

SƏBİNƏ GÜL

EUR/USD
Avro gördüyümüz kimi ötən həftənin diapazonunun aşağı xəttini qırmağa çalışır və eyni zamanda trendin aşağı sərhədində ticarət aparır. Trendin aşağı qırılmasını görürük. Mümkün eniş hədəfini qrafikdə qeyd etdim.

SƏBİNƏ GÜL

GBPUSD
Oxşar vəziyyət burada da müşahidə olunur. Qeyd edilən nöqtələrə nəzərən hərəkəti izləyirəm. Hazırda 1.2830 müqavimətindən aşağıda qaldıqca eniş görə bilərik. Çəkdiyimiz trend xətti artıq qırılıb, qiymət qırılmlş trend xəttini test etməyə çalışır.

JPMORGAN LIRƏNI ALMAĞI TÖVSIYYƏ EDIR

JPMorgan analitikləri lirənin perspektivlərini daha pozitiv qiymətləndirirlər.
«İndi biz hesab edirik ki, risk/gəlir nisbəti lirənin birbaşa alışlarının xeyrinə dəyişir», — deyə bank ekpertləri bildirirlər.
«Bizim əvvəlki analizimiz göstərir ki, lirə ucuzdur və rəqabətə davamlıdır, ona görə də təkrar devalvasiyaya ehtiyac yoxdur». Türkiyənin maaliyyə hakimiyyəti dollar/lirənin stabilliyini, valyuta rezervlərini itirmədən qoruya biləcəklər, deyə JPMorgan analitikləri qeyd edirlər.
EUR/USD: TREYDERLƏR HƏFTƏNIN VACIB RELZILƏRINƏ VƏ HADISƏLƏRINƏ HAZIRLAŞIRLAR

EUR/USD həftəyə pozitiv əhvalla başlayb, amma bu hətənin gözlənilən hadisələri qalxışı davam etdirməyə imkan vermir. Treyderlər görünür ki, AMB iclası və ABŞ -dan alınacaq makroiqtisadi xəbərlər fonunda ehtiyatlı mövqedə qalırlar.
Çərşənbə günü ABŞ -da istehlak inflyasiyası, PPI və pərakəndə satış göstəriciləri dərc olunacaq.
Cümə axşamı AMB pul -kredit siyasəti barədə qərarını açıqlayacaq. FRS üzvlərinin şərhlərindən görünür ki, FRS faiz dərəcələrini qaldırmayacaq, amma bazarla ilin sonuna qədər 25 b.b. qədər artım olacağını qiymətdə nəzərə alırlar.
AMB faiz dərəcələri ilə bağlı qeyri - müəyyənlik də EURUSD cütlüyünün trayektoriyasında özünü göstərir.
YÜKSƏLDƏCƏK? - SOCIETE GENERALE

Societe Generale ekspertləri gözləyirlər ki, AMB qarşıdakı iclasda şahin fasiləsi götürəcək. Gözlənlir ki, faiz dərəcələrinin artırılması dekabra salanacaq, AMB isə infliyasiya hədəfləri səbəbindən şahin mövqeyini qoruyacaq. Tezislər
Şahin fasiləsi: AMB əvvəlki ismarıclarında müşahidə olunan şahin tonuna baxmayaraq,Eniş riskləri: AMB ola bilsin ki, avrozona iqtisadiyyatında iyul iclasndan sonra eniş risklərinin artdığını qeyd edəcək.
Bu risklər ortamüddətli inliyasiya perspektivinə təsir edə bilər. İnliyasiya hədəfi: AMB 2% səviyyəsində müəyyən ediliş infliyasiya hədəfinin əldə olunmasının mümkün olmaması barədə inandırıcı dəlil olmayana qədər şahin tonundan imtina etməyəcək.
Kütləvi sərtləşdirmə (QT) davam edə bilər:Dekabrda AMB faiz dərəcələrini qaldırdıqdan sonra gələn ilin əvvəlində kütləvi sərtləşməyə keçə bilər (QT).
AMB personalının yeni proqnozları:AMB personalının yeni personalının proqnozları gələn il daha aşağı artım templərinə işarə edəcək.
FRS: DƏYIŞMƏZ FAIZ DƏRƏCƏLƏRI VƏ DAHA
OPTIMIST PROQNOZ GÖRƏCƏYIK – WELLS FARGO
Gələn həftə FRS pul kredit siyasəti barədə qərarını açıqlayacaq. Bazar iştirakçıları mərkəzi bankın faiz dərəcələrini dəyişməz saxlayacağını hesab edirlər.
Wells Fargo analitikləri həmçinin gözləyirdilər ki, faiz dərəcələri dəyişməz qalacaq, amma FOMC üzvləri daha optimist fikir irəli sürəcəklər.

- Biz gözləyirik ki, 20 sentyabr iclasında FOMC federal fondlar üzrə faiz dərəcələrini 5.25-5.50% diapazonunda saxlayacaq. Əksər bazar iştirakçıları da gözləyirlər ki, faiz dərəcələri əvvəlki səviyyədə qalacaq.
GBP/USD 3 AYLIQ PERSPEKTIVDƏ 1.23 QIYMƏTINƏ ÇATA BILƏR – RABOBANK
GBP/USD cütlüyünün son enişi əsasən İngiltərə Bankının faiz dərəcələrini aşağı sala biləcəyi ehtimalları ilə deyil, dolların möhkəmlənməsi ilə bağlı idi, deyə Rabobank analitikləri qeyd edirlər.

Ötən həftə funtun enişi dolların möhkəmlənməsi ilə bağlı idi, belə ki, dollar aylıq hesablamada ən yüksək gəlirli valyutadır. Çində və Avropada yavaşlama - riskə maraq üçün pis xəbərdir, eyni zamanda dollara dəstək verir. Biz hesab edirik ki, qarşıdakı 3/6 ayda dollar tələblə alınacaq və bazar FRS - in faiz dərəcələri qərarına diqqət yönəltməyənə qədər bu davam edəcək.
Biz GBPUSD -in 3 aydan sonra 1.23, 6 aydan sonra 1.24 səviyyəsində ticarət aparacağını gözləyirik.
WTI NEFTI ILLIK MAKSIMUMLAR ƏTRAFINDADIR
Amerikanın neft markası Western Texas Intermediate (WTI) $87.80 səviyyəsində ticarət aparır. Neft qiymətləri böyük ehtimalla Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən müəyyən olunmuş təklifin azalması qaydaları ilə dəstəklənəcək. Eyni zamanda Çindən alınan müsbət iqtisadi xəbərlər də neft üçün səmt küləyi rolu oynayıb. WTI eyni zamanda Şərqi Liviyada baş vermiş tufan və sel səbəbindən 4 iri portun bağlanmasından dəstək alır. Bir çox makroiqtisadi göstəricilər neftə tələbi azalda bilər, bunlar ABŞ -da dərc olunacaq inflyasiya, AMB - in bu həftə açıqlayacağı faiz dərəcələri qərarı, ABŞ - da faiz dərəcələri ilə bağlı proqnozlar ola bilər.

QIZIL: SPEKULYANTLAT EHTIYATLIDIRLAR
CFTC -in təqdim etdiyi COT hesabatı analizi göstərir ki: İri spekulyantlar (NON-COMMERCIAL) qızılın təmiz alışlarını 14.7 min müqavilə qədər artıraraq 138. 0 minə çatdırıblar.

Hecerlər (COMMERCIAL) qızılda təmiz satışları 17.6 min müqavilə qədər artıraraq 158.2 minə çatdırıblar. Açıq maraq 4.1 min müqavilə qədər artaraq 438. minə çatıb.
Nəticə: COT hesabatı qızılda buğa meylliyinin artdığını göstərir.