

SƏBİNƏ GÜL

Salamlayıram və treyderlərə uğurlu həftə arzu edirəm.
EURUSD
Hesab edirəm ki, qiymət qeyd etdiyim dəstək zonasından yuxarıda qaldıqca növbəti hədəflərə istiqamətlənəcək. Əsas səviyyələri qrafikdəmqeyd etdim.

SƏBİNƏ GÜL

GBPUSD
Qrafikdən göündüyü kimi qiymət diapazondadır, 1.1990 səviyyəsindən yuxarıda qaldqca qalxış potensialı güclü olaaq qalacaq. Əsas səviyyələri qrafikdə qeyd etdim.

EUR/USD 1.08 MAKSIMUNA YAXINLAŞA BILƏR –SOCGEN
EUR/USD 1.07 səviyyəsindən yuxarı qalxıb. Bu həftəyə nəzərdə tutulan AMB iclasının və Kristin Laqardın çıxışı cütlüyə qalxış təkanı verə bilər, deyə Société Générale analitikləri qeyd edirlər.
AMB faiz dərəcələrini çətin ki, ABŞ -da baş verənlərdən sonra aşağı salar. Faiz dərəcələrinin 50 və ya 100 punkt qaldırılacağ gözlənilir.
Bundan başqa baza infliyasiyası və əmək haqqı proqnozları, sərt tonlu mətbuat konfransı EUR/USD cütlüyünü 1.08 səviyyəsindən yuxarı ata bilər.
AUD/USD ILIN IKINCI YARISINDA 0.70 SƏVIYYƏSINƏ
QALXACAQ – ING
ING iqtisadçıları gözləyirlər ki, AUD/USD yaxın perspektivdə təzyiq altında qalaaq. Amma ilin ikinci yarısında onlar cütlüyün qalxışa dönəcəyini gözləyirlər.
AUD qlobal risk əhvalının pisləşməsindən və geosiyasi sarsntılardan zərbə alıb. Bu iki faktorun yaxşlaşması cütlüyün bərpası üçün vacib olacaq, bu isə ilin ikinci rübündən sonra baş verəcək.
Amma Çinin qalxış tarixi AUD - u kifayət qədər cəlbedici edir. İnfliyasiyanın zəifləməsi RBA şahinləri üçün problemlər yaradır, amma bizim baza ssenarimiz AUD/ USD cütlüyünün ilin ikinci yarısında 0.70 səviyyəsindən yuxarı qalxacağın nəzərdə tutur.
XAU/USD BU IL $1925 SƏVIYYƏSINDƏN YUXARIDA
QALACAQ VƏ QALXŞ POTENSIAL GÜCLÜ OLACAQ –TDS
Qızıl bir aya ən yüksək səviyyəyə qalxıb. TD Securities iqtisadçıları hesab edirlər ki, son aylarda qızıl $1925 səviyyəsindən yuxarıda konsolidasiya edəcək.

- Təəccüblü olsa da, faiz dərəcələrinin yüksəldilməsi qızıl üçün əlverişli faktordir, çünki bu gələcəkdə aiz dərəcələrinin daha tez aşağı salınmasına yol açacaq.
Nəticədə dolların zəifləməsi qızılda öz əksini müsbət tapacaq.
- Əgər real faiz dərəcələri əvvəlki dövri normalardan aşağı düşərsə,qızıl bundan udacaq.
- Biz hesab edirik ki, ilin sonunda qzıl $1925 səviyyəsindən yuxarıdaticarət aparacaq.
USD/JPY ÜFÜQDƏ DAHA BIR KORREKSIYA GÖRÜNÜR – MUFG

Qubernator Kurodanın pul siyasəti barədə iclası elə bir gözlənilməzliklə bitmədi, amma USD/JPY qalxışla eaksiya verdi.
MUFG Bank anaitikləri isə hesab edirlər ki, cütlük enişə qayıdacaq. Kurodanın Yaponiya Bankının siyasətində dəyişiklik edəcəyi gözlənilirdi, ona görə də pul siyasətində dəyişiik olmayacağı barədə elan yenanın satışlarına səbəb oldu.
USD/JPY ABŞ hesabatlarının təsirindən ciddi koreksiya edə bilər.
USD/CHF 3 AYLIQ PERSPEKTIVDƏ 0.95 SƏVIYYƏSINƏ QALXACAQ – RABOBANK


FOMC daha uzun müddət faiz dərəcələrini yuxarı səviyyədə saxlayacaq, bu səbəbdən Rabobank analitikləri gözləyirlər ki, USD möhkəmlənməyə davam edəcək, bu da EUR/USD və USD/CHF cütlüklərinin uyğun olaraq 1,05 və 1,05 səviyyələrinə çatmasına səbəb olacaq.
FRS sədri Pauellin son çıxışndakı sərt tonu faiz dərəcələrinin mart ayında 50 b.b. qədər artırılacağı ehtimalını gücləndirib. Amma digər tərəfdən Pauell bildirib ki, faiz dərəcələrinin hansı həcmdə qaldırlacağı sualı müzakirə olunmaqdadır.
- Biz hesab edirik ki, mərkəzi bank infliyasiyanı lazım olan həddə çatdırmaq üçün faiz dərəcələrini uzun müdət yuxarı səviyyədə saxlayacaq.
- Biz qarşdakı 3 ayda EUR/USD cütlüyünün 1.05 səviyyəsinə düşəcəyini, USD/CHF cütlüyünün 0.95 səviyyəsinə qalxacağını hesab edirik
ABŞ DOLLARI KONSOLIDASIYAYA DAVAM EDƏCƏKHSBC
Ötən həftə SVB (Silicon Valley Bank) ABŞ maaliyyə sektorunu və maaliyyə bazarlarını sarsıtdı. HSBC analitikləri bu barədə öz fikrilərini bildirirlər.


“Qısamüddətli perspektivdə biz volatilliyin saxlanacağını gözləyirik. Biz hesab edirik ki, FRS tərəfindən göstəriləcək dəstək əhalidə bank sisteminə inamı gücləndirməlidir.
Texnoloji şirkətlər əvvəlkindən daha çox maneələrlə qarşılaşa bilərlər, biz İT sektoruna dair neytal baxışımızı saxlayırıq və pul vəsaitlərini generasiya edən sahələrə diqqətimizi yönəldirik. Maaliyyə şirkətlərinə gəlincə,bəzi banklar faiz dərəcələrini yüksəldə bilərlər, amma təmiz faiz marjası çox yaxşı səviyyədədir.
ABŞ dolları konsolidasiyaya davam edə bilər, faiz dərəcələrinin azaldılacağı gözləmələri dollara təzyiq göstərsə də, sığınacaq valyuta statusu onu yenə də cəlbedici edir. ABŞ - da iqtisadi tənəzzül davam edərsə, dolların enişi davam edə bilər.”
XAU/USD YUXARI QALXACAQ VƏ ILIN SONUNDA $2 000 QIYMƏTINƏ ÇATACAQ - ANZ
ANZ Bank valyuta strateqləri qzıl barədə proqnozlarını qaldırırlar. Onlar metallın eniş potensialının məhdud olduğunu qeyd edir və hədəflərinin 0- 3 ay üçün $1 800 səviyyəsində olduğunu bildirirlər.Onlar ilin sonu üçün proqnozu $100 yüksəldərək $2 000 qiymətinə çatdırıblar.

“Biz hesab edirik ki, qısamüddətli perspektivdə qızılın qiyməti $1 800 səviyyəsindən yuxarıda olacaq. Bu səviyyədən aşağı enişlər olsa da bunlar qısamüddətli olacaq və alıcılaı cəlb edəcək. Biz rüblük proqnozlarımızı yüksəltmişik və ilin sonu üçün $2 000 qiymətinə qalxış gözləyirik”.
EUR/USD: HƏLƏ KI, 1,08 ƏRAZISINDƏ YANAKI DIAPAZONDA VOLATIL HƏRƏKƏT GÖZLƏNILIRERSTE GROUP

Erste Group Research iqtisadçıları gözləyirlər ki, EUR/ USD qısamüddətli perspektivdə 1,08 ərazisində ticarət aparacaq. Bank ortamüddətli perspektivdə dolların zəifləyəcəyini gözləyir.

- Müxtəlif iqtisadi xəbərlər hər iki iqtisadiyyatda faiz dərəcələri barədə gözləmələrin dəyişmələrini müəyyən edəcək.
- EUR/USD 1,08 ərazisində qeyri stabil diapazonda qalacaq.
- Ortamüddətli perspektivdə biz dollarn zəif templi zəifləməsini gözləyirik, çünki burada faiz dərəcələri avrozonadan daha tez aşağı salınmağa başlayacaq.
NEFT ÜÇBUCAĞI
Neft qalxışdan kəskin enişə dönərək $75 qiymətindən aşağı düşüb. Dönüş səliqəli sxlan üçbucaq patterninə uyğunlaşıb və buradan yuxarı dönüş qiymətin 80 səviyyəsinə qalxmasına səbəb olacaq. Amma lokal minimum olan $74 səviyyəsinin aşağı qırılması konsolidasiya patternindən çıxışa səbəb olacaq.
Neft ötən dekabdan üçbucaq formalaşdırır. Qrafikə baxış neftin gələcək yolunu seçdiyini deməyə əsas verir. Qiymət həftəni $74.5 səviyyəsindən aşağıda bağlayarsa $62-63 səviyyəsinə enişə yol açacaq.
TICARƏT PLANI EURUSD VƏ GBPUSD
Ticaət planı – EURUSD
Əgər qiymət stabil olaraq 1.0650 səviyyəsindən yuxarda qalmağa davam edərsə, alışların həcminin artması və ötən həftənin maksimumunun yenilənməsini görə bilərik. Bu cütlüyün qalxışa davam edəcəyinə siqnal ola bilər.
Qiymətin 1.0550 səviyyəsindən aşağı enişi treyderlə tərəfindən eni trendinin yenilənməsi kimi qəbul oluna bilər, bu da lokal minimumun yenilənməsinə səbəb ola bilər.
TICARƏT PLANI – GBPUSD


Qiymət dalğalanmalarını nəzərə alasaq, fletin hələ ki, qalacağını görə bilərik. Əgər qiymət 1.2050 səviyyəsindən aşağıda qalarsa, alışların güclənəcəyini və 1.2150 səviyyəsinin yoxlanacağını görə bilərik.
Əgər qalxış tempi zəifləyərsə, qiymət 1.1950, 1.1920 səviyyələrinə düşə bilər.