

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.
Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
AUDUSD - Cütlük diapazon daxilində hərəkət edir, qeyd edilən diapazonun sərhədlərinin qırılması istiqaməti təyin edəcək.

SƏBİNƏ GÜL


USD/JPY 137,00 səviyyəsini yuxarı qırıb və OCBC Bank analitikləri gözləyirlər ki, cütlük qalxışa davam edəcək.

-Günlük impuls orta templi qalxış trendi əlamətləri əks etdirir.
- Müqavimətlər 138.40 (21DMA), 138.65, 141.20 (Fibo 50%)”.
- Dəstəklər 135,50 (Fibo 76,4%), 134,70 (200DMA) və 133,70.

USD/CAD 1.3810 VƏ 1.3980 MAKSIMUMLARINA QALXACAQ - SOCGEN
Kanada dolları ötən həftə ABŞ dollarına nəzərən 1,3% itki ilə qarşılaşb. Société Générale analitikləri USD/ CAD cütlüyünün 1,3810 və 1,3980 pikinə qalacağını gözləyirlər.

“USD/CAD əvvəlki “baş və çiyinlər” fiqurunu tamamlayıb. 1,3810 və 1,3980 maksimumlarına qalxış gözləmək olar. 1.3380 səviyyəsi dəstək zonasıdır”.
EUR/USD: INVESTORLAR HƏFTƏNIN ƏSAS HADISƏLƏRINI GÖZLƏYƏCƏKLƏR
EUR/USD yeni həftəyə orta ayı təzyiqi ilə başlayıb, investorlar həftənin əsas hadisələri ərəfəsində aktivlikdən çəkinirlər.

Bazarda riskə maraqda müşahidə olunan neqativ istiqamət dollara nisbətən güclənərək əks cütlüklərə təzyiq göstərsə də, əsas cütlüklərin və EURUSD - in eniş potensialı məhduddur.
Çərşənbə günü FRS faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq, cümə axşamı AMB - in faiz dərəcələri qərarı və ABŞ - da infliyasiya hesabatı diqqətdə olacaq. Bu fonda EUR/USD böyük ehtimalla qeyri - stabil dinamika əks etdirəcək.
EUR/GBP QARŞIDAKI 6 AYDA 0,89 SƏVIYYƏSINƏ QALXACAQ - RABOBANK


EUR/GBP bu il nisbətən stabil qalıb. Rabobank bildirir ki, 6 aylıq perspektivdə kross 0,89 səviyyəsinə qalxacaq.
“İngiltərə Bankı AMB - ə nəzərən faiz dərəcələrini daha yuxarıqaldırsa da, funt avroya münasibətdə daha həssasdır.
EUR/USD gələn il qaz bahalaşacağı halda paritetdən aşağı düşə bilər, amma bu funtun xeyrinə olmayacaq.
Biz 6 aylıq perspektivdə EUR/GBP krossunun 0,89 səviyyəsinə qalxacağını gözləyirik”.
BÖYÜK BRITANIYA ÜZRƏPIS XƏBƏRLƏRIN TOPLUSU STERLINQI ZƏIFLƏDIR – COMMERZBANK
Commerzbank ekspertləri bildirirlər ki, Böyük Britaniyadakı ümumi çətin vəziyyət sterlinqin zəifləməsinə səbəb olub.
- Kontingentdə iqtisadiyyata təzyiq göstərən faktorlar müvəqqəti göünür, amma bu Britaniya iqtisadiyyatının Avropa iqtisadiyyatından geri qalacağı demək deyil.
Uzunmüddətli perspektivdə isə ölkədəki iqtisadi çətinliklər funtun zəifləməsi üçün əsas olacaq.
2023 - CÜ IL ÜÇÜN DÖNÜŞ OLACAQ HƏFTƏ DOLLARIN ISTIQAMƏTINI MÜƏYYƏN EDƏCƏK – ING
Qarşıda bizi valyuta bazarı və qlobal aktivlər bazarı üçün həllediici həftə gözləyir. İki risk faktoru var: ABŞ - da dərc olunacaq CPI hesabatı və FOMC iclası. ING analitikəri gözləyirlər ki, dollar bu hadisələrə aşağıdakı kimi reaksiya verəcək.
2023 - cü ili infliyasiya üzərində qələbə və reflyasiya siyasətinə diqqətin yönəlməsi dollara mənfi təsir edəcək və yaxud infliyasiyanın durğunluğu mərkəzi bankın əl - qolunu bağlayaraq dolların müsbət istiqamətdə hərəkətini təmin edəcək və bu perspektivlər bu həftənin hadisələri ilə müəyyən olunacaq.
Biz son ssenarini daha real hesab edirik, amma bu həftə bu versiyalardan biri impuls alacaq.
NZD/USD: VOLATILLIK ARTA BILƏR – ANZ

Kivi həftəni 0.64 səviyyəsindən yuxarıda bağlayıb, baxmayaraq ki, cütlük maksimuma qalxmayıb, yenə də bu ayın ən uğurlu valyutası hesab olunur. ANZ Bank analitikləri bildirirlər ki, bu həftə volatilliyin artması ola bilər.
- NZD adətən dekabrda müsbət istiqamət nümayiş etdirir, amma buna və faiz dərəcələrinin artırılmasına baxmayaraq, bu həftəni itkisiz başa vuracağına təminat yoxdur.
İRI SPEKULYANTLAR AQRESSIV OLARAQ S&P 500 INDEKSININ ENIŞINI, NISBƏTƏN AZ AQRESSIV DOLLARIN ENIŞINI GÖZLƏYIRLƏR
CFTC bildirir ki, iri spekulyantlar ABŞ istiqrazlarını aktiv satırlar, bu onların trejeris kağızlarının gəlirliyinin artacağınamişarə edir.

Valyuta bazarında spekulyantların addımları müxtəlif istiqamətli olub,mümumiyyətlə isə, dolların satışına meyllilik artıb.
Təmiz alışlar avroda, yenada, funtda, frankda və aussidə, təmiz satışlar lunivə, kividə artıb. Nəticədə dollar üzrə spekulyativmorderlərin həcmi $800 milyon artıb.
Bundan başqa iri spekulyantlar Brent və WTI neftlərini satıb, qızıl üzrə alışları isə artırıb.
ETMIR
Bank of America Corp. bildirir ki, investorlar səbirsizliklə faiz dərəcələrinin son dəfə qaldırılmasını gözləyirlər ki, yenidən səhmləri almağa başlasınlar, amma tarix göstərir ki, infliyasiyanın stabil yüksək olması naahatlıq yaradır.
İqtisadi stabillik əlamətləri FRS - in yenə də sərt pul siyasətini saxlamasına gətirrə bilər, bu isə gələn il tənəzülə səbəb ola bilər.
Bank of America EPFR Global - a istinadən bildirir ki, qlobal fondladan 5,7 milyard dollar çıxarılıb.
Bank of America yüksək stabil infliyasiyada yaxşı nəticələr göstərən aktivləri almağı məsləhət görür. Bunlar banklar, kiçik kapitalizasiyalı şirkətlər, həmçinin Avropa aktivləridir. İnvestorlar yüksək texnologiya şikətlərinin səhmlərindən, birbaşa yatırımlardan və şəxsi kreditlərdən uzaq olmalıdırlar, deyə bank bildirir.
