"InForex"#40: Asan catilan hedef

Page 18

17 TİCARƏT

Korreksiyanın sonunu tuturuq Bu strategiya eur/usd cütlüyündə H4 zaman periodunda tətbiq olunmaq üçün yaradılıb.

Əvvəlcə qrafikə bu indikatorları əlavə edirik: 1) Sadə Dəyişən Orta Göstərici - SMA 72 (qırmızı rəngdə) 2) Sadə Dəyişən Orta Göstərici - SMA 144 (göy rəngdə) 3) Stochastics ossillyatoru – parametr (8,3,3), metod (Simple) 4) Zig-Zag indikatoru (5,3,1) Bunlardan başqa, bizə Horizontal dəstək/müqavimət xəttləri lazım ola bilər. Ümumi müddəalar: 1) Əgər qiymət SMA 72-dən, SMA 72 isə SMA 144-dən yuxarıdadırsa, bazarda artım trendinin olduğu hesab edilir. 2) Əgər qiymət SMA 72-dən, SMA 72 isə SMA 144-dən aşağıdadırsa, bazarda eniş trendinin olduğu hesab edilir. 3) Qalan hallarda trend qeyri-müəyyən hesab olunur

Əməliyyat açmağın qaydası: I variant 1) Qiymət SMA 72-dən, SMA 72 isə SMA 144-dən yuxarıdadır. 2) Stochastic indikatorunun 50 səviyyəsindən aşağıya enməsini gözləyirik 3) Ziqzaq indikatorunun ən yaxın minimumundan çəkilən dəstək xəttindən 5 punkt aşağıda “Buy Limit” orderi qoyuruq. 70 punkt aşağıda isə stop-loss orderi yerləşdirilir. Əgər “stop”dan yuxarıda Ziqzaqın yeni minimumu yaransa, orderi onun altına çəkirik. Qiymət bizim tərəfə 30 punktdan çox gedəndə “stop”u itkisiz zonaya çəkirik. 4) Əgər Limit orderi işə düşməsə, Stochastics-in öz siqnal xəttini kəsdiyi şamın üzərində (spred nəzərə alınmaqla) buy stop orderi qoyuruq.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.