"InForex Weekly"#496

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY
496 WEEKLY INFOREX FEVRAL

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 2

SALAMLAYIRAM VƏ HƏR KƏSƏ UĞURLAR ARZULAYIRAM.

Valyutaların gözlənilən hərəkətlərinə baxaq. EURUSD

Cütlük qeyd edilmiş trend xəttini yuxarı qırıb və həmin xətdən yuxarıda ticarət aparır, buradan yuxarıda qaldıqca qalxışa meylli olaraq növbəti qeyd edilən hədəfə qalxa bilər. 1.0929 səviyyəsi hazrki müqavimətdir. Görüük ki, bu müqavimət hələ ki, yuxarı qırılmayıb və qiymət qeyd olunmuş dəstək səviyyəsinə istiqamətləni

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 4

GBPUSD

Burada gündəlk qrafikdə ciddi bir dəyişiklik yoxdur. Cütlük müqaviməti qırıb və növbəti qalxış hədəfinə istiqamətlənmiş kimi görünsə də qalxış impulsu zəfidir.. 1.2290 səviyyəsi hazırda vacib dəstəkdir.

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY

EUR/USD 1.0800-1.0930 DIAPAZONUNA

HƏDƏFLƏNƏ BILƏR - UOB

UOB Group valyuta strateqləri bildirirlər ki, EUR/USD görünür konsolidasiya fazasına daxil olub.

“Avro qısa müddət 1.0913 maksimumuna qalxdı, sonra isə aşağı düşdü. Eniş impulsu nisbətən güclənib, amma çox da güclü olmadığı üçün 1.0800 qiymətindən aşağı eniş ehtimalı elə də güclü deyil.

Müqavimətlər 1.0875, 1.0895 və 1.0930 səviyyələrindədir. 1.0800 dəstəyinin aşağı qırılması 1.0720 səviyyəsinə enişə yol açacaq”.

QIZILIN TEXNIKI ANALIZI

Texniki baxımdan $1,917-$1,916 minimumu enişi məhdudlaşdıra bilər. İstənilən eniş ola bilsin ki, $1 900 səviyyəsində alıcıları cəlb edə bilər, buradan aşağı eniş isə yaxın perspektiv üçün tendensiyanı ayıların xeyrinə dəyişə bilər.

Digər tərəfdən güclü müqavimət $1,949 səviyyəsindədir, yuxarı qırılma $1,969-$1,970 və $1,980 və $2,000 psixoloji səviyyəsinə qalxışa səbəb olacaq.

NZD/USD YAXIN PERSPEKTIVDƏ KONSOLIDASIYA

EDƏ BILƏR - UOB

UOB Group valyuta strateqləri deyirlər ki, NZD/ USD qarşıdakı bir neçə həftədə 0,6400 - 0,6535 diapazonunda qala bilər.

: “Cütlükdə əsas əhval zəifləyib və NZD böyük ehtimalla 0.6440 istiqamətində aşağı düşəcək. Müqavimətlər 0.6490, 0.6505 və 0.6535 səviyyələrindədir”.

BRENT NEFTININ SPEKULYATIV ALIŞLARI 11 AYLIQ MAKSIMUMA ÇATIB

Son hesabatdan görünür ki, spekulyantlar Brent nefti üzrə təmiz alışların həcmini 39 690 min müqavilə qədər artıraraq 252 142 müqaviləyə qaldırıb, deyə CFTC bildirir.

Brent nefti üzrə spekulyativ satışların həcmi 17 033 müqavilə qədər azalaraq 32 339 müqaviləyə çatıb.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 6

TREYDERLƏR FUNT ÜÇÜN VOLATIL OLACAQ HƏFTƏYƏ HAZIRLAŞIRLAR

Valyuta opsionları bazarı funtun bu həftə volatiliyinin artacağını gözləyir. Bu həftə treyderlər İngiltərə Bankının faiz dərəcələri barədə qərarını gözləyirlər. Bundan başqa bu həftə FRS və AMB analoji qərarlarını açıqlayacaqlar. İngiltərə Bankı Pul siyasəti üzrə Komitə gözlənilir ki, faiz dərəcələrini 50 b.b. qədər artıracaq.

Bloomberg Economics bildirir ki, bu addım İngiltərə Bankını faiz dərəcələrinin artım dövrünün son həddinə yaxınlaşdıracaq. Pul bazarları həmçinin öz gözləmələrini dəyişdiriblər. Avqustdan bəri ilk dəfə svoplar məzənnəsi ilin sonunda faiz dərəcələrinin 1/4 bənd azalacağını əks etdirib. Gözlənilir ki, gələn ay faiz dərəcələri artıma davam edəcək, yayda isə 4.4% olaraq maksimum təşkil edəcək. Bu vəziyyət valyuta opsionlarının qiymətlərində də özünü göstərib. Həftəlik Risk Reversal indikatoru funt/dollar üçün ayı istiqamətinə meylliyini azaldıb.

QIZILIN ARTIMINA HƏDƏFLƏNMIŞ SPEKULYATIV ORDERLƏR MAKSIMUMA ÇATIB

Ötən həftə iri spekulyantlar qızılın fyuçers və opsionlarında alışlarıartıraraq satışları azaldıblar.

İri spekulyantlar (hec - fondlar) qızılda təmiz alışların həcmini 13274 müqavilə artıraraq 106 631 müqaviəyə çatdırıblar. Bu barədə CFTC məlumat verir. Qızılın spekulyativ alışlarının həcmi 11777 müqavilə artaraq 157 363 müqaviləyə çatıb. Spekulyativ satışların həcmi 1 497 müqavilə qədər azalaraq 50 732 müqaviləyə çatıb.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZ INFOREX WEEKLY

BITKOININ QIYMƏTI AŞAĞI DÜŞƏ BILƏR, ÇÜNKI QARŞI KÜLƏYI DALĞASI YARANIB

Bitkoinin qiyməti treyderləri gərginlikdə saxlayır, çünki bu həftə 2023 - cü ilin birinci rübünün ən mürəkkəb həftəsi ola bilər. FRS, İngiltərə Bankı və AMB pul siyasəti barədə qərarlarını açıqlayacaq və proqnozlarını təqdim edəcəklər, bundan başqa ABŞ -da NFP məşğulluq hesabatı təqdim edəcək.

Bu hadisə BTC - in enişini yaradaraq bir çox treyderləri həftəni ziyanla balamağa məcbur edə bilər. Ola bilsin ki, BTC bu xəbərlərin effekti fonunda həftənin sonunda $21 969 qiymətinə düşər.

ABŞ DOLLARI INDEKSI: ITKILƏRIN DAVAM EDƏCƏYINI ISTISNA ETMƏK OLMAZ

DXY indeksi 2 günlük qalxış xəttini aşağı qırıb və 102.00 səviyyəsindən aşağı düşüb. Əgər satıcılar üstünlüyü ələ alarlarsa əvvəlcə 101,50, sonra 101,30 və 100,00 səviyyələrinə eniş baş verəcək.

İndeks 200 - SMA indikatorunun keçdiyi 106,47 səviyyəsindən aşağıda qaldıqca proqnoz neqativ olacaq.

TEXNİKİ ANALİZ INFOREX WEEKLY SƏHİFƏ 8

TREYDERLƏR BAZARDAKI RALLI NƏTICƏSINDƏ $81 MILYARD ITIRIBLƏR

Wells Fargo ABŞ fond bazarındakı rallini qəribə adlandıraraq tezliklə bitişini gözləyirlər. Amerika səhmlərinin yanvardakı qalxşı satıcılar üçün gözlənilməz olub, belə ki, onlar ötən ilin enişindən ciddi gəlir əldə etmişdilər. 3 həftədən də az müddətdə satıcılar $81 milyard itki ilə üzləşiblər, deyə The Wall Street Journal yazır.

Belə ki, Tesla 2022 - ci ildə itkilər əldə etmişdi, yanvarda isə 44% bahalaşıb. Coinbase kriptobirjasının kağızlarında ötən ilin satışlaından sonra 70% qalxış olub. Amerika fond bazarındakı optimizm qəribə görünür, deyə Wells Fargo bildirir. Amma o qeyd edir ki, indiki riskə marağın artımı çox sürməyəcək.

SƏHİFƏ 9 TEXNİKİ ANALİZ INFOREX WEEKLY
EKSPERT FIKIRLƏRI INFOREX WEEKLY SƏHİFƏ 10 496

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
"InForex Weekly"#496 by Inforex - Issuu