

SƏBİNƏ GÜL

EUR/USD

Cütlük göründüyü kimi eniş trendini yuxarı qıraraq yuxarıda qalır. Ümumiyyətlə, qiymət 1.1000 səviyyəsinə hədəflənmiş kimi görünür, ammaqalxş impulsunun gücü çatmazsa, trend xəttinin yenidən yoxlanması mümkündür. Qalxış hədəfləri 1.1030 və 1.1070 səviyyələrində ola bilər.
Qiymət 1.0900 səviyyəsini aşağ qırarsa, 1.0860 səviyyəsinə eniş gözləmək olar.
SƏBİNƏ GÜL

GBPUSD
Oxşar dinamika burada da görünür, amma burada funt qırdığı trend xəttini dəqiq yoxlayıb və geri qayıdıb. Funt 1.2330 səviyyəsindən yuxarıda qaldıqca 1.2730 səviyyəsinə qalxış ehtimalı qüvvədə qalacaq.

TRENDLƏRIN SƏRHƏD NÖQTƏLƏRI
EUR/USD: 1,1060 - eniş trendi sərhədi
GBP/USD: 1,2525 - eniş trendi sərhədiа
AUD/USD: 0,6785 - eniş trendi sərhədi
NZD/USD: 0,6115 - eniş trendi sərhədi
USD/JPY: 132,00 - qalxış trendi sərhədi
USD/CHF: 0,8880 - qalxış trendi sərhədi
USD/CAD: 1,3325 - qalxış trendi sərhədi
USD/RUB: 80,50 - qalxış trendi sərhədi
EUR/RUB: 88,00 - qalxış trendi sərhədi

GOLD: 2040,50 - eniş trendi sərhədi
WTI: 66,00 - qalxış trendi sərhədi
BITKOIN QALXIŞA DAVAM EDƏCƏKMI? — EKSPERTLƏRIN FIKIRLƏRI FƏRQLIDIR
Bitkoin hətə ərzində 7,9% bahalaşıb və ötən həftəni $30 400 qiymətində başa çatdırıb. Bazarın ümumi kapitalizasyası həftə ərzində 8.6% çoxalaraq $1,28 trilyona çatıb, deyə CoinMarketCap bildirir.

Bitkoinin gələcəyi barədə ekspertlər fərqli ehtimallar irəli sürür. Bitkoin növbəti qalxş dövrünə daxil olacaq, deyə SkyBridge Capital rəhbəri bildirir. Kriptoanalitik DonAlt BTC - in $40 000 qiymətinə çatacağını gözləyir. Başqa bir kriptoanalitik Nikolas Merten bildirir ki, bitkoini satmaq vaxtıdır.
Bloomberg strateqləri də DOGE və SHIB -ı «spekulyativ aktiv» adlandıraraq onlar satmağa çağırıb.
EUR/USD FRS - IN FAIZ DƏRƏCƏLƏRINI QALDIRA BILƏCƏYI EHTIMALI FONUNDA ZƏƏIFLƏYƏ BILƏR

USD/JPY 134,80 SƏVIYYƏSINƏ ISTIQAMƏTLƏNMƏKDƏDIR - UOB
UOB Group bildirir ki, USD/JPY cütlüyü 134.8 səviyyəsinə istiqamətlidir.

“Bizim cütülüyün133,80 səviyyəsinə istiqamətləndiyi barədə proqnozumuz qüvvədə qalır. Hesab edirik ki, cütlük 134,80 istiqamətində qalxış meylli ticarət aparacaq. Qalxışın davamı üçün cütlük buradan yuxarıda möhkəmlənməlidir və bu halda növbəti müqavimət 135,50 səviyyəsində olacaq. Eniş üçün 133.00 dəstəyi aşağı qırılmalıdır”.
EUR/USD dolların güclənməsi hesabına texniki səbəblərdən aşağı düşüb. CME - in indikatoru olan FedWatch Tool FRS - in may ayında faiz dərəcələrini 25 b.b. qədər artırılacağı ehtimalının 84,7% oduğunu göstərir, bu da dollarla bağlı spekulyasiyaları gücləndirir.
Buna baxmayaraq, EUR/USD hələ də qalxış meylliliyini saxlayır. Dəstəklər 1.0900,1.0881 və 1.0800. EURUSD 1.09 səviyyəsindən yuxarıda qaldıqca qalxış istiqaməti üstün olacaq.
LK DƏFƏDIR KI, HEC FONDLAR DOLLARA MÜNASIBƏTDƏ VA-BANKA GEDIRLƏR
Hec- fondlar FRS -in faiz dərəcələrini ekstremal həddə yüksəldəcəyini və dolların enişinin başa çatacağını gözləyirlər. CFTC məlumatları göstərir ki, ötən həftə kredit çiyinli fondlar əsas valyutaları dollara qarşı satıblar. İnvestorların ümumi əhvalı isə dollara qarşı ayı istiqamətlidir.
Bloomberg bildirir ki, treyderlər FRS - in faiz dərəcələrini may ayında yüksəldəcəyini, iyulda isə azaltmağa başlayacağını proqnozlaşdırırlar. Bazarlar hazırda sentyabr və noyabr aylarında faiz dərəcələrinin aşağı salınacağını gözləyirlər. Agentlik əlavə edir ki, dollar yaxın vaxtda düşsə də, sonradan qalxışı bərpa edəcək.

EUR/USD: СОТ HESABATI ANALIZI
VFTC - in dərc etdiyi COT hesabatı göstərir ki, İri spekulyantlar (NON-COMMERCIAL) EUR/USD - da təmiz alışların həcmini 19.9 min müqavilə artıraraq 163.3 minə çatdırıblar.
Hecerlər (COMMERCIAL) EUR/USD - da təmiz satışları 17.3 min müqavilə artıraraq 212.1 minə çatdırıblar. Açıq maraq 12.3 min müqavilə artaraq 759.4 minə çatıb. Nəticə: COT hesabatı avroda buğa əhvalının gücləndiyini göstərir.

GBP/USD: СОТ HESABATI ANALIZI
CFTC dərc etdiyi hesabatda göstərir ki: İri spekulyantlar (NON-COMMERCIAL) GBP/USD cütlüyünün təmiz satışlarını 12.4 min müqavilə azaldaraq 2.4 minə çatdırıblar.

Hecerlər (COMMERCIAL) GBP/USD cütlüyündə bütün təmiz alışları ( 8.9 min müqavilə) bağlayaraq 5.3 min həcmdə təmiz satış açıblar. Açq maraq 0.6 min müqavilə qədər artaraq 225.3 minə çatıb. Nəticə: COT hesabatı GBP/USD cütlüyündə buğa əhvalının gücləndiyini göstərir.
EUR/JPY: CÜTLÜK QALXŞA DAVAM EDƏ BILƏR
EUR/JPY enişdən sonra gücünü bərpa etməyə çalışaraq 147.00 səviyyəsindən yuxarı qalxb. Hazırki qiymət dinamikası nəzərə alınarsa, krossun qalxışa davamı mümkün görünür. Bu halda 148,40 qiymətinə qalxış mümkündür. Kross 142,11 qiymətindən yuxarıda qaldıqca qalxış ehtimalı qalır.

AUD QALXIŞA DAVAM EDƏ BILƏRMI?
Ötən həftənin sonunda cütlük 0.6775, 0.6805 səviyyələrinə çata bilmişdi. Bu səviyyələr ortamüddətli buğa trendini ayı trendindən ayırır. Ümumiyyətlə, qlobal eniş trendi qalmaqdadır və ABŞ -dan güclü iqtisadi göstəricilər açıqlanarsa, AUD/USD enişə davam edə bilər.
Dəstəklər: 0.6700, 0.6685, 0.6635, 0.6600, 0.6570, 0.6500, 0.6455, 0.6390, 0.6285, 0.6200, 0.6170
Müqavimətlər: 0.6735, 0.6775, 0.6805, 0.6840, 0.6900, 0.6920, 0.7040, 0.7110
