

SƏBİNƏ GÜL

Salamlayıram və bütün treyderlərə uğurlar arzu edirəm.
EURUSD
Cütlük barədə onu demək olar ki, zamanla fiqurun tamamlanmasını görəcəyik. Hələ ki, korreksiya görürük.Cütlük yeni diapazona daxil olub.

SƏBİNƏ GÜL

GBPUSD

Uyğun fikirlər funt haqqında deyilə bilər.
da yeni diapazon yarandığı görünür.
GBP/USD: MÖHKƏMLƏNƏCƏK, AMMA SONRA ZƏIFLƏYƏCƏK – GOLDMAN SACHS
Goldman Sachs öz hesabatında GBPUSD ilə bağlı proqnozlara yenidən baxıb. Bank proqnozu yüksəltsə də, funtun yenə zəifləyəcəyini bildirir.

Goldman hesab edir ki, EUR/GBP qarşıdakı 3, 6 və 12 ayda uyğun olaraq 0.88, 0.87 və 0.86 səviyyələrində ticarət aparacaq.
Bank GBP/USD barədə uyğun period üçün proqnozları $1.10, $1.11 və $1.22 səviyyələrinə dəyişib.
EUR/USD VƏ EUR/CHF EYNI SƏVIYYƏYƏ DÜŞƏCƏK
– HSBC

EUR/CHF İsveçrədəki hadisələrə əhəmiyyət verməyəcək. Bununla da EUR/USD cütlüyünün hərəkəti
EUR/CHF cütlüyünün istiqamətini müəyyən edəcək, deyə HSBC analitikləri bildirirlər.
- EUR/CHF krossunun istiqamətini EUR/USD müəyyən edəcək və İsverçədə krossa təsir edəcək daxili faktorların imkanı güclü olmayacaq.
- Biz gözləyirik ki, EUR/USD və EUR/CHF eyni səviyyələrə düşəcək, bu da USD/CHF cütlüyünün yanakı diapazonda qalacağı ehtimalını gücləndirir.
ABŞ - DA ISTEHLAKÇILAR QAZANDIQLARINDAN ÇOX XƏRCLƏMƏYƏ DAVAM EDIRLƏR – WELLS FARGO
Ötən cümə dərc olunmuş rəqəmlər göstərib ki, sentyabr ayında real gəlirlər 0.3%, baza PCE isə 5.1% artım həyata keçirib.
Wells Fargo analitikləri bildirirlər ki, infiyasiyada düzəlişdən sonra sentabrda yenə də qazandıqları məbləğdən çox xərcləyiblər. Onlar qeyd edirlər ki, bu xərclər pul ehtiyatlarının azalması və keditlərdən asılılıqla əlaqədardır və real gəlirlilik artmadığı halda vəziyyətin yaxşılaşması çətin olacaq.

EUR/USD: 1,01 SƏVIYYƏSININ ƏLDƏ OLUNMASI 1,03 SƏVIYYƏSINƏ YOL AÇACAQ - SCOTIABANK


EUR/USD 0,99 minimumundan sıçrayış həyata keçirib. 1,0100 səviyyəsinin yuxarı qırılması qalxış impulsunu gücləndirəcək, deyə Scotiabank analitikləri bildirirlər.
“Avroda ümumi fon müsbətdir. 0,99 -səviyyəsi güclü dəstəkdir və rallini davam etdirmək üçün cütlük 1,01 səviyyəsindən yuxarı qalxmalıdır, bununla 1,03 səviyyəsinə yol açılacaq”.
USD/CAD: 1.3650 SƏVIYYƏSINDƏN YUXARIDA MÖHKƏMLƏNMƏ QALXIŞ IMPULSUNU GÜCLƏNDIRƏCƏK– SCOTIABANK
USD/CAD 1.35 dəstəyindən yuxarı sıçrayıb. Artımın davamı üçün cütlük 1.3650 səviyyəsini yuxarı qırmalıdır, deyə Scotiabank analitikləri bildirirlər.
USD/CAD ötən həftə 1.3505 dəstəyinə dəyərək yuxarı dönüb, amma artım məhdud olub.
Dolların möhkəmlənməsi üçün cütlüyün 1.3650 səviyyəsindən yuxarıda möhkəmlənməsi lazımdır. Bu halda qalxış impulsunun güclənməsi mümkün olacaq.
Danske Bank analitikləri bildirirlər ki, uzunmüddətli gəlirliyə təzyiq zəifləyə bilər, mərkəzi bankların faiz dərəcələri isə dönüş nöqtəsin yaxınlaşır.
Onlar gözləyirlər ki, bazarlar artıq infliyasiyanın nəzarətdə olduğunu qəbul edəcək və gəlirlilik 2022 - ci ildə pik nöqtəsi əldə etmiş olacaq. Danske bildirir ki, 2023 - cü ildə uzunmüddətli gəlirlilik azalmağa başlayacaq. Bank qeyd edir ki, AMB faiz dərəcələrinin son artımını fevralda, FRS isə bu ilin dekabrında həyata keçirəcək.

Kanadada avqust ÜDM - i 0.1% artıb, bu da bazarın gözlədiyindən bir az yuxarı olub. CIBC analitikləri bildirirlər ki, üçüncü rübdə artım cüzi olsa da 2023 - cü ildə artım templərinin bir z zəifləməsi lazımdır ki, infliyasiya hədəf səviyyəsinə çatsın.

-Biz əvvəlki kimi hesab edirik ki, Kanada Bankı faiz dərəcələrini daha 50 b.b. qədər artıracaq, sonra isə fasilə edəcək.
İNGLTƏRƏ BANKI FAIZ DƏRƏCƏLƏRINI 75 B.B. QƏDƏR ARTIRACAQ – RABOBANK


Bu həftə İngiltərə Bankının faiz dərəcələri ilə bağlı qərarı açıqlanacaq. Rabobank analitikləri faiz dərəcələrinin 75 b.b. qədər artırılacağını gözləyirlər. Onlar bu artımın ən əhəmiyyətli artım olacağını hesab edirlər. Bank bildirir ki, faiz dərəcələrinin piki 4.75% səviyyəsində əldə olunacaq.
“Mərkəzi Bank bazara göstərməlidir ki, İngiltərə maaliyyə institutlarına inamın sarsıldığın anlayır, amma bunun böhran səviyyəsində olmadığını hesab edir. Biz hesab edirik ki, bu həftənin artımı mərkəzi banka faiz dərəcələrinin növbəti iclaslarda 50 b.b. və 25 b.b. qədər artırmasına imkan yaradacaq.”
EUR/USD nisbətən sakit əhvalda paritet ətrafında ticarət aparır. ING iqtisadçıları cütlüyün 0,9910/20 səviyyəsinə düşəcəyini gözləyirlər.
“AMB faiz dərəcələrini ötən həftə 75 b.b. qədər artırıb, bir tərəfdən bank rəsmiləri bu addımın sərt ritorika olduğunu bildirir, digər tərəfdən bu yenə də yumşaq addım olaraq görünür.
Bu həftə EURUSD nisbi qalxış həyata keçirə bilər, amma hesab edirik ki, dollar FOMC iclası ərəfəsində güclü olaraq qalacaq və EUR/USD 0.9910/20 ərazisinə düşəcək”.