Ekrem Eylisli. Dash yuxular

Page 10

stanrdartına uyğunlaşdırmaq, sadəcə mümkün deyil. Onun göyümtül, qara rəngli qalın saçları, bununla bahəm, qara və qalın qaşları, əhəmiyyətli dərəcədə uzun bığı, büsbütün boş və heç nə ifadə etməyən krokadil gözünə bənzər donuq gözləri vardı. Hətta onun adı və familyası da Nuvariş Qarabağlının qulaqlarında zalımlıq və allahsızlıq rəmzi kimi səslənirdi: Şahqacar Ərmağanov. Adam ona bu adı verənin yerinə xəcalət çəkir.

Səhər açılar-açılmaz, hələ heç hava tam işıqlanmamış həyətdə səs-küy qalxmış və dərhal çox güman ki, camaat eşitsin deyə, xəbər yayılmışdı ki, guya hansısa bir erməni qadın özünü eyvandan atıb. Qreta Sərkisovnanın parçalanmış vücudu hələ böyük qan gölməçəsində üzərkən şəhərə daha bir şaiyyə çıxdı ki, guya özünü eyvandan atan erməni qadın ölüm qabağı tövbə məktubu yazıb qoyub. "Mən ermənilərin törətdikləri bütün bu cinayyətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm, ona gorə də bundan sonra bu dunyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycanındır. Yaşasın Azərbaycan".

Nuvariş onda da, elə indi də zərrə qədər şübhə etmirdi ki, bu intihar başqa bir kəsin yox, həmin o şuşalı heyvərənin "əl işidir". Tamamilə mümkündür ki, Şahqacar Ərmağanov şəxsən özü, şəxsən öz əli ilə Qreta Sərkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belə zamandır. İstəsən eyvandan gündə yüz erməni tullaya bilərsən. Fərq etməz, lap müsəlman at, bir kimsə gözün üstə qaşın var deməyəcək. Arxasi-köməyi olmayan hər hansı bır insanı bir göz qırpımında yer üzündən silmək heç nədi. Bəlkə bu duruma görə artist şuşalı heyvərədən hər gün bir az da artıq qorxub üşənməyə başlayırdı. Nə qanun var, nə məhkəmə, bir günlü-günəvərli göyçək gündə onu, Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da qoyarlar intihar, özünəqəsd! Kimdi onun əməlini araşdıran, kim sübut edəcək ki, Baksavetin soyuqqanlı, allahsız, insafsız məmuru əməlli başlı quldurdur?..

Yaşanan gərginlik, laqeydlik və zalımlıqdan aldığı zərbələr hələ ki, onun ürəyini üzüb bitirməmişdi, amma bununla belə artistin emosianal və zərif təbiəti sarsılmış, içi nifrət və ikrahla dolmuşdu. Axı gündə neçə dəfə milisioneri, sahə müvəkkilini dəng eləmək olar adam balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir azdan bütün şəhər dönüb olacaq qəhbəxana. Bununla əlaqədar aktyor dəfələrlə milis rəisinin də qəbuluna getmişdi, raykoma, Mərkəzi Komitəyə, hətda Baksovetə məktublar yazıb yollamışdı. İşin ağır qaya kimi yerindən tərpənmədiyini görəndə isə əmin olmuşdu ki, ya bu ölkədə hakimiyyət yoxdur, ya da hakimiyyətdəkilərin hamısı ucdantutma Şahqacar Ərmağanov kimi cəlladdır. Son zamanlar Qreta Sərkisovnanın mənzilində nə Pəsgah açıldığını teatrda da qabağına çıxan hər kəsə danışırdı. Yalnız Saday Sadıqlıya bu biabırçılıq barədə bir kəlmə də deməmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz göyüzündə qanad çalan bir adama bütün bunlaru açıbağartmaq günahdı. Elə bu səbəbdən də Nuvariş Qarabağlı dahiliyinə varlığı qədər inandığı bir insanı bütün bu çirkablara bulaşdırmaq istəməmişdi. İşə bax, yayın cırcıramasında, aləmin od tutub yandığı günlərdə belə artist qapı-pəncərəni bərk-bərk bağlayır, səhərin haçan açılacağının intizarlarını çəkəçəkə Allah bilir necə milçəyi qanına qəltan eləyir. Bax elə həmin məşəqqətli gecələrin birində qərara gəldi ki, nə təhər olur olsun pistolet əldə etməlidir. Bu istəyini yerinə yetirmək üçün neçə-neçə tanış milisonerə, voyankomat işçisinə ağız açdı. Onsuz da vid-fasonu gülməli idi, onun pistolet tapmaq arzusu təbii ki, üz tutduğu tanışlarında gülüşdən başqa ayrı bir hissiyyat yaratmadı. Elə ki, artist silah


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.