

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.
Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
AUDUSD - Cütlük diapazon daxilində hərəkət edir, qeyd edilən diapazonun sərhədlərinin qırılması istiqaməti təyin edəcək.

SƏBİNƏ GÜL


Noyabr ayında türk lirəsi dollar qarşısında təəccüblü stabillik nümayiş etdirib. MUFG Bank analitikləri bildirirlər ki, TRY üçün risklər əvvəlki kimi enişin xeyrinədir.

Bloomberg bildirir ki, Türkiyə lirəni dəstəkləmək üçün intervensiyaların həcmini artrıb ki, bu da intervensiya həcmini 100 milyard dollara çatdırıb.
Biz hesab edirik ki, TRY - in stabilliyinin ardınca zəifləmə gələcək.”
USD/CHF: QARŞIDAKI AYDA TƏDRICƏN ZƏIFLƏMƏ GÖZLƏNILIR - CREDIT SUISSE


USD/CHF 0,9355 dəstək zonasını qırıb və Credit Suisse analitikləri bildirirlər ki, qarşıdakı aylarda zəifləmə davam edə bilər.
Dəstəklər 0,9325/12, 0,9287/84və 0,9193 səviyyələrindədir.
EUR/USD 1.0630/1.0690 MÜQAVIMƏTINƏ ISTIQAMƏTLƏNIB - SOCGEN
EUR/USD 1,0630/1,0690 səviyyəsinə istiqamətlənib və buradan geri dönüş qısamüddətli korreksiyaya səbəb ola bilər, deyə Société Générale analitikləri bildirirlər.
“EUR/USD tədricən 1.0630/1.0690 zonasına istiqamətlənir, əgər buadan yuxarıda möhkəmlənə bilməzsə, eniş korreksiyası başlaya bilər.
EUR/USD bu halda 1.0220 dəstəyinə istiqamətlənəcək”.
“Biz qızıla tələbin azaldığını görürük, amma konsolidasiya olmalıdır ki, trend izləyiciləri fondlardan axını yeniləsinlər. İndiki mərhələdə risklər qalxış istiqamətində deyil, belə ki, $1,830 istiqamətində ralli az alışlar müşahidə olunur.
Bu o deməkdir ki, qızılda “neqativ əsaslı ralli” bitmək üzrədir, bu da epik “buğa tələsi” üçün zəmin yaradır, çünki güclü qiymət hərəkəti aktivə diskret maraq yaradır, makroiqtisadi faktolarlarda isə zəifləmə olmur”.
USD/JPY: 133,09 DƏSTƏYI MÜVƏQQƏTI OLARAQ ENIŞI DAYANDIRACAQ - CREDIT SUISSE

USD/JPY ötən həftə 500 punkt eniş həyata keçirib. Credit Suisse analitikləri ümid edirlər ki, 133,09 səviyyəsi konsolidasiya fazası yaradaraq enişi dayandıracaq. İlkin müqavimət 135,97/136,02 səviyyəsindədir. 134,62 /133,09 dəstəyi dönüş üçün əsas kimi qiymətləndirilə bilər.
EUR/USD 1.0650/1.0750 DIAPAZONUNA QALXACAQ - SCOTIABANK


EUR/USD 1,05 səviyyəsindən yuxarıdadır. Scotiabank iqtisadçıları gözləyirlər ki, cütlük 1,0650/1,0750 diapazonuna qalxacaq.
“Biz gözləyirik ki, avro güclü dəstək alacaq, stabil buğa impulsu qısamüddətli və ortamüddətli və uzunmüddətli qrafikərdə avronu dəstəkləyəcək”.
NZD/USD: STABIL QALXIŞ ƏRƏFƏSINDƏ HƏSSASDIR - MUFG
Kivi noyabr ayında 7,2% ucuzlaşb, MUFG Bank iqtisadçıları bildirirlər ki, NZD/USD stabil qalxışdan öncə eniş korreksiyası həyata keçirəcək.
“RBNZ - in faiz dərəcələrini 75 b.b. qədər atırmağını qiymət nəzərə alıb, amma əsas məqam RBNZ - in faiz dərəcələrinin artım ehtimalını 4.10% - dən 5.50% -ə qaldırılması olub.
Nəzərə alsaq ki, FRS faiz dərəcələrini artırmağa davam edəcək və bu kursu saxlayacaq, biz NZD - in əvvəl zəifləyəcəyini, sonra qalxacağını gözləyirik”.
ABŞ DOLLARI 2023- CÜ ILIN BIRINCI RÜBÜNDƏN SONRA ZƏIFLƏYƏCƏK - MUFG
Noyabr ayında ABŞ dolları daha çox zəifləyib. MUFG Bank iqtisadçıları gözləyirlər ki, yalnız 2023 - cü ilin sonlarında dolların ciddi zəifləməsi başlayacaq.
“Biz hələ ki, dolların ciddi zəifləməsi üçün səbəb görmürük və gözləyirik ki, qarşıdakı 3 - 4 ay qeyri - stabil titrəyiş periodu olacaq.
Ola bilsin ki, dollar üzrə pik artıq əldə edilib, amma biz məzənnənin yuxarı - aşağı sıçrayış edəcəyini gözləyirik”.
MUFG Bank analitikləri Kanada Bankının çərşənbə günü iclasında ehtiyatlılıq nümayiş etdirəcəyini gözləyirlər.




“Biz iqtisadi rəqəmlər axınının eniş riskləri yaratması fonunda Kanada Bankının ehtiyatlı olacağını gözləyirik.
Daha zəif iqtisadi rəqəmlər, dünya üzrə infliyasiya pikinin əldə olunması və ABŞ - da iqtisadi artımın zəifləməsi Kanada Bankının sərtləşdirmə siyasətini yavaşladacağına işarə edir.
Bu vəziyyət Cad- ın G10 valyutalarna qarş zəif olacağına işarə edir”.
EUR/USD 28 sentyabr minimumundan uzaqlaşıb. MUFG Bank analitikləri bildirirlər ki, dekabr ayında avro üzrə mövsümi faktor nəzərə alınmalıdır.
Son 10 ildə EUR/USD 8 dəfə dekabr ayında artım nümayiş etdirib. “20 illik periodda dekabr ayında EUR/ USD 14 dəfə artım həyata keçirib.
Dollar üzrə alış orderlərinin artımı nəzərə alınarsa, EURUSD cütlüyünün indiki hərəkəti qalxışın artıq başlamasına işarə ola bilər”.