"InForex Weekly"#479

Page 1

SƏHİFƏ 1 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY 479 WEEKLY INFOREX OKTYABR

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 2

Salamlayıram və bütün treyderlərə uğurlar arzu edirəm. Həftənin gözlənilən hərəkətlərinə baxaq.

EURUSD

Cütlük dəstək səviyyəsini qıraraq korreksiya edir, enişin davamı üçün dəstəyin aşağı qırılması lazımdır.

SƏHİFƏ 3 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY

SƏBİNƏ GÜL

EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 4

GBPUSD

Funtla bağlı da oxşar fikirləri demək olar.

SƏHİFƏ 5 EKSPERT FIKIRLƏRIINFOREX WEEKLY

ABŞ -DA «KAPITULYASIYA» RISKLƏRININ OLDUĞUNU BILDIRIRLƏR

Fond bazarlarında kapitulyasiya riskləri artır: hecfondlar səhmlərin qlobal kütləvi satışlarına hazırlaşırlar. Bu barədə Morgan Stanley analitikləri bildirirlər, deyə Bloomberg yazır.

Fondlar inkişaf etməkdə olan ölkələrin və ABŞ səhmlərin qiymətinin 5 - 6% azaldılmasına hədəfləniblər, deyə strateqlər qeyd edirlər.

Faiz dərəcələrinin aqressiv qalxışı əsas banklar tərəfindən həyata keçirilib, amma Çin və Yaponiya bankları faiz dərəcələrini aşağı səviyyədə saxlayıblar. Bu hal dünya iqtisadiyyatını tənəzzül həddinə gətirib, fond bazarlarını isə ayıların hökmranlığına verib.

GÜCLÜ DOLLAR FRS SIYASƏTINƏ TƏSIR ETMƏYƏCƏK - BANK OF AMERICA

Bank of America Global Research güclü dolların ABŞ iqtisadiyyatına təsirini şərh edir:

“Sual yaranır, ABŞ rəhbərliyi, əsasən də FRS dolların güclənməsinin dünyaya təsirinə həssas olacaqmı? Tarix bizə deyir ki, əgər bu ABŞ iqtisadiyyatına və maaliyyə bazarlarına zərbə vurmazsa, onların diqqəti ölkədaxili problemlərə yönələcək.

EUR/USD 0,95-1,02 DIAPAZONUNUN AŞAĞI SƏRHƏDINDƏ ILIŞIB - SOCGEN

EURUSD cütlüyünün hərəkət istiqamətini Amerika diktə edir. Ona görə də, Amerika iqtisadiyyatı Avropanın iqtisadiyyatından irəlidə olduqca avronun yuxarı qalxacağı ehtimalı zəifdir, deyə Kit Yuks Société Générale - dan bildirir.

“ABŞ iqtisadiyyatı 2021 - ci ildən bəri avrozonadan irəlidədir və bu da dolların qalxışı ilə müşaiyət olunur. Burada dönüş əlamətləri müşahidə olunmur.

Bu həftə dərc olunacaq ABŞ əməkhaqları hesabatı Amerikanın yenə də irəlidə olduğunu nümayiş etdirərsə, avronun rallisini gözləmək yersiz olar. Daha rahat variant kimi avro/dolların 0,95-1,02 diapazonunun aşağı sərhədində qalacağı ehtimalı götürülə bilər”.

MUFG Research GBP/USD cütlüyündə hədəfi 1,0450 olan satış orderini saxladığını bildirir:

“Böyük Britaniyada faiz dərəcələri artırılmağa davam edəcək, amma funt dünya maaliyyə şərtlərinin dəyişimlərinə qarşı həssasdır. Bu şəraitdə biz GBP/ USD cütlüyünün ilin sonuna qədər aşağı düşəcəyini gözləyirik.”

XAU/USD ENIŞ TRENDINDƏDIR - TDS

Qızıl dolların ümumi zəifləməsi fonunda nisbi qalxış həyata keçirib, amma TD Securities analitikləri qeyd edirlər ki, sarı metal eniş trendində qalmaqdadır.

“Qızılın qiyməti güclənən ayı trendindədir.

Kapitulyasiya riskləri hazırda qızıl üçün güclü olaraq qalır, belə ki, güclü iqtisadi rəqəmlər FRS -in daha aqressiv pul siyasəti aparacağına işarə edir.

Bu dövrdə infliyasiyanən yüksək olması nəzərə alınarsa, FRS - in faiz dərəcələrini yüksək səviyyədə saxlayacağı ehtimalı güclüdür, bu da qiymətli metalların zəifləməsi periodunun uzun olacağı ehtimalını artırır”.

ABŞ: NÖVBƏTI TƏNƏZZÜLƏ QƏDƏR QALXIŞRABOBANK

Atlanta FRB proqnozuna görə, ABŞ ÜDM - i üçüncü rübdə 2.4% təşkil edib, bu o deməkdir ki, ABŞ iqtisadiyyatı ilin birinci rübündə başlamış olan tənəzzüldən çıxır. Amma Rabobank iqtisadçıları bildirirlər ki, FRS - in faiz dərəcələrini qaldırma periodu gələn il yeni tənəzzül ola biləcəyi ehtimalını yaradır.

“Texniki tənəzzüldən sonra FRS - in faiz dərəcələrini artırma tsikli və gəlirlik qrafiki gələn il növbəti dəfə tənəzzül ola biləcəyini göstərir. İndiki texniki vəziyyət onu göstərir ki, ikinci tənəzzül dövrünün başlanması ehtimalı 70% təşkil EDIR”.

TEXNİKİ ANALİZINFOREX WEEKLYSƏHİFƏ 6
Daha güclü dollar iqtisadi artıma təzyiq göstərə bilər, amma FRS səhmlərin kütləvi satışından o qədər narahat olmayacaq.” MUFG GBP/USD BARƏDƏ AYI PROQNOZUNU SAXLAYIR

EUR/CHF 0,9000 SƏVIYYƏSINƏ HƏRƏKƏTƏ MEYLLIDIR - CREDIT SUISSE

Credit Suisse analitikləri hesab edirlər ki, EUR/CHF aşağı istiqamətlənəcək.

“Biz EURCHF barədə hədəfimizi 4 - cü rüb üçün 0,9400 səviyyəsindən 0,9000 səviyyəsinə salmışıq və hesab edirik ki, proqnozun ləğvi üçün 0,9955 səviyyəsi yuxarı qırılmalıdır Bu proqnoz üçün risklər SNB faiz dərəcələri dövriyyəsinin AMB -dən geri qalması olacaq.”

EUR/USD: INDIKI SIÇRAYIŞ 0.9850/9870

SƏVIYYƏSINDƏ DAYANACAQ - ING

EUR/USD barədə ING analitikləri bildirirlər ki, 0,9850/9870 səviyyəsi istənilən rallini dayandıracaq.

“Kimsə deyə bilər ki, intervensiyalar dolların buğa trendində dəyişiklik edə bilər. Amma dolların möhkəmlənməsini dəstəkləyən faktorlar yerindədir və 0,9850/9870 səviyyəsi indiki sıçrayışın son həddi olacaq.

Biz oktyabr ayında 0.95 səviyyəsini yenidən yoxlayanacağını gözləyirik”.

GBP/USD 1.1000-1.1350 DIAPAZONUNDA QALACAQ – ING

Funt fiskal hadisəyə qədərki səviyyəyə qayıdıb. ING analitikləri bildirirlər ki, GBP/USD 1.1000-1.1350 diapazonunda ticarət aparacaq. Lis Tras hökuməti 45%lik əlavə gəlir vergisinin ləğv olunması planından imtina edəcək.

Bz hesab edirik ki, bu addım simvolik xarakter daşıyır. Ehtimal edirik ki, kabel 1.1000 - 1.1350 diapazonunda ticarət aparacaq. EUR/GBP 0.8700 səviyyəsindən aşağıda dəstək qazana bilər.

EUR/JPY: BUĞALAR ÜÇÜN NÖVBƏTI HƏDƏF 144.00 SƏVIYYƏSINDƏDIR

EUR/JPY buğa istiqamətinə meylliliyi saxlayır və 142.00 ətrafında ticarət aparır. Ötən həftənin minimumlarından sıçrayış hələ ki, qüvvədədir. Uyğun olaraq krossun 144,04 və 145,63 səviyyələrinə qalxışı etimalı qalır. Bu arada cütlük 135,90 səviyyəsini aşağı qırmayana qədər kross barədə qalxış proqnozu dəyişməz olaraq qala bilər.

SƏHİFƏ 7 TEXNİKİ ANALİZINFOREX WEEKLY
EKSPERT FIKIRLƏRIINFOREX WEEKLYSƏHİFƏ 8 479

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
"InForex Weekly"#479 by Inforex - Issuu