"InForex Weekly"#480

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY 480 WEEKLY INFOREX OKTYABR

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 2

Salamlayıram və bütün treyderlərə uğurlar arzu edirəm.

EURUSD

Cütlük barədə onu demək olar ki, zamanla fiqurun tamamlanmasını görəcəyik.

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 4

GBPUSD

Uyğun fikirlər funt haqqında deyilə bilər.

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY

AVRO 0.9700 QIYMƏTINDƏN AŞAĞIDADIR

Avro 0,9700 səviyyəsindən aşağıda ticarət aparır. ING analitikləri gözləyirlər ki, cütlük 0,90-0,95 diapazonunda qalacaq.

Volatillik pandemiya günlərindəkinə çatıb. Bankların faiz dərəcələrini artıraraq istiqrazları satması ilə müşaiyət olunan daha sərt likvidlik şərtləri volatilliyin artmasına səbəb olur. Avrozona üçüncü rüb ardıcıl olaraq mənfi artım nümayiş etdirir.

XAMMAL TICARƏTI APARAN HEC - FONDLAR ÜÇÜN UĞURLU IL OLUB

Xammal məhsulları ilə ticarət edən hec - fondlar bu il rekord gəlir qazanıblar, bu da onları volatil xammal bazarında əsas faydalanan tərəf edib.

Bu il neft, qaz, metallar və taxıl məhsullarının qiymətində kəskin artım olub, çünki iqtisadiyyatlar karantindən sonra açılıb, hərbi münaqişə isə enerji daşıyıcılarının qiymətini artırıb.

Müxtəlif aktivlərə yatırım edən multi strategiyalı iri fondlar da xammal bazarında uğurlu il keçiriblər.

GOLDMAN SACHS GBP/USD - IN ILIN SONUNDA 1,05 SƏVIYYƏSINƏ DÜŞƏCƏYINI GÖZLƏYIR

Goldman Sachs GBP/USD barədə eniş gözləyir:

“Bu həftə funt üçün daha bir sınaq həftəsi olacaq, ümumiyyətlə biz hesab edirik ki, funtun müvəqqəti qalxışı qısamüddətli tələblə bağlı idi.

Fundamental göstəricilər və mürəkkəb siyasət funtu yenidən minimumlara atacaq. GBPUSD üçün 3a ylıq proqnozumuz 1.05 qiymətindədir”.

NZD/USD yeni dövri minimum əldə edib. ANZ Bank analitikləri gözləyirlər ki, cütlük təzyiq altında qalmağa davam edəcək.

“ABŞ - da ötən həftə dərc olunan məşğulluq rəqəmləri bazarda riskə marağı azaldıb. İndiki vəziyyətdə dolların cəlbediciliyi güclənməkdədir. Bazarda qarışıq tendensiyalar riskə marağı azaltmaqdadır”.

DOLLAR QALXIŞI YENILƏYIB

Dollar qalxışı bərpa edir, bazarda treyderlər inanırlar ki, FRS faiz dərəcələrinin aqressiv qaldırılmasını davam etdirəcək.

«Bu yaxında investorların riskə marağı güclənmişdi. Mənim fikrimcə, investorlar ticarət diapazonunu analiz edirlər», — deyə Mark Çandler Bannockburn Globaldan bildirir.

EUR/USD 0,9537 SƏVIYYƏSINI TEST ETMƏYƏ MEYLLIDIR- CREDIT SUISSE

EUR/USD 1.0000/1.0051 müqavimətindən aşağıdadır və təzyiq altında qalmağa davam edəcək. Credit Suisse cütlüyün 0,9537 səviyyəsinə düşəcəyini gözləyirlər. “Dəstəklər 0,9537, 0,9446 və 0,9338/30 səviyyələrindədir. Müqavimətlər 0,9818, 0,9927, 0,9991/1,0005”.

TEXNİKİ ANALİZINFOREX WEEKLYSƏHİFƏ 6
NZD/USD: RISKƏ MARAĞIN AZ OLMASI KIVIYƏ ZƏRBƏ VURUR - ANZ

USD/JPY 2023 - CÜ ILIN BIRINCI YARISINDA 149 SƏVIYYƏSINƏ QALXACAQ - WELLS FARGO

Wells Fargo analitikləri bildirirlər ki, yapon yenası ABŞ dollarına qarşı zəifləmək potensialına malikdir.

“Biz gözləyirik ki, USDJPY 2023 - cü ilin birinci rübündə 149,00 səviyyəsinə çatacaq”.

AUD/USD FASILƏNI BAŞA ÇATDIRIR, ARDINCA ZƏIFLƏMƏYƏ DAVAM EDƏCƏK - CREDIT SUISSE

AUD/USD 0,6361səviyyəsini qırmaqla fasiləni başa çatdırıb. Credit Suisse analitikləri cütlüyün 0,6041 və daha aşağı düşəcəyini gözləyirlər.

“Biz gözləyirik ki, əsas ayı trendi bərpa olunub və riskə marağın az olması enişin sürətlənməsinə səbəb olacaq. Hesab edirik ki, eniş 0,6041/5978 və 0 .5506 səviyyələrinə qədər davam edəcək”.

Treyderlər funtun gələn il üçün enişinə yatırım edirlər Ötən həftə funt dollara qarşı 1.0350 minimumunu əldə edib, indi isə bir çox treyderlər hesab edirlər ki, funtun yeni eniş dalğası üçün imkan yaranıb.

Bloomberg bildirir ki, funtda putların alışı ilə eyni zamanda kolların satışı müşahidə olunub, bu da opsion bazarında koll satışı ilə put alışı arasındakı fərq 4,5% - ə çatıb. Xatırladaq ki, Böyük Britaniya baş naziri Liz Trass əlavə gəlir vergisinin 45% - dən 40% -ə qədər azaldılması planlarından imtina etməklə funtun yeni eniş dalğasını formalaşdırmışdı.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZINFOREX WEEKLY
EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 8 480

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.