"InForex Weekly"#501

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY 501 WEEKLY INFOREX MART

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 2

Salamlayıram və treyderlərə uğurlu həftə arzu edirəm.

EURUSD

Hazırda avro 1.0730 səviyyəsini qıraaq yuxaıda ticarət aparır və buradan yuxarıda qaldıqca 1.1030 müqavimətinin yoxlanacağını gözləmək olar.

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 4

GBPUSD

Qrafikdən göündüyü kimi qiymət hazıda eniş trendi daxilində qalxışa meyllidir, 1.2380 səviyyəsi qırılarsa qalxış davam edə bilər, qıılma alınmazsa yenidən trend daxilində hərəkət gözləmək olar.

Dinamika qarışıq olsa da dəstəyin 1.22/1.2180 səviyyəsində olacağını ehtimal etmək olar.

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

GBP/USD: 1,2380 SƏVIYYƏSININ YUXARI QIRILMASI

1,2450 SƏVIYYƏSINƏ QALXIŞA YOL AÇACAQSCOTIABANK

Funt eniş həyata keçirsə də, 1.23 səviyyəsindən yuxarı qalxa bilib. Scotiabank iqtisadçıları gözləyirlər ki, GBP/ USD 1,2450 səviyyəsini yoxlayacaq.

“Qısamüddətli tendensiyalar funtun qalxış potensialının məhdud olduğunu göstərir, amma 1.2380 səviyyəsi qırılarsa qalxış davam edə bilər. Dəstək 1.2255/60 səviyyəsindədir”.

CFTC: ABŞ REQULYATORLARI BINANCE -LA BAĞLI VƏZIYYƏTƏ CIDDI MÜDAXILƏ ETMƏLIDIRLƏR

Vergidən yayınma və fırıdlaqçılıq - ola bilsin ki, bu hələ başlanğıcdır. Binance ilə bağlı vəziyyət açıq - aşkar vergidən yayınma halıdır və ABŞ hökuməti vəziyyətə təcili müdaxilə etməlidr, deyə CFTC sədri bildirir.

Baza ertəsi CFTC Binance - a qarşı məhkəməyə müraciət edib.

“Bu açıqca vergidən yayınma və fırıldaqdır və biz təxirəsalınmaz tədbir görməli idik ki, bu fırıldağın qarşısını alaq”, - deyə CFTC sədri CNBC - ə müsahibəsində bildirib.

MORGAN STANLEY USD/JPY CÜTLÜYÜNÜ SATMAĞI MƏSLƏHƏT GÖRÜR

Dolların yenaya qarşı satışı Morgan Stanley - in əsas orderidir, onlar Amerika iqtisadiyyatının yumşaq və ya sərt eniş həyata keçirəcəyini gözləyirlər.

Risklərin heclənməsi bizim vəziyyəti qiymətləndirməyimz üçün vacibdir və bu satış burada ən uyğun həlldir, deyə bank strateqləri bildirirlər.

Bank USD/JPY cütlüyündə 130,44 səviyyəsində hədəf 120, stop 135 olmaqla satış açmağı tövsiyyə edir.

USD/CAD: LUNI SÜRƏTLƏ DÜŞMƏYƏCƏKSCOTIABANK

USD/CAD 1,36 səviyyəsindən aşağıda ticarət aparır. Scotiabank analitiki Şon Osborn hesab edir ki, luninin zəifləmə ehtimalı zəifdir.

“Kanada dollarının qalxışı hələ də mübarizə kimi görünür, amma hesab edirəm ki, valyuta artıq bütün pis xəbərləri dinamikasında əks etdirib.

CAD üçün ciddi qalxış həyata keçirmək çətindir, indiki texniki şərait CAD - ın hərəkət tonunun yumşaq yaxşılaşacağı ehtimalını yaradır.

Dəstək - 1.3625/30, müqavimət - 1,3725/50”.

ING AVRONUN PERSPEKTIVLƏRI BARƏDƏ FIKIRLƏRINI BILDIRIR

Bank analitikləri EURUSD məzənnəsinin 1,10 səviyyəsinə qalxacağını gözləyirlər.

Deutsche Bank və digər avropa kreditorları haqqındakı narahatlıq Avropaya maaliyyə stressi yaşadıb, deyə ING analiitkləri bildirirlər.

İnvestorlar indiki vəziyyətdə volatilliyin və əhvalın necə sürətlə dəyişə biləcəyinin şahidi oldular.

ING analitikləri avronun dollara qarşı güclü olacağını gözləyirlər. Onlar EUR/GBP krossunun 0,8900 səviyyəsinə qayıdacağını hesab edirlər.

MÖVSÜMI TENDENSIYALAR ABŞ DOLLARI ÜÇÜN DAHA DA ƏLVERIŞSIZ OLACAQ - SCOTIABANK

Scotiabank analitikləri hesab edirlər ki, apeldə dollar aşağ düşməyə davam edəcək və bu üçüncü rübdə də davam edəcək.

“DXY enişə davam edə bilər, dolların enişi isə daha 2 - 3 % davam edə bilər. Son 20 ildə dolların məzənnəsi aprel aylarında 70% hallarda aşağı düşüb, bu da adətən üçüncü rübdə davam edəcək”.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 6

İSTIQRAZLAR SƏHMLƏRƏ NISBƏTƏN DAHA ÇOX

GƏLIR VƏD EDIR - UBS

UBS analiitkləri deyirlər ki, istiqrazlar indiki zamanda səhmlərə nisbətən daha çox gəlir gətirir. “Qalxış qarşısındakı maneələr nəzərə alınarsa, biz mərkəzi bankların faiz dərəcələrini qaldrma periodunun gözləniləndən daha tez başa çatacağını gözləyirik. Buna görə də hesab edirik ki, istiqrazlara üstünlük vermək daha məqsədəuyğundur.

Səhmlər portfeldə əsas yer tutur, amma ilin qalan hissəsində qlobal səhmlər məhdud gəlir gətirəcək”.

XAU/USD DÖRDÜNCÜ RÜBDƏ $2 000 QIYMƏTINDƏ OLACAQ, ÇÜNKI FRS PUL SIYASƏTINI DƏYIŞƏCƏKING

Bank sektorunda narahatlıqlar sığınacaq aktivlərə keçidi artırıb. ING iqtisadçıları qısamüddətli period üçün qiymətin azalacağını gözləsələr də, ilin ikinci yarısında qalxış olacağını deyirlər.

“FRS siyasəti yəqin ki, qızıl üçün ortamüddətli perspektivdə əsas rol oynayacaq. Biz may ayında faiz dərəcələrinin 25 b.b. qədər yüksələcəyini gözləyirik, bu da faiz dərəcələrinin 5-5,25% səviyyəsinə qalxacağı deməkdir.

Biz hesab edirik ki, real gəlirlilik qızıla dəstək verəcək. Hesab edirik ki, 2023 - cü ilin 4 - cü rübündə qızılın qiyməti 2000 dollar təskil edəcək”.

EUR/USD: UZUNMÜDDƏTLI ISTIQAMƏT QALXIŞ MEYLLIDIR - NORDEA

Son vaxtlar EUR/USD üçün kifayət qədər qeyri stabil keçib.Nordea ekspertləri qeyd edirlər ki, cütlük qalxışa davam edəcək.

“ABŞ dolları adətən stabil olmayan vaxtlarda tələblə alınır, indi isə faiz dərəcələri arasındakı fərqdən uduzub.

“Biz FRS və AMB - ə yeni yanaşmalarımızı nəzərə alaraq hesab edirik ki, AMB infliyasiyanı nəzarətdə saxlamaq üçün daha çox iş görəcək, bu da avroya dəstək verəcək.

Amma qeyri - müəyyənlik yüksək olduğu üçün qlobal eniş baş verərsə, ABŞ dolları gözləniləndən daha güclü ola bilər”.

FRS: BAZARLAR DAHA GÜCLÜ ADDIMLAR

GÖZLƏYIRLƏR, AMMA FAIZ DƏRƏCƏLƏRININ

DƏQIQ YOLU MƏLUM DEYIL - RABOBANK

Banklardakı sarsıntılara görə bazarda FRS - in faiz dərəcələrini daha intensiv azaldacağına inam yaradır.

Amma opsion bazarı göstərir ki, bu mövzuda qeyri müəyyənlik artıb, deyə Rabobank analitikəri qeyd edirlər.

“Bank sarsıntıları bazarda FRS - in ilin sonuna qədər faiz dərəcələrini azaldacağına inam yaradır. Bundan başqa qiymət dinamikasında faiz dərəcələrində kəskin dönüş ola biləcəyi əks olunur”.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZ INFOREX WEEKLY
EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 8 501

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.