

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.
Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
EURUSD
Cütlük qeyd edilmiş trend xəttini yuxarı qırıb və həmin xətdən yuxarıda ticarət aparır, buradan yuxarıda qaldıqca qalxışa meylli olaraq növbəti qeyd edilən hədəfə qalxa bilər.

SƏBİNƏ GÜL

GBPUSD

Burada cütlük müqaviməti qırıb və növbəti qalxış hədəfinə istiqamətlənmiş kimi görünür.
Qeyd edilən xətdən yuxarıda qaldıqca qalxışa meyllilik davam edə bilər.
DOLLARIN ZƏIFLIYI VALYUTA BAZARINDA DOMINANT MÖVZUDUR - COMMERZBANK

Commerzbank valyuta analitiki Ulrix Lextman qeyd edir ki,yeni ilin ilk günlərində 6 aylıq maksimumlarda qalır.
“ABŞ dollarınən zəifliyi valyuta bazarında ən izlənilən xəbərdir. Çünki bazar fRS - in faiz dərəcələrini aşağı salmayacağı barədə açıqlamalarına inanmır. O FOMC iclası ərəfəsində öz proqnozlarını yeniləyib, amma elə bir ciddi dəyişiklik etməyib.
Lextman qeyd edir ki, avroya təsir edn təzyiq faktorları zəifləyib və tezliklə qüvvədən düşəcək.
DÜNYADA NEFT TƏLƏBI 2023 - CÜ ILDƏ KƏSKIN YÜKSƏLƏ BILƏR — PYER ANDURAN
Əgər dünya 2023 - cü ildə antikovid məhdudiyyətlərindən azad olarsa, dünya üzrə neft tələbi kəsin arta bilər, deyə Andurand Capital Management rəhbəri Pyer Anduran bildirir.
Anduran bildirir ki, neft istehlakçı uzun illər uzunmüddətli trenddən arxada qalıb və 2023- cü ildə qara qızıla tələb 3 - 4% arta bilər. O qeyd edir ki, əgər elektromobillər olmasaydı, neftə tələb dah çox artardı.
BVF DÜNYA IQTISADIYYATI ÜÇÜN ÇƏTIN IL OLACAĞINI PROQNOZLAŞDIRIR
ABŞ, Avrobirlik və Çində iqtisadi artım zəifləyəcək, ABin ölkələrinin yarısı isə tənəzzülə uğrayacaq, deyə BVF bildirir. BVF - un icraedici direktoru Kristalina Qeorgiyeva CBS - ə müsahibəsində bunu qeyd edib.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı yüksək dözümlülüyə malikdir və əmək bazarında inamlı stabil vəziyyət müşahidə olunur, bu səbəbdən ABŞ tənəzzüldən qaçacaq.
EUR/USD cütlüyünün gündəlik qrafik periodunun analizi göstərir ki, risklər qalxış istiqamətlidir. Cütlük dekabr maksimumu yaxınlığındadır. Texnki indikatorlar istiqamətsizdirlər, amma müsbət zonada olmaqla qalxışa işarə edirlər. Bu da spekulyativ marağın olmamasına işarə edir.

Cütlük 1.0700 səviyyəsindən yuxarıda möhkəmlənərlərsə, 1.0745, 1.0790 səviyyələri yoxlana bilər.
Dəstəklər: 1,0650 1,0600 1,0565.
FRS - n son açıqlaması bankın şahin mövqeyini təstiq edib. Dekabrda açıqlanmış FRS -in öz proqnozu onu göstərir ki, komitə üzvləri arsında göyərçinlər az qalıblar.

Pauell FOMC - un dekabr iclasından sonra dedi ki, faiz dərəcələrinin fevralda artırılma addımı alınan iqtisadi rəqəmlərdən asılı olacaq. İndi bütün diqqətlər ABŞ -da dərc olunacaq məşğulluq hesabatına yönəlib, proqnozlar yeni yaradılan iş yerlərinin sayında artım olacağına işarə edir.
Əgər rəqəmlər proqnozla uyğun gələrsə, FRS - in artım üçün əsas olacaq.
GBP DIGƏR VALYUTALAR NƏZƏRƏN 2023 - CÜ ILDƏ AŞAĞI DÜŞƏCƏK, – ANZ
ANZ Bank iqtisadçıları gözləyirlər ki, GBP 2023 - cü ildə digər G10 valyutaları arasında ən zəifi olacaq:

“Böyük Britaniyanın zəif fundamental göstəricilərini nəzərə alaraq biz funtun 2023 - cü ild təzyiq altında qalacağını gözləyirik.

Böyük Britaniyanın fundamental fonu qeyri müəyyənliklə doludur. Qısamüddətli perspektivdə ev təsərrüfatları infliyasiya, yüksək vergilər, borc dəyərinin atımı ilə üz - üzə qalacaqlar. Bu istehlakı zəiflədəcək və GBP üçün mənfi təsirlərə səbəb olacaq.
Bizim fikrimizcə, yeni baza 1.15 səviyyəsində müəyyən olunacaq”.

İQTISADÇILAR GÖZLƏYIRLƏR KI, NEFTIN ORTA QIYMƏTI $100 - DAN AŞAĞI OLACAQ - REUTERS
Reuters -in 30 analitik və iqtisadçı arasında apardığı sorğu nəticələri göstərib ki, əksəriyyət 2023 - cü ildə neftin orta qiymətinin $84,84 ərazisində olacağını gözləyirlər.


Bu ötən sorğuda qeyd edllən $87,80 qiymətindən aşağıdır. Brent neftinin 2023 - cü il üçün orta qiymət proqnozu $89,37 olub, bu da noyabrdakı proqnozu olan $93,65 qiymətindən aşağıdır.

BITKOIN 2022 -CI ILDƏ 60% UCUZLAŞIB
Bitkoinin qiyməti 2022- ci ilin nəticələrinə görə 60%dən çox ucuzlaşb. Bitkoinə dəstək bazarda kapital axını və sıfra yaxın faiz dərəcələrindən gəlib, eyni zamanda Goldman Sachs ekspertləri həmin an bitkoini qızılla müqayisə ediridi, deyə Trading Economics bildirir.
Bu arada 2022- ci ildə infliyasiyada sıçrayış və maaliyyə şərtlərinin pisləşməsi kriptovalyutalarda çöküş yaratdı. Kütləvi satışlar steyblkoin TerraUSD -in çoxkməsi ilə yarandı, TX kriptobirjasının iflası isə bunu dərinləşdirdi.
FRS - in şahin əhvallı pul siyasətini davam etdirəcəyinə aid əsaslar mövcuddur. Fedrezervin öz proqnozuna görə, (dot plot) faiz dərəcələrinin 5% - dən yuxarı qalxması mümkündür. Əgər ABŞ mərkəzi bankı öz şahin proqnozunu saxlayarsa, bu dollar üçün müsbət məqam olacaq və investorları faiz dərəcələri ilə bağlı gözləmələrinə yenidən baxmağa vadar edəcək.İndiki halda bazar faiz dərəcələrinin 5% -dən aşağı olacağını gözləyir.