"InForex Weekly"#505

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY 505 WEEKLY INFOREX APREL

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 2

EUR/USD

Cütlük göründüyü kimi eniş trendini yuxarı qıraraq yuxarıda qalır.

Ötən həftə qeyd etdiyi hər iki qalxış hədəfi əldə olunub. Uzunmüddətli trendə baxanda tədricən 1.1690 səviyyəsinə qalxış olacağını görmək olur, amma böyü ehtimalla bu düz xətli gediş olmayacaq. Hazırki vəziyyətdəki mümkün dəstək və müqavimət zonalarını qrafikdə qeyd etdim.

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 4

GBPUSD

Oxşar dinamika burada da görünür. Ötən həftənin hərəkətindən indiki fərq ondadır ki, funtun qalxş impulsu zəifdir.

Amma yenə də funt 1.2350 səviyyəsindən yuxarıda qaldıqca 1.2730 səviyyəsinə qalxış ehtimalı qüvvədə qalaca

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

STANDARD CHARTERED BITKOININ 2024 - CÜ ILIN SONUNDA 100 000 QIYMƏTINƏ QALXACAĞINI GÖZLƏYIR

“Kriptoqış” başa çatdı BTC gələn ilin sonunda 100 000 qiymətinə çata bilər, deyə Standard Chartered bildirir və “kriptoqışın” başa çatdığın qeyd edir.

Bankın rəqəmsal aktivlər araşdırması bölməsinin rəhbəri bildirir ki, BTC bank sektorundakı sarsıntılardan, risk aktivlərinin stabilləşməsindən və kriptomayninqin gəlirliyinin artmasından uda bilər.

Bitkoinin rallisi zamanı şişirdilmiş proqnozlar çoxalır. Citi 2020 -ci ilin noyabrında deyirdi ki, BTC 2022- ci ilin sonunda 318 000 dollara çatacaq, amma ötən ili BTC 65% ucuzlaşaraq 16 500 dollar qiymətində başa vurdu.

AVROYA DAIR HƏFTƏ ƏRZINDƏ NƏLƏRƏ DIQQƏT EDILƏ BILƏR?

EUR/USD ürət yığır və güclü impulsla hərəkət edir. Avronun hərəkət istiqamətini müəyyən etmək üçün dolların hərəkətinə gğz qoymaq lazımdır, bundan başqa FRS ilə AMB pul siyasətləri arasında fərq də izlənməlidir.

AMB - in “şahin” əhvallı açıqlamaları faiz dərəcələrinin artrılacağı ehtimalını gücləndirir. Avrozonada həftə boyu açıqlanacaq əsas məlumatlar: Almaniya İFO biznes mühiti, Almaniya GfK istehlakçıların inam indeksi, Avrozona yekun CPİ indejsu, iqtisadi əhval -ruhiyyə, Almaniya əmək bazarı üzrə hesabat/infliyasiyanın proqressiv forması, Avrozona ilkin ÜDM.

İkinci dərəcəli xəbərlər: AMB - in faiz dərəcələrini davam etdirib -etdirməyəcəyi ilə bağlı xəbərlər. İnfliyasiya barədə xəbərlər,nmüharibənin infliyasiya artımına təsiri.

EUR/USD - in izlənmək üçün əsas səviyyələri Müqavimətlər 1.1075, 1.1184. Dəstəklər 1.0831, 1.0788 və 1.0766.

UBS YENANIN DOLLAR QARŞISINDA 10%

BAHALAŞACAĞINI GÖZLƏYIR

UBS Global Wealth Management yena barədə optimist əhvaldadır və qeyd edir ki, Yaponiya bankı ultrayumşaq pul siyasətini korreksiya edəcək.

Bankn qlobal aktiv paylaşması bölməsinin rəhbəri A. Syürher bildirir ki, yena dollara qarşı 10% bahalaşaraq 120 qiymətinə çatacaq.”Bu nisbətən uzun vaxt apara bilər, amma hesab edirik ki, gec yox, tez, yəni iyun/iyul aylarında baş verə bilər”, - deyə o bildirib.

QIZIL: SPEKULYANTLAR SATIŞLARI 4% ARTIRIBLAR

CFTC - in təqdim etdiyi COT hesabatından görünür ki: İri spekulyantlar (NON-COMMERCIAL) qızılın təmiz alış həcmlərini 2.9 min müqavilə qədər azaldaraq 189.9 minə çatdırıblar. Hecerlər (COMMERCIAL) qızıl müqavilələrinin satış həcmini 0.1 min müqavilə qədər azaldaraq 216.4 minə çatdırıblar. Açıq maraq 5.7 min müqavilə artaraq 482.3 minə çatıb.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 6

CFTC - BTC ÜZRƏ BUĞALAR AYILIBLAR

CFTc - in təqdim etdiyi COT hesabatndan görünür ki, İri spekulyantlar (NON-COMMERCIAL) bitkoin üzrə təmiz satış həcmlərini 0.63 min müqavilə qədər azaldaraq 0.49 minə çatdrıblar.

Hecerlər (COMMERCIAL) bitkoinin təmiz alışlarını 0.37 min müqavilə azaldaraq 0.18 min müqavilə qədər satış açıblar. Kiçik spekulyantlar (NONREPORTABLE POSITIONS) bitkoin müqavilələrinin təmiz alışlarını 0.08 min müqavilə qədər artıraraq 0.67 minə çatdırıblar.

Nəticə:COT hesabatı bitkoində buğa əhvalının gücləndiyini göstərir.

CFTC: DOLLAR ÜZRƏ SPEKULYANTLAR DIBI QIRBLAR

İri spkulyantlar (NON-COMMERCIAL) dollar indeksinin alışlarnı 2.8 min müqavilə qədər azaldaraq 10.5 minə salıblar.

Hecerlər (COMMERCIAL) dolla indeksinin satışlarını 3.1 min müqavilə qədər azaldaraq 3.1 minə salıblar. Açıq maraq 1.8 min müqavilə qədər azalaraq 34.9 minə salıblar. Nəticə: COT hesabatı dollar indeksində (USDX) ayı əhvalınn gücləndiyini göstərir.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZ INFOREX WEEKLY

SPEKULYANTLAR NEFTIN HARA GEDƏCƏYINI BILMIRLƏR

ötən həftə iri spekulyantlar neft fyuçersləri və opsionları üzrə təmiz alışları 212 441 müqavilə qədər artırıblar, sonra isə neft 3.7% ucuzlaşıb. Spekulyantların səhv etməsi ilk dəfə deyil. Maraqlıdır ki, neftin dinamikası barədə optimist əhval həm buğalar, həm də ayılar arasında müşahidə olunub. Belə ki, buğalar alışları artırıblar, ayılar isə satışlardan çıxıblar. Bu fonda açıq maraq 7 həftəlik maksimuma qalxıb, satış həcmləri 10 aylıq minimuma düşüb. İyun üçün WTI fyuçersləri 3,7% ucuzlaşıb.

DEUTSCHE BANK AVRONUN DOLLARA QARŞI GƏLƏN IL 1,2 QIYMƏTINƏ ÇATACAĞINI GÖZLƏYIR

Bazar AMB - in faiz dərəcələrini qaldıracağını tam olaraq qiymətdə nəzərə almayıb, deyə Alan Raskin Deutsche Bank- dan Bloomberg - ə bildirib.

Ekspert bildirir ki, EURUSD ilin sonuna qədər 1.15 qiymətinə çatacaq və bu daha tez bir vaxtda baş verə bilər. FRS faiz dərəcələrinin aşağı salınma dövrünə qısa müddətdə qayıtmasa da, EURUSD 1.20 qiymətinə bu il yox, gələn il qalxa bilər, deyə o əlavə edir.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 8

BITKOIN YENIDƏN $30 000 QIYMƏTINƏ QALXA BILƏR, DELƏ KI, BUĞALAR YENƏ OYUNA QAYIDIRLAR

Bitkoinin qiyməti buğa texniki əhvalı nümayiş etdirir, əgər texniki formasiya təstiq olunarsa, BTC rallinin sürətli bərpası mümkündür.

Bitkoin üçün paternin qırılması $28 774, $29 774 və $29 957 qiymətlrinə qalxışa yol açacaq. Bu ssenariyə örə, bitkoin $30 000 qiymətindən də yuxarı qalxa bilər.

SƏHİFƏ 9 TEXNİKİ ANALİZ INFOREX WEEKLY
EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 10 505

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.