

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.n Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
EURUSD
Cütlük ötən həftə qeyd etdiyimiz müqaviməti qırıb, yenidən geri dönüş nümayiş etdirib, in diki halda qalxış meylliliyinin qaldığını demək olar.

SƏBİNƏ GÜL


USD/JPY 200DMA - IN KEÇDIYI 134,09 SƏVIYYƏSINƏ DÜŞƏCƏK - CREDIT SUISSE
USD/JPY kəskin aşağı düşür. Credit Suisse ayı əhvalını saxlayaraq cütlüyün 134,09 səviyyəsinə düşəcəyini gözləyirlər.

“Biz 134,09 səviyyəsinə və daha aşağı - 133,09 səviyyəsinə düşəcəyini gözləyirik”.
NZD/USD: 0,6296/6304 SƏVIYYƏSINDƏKI FASILƏ MÜƏYYƏN VAXT DAVAM EDƏCƏK - CREDIT SUISSE

NZD/USD cütlüyünün ötən həftəlik qalxışı 0,6296 ərazisində dayanıb. Credit Suisse analitikləri bildirirlər ki, yaxın perspektivdə bu baryer qalxışa mane olacaq.
“NZD/USD 0.6296/6304 səviyyəsindən geri dönüb. Buradan yuxarı qalxış 0.6456/68 səviyyəsinə yol açacaq. Yaxın dəstəklər 0,6162/58, 0,6135, 0,6062/60 səviyyələrindədir”.
USD/CAD 1,33 SƏVIYYƏSINƏ TƏZYIQ GÖSTƏRƏCƏK, – SCOTIABANK

USD/CAD 1,33 diapazonundan yuxarıdadır. Scotiabank iqtisadçıları hesab edirlər ki, cütlük 1,33 səviyyəsini test edə bilər:
“Qısamüddətli ticarət modelləri onu göstərir ki, USD 1,3315/20 səviyyəsinə enişlərdə dəstək alacaq, amma qalxış potensialı məhdud görünür.
Əgər geniş baxılarsa, görmək olar ki, USD eniş ərəfəsində konsolidasiya edir. Əsas dəstək 1,3320, müqavimət 1,3395/00 səviyyələrindədir.”
GBP/USD 1,21 səviyyəsindən aşağıdadır. Cütlük 1.2080/90 səviyyəsindən yuxarı qalxarsa, qalxış imkanları güclənə bilər, deyə Scotiabank analitikləri bildirirlər.

Əsas dəstək 1.2000/10 səviyyəsindədir”.
ABŞ DOLLARI ÖTƏN HƏFTƏNIN ENIŞINDƏN SONRA MÖVQELƏRINI SAXLAYIR
ING analitikləri gözləyirlər ki, DXY yenidən 108-100 səviyyəsinə qalxacaq

“Biz dollar üzrə ayı trendinin inkişafı üçün şərtləri görmürük, baxmayaraq ki, alıcılar dollardakı pulları çıxarmağa çalışırlar.

Mövsümi olaraq dollar dekabrda zəif olur, amma biz hesab edirik ki, dollar ilin sonuna qədər möhkəmlənəcək. Biz əvvəlki kimi hesab edirik ki, DXY - in istənilən enişi qısamüddətli olacaq və indeks ilin sonuna doğru 108-110 səviyyəsinə qayıdacaq”.
EUR/USD: HƏFTƏIK BAĞLANIŞ 1,0380 SƏVIYYƏSINDƏN YUXARIDA OLARSA, BUĞA IMPULSU GÜCLƏNƏ BILƏR, – SCOTIABANK
EUR/USD 1,0380 səviyyəsindən yuxarıdadır və Scotiabank analitikləri bildirirlər ki, həftə buradan yuxarıda bağlanarsa, buğa potensialı güclənəcək.
“Bizim ticarət modelimiz göstərir ki, EUR 1,0380 səviyyəsindən yuxarıda qaldıqca qalxış gücü yüksək olaraq qalacaq, aşağı qırılma isə pozitiv əhvalın dönməsinə gətirəcək.
Biz gözləyirik ki, EUR enişlərdə alıcılar cəlb edəcək”.
EUR/USD 2013 - CÜ ILDƏ 1,10 SƏVIYYƏSINƏ ÇATACAQ, – COMMERZBANK

Commerzbank iqtisadçıları EUR/USD barəsində proqnozlarına yenidən baxıblar. Onlar qeyd edirlər ki, cütlük gələn il 1,10 səviyyəsinə çatacaq.
“Əgər AMB faiz dərəcələrinin aşağı salınmasını həyata keçirməzsə, avro indikindən daha az cəlbedici olacaq. Bizim EUR/USD barədə hədəfimiz - 1,10 səviyyəsində olacaq.”
Goldman Sachs avronun perspektivlərini şərh edərək ortamüdətli perspektiv üçün ayı gözləməsində qaldıqlarını bildirirlər.

“İqtisadi rəqəmlər göstərir ki, Avropada iqtisadi artım səviyyəsi o qədər qənaətbəxş olmasa da, pis də deyil. Mövqeləşmə neytral səviyyəyə çatdıqda avronun qalxış imkanları da azalacaq.
Hesab edirik ki, ilin sonunda bazarlar da, FOMC da maaliyyə şərtlərinin yumşalması indeksini sıxışdıracaqlar, bu da FRS siyasətinin hədəflərinə uyğun olmayacaq”.
AVROZONA TƏNƏZZÜLDƏN QAÇMAĞA ÇƏTINLIK ÇƏKƏCƏK

Dollar/yena qalxış üçün imkanlar axtarır
Dollar/yena 138,30-138,25 səviyyəsindən aşağıdadır. COVID-19 ilə bağlı
vəziyyət yenanın cəlbediciliyini artırır. Faktiki olaraq, Çin gündəlik yoluxmaların rekord həddə çatdığını elan edib və sərt məhdudlaşdırma tədbirlərin başlayıb ki, bu da ölkədə cəmiyyətdə narazılıq yaradıb. Bu vəziyyət investorları ehtiyatlı olaraq sığınacaq aktivlərə tələbi artırıb. Digər tərəfdən dollara tələbin güclü olmağı cütlüyün qalxış cəhdlərini davam etdirəcəyi ehtimalı yaradır.

DOLLAR/YENA QALXIŞ ÜÇÜN IMKANLAR AXTARIR
Dollar/yena 138,30-138,25 səviyyəsindən aşağıdadır. COVID-19 ilə bağlı vəziyyət yenanın cəlbediciliyini artırır. Faktiki olaraq, Çin gündəlik yoluxmaların rekord həddə çatdığını elan edib və sərt məhdudlaşdırma tədbirlərin başlayıb ki, bu da ölkədə cəmiyyətdə narazılıq yaradıb. Bu vəziyyət investorları ehtiyatlı olaraq sığınacaq aktivlərə tələbi artırıb. Digər tərəfdən dollara tələbin güclü olmağı cütlüyün qalxış cəhdlərini davam etdirəcəyi ehtimalı yaradır.