

SƏBİNƏ GÜL
EUR/USD
İndiki halda deyə bilərəm ki, avro 1.1690 səviyəsinə istiqamətlənmiş hərəktində korresiya həyata keçirib və qırdığı səviyyəni qayıdaraq yoxlayıb. Qeyd etdiyim dəstəkdən yuxarıda qaldıqca avronun qalxış cəhdləri davam edə bilər

SƏBİNƏ GÜL
GBP/USD
Funt təqdim etdiyim D qrafikində trend xəttini yoxlamış sayıla bilərmi? Deyə bilərəm ki, sarə xətdən aşağıda qaldıqca bu belə hesab oluna bilər. 1.2690 səviyyəsindən aşağıda qaldıqca funt geriyə, digər qeyd olunan dəstəklərə doğru hərəkət həyata keçirə bilər.

AMB BÖYÜK EHTIMALLA FAIZ DƏRƏCƏLƏRINI BIR
VƏ YA IKI DƏFƏ ARTIRACAQ - MNI
Avrosistemdəki mənbələrə əsaslanan MNI bildirib ki, AMB böyük ehtimalla faiz dərəcələrini bu il bir və ya iki dəfə yüksəldəcək.
MNI bildirir ki, AMB idarəedici şuranın əksər üzvləri faiz dərəcələrinin 4% -ə çatacağına şübhə edirlər. Bu dinamikasına ciddi təsi göstərmir və bazar yəqin ki, bu mövzuda daha çox konkretlik gözləyir.

XAU/USD YAYDA ZƏIFLƏMƏ PERIODU YAŞAYACAQ –COMMERZBANK
Son ayların güclü qalxışndan sonra qızlın qiyməti tarixi maksimuma yaxınlaşb. Amma böyük ehtimalla qızl yenidən təzyiq altına düşəcək, deyə Commerzbank analitkləri bildirirlər.
Qızıl böyük ehtimalla aşağı düşəcək, çünki faiz dərəcələri ilə bağlı gözləmələr ilin ikinci yarısında özünü doğrultmaya bilər. Amma faiz dərəcələrinin artırılması sadəcə təxirə salnacağı üçün qızılın enişi də müvəqqəti olacaq.
İlin sonlarna yaxın böyük ehtimalla qızl yenidən qalxşa başlayacaq.İlin sonunda biz qızılın $2 050, gələn ilin sonunda $2 100 qiymətinə çatacağın gözləyirik.
EUR/USD: AVRONUN GÜCÜ UZUN MÜDDƏT STABIL QALMAYACAQ - COMMERZBANK
Commerzbank ekspertləri AMB və FRS perspektivlərinin və addımlarının EUR/USD cütlüyünə təsirini şərh ediblər.


“Hətta AMB faiz dərəcələrini iyunda yüksəltsə belə, avro böyük ehtimalla yalnız ilin ikinci yarsında möhkəmlənəcək, bu da FRS -in faiz dərəcələrini aşağı salacağ halda mümkün olacaq.Uzunmüddətli perspektivdə avronun gücü çətin ki stabil olaraq qalsın.
Bizim ekspertlərimiz hesab edirlər ki, uzunmüddətli perspektivdə AMB böyük ehtimalla infliyasiyaya FRS -dən daha çox nəzarət edə biləcək. Bu iki bankdan hansında faiz dərəcələrinin yüksək olmasından asılı olmayaraq avro infliyasiya riskindən ziyan görəcək.”
EUR/USD 1.0800/1.00730 DƏSTƏYINI QIRARSA 1.05
SƏVIYYƏSI YOXLANACAQ- SOCGEN
Avro cümə gününün enişi ilə G10 valyutaları eytinqində aşağı yerə düşüb. Société Générale analitikləri gözləyirlər ki, EUR/USD 1.08/1.0730 səviyyəsini qırarsa,1,05 səviyyəsinə düşəcək.

“EUR/USD- ın spredlərlə korrelyasiyası gücünü itirib və hec fondlar alışlar saxlayıblar, bununla da gəlirlərin fiksasiyası fundamental dəyişikliklər etməyəcək. Əgər ABŞ -da güclü xəbərlər dərc olunarsa, eniş dərinləşə bilər. 100DMA ilə sentyabr ayının trend xəttinin kəsişməsi 1.0800/1.0730 səviyyəsində dəstək yaradır və onun qırılması 1,05 ərazisinə yol açacaq”.
EUR/USD: QALXIŞ POTENSIALI MƏHDUDDUR
CRÉDIT AGRICOLE

Crédit Agricole ekspertləri bildirirlər ki, EUR/USD həddindən artıq alınıb və kövrəkdir.
“Avro həddindən artıq alnmış kimi görünür, bu da onu xoşagəlməz sürprizlərə dayanıqsız edir. Bundan başqa AMB rəsmiləri desələr ki, pul siyasəti kifayət qədər sərtləşdirilib, avronun təzyiq altına düşməsi mümkündür.”
“Avrozonadan son vaxtlarda alınan pozitiv xəbərlərin azalması avronun eniş potensialının güclü olmasına şərait yaradır. Bundan başqa, Forex investorları EURUSD - də son aylarda alış həcmlərini artırıblar ki, bu da qalxışı məhdudlaşdırır.”
EUR/USD 1.0800 SƏVIYYƏSINI QIRARAQ 1.0700/1.0750 SƏVIYYƏSINƏ DÜŞƏ BILƏR – ING


ING iqtisadçıları EUR/USD cütlüyünün yeni həftədə gözlənilən hərəkətini şərh edirlər.

- Dolların dinamikası EURUSD - cütlüyünün yaxın həftə üçün perspektivlərini müəyyən edəcək.
- ABŞ dövlət borcunun yaratdığı vəziyyət fonunda cütlüyün 1.0800 səviyyəsini qırması və 1.0700/1.0750 səviyyəsinə enişi mümkündür. - Biz cütlüyün zəifliyinin uzun davam etməyəcəyini gözləyirik.
EUR/JPY 149,30 SƏVIYYƏSINƏ ISTIQAMƏTLƏNIB
EUR/JPY sürət yığır və 148.00 səviyyəsi yaxınlığında ticarət aparır. Belə görünür ki, kross buğa istiqamətinə qayıdır və 149,26, 151,61 səviyyələrini yoxlamağa çalışacaq. Kross 143,06 səviyyəsindən yuxarıda qaldıqca pozitiv istiqamət üstün ola bilər.
DOLLAR QALXIŞ HƏYATA KEÇIRƏ BILƏR ING
Valyuta bazarı borc limiti ilə bağlı problemlərə diqqət yönəldib. Danışqlar bu gün bərpa olunacaq, amma yaxın perspektivdə dollar qalxacaq, deyə ING valyuta analitikləri bildirirlər.
“Bizim fikrimizcə, indiki mərhələdə dollar Vaşinqtonda borc limiti ilə bağlı mürəkkəb vəziyyət səbəbindən diqqət mərkəzində qalır və Baydenlən Konqress liderləri arasında danışıqlar nəticəsiz qalarsa investorların narahatlıqları da artacaq.
Bu tərəfdən pozitiv xəbərlərin olmaması riskdən qaçış əhvalı yaradır və dollara tələbi artıra bilər.
DXY indeksi yaxın günlərdə 103,50/104,00 səviyyəsinə doğru qalxa bilər”
XAU/USD
-A TƏLƏB ARTIR ANZ
Makroiqtisadi hadisələr qızıl üçün əlverişli şərait yaradır, deyə ANZ Bank strateqləri bildirirlər.

“ABŞ bank sektorundakı problemlər və borc limiti ilə bağlı qeyri müəyyənlik iqtisadi perspektivləri pisləşdirərək qızıla tələbi gücləndirir. Biz gözləyirik ki, ilin sonunda qızılın qiyməti $2 100 səviyyəsinə çatacaq, qiymətin enişi isə alış imkanları yaradacaq”
DOLLAR DƏSTƏK AXTARMAĞA DAVAM EDƏCƏKSOCGEN
Faiz dərəcələri və gəlirlilik diqqət mərkəzindədir və bu Société Générale strateqi Kit Yukasın fikrincə problemdir.

“Son illərdə faiz dərəcələri ilə dollar arasında əlaqə bərpa olunub və əgər göstəricilər FRS gözləmələri ilə uyğun olmazsa, dollar dəstək axtarmağa davam edəcək..
CFTC hesabatı da bu həftə üçün yeni bir şey demir və belə görünür ki, bazar dollarda satışlarda, EUR/USD cütlüyündə alışlarda qalır.”