, biz yuxarı xəttdə satıb, aşağı xəttdə ala bilərik. Burada yadda saxlamaq lazımdır ki, zolaqların sıxılması diapazonun tezliklə kəsiləcəyinə işarə edir. Zolaqların kənar xəttləri də hədəf kimi təyin oluna bilər.


14

STRATEGİYA

Şəkil 2

Geplər Sutkalıq ticarət tez bir zamanda nəticələrin (həm yaxşı, həm də pis) əldə olunmasını tələb edir, belə ki, treyderlərin çoxu günü bağlı əməliyyatla başa vurmaq istəyir. Zəif hərəkət edən bazar kapitalın dövriyyəsini asanlıqla məhdudlaşdıra, səbr kasasını doldura bilər və treyderlərə lazım olan volatilliyə də malik deyil. Fond bazarlarının açılması adətən sutkalıq əməliyyat vermək üçün lazımi hərəkəti təmin edir, ona görə də bazarların açılışı zamanı ETF və ya ayrı-ayrı şirkətlərin qrafiklərini, ya da fyuçersləri analiz etmək son dərəcə faydalıdır. Məqsəd açılış zamanı hansısa nəzərəçarpan gep və ya “pəncərə” tapmaqdır. Bir neçə gün trenddə hərəkət edən, lakin sonra həmin istiqamətdə gep yaradan bazarlar trendə əks əməliyyat üçün çox yaxşı zəmin yaradır. Bunu müxtəlif zaman intervallı qrafiklərin analizi zamanı görmək olar. Müxtəlif diapazonların analizi treyderə mümkün pikə və ya dibə yaxınlaşmağı tam aydın şəkildə görməyə şərait yaradır. Müxtəlif qrafiklərdə bazar deytreydinq üçün ideal şərait yaradanda ekstremal qiymətlərin eyni zamanda qeydiyyatı üçün perspektiv var. Bazarın açılışı zamanı ekstremal vəziyyəti gəlirli bir hərəkəti tutmağa yaxşı imkan verir. Misal üçün S&P 500 E-mini fyuçerslərinə baxaq. Bu qrafik treyderlərin dililə desək, “sapand” əməliyyatı üçün teztez kifayət qədər aktiv olur. Trendin identifikasiyası – “sapand”la ticarətdə ən vacib elementdir. Əvvəlki trendin minimum 3 gün davam etməsi vacibdir. Həftə və ya daha çox davam edən hərəkət daha yaxşıdır (ehtimal var ki, uzunmüddətli qrafiklərdə ossilyatorlar qiymətin ifrat satışı və ya alışına işarə edir). Amma bu əməliyyat tez bir zamanda baş tutur və gəlir/risk əmsalını tarazlamaq üçün böyük hərəkət tələb etmir. Saatlıq və 5 dəqiqəlik qrafiklərə Bollincer zolaqları qoyuruq. Bu- bazarın qısamüddətli əhvalından xəbər verir. Hər iki qrafikdə qiymət Bollincerin sərhədini intensiv test edirsə, “sapand köklənir”. Şəkil 3-də göründüyü kimi, 21 iyul E-mini kontraktı 80 punkt hərəkət edərək 7 günlük trenddə idi. Bu “sapand” əməliyyatı üçün ideal şəraitdir, belə ki, bu hərəkət çoxlarının gözləmədiyi qısamüddətli korreksiya ilə müşayiət oluna bilər. Bundan başqa, Daily qrafikə baxsaq, görərik ki, təxminən 957-də bazar Bolincerin diapazonunun yuxarı sərhədinə çatıb.


15 STRATEGİYA

Şəkil 3 “Sapand”la əməliyyat açmaq dəqiq elm deyil, belə deyək, sənətdir. Amma müvəqqəti diapazonlar və trendlər 21 iyuldakı vəziyyətdədirsə (Daily qrafikdə güclü trend, H1-də 8:30-dan 9:20-ə qədər olan periodda Bollincerin kəsilməsi), əməliyyat barədə qərar verilir. İndi bizə yalnız 5 dəqiqəlik qrafikdə xırda bir təsdiqi gözləmək qalır. “Üç qara qarğa” adlı şamların dönüş paterninin formalaşması belə bir siqnaldır(şəkil 4). Bu vaxt 952-953 ətraflarında dərhal əməliyyat açmaq lazımdır. Stopu 955-dəki açılışın maksimumundan yuxarıda yerləşdiririk və hədəfi əvvəlki 945.5-dəki qısamüddətli hərəkətin 61.8%-lik korreksiyasında qoyuruq (bu hərəkət 20 iyul günü yarısı 940-dan başlayıb və 21 iyul açılışda pik nöqtəyə çatıb). Riskin gəlirə nisbəti təxminən 1:2-dir, əməliyyat isə haradasa 1 saata yekunlaşır.

Şəkil 4


16

STRATEGİYA

Əlbəttə, trendə əks əməliyyat heç də hamının ürəyincə deyil, amma bəzən belə yatırımlar tez bir zamanda nəticə verir. Addətən belə əməliyyat zamanı qiymət dərhal sizin proqnozlaşdırdığınız istiqamətdə hərəkət edəcək. Keçmişdəki qrafikləri analiz edərkən belə əməliyyatlara nümunələr tapmaq olar, amma onları təkrarlamaq istəyəndə normal gəlir/risk nisbətinə malik əməliyyatlara diqqət yetirmək lazımdır. Bir neçə diapazonda görünən uzunmüddətli trend və volatillik əməliyyatın əsasını təşkil edir, amma onun mühüm elementləri stop və hədəfdir.

Öz metodunuzu tapın Bu vaxt 952-953 ətraflarında dərhal əməliyyat açmaq lazımdır. Stopu 955-dəki açılışın maksimumundan yuxarıda yerləşdiririk və hədəfi əvvəlki 945.5-dəki qısamüddətli hərəkətin 61.8%-lik korreksiyasında qoyuruq (bu hərəkət 20 iyul günü yarısı 940-dan başlayıb və 21 iyul açılışda pik nöqtəyə çatıb). Riskin gəlirə nisbəti təxminən 1:2-dir, əməliyyat isə haradasa 1 saata yekunlaşır. Əlbəttə, trendə əks əməliyyat heç də hamının ürəyincə deyil, amma bəzən belə yatırımlar tez bir zamanda nəticə verir. Addətən belə əməliyyat zamanı qiymət dərhal sizin proqnozlaşdırdığınız istiqamətdə hərəkət edəcək. Keçmişdəki qrafikləri analiz edərkən belə əməliyyatlara nümunələr tapmaq olar, amma onları təkrarlamaq istəyəndə normal gəlir/risk nisbətinə malik əməliyyatlara diqqət yetirmək lazımdır. Bir neçə diapazonda görünən uzunmüddətli trend və volatillik əməliyyatın əsasını təşkil edir, amma onun mühüm elementləri stop və hədəfdir.

R E K L A M


17 REKLAM


18

MÜSAHİBƏ

“Mən dəyişəndən sonra qazanmağa başladım” “İnforex”in Qazaxıstan təmsilçisi Elgün Eyvazov bu biznesin sirrlərini bölüşür “İnForex” şirkətinin Azərbaycanda ilk dəfə olaraq, ölkədən kənarda da təmsilçiliyi açılır. Şirkətin Qazaxıstan bölməsinə orada yaşayan həmyerlimiz, treyder və analitik Elgün Eyvazov başçılıq edəcək. Biz bu fürsətdən istifadə edib, Elgünlə söhbətləşdik. - Forexlə məşğul olmaq ideyası Qazaxıstanda yarandı, yoxsa ora qədər də var idi? - Forexlə məşğul olmaq ideyası 2006-cı ildə yaranıb. Turkiyədə bu sahəyə olan maraq məni Forexə gətirib çıxardı. - Bəs Forex şirkəti açmaq fikri haradan gəldi? - Forex şirkətini açmaq fikri Qazaxıstandakı treyderlerin tədrisə olan ehtiyacı ilə bağlı oldu. Hazırda Qazaxıstanın digər sahələrindən bizə müraciət edən çox treyderler var. Bununla bərabər, banklararası korporotiv tədrislə bağlı bir neçə bank da müraciət edib. Demək olar ki, Qazaxıstanda keyfiyyətli Forex tədrisi verən bir nömrəli şirkətik. - Niyə “İnForex” şirkətini seçdiniz? - Uzun müddətdir ki, bu piyasadayam və bir çox şirkət tanıyıram. “İnforex” şirkətini digər şirkətlərdən üstünlüyü budur ki, özünə layiq bilmədiyini başqalarına layiq bilmir. Bu, uğurlu şirkət olmaq üçün çox vacib bir keyfiyyətdir. Məhz bunun üçün də bu gün “İnforex”ləyəm. - Qazaxıstanda bu sahəyə maraq çoxdurmu? - Bəli,Qazaxıstanda insanların Forexə marağının çox olması səbəbilə 2015-ci ildə Qazaxıstan hökumətinin bu sahəyə çox ciddi maraq ayıracağı proqnozlaşdırılır. - Özünüz treydinqlə məşğulsunuzmu? Nə dərəcədə aktiv məşğulsunuz? -Bəli, özüm də treydinqlə məşğulam. Günün 1/3 hissəsini treydinqə sərf edirəm. Gün ərzində 20 və daha çox əməliyyat həyata keçirirəm. Qazancımı və ya itkimi hər əməliyyatımda yox, günün sonunda toplam hesablayıram. Fikrimcə, 10 əməliyyatdan sonra gəlirin və zərərin toplamında gəlir üstünlük təşkil edirsə, bu , çox gözəl nəticədir. - Sizcə, peşəkar səviyyəyə yüksələ bilmək üçün bir treyderə nə lazımdır? - Bir treyder peşəkar səviyyəyə yüksəlmək üçün əvvəlcə bu sahə üzrə bilik səviyyəsini artırmalıdır. Bilik səviyyəsini yüksəltmək bir treydərə onun bazarda quracağı plan və strategiyalarda rahat manevr etməsinə kömək edəcək. Özünə şəxsi strategiya qurmalıdır, quracağı strategiyaya sadiq qalmağı bacarmalıdır. Zərər zamanı strategiyanı dəyişmək yox, zərərin səbəblərini araşdırmaq lazımdır. Təəssüf ki, yeni başlayan treyderlər bu səbəbdən strategiyalarını tez-tez dəyişirlər. Bu, ona bənzəyir ki, yeni bir ev tikməyə başlayırsan, tikintinin sonunda hansısa bir material yerinə düz oturmur, ona görə, bütün evi uçurub, yenisini tikməyə başlayırsan. Əslində o materialın ora uyğun gəlməməsinin səbəbi araşdırmalıdır. Bu da o deməkdir ki, treyder strategiyanı yox, onun elementlərini dəyişməlidir. Başqalarının fikirlərinə uyğun hərəkət etməməlidirlər. Treyder bilməlidir ki, bazarda hər kəs analiz aparmağı bacarır, amma ticarət etməyi hər kəs bacarmır. Bu da o deməkdir ki, ticarət fərqli, analiz tam fərqlidir. Treydərlərin zərərlə işləməsinin səbəbi də budur - analizlə ticarəti qarışdırırlar. - Hansı metodlar və ya sistemlərlə işləyirsiniz? -Analiz metodum çox sadədir. İlk analizə başlayanda böyük zaman periodunda təhlil aparıram. Əgər həftəlik analiz edəcəyəmsə, Elliot dalğalarını analiz edirəm. Daxili dalğa sıralanmasını tapmaq üçün daha kiçik zaman periodlarına keçirəm. Dəstək və müqavimət səviyyələrimi təyin edirəm. Dəqiq siqnal əldə etdikdən sonra ticarət sistemimə uyğun əməliyyat açıram. Özümü treyder kimi aqressiv görürəm, çünki böyük həcmlərlə işləyirəm. İşlədiyim həcmə görə də zaman periodum məni, menecmentimi dəstəkləyir. - Gəlirin artmasını gözləməyə səbriniz çatırmı? - Gəlirin artmasını gözləmək mənim açdığım əməliyyatla bağlıdır. Əksər vaxtlarda teyk-profitdən istifadə etmədiyimə görə, bəzən hədəfə çatmadan bazarda trendin dönüşü siqnalı yaranırsa, əməliyyatı bağlayıram. Bəzən də olur ki, hədəfimi vurub kəsir, amma hədəflədiyim qiymətdə əməliyyatı bağlayıram. İstərsə 100 punktu vursun keçsin, əgər mənə 10 punkt lazımdırsa, götürüb çıxıram. Məsləhət olaraq, əlavə edim ki, həmişə analizinizə sadiq qalın.


19 MÜSAHİBƏ Əgər trendin döndüyünü görürsünüzsə, zərərlə bağlayın. Zərərlə bağlayandan sonra trend sizin istiqamətinizdə davam etdisə,heyfslənməyin. Yaddan çıxarmayın ki, bazarda zərərli proseslər sizin səhv etdiyiniz anlamına gəlmir. Əgər siz sadəcə, 20 pipslik bir məsafəni analiz edib, görə bilirsinizə, onu alın,ondan sonra olacaqlara da heyfslənməyin. Əgər sisteminizə uyğun olaraq, bir əməliyyatı bağlayırsınızsa, düşünməyin ki, səhvə yol vermisiniz, siz bu yolla şüuraltınızı negativ bilgilərlə yükləyirsiniz. Bu, gələcəkdə sizə əməliyyat açanda qorxu hissi yarada bilər. - Özünüz xüsusi strategiya yaratmağa cəhd etmisinizmi? - Əvvəlla, bir treyder bazarda uğurlu nəticə görmək üçün mütləq öz strategiyasını qurmalıdır. Məhz burda əksər treyderlər zərərli əməliyyatlar edirlər. Məsələn, treyder Elliotu öyrənib, istəyir ki, Ralf Nelson Elliot kimi ticarət aparsın. Elliotun ayaqqabısını geyinib, onun kimi gəzməyə çalışmağa ehtiyac yoxdur. Treyder özünü bir sınaqdan keçirsin, bəlkə Elliotan da yaxşı gəzəcək? Məsələnin sirri burdadır. Öz gözünlə baxmağa çalış, Elliotun gözü ilə baxmağa çalışma. O, eynəklə baxıb, sən eynəksiz ondan yaxşı görəcəksən. Treyder düşünməlidir ki, hansı nəzəriyyəni bilməsindən və ya strategiyanı öyrənməsindən asılı olmayaraq, öz strategiyası ilə işləməlidir. - Sizin ümidlərinizi puça çıxaran hansısa metodlar, sistemlər olubmu? - Bəli, mənim ümüdlərimi puça çıxaran metod olub, gecələri yuxularımı kabusa döndərən metodlar olub. Amma bunlar mütləq olmalıdır. Əgər bunlar hansısa bir treyderdə baş verirsə, deməli,o treyder formalaşır, o treyder öz üzərində işləyir. - Və əks sual: hansı metod ona olan ümidlərinizi doğruldub? - Ümüdlərimi doğurdan metod öz metodum olub. Öz strategiyamı tam qurduqdan sonra bazarda öz yerimi tapdım. - Bazarda sizi ən çox özünüzdən çıxaran nə olur? -Bazarda məni özümdən çıxaracaq vəziyyət olmur. Əgər bir treyderi bazarda özündən çıxaran nəsə varsa, demək, treyder bazarı oldugu kimi yox, istədiyi kimi görür. Ya da yolunda getməyən nəsə varsa, yaxşısı budur ki, əməliyyatları bağlasın, bir az ara versin. - Gündə neçə saat vaxtınızı bu işə sərf edirsiniz? Və sizcə, neçə saat sərf olunmalıdır? - Forex bazarının ən böyük üstünlüyü ondan ibarətdir ki, həftənin hər günü, 24 saat işləyir. Bazarda müxtəlif zaman periodlarının olması vaxtı olana və olmayana çox gözəl ticarət etmək imkanı verir. Mən gün ərzində bazara 6 saat, bəzən də daha çox zaman ayırıram. Bu, mənim gün ərzində digər işlərlə məşğul olma zamanıma bağlıdır. Unutmayaq ki, Forex bizə öz şəxsi işlərmizlə məşğul olmaq üçün istənilən an zaman ayırmağa imkan verir. - Özünüzə “intizamlı treyder” deyə bilərsinizmi? Məsələn, plan tutur və ən əsası, tutduğunuz plana əməl edirsinizmi? - Bəli, bu, treyderə lazım olan bir keyfiyyətdir. Treyderin intizamlı və planlı əməliyyat verməsi üçün həyatda da intizamlı və planlı olması lazımdır, çünki bazar bir treyderin bütün bacarıqlarını ortaya çıxarır. Buna görə də treyder həyatda necədirsə, bazarda da elə olacaq. Əgər treyder həyatda kapitalını düzgün idarə edə bilmirsə bu, bazarda da təkrarlanacaq. - Sonda, treyder həmkarlarınıza nə demək istərdiniz?.. - Həmişə tələbələrimə dərsin sonunda deyirəm : “Heç nə düşünməyin, sadəcə, ticarət edin. Əgər siz özünüzlə bacarmasanız, sizinlə bacaracaq və sizi vura-vura treyder edəcəyik. Əsas odur ki, özünüzü aldatmayın Əgər belə olmursa, deməli, bazar başqa sən axtarır. Özünü dəyiş”. Yadıma bir əhvalat düşdü : Forexdən pul qazanmağa başlayanda mənə deyirdilər ki, sənə pul gələndən sonra çox dəyişmisən. Mən də belə cavab vermişdim: “Nəyə görə düşünürsünüz ki, pul gələndən sonra dəyişmişəm? Bəlkə ondan əvvəl dəyişdiyimə görə, mənə pul gəlib?” Məsələ ondadır ki, çevrənin səni formalaşdırmasına icazə verməyəsən, çalış, sən çevrəni formlaşdır.


20

RISK-MANAGEMENT

ÇIXIŞ GİRİŞDƏN VACİBDİR Biz daim stopların və çıxış strategiyasının vacibliyi barədə eşidirik. Amma yeni başlayan treyderlər əməliyyatdan çıxmaqdan daha çox, əməliyyata girişə diqqət ayırırlar. Bu məqalədə düzgün çıxışın nə dərəcədə vacib olması və onun necə seçilməsindən danışacağıq. Biz treyderlər adətən özümüzü rahat hiss edəndə bazara giririk, amma çıxış zamanı nadir hallarda belə olur. Gəliri itirmək təhlükəsi və potensial itki görəndə ayıq başla qalmaq çətinləşir. Bax, buna görə də nə qədər sağlam düşünmə qabiliyyətimiz var, çıxış strategiyasını əvvəlcədən müəyyənləşdirmək vacibdir. Çoxlu sayda müxtəlif çıxış növləri mövcuddur, buna görə də onları araşdırıb, sizin ticarət strategiyasına ən effektiv olanını tətbiq etmək lazımdır. Gəlin məşhur bir çıxış strategiyasını incəliyək.

Çılçıraq çıxışı” Bəzən stopun seçilməsi girişin seçilməsindən daha vacib ola bilər. Bu sahədə ekspert sayılan doktor Van Tarp “Çak Lebonun çılçıraq çıxışı”nı məsləhət görür. Bu xüsusi stopdan istifadə etməklə siz trend bazarlarına demək olar ki, bəxtəbəxt girəcəksiniz və bundan əlavə, uzun müddət gəlirdə qala biləcəksiniz. Bu, ona görə baş verir ki, həmin stop gəlirin artmağına və itkinin azalmağına şərait yaratmaq üstünlüyünə malikdir. Belə ki, o, maksimumların ardınca qaçır; qısa desək, trend bazarları üçün idealdır. “Çılçıraq çıxışı” əməliyyat verdikdən sonra stopu 3 qat ATR qədər məsafədə yerləşdirir. Bu, ya ən yüksək maksimumda, ya da bağlanışda olur. Daha sonra əməliyyat əgər gəlirə gedirsə, stop bazarın ardınca gedir, amma təbii ki, heç vaxt geri dönmür. Məntiq odur ki, ATR bazarın volatilliyinə və istənilən alətin istənilən qiymətinə görə köklənir.


21 RISK-MANAGEMENT Şəkildə eurusd cütlüyünün Daily qrafikində kəsilmədə girişi göstərilib. Giriş 26 fevralda qiymətin 1.4968 müqavimətindən yuxarıda bağlanması ilə baş verib. Növbəti günün açılışı giriş qiymətidir – 1.4973. Biz görürük ki, bu əməliyyata girişdə ATR 0.0122-dir. 3x122 punkt = 366 punkt, deməli, ilkin stop 1.4607-də 1.4973-dən 366 punkt aşağıda yerləşdirilir. Bəzi treyderlər bu “stop”u daha da aşağı - 1.4600-dan aşağı yerləşdirməyə çalışardılar. “Çılçırağ”a görə, optimal diapazon 2.5 və 4 ATR arasındadır, bununla belə, Le Bon nə dərəcədə adaptiv stopa malik olmaq istəyinizdən asılı olaraq, 10-dan 20-yə qədər olan periodlu ATR-dən istifadə etməyi məsləhət görür. Bir treyder olaraq siz əməliyyat verməmişdən əvvəl itkiyə gedəcəyiniz və gəlirdə olacağınız təqdirdə bazardan necə çıxacağınıza qərar verməlisiniz. Uğurlu əməliyyatlarda “Çılçıraq” qiymətlə bərabər yuxarı qalxır. Çak Lebon və Terrans Tanın daha bir tədqiqatı sübut edir ki, böyük stoplu əməliyyat açmaq uğurlu əməliyyatların sayını artırdı. Böyük stoplardan istifadə edərkən problem yaranır. Treyder əgər çoxlu sayda uğurlu əməliyyat verirsə, qeyriadi, amma böyük drawdownlarla rastlaşa bilər. Həmçinin daha bir faydalı məlumatı bilmək yerinə düşər. Lebon və Tananın təcrübələri göstərdi ki, trendi izləyən strategiyalarda əməliyyatın stopu bir neçə gündən sonra 50% azaldıla bilər, bununla yanaşı, uğulur əməliyyatların sayı da artır. Bu əməliyyatda mən stopu girişdən 3 gün sonra 2ATR-ə qədər azaltdım. Çıxış avro 17 mart 2008-ci ildə 1.5904 maksimumundan korreksiya edəndə baş tutdu. Əvvəlki günün ATR-i 158 punkt x 2-yə bərabər idi (1.5904 maksimumundan 316 punkt aşağı), ona görə də 1.5588-də əməliyyat gəlirlə bağlandı (aşağıdakı şəklə bax). Əməliyyatın ilk günlərində ona hərəkət üçün böyük yer vermək, daha sonra bu məkanı balacalaşdırmaq məntiqi ona işarə edir ki, siqnaldan sonra məhz ilk günlərdə bazarın istiqamətini müəyyənləşdirməklə əməliyyat daha yüksək uğura malik olur. Bir halda ki əməliyyata girişlə qiymətin növbəti günlərdəki hərəkəti arasındakı korrelyasiya zaman keçdikcə azalır, stopları yaxınlaşdırmaq məntiqə uyğundur.

Gördüyümüz kimi, sürüşən stoplar, dəqiq desək “çılçıraq çıxışı” trend bazarlarında daha effektiv işləyir. Faktiki olaraq bu metod trendli bazarlarda hətta giriş mexanizminin vacibliyini kölgədə qoyur. O, bir il və ya daha böyük dövrlər üçün investisiya yatırmaq istəyən treyderlərə daha çox uyğundur. Amma biz aydınlaşdırmalıyıq ki, bu metod qısamüddətli ticarətə yarayır yoxsa yox. Adətən treyderlər ATR-in bölünənindən istifadə edir. Daha bir tanınmış metoda görə, alış zamanı stopu dəstəkdən aşağıda, satış zamanı müqavimətdən yuxarıda yerləşdirməyi məsləhət görür. Əməliyyatınız itkisiz zonaya keçən kimi sizin iki yolunuz var – ya yuxarıdakı nümunədəki kimi stopu sürüşdürmək, ya da gəlir hədəfi təyin etmək.


22

RISK-MANAGEMENT

Daha bir alternativ var: MA-ların kəsişməsi ilə bazardan çıxmaq və ya başqa bir yolla. Tez-tez belə strategiyalarda giriş siqnallarına əks siqnallar yarananda əməliyyatdan çıxırlar. Əgər siz “gəlirin artmasına imkan verin” prinsipilə işləyirsinizsə, sizə çılçıraq kimi sürüşən stoplar və ya MA-ların kəsişməsi kimi indiqator strategiyası yarayar. Sürüşən stop – həmişə uyğun strategiya deyil. Siz ticarət stilinizə uyğun düzgün çıxış metodundan istifadə etməlisiniz. Biz strategiyaları iki kateqoriyaya bölə bilərik: - Uzunmüddətli trend hərəkətləri üçün strategiyalar - Qısamüddətli və yan hərəkətlər üçün strategiyalar “Tısbağa”lar tapmışdılar ki, uzunümddətli trend hərəkətlərində maksimal gəlir götürmək üçün sürüşən stoplar daha yaxşıdır. Diapazonlarda və ya dəyişən bazarlarda baş verən daha qısamüddətli hərəkətləri tutmaq üçün tez-tez gəlir hədəfi təyin olunur. Gəlir hədəfləri ilə çıxışlar yeni başlayan treyderlər üçün yaxşı seçimdir. Bununla onlar qısamüddətli dövr üçün böyük potensiala malik gəlir hədəflərini təyin etməyə əminliklərini artırırlar. Bu daha çox uğurlu əməliyyatlara münasibətinizi artıracaq. Mən bir ortamüddətli aksiyalarla ticarət aparan qadın tanıyıram ki, aksiya 30% bahalaşanda əməliyyatını bağlayır. Digər metodlara aiddir: - Müəyyən məbləğə çatana qədər treylinq stop - Müəyyən faizə çatana qədər treylinq stop - Pivot, Fibonaççi səviyyələri kimi müqavimət və dəstək səviyyələri üzrə hərəkət - Parabolik SAR - Müxtəlif indikator metodları. Yadda saxlayın: indikatorlu çıxış strategiyaları nəzəri olaraq ya trendli, ya da qısamüddətli hərəkətlərdə istifadə oluna bilər. İllər keçdikcə treyderlər bu metodların müxtəlif formalarını, həmçinin kombinasiyalarını düşünmüşlər. İlkin stop-loss risk menecmentdə vacib rol oynayır. O, bir çox treyderlər tərəfindən pozisiyanın həcmini müəyyənləşdirmək üçün istifadə olunur, ona görə də ondan düzgün istifadə çox vacibdir. Pozisiyanın həcmi yalnız hesabın həcmi ilə məhdudlaşdırılır, ona görə də ilkin stopun nə qədər böyük ola biləcəyini bilən kimi siz əməliyyata yatıra biləcəyiniz məbləği müəyyənləşdirəcəksiniz. Bəzi treyderlər əlavə xərcləri azaltmaq üçün stoplarına həmçinin zamana görə stopu da əlavə edirlər. Bu, həmçinin girişdən bir neçə gün sonra stopu bir qədər gəlir doğru sürüşdürmək məntiqindən irəli gəlir. Əməliyyat nə qədər proqnazlaşdırılan istiqamətdə gedir, bir o qədər onun geri qayıtma riski yüksəkdir. Fibonaççi səviyyələrindən və dayaq nöqtələrindən istifadə etməklə gəlir hədəfinin seçilməsi metodu qısamüddətli treyderlər tərəfindən ona görə qəbul olunub ki, bu onlara strategiyaya müvafiq bazardan daha tez çıxmağa imkan verir. Xeyli sayda Foreks treyder var ki, gəlir hədəfini müəyyənləşdirmək üçün dayaq nöqtələri və Fibonaççi səviyyələri arasında uyğunluqdan istifadə edirlər. Fibonaççi səviyyələrindən və dayaq nöqtələrindən istifadə əlavə təcrübə tələb edir. Amma bu metod çox faydalı ola bilər – bu alətlərin hər ikisi treyderlər tərəfindən geniş istifadə olunur. Onlar belə geniş publika toplaması, çox effektiv olmalarından xəbər verir. Ehtimaldan asılı olaraq treyderlər gəlir hədəfini ilk Fibonaççi korreksiya səviyyəsi 38.2%-də yerləşdirəcəklər, ya da daha böyük hərəkətə əmindirlərsə, 50% və ya 61.8%-də təyin edəcəklər. Yaxud da bəzən bir neçə səviyyədə. Ümumi qəbul olunmuş çıxış metodu iki yerə bölünür – məsələn, pozisiyanın yarısını 50%-də bağlayırıq, digər yarısını 61.8%-də, ya da digər yarısını sürüşən stopla idarə edirik). Treyderlər həqiqətən müxtəlif çıxış metodlarından istifadə etməklə gəlir idarə edirlər. Bir treyder olaraq hər hansı bir çıxış metodunun seçdiyimiz ticarət strategiyasına nəyə görə düzgün olduğunu başa düşməliyik. Əgər sizə daha uzunmüddətli trend treydinq xoş gəlirsə, sürüşən stoplara nəzər salın. Yox əgər qısamüddətli periodlarda ticarət aparırsınızsa, gəlir hədəflərindən istifadə edin. Əgər siz çıxış strategiyasını düzgün başa düşsəz, möhkəm şəkildə gəlirli ticarət yoluna duracaqsınız.


23 MƏSLƏHƏT

BILMEDİYİN ŞEYİ ALMA! SEM EVANS

Çoxları qiymətlə dəyər arasındakı fərqi bilmirlər. Halbuki, bu, ticarətdəki ən vacib məqamlardan biridir. İki sehrli söz: Tələb və Təklif bu biznesdə sizin ən yaxın dostlarınız ola bilərlər. Əgər siz onları necə başa düşməyi bilirsinizsə. Yeni başlayan spekulyantlar nə hiss etdiklərinə əsasən ticarət qərarları verirlər. Dəyər kimi. Onlar artan aksiyanı və ya valyuta cütlüyünü görəndə onu almaq qərarına gəlirlər, inanırlar ki, əgər tez almasalar, sonra gəlirlə satmaq şansını qaçıracaqlar. Onlar faktiki qiyməti analiz edə bilmirlər ki, aktiv hazırda bahadır, yoxsa ucuz. Tutaq ki, mən antik əşyalar dükanına gedirəm və dekorativ bir vaza almaq istəyirəm. İndi isə təsəvvür edək ki, mən qədimi vazalara barədə bir az bilirəm (bu məhz belədir!). Menecer asanlıqla dükanda ən bahalı məmumaltı mənə göstərə və əmin edə bilər ki, bu, məhz mənim almalı olduğumdur, çünki nadir və kolleksiya üçündür. Üstəlik, öz dəyərini qoruyub saxlayacaq və ya zaman keçdikcə qiyməti bahalaşacaq. Buna zəmanət varmı? Mən gələcəkdə həmin vazaya yaxşı tələb olsa, satıb pul qazana bilərəm. Mən vazanı sadəcə onun dərk edilmiş dəyərinə əsaslanaraq almaq qərarına gələrdim. Yox, əgər mən vaza barədə əvvəlcədən heç nə bilmirəmsə, onda asanlıqla ona dəyərindən atıq xərcləyərdim və bir müddət kapıtalımı uğursuz bir əməliyyatda saxlamağımla bu əməliyyatı başa vurardım. Amma əgər bu tip vazaların qiymət tarixini incələsəydim, onda bu əməliyyatın yaxşı və ya pis olmasını bilməklə üstünlüyə malik olardım. Foreksdə ticarət buna çox oxşayır. Dəyər və qiymət arasında böyük fərq var, amma bizə məlum texniki indikatorlardan çoxu bunları birbirindən ayıra bilmirlər. Gəlin, gbp/usd-nin 30 dəqiqəlik qrafikinə nəzər salaq: 1.5830-da dekabr minimumlarını test etdikdən sonra gbp/usd 1.6200 zonasına qədər artımı davam etdirdi. İndi bu artım trendinə baxanda istənilən yeni başlayan treyder asanlıqla həvəslənib valyuta cütlüyünü ala bilər. Nəyə görə də yox? O artım trendindədir və əgər biz qrafikimizə orta dəyişənləri əlavə etsək, onda aydın şəkildə görərik ki, onların hamısı yuxarı yönəlib və orta qiymət möhkəm sürətlə qalxır. Obyektiv treyder bu vaxt tam başqa yanaşma seçərdi. O düşünərdi ki, gbp/usd dəyər baxımından artıb və o hələ də inandırıcı şəkildə 1.6200-dən yuxarıda ticarət apara bilməyib ki, bizə təklifin obyektiv olaraq tələbi üstələdiyini göstərsin. Yuxarıda qeyd olunan müqavimət zonasının ikinci testindən sonra valyuta cütlüyü artımı davam etdirməkdə fiaskoya uğradı və 1.5900 qiymət səviyyəsini yenidən test etmək üçün kəskin şəkildə düşdü. Bəs o orta dəyişən göstəricilər (MA) necə oldu?Gbp/usd artan vaxtı yeni başlayanları alışa həvəsləndirdiyi bir vaxt valyuta cütlüyünün qiymətinin faktiki hərəkəti peşəkar treyderə onu göstərdi ki, biz obyektiv olaraq yüksək qiymət səviyyəsindəyik və aşağı risklə, yüksək uğur qazanmaq ehtimalı ilə sata da bilərik.


24

PATTERNOLOGİYA

Dönüş şamları: Çəkic / Asılmış adam

Şəkildə uzun aşağı kölgələri və kiçik bədənləri olan şamlar təsvir edilib. Şamların bədəni qiymətin günlük dəyişmə diapazonunun yuxarı yarısında yerləşir. Bu şamların ən maraqlı özəlliyi bundadır ki, onlar trendin hansı fazasında yaranmalarından asılı olaraq, “buğa” xarakterli də ola bilərlər, “ayı” xarakterli də. Bu şamların trendin “dibində” yaranması ondan xəbər verir ki, “ayı”ların bazardakı hakimiyyəti sona çatmaq üzrədir. Bu halda həmin şam “çəkic” adlanır. Yapon dilində bu şama “takuri” deyirlər. Takuri sözünün anlamı “ayağını suya salaraq, dərinliyi ölçməyə çalışmaq” deməkdir. Yox, əgər qiymət artım trendi zamanı yaranırsa, bu halda “asılmış adam” adlanır və tezliklə “buğa”ların bazardakı hakimiyyətinin sona çatacağı haqda informasiya verir. Bu ad ona görə seçilib ki, şam həqiqətən də boğazından asılan və ayaqları aşağı sallanan adamı xatırladır. “Çəkic” və “Asılmış adam” şamlarının üş əsas əlaməti var: 1) Şamın “bədən”i qiymət diapazonunun yuxarı yarısında olur. Bədənin rəngi önəmli deyil. 2) Aşağı kölgə bədəndən azı iki dəfə uzundur 3) Yuxarı kölgə ya yoxdur, ya da son dərəcə qısadır.


25 PATTERNOLOGİYA

Aşağı “kölgə” nə qədər uzundursa və yuxarı “kölgə” nə qədər qısadırsa, bədən nə qədər kiçikdirsə, şamın “işləmək” şansı da bir o qədər çoxdur. Düzdür, şamın “bədəni” həm ağ, həm qara ola bilər, amma ağ bədənli şamlarda “buğa”, qara bədənli şamlarda “ayı” xarakteri daha qabarıq ifadə olunur. Ağ “bədən” ondan xəbər verir ki, ticarət sessiyasının gedişində qiymətlər kəskin şəkildə düşüb, sonra isə qalxıb və sessiyanın maksimumlarına yaxın zonada bağlanıb. Bu, “buğa” əhvalının güclənməsi anlamına gəlir. Şamın “qara” bədəni isə o deməkdir ki, sessiyanın bağlanış qiyməti açılış qiymətinin səviyyəsinə qayıda bilmir. Bu, “ayı” potensialının güclənməsi deməkdir. “Asılmış adam” şamı formalaşanda təsdiqləyici “ayı” siqnalının yaranmasını gözləmək xüsusilə vacibdir. Çünki bu şam ondan xəbər verir ki, bazarda güclü “buğa” enerjisi var. Sonra “asılmış adam” meydana çıxır. Bu halda dönüş siqnalına çox da güvənmək olmaz. Bu şam ondan xəbər verir ki, yaxın müddətdə bazarda tendensiyanın dəyişməsi mümkündür. Belə vəziyyətdə növbəti günün şamına diqqət yetirmək lazımdır. Əgər növbəti günün şamı “Asılmış adam”ın bədənindən aşağıda açılarsa, qiymətin dönüş ehtimalı artır. Həmin şamın rəngi qara olsa, tendensiyanın dəyişməsi ehtimalı lap yüksəkdir. Şəkillərdə bu şamın ikili təbiəti yaxşı görünür. Yəni o, həm “buğa”, həm də “ayı” şamı ola bilir.


26

PATTERNOLOGİYA


27 PATTERNOLOGİYA

Texanaliz qiymətə qarşı İndikatorları yox, qiymətin özünü izləyin; indikatorlara yox, qiymətə inanın Yeni treyderlər Texniki Analiz mövzusu ilə ilk dəfə tanış olanda trend xəttinin, qrafik patternlərin və texniki indikatorların sanki sehrinə düşürlər. Yəqin, bu sehrin təsirilə də həmişə işləyən ideal siatem axtarışına başlayırlar. Bu, yaxşı fikir deyil. Hamı o yolu keçib. Yüksək ehtimala və aşağı riskə malik əməliyyatı tapmaqda texniki analiz çox güclü köməkçimiz ola bilər, amma əgər ondan düzgün istifadə olunsa. Yeni başlayan treyderlərin çoxu bir real faktı tamamilə inkar edirlər ki, texniki indikatorların hamısı qiymətdən geri qalır. Yəni biz əgər tipik bir RSI ossillyatorunu götürsək, yadda saxlamalıyıq ki, ondan sadəcə göstərişlər üçün istifadə edə bilmərik. O, bizə çoxlu sayda ifrat alış (harada ki satmağı məsləhət görür) və ifrat satış (harada ki almağı məsləhət görür) siqnalları verəcək. Əgər biz hər belə siqnalı başqa bir analiz forması ilə kombinasiya etmədən işlətsək, onda tezliklə ağır drawdown-la üzləşərik. Vəziyyətin belə çətinləşməsinin səbəbi sadəcə onunla bağlıdır ki, əvvəldə deyildiyi kimi, bu indikatorlar həmişə qiymətdən geri qalır. Belə düşünün: RSI-ın treyderə alış siqnalı verməsi üçün qiymət özü əvvəlcə enməlidir ki, RSI-a ifrat satışa siqnal verməsinə işarə etsin. Daha sonra qiymət ifrat satış zonasından çıxanda treyderə alışa əməliyyatı üçün yaşıl işıq verir. Qiymət yuxarıya doğru hərəkət etməli idi ki, öz növbəsində indikatora siqnal versin. Ona görə də, əməliyyat açmaq üçün yalnız RSI-dan istifadə etməklə treyder artıq hərəkətə başlamış bazarda alış verəcək. İndikatorlar həmçinin böyük mənzərədə trendləri müəyyənləşdirə bilmirlər. Əgər siz RSI-dan M15 qrafikində alışa siqnal əldə edirsinizsə, RSI daha böyük zaman intervallarında qiymətin harada yerləşməsi barədə informasiyaya malik deyil.

Deyək ki, siz indicə M15 qrafikində almısınız, Daily qrafikdə isə uzunmüddətli eniş trendindəsiniz. Bu, o deməkdir ki, böyük ehtimalla bazar sizin əksinizədir və ziyana getmək şansı daha böyükdür. Bu nəzəriyyə həmçinin qrafik patternlərə də aiddir. Məsələn, nümunə üçün klassik “Baş və Çiyinlər”, “İkiqat Təpə” və “Qulplu Fincan” patternlərini götürək. Bütün bunların güclü və trendin dönüşünə işarə edən patternlər olmasına baxmayaraq, bir vacib amili yaddan çıxarırıq: biz qrafik patterni o yaranandan sonra tanıyırıq. Bu, real ticarətdə ondan istifadə etməyimizə çox məhdud imkanlar yaradır. Bəs nəyə görə yeni başlayan treyderlər texniki indikatorlara və qrafik patternlərə belə etibar edirlər? Hər şeydən əvvəl ona görə ki, onlarda özlərinə bir dayaq görürlər. Bu da inamlarını artırır və treyderlərin yerinə qərar verir. Onların emosiyaları yalnız həqiqi qiymət hərəkətinə hörmət edən ticarət qərarları verməyə mane olur. Onlar bütün bu alətlər və patternlər üzrə texniki analizə aid bütün kitabları oxuyurlar və kitabın müəllifi onlara necə etməyi məsləhət görürsə, eləcə də istifadə etməyə başlayırlar. Rəqəmlərə inam insanın ruhuna işləyib. Amma peşəkar treyderlər digərlərinin etdiklərini eləməməklə pul qazanırlar. Onlar bazarın həqiqi hərəkətini araşdırmağa vaxt sərf edirlər və Qiymətin Hərəkətinin həqiqi təbiətini dərk etməyi üstün tuturlar. Başa düşün ki, bazarlar və qiymətlər Tələb və Təklif arasında disbalansın olduğu istənilən vəziyyətdə hərəkət edirlər. Əgər tələb təklifi üstələyirsə, qiymət artmalıdır, yox əgər təklif tələbi üstələyirsə, qiymət düşməlidir. Bundan da böyük həqiqət yoxdur. Peşəkar treyder yalnız bu ən fundamental prinsipi başa düşməlidir ki, uğura doğru düzgün istiqamətlənə bilsin.


28

İNCƏLİKLƏR

Gəlin, gbp/usd cütlüyündə bir nümunəyə baxaq:

Gördüyümüz kimi, valyuta cütlüyü 1.5900-dan 1.6440-a kimi dayanıqlı artım nümayiş etdirib. Texniki analizin bəzi klassik alətlərini tətbiq etsək görərik ki, 1.6300-də yenidən almaq üçün xeyli səbəb var. Əvvəla, bu, artım trendində baş verir və korreksiyada yaxşı giriş üçün imkan yaradır. İkincisi, artım kanalında aşağıda trend xətti test olunur. Üçüncüsü, bütün orta dəyişən göstəricilər (MA), 50 və 200-ə kimi kəsişiblər və nəhayət CCI (Əmtəə Kanalı İndeksi) ifrat satış zonasından çıxır. Bir qədər irəli gedərək növbəti qrafikdə görürük ki, bunlara baxmayaraq, işlər plana uyğun getməyib:


29 İNCƏLİKLƏR Trend xətti kəsildi, bu da stop-lossu işə saldı, cütlük 1.6240-a kimi düşdü (təxminən 60 punkt). İndi isə istifadə etdiyimiz indikatorlara sadiq qalaraq görürük ki, alış üçün daha bir imkan yarandı. Bu dəfə elə 1.6240-da. Uzun əməliyyat verməyə səbəblər: MA-lar hələ də yuxarıya doğru kəsilib, qiymət əvvəlki müqavimət və indiki dəstək səviyyəsindədir, CCI isə ifrat satış göstərir və zonadan çıxmağa hazırlaşır. Texniki analiz aləmində hər şey tam uyğundur ki, daha bir alış verək. Bəs bu ikinci cəhd nə ilə bitdi? Qrafikdə gördüyümüz kimi, qiymət yenə də düşdü və əməliyyat itki ilə nəticələndi.

İndi isə gəlin baxaq, qiymət 1.6440 maksimumunda harada idi və indi haradadır. Biz indi aşağıda 1.6150-dəyik, 300 punkt aşağıda. Alış vermək əvəzinə satmaq yaxşı olmazdımı? Bunu demək eləməkdən asandır - nə qədər ki, texniki indikatorları kənara qoyub, birbaşa qiymət hərəkətinə köklənməmişik. Trend xəttləri, CCI və MA-ların göstərdiyini yerinə yetirmək əvəzinə yaxşı olmazdımı ki, sadəcə qrafikə baxıb, qiymətin bizə “nə dediyini” görək? Gbp/usd cütlüyü 1.6440-da olanda qiymət əvvəllər Təklifin Tələbdən çox olduğu obyektiv bir zonaya çatmışdı. Hamı cütlüyü aldığına görə qiymət yuxarı olanda əməliyyat böyük ehtimalla, satış olmalı idi. Gələcəkdə ilk satıcılardan biri olmaqla bizim ən aşağı riskimiz və gəlir götürmək üçün ən yüksək potensialımız vardı. Mən bu misalla sadəcə, qiymətlə texniki analiz arasındakı fərqi təsvir etmək istəyirəm. Bunlar iki tam fərqli anlayışlardır və nə qədər ki, siz bu fərqi dərk etməmisiniz, ticarət karyeranızın uzağa getməsinə şans azdır.


30

FUNDAMENTALS

Dolları satmaq və ya almaq barədə qərar vermək vaxtı gələndə hər şey iqtisadiyyatın necə işlədiyinə bağlanır. Güclü iqtisadiyyat təhlükəsiz şəkildə normal gəlir götürməyə imkan yaratması sayəsində hər yerdən özünə investisiya cəlb edir. İnvestorlar həmişə yüksək, gözlənilən və “təhlükəsiz” gəlirlik axtarırlar. Digər tərəfdən, xarici ölkələrdən əmtəə və xidmətlərin idxalına səbəb olan Amerika istehlakı dolları ölkədən kənara axmağa məcbur edir. Əgər idxal ixracdan yuxarı olsa, onda büdcə kəsiri artacaq. Güclü iqtisadiyyata malik dövlət ticarət defisitini bağlamaq üçün xaricdən kapital axını cəlb edə bilər. Dünyanın iri iqtisadiyyata malik ölkələrini təchiz etməklə ABŞ istehlak mühərriki olaraq qalmaqda davam edə bilər. Baxmayaraq ki, bu xalq borclu xalqdır – istehlak etmək üçün borca girir. O, həmçinin digər ölkərə ABŞ-a ixrac etməyə şərait yaradır və bu yolla öz iqtisadi sistemində artıma dəstək olur. Belə izahat çox sadə olsa da, vəziyyəti yaxşı təsvir edir.

Dolların dəyərinə təsir edən amillər

Dollarla əməliyyat aparmaq lazım gələndə valyuta treyderi onun alıcılıq gücünə təsir edən müxtəlif amilləri qiymətləndirməlidir. Bu, istiqaməti və ya trendi tutmaq üçün lazımdır. Bu amillər 3 qrupa bölünə bilərlər: - Tələb və təklif amili - Bazarına psixologiyası - Texniki amillər


31 FUNDAMENTALS

Təklif təl ə

ABŞ xidmət və ya məhsul ixrac edəndə dollara tələb yaradır. Çünki onun müştəriləri xidmət və əmtəələri dollarla ödəməlidirlər. Bu səbəbdən də onlar öz valyutalarını dollara konvertasiya edirlər. Nəticədə ödəniş etmək üçün öz valyutalarını satıb, dollar alırlar.

bə qarşı

Bundan savayı, ABŞ höküməti və ya iri Amerika şirkətləri kapital cəlb etmək üçün obliqasiyalar buraxırlar. Bu obliqasiyalar əgər əcnəbilər tərəfindən alınırsa, yenə də dollarla ödəniş etməli və bunun üçün öz valyutasını satıb dollar almalıdır. Əlavə olaraq, əgər ABŞ-da güclü artım varsa və şirkətlər öz gəlirlərini genişləndirirlərsə, onda əcnəbilərin Amerika şirkətlərinin aksiyalarını almaq istəyi öz milli valyutalarını satıb dollar almağı tələb edir.

ı

s Bazarın psixologiya Bəs əgər işsizliyin artmasına görə Amerika iqtisadiyyatı zəifləyir və istehlak ləngiyirsə? Onda ABŞ onunla qarılaşır ki, əcnəbilər aksiya və obliqasiyalarını sata bilərlər, satışlardan əldə olunan nəğd pul isə yerli valyutaya konvertasiya olunur. Nəticədə onlar dolları satıb, öz valyutalarını alırlar.

Texniki amillər Bir treyder olaraq biz dollara təklifin tələbdən az və ya çox olacağını ölçməliyik. Bunu müəyyənləşdirmək üçün biz müxtəlif xəbərlərə və hadisələr diqqət yetirməliyik. Buna misal olaraq əmək haqqları, ÜDM və digər iqtisadi informasiyaları izləməliyik. Bu, iqtisadiyyatda nəyin baş verdiyini müəyyənləşdirməyə və onun güclənib-zəiflədiyini qiymətləndirməyə kömək edir. Bundan əlavə, biz həmçinin bazar iştirakçılarının bu hadisələrə münasibətdə ümumi fikrinin necə olacağını müəyyənləşdirməliyik. Bazar əksər hallarda tələb və təklifin fundamental amilləri üzrə yox, yersiz hərəkət edəcək. Tələb və təklif amillərinin ölçülməsindən savayı, tarixi patternlər, mövsümi amillər, müqavimət və dəstək səviyyələri, texniki indikatorlar və s. nəzərə alınmalıdır. Bir çox treyderlər güman edirlər ki, bu patternlər təkrarlanır və buna görə də gələcək hərəkətin proqnozlaşdırılmasında istifadə oluna bilər.


32

ğaq ı y ə r e y r i b ı Hamısın

FUNDAMENTALS

halda ki, ticarət treyderin risk etməsinə və onu idarə etməsinə bağlıdır, alış və ya satış barədə qərar vermək üçün treyderlər adətən yuxarıda sadalanan 3 metodun kombinasiyasından istifadə edirlər. Treydinq sənəti sizin xeyrinizə olan amillərin bir yerə toplanması nəticəsində üstünlüyə malik olmanızdan ibarətdir. Əgər haqlı olmaq ehtimalı yüksək olarsa, onda treyder bazara girəcək və öz fərziyyəsinin ardınca gedəcək. Ona görə də, xeyrinizə olan şansları tutmaq üçün biz yuxarıda qeyd olunan 3 amilin hər birinə diqqət yetirməliyik ki, onların hamısının bir istiqamətə işarə etdiyi məqamı tapa bilək.

Bir

Nümunə

2007ci ildə başlanmış iqtisadi tənəzzül zamanı iqtisadi şərait Amerika hökümətini iqtisadiyyatda misilsiz rol oynamağa təhrik etdi. Bir halda ki, maliyyə aktivlərinin dəyərdən düşməsi nəticəsində iqtisadi artım ləngidi, hökümət iqtisadi hərəkətə dəstək olmaq üçün xərcləri artırmalı oldu. Bu xərclərin məqsədi elə iş yerləri yaratmaq idi ki, istehlakçı pul qazana və istehlakı yüksəldə bilsin. Bu da iqtisadi artıma dəstək olacaqdı. Hökümət bunu kəsirin artırılması və dövlət borcu hesabına etdi. O, əslində bu yüksəlməni pul çap emək və dövlət obliqasiyalarını satmaq hesabına edirdi. Bu da dollara təklifin artmasına gətirib çıxartdı. Nəticədə dollar dəyərdən düşdü. Hökümətin vəzifələrindən biri bazarlar üçün elə bir şərait yaratmaq idi ki, iqtisadiyyat mümkün qədər tam məşğulluğa yaxın olsun. Təbii ki, inflyasiyaya nəzarət etmək şərtilə.

Nətic

ə

Treyder üçün Dolların indeksinin qrafikini izləmək faydalıdır. Belə ki, Dolların digər valyutaların indekslərilə münasibətdə necə dəyişdiyini tez görmək olur. Qrafikdə patternləri izləyərək və bazarın əhvalını tutaraq tələb və təklifə təsir edə biləcək əsas fundamental amillərə nəzarət etməklə treyder dollar axınının ümumi mənzərəsini görə bilər. Bununla da gələcək əməliyyatlarında gəlirli mövqeləri düzgün seçə bilər.


33 MONEY-MANAGEMENT

“NE ÇƏ” yo x

NEC

Ə

NEÇƏ əməliyyatda udubuduzmağımız vacib deyil, NECƏ udub-uduzmağımız vacibdir Bazarlar barədə ən müxtəlif miflər dolaşır, amma yeni başlayan treyderlərin udma və uduzma ilə bağlı müzakirələr apardığını daha tez-tez eşidirəm. Demək olar ki, hər dəfə dərs deyəndə və ya prezentasiya təşkil edəndə məndən soruşurlar: “Sizdə udduğunuz və uduzduğunuz əməliyyatların faiz nisbəti necədir?” Mən belə suallara əsəbiləşmirəm, aydın şəkildə xatırlayıram ki, mən də bazarda ticarəti öyrənməyə başlayanda müəllimlərə həmin sualı verirdim. Bu fikir müxtəlif formada keyfiyyətsiz təhsilin, tamah və qorxu kimi emosiyaların, həmçinin real ticarət təcrübəsinin olmaması hesabına hər bir yeni başlayan treyderin beynində yaşayır. Bəs kim bu suala cavab tapmaqda treyderə kömək edə bilər? Bu, təbii olaraq öz ticarət karyerasında uğur qazanmaq istəyən hər bir treyderin öz dərdidir; amma mən tezliklə öyrəndim ki, bu ümumi dərketmə reallıqdan güclü şəkildə fərqlənir. Baxmayaraq ki, foreksdə hər həftə çoxlu sayda uğurlu əməliyyat açmaq bacarığı ideal görünə bilər, bu, avtomatik olaraq treyderin ümumi ardıcıllığı anlamına gəlmir. Şübhəsiz, əgər mən sizə deyə bilsəydim ki, keçən ay mənin açdığım əməliyyatların 10-dan 7-si uğurlu olub, bu, əla olardı. Siz elə bilərdiniz ki, mən doğurdan da yaxşı treyder olmalıyam və asanlıqla çoxlu pul qazana bilərəm, çünki əməliyyatlarımın 70% uğurla bağlanır. Amma biz bir faktı gözdən qaçırırıq ki, ardıcıl uduşlar ümumi gəlirə zəmanət vermir. Məsələ neçə əməliyyatda udmağınızda deyil. Reallıqda necə udmağınız və uduzmağınız vacibdir.


34

FUNDAMENTALS

Məsələn, yuxarıdakı nümunəyə görə, 7 uğurlu və 3 uğursuz əməliyyatda faktiki gəlir və itki belə ola bilər: 70% düzgün əməliyyat vermə statistikası ilk baxışdan çox cəlbedici görünür, amma ön plana faktiki gəlir və itki çıxanda reallıqda hər şey tamam başqa cür cərəyan edə bilər. Bizim nümunədə 7 uğurlu əməliyyata ümumi əldə olunmuş gəlir 1130$-dır, amma acı həqiqət odur ki, həmin 3 uğursuz əməliyyat 1350$ drawdown yaradıb. Ona görə uğurlu əməliyyatlarımın yüksək faizinə baxmayaraq, faktik olaraq 220$ ziyana getdim. Bu nümunənin daha bir vacib məqamı – ən böyük uğurlu əməliyyat ən böyük uğursuz əməliyyatdan iki dəfə kiçikdir. Bax, indi mən heç də özümü qalib hesab etmirəm... Real ticarətdə 70% düzgün əməliyyat verəcəyimə bel bağlamaq yersiz lovğalıqdır. Əgər bir dəfə bu rəqəm 50%-ə düşsə, alim olmaq lazım deyil ki, 220$-lıq ssenaridən də pis vəziyyətə qalacağımı anlayım. Əslində bu rəqəm daha da yüksək ola bilərdi və biz yaxın gələcəkdə hesabın tam məhv olmasına hazırlaşmağa başlayardıq. Bu nümunədə orta uğurlu əməliyyat 161$, orta uğursuz əməliyyat 450$-dır. Belə nəticələrlə treydinqdə uzunmüddətli karyeraya çox az şans qalır. Digər tərəfdən, başqa bir ticarətin nəticələrinə baxaq. Burada ticarət platformasında yerinə yetirilmiş əməliyyatların hesabatını görürük: Bu nəticələrə baxanda görə bilərik ki, bu əməliyyatlardan əldə olunan ümumi gəlir 1288.60$-dır, bu isə ilk baxışdan ticarət gününün çox uğurlu olduğunu göstərir; amma əgər biz dərindən araşdırsaq, faktiki statistika bizə başqa mənzərəni göstərəcək. Diqqət yetirin ki, ümumi əməliyyatların sayı 27 (böyük lotlardan istifadə olunub) və faktiki olaraq bizdə 12 gəlirli, 15 uğursuz əməliyyat olub. Belə çıxır, uğurlu əməliyyatların faizi 45%-dən aşağı olub, amma buna baxmayaraq, yaxşı qazanılıb. Səmərəliliyin sonrakı analizinə görə, uğurun səbəbi o idi ki, orta uğursuz əməliyyat 58.20$, orta uğurlu əməliyyat 180.13$ olmaqla ümumi risk/gəlir nisbəti 1:3 olub. Seminarlarımda tələbələrimə başa salıram ki, bu, onların ticarətinin ayrılmaz hissəsi olmalıdır. Möhkəm və məntiqi əməliyyatın idarə olunması foreksdə davamlı gəlir götürməyin həlledici aspektlərindən biridir. İtkilərin maksimum az olması həyati vacibdir, amma bazarın istənilən peşəkar spekulyantı bilir ki, uğurlu əməliyyat zamanı mümkün qədər çox gəlir götürməyə çalışmalıdır. Bu, ticarət karyerasının davamlığına möhkəm zəmin yaradır və qazanmağa imkan verir. Bu sadə və şəksiz fakta dərketmə və reallıq prizmaslından baxanda o dəqiqə aydın olur ki, peşəkar treyderlərin uğurlu əməliyyatların yüksək faizinə nail olmaq barədə fikirlər reallıqla tam ziddiyyətdədir. Etibarlı gəlir/risk


35 MONEY-MANAGEMENT nisbətini təmin etmək və kifayət qədər nizam-intizamlı olmaq lazımdır ki, itkiləri idarə edə və uğurlu əməliyyatlara öz işlərini görməyə vaxt verə biləsiniz. Bazarda riyaziyyatdan qaçmaq qeyri-mümkündür. Əgər siz bunu oxuyur və öz-özünüzə deyirsinizsə ki, “Hə, amma mən heç vaxt bunların başıma gəlməsinə yol verməzdim”, onda bir daha düşünün. Belə nəticələr daha çox yeni başlayan treyderlərə xasdır. Adətən bu, təhsil çatışmazlığının, əməliyyatın pis planlaşdırılmasının, xüsusən də qorxu və tamah kimi emosiyaların nəticəsidir. Əməliyyatdan gəlir götürməmək qorxusu bir çox yeni başlayanları gəlirlərini tez götürməyə və onların artmasına yol verməməyə məcbur edir. Nə qədər ki, onlar xırda-xırda qazanırlar, xoşbəxtdirlər, amma bazarda uduzacaqları günü planlaşdırmırlar. Bir halda ki, onlar uğurlu əməliyyatlarda böyük gəlir götürmürlər, bir neçə uğursuz əməliyyatla ilkin nöqtəyə qayıdacaqlar. Daha sonra hər şey onunla bitəcək ki, bazarla yarışa çıxaraq irrasional və planlaşdırılmamış qərarlar verməyə başlayırlar. İtirdiklərini tez bir zamanda qaytarmaq üçün əməliyyatlar açırlar. Məni həmişə təəccübləndirir ki, niyə təcrübəsiz treyderlər uğurlu əməliyyatı tez bağlayır, uğursuz əməliyyata gələndə tələsmirlər? Məgər əməliyyat bizim xeyrimizə olanda səbrli olmaq lazım deyil? Məncə, uğursuz əməliyyatın dönəcəyinə səbrlə ümid etmək lazım deyil. Onu sadəcə, bağlamaq lazımdır. Mən ən yaxşısı, uğurlu əməliyyata üstünlük verərəm ki, ondan mümkün qədər daha çox qazanım. İtkisiz vəziyyətə qayıtmaq üçün uğursuz əməliyyatı açıq saxlamaq isə pis yoldur.

R E K L A M

AzVision.az - Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı baxışı * Ən son və maraqlı xəbərlər * Təhlillər * Müəllif yazıları * Fotosessiyalar * Videolar * Eksklüziv layihələr www.azvision.az


36

NƏZƏRƏ AL

Bazarların bir-birinə təsiri Korrellyasiyalar haqqında bilməli olduğunuz hər şey

Maliyyə bazarları nadir hallarda tam vakuumda olurlar. Bir bazarda baş verən tez-tez digər bazarlarda hərəkətə səbəb olur. Bu həqiqət qısamüddətli qrafiklərdə qabarıq görünür. Amma 5-10 illik uzunmüddətli perspektivdə foreks digər bazarlarla elə də sıx korrellyasiya etmir. Korrellyasiyaya əsaslanan strategiyalarla maraqlanan treyderlər üçün bu məqalədə ümumilikdə korrellyasiya nəzəriyyəsinin həlledici elementlərinə aydınlıq gətirilir, daha sonra forekslə digər bazarlar arasında əlaqə nəzərdən keçirilir.

Korrellyasiya niyə mövcuddur? Qısa cavab: həmişə mövcud deyil. Uzun cavab: Korrellyasiya bu və ya digər zamanda vacib olan bir sıra fundamental iqtisadi qarşılıqlı əlaqələrin bir formasıdır. Həlledici amil zamandır, belə ki, korrelyasiyalar həftədən tutmuş aya və ilə qədər müxtəlif dövrlərdə yarana və inkişaf edə bilər. Onların gücü daim dəyişir. Fundamental iqtisadi münasibətlər nöqteyi-nəzərindən onu demək olar ki, dünyada demək olar, həmişə aktivlər arasında qarşılıqlı əlaqə var, onların da hesabına korrellyasiya mövcuddur. Öz növbəsində, bu qarşılıqlı əlaqələr zamanla dəyişən iqtisadi və bazar şərtlərilə müəyyənləşir. Bazarlarası korrellyasiların tez-tez yaranmasına digər vacib səbəb sizsiniz! Korrellyasiyalara əsaslanaraq aktiv şəkildə spekulyasiya, hecləmə ilə məşğul olan treyderlər ya intuitiv, ya da bazarı proqramlaşdırmaqla investisiyalar yatırarkən əks əlaqələr sistemi qurmuş olurlar. Müxtəlif növ aktivlər arasındakı korrellyasiyanı araşdıran sistemli ticarət proqramlarının yayılması bu dinamikanı yalnız möhkəmləndirir. Yadda saxlamaq lazımdır ki, korrellyasiya dağılanda treyderlərin çoxu bir tərəfdə qalır və bu, divergensiyanı dərinləşdirir, investorlar üçün neqativ fəsadları artırır. Yadda saxlamaq vacibdir... Statistik nöqteyi-nəzərdən korrellyasiyanın araşdırılması böyük zaman intervallarını əhatə edir. Təəssüflər olsun ki, onlar təcrübə yığan treyderlər üçün daha maraqlı olan qısamüddətli qiymət hərəkətləri arasındakı münasibətlərinin etibarlı analizini vermir. Tez-tez keçmiş qarşılıqlı əlaqələrdə testin aparılması çox qısa zamanda (bir neçə günə) qırılır. Korrellyasiyanın, xüsusən qısamüddətli korrellyasiyanın analizilə bağlı bəzi digər vacib qeydlər aşağıda göstəriləcək. Korrellyasiya – səbəb-nəticə əlaqəli deyil. İki aktivin eyni dərəcədə korrellyasiya göstərməsi faktı o demək deyil ki, bir aktivin hərəkəti digərinin hərəkətini yaradır. Siz eşidəndə ki, fond treyderləri Amerika Dolları düşdüyünə görə fond bazarında riskə meyillik olduğunu deyir və ya dollar qalxdığına görə qızıl düşür, uzun sürən “qazıntılar” sonda bu hərəkətlərin fundamental drayverlərini “tapmağa” kömək olacaq. Hər şey üzrə ayrıca aktivlər müxtəlif məlumatlara reaksiya verir. Amerika dolları yaxşı iqtisadi xəbərlər və ya faiz dərəcələrinin artırılması perspektivində qalxa bilər, bu da adətən neftə və digər əmtəələrə təzyiq göstərir. Amma ABŞ-da neft ehtiyatlarının kəskin azalması dolların artımına baxmayaraq, neftin qiymətinin kəskin bahalaşmasına səbəb ola bilər. Sutkalıq bazisdə hansı bazarın qabaqlayıcı, hansının geriləyən olduğunu hiss etmək çox vacibdir. Əsas katalizator rolunu adətən ya fundamental xəbərlər, ya da hansısa informasiya oynayır, amma bu və ya digər vaxtda hansı bazarın üstün olduğunu dəqiq bilməlisiniz.


37 NƏZƏRƏ AL

Perspektiv Valyutalar və digər növ aktivlər arasında korrellyasiyanın zaman keçdikcə necə dəyişdiyini başa düşməyiniz üçün şəkil 1-ə baxın. Bu şəkildəki cədvəl müxtəlif bazarlar arasında iki zaman intervalında korrellyasiya haqqında təsəvvür oyadır.

Birinci dövr 2009-cu il martın 15-dən (fond bazarının dib yaratması) ilin sonuna qədər olan dövrü əhatə edir. Biz görürük ki, bu dövrdə foreks alətlərinin digər aktivlərlə korrelyasiyası çox yüksəkdir, bununla yanaşı, dollarla daha riskli aktivlər arasında (aksiyalar, əmtəələr) güclü neqativ korrellyasiya görürük. Yada salaq ki, bazarlarda dünya iqtisadiyyatının dirçəlişinə münasibətdə optimizmin artması risksiz Amerika obliqasiyalarına və dollara tələbi azaltmaqla əmtəələrə və ucuzlaşmış aksiyalara tələbi stimullaşdırır. Cədvəlin aşağı hissəsində 2007-ci ilin iyul ayının ortalarından 2009-cu ilin mart ayında bazarın dib yaratmasına qədər böhran dövründəki məlumatlar göstərilib. Biz yenə də foreks, aksiyalar və əmtəələr arasındakı korrellyasiyaları görürük, amma bu dövrdə dollara tələb olduğundan, aksiya və əmtəələrin qiymətləri ucuzlaşırdı. Diqqət yetirin ki, aşağı hissədə qızılın foreks alətlərilə korrelyasiyası kəskin zəifləyib, bəzi hallarda isə müsbətdən mənfiyə dəyişib. Bu, düşünməyə əsas verir ki, qızıl riskli aktiv kimi nəzərdən keçirilirdi. Bu iki zaman intervalı üçün yeganə sabit göstərici ekstremal volatillikdir – o, korrelyasiyalarda ticarəti müəyyənləşdirən həlledici faktordur. Şəkil 2-də həmin alətlərin digər zaman intervallarında korrellyasiyaları üzrə məlumatları görürük. Birinci dövr volatillik nöqteyi-nəzərindən daha mülayim olan 2005-2006-cı illəri əhatə edir. Bu dövrdə bazarların çoxu diapazonda idi və yalnız aksiya bazarlarında hərəkət davam edirdi.


38

NƏZƏRƏ AL

Bu illər uzunmüddətli korrellyasiya səviyyələrilə müqayisədə valyutalar və digər bazarlar arasındakı korrellyasiyalar cuzi enib. Yalnız Yapon yeni istisnadır. Bu dövrdə “carry” əməliyyatları daha çox məşhur idi. Bu, onunla bağlı idi ki, Yapon yeni üzrə faiz dərəcələrinin demək olar ki, 0-a yaxınlaşması investorların öz spekulyasiyalarını bu valyutaya yatırmasına səbəb olmuşdu. Bunun nəticəsi olaraq Dollar/Yena və riskli aktivlər arasındakı korrellyasiya pozitiv olub. İkinci məlumat toplusu 2009-cu ilin dekabrında sona çatmış 10 illik periodu əks etdirir. Burada biz foreks bazarları və digər aktivlər arasında uzunmüddətli korrellyasiya görürük. Bu dövr dünya maliyyə bazarlarında ən müxtəlif hadisələri əks etdirir: 11 sentyabr terror aktından tutmuş fond bazarlarında müxtəlif növ eniş və artımlara, Amerika Dollarının artım və eniş periodlarına kimi. Əksər hallarda valyuta cütlüklərinin və fond bazarının ümumi hərəkətində çox az oxşarlıq görürük, yalnız valyutalarla faiz dərəcələri arasında korrellyasiyanın şahidi oluruq. Bir tərəfdən Amerika Dolları, digər tərəfdən neft, qızıl və digər əmtəələr arasında uzunmüddətli əks korrellyasiya gözə çarpır.

Korrellyasiyaların yaranması Foreks bazarında korrellyasiyaları hərəkətə gətirən fundamental münasibətlər hər iki istiqamətdə yayılır. Son vaxtlarda valyutalar və digər bazarlar arasındakı korrellyasiya səviyyələri misli görülməyən səviyyələrə çatıb. Belə bazarlara uğurlu köklənmək üçün treyderlər bu korrellyasiyaların ardında hansı fundamental faktorların dayandığını bilməlidirlər. Əsas faktor Amerika dollarının ümumi vəziyyətidir. Hərçənd, faiz dərəcələrində differensiallara da hazır olmaq lazımdır. Bu dəyişikliklər ona gətirib çıxara bilər ki, cari yüksək korrellyasiya səviyyələri nə zaman normal səviyyələrə enəcək.


39

NƏZƏRƏ AL

Korrellyasiya 101 Statistikaya dərindən nəzər salmadan korrellyasiyanın kökünə diqqət yetirmək daha yaxşı ideyadır. Əvvəla, korrellyasiya əmsalı + 1 və - 1 arasındadır. O, iki aktiv arasındakı statistik əlaqənin səviyyəsini göstərir (bu məqalə üçün əmsalın hesablanmasında qiymətdən istifadə olunub). +1 müsbət korrellyasiyaya işarə edir və o deməkdir ki, hər iki aktivin qiyməti mükəmməl tandemdə hərəkət edir.– 1 isə tam neqativ korrellyasiyanı əks etdirir və ona işarə edir ki, hər iki aktiv tam olaraq bir-birinin əksinə hərəkət edir. 0-a bərabər olan korrellyasiya onu göstərir ki, hər iki aktivin hərəkəti bir-birilə korrellyasiya olmur, yəni bir aktivin hərəkətinin digər aktivin hərəkətinə aiddiyyatı yoxdur. +0.3 və -0.3 arasındakı korrellyasiya zəif və etibarsız korrellyasiya kimi nəzərdən keçirilir, +/-0.5 korrellyasiya müəyyən qədər əhəmiyyətlidir, +/- 0.7 isə statistik nöqteyi-nəzərindən daha güclüdür. Korrellyasiyalar həftəlik, günlük, saatlıq bağlanış qiymətlərində müşahidələrə əsasən hesablanır. Bu minvalla istənilən korrellyasiyanın interpretasiyasında yadda saxlanılmalı ən vacib amil – hesabatda istifadə olunan müşahidələrin sayıdır. 20 və ya 30 perioddan istifadə edilməklə hesablanmış korrellyasiya daha az etibarlıdır, amma 100 və daha çox periodu əhatə edən əmsallar mühüm statistik əhəmiyyətə və etibarlığa malikdirlər. Siz əldə olunan korrellyasiyanın etibarlığını müəyyənləşdirmək üçün müxtəlif statistik analiz alətlərindən istifadə edə bilərsiniz; məsələn, R-squared və ya t-test,- amma hamıya artıq aydındır ki, müşahidə nə qədər çoxdursa, bir o qədər yaxşıdır.

Amerika Dolları Aşağı faiz dərəcələri adətən Amerika aksiyalarına tələbi stimullaşdırır, belə ki, alış qiymətinin aşağı olması Amerika şirkətlərinə kömək olur. Dolların zəifliyi həmçinin fond meydanlarında ticarət aparan investorların hecləmə strategiyalarına da təsir edir, əcnəbilər dolları satmaqla Amerika aksiyaları portfellərini hecləyirlər. Amerika investorları öz xarici investisiyalarını hecləməməklə dollarının satışına zəmin yaradırlar. Digər yetirin ki, qarşılı əlaqə tam dəyişə bilər (Amerika Dolları yuxarı / aksiyalar aşağı), amma bir fakt vacib olaraq qalır ki, dolların çox aşağı faiz dərəcələri onu əvvəlcədən istiqamətləndirib. ABŞ-da faiz dərəcələri normallaşanda həm digər valyutalara münasibətdə, həm tarixi nöqteyi-nəzərdən Dollar və aksiyalar arasındakı korrellyasiyalar aşağı düşəcək və şəkil 2-dəki səviyyələrə qayıdacaq.

Xammal, neft və dollar Xammal və Amerika Dolları arasındakı uzunmüddətli neqativ korrellyasiya əsas bazar aktivləri arasında daimi uyğunluqlardan biridir. Nəticədə bu bazarlarda ticarət aparanlar böyük ehtimalla digər bazarlardakı cüzi qiymət hərəkətlərinə təsir edir, bununla da öz-özünü tənzimləyən əks əlaqə sistemi yaradırlar. Amma bu qarşılıqlı əlaqələrin əsasında hansı fundamental faktor dayanır? Bir halda ki, əksər xammallarda ticarət dollarla gedir, sadə bir izahat onu deyə bilər ki, dolların artımı və ya enişi bu əmtəələri əks istiqamətdə korreksiya edə bilər. Ya da dollardan istifadə etməyənlər üçün bu əmtəələr ucuz və ya bahalı olur. Amma hər şey belə asan deyil. Zəif dollar onunla ticarət aparmayanlar üçün əmtəəni ucuzlaşdırmalıdır ki, o da öz növbəsində tələbin artımına səbəb olur, qiyməti qaldırır və əksinə. Şəkil 3-də 2009-cu ilin sonlarında dolların enişi/neftin artımının Amerika dolları, Avro, Yapon yeni və Avstraliya Dollarında əks olunmuş neft qiymətinə təsiri göstərilib. Dolların enişi, demək olar ki, Avstraliya üçün nefti yenidən qiymətləndirdi və Yaponiya, Avrozona üçün onu məhdudlaşdırdı.


40

NƏZƏRƏ AL

Aşağı faiz dərəcələri spekulyantların dollarla xammalı almalarını gücləndirə bilər. Nəhayət, dolların zəifliyindən bəhrələnən inflyasiya riskləri xammal alışlarını stimullaşdıra bilər. Xammal əmtəələri tərəfindən onların qiymət artımı bu əmtəələri istehsal edən firmalara sərfəlidir. Bu da Avstraliya və Kanada kimi xammal hasilatında ixtisaslaşmış ölkələrə kapital axınına yol aça bilər. Nəticədə bu ölkələrin valyutaları Amerika dollarına qarşı möhkəmlənir.

Qızıl və Dollar Ümumilikdə Dolların Qızılla qarşılıqlı əlaqəsi onun digər əmtəələrlə qarşılıqlı əlaqəsini xatırladır, amma onların da öz qayəsi var. İnvestorların çoxu qızılı “təhlükəsiz liman”, yeganə daim qiymətli (neçəyə olmasından asılı olmayaraq), inflyasiyaya qarşı hec və kağız pulların analoqu hesab edir. Fundamental elementlərdən onu qeyd etmək olar ki, qızılın qiymətinin artımı bu metalı hasil edən ölkələrin valyutalarını da bahalaşdırır. Bu da həmin ölkələrdə hasiledici və emaledici sənayeyə investisiya axınına yol açır. ABŞ-da aşağı faiz dərəcələri dollar üçün enişin əsas səbəbi kimi qalır və bu da qızıla alışı stimullaşdırır, amma onlar həmçinin qızıla malik olan ölkələrə də təsir edir. Adətən qızılın saxlanılması xərc tələb edir: bu, mühafizə və siğorta xərcləri, həmçinin dolayı yolla gəlirlilik üzrə ödənilməmiş qazancla bağlı xərclərdir. ABŞ-da aşağı faiz dərəcələri bu dolayı xərcləri azaldır və qızılı daha cazibəli edir. Əgər ABŞ-da faiz dərəcələri normallaşsa, bu, qızılın qiymətinin stabilləşməsinə gətirib çıxara bilər (şəkil 2-də “sakit illər”dəki məlumatlara baxın).

TREYDERLER ÜÇÜN FORUM


BAXIŞ BUCAĞI

SEM EVANS

HAMI QAZANA BİLƏRMİ?

41

Heç bir treyder anadan davamlı qazanan treyder kimi doğulmur. Xeyli səbəblər var ki, onların üzündən insanların çoxu foreksdən müntəzəm gəlir götürə bilmirlər. Amma əvvəl-axır bütün bunlar sadə bir fakta söykənir ki, insanların çoxu reallıqla dərketmə arasındakı fərqi tam başa düşmürlər. İnsanlar maliyyə bazarlarında spekulyasiya etməyə başlayandan belə bir fikir var ki, yalnız Uol-Strittdəki əsas şəxslərin bu işdə uğur qazanmağa təcrübəsi və biliyi var. Adi insana isə isə qan-tərlə qazanılmış pulları ticarətə qoymamağı tövsiyə edirdilər. Bu sadə misal kifayət edir ki, dərketmə ilə həqiqət arasında fərqi dəqiq başa düşəsən. Kim deyib ki, Uoll-Strittdəkilər hər şeyi hamıdan yaxşı bilirlər? Kim dedi ki, yaınız brokerlər növbəti böyük imkanın harada yaranacağını bilirlər?

Ümumi desək, bu, kütləyə xas olan və qorxudan irəli gələn mülahizədir. Əgər siz həqiqətən maliyyə gələcəyinizi başqasına etibar etmək əvəzinə öz əlinizə almaq istəyirsinizsə, ilk növbədə düşüncə tərzini dəyişməyin tam zamanıdır. Bu işdə düşüncə ilə reallıq arasında disbalans o qədər güclüdür ki, istənilən yeni başlayan treyderi karyerasının ilk mərhələlərində asanlıqla cəzalandıra bilər. İnsanların çoxu səhvən elə bilirlər ki, uğurlu treyder olmaq nəsə mistik bir hünərdir. Şübhəsiz, bu proses həqiqətən əvvəldən düzgün təhsil, böyük məsuliyyət və nizam-intizam tələb edir. Amma əgər lazımi istiqamətdə səylərinizi səfərbər etsəniz, istənilən adam buna nail ola bilər. Ürəkdən deyə bilərəm ki, ticarətiniz nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Mən demirəm fundamental analizin hər rəqəmini dərindən araşdıraq və ya çoxlu indikatorla mürrəkkəb strategiyalar tətbiq edək. Bunun yerinə qiymət hərəkətinin obyektiv analizinə diqqət yetirək və yenə də əlimizdəki əsas “kozır” olan risk-menecment vərdişlərini təfərrüatı ilə izləyək. Diqqət yetirin ki, sonuncu cümlədə mən “qiymət” sözünü işlətdim. Yaddan çıxarmayın ki, qiymət – istənilən treyderə bazarda işləməyə verilən yeganə ədalətli alətdir. Əgər siz istənilən istiqamətdə qiymətin hərəkətini nəyin idarə etdiyini başa düşməyə çalışsanız, artıq digərlərindən fərqli olaraq, üstünlüyə maliksiniz.


05

BANKLAR


43 ANALIZ

Trading Cenral-dan bazarın təhlili EUR/JPY ortamüddətli

Trend “buğa” istiqamətlidir Dönüş nöqtəsi: 124.5 Əsas fikir: Qiymət 124.5 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 134 və 138.45 olmaqla ALIŞA üstünlük verilməlidir. Alternativ variant: 124.5 səviyyəsinin aşağıya qırılması halında 118.5 və 114.65 ətrafına eniş mümkündür. Analiz: RSI “buğa” dinamikasını itirir. Əsas səviyyələr: 143.00 ** 138.45 *** 134.00 ** 128.41 124.50*** 118.50*** 114.65**


44

ANALIZ

AUD/USD ortamüddətli Eniş riskləri var

Dönüş nöqtəsi: 0.9785 Əsas fikir: Qiymət 0.9785 səviyyəsindən aşağıda qalarsa, hədəflər 0.8765 və 0.858 olmaqla SATIŞA üstünlük verilməlidir Alternativ variant: 0.9785 səviyyəsinin yuxarı qırılması 1.015 və 1.062 ətrafına yol açılacaq Analiz: Texniki baxımdan RSI indikatoru neytral 50 zonasından yuxarıdadır Əsas səviyyələr: 1.0620*** 1.0150*** 0.9785*** 0.9195 0.8765** 0.8580** 0.8325**


45 ANALIZ

USD/CHF ortamüddətli Qalxışın davamı

Dönüş nöqtəsi: 0.915 Əsas fikir: Qiymət 0.915 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 0.984 və 0.997 olmaqla ALIŞA üstünlük verilməlidir. Alternativ variant: 0.915 səviyyəsinin aşağı qırılması 0.9 və 0.89 ətrafına enişə gətirəcək Analiz: RSI müsbət istiqamətlidir. Əsas səviyyələr: 1.0130 *** 0.9970 *** 0.9840 *** 0.9707 0.9150 ** 0.9000 *** 0.8900 **


46

SISTEM

GBP/USD ortamüddətli Təzyiq altındadır

Dönüş nöqtəsi: 1.575 Əsas fikir: Qiymət 1.575 səviyyəsindən aşağıda qalarsa, hədəflər 1.48 və 1.45 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1.575 səviyyəsinin yuxarıya qırılması 1.5915 və 1.6175 ətrafına qalxışa gətirəcək Analiz: RSI mənfi istiqamətlidir Əsas səviyyələr: 1.6175 ** 1.5915 *** 1.5750 ** 1.4896 1.4800 *** 1.4500 ** 1.4200 ***


47 SISTEM

EUR/USD ortamüddətli Təzyiq altındadır

Dönüş nöqtəsi: 1.3415 Əsas fikir: Qiymət 1.3415 səviyyəsindən aşağıda qalarsa hədəflər 1.265 və 1.24 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1.3415 səviyyəsinin yuxarı qırılması ilə 1.355 və 1.371 ətrafına yol açılacaq. Analiz: RSI mənfi istiqamətlidir Əsas səviyyələr: 1.3710 *** 1.3550 ** 1.3415 *** 1.2813 1.2650 *** 1.2400 *** 1.2150 ***


48

SISTEM

GOLD ortamüddətli Enişə meyllidir

Dönüş nöqtəsi: 1550 Əsas fikir: Qiymət 1550 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1322 və 1265 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1550 səviyyəsinin yuxarı qırılması 1620 və 1656 yaxınlığına qalxışa gətirəcək. Analiz: RSI eniş trendi sərhədindədir. Əsas səviyyələr: 1656 1620 1550 1400 1322 1265 1150


49 SISTEM

“İşimoku” Qrafik Sistemin əsasında təhlil Gənc yarpaqlar Hər yandan gəlir Şəlalənin səsi Yosa Buson

EUR/USD Weekly 9 həftə əvvəlki testə baxmayaraq, qiymət yenə də “bulud”a qayıdıb və təzədən onu sınaqdan keçirir. “Kijun” üfiqi vəziyyət alıb. Alıcıların “stop”ları yaxına çəkmələri məsləhətdir. Bu vəziyyətdə buludun əks istiqamətdə yarılması tamamilə mümkündür. Yeni əməliyyatları ancaq o halda açmağa dəyər. Yuxarıya hərəkət gözləyənlər qiymətin Kijun xəttinin üstündə möhkəmlənməsinə qədər səbr etsinlər. Ancaq bu, “buğa”ları dirildə bilər.


50

SISTEM

EUR/USD Daily Qiymət “bulud”u yuxarıya doğru yarıb. Amma “bulud”un ensizliyi ondan xəbər verir ki, bazarda sabitlik yoxdur, qəfil dönüşlər ola bilər. Ona görə də, ancaq “qızıl xaç” formalaşacağı halda almağa dəyər. Satmaq üçün isə sadəcə, “bulud”un əks istiqamətdə kəsilməsi də bəsdir.

GBP/USD Weekly Funt “ayı” əhvalındadır. Tenkan-Senə doğru dönüşlər zamanı satmaq daha yaxşı olar. “Stop”lar Kijun-Sendən yuxarıda qoyulur.


51 SISTEM

GBP/USD Daily Eyni vəziyyəti burada da müşahidə edirik.Tenkan və Kijun xəttləri əks istiqamətdə kəsiləndə satmaq daha məsləhətdir. Stopları “bulud”un arxasında - 1,5333-də qoyuruq. Hədəf - 1,4700.

USD/CHF Weekly Frank “bulud”u müxtəlif istiqamətlərdə yarmaqda davam edir. Bu dəfə yarılma yuxarıya doğru olub və hazırda test gedir. Əgər “bulud”un nazilməsinə fikir versək, güman edə bilərik ki, frank sonda hər halda, yuxarıya doğru gedəcək. Ona görə də, test bitəndən sonra yaxın “stop”la alırıq. Stop - 0,93, hədəf - 0,97.


52

SISTEM

USD/CHF Daily Günlük qrafikdə reyncin bütün əlamətləri var. Vəziyyət aydınlaşana qədər bazardan kənarda qalırıq.

USD/JPY Weekly Ümumi vəziyyət “buğa”ların xeyrinə qalmaqdadır. Ən azından, nə qədər ki, Kijun-Sen kəsilməyib, belə olacaq. Bu dəfə xətt sınaqdan çıxıb. Texniki olaraq, əgər həftəlik şam Tenkan-Sendən yuxarıda bağlanarsa, almaq olar. Stop – 96, hədəf - 103. Əgər qiymət “Tenkan”dan aşağıda bağlanarsa, bazardan kənarda qalmaq məsləhətdir.


53 SISTEM

USD/JPY Daily Qiymət qısamüddətli artımdan sonra “bulud”a daxil olub. Buluddan çıxışda – yəni 100-dən yuxarıda alırıq. Stop 97,45, hədəf - 101. Əgər qiymət “bulud”dan aşağıya doğru çıxarsa, satırıq: stop - 100, hədəf - 96.

CINEMA”FOREX”CLUB


54

SISTEM

“Kompleks Texanaliz” Fərid Hüseynov təqdim edir

EUR/USD Eur/usd-nin kəskin hərəkətləri bazar iştirakçıları arasında bir qədər qeyri-müəyyənlik yaradıb. Belə ki, 1.3400-dən 1.2800-ə qədər enən cütlüyün bir günə itirdiklərinin yarısını qaytarması, yəni 1.32-yə qədər qalxması bazarda “buğa” əhvalının tam sönməməsindən xəbər verir. Beləliklə, yaxın gələcəkdə düşünürəm, 1.3400 və daha sonra 1.3500 test oluna bilər.


55 SISTEM

GBP/USD Funt/dolların taleyi acınacaqlı olaraq qalır. Belə ki, cütlükdə satışlar çox kəskin xarakter alıb. Ona görə də, 1.5300 ətraflarına qədər istənilən artımı korreksiya kimi dəyərləndirirəm. “Ayı”lar yenidən hücuma keçə bilərlər. Hələ ki, satış üçün hədəfin 1.4800, daha sonra 1.4400 ətrafları olacağı istisna deyil

USD/CHF Usd/Chf qətiyyətli addımlarla irəliləyir. Ola bilsin ki, cütlük yenidən pariteti görsün – 1.000. Ona görə də, enişdən danışmaq hələ tezdir.


56

ANALIZ

USD/JPY Usd/jpy, görünür, pozisiyalarını itirmək niyyətində olana oxşamır. Belə ki, 94 ətraflarını test etdikdən sonra yenidən 100 ətraflarına qayıdan cütlük, məncə, yeni bir sıçrayışa 104 ətraflarına qədər artıma hazırlaşır.Amma bu həmlə ossillyatorlarda divergensiya göstərə bilər. Ona görə də, həmin ətraflarında gəlirin fiksasiyası yerinə düşər. Eniş üçün cütlük 98 ətraflarından aşağıda möhkəmlənməlidir.

FACEBOOK


57 ANALIZ

“Elliot Dalğaların Analizi” Vüsal Məmmədovun təqdimatında > A - <<A>> dalğası hələ davam edir ....A - “A” dalğasının başlayacağı gözlənilir Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD Weekly Avro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində yuxarıya doğru (X) dalğası bitib və indi (Y) eniş dalğası inkişaf edir. Ortamüddətli planda enişin davam edəcəyini gözləyirik.


58

ANALIZ

EUR/USD Daily Bu səviyyədə aşağıya doğru 3 Minor impulsu formalaşmaqdadır. Korreksiyadan sonra enişin davamını gözləyirik. Detallar qrafikdə göstərilib.

EUR/USD H4 2 Minor dalğası yekunlaşıb, 3 Minor dalğasının birinci impulsu – [i] minuette hazırdır, indi [ii] minuette korreksiyası gedir. Korreksiyadan sonra enişin davamını gözləyirik.


59 ANALIZ

GBP/USD Weekly İrimiqyaslı üçbucaq yarılandan sonra qiymət klasik sxem üzrə hərəkət edir. 2 Minor dalğası üçbucağın aşağı sərhədini test edəndən sonra enişin davamı – 3 Minor dalğası başlayıb.

GBP/USD Daily Burada da avro/dollarda olduğu kimi, aşağıya doğru 3 Minor dalğasını gözləyirik. Mümkün sxem qrafikdə göstərilib.


60

ANALIZ

USD/CHF Weekly Dollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. (Y) dalğasının ilk ziqzaqı – W Minor - və güman ki, X Minor formalaşıb qurtarıb. Detallara aşağı zaman periodunda baxırıq.

USD/CHF Daily Bu zaman periodunda X Minor dalğası yekunlaşıb, indi Y Minor inkişaf edir. Korreksiyadan sonra artımın davamını gözləyirik.


61 ANALIZ

USD/JPY Weekly Qrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modeli tam formalaşıb. Qaydaya gorə, bu, ya ziqzaqın, flat-in, ya da impulsun ilk dalğası olur. İndi 2 or B Minor dalğasının inkişafını müşahidə edirik.

USD/JPY Daily Bu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, 1 or A Minor dalğası tam başa çatıb. 2 Minor korreksiyasının ilk dalğaları – [a] və [b] minute - formalaşıblar. Enişin davamını gözləyirik.

"InForex"#41: hami qazana bilermi ?  

"InForex" treyderler ucun online pulsuz jurnal

Read more
Read more
Similar to
Popular now
Just for you