

SƏBİNƏ GÜL

EUR/USD
Avronun qrafik təsvirdə göründüyü kimi trendi aşağı qırdığını göürük, amma dəstəkdən yuxarıdadır. Enişin davamı üçün buradan aşağı eniş olması lazımdır.

SƏBİNƏ GÜL

GBPUSD
Funtun qrılmış trend xəttindən yuxarıda diapazonda ticarət aparmağa davam etdiyini görürük. İstiqamətin təyini üçün bu sərhədlərdən hansının qrılacağnı izləyəcəyik.

FAIZ DƏRƏCƏLƏRININ ARTIRILMA GÖZLƏMƏLƏRI XAU/USD -I YUXAR QALDIRACAQ- TDS
TD Securities strateqləri qızılın (XAU/USD) perspetivləri barədə belə fikir bildirirlər.



- Göstəricilər FRS - in faiz dərəcələrini dayandıracağına işarə etmir.
- Diskreksion kapital sarı metalı tərk etməkdə davam edir, bizim indikatorumuz əvvəlki kimi diskreksion treyderlərin satışlara daxil olduğunu göstərir.
- Faiz dərəcələrinin aşağı salınacağı ilə bağlı gözləmələrin güclənməsi qızln qalxışına dəstək verə bilər.
UOLL- STRIT FEDREZERVIN FAIZ DƏRƏCƏLƏRINI AŞAĞI SALACAĞINA ARTQ INANMIR
İnvestorları stabil iqtisadiyyat təəccübləndirir.
Uoll -Strit sakinləi fikirləşirdilər ki, Fedrezerv faiz dərəcələrini bu il aşağı salacaq. Amma ABŞ iqtisadiyyatı pis dayanmır, bu da analitikləri proqnozlara yenidən baxmağa vadar edir.
Bəzi ekspertlər hesab edirlər ki, əgər ilin ikinci yarısında Fedrezerv faiz dərəcələrini artırarsa, fond bazarlarında enişn başlayacaq, hətta yüksək korporativ gəlirlər və müsbət iqtisadi statistika da bu halda kömək etməyəcək.
Bir çoxları hesab edirlər ki, əksər əsas indekslərin artmasına bxamayaraq, bir çox Amerika fond sektorları bu il zəif olub. Morgan Stanley baş iqtisadçıs Ellen Zentner hesab edir ki, FRS iyun iclasnda faiz dərəcələrini dəyişməz saxlayacaq və ilin sonuna qədər fasilə götürəcək. Faiz dərəcələrinin azalması 2024- ü ildə başlayacaq.
Bir çox investorlar əmindirlər ki, tənəzzüldən qaçmaq mümkün olacaq. Tənəzzülə baxmayaraq, investorları qazanaq imkanları cəlb edir, bu da riskə marağı artırır, deyə Wells Fargo diektoru Con Qreqori bildirir.
İNGILTƏRƏ BANKNIN QƏTIYYƏTSIZ HƏRƏKƏTI FUNTA ZƏRBƏ VURACAQ – COMMERZBANK

İngiltərə Banknın addımları olduqca qətiyyətsizdir, bu da qarşıdakı rüblərdə funta təzyiq göstərə bilər, deyə Commerzbank iqtisadçıları yazırlar.
- Faiz dərəcələrinin artırılması imkanları varsa belə, İngiltərə Bankı böyük ehtimalla ümid edir ki, dərc olunacaq iqtisadi rəqəmlər banka bu addımda fasilə götürməyə şərait yaradacaq. Maaliyyə bazarları bankın fikriləri ilə raz deyil.
- Yekun faiz dərəcələri 5.5% olaraq qiymətləndirilir, amma İngiltərə Bankının qətiyyətsiz addımlar nəzərə alnarsa bu rəqəm həddindən artıq yüksək kimi görünür. - Böyük ehtimalla funtun enişi gələn il də davam edəcək, belə ki, İngiltərə Bankı böyük ehtimalla faiz dərəcələrini aşağı salacaq. İngiltərə Bankı böyük ehtimalla faiz dərəcələrini aşağı salacaq.
SOCIETE GENERALE DOLLAR LIRƏYƏ QARŞI SATMAĞI TÖVSIYYƏ EDIR

Societe Generale strateqləri USD/TRY cütlüyündə satış açmağı tövsiyyə edir və qarşıdakı 3 ayda 10% gəlir gözlədiklərini bildirirlər.
Gözlənilir ki, baza faiz dərəcələri Türkiyədə 22 iyunda 650 b.b. qədər, iyul və avqust iclaslarında 500 b.b. qədər artırılacaq.
Societe Generale gözləyir ki, lirə yaxın perspektivdə daha çox cəlbedici dinamika nümayiş etdirəcək. Bank stop -lossu 23 lirə səviyyəsində qoymağı tövsiyyə edir.
RBA INDIKI SIYASƏTƏ DAVAM EDƏRSƏ AUD
ALINACAQ- COMMERZBANK
RBA faiz dərəcələrini yüksəldərək bildirib ki, faiz dərəcələrinin yüksəldilməsi davam edə bilər. Bu fonda avstraliya dolları sıçrayış həyata keçirib. Commerzbank valyutanın perspektivləri barədə proqnozların təqdim edir:
- RBA - ın bu addımı faiz dərəcələrinin artımının dayandrılması demək deyil. İnfliyasiya yüksək olaraq qalır, digər iqtisadi rəqəmlər isə valyutanın əldə etdiyi səviyyələrdə qalıb- qalmayacağını müəyyən edəcək.
- RBA indiki mövcud siyasətə davam etdikcə, ozzinin dəstək alacağını gözləmək olar.
QIZIL FRS - IN FAIZLƏRI YÜKSƏLDƏCƏYI FIKIRLƏRI FONUNDA DÜŞƏ BILƏR – COMMERZBANK

Commerzbank iqtisadçıları qzılın (XAU/USD) perspektivlərini müzakirə edirlər.
Bu həftə qızıln qiyməti iki aylıq minimuma düşüb, amma sonradan qiymət bərpa olunub. İndi FRS - in faiz dərəcələrini yüksəltməkdə fasilə götürəcəyi ehtimalı formalaşıb, bu qızılın qiymət artımını müəyyən qədər dayandıra bilər.
Beynəlxalq qızıl şurasının apardığı sorğu göstərib ki, mərkəzi banklar ötən ilin rekord alışlarından sonra qızlın alışlarını davam etdirə bilər.
Mərkəzi bankların alışları qızılın qiymət artımına gətirməyə bilər və sadəcə enişi dayandıra bilər.
AMB HƏLƏ IKI DƏFƏ FAIZ DƏRƏCƏLƏRINI ARTIACAQ - NOMURA
Nomura iqtisadçıları AMB pul siyasətinin perspektivlərini müzakirə edirlər. Onlar deyirlər ki, yaxın aylarda AMB baza infliyasiyasını və xidmət sahəsində qiymətləri izləyəcəklər.

- İndi baza infliyasiyası pik səviyyəsi olan 5.3% səviyyəsindən 0.4% aşağ düşüb, buna görə də pulkredit siyasətinin sərtləşdirilməsinin başa çatdırılması barədə danışmaq tezdir.
Biz gözləyirik ki, bundan sonra AMB fai dərəcələrini hələ iki dəfə də qaldıracaq və yekun faiz dərəcələri 3,75% - ə çatdırılacaq. Bundan sonra əgər baza qiymətlərinin dinamikası kifayət qədər azalarsa, faiz dərəcələrinin yüksəldilməsi dayandırıla bilər. Hesab edirik ki, faiz dərəcələrinin aşağı salınması 2024 - cü ilin sonundan tez baş verməyəcək.
BTC $30 000 QIYMƏTINƏ ISTIQAMƏTLƏNƏ TENDENSIYA BUĞA ISTIQAMƏTINƏ KEÇƏ BILƏR

Bitkoinin qiyməti $27 086 səviyyəsindən aşağıdadır. Buna baxmayaraq BTC üzrə buğaların qalxş imkanları var, bununla qiymətin $28 051 səviyyəsindən yuxarı qalxışı mümkündür.
Qalxış $30 287 səviyyəsi ilə məhdudlaşa bilər. Qalxış ssenarisi üçün qiymət $27 075 səviyyəsindən yuxarı qalxmalıdır.