

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram. Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
EURUSD
Cütlük qeyd edilmiş trend xəttini yuxarı qırıb və həmin xətdən yuxarıda ticarət aparır, buradan yuxarıda qaldıqca qalxışa meylli olaraq növbəti qeyd edilən hədəfə qalxa bilər. 1.0820 səviyyəsi əsas dəstəkdir.

SƏBİNƏ GÜL

GBPUSD
Burada cütlük müqaviməti qırıb və növbəti qalxış hədəfin istiqamətlənmiş kimi görünür. 1.2290 səviyyəsi fikrimcə izlənməlidir, qiymət buanı yuxarı qırmalıdır ki, qalxışa davam etsin.

TD Securities analitikləri bildirirlər ki,ABŞ dollarının bu ilin birinci rübündə konsolidasiya potensialı var. “Qarşıdakı bir ay dollara konsolidasiya etməyə imkan yaradacaq. Bir çox göstəricilərə görə biz istənilən rallinin dərin olmayan, qısamüddətli olacağını gözləyirik”.

E UR/USD: HAZIRKI QALXIŞ KÖVRƏK OLA BILƏR –COMMERZBANK

“İqtisadçılar hətta birinci rübdə qalxış gözləsələr belə, rəqəmlər bazarı ehyiyatlı olmağa çağırır. Əgər Avropada açıqlanan rəqəmlər ekspetlərin gözləmələrindən yüksək olarsa, onların tənəzzül barədə xəbədarlıqları bazarda güclü xəbərlərin effektini zəiflədəcək.
Biz birinci rübdə Avropada iqtisadi artımın zəifləyəcəyini gözləyirik. Bu səbəbdən qalxışın stabil olmayacağını hesab edirik”.
AUD/USD: BUĞA TƏZYIQI 0,7088/7136
ISTIQAMƏTINDƏ QALACAQ - CREDIT SUISSE

AUD/USD yavaş -yavaş qalxmağa davam edir. Credit Suisse analitikləri buğa əhvalını saxlayaraq cütlüyün 0,7088/7136 səviyyəsinə qalxacağını gözləyirlər.
“Qısamüddətli qalxş impulsu qalmaqdadır, hesab edirik ki, ilkin müqavimət 0.7000/09 səviyəsindədir, yuxaı qırılma 0.7088/7136, 0,7282 maksimumlarına yol açacaq.
Dəstəklər 0,6893/75, 0,6858 səviyyələrindədir”.
DOLLAR INDEKSI BU HƏFTƏ 101,30/50 SƏVIYYƏSINDƏN DƏSTƏK ALA BILƏR - ING
НDollar üçün həftə DXY indeksinin 101,80 minimumundan sıçrayışı ilə başladı və ING bank valyutanın həftə ərzində ota təzyiq altında olacağını proqnozlaşdırır.
“Bu həftə ABŞ iqtisadi göstəriciləri baxımından zəifdir, amma pərakəndə satışla, sənaye istehsal və daşınmaz əmlak satış qiymətləri gözləniləndən zəif ola bilər.
Nəzəri olaraq bunlar FS - in feval iclasında faiz dərəcələrini yüksəltməsinə mane ola bilməz. DXY indeksini 102 səviyyəsindən aşağı atan faktorlar qüvvədə qalırlar, amma böyük ehtimalla DXY indeksi bu həftə 101,30/50 səviyyəsindən dəstək alacaq.”
EUR/USD: 1.1000/50 SƏVIYYƏSINƏ QALXIŞ BAŞ VEƏ BILƏR - SCOTIABANK


EUR/USD ötən həftəni uğurla başa çatdırıb və qarşıdakı günlərdə 1.0700/50 səviyyəsindən yuxarıda qalacaq, deyə Scotiabank analitikləri bildirirlər.
“Avropanın fundamental görtəriciləri iqtisadiyyatın stabil olmasına işarə edir, avropa səhmləri də investorlar üçün cəlbedici görünür.
EUR/USD cütlüyündə ümumi əhval buğa istiqamətlidir, stabil qalxış meylliliyi müşahidə olunur. Bu özlüyündə avronun 1.1000/50 səviyyəsinə qalxış imkanı yaada bilər”.
EUR/USD 1.0940 SƏVIYYƏSINI YUXARI QIRARSA, QALXIŞI GÜCLƏNƏ BILƏR - SOCGEN
EUR/USD inamla 1.0940 səviyyəsinə yaxınlaşır və bu səviyyə növbəti müqavimət ola bilər. Buradan yuxarlda möhkəmlənmə 1.1040/1.1080 səviyyələrinə qalxış baş verə bilər, deyə Société Générale analitikləri bildirirlər.
“Cütlük üçün 1.0940 səviyyəsi aralıq müqavimətdir, yuxarıda möhkəmlənmə 1.1040/1.1080 səviyyələrinə qalxışa səbəb ola bilər”.
XAU/USD
$1,865 SƏVIYYƏSINI AŞAĞI QIRARSA, SATIŞLAR GÜCLƏNƏ BILƏR - TDS
TD Securities strateqləri trend indikatorları ilə işləyənlərin qızılda daha bir ralliyə davam gətirməyəcəklərini gözləyirlər.

“Qızılda qiymət həddindən artıq alış zonasına daxil olub, amma bu hərəkətin əsasındakı güc dəyişməzdir. Biz trend izləyənlərin satışları davam etdirə biləcəyinə şübhə edirik, amma qiymət $1 990 səviyyəsindən aşağıda qaldıqca eniş ehtimalı qalmaqdadır. Amma qiymət $1 915 səviyyəsindən aşağıda möhkəmlənərsə, $1 865 səviyyəsinə eniş gözləmək olar”.

GBP/USD: СОТ HESABATI
ANALIZI
CFTC - in təqdim etdiyi COT (Commitments of Traders) hesabatından göünür ki,: İri spekulyantlar (NON-COMMERCIAL) funtda təmi satışların həcmini 9.2 min müqavilə qədər atıraraq 29.5 minə çatdırıblar. Hecerlər (COMMERCIAL) funtda təmiz alışları 5.6 min müqavilə qədər artıraraq 35.3 minə çatdırıblar. Açıq maraq 3 min müqavilə qədər azalaraq 202.7 minə çatıb.


Nəticə: COT hesabatı funt üzrə ayı meylliliyinin artdığını nümayiş etdirir.
EUR/USD: СОТ HESABATı
CTC - in təqdim etdiyi həftəlik COT (Commitments of Traders) hesabatından qeyd edilir ki:
İri spekulyantlar (NON-COMMERCIAL) avroda alışları 5.1 min müqavilə qədər artıraraq 135 minə çatdırıblar.
Hecerlər (COMMERCIAL) avroda təmiz satışları 8.1 min müqavilə qədər atıaraq 182.2 minə çatdırıblar. Açıq maraq 34.1 min müqavilə qədər artaraq 746.2 minə çatıb.
Nəticə: COT hesabatı EUR/USD cütlüyündə buğa əhvalının gücləndiyini göstərir.
JPMorgan analitikləri hesab edirlər ki, dolla bu il də tələblə alınacaq, amma elə də güclü nəticə göstərməyəcək.
Son makroiqtisadi mövzular JPMorgan - ın fikrincə avroya dəstək verib, bu səbəbdən bank avro/dollada hədəfi $1,08 qiymətindən $1,10 qiymətinə qaldırıb,amma bank cütlüyü bu səviyyədə almağı tövsiyyə etmir.
JP Morgan bildirir ki, yena digər valyutalardan güclü ola bilər. Bank analitikləri hesab edirlər ki, kanada və avstraliya dollarından başqa digər valyutalar dünya iqtisadiyyatına həssas olduğundan ayı istiqamətinə meyllidirlər.
