"InForex Weekly"#510

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY 510 WEEKLY INFOREX MAY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 2

EUR/USD

Hələ ki, avro 1.1690 dəstəyindən yuxarıda qaldıqca trend qırılmamış sayıla bilər, ötən həftənin vacib zonası olan 1.0760 dəstəyi qırlıb və qeyd etdiyim səviyyəni izləyirik.

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 4

GBPUSD

Bu gün funtun D qrafik perioduna baxaq. Qrafikə nəzərən 1.2240 dəstək, 1.2680 müqavimət zonası olan diapazon müşahidə edirik. İstiqamətin təyini üçün bu sərhədlərdən hansının qrılacağnı izləyəcəyik

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

DOLLAR ƏVVƏLKI KIMI AVROPA IQTISADIYYATINI IDARƏ EDIR

FRS -in faiz dərəcələrini qaldırıb qaldırmayacağı təkcə amerikalıları narahat etmir, bunu avropalılar və digər başqa ölkələrdə yaşayanlar da edirlər. Bu onunla əlaqədardır ki, deqlobalizasiya və dedollarizasiya söhbətlərinə baxmayaraq dollar dominant olmaqda davam edir, ABŞ -ın əsas tərəfdaşları ilə ticarət münasibəti isə möhkəmlənib.

Ötən ilin əvvəlində AMB FRS ilə yolunu ayırmağa cəhd elədi, amma FRS aqressiv olaraq faiz dərəcələrini qaldrdıqda avro dollara münasibətdə çox zəiflədi, bu da AMB - i siyasi kursu dəyişməyə məcbur etdi.

«Dollar həqiqətən də dünya iqtisadiyyatında dominantdır”, - deyə BVF - un keçmiş baş iqtisadçısı Moris Obstfeld bildirir. AMB məmurları diqqətlə FRSin və avro/dolların addımlarını izləyirlər, baxmayaraq ki, bunun onların hədəfi olduğunu inkar edirlər.

Amma AMB - in pul -kredit siyasətini sərtləşdirməsi

birbaşa FRS - in siyasətinin ABŞ -da ola biləcək tənəzzülə təsir edib - etməyəcəyindən asılı olacaq. Əgər qarşdakı aylarda ABŞ -da tənəzzül olasa, Amerika Avropadan idxalını azaldacaq, bu da Avropanı vacib gəlir mənbəyindən mərhum edəcək. Eyni zamanda bu halda dollar aşağı düşəcək, bu da avropanın enerji qiymətlərinin və idxal infliyasiyasının azalmasına səbəb olacaq.

Ümumiyyətlə, ABŞ -da tənəzzül sərt olarsa, avropalıların həyatı mürəkkəbləşəcək, AMB -in isə işi asanlaşacaq. Wall Street Journal - ın materiallar əsasında...

USD/TRY :LIRƏNIN BÖHRANI BAŞ VERƏ BILƏRDANKSE BANK

Danske Bank bazar mütəxəssisləri lirənin perspektivlərini şərh edirlər.

“R. T. Ərdoğan Türkiyədə seçkiləri qazandı. Əgər iqtisadi planlar dəyişməzsə, kəskin valyuta böhranının olacağı mümkündür.

Əgər Türkiyədə xarici valyuta qurtararsa, lirənin dəyəri kəskin aşağı düşə, infliyasiya dəfələrlə güclənə, bir çox malların qıtlığı yarana bilər. İri həcmli xarici öhdəlikləri olan Türkiyə korporasiyaları borc müddətinin uzadılması riskləri ilə qarşı - qarşıya olacaq”.

NISBI FUNDAMENTAL DIVERGENSIYA EUR/USD ÜÇÜN POZITIVDIR - MUFG

MUFG Bank EUR/USD barədə belə bir şərh verir.

“Real gəlirlilik səviyyəsi avrozonada ABŞ- a nisbətən yüksək olmalıdır. AMB böyük ehtimalla gələn iki iclasda faiz dərəcələrinin artırılmasına səs verəcək, infliyasiyada azalma müşahidə olunsa da, faiz dərəcələrinin qaldırılmas avroya dəstək verəcək. Bu proqnoz üçün əsas risk ABŞ tərəfindəndir, yəni ABŞ -da iqtisadi aktivliyin azalması gözlənildiyindən az olarsa, dollar yenə dəstək ala bilər. Bu da avronun enişinə yol açar”

XAU/USD 1900 DƏSTƏYINƏ QƏDƏR DÜŞƏ BILƏ - TDS

Qiymət təzyiqi olduqca stabildir, iqtisadiyyat isə az zəiflik nümayiş etdirir. Ona görə də qızıl eniş təzyiqi altında qala bilər, deyə TD Securities analitikləri bildirirlər.

“Qiymətlərin ABŞ mərkəzi bankının gözlədiyi kimi sürətlə düşməməsi son günlərdə kəskin korreksiyalar yaradır, bu da qızılın 1900 dəstəyinə səbəb ola bilər.

Bizim uzunmüddətli proqnozumuz pozitiv olsa da, qısamüddətli perspektivdə eniş olacağını gözləyirik.

ABŞ -da infliyasiya aşağı düşməkdənsə qalxr. Bu FRS - i qəfildən faiz dərəcələrini yüksəltməyə sövq edə bilər və qzılda alıcılar üçün pis xəbər ola bilər”.

NZD/USD 2023- CÜ ILDƏ QALXACAQ, ABŞ BORC LIMITININ MƏHDUDLAŞDIRILMASI RAZILAŞMAS KONQRESSDƏN KEÇƏCƏK – ANZ

Dolların möhkəmlənməsi NZD üçün qarşı küləyi rolunu oynayıb. Amma ANZ Bank analitikləri hesab edirlər ki, NZD/USD borc limiti sualının həllindən sonra qalxış yoluna qayıdacaq.

- Biz hesab edirik ki, müşahidə etdiyimiz konsolidasiya müvəqqətidir və ABŞ -da borc limiti sualı həllini tapdıqdan sonra NZD - in qalxışı üçün zəmin yaranacaq. Dəstəklər: 0.5750/0.5900/0.6085.

Müqavimətlər: 0.6365/0.6540.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 6

USD/JPY: 2 - CI RÜBÜN SONU ÜÇÜN PROQNOZ 128

- DƏN 134 -Ə, 2023 - CÜ ILIN SONU ÜÇÜN POQNOZ 122- DƏN 128 – Ə DƏYIŞRIDILIB

- CRÉDIT

AGRICOLE

Crédit Agricole iqtisadçıları USD/JPY barədə proqnozlarını qalxışa doöru dəyişiblər və yenanın ikinci rübdən zəifləyəcəyini gözləyirlər.

FRS-in faiz dərəcələrinin pikdə olması və ABŞ iqtisadiyyatının uğraya biləcəyi tənəzzül ehtimalı USD/ JPY cütlüyünü təzyiq altna salıb.

ABŞ-da yüksək faiz dərəcələri həm də regional banklar üçün çətinlik yaradraq yenaya tələbi atıra bilər. Bu səbəbdən biz USD/JPY barədə proqnozumuzu qalxışa doğru dəyişmişik.

KONQRESSIN ABŞ DÖVLƏT BORCU LIMITI ILƏ BAĞLI QƏRAR QƏBUL ETMƏSI ÜDM -I 2024 - CÜ ILDƏ CƏMI 0.1% AZALDACAQ – GOLDMAN SACHS

Goldman Sachs iqtisadçıları hesab edirlər ki, əgər Konqress 5 iyuna qədər dövlət borc limiti barədə razlaşmanı qəbul edərsə, ABŞ defoltdan qaça biləcək, federal xərclərin azalması isə ÜDM -i cəmi 0.1% azaldacaq.

Federal faiz dərəcələri barədə proqnoza gəlincə, bankın analitikləri gözləyirlər ki, FRS iyun iclasnda faiz dərəcələrinin artımını dayandıracaq, digər tərəfdən FOMC üvlərinin pul siyasəti barədə fərqlimfikirləri və iqtisadi göstəricilər isə bu mövzuda qeyri müəyyənlik yaradır.

AKTUAL TREND SƏRHƏDLƏRI

EUR/USD: 1,0790 - eniş trendi sərhədi

GBP/USD: 1,2390 - eniş trendi sərhədi

AUD/USD: 0,6775 - eniş trendi sərhədi

NZD/USD: 0,6375 - eniş trendi sərhədi

USD/JPY: 140,20 - eniş trendi sərhədi

USD/CHF: 0,9030 - qalxış trendi sərhədi

USD/CAD: 1,3620 - qalxış trendi sərhədi

USD/RUB: 82,00 - eniş trendi sərhədi

EUR/RUB: 89,50 - eniş trendi sərhədi

GOLD: 1964,00 - eniş trendi sərhədi

WTI: 69,00 - qalxış trendi sərhədi

BITKOIN $25296 QIYMƏTINƏ ÇATA BILƏR

Bitkoinin qiyməti (BTC) həftə sonu güclü qalxışla hamını təəccübləndirib, amma hələ bunun qısamüddətli alıcı təzyiqi və ya\ alıcıların bazara dönüşü olduğunu demək çətindir. Qiymət dinamaikasına əsasən qalxış səbəbi məlum olmadığı üçün ayı proqnozunun qüvvədə qaldığını demək olar. BTC $28 293 səviyyəsində lokal təpə formalaşdırıb, əgər ayı ssenaisi özünü doğruldarsa, bitkoin $25 764 səviyyəsində stopları toplaya bilər. Satış təzyiqinin qalması qiyməti $25 296 səviyyəsinə aparacaq. Bu səviyyələr orderlərin toplandığ səviyyələrdir. Digər tərəfdən bitkoinin qiyməti $28 051 səviyyəsindən yuxarı qalxarsa, qalxş $30 000 və $32 450 səviyyələrinə qədər davam edə bilər.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZ INFOREX WEEKLY

ABŞ DOLLARI - COT HESABATI

CFTC -in son hesabatndan görünür ki, İri spekulyantlar (NON-COMMERCIAL) dollar indeksində təmiz alışlarınn həcmini 1.7 min müqavilə qədər artıraraq 11.2 minə çatdırıblar. Hecerlər (COMMERCIAL) təmiz satışların həcmini 1.5 min müqavilə qədər artıraraq 13.9 minə çatdırıblar. Açıq maraq 0.7 min müqavilə qədər azalaraq 30.2 minə düşüb. Nəticə: COT hesabatı dollarda buğa əhvalının artdığını göstərir.

QIZIL: HECERLƏR NETTO-ORDERLƏRIN YANAKI DIAPAZONUNU AŞAĞI QRIBLAR

CFTC - in son COT hesabatından görünür ki, İri spekulyantlar (NON-COMMERCIAL) qzılın alış orderlərini 19.1 min müqavilə qədər azaldaraq 160.7 minə çatdırblar. Təmiz alışlar minimumlar yeniləyiblər. Hecerlər (COMMERCIAL) satışları 24.5 min müqavilə qədər azaldaraq 187 minə çatdırıblar. Açıq maraq 42.8 min müqavilə qədər azalaraq 479.1 minə çatıb. Nəticə: COT hesabatı qzılda ayı əhvalının gücləndiyini göstərir.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 8
SƏHİFƏ 9 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY 510

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.