

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.
Valyutaların gözlənilən hərəkətlərinə baxaq. EURUSD
Cütlük qeyd edilmiş trend xəttini yuxarı qırıb və həmin xətdən yuxarıda ticarət aparır, buradan yuxarıda qaldıqca qalxışa meylli olaraq növbəti qeyd edilən hədəfə qalxa bilər. 1.0929 səviyyəsi hazrki müqavimətdir.

SƏBİNƏ GÜL

GBPUSD

Burada cütlük müqaviməti qırıb və növbəti qalxış hədəfinə istiqamətlənmiş kimi görünür.
1.2290 səviyyəsini qiymət yuxarı qırıb. Növbəti hədəfin mümkün yerini qrafikdə qeyd etdim.
GBP/USD: ENIŞ 1,23 SƏVIYYƏSINDƏ
DAYANAMALIDIR- SCOTIABANK


GBP/USD 1,2450 səviyyəsindən aşağı dönüb. Scotiabank anaitikləri bildirirlər ki, itkilər 1,23 səviyyəsində dayanmalıdır.
“Kabel görünür ki, 1.2450/60 səviyyəsindən yuxarı qalxmağa çalışır. 1.2365 səviyyəsi hələ ki, dəstək rolunu oynayır, amma növbəti dəstək 1.23 səviyyəsində ola bilər.
EUR/USD 1.0950/1000 SƏVIYYƏSINƏ ÇATMAQDA
ÇƏTINLIK ÇƏKƏ BILƏR - ING
EUR/USD yeni həftədə sürət yığaraq 1.09 səviyyəsinə çatıb. ING analitikəri isə gözləyirlər ki, cütlük 1.0950/1000 səviyyəsindən aşağıda qalacaq.
“Biz düşünürük ki, investorlar EUR/USD cütlüyünü 1.0950/1000 müqavimətindən yuxarı qalxmasına icazə verməyəcəklər.
Avro üçün buğa faktoru AMB və AB - in nümayəndələrinin yaşıl investisiyalara dəstək verməsi ola bilər, çünki Avropa siyasətçiləri yerli istehsalı dəstəkləməyə çalışırlar”.
GBP/USD 1.2450/2500 səviyyəsini qırmaq çətin ola bilər - ING

Sterlinq yaxı nəticələr nümayiş etdirərək ötən həftə əldə etdiyi səviyyələri qoruyur. ING analitikləri gözləyirlər ki, GBP/USD 1.2450/2500 səviyyəsini qırmaqda çətinlik çəkəcək.
“Bazar hazırda İngiltərə Bankının faiz dərəcələrini 45 b.b. qədər atıracağını gözləyir, bu gözləmələrin gücü sterlinqə güclü olmağa kömək edir. Biz düşünürük ki, GBPUSD 1.2450/2500 səviyyəsini yuxarı qırmaqda çətinlik çəkəcək, EUR/GBP isə 0.8700/8730 səviyyəsindən dəstək alaraq qalxacaq”.
AUD/USD 0,7090/0,7130 ISTIQAMƏTINDƏ HƏRƏKƏT EDƏCƏK - SOCGEN
AUD/USD cütlüyü qalxışa meyllidir. Société Générale iqtisadçıları bildirirlər ki, cütlük 0,7090/0,7130 istiqamətinə hədəflənə bilər.
“AUD/USD bu yaxında 200DMA səviyyəsini qırıb və konsolidasiya kanalından yuxaı qalxıb, bu da qalxış impulsunun saxlandığını göstərir. 0,6830/0,6810 dəstək səviyyəsindən yuxarıda qalarsa, 0,7090/0,7130 səviyyəsinə qalxış istiqaməti üstün ola bilər”.
ƏGƏR YAPONIYA BANKININ YENI SƏDRI KURODANIN SIYASƏTINI TƏNQID EDƏRSƏ, YENANN MÖHKƏMLƏNMƏSI DAVAM EDƏ BILƏRCOMMERZBANK
Commerzbank analitikləri hesab edirlər ki, Yaponiya Bankının pul - kedit siyasətini ultra - yumşaq olaraq nə qədər saxlayacağı yena üçün vacibdir.

“Ola bilsin ki, Yaponiya Bankı yüksək səviyyəli infliyasiyanın müvəqqəti hal olduğunu hesab etməkdə haqlıdır, amma məlumdur ki, hökumət bu konsensusa son qoymağı qərara alıb.
Kisidanın sələfi Kuroda ilə davamçının kim olacağını müzakirə etmək istəməsi vacibdir, çünki yeni mərkəzi bank sədri Kurodanın siyasətini dəstəkləyərsə, yena aşağı düşə bilər, əgər tənqid edərsə, yenanın möhkəmlənməsi mümkündür.”
EUR/USD: BUĞALAR ÜÇÜN DAHA BIR SINAQ 3 - 6 AY ƏRZINDƏ YARANA BILƏR - RABOBANK
EUR/USD qısa müddətli 1,09 səviyyəsindən yuxarı qalxıb. Rabobank iqtisadçıları bildiirlər ki, bir aylıq müddətdə cütlük 1,09 əviyyəsindən yuxarı qalxa bilər, amma qarşıdakı aylarda 1.06 səviyyəsinə eniş görəcəyik.

“Avro ətrafındakı optimizm davam edir və ola bilər ki, qarşıdakı 1 ayda istənilən enişlər alış imkanları kimi qəbul edilərək cütlüyü 1.09 səviyyəsinə qaldıra bilər, amma qarşıdakı 3 - 6 ayda bazar energetik böhranın növbəti mərhələsi ilə üz - üzə qala bilər, bu da cütlüyü 1,06 səviyyəsinə apara bilər.
Bu o deməkdir ki, FRS bazarın gözlədiyindən daha sət siyasətə üstünlük verər. Bundan başqa, Avropada energetik böhranın başa çatmas hələ uzaqda olması riski mövcuddur”.
COT HESABATI - DOLLAR INDEKSI
CFTC in təqdim etdiyi COT (Commitments of Traders) hesabatından göünür ki,: İri spekulyantlar (NON-COMMERCIAL) dollar indeksində alışları 3.2 min müqavilə qədər azaldaraq 13.4 minə çatdırıblar. Hecerlər (COMMERCIAL) satışları 3.7 min müqavilə qədər azaldaraq 15.6 minə çatdırıblar.

Açıq maraq 2.9 min müqavilə qədər azalaraq 39.4 minə çatıb.
Nəticə: COT hesabatı dollar indeksi üzrə (USDX) ayı əhvalının gücləndiyini göstərir.

ABŞ DOLLARI INDEKSI: ENIŞ 101,30 SƏVIYYƏSINƏ ISTIQAMƏTLƏNIB
Dolla indeksi göünür ki, tədricən mövqelərini itirir. Əgər ayıla güclənərsə, 101,52 səviyyəsindən aşağı eniş 101,30 və 100,00 səviyyələrinə yol aça bilər. İndeks 200- SMA keçdiyi 106,45 səviyyəsindən aşağıda qalarsa, perspektivlər neqativ olaraq qala bilər.
YAXIN 10 GÜNDƏ BITKOIN DAHA GÜCLÜ BAHALAŞA BILƏR
İlin əvvəlindən bitkoin 40 % - ə yaxın bahalaşıb, amma tarix göstərir ki, kriptovalyuta bahalaşmağa davam edə bilər. Son 8 ildə bitkoin hər Ay təqvimi üzrə yeni ilin ilk 10 günündə bahalaşıb.
Bu period üçün orta artım +9% təşkil edib, əsas qalxış isə bu ongünlüyün ilk həftəsində baş verib, deyə Sinqapurdan Matrixport analitiki Markus Tilen bildirir.
