

SƏBİNƏ GÜL

EUR/USD
Cütlüyün həftəlik qrafikinə baxsaq görərik ki, 1.10 səviyyəsi yoxlanıb və buranın qırılması çətin olduğu üçün qiymət aşağı dönüb. Bura qırılmayana qədər qalxışn davamına inam zəif görünür. Dəstək olaraq 1.09 səviyyəsi götürülə bilər.

SƏBİNƏ GÜL

GBP/USD
Qrafiklərə baxanda demək olar ki, funtun qalxş impulsu zəifdir. Hal hazırda zəif də olsa qalxış cəhdlərinin olduğunu görürük. Cütlüyün yoxlaya biləcəyi vacib səviyyələri qrafikdə qeyd etdim.

JPMORGAN: TREYDERLƏR VƏ DOLLAR ALICILARI
ABŞ DÖVLƏT BORCU LIMITINƏ BAXMALIDIRLAR
Mərkəzi Bankların iclası həftəsi başa çatb. İndi treyderlərAB dövlət borcu limiti ilə bağlı narahatlıqlara baxmalıdırlar, deyə JPMorgan analitikləri bildirirlər.
Bank stressləri və dövlət borcu limiti risk yaradan faktorlardır, deyə onlar qeyd edirlər. JPMorgan müştərilərinə riskləri İsveçrə franknı almaqla hecləməyi tövsiyyə edir. Həmçinin bank kanada avstraliya və yeni zellandiya dollarını avro və yenaya qarşı satmağı tövsiyyə edir.


DOLLAR ÜÇÜN ŞƏRTLƏR
QALIR - COMMERZBANK

MÜRƏKKƏB OLARAQ
Bazarda dollar üçün mürəkkəb şərait yaranıb, deyə Commerzbank analitikləri qeyd edirlər.
“Həftə sakit ticarətlərlə başlayıb, ümumiyyətlə isə, vəziyyət dollar üçün mürəkkəb olaraq qalır. Bazar faiz dərəcələrinin qaçılmaz olaraq aşağı salınacağına inanır və belə bir fikir var ki. ABŞ -da açıqlanacaq infliyasiya göstəriciləri bu gözləmələri dəyişməyəcək.”
ƏSAS VALYUTALAR ÜZRƏ AKTUAL TREND
SƏRHƏDLƏRI
EUR/USD: 1,0950 - qalxış trendi sərhədi
GBP/USD: 1,2550 - qalxış trendi sərhədi
AUD/USD: 0,6730 - qalxış trendi sərhədi
NZD/USD: 0,6280 - qalxış trendi sərhədi
USD/JPY: 134,10 - qalxış trendi sərhədi
USD/CHF: 0,8855 -qalxış trendi sərhədi
USD/CAD: 1,3640 - eniş trendi sərhədi
USD/RUB: 82,00 - eniş trendi sərhədi
EUR/RUB: 89,50 - eniş trendi sərhədi
GOLD: 2049,00 - eniş trendi sərhədi
WTI: 83,10 - eniş trendi sərhədi
BITTREX BIJASI MÜFLIS OLDU
Bittrex Inc. şirkəti və bir neçə filialı müflis olmaqları barədə elan veriblər. Bu ilin aprel aynda şirkət ABŞ requlyatorlarının təzyiqi altında qalaraq Amerika bazarından çıxmağa məcbur olub.

Şirkət nümayəndələri bildirirlər ki, qeyd olunan müflislik şirkətin ABŞ sərhədlərindən kənarda işləməyinə mane olmayıb. ABŞ Qiymətli Kağızlar Komissiyası şirkəti qiymətli kağızlar barədə qanunu pozmaqda ittiham edir.
Ötən ay SEC Bittrex -ə qarşı federal məhkəməyə iddia ilə müraciət edib. SEC bildirir ki, Bittrex broker, birja və klirinq agentliyi kimi işləyib, amma uyğun lisenziyalara malik olmayıb.
AMB - IN FAIZ DƏRƏCƏLƏRINI YÜKSƏLDƏCƏYINƏ
OLAN INAM AZALDIQCA AVROYA TƏZYIQ DƏ
GÜCLƏNIR – OCBC
OCBC Bank iqtisadçıları bildirirlər ki, EUR/USD eniş təzyiqinə məruz qalacaq. Belə ki, bazarda Avropa Mərkəzi Bankının faiz dərəcələrini yüksəldəcəyinə inam azalır.

Hesab edirik ki, faiz dərəcələrinin qalxış tempinin zəifləməsi AMB -bin sərt əhvalının zəifləməsi demək deyil. Çünki FRS -dən fərqli olaraq AMB QT tempini sürətləndirə bilər.
Gündəlik qrafikdə impuls zəif ayı xarakterlidir, RSİ aşağı düşür. Risklər eniş istiqamətlidir. Dəstəklər: 1.0990 (21 DMA), 1.0850 (50 DMA).Müqavimətlər 1.1080/95, 1.12.
PUL SIYASƏTINDƏ KONVERGENSIYA SON NƏTICƏDƏ AUD/NZD - Ə DƏSTƏK VERƏCƏK - GOLDMAN SACHS

“Biz gözləyirik ki, RBNZ may iclasında faiz dərəcələrini 25 b.b. qədər yüksəldəcək və ilin sonuna qədər faiz dərəcələrini 5.5% səviyyəsində saxlayacaq.
Biz əvvəlki kimi hesab edirik ki, pul siyasətləri istiqamətindəki konvergensiya AUD/NZD krossunda müsbət əksini tapacaq, çünki biz RBA- ın iyul ayında da faiz dərəcələrini yüksəldəcəyini gözləyirik”.
EUR/USD: ABŞ -DA DƏRC OLUNACAQ CPİ
RƏQƏMLƏRI 1.11 SƏVIYYƏSININ TESTINI TƏXIRƏ
SALA BILƏR - SOCGEN

EUR/USD 1,10 səviyyəsindən yuxarıda qalır. Amma 1,11 səviyyəsinə qalxış bu həftə ABŞ -da güclü xəbərlər açıqlanarsa, təxirə düşə bilər, deyə Société Générale analitikləri bildirirlər.
“Əgər bu həftə ABŞ -da yüksək CPI rəqəmləri dərc olunarsa, FRS-in iyun ayında faiz dərəcələrini qaldırmayacağı şübhə altına düşəcək, bu da cütlüyün qalxışına mane olacaq”.
NZD/USD:KIVI MÖHKƏMLƏNƏ BILƏR – ANZ

Dolların qalxışı bu həftə ABŞ -da dərc olunacaq İstehsal qiymətləri indeksi və infliyasiya gözləmələri ilə təyin olunacaq, deyə ANZ Bank bildirir.
Bu həftə xəbər baxımndan nisbətən sakitdir, amma İstehlak qiymətləri indeksi və infliyasiya gözləmələri dərc olunacaq ki, bunlar həftənin əsas hadisələri olacaq. Amerika səhm bazarında hesab olunur ki, FRS faiz dərəcələrinin qalxış dövrünü başa çatdırıb. Bu dollara təzyiq göstərməyə davam edərsə, NZD möhkəmlənə bilər.
Dəstəklər: 0.5750/0.5900/0.6085. Müqavimətlər: 0.6365/0.6540.
GBP/USD: İNGILTƏRƏ BANKININ ICLASINDAN SONRA ISTƏNILƏN SATIŞ 1.2350/2450 SƏVIYYƏSINDƏ MƏHDUDLAŞACAQ - ING

Son aylarda funt diqqət mərkəzində olmayıb. İNG bank iqtisadçıları funtun mərkəzi bankın iclasına edə biləcək rekaisyalarını şərh edirlər.
“Risklər baxımından İngiltərə Bankının faiz dərəcələrini yüksəltmək barədə ehtimallar bazarı düşündürən əsas məsələdir. Biz hsab edirik ki,mərkəzi bank bu gözləmələri rədd etməyəcək, bu da funta dəstək almağa kömək edəcək.
Ona görə də dolların eni riskləri hələ ki, qalır, beə görünür ki, GBPUSD 1,25 və 1,2650/2750 səviyyələrindən yuxarıda qalacaq. Bizim fikrimizcə bu il dollar üzrə ayı trendi formalaşa bilər və funtun enişi 1.2350/2450 səviyyəsi ilə məhdudlaşa bilər”.