POLİQON / AZERİ DEFENCE Military Magazine 4 (60) 2022

Page 1

GeneralMÜSAHİBƏpolkovnik Elçin Quliyev: Dövlət sərhədinin mühafizəsi hər bir Azərbaycan sərhədçisinin şərəf işidir..............................................4 DSXSƏRHƏDninəsas hədəfi Azərbaycanın bütün sərhədlərində yeni texnologiyaların tətbiqidir............................................................................14 DSXÖLKƏAkademiyası magistrantlarının ilk buraxılışı olub......................18 DSX nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.......................18 Prezident DSX nin hərbi qulluqçularını təltif edib..............................18 SahilANALİZraket komplekslərinin inkişafına baxış......................................20 HAVELSANXƏBƏR yeni təhlükəsizlik sistemlərini təqdim edir......................26 Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib.....26 STM təhlükəsizlik qüvvələrinə “Togan” PUA çatdırıb..........................26 PUASİLAHLANMAlarınağıllımini sursatları..............................................................28 ADEXSƏRGİ2022 ordumuzun qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini göstərəcək.........................................36 ÖlkəninVİSİONçəkindirici gücü – əməliyyat taktiki raket kompleksləri.....38 AzTUTƏHSİLdaKibertəhlükəsizlik kafedrası yaradılıb..................................44 AzTU nun Türkiyənin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı....44 TürkORDUOrdusu yeni antidron sistemini silahlanmaya qəbul edib..................45 Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub..............................................45 QlobalAVİASİYAhərbi nəqliyyat təyyarələri bazarına baxış...............................46 TürkiyəninREGİON ALTAY tank proqramı............................................................52 MEMATTPULS ların Azərbaycana tədarükü tamamlanıb............................56 İran yüksək sürətli stels hücum katerlərinin istehsalını artırır.......56 Türkmənistan prezidenti “Dəniz xan” korveti ilə tanış olub..............56 284383644 5246 20

6 manat POLİQON Hərbi‑texnoloji jurnal №04İYUL–AVQUST(60)2022 POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail:azeridefence@gmail.compoliqonjurnal@gmail.com Web: www.azeridefence.comwww.poliqon.az Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Tel:AnkaraÇankaya,Demirkol06540–TÜRKİYƏ(+90552)43732 İqtisadiyyatJurnalazeridefence‐tr@etkilesimltd.com67ƏdliyyəNazirliyindədövlətqeydiyyatınaalınıb.№3632AzərbaycanRespublikasıNazirliyiyanındaDövlətVergiXidmətitərəfindən21iyun2012‐ciildədövlətqeydiyyatınaalınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Şərq‑Qərb” ASC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş ______. Baş redaktor Zaur Babaşov Редактордан?

Dəyərli oxucu! Pandemiya ilə əlaqədar yaranan dörd illik fasilədən sonra “ADEX” sərgisi yenidən təşkil edilir. Sərgilər müdafiə sənayesi sektorunda yeniliklərin müştərilərə tanıdılması, eləcə də istehsalçılar və istifadəçilər arasında biznes münasibətlərinin qurulması baxımından ən uyğun platformadır. Azərbaycan 2014‐cü ildən “ADEX” sərgisinə ev sahibliyi edir və bu sərgi Azərbaycan müdafiə sənayesinin imkanlarının dünyaya tanıdılmasında mühüm rola malikdir. Eyni zamanda, “ADEX” sərgisi ölkənin müdafiə təyinatlı məhsullar ixracatının artmasına da təkan verir.Bu gün dünyada hərbi paradlar, təlimlər və hərbi sərgilər dövlətlərin güc nümayişi hesab olunur. Hər bir dövlət çalışır ki, təşkil etdiyi sərgilərdə ilk növbədə özünün hərbi sənaye potensialını tanıtsın. “ADEX‐2022” sərgisində 26 ölkədən 200‐dən çox müdafiə sənayesi şirkəti iştirak edir. Eyni zamanda yüksək vəzifəli nümayəndə heyətləri sərgidə ziyarətçi qismində təmsil olunurlar. "ADEX” sərgisi həm dövlətimizin gücünü, həm müdafiə sənayesi potensialını, həm də bu sahəni inkişaf etdirməkdə iddialı olduğunu bir daha göstərir.

Onu da qeyd edək ki, bu gün müdafiə sənayesinin inkişafını özəl sektorun iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Dünyada mövcud olan bu tendensiya Azərbaycanda da müşahidə olunur. Dövlət və özəl sektorun, eləcə də elmi institutların, tədqiqat mərkəzlərinin iştirakı ilə müdafiə sənayesinin perspektiv inkişafını əhatə edən yol xəritəsinin hazırlanmasına ehtiyac vardır. Gələcək hədəflərimizin müəyyən edilməsi, koordinasiyalı fəaliyyət daha yaxşı fayda verə Müdafiəbilər.sənayesi müəssisələrin aktiv işləməsi isə bir neçə faktordan asılıdır. Bunlardan ən əsasları; marketinq işinin düzgün qurulması, bazarın ciddi öyrənilməsi, analizi, müraciətlərə çevik reaksiyanın verilməsi və sifarişlərin cəlbidir. Çoxsaylı oyunçuların olduğu bazarda daimi mövcud olmaq üçün ilk növbədə çeviklik tələb olunur. Bu baxımdan, “ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı özəl sektor şirkətləri və digər qurumlarının sayının artması sevindirici haldır. Azərbaycan postsovet məkanında hərbi sahəyə ən çox vəsait ayıran dövlətlərdəndir. Hər il müdafiə sektoruna təqribən 3 milyard ABŞ dolları vəsait yönəldilir və bu artan xətt üzrə inkişaf edir. Ordumuz həm dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, həm də milli müdafiə sənayemizin istehsal etdiyi silahlarla təmin olunur. Sərgidə Azərbaycanla uzun illərdir əməkdaşlıq edən dünyanın aparıcı şirkətlərinin öz yeniliklərini nümayiş etdirməsi onların ordumuzla əməkdaşlığa göstərdiyi diqqətin əyani sübutudur. Əminliklə demək olar ki pandemiyadan sonrakı dövrdə müdafiə sənayesi özünün tarixində görünməmiş yüksəliş dövrünü yaşayacaq. Yaxın Şərq regionunda davam edən gərginlik, dünya miqyasında artan dron təhdidləri və s. təhdidlər bu sektorun inkişafını şərtləndirir. “ADEX” sərgisinin təşkilatçılıqla bağlı məsələləri regionda iştirak etdiyimiz, uzun illərdir keçirilən digər hərbi sərgilər ilə müqayisədə yüksək səviyyədə həll olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin açılış mərasimində iştirakı dövlət rəhbərliyinin “ADEX” sərgisinə göstərdiyi yüksək diqqətin təzahürüdür. “ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi‐texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq. Builki sərgidə iştirakçılar ilə ordu və güc strukturları arasında görüşlərin təşkili ilə bağlı yeniliklər olacaq. “ADEX” ilə paralel olaraq keçiriləcək “Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə köməkPOLİQONedəcək.jurnalı “ADEX” və “Securex Caspian” sərgilərinin rəsmi media tərəfdaşı qismində çıxış edir. Sərgidə POLİQON jurnalının “ADEX‐2022” 4‐cü Xüsusi Buraxılışı bütün stendlərə, iştirakçı və ziyarətçilərə pulsuz olaraq paylanılacaq. Qiyməti:

General‑polkovnik Elçin Quliyev: Dövlət sərhədinin mühafizəsi hər bir Azərbaycan sərhədçisinin şərəf işidir Ø Sərhədlərimiz sayıqlıqla qorunur, sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur Ø Sərhəd Mühafizəsi 103‑cü ildönümünü müasir silah və texnikaya malik qurum kimi qarşılayır Ø DSX‑nin maddi‑texniki bazası daimi olaraq yenilənir

DSX təlimlərdə

POLİQON: Cənab general‑polkov‑ nik, avqust ayının 18‑də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103 ili tamam olur. Müsahibəmizə Sərhəd Mühafizəsinin tarixinə qısa nəzər salmaqla başlamaq istərdik Sərhəd Mühafizəsi ötən 103 ili necə qarşılayır?General‑polkovnik

POLİQON: Azərbaycan Sərhəd Mühafizəsində aparılan modern‑ ləşmə proqramları çərçivəsində döv‑ lət sərhəddində yeni, müasir stan‑ dartlara cavab verən qarnizonların inşası, mövcud infrastrukturun müa‑ sirləşdirilməsi ilə bağlı çox sayda layihələr reallaşdırılmaqdadır. İstər‑ dim ki, bir qədər də bu haqda danı‑ şardıq. 6 www.poliqon.az ? Zaur Babaşov Avqust ayının 18‑də Azərbaycan Sərhəd Mühafizəsinin yaran‑ masının 103‑cü ildönümü qeyd olunub. Bu ərəfədə POLİQON jur‑ nalının suallarını cavablandıran Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general‑polkovnik Elçin Quliyev Sərhəd Mühafizəsinin keçdiyi inkişaf yolu, son illərdə həyata keçirilən islahatlar və sərhəd mühafizə sistemində görülən işlər barədə geniş məlumat verib.

Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların ger‐çəkləşməsi, mümkün olmayanın reallaş‐ması yoludur. Çünki vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturu‐nun, dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silah‐sursatın, müşahidə, aşkaretmə, radi‐olokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.XX əsrin əvvəllərində milli sərhəd mühafizəsinin formalaşdırılması Şərq‐də ilk demokratik respublikanın adı ilə bağlıdır. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan parlamenti 1919‐cu il avqust ayının 18‐də sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. Qısa müddət ərzində sərhədlərimizi qoru‐mağa qadir qüvvələrin formalaşdırıl‐masına başlanılmış, lakin bolşevik Rusiyasının təcavüzü müstəqil respub‐likanın süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin formalaş‐dırılması işini də yarımçıq qoymuşdur. Danılmaz həqiqətdir ki, Azərbaycan Sərhəd Mühafizəsinin keyfiyyətcə yenidən təşkili və formalaşması müasir tariximizin yaradıcısı, müstəqil Azər‐baycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də, sərhədləri qorumaq lazım olacaqdır”, ‐ deyən Dahi Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti uğurlara Dövlətimizinruhlandırmışdır!müstəqilliyiniəbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin 2000‐ci ilin avqust ayının 16‐da imzaladığı Fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi müəyyən edilmişdir. Dahi Öndər bununla Azərbaycanda dövlətçilik ən‐ənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azər‐baycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də əlamətdar olduğunu sübut etmişdir. Bu gün beynəlxalq aləmdə Azər‐baycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsə‐lələrinin ön plana keçdiyi şəraitdə dövlət sərhədində dövləti maraqları müdafiə edən Azərbaycan sərhədçiləri onlara göstərilən ali diqqətə görə qürur hissiBukeçirirlər.illərərzində Azərbaycan Res‐publikasının Prezidenti, Silahlı Qüv‐vələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX‐nin hərbi hissə və bölmə‐lərinə 41 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir.

Elçin Quliyev: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman‐danlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan Sərhəd Mühafizəsi özünün 103‐cü ildönümünü güclü sərhəd mü‐hafizə infrastrukturuna, peşəkar kadr‐lara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi

Azərbaycanqarşılayır.Sərhəd

Res‐publikasının Birinci Vitse‐Prezidenti xanım Mehriban Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, döv‐lətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cə‐hətdən sağlam, vətənpərvər Azərbaycan DSX‑nin Xüsusi Məktəbinin açılış mərasimində Azərbaycanın Birinci Vitse‑Prezidenti Mehriban Əliyeva iştirak edib

POLİQON: Cənab general‑pol‑ kovnik, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı barədə fikirlərinizi bilmək General‑polkovnikistərdik.Elçin

Elçin Quliyev: Dövlət Sərhəd Xidmətinin maddi‐texniki bazası daimi olaraq yenilənir. Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər.

miyasının yaradılması barədə Sərəncam imzaladı. 2010‐cu ilin avqust ayının 10‐da Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirakı və Akademiyaya döyüş bayrağını təqdim etməsi, Akade‐miyanın Nizamnaməsini təsdiq etməsi sərhəd mühafizə orqanlarının yüksək ixtisaslı ali hərbi təhsilli peşəkar zabitlərlə komplektləşdirilməsinə zə‐min yaratdı. Bu il Akademiyanın baka‐lavr pilləsini bitirmiş məzunların 11‐cı, magistratura pilləsini bitirmiş məzun‐ların isə 1‐ci buraxılış mərasimləri keçirilmişdir.Əgərəvvələr əməkdaşlarımızın xaricdə təhsil almalarına və həm‐karlarımızın təcrübəsindən yararlan‐mağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin əməkdaşları üçün tədrisin təşkili barədə bizə çoxlu müraciətlər daxil olmaqdadır. Hazırda Tacikistan Respublikasından olan 18 kursant “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə Dövlət Sərhəd Xidməti Akademiyasında təhsillərini davamKadrlarınetdirirlər.hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yara‐dılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011‐ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan

Quliyev: Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşə‐karlığından, sərhəd bölmələrinin peşə‐kar kadr heyəti ilə komplektləşmə‐sindən asılıdır. Dövlət Sərhəd Xidmə‐tinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir. Sərhəd təhlükəsizliyinə və milli sərhədçi kadrların hazırlanmasına böyük diqqət və qayğı göstərən Azər‐baycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2007‐ci ildə Dövlət Sərhəd Xidmətinin Akade‐

General‑polkovnik Elçin Quliyev: Şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azər‐baycan Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, 2001‐ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman mərkəzi, Abşeron ray‐onunun Görədil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Müha‐fizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti inşa edilmiş, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilmişdir. POLİQON: Dövlət Sərhəd Xid‑ mətinin şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması isti‑ qamətində hansı işlər General‑polkovnikaparılır?ElçinQuliyev: Sərhədçilərin mənzil şəraitinin yax‐şılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. Respublika miq‐yasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir.

POLİQON: Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2005‑ci ilin dekabr ayının 27‑də təsdiq edilən “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006‑2010‑cu illərdə texniki in‑ kişafına dair Dövlət Proqramı”nın reallaşdırılması Sərhəd Mühafi‑ zəsində yeni mərhələ açıb. Proq‑ ramın həyata keçirildiyi dövrdə görülən işlər barəsində nə söyləyə bilərsiniz?General‑polkovnik

POLİQON: DSX‑nin imkanlarının genişləndirilməsi və təkmilləşdi‑ rilməsi istiqamətində hansı işlər görülür?General‑polkovnik Elçin Quliyev: 2017‐ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə Dövlət Sərhəd 8 www.poliqon.az

General‑polkovnik Elçin Quliyev: Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidməti özünün gəmilərini inşa edir. Bu, illər öncə xəyal kimi görünsə də artıq reallıqdır. Bunun üçün Prezident İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005‐ci il tarixli Sərəncamı ilə DSX‐nin Sahil Mühafizəsi yaradıldı. 2008‐ci ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi, Astara şə‐hərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. POLİQON: DSX‑nin Sahil Müha‑ fizəsinin Türkan qəsəbəsindəki bazasında istifadəyə verilən gəmi zavodununun imkanları, burada həyata keçirilən layihələr barədə nələri deyə General‑polkovnikbilərsiniz?

Elçin Quliyev: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə 2014‐cü ilin iyul ayının 18‐də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışı olmuşdur. Ali Baş Komandan 2015‐2019‐cu illərdə 6 dəfə həmin mərkəzdə inşası ye‐kunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olmuşdur. Bu, dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqətin daha bir təzahürüdür.

POLİQON: Azərbaycanın quru sərhədlərinin təhlükəsiziliyi necə təmin olunur, sərhəd pozucuları ilə mübarizə istiqamətində hansı işlər görülür?General‑polkovnik Elçin Quliyev: Bu istiqamətdə həyata keçirilən islahat‐ların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Azərbay‐can sərhədçiləri tərəfindən son 1 il ərzində 473 nəfər sərhəd pozucusu, 899 nəfər rejim pozucusu, 2720 nəfər axtarışda olan şəxs saxlanılmış, təxmini dəyəri 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatı. 980 ml metadon mayesi və 1 ton 96 kq 373 qram narkotik vasitələrin dövlət sərhə‐dindən keçirilməsinin qarşısı alınmışdır. Azərbaycana qarşı kəşfiyyat‐po‐zuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqan‐ları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan, 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilmiş, terror‐çuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılmışdır. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərər‐sizləşdirilmişdir. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur.

POLİQON: Prezident İlham Əli‑ yevin 11 sentyabr 2013‑cü il tarixli Sərancamı ilə təsdiq olunmuş “Azər‑ baycan Respublikasının dəniz təhlü‑ kəsizliyi strategiyası”na əsasən DSX dəniz sərhədlərinin etibarlı mühafi‑ zəsini təmin edir. Xəzər dənizində sərhəd rejiminə nəzarət hansı imkan‑ lar vasitəsilə və necə təşkil olunur?

övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Xüsusi Məktəb çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş tədris korpusunun 2018‐ci ilin mart ayının 5‐də Azərbaycanın Birinci Vitse‐Pre‐zidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır.

YENİNӘSİLDÖ AKTİVŞӘ AV D YÜİDARӘE Ş BӘKӘQABİL ENTC ETMӘSİSTE İYYӘTLİ MS Mİ

Xidmətinin tərkibində 5 hərbi birləşmə (Sərhəd Qoşunları, Çevik Hərəkət Qüv‐vələri, Sahil Mühafizəsi, Sərhəd Nə‐zarəti, Xüsusi Hava Əməliyyatları Qüv‐vələri) yaradılmışdır. Bununla əlaqədar idarəetmə sistemi təkmilləşdirilib, apa‐ratın yeni struktur qurumlarının, hərbi birləşmələrinin idarəetmə orqanlarının fəaliyyəti təşkil olunmuş və şəxsi heyət‐lə komplektləşdirilmişdir. Bütün bunlar Azərbaycan Sərhəd Mühafizəsinə böyük etimadın növbəti göstəricisi oldu. POLİQON: 2018‑ci ildən Qazax‑ Ağstafa rayonları ərazisində Azər‑ baycan‑Ermənistan dövlət sərhə‑ dinin mühafizəsini Dövlət Sərhəd Xidməti həyata keçirir. Bu istiqamə‑ tdə görülən işləri necə qiymət‑ ləndirirsiniz?General‑polkovnik Elçin Quliyev: Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hər‐bi qulluqçularının peşəkarlığını, Azər‐baycan dövlətçiliynə sadiqliyini nəzərə alaraq 2018‐ci ildə Qazax‐Ağstafa ra‐yonları ərazisində Azərbaycan‐Ermə‐nistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə qarşımızda ciddi tapşırıqlar müəyyən etdi. Azər‐baycan sərhədçisinə ali inamın növbəti ifadəsi olan bu tapşırığın icrası şərəf bor‐cumuz, fərəh və qürur mənbəyimiz oldu! Qazax‐Ağstafa rayonları ərazisində Azərbaycan‐Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində DSX‐nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd‐çilərimiz üçün zəruri tələblərə cavab verən 89 sərhəd döyüş məntəqəsi, “Qazax” əlahiddə sərhəd diviziyası da daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində ərazidəki bir sıra strateji yüksəkliklərdə sərhəd döyüş məntəqələrinin yerləşdiril‐məsinə, müqabil ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. POLİQON: 44 günlük Vətən mü‑ haribəsində Dövlət Sərhəd Xidmə‑ tinin hərbi qulluqçuları xüsusi şücaət və qəhrəmanlıq göstərib. Mümkünsə, Vətən müharibəsində DSX tərəfindən həyata keçirilən əməliyyatlardan bir qədərGeneral‑polkovnikdanışardınız. Elçin Quliyev: 2020‐ci ilin sentyabr ayında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təh‐lükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks‐hücum əmə‐liyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əməliyyatlarının başlanması əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. DSX‐nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları mü‐haribənin ilk günündən qızğın döyüş əməliyyatlarına qatıldılar. Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdilər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hü‐cumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdilər, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbə‐sində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükür‐ataz” strateji yüksəkliklərini azad etdi‐lər. Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsi‐nin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün yorulmadan apardığı hərbi, siyasi və diplomatik mübarizə, Azərbaycan sərhədçiləri tarixi Xudafərin kör‑ püsünün düşməndən azad edilməsi barədə Ali Baş Komandana məruzə edərkən

Sərhədçilər Zəngilan şəhərinin və ətraf ərazilərinin işğaldan azad olunması barədə Ali Baş Komandana məruzə edərkən

Prezident İlham Əliyevin rəhbərliyi altında milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş və ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km‐dək sahəsinin Ermənistan tərə‐findən işğalına son qoyuldu. Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatla‐rından, Ermənistan ordusu üçün göz‐lənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut edərək hərb sənətində döyüş taktikasının mən‐zərəsini tamamilə dəyişdi. Müzəffər Ali Baş Komandanın bila‐vasitə rəhbərliyi altında Dövlət Sərhəd Xidmətində 2011‐ci ildən başlayaraq uzun illər ərzində sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş hərbi quruculuq işləri, o cümlədən yeni döyüş metodları, şəxsi heyətin müasir silah və hərbi ləvazimatlarla komplektləşdiril‐məsi, təlimlərdə real döyüş təcrübəsinə önəm verilməsi sayəsində Böyük Zəfərin qazanalmasında Azərbaycan sərhədçilərinin rolu böyük oldu. Vətən müharibəsində meydana çıxan yeni yanaşmalar, fərqli taktika dünyanın böyük güclərini hərbi doktrinlərinə yenidən baxmağa sövq etdi.

POLİQON: 2002‑ci oktyabr ayın‑ da yaradılmış DSX‑nin aviasiya dəs‑ təsinin imkanlarından 44 günlük Vətən müharibəsində geniş və uğurla istifadə edilib. Bu gün sərhəd avia‑ siyasının gücləndirilməsi hansı səviy‑ yədədir?General‑polkovnik Elçin Quliyev: Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyük miqyaslı savaş kimi hərb tarixinə yazıldı. DSX‐nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit‐raket kompleksləri, o cümlədən 8 ədəd “S‐300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda‐idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi bir‐birinin ardınca məhv edildi. Havada və döyüş mey‐danında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi. Vətən müharibəsində DSX‐nin tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan möv‐zular sırasındadır. Öz istismar müd‐dətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş “AN‐2” təyyarələrinin mo‐dernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi strateji bacarığın, peşə‐kar hərbi yanaşmanın rəmzinə çevrildi. Bu təyyarələrin xüsusi tətbiqi nəticə‐sində düşmənin hava hücumundan mü‐dafiə sistemləri və digər strateji hə‐dəfləri bir‐bir aşkarlanaraq məhv edildi.

11 qətiyyətli mövqeyi, Silahlı Qüvvə‐lərimizin şücaəti, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi ‐ 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.

Prezident İlham Əliyev demişdi: “Azərbaycan öz sərhədlərini, ərazi bü‐tövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərimizin ümumi zə‐fərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm”.

Azərbaycan sərhədçiləri tarixi Xudafərin körpüsünün, Zəngilan rayo‐nunun və “Ağbənd” sərhəd zastavasının düşməndən azad edilməsi barədə Silahlı Qüvvələrin Ali Baş Komandanına mə‐ruzə etdilər. Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və sərhədçilərin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasi‐bətilə möhtərəm cənab Prezidentin sərhədçiləri təbrik etməsi və bu təbri‐kinin bütün şəxsi heyətə çatdırılmasını tapşırması, Azərbaycan‐İran sərhədinin tam bərpa olunması barədə məruzəni qəbul edərkən “AFƏRİN SƏRHƏDÇİLƏRƏ” deməklə təşəkkürünü bildirməsi böyük ruh yüksəkliyi ilə qarşılanaraq bizi yeni qələbələrə ruhlandırdı. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8‐də Qara‐bağın incisi və Azərbaycan mədə‐niyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı DSX‐nin çevik‐çiləri də əsl qəhrəmanlıq və rəşadət nümunələriAzərbaycangöstərdilər.dövlətçiliyinə, Azər‐baycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən və işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən hərbi qulluqçularımızın döyüş məharəti yüksək qiymətləndirilmiş, sərhəd‐çilərimiz müxtəlif orden və medallarla təltif edilmişlər. Döyüş əməliyyatları zamanı rəşadət nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, 176 nəfəri müxtəlif or‐denlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşlar.

POLİQON: Son illər DSX‑nin arsenalının daha da gücləndiyini müşahidə edirik. Ali Baş Koman‑ danın DSX‑nin yeni istifadəyə verilən hərbi hissələrinə səfəri zamanı sərhədçilərin istifadəsində olan müasir avadanlıqlar, texniki vasi‑ tələr, habelə silah və texnikalar nü‑ mayiş etdirilir...

General‑polkovnik Elçin Quliyev: Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021‐ci ilin 26 aprel, 04 oktyabr, 25 oktyabr tarixlərində iş‐galdan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi his‐sələrinin açılışını etməsini, 20 oktyabr tarixində Zəngilan rayonunda yeni hərbi hissəyə baxış keçirməsini, hərbi hissələrin xidməti‐döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşılamışlar. POLİQON: Azərbaycan ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlar azad olun‑ duqdan sonra bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastruk‑ turlarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verə bilərsinizmi?General‑polkovnik Elçin Quliyev: Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Er‐mənistan Respublikası ilə dövlət sər‐hədi işğaldan azad edildikdən sonra Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonların‐dan və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məq‐sədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd‐döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən bu‐raxılış məntəqələri inşa edilmiş, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilmiş, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilmiş, 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənmiş, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdiril‐mişdir. POLİQON: Cənab general‑polkov‑ nik, Azərbaycan Sərhəd Mühafizə‑ sinin qarşıda duran vəzifələri barədə nələri deyə General‑polkovnikbilərsiniz? Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsinin bütün şəxsi heyəti dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edir və gə‐ləcəyinə inamla baxır. Bu inam Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır. Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhədçisi ‐ uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqla‐rımızın azad olunmasında iştirakından və Azərbaycan‐Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qoru‐maqdan böyük şərəf və qürur duyur! Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsir‐gəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq‐sayıq duracaqdır! Cənab general‑polkovnik, 18 av‑ qust Sərhəd Mühafizəmizin yaran‑ masının 103‑cü ildönümü münasibəti ilə sizi və bütün sərhədçilərimizi təb‑ rik edirik. Müsahibəyə görə, minnət‑ darlığımızı bildiririk. Prezident İlham Əliyev Cəbrayılda DSX‑nin hərbi hissəsinin açılışında hərbi qulluqçular ilə görüşüb

GƏLƏCƏK NƏSLIN TƏLIMI Visit us at ADEX 2022 M-346

Ermənis‐tanla sərhəddə mövcud vəziyyəti və delimitasiya və demarkasiya məsələləri barədə sualları cavablandıran general‐leytenant Abbas Xəlilov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ən önəmli və ağır proseslərdən biri həmin ərazilərdə faktiki olaraq heç bir infrastrukturu – sərhəd mühafizə infrastrukturu, habelə yol, işıq, su, hərbi quluqçuların yaşaya biləcəyi hər hansı bir infrastrukturu olmayan çətin, dağlıq, meşəlik relyefdə işğaldan azad olunmuş ərazilərin sərhəd mühafizəsini təmin etmək idi.

“Bu istiqamətdə DSX tərəfindən qısa müddət ərzində çox geniş işlər görülüb: “Azərbaycan‐İran sərhədin‐dəki işğaldan azad edilmiş ərazilərdə 14 sərhəd zasatavasının fəaliyyəti bərpa olunub və artıq Azərbaycan‐İran sər‐hədində mühafizənin aparılması üçün lazım olan zəruri infrastruktur möv‐cuddur.Həmçinin, Azərbaycan‐Ermənistan sərhədində 110 sərhəd‐döyüş məntə‐qəsinin fəaliyyəti bərpa edilib. Bütün sərhəd‐döyüş məntəqələrimiz strateji cəhətdən əlverişli mövqedə yerləşir və həmin məntəqələr də həm şəxsi heyətin yaşayışı, həm də xidmətin təşkili üçün müasir tələblərə cavab verən infrastruk‐turla təmin edilib. Zəruri yol infrastruk‐turları çəkilib və əsaslı təmir olunub. Ən önəmli problemlərdən biri olan ərazilərin minalardan təmizlənməsi üzrə istər DSX tərəfindən, istər dövlətin digər aidiyyatı qurumları tərəfindən kifayət qədər işlər görülüb və hazırda bu istiqamətdə işlər davam edir. Ermə‐nistanla yanaşı digər dövlət sər‐hədlərimizdə həmişə inkişaf etmə, yeni yanaşmalar, yeni texnologiyalardan istifadə qarşımızda hədəf kimi qoyulub. Delimitasiya məsələsi ilə bağlı onu qeyd edim ki, DSX dövlət sərhədlərini müəyyən edən qurum deyil. Biz o ko‐missiyanın tərkibindəyik. Komissiyanın işi aparılır və ölkə rəhbərliyi tərəfindən qərarlar qəbul ediləndən sonra, bizim artıq tapşırıqlarımız qəbul edilmiş yeni qərarlara uyğun olaraq onun icrasını təmin etməkdən ibarət olacaq. O daha çox komissiyanın fəaliyyətidir. Ona görə qərar nə olcaqsa biz o qərarın yüksək səviyyədə icrasını təmin edəcəyimizi əminliklə vurğulayıram”, ‐ deyə general‐leytenant Abbas Xəlilov bildirib. İranla sərhəddə yaşanan insi‐detlərə münasibət bildirən DSX rəisinin müavini qeyd edib ki, DSX‐nin rəsmi sosial media və saytında paylaşılan məlumatlarda sərhəddəki insidentlər, baş verən hadisələrin əsas çoxluğunun İran sərhədində qeydə alınması açıq şəkildə göstərilib: “Bilirsiniz ki, Azər‐baycan geosiyasi yerləşim baxımından dünya narkotacirlərinin narkotik da‐şınması üzrə marşrutu üzərində yerləşir. Bu narkotiklərin İrandan Azər‐baycan üzərindən keçirilməsi cəhd‐lərinə görə, narkotik qaçaqmalçılığı xüsusən İran sərhədində qeydə alınır. Gürcüstan və Rusiya istiqamətində bu kanallar o qədər də yayğın deyil. O ki qaldı, insident məsələlərinə, mətbuatda da hər dəfə vurğulayırıq. Dövlət sərhədindən narkotik vasitələrin qanunsuz olaraq keçirməyə cəhd edən zaman, silahlı qruplar tərəfindən sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan, hətta sərhəd nar‐yadlarına qarşı silah tətbiq etməklə onların həyatını təhlükəyə atırlar. Onu da qeyd edim ki, sərhədçilərimiz tə‐rəfindən dövlət qanunvericiliyi nəzərə alınmaqla qanuna uyğun silahın tətbiqi halları qeydə alınıbdır və məlumatda da gördüyünüz kimi bu il ərzində 5 halda 5 nəfər sərhəd pozucusu sərhəd nar‐yadları tərəfindən zərərsizləşdirilib. Təhlilləri aparmısınızsa, diqqət ye‐tirsəniz son zamanlarda bax bu narkotik qaçaqmalçılıq və onun qar‐şısının alınması insidentləri, hansı ki yaranan silahlı insidentlər daha çox Cəbrayıl və Zangilan rayonları ərazisi istiqamətinə təsadüf edir.

Dövlət Sərhəd Xidmətinin rəisinin müavini general‐leytenant Abbas Xə‐lilov və Aparat rəhbəri general‐mayor Elçin İbrahimovun iştirakı ilə keçirilən mətbuat konfransında əvvəlcə Azər‐baycan Sərhəd Mühafizəsinin yaran‐masını və Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib. Sonra, DSX rəisinin müavini general‐leytenant Abbas Xə‐lilov və Aparat rəhbəri general‐mayor Elçin İbrahimov jurnalistlərin suallarını cavablandırıblar.HazırdaAzərbaycanın

DSX‑nin əsas hədəfi Azərbaycanın bütün sərhədlərində yeni texnologiyaların tətbiqidir ? Elşən Abdulkərimov Avqust ayının 16‑da Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında mətbuat konfransı keçirilib. 14 www.poliqon.az

Bu da bir daha bunu deməyə əsas verir ki, torpaqlarımız işğal altında olan zaman həmin ərazilər narkotik vasitə‐lərinin daşınması üçün çox aktiv şəkildə istifadə olunub və bu fəaliyyəti həyata keçirən qanunsuz birləşmələr hələ də o niyyətlərinə davam etmək fikrindədir‐lər. Lakin bir az əvvəl də qeyd etdiyim kimi artıq Azərbaycan‐İran sərhədinin 132 km ərazisi işğaldan azad olduqdan sonra zəruri sərhəd mühafizə infra‐strukturu yaradılıb və həmin ərazilərdə dövlət sərhəd mühafizəsi ən yüksək səviyyədə təmin olunub. Düşünürəm ki, narkotik qaçaq‐malçılığın daha çox Cəbrayıl və Zəngilan istiqamətində olmasının əsas səbəbi əvvəllər həmin ərazilərin nəzarətsiz olmağıdır. Amma bu hadisə sadəcə bizdə deyil, dünyada da belə hadisələr olur. Önəmli olan odur ki, bu gün sərhədçilərimiz vətənin keşiyində ayıq‐sayıq dayanır və dövlətimizə, təhlü‐kəsizliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə yönələcək istənilən cəhdə çox qətiyyətlə cavab verməyə hazırdır”.Qaraheybət hərbi‐təlim poliqo‐nunda baş verən helikopter qəzası ilə bağlı sualı cavablandıran DSX‐nin Aparat rəhbəri general‐mayor Elçin İbrahimov İlk növbədə aviasiya qəzasındə həlak olmuş DSX‐nin hərbi qulluqçularına Allahdan rəhmət diləyib: “Hər biri dəyərli hərbi qulluqçula‐rımızdır. Həmin hadisə ilə bağlı hüquq‐mühafizə orqanları, Baş Prokurorluq tərəfindən müvafiq iş qaldırılmış və işin, qəzanın baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə konkret məlumatlar verilmişdir. Təbii ki, həmin verilən məlumlara heç bir əlavəmiz yoxdur. Öz tərəfimizdən qeyd edə bilərik ki, DSX‐nin bütün helikopterlərinin istismara yararlığı yoxlanılmış və hazırda onların istifadəsinə texniki cəhətdən mənfi təsir göstərən hər hansı bir amil yoxdur”.Həmçinin, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğının göstə‐rilməsindən bəhs olunub. Bildirilib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikanın ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunmuş və

onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib. Keşikçidağın delimitasiya məsələsi ilə bağlı sualı cavablandıran general‐mayor Elçin İbrahimov vurğulayıb ki, Azərbaycan Respulikasının Gürcüstanla dövlət sərhədində hal‐hazırda əmə‐liyyat şəraiti stabildir. Əməliyyat şə‐raitinə ciddi əməl olunur. Məlum hadisədən sonra görülən tədbirlər nə‐ticəsində Azərbaycan‐Gürcüstan dövlət sərhədində hər hansı xoşagəlməz hal baş verməyib.Bildirilibki, Azərbaycan‐Gürcüstan sərhədində delimitasiya prosesi hələ tam başa çatmayıb. DSX‐nin digər ölkələrlə olduğu kimi Gürcüstan sərhəd polisi ilə çox sıx əməkdaşlığı var. Qarşılıqlı faydalı əməkdaşlıq nəticə‐sində bu cür insidentlərin təkrar‐lanmamasına nail olunub. Amma bütün bunlara baxmayaraq DSX bölmələri tərəfindən xidməti vəzifələrin icrası zamanı hər şəraitdə baş verə biləcək dəyişikliklərə uyğun hazırlıq səviyyəsi saxlanılır.Mətbuat konfrasında Azərbaycan‐Rusiya dövlət sərhədlərinin müəyyən‐

15

ləşdirilməsindən də danışılıb. Bildirlib ki, 2010‐cu ildə Azərbaycan Res‐publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplo‐matiyasının böyük uğurularından biri olan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilə imza‐lanmışdı. Həmin müqavilə əsasında son bir il ərzində Azərbaycan‐Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, 186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142 əsas, 44 köməkçidir. Hal‐hazırda bu proses davam edir və yaxın müddət ərzində başaDSX‐dəçatacaq.yeni texnologiyaların tət‐biqi istiqamətində görülən işlərə münasibət bildirən general‐mayor Elçin İbrahimov burada bir neçə məqama diqqət çəkib: “Yeni texnologiyaların tətbiqi dedikdə biz əvvəlcə hədəfə baxmalıyıq. Əgər söhbət quru sər‐hədlərinin mühafizəsindən gedirsə, bizim hədəfimiz dövlət sərhədində dövlətin maraqlarının və toxunul‐mazlığının təmin edilməsidir. Bu məqsədlə, dövlət sərhəd xətti boyu zolaq anlayışı mövcuddur. Həmin sərhəd boyu zolaq, hansı ki dövlət sərhəd xətti 1 km aralıdakı məsafədə yaradılır. Həmin zolağın tərkibində DSX‐nin bölmələri fəaliyyət həyata keçirirlər. Orada mühəndis texniki çəpərlər, müşahidə qüllələri və s. keçmiş sovet dönəmindən qalmış mühafizə vasitələrindən istifadə olunur. Lakin bu gün bu istiqamətdə aşkaretmə və müşahidə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi günümüzün reallığıdır. Bu texnoloji avadanlıqlar həm gecə, həm gündüz vaxtı əlverişsiz hava şəraitində müvafiq ərazidə hər hansı bir hərəkəti aşkar etməyə, nəzarətdə saxlamağa, infra‐qırmızı çərçivədə müşhaidə etmə imkanlarına malikdir. Burada yeni texnologiya dedikdə 21‐ci əsrin tələb‐lərinə uyğun olaraq nəzərdə tutulur. Eyni zamanda PUA‐ların fəaliyyətindən danışarkən qeyd edə bilərəm ki, həm quru, həm də dəniz sərhədlərinin mühafizəsində PUA‐lardan istifadə edirik”.Aparat rəhbəri bildirib ki, dəniz sərhədlərində; həm dənizdə dövlət sərhdədlərinin mühafizə edilməsi və bununla yanaşı neft‐qaz aşkarlanması, daşınması üzrə mövcud olan infra‐strukturun mühafizəsi hal‐hazırda həm DSX‐nin Sahil Mühafizəsi, həm də Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilir. “Bu məqamda onu da qeyd etmək lazımdır ki, əgər 15 il əvvəl kimsə desəydi ki, DSX‐nin “Gəmi İnşaatı və Təmiri Mərkəzi” olacaq, buna heç kim inanmazdı. Lakin bu gün reallıqdır ki, dövlət sərhədinin sahil mühafizəsi ən müasir “Tufan” və “Şahdağ” tipli gözətçi gəmiləri ilə təmin olunub. Bu gəmilər bilavasitə DSX Sahil Mühafizəsinin “Gəmi İnşaatı və Təmiri Mərkəzi”ndə inşa olunub və 2014‐2019‐cu illərdə Azərbaycanın Prezidenti İlham Əliyev 6 dəfə bu mərkəzdə olub, yeni gəmilərin suya buraxılması mərasimi, növbəti gəminin inşasına başlaması mərasim‐lərində şəxsən iştirak edib”, ‐ deyə Aparat rəhbəri vurğulayıb.

General‐mayor Elçin İbrahimov onu da qeyd edib ki, bu gün əksər dünya dövlətlərinin Sərhəd Nəzarəti or‐qanlarından fərqli olaraq, DSX‐nin Sərhəd Nəzarəti tərəfindən bir nəfərin dövlət sərhəd buraxılış məntəqəsində rəsmiləşdirilməsinə orta hesabla 30‐50 saniyə vaxt sərf olunur. Bu rəqəm digər dövlətlər ilə müqayisədə ən azı 2‐3 dəfə azdır.DSX rəisinin müavini Abbas Xəlilov əlavə edib ki, yeni texnologiyaların tətbiqi özündə bir neçə mürəkkəb kompleks tədbirləri əhatə edən bir sistemdir: “Yeni texnologiyanın əldə edilməsi zamanı relyef, ərazi və əməliyyat şəraiti baxımından bizə uyğun gələni seçirik. DSX tərəfindən daima yeni texnologiyaların öyrə‐nilməsinə önəm verilir. Bu istiqamətdə Dövlət Sərhəd Xidmətinin Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə sıx əməkdaşlığı var. Müdafiə Sənayesi Nazirliyi Dövlət Sərhəd Xidmətinin sifarişləri əsasında layihələr hazırlayır, birlikdə həmin hazırlanan məhsulların sınaqlarını keçiririk. Yeni texnologiya‐ların dövlət sərhədində tətbiqi zamanı onun faydalılığını hansısa bir göstərici test alətlərlə yox, sərhədlərin müha‐fizəsinin nəticələrinin təhlili ‐ nə qədər sərhəd pozulmasına cəhd olunub, nə qədərinin qarşısı alınıb, bu prosesdə texnoloji avadanlığın effektivliyinin nə qədər olması ilə qiymətləndiririk. Bu proses davamlı olaraq təkmilləşir.

Təəssüflər olsun ki, təcrübəmizdə görürük ki, dövlət sərhədində qaçaq‐malçılıqla, narkotik vasitələrin döv‐riyyəsi ilə məşğul olan qanunsuz silahlı dəstələrdə belə ən son texnlogiyalar, müasir avadanlıqlar, GPS, gecəgörmə cihazları, rabitə vasitələri istifadə olunur. Xüsusilə dənizdə müasir GPS‐dən istifadə edərək koordinatlarını müəyyən edirlər. Onlar da forma üslublarını dəyişiblər. Bir sözlə bu gün cinayətkar ünsürlər belə texnlogiyanı müasirləşdiməyə cəhd edirlər. Onların hətta narkotiklərin daşınmasında dronlardan istifadə edə bilmə ehtimalı sərhəd mühafizəsində nəzərə alınıb, sərhədçilər radioelektron mübarizə vasitələri ilə təmin olunub. Lakin bu günə qədər hər hansı dronla nar‐kotiklərin daşınması qeydə alınmayıb. DSX olaraq daim bu prosesləri öyrənirik, təhlillərimizi aparırıq. Bizim tələblərə, qarşımızda qoyulan vəzi‐fələrə, səmərəli istifadəsinə uyğun

16 www.poliqon.az

gələnləri müəyyənləşdirib xidməti‐mizdə tətbiq edirik. Bu gün PUA‐lar vasitəsi ilə sərhəd mühafizə tədbirləri həyata keçirilir. Bu, Xüsusi Hava Əməliyyatları Qüvvələri ilə Sərhəd Qoşunları arasında qarşılıqlı əlaqənin göstəricisidir. DSX‐nin 5 qurumu arasında hər bir qurumun vəzifələri də müəyyən edilibdir. Butün bunlar ara‐sında qarşılıqlı əlaqələr də işlənilibdir. Mütəmadi olaraq təlimlər ilə bu hazırlıq səviyyəsi yoxlanılır və təkmilləş‐dirilməsi üzrə işlər aparılır. Dövlət Sərhəd Xidmətinin 44 günlük Vətən Müharibəsindəki iştira‐kından söz açan general‐mayor Elçin İbrahimov vurğulayıb ki, bu mü‐haribədə DSX‐nin PUA‐larının tətbiqi nəticəsində düşmənin strateji əhə‐miyyət kəsb edən S‐300 ZRK‐lərinin, habelə Gəncə, Bərdə, Yevlaxda dinc sakinlərimizi raket atəşinə tutan düşmənin “Elbrus”, “Scad” əməliyyat‐taktiki raket komplekslərinin, “Smerç” yaylım atəş reaktiv sistemlərinin məhv edilməsi, eyni zamanda düşmənin müxtəlif ZRK‐lərinin və canlı qüvvə‐lərinin məhv edilməsi məhz DSX‐nin zabitləri tərəfindən idarə olunan “Harop”, “Quzğun” və “Hermes” tipli PUA‐ların tətbiqi nəticəsində mümkün olub.DSX tərəfindən ilk dəfə 2016‐cı ildə Aprel döyüşlərində “Harop”dan istifadə edildiyini deyən Elçin İbrahimov bildirib ki, döyüş əməliyyatların getdiyi əraziyə yardım məqsədi ilə Ermənistan tərəfindən göndərilən veteranların içərisində olduğu avtobus hərəkətdə olarkən “Harop”un dəqiq zərbəsi ilə məhv edilib: “Bu, “Harop”un ilk tətbiqi idi. Həmin PUA‐nı idarə edən DSX əməkdaşları bunun üçün təbii ki, xüsusi idarəetmə kurslarına cəlb olunmuşdu və bu kursları uğurla bitirdikdən sonra tam avtonom şəkildə onlar həmin PUA‐ları idarə edib, hədəflərin zərərsiz‐ləşdirilməsi əməliyyatlarını, qeydə alınan sonuncu ana qədər özləri həyata keçiriblər. “Harop” təkcə hədəfi zərərsizləşdirmək deyil, həmçinin kəşfiyyat məqsədləri üçün istifadə edilə bilir. Vətən Müharibəsi zamanı Silahlı Qvvələrin bütün bölmələri arasında o cümlədən DSX‐nin hərbi bölmələri ilə Azərbaycan Ordusunun hərbi bölmələri arasında çox sıx, intensiv məlumat mübadiləsi təşkil olunmuşdu ki, bu məllumat mübadiləsinin birgə həyata keçirilməsi nəticəsində daha effektiv nəticələr əldə olunurdu. Necə ki, “Bayraktar” PUA‐ları ilə “Harop” PUA‐larının birgə döyüş tətbiqi üzrə unikal təcrübə toplanılmışdır ki, bu gün başqa heç bir dövlətdə belə unikal təcrübə yoxdur”.DSX‐da silahlanma və zirehli tex‐nika parkının yenilənməsi istiqamə‐tində görülən işlər barəsində sualı cavablandıran DSX rəisinin müavini general‐leytenant Abbas Xəlilov bildirib ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində 2017‐2021‐ci il‐lərdə ciddi islahatlar həyata keçirilib. DSX‐nin tərkibində bundan əvvəl də deyildiyi kimi, beş silahlı birləşmə –Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, Xüsusi Hava Əməliyyatları Qüvvələri yaradılıb. DSX‐nin yeni strukturda fəaliyyət göstərməsi müasir idarəetmə mexanizmləri, yeni silah, texnika, müasir avadanlıqların istifadəsi və bütün bu islahatlar nətiəsində DSX üçün yeni vəzifələr, yeni tapşırıqlar müəyyən edilib. “Bu istiqamətdə, xüsusən 44 günlük Vətən Müharibəsindən sonra, müharibənin nəticələri, gedişatı təhlil olunaraq DSX‐nin xidməti vəzifələrini icra edə bilməsi, qarşıya qoyulan tap‐şırıqların ən yüksək səviyyədə icrasını təmin etmək üçün müasir texnolo‐giyaların, sərhəd mühafizə avadan‐lıqlarının, silah‐sursatın, PUA arse‐nalının yenilənməsi və təkmilləşdiril‐məsi istiqamətində işlər davam etdirilir. Təbii ki, bütün məlumatları açıq‐lamaq düzgün olmazdı. Çünki media sadəcə dostlarımız tərəfindən deyil, həm də düşmənlərimiz tərəfindən iz‐lənilir. Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, bu isti‐qamətdə Azərbaycan Silahlı Qüvvələ‐rinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən DSX rəisi general‐polkovnik Elçin Quliyevin rəhbərliyi altında işlər davam etdirilir”, ‐ deyə Abbas Xəlilov General‐leytenantvurğulayıb.bildirib ki, DSX‐də həyata keçirilən çox saylı islahatlarla yanşı DSX tərəfindən media qurumları ilə iş üzrə bir sıra islahatlar həyata keçirilir: “Yeni yanaşmaların tətbiqi, operativliyin təmin olunması və digər qarşılıqlı faydalı əməkdaşlıqlara öz töhfəmizin verilməsi məqsədilə dəyi‐şikliklərimiz oldu. Təbii ki, üzərində çalışmalı olduğumuz məqamlar çoxdur və düşünürəm ki, siz dəyərli media nümayəndələrinin dəstəyi ilə bizim əməkdaşlar da peşəkarlıq səviyyəsini artıracaqlar. Qarşılıqlı faydalı əməkdaş‐lığımız olacaq. Ümid edirəm ki, bizim media ilə əməkdaşlığımız yanlız artan xətt üzrə davam edəcək. PQ 17

18 www.poliqon.az İyul ayının 4‐də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının magistratura pil‐ləsini bitirmiş məzunların birinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib və abidəsi önünə gül dəstələri düzüblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra DSX‐nin rəisi general‐polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.Daha sonra magistratura pilləsini bitirmiş zabitlərə diplom və döş nişanları təqdim edilib, məzunlardan 4 nəfəri daha yüksək nəticə göstərdiyinə görə “Fərq‐lənmə diplom”una layiq görülüblər. Məzunlar adından çıxış edən polkovnik‐leytenant Fikrət Allahverdiyev Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsili alan ilk zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhəd‐çiləri olaraq üçrəngli Dövlət bayrağın vüqarla dalğalandığı müqəddəs sərhədlərin keşiyində hər zaman şərəflə dayanacaq‐larını ifadə edib və sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib. DSX rəisinin müavini general‐leytenant İlham Mehdiyev məzunları DSX Akade‐miyasında ilk dəfə 2020‐ci ildə yaradılmış magistratura təhsillərini müvvəfəqqiyətlə başa vurmaları münasibəti ilə təbrik edib, təhsil müddətində qazandıqları bilik və bacarıqlarını ölkənin hüdudlarında dövləti maraqların müdafiəsi üzrə fəaliyyətlərinə xüsusi töhvə verəcəyinə əminliyini ifadə edib.Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda DSX‐nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması qeyd edilib. Milli dövlətçiliyə, Azərbaycan Pre‐zidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruh‐landırdığı xüsusi olaraq vurğulanıb. Avqust ayının 17‐də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında SərəncamSərəncamaimzalayıb.əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmə‐tinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: DSX Akademiyası magistrantlarının ilk buraxılışı olub DSX‑nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib Prezident DSX‑nin hərbi qulluqçularını təltif edib General‑leytenant ali hərbi rütbəsi general‐mayor Rəsul Afiq oğlu Tağıyevə general‐mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə general‐mayor Elçin Zaur oğlu İbrahimova General‑mayor ali hərbi rütbəsi polkovnik Zaur Rəşidoviç Niftullayevə polkovnik Natiq Zahid oğlu Abuzərliyə polkovnik Misir Əziz oğlu Əliyevə polkovnik Aqil İnşalla oğlu Babayevə polkovnik Azad Əyyub oğlu Abdullayevə polkovnik Vüsal Eynulla oğlu Sultanova. Avqust ayının 17‐də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edil‐məsi haqqında Sərəncam imzalayıb.Prezidentin Sərənca‐mına əsasən Azərbaycan Respublikası dövlət sər‐hədinin mühafizəsinin təmin edilməsində, ərazi bütöv‐lüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respub‐likası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluq‐çusu təltif edilib. 3‐cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 4, “Vətən uğrunda” medalı ilə 46, “İgidliyə görə” medalı ilə 2, “Suqovuşanın azad olunmasına görə” medalı ilə 1, “Cəbrayılın azad olunmasına görə” medalı ilə 1, “Zəngilanın azad olunmasına görə” medalı ilə 2, “Hərbi xidmətlərə görə” medalı ilə 27 hərbçi təltif edilib.

HDQ‐nin qəbul etdiyi kompleks‐lərdə raket texnikasının, radioelek‐tronikanın perspektivli texnolo‐giyalarının tətbiqi, raketlərin döyüş xüsusiyyətlərinin artırılması, əməliy‐yat‐taktiki imkanlarının genişləndiril‐məsi və onların hərbi‐siyasi şəraitə uyğunlaşdırılması gəmi əleyhinə raket komplekslərinin inkişafının əsas tendensiyasıdır.Sahilyaxınlığında, bazalarda, limanlarda, adalar arasında gəmilərin məhv edilməsi zərurəti alternativ naviqasiya sistemlərinin və axtarış‐tuşlama qurğularının mövcud gəmi əleyhinə raket kompleksi modellərində işlənib hazırlanmasına və tətbiqinə səbəb olmuşdur. Mütəxəssislər, bundan irəli gələrək, sahil zonasında fəaliyyət göstərən müasir təkmilləşdirilmiş raketlərin imkanlarını genişləndirən yeni prinsiplər, üsullar, həmçinin idarəetmə və tuşlama vasitələri hazır‐layırlar.Diqqətinizə təqdim olunan mate‐rialda əsas mövzu olaraq sahil raket‐artilleriya qoşunlarının silahlanmasın‐da yer alan sahil raket kompleksləri və onların inkişaf yolları götürülmüşdür. Sahil raket kompleksi sahilə yaxınlaşmalarda, boğaz zonalarında, ada və sxer (kiçik, alçaq qayalıq ada) rayonlarında suüstü gəmiləri, nəqliyyat vasitələrini və desantçıxarma vasi‐tələrini məhv etmək üçün təyin edilmiş yerüstü raket kompleksidir. Kompleks, HDQ sahil raket‐artilleriya bölmələrinin silahlanmasına aiddir. Sahil raket komplekslərinin tərkibinə adətən gəmi əleyhinə qanadlı raketlər, buraxma qurğuları, idarəetmə sistemi (komanda idarəetmə məntəqəsi), raketlərin hazırlanması üçün yerüstü avadanlıqlar və nəqletmə‐doldurma (yenidən doldurma) vasitələri daxildir. Müasir dövrdə bir çox ölkələrdə sahil raket kompleksləri istehsal olunur. Belə komplekslərin istehsalı olmayan ölkələr isə onları digər ölkələrdən idxal etməklə öz tələbatlarını ödəyirlər. Rusiya istehsalı 3K55 “Bastion” sahil raket kompleksi “Taktiki raket silahları” korporasiyasının “Maşınqa‐yırma” Elmi‐İstehsalat Birliyi tərə‐findən yaradılıb. Kompleksdə məhv‐etmə vasitəsi kimi P‐800 “Oniks” 3M55 indeksli (ixrac adı “Yaxont”) gəmi əleyhinə raketi tətbiq edilib. 3K55 “Bastion” sahil raket kompleksi, desant birləşmələrinin, konvoyların, gəmi və aviadaşıyıcı zərbə qruplarının tərkibindən olan müxtəlif sinif və tipli suüstü gəmiləri, həmçinin tək gəmiləri və yerüstü radio‐kontrast hədəfləri güclü atəş və radioelektron əkstəsir şəraitində məhv etmək üçün təyin edilib. Kompleks köməkçi vasitələr olmadan avtonom döyüş növbətçiliyini 24 saat, döyüş növbət‐çiliyinin təminatı vasitələri ilə 30 sutka ərzində yerinə yetirmək imkanına malikdir. Kompleks “Monolit‐B” hava və yerüstü hədəfləri aşkar etməkdən ötrü özüyeriyən üfiqarxası RLS ilə təchiz oluna3K55bilər. “Bastion”

iki versiyada təqdim olunur: K‐330P “Bastion‐P” SAHİL RAKET KOMPLEKSLƏRİNİN İNKİŞAFINA BAXIŞ ? Əhəd Əzizov Dünyanın müxtəlif regionlarında baş verən müasir lokal müharibə və münaqişələrin təhlili göstərir ki, dəniz əməliyyatlarının böyük əksəriyyəti qanadlı raketlərdən istifadə etməklə suüstü gəmilərin və qayıqların aktiv əməliyyatları ilə həyata keçirilib. Bir çox ölkələrinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) və hərbi sənaye mütəxəssisləri belə qənaətə gəliblər ki, HDQ birləşmələrinin silahlanmasına mütləq gəmi əleyhinə qanadlı raketlər olan raket kompleksi daxil edilməli, bu komplekslər həm gəmi bazalı, həm də yerüstü bazalı olmalıdır. “ATMACA” gəmi əleyhinə raket kompleksi

mobil və K‐300S “Bastion‐S” stasionar. Hər iki versiyaya yuxarı komanda məntəqəsi ilə kompleksin döyüş va‐sitələrinin məlumat‐texniki əlaqələn‐dirilməsi üçün aparatlar, avtomat‐laşdırılmış döyüşü idarəetmə sistemi və texniki xidmət vasitələri kompleksi, təlim‐məşq kompleksi və helikopter hədəfgöstərmə kompleksi daxildir. Stasionar “Bastion‐S” kompleksinin tərkibinə əlavə olaraq mobil komanda məntəqəsi, start batareyası (qorunan stasionar buraxma qurğuları) və idarəetmə modulu, qorunan stasionar komanda məntəqəsi daxildir. “Bastion‐P” mobil kompleksi əlavə olaraq özü‐yeriyən buraxma qurğularından (ÖBQ), ÖBQ üzərində iki ədəd nəqletmə‐buraxma konteyneri, K‐380P döyüş idarəetmə maşınından, K‐342P nəq‐letmə‐doldurma maşınından (NDM), döyüş növbətçiliyini təminat maşının‐dan ibarətdir. K‐340P ÖBQ‐dan raketlər şaquli vəziyyətdən buraxılır və raket buraxılışları arasındakı interval 2,5 saniyədir. Kompleksin maksimal döyüş dəsti 24 ədəd P‐800 “Oniks” gəmi əley‐hinə raketdir. Hədəflərə atəş açmaq üçün kompleksin mövqeyi sahildən maksimal 200 km məsafədə yerləşə bilir.P‐800 “Oniks” gəmi əleyhinə raketləri olan “Bastion‐S” stasionar sahil raket kompleksi sahil müda‐fiəsinin vahid sisteminin tərkib hissəsi olaraq 150000 km2‐ə qədər akvato‐riyanın, həmçinin 600 km uzunluğunda sahili düşmənin desant əməliy‐yatlarından müdafiəsini təmin edir. 3M55 “Oniks” gəmi əleyhinə raketi “atdın‐unutdun” prinsipi ilə işləyir, döyüş istifadəsi üçün tam avtonomdur, hədəfə səsdən iti uçuş sürəti ilə yaxınlaşır, çevik uçuş yolları dəsti ilə təchiz edilib, müasir radiolokasiya stansiyaları (RLS) üçün aşağı gözəçar‐pandır, eləcə də suüstü gəmilər və sualtı qayıqlar, həmçinin yerüstü buraxma qurğuları kimi daşıyıcılar üçün tam unifikasiyanı təmin edir. Raketin start kütləsi 3000 kq döyüş başlığının kütləsi 200 kq‐dır. Raketin 10‐14000 metr yüksəklikdə, kombinə edilmiş tra‐yektoriya ilə uçuş məsafəsi 300 km, aşağı trayektoriya ilə uçuş məsafəsi isə 15 m – 120 km təşkil edir. Raketin idarə olunması radio hündürlükölçəndən istifadə etməklə inersialdır. Özütuşlama başlığı aktiv radiolokasiya tiplidir. Rusiyanın növbəti sahil raket kompleksi isə 3K60 “Bal” kompleksidir. Kompleks 3M24 indeksili X‐35 gəmi əleyhinə raketlə təchiz olunub. Bu kompleks də “Taktiki raket silahları” korporasiyasının “Maşınqayırma” Elmi‐İstehsalat Birliyi tərəfindən yaradılıb. Kompleksin baş istehsalçısı “Tayfun” zavodudur. Kompleks ərazi suları və boğaz zonalarına nəzarət etmək, dəniz bazalarının, digər sahil obyektlərinin və sahilyanı infrastrukturun müdafiəsi, desant təhlükəli istiqamətlərdə sahil mühafizəsi üçün təyin edilib. Kompleks iki variantda istehsal edilir: daxili sifarişçi üçün 3K60 “Bal”, ixrac üçün 3K60E “Bal‐E”. Kompleks bütün hava şəraitlərində, gecə‐gündüz istifadə oluna bilir. Eləcə də, ərazinin kimyəvi və radioaktiv zəhərlənməsi şəraitində də döyüş tapşırığını yerinə yetirə bilir. Hədəflərə atəş açmaq üçün kompleksin mövqeyi sahildən 10 km məsafədə yerləşir. Yaylım atəşi zamanı raketlərin buraxılması arasındakı interval 3 saniyədən çox deyil. X‐35 raketinin start vəziyyətində kütləsi 610 kq, döyüş hissəsinin kütləsi 145 kq‐dır. Raketin maksimal uçuş sürəti saniyədə 240‐270 m, uçuş hündürlüyü 10‐15 m‐dir. X‐35 raketinin uçuş məsafəsi 120 km‐ə, X‐35U raketini isə 260 km‐ə bərabərdir. Kompleksin ümumi döyüş dəsti 64 ədəd raket təşkil edir. Raket idarəetmə sistemi kompüter, radio yüksəklikölçən və avtopilotdan istifadə etməklə inersialdır. ARQS‐35 özütuşlama başlığı aktiv radiolokasiya tiplidir.ABŞ‐ın RGM‐84 “Harpoon” gəmi əleyhinə qanadlı raket sistemi dünyada ən çox yayılmışlardan biridir. RGM‐84 “Harpoon” raketi “McDonnell Douglas” aviaquraşdırma korporasiyası tərə‐findən yaradılıb və hazırda “Boeing” korporasiyasının müəssisələrində istehsal olunur. “Harpoon” raketi üçün sahil raket kompleksi variantında yüngül qorunmayan Mk‐140 dördləş‐dirilmiş buraxma qurğuları və Mk‐141 partlayışa davamlı buraxma kon‐teynerləri xüsusiləşdirilmiş buraxma qurğları hesab olunur. Raketin bir neçə modifikasiyası mövcuddur. RGM‐84A – raketin 1977‐ci ildə silahlanmaya qəbul edildiyi əsas

“Bastion‑S” “Bal”

versiyasıdır. “Harpoon Block II+” kimi tanınan RGM‐84N raketin ən müasir versiyasıdır. O, GPS naviqasiyası və daşıyıcı ilə inteqrasiya olunmuş ikitərəfli rabitə kanalı da daxil olmaqla, marş hissəsində yeni tuşlama sistemindən istifadə edir ki, bu da raketin kursuna düzəliş verməyə, yalançı hədəflərin seçimini təkmilləşdirməyə imkan verir və müxtəlif istiqamətlərdən bir hədəfə bir neçə raketin eyni vaxtda daxil olma imkanını həyata keçirir. Bir sözlə, hədəfin hava hücumundan müdafiə sistemini yanıltmaq üçün çoxvektorlu hücum yerinə yetirilir. Daimi olaraq təkmilləşdirilən “Harpoon” raketi dünyanın ən uğurlu gəmi əleyhinə raketi hesab edilir. Raket istehsal üçün maya dəyəri nöqteyi‐nəzərindən nisbətən ucuzdur. “Har‐poon” suüstü gəmilərdən, sualtı qayıq‐lardan, sahil raket komplekslərindən, müxtəlif təyyarələrdən (qırıcı, sualtı qayıq əleyhinə, kəşfiyyat) buraxıla bilər. Hazırda “Harpoon” gəmi əleyhinə raketi AGM‐84 (təyyarələr), RGM‐84 (suüstü gəmilər və sahil mühafizə kompleksləri) və UGM‐84 (sualtı qayıqlar) variantında ABŞ və Ukrayna daxil olmaqla 29 ölkə silahlı qüvvələrinin silahlanmasındadır. Yaxın keçmişdə ABŞ Müdafiə Nazirliyi GBASM yerüstü gəmi əleyhinə raket proqramına başlamışdır. Bu proqramın məqsədi Dəniz Piyadaları Korpusu (DPK) üçün yeni sahil raket kompleksi yaratmaq idi. Proqrama əsasən mövcud və ya hazırlanacaq gəmi əleyhinə raket modellərindən birinin daşıya biləcəyi yüngül və ucuz döyüş maşınının yaradılması planlaşdırılırdı. GBASM proqramının inkişafı “Raytheon Missiles & Defence” şirkətinin başçılıq etdiyi bir neçə şirkət tərəfindən təklif olunan yeni layihənin bir hissəsi kimi həyata keçirilib. Yekunda yeni sahil raket kompleksi “NMESIS” adlan‐dırılmışdır. Kompleks özündə “Oshkosh gəmi əleyhinə raketdir. Orta mənzilli gəmi əleyhinə “NSM” raketi 185 km‐ə qədər məsafədə həm suüstü, həm də yer hədəflərini məhv etmək üçün təyin edilib. “NSM” inersial, peyk və infraqırmızı cihazlı kombinələşdirilmiş tuşlama sistemi ilə təchiz edilib. Hədəfin məhv edilməsi 125 kq‐lıq döyüş başlığı tərəfindən yerinə yetirilir. “NSM” raketi düzbucaqlı kəsikli nəqletmə‐buraxma konteynerində (NBK) tədarük olunur. Yükqaldırma məhdudiyyətlərinə görə JLTV ROGUE şassisi iki raketli NBK daşımağa qadirdir. Lakin, bunun sayəsində DPK‐nin tələb etdiyi yüksək taktiki və strateji mobillik əldə edilir. Açıq mənbələrin məlumatına görə, perspektiv “NMESIS” gəmi əleyhinə raket kompleksinin ABŞ HDQ‐yə və DPK‐ya tədarükünə 2023‐cü ilin sonunda başlanacaq. İsveçdə

Defence” şirkəti tərəfindən istehsal edilmiş və ən son “NSM” gəmi əleyhinə raketlərlə silahlandırılmış “ROGUE” uzaqdan idarə olunan buraxma qur‐ğusunu tərənnüm edir. Yəni, kompleks “NSM” gəmi əleyhinə raketlərlə silahlanmış “JLTV” zirehli maşınının pilotsuzKompleksinversiyasıdır.tərkibində olan “NSM” raketi Norveçin “Kongsberg” şirkəti tərəfindən hazırlanmış beşinci nəsil

sahil sularında düşmənin suüstü gəmiləri ilə mübarizə aparmaq üçün yerli “Saab Missiles” şirkəti tərəfindən “RBS‐15ka” mobil sahil raket kompleksi hazırlanıb. O, 100 km‐ə qədər məsafədə orta və kiçik su basımlı hədəfləri məhv etmək, həmçinin iri gəmilərdə fərdi sistemləri sıradan çıxarmaq üçün təyin edilib. Kompleksin tərkib hissəsi olan raket bir neçə ölkənin HDQ‐nin silahlanmasında olan 22 www.poliqon.az “NMESIS” “Harpoon”

“gəmi‐gəmi” sinfinə aid “RBS‐15” bütün hava şəraitinə uyğun gəmi əleyhinə raketi əsasında yaradılıb. “RBS‐15ka” sahil raket kompleksi batareyaları İsveç və Finlandiyanın sahil mühafizə hissələrində

“RBS‐15ka”silahlanmadadır.kompleksi kifayət qədər yüksək hərəkət qabiliyyəti ilə xarakterizə olunur. Xüsusən də, kom‐pleksin start mövqeyində sərf etdiyi ümumi vaxt təxminən 5 dəqiqədir ki, bura raketin buraxılışına hazırlıq, atəşin yerinə yetirilməsi və onun yürüş vəziyyətinə keçirilməsi üçün vaxt daxildir. Birinci raket buraxıldıqdan sonra ikinci raket yeni hədəfə 10 saniyədən sonra buraxıla bilər. Raketin iki sürətləndirici ilə birlikdə kütləsi 770 kq, iki sürətləndiricisiz kütləsi 598 kq, fuqas təsirli döyüş başlığının kütləsi isə 200 İsveçinkq‐dır. digər gəmi əleyhinə raketi isə “Saab Bofors Dynamics” şirkəti tərəfindən yaradılmış “RBS‐15Mk3” raketidir ki, bu da “RB‐S15Mk2” ra‐ketinin inkişafıdır. Bununla belə, “RBS‐15Mk3” artırılmış uçuş mənzilinə, təkmilləşdirilmiş hədəftanıma imkan‐larına malikdir və son dərəcə aşağı hündürlükdə hədəfə yaxınlaşmaq, təsadüfi qanunauyğunluqla manevr etmək və uçuş trayektoriyasının son hissəsində mühərrikin dartqı qüvvəsini artırmaq sayəsində düşmənin raket əleyhinə müdafiə (RƏM) sistemlərinin daha effektiv keçilməsini təmin edir. Raket yer hədəflərinə qarşı da istifadə edilə bilir. Daşıyıcı kimi korvet sinifli gəmilər, sahil mühafizə vasitələri və avtomobil platformalarından istifadə olunur.Artırılmış tutumlu yanacaq çəni və daha yüksək sıxlığa malik yanacağın istifadəsi sayəsində “RBS‐15Mk3” raketinin maksimal uçuş məsafəsi 200 km‐ə çatdırılıb. İstehsalçı şirkətin fikrincə, gələcəkdə uçuş məsafəsini 400 km‐ə qədər artırmaq mümkündür. Raketin bort aparatları inersial ida‐rəetmə sistemindən, yeni rəqəmsal avtopilotdan, dəniz səthinin vəziy‐yətindən asılı olaraq tezliyi tənzimlənən adaptiv radio hündürlükölçəndən, kom‐püterdən və radiolokasiya özütuşlama başlığından ibarətdir. “RBS‐15Mk3” raketinin kombinələşdirilmiş radio‐lokasiya və passiv infraqırmızı özü‐tuşlama başlığı ilə təchiz edilmiş variantı da hazırlanmışdır. Raket çəkisi 200 kq olan hazır öldürücü elementli qəlpəli‐fuqas döyüş başlığı ilə təchiz olunub. O, həm hədəfə birbaşa dəyməklə, həm də təmassız sensorlar vasitəsilə partladıla bilər. Raketin iki sürətləndirici ilə birlikdə kütləsi 800 kq, iki sürətləndiricisiz kütləsi 630 kq‐dır. Uçuş sürəti saniyədə 270 m‐dir. Dairəvi sapma ehtimalı 3‐5 m təşkil edir. Kompleksin atışı “MEPS” avtomat‐laşdırılmış atəşi idarəetmə sistemi ilə idarə olunur. Sistem döyüş, məşq, raketlərin gündəlik nəzarəti və yox‐lanılması, taktiki vəziyyətin simu‐lyasiyası rejimi kimi dörd əsas rejimdə işləyəGəmibilir.əleyhinə raketin digər nü‐munəsi isə “RBS‐15Mk4” modifi‐kasiyasıdır. Bu raketin yaradılmasında baza olaraq “RBS‐15Mk3” götürülüb, lakin üzərində bir çox yeniliklər tətbiq edilib. Raket İsveçin “Saab Bofors Dynamics” şirkətinin Almaniyanın “Diehl BGT Defence GmbH & Ko KG” şirkəti ilə birgə əməkdaşlığı sayəsində inkişaf etdirilir. O, əsasən açıq dənizdə suüstü gəmiləri, eləcə də stasionar yer hədəflərini məhv etmək üçün təyin edilib. Bu məmulatın idarəetmə blokuna ərazinin relyefi və NAVSTAR kosmik radionaviqasiya sistemindən gələn siqnallar üzrə korreksiyası olan inersial naviqasiya sistemi daxildir. Həmçinin, aktiv radiolokasiya və termal kanalları olan kombinələşdirilmiş özütuşlama başlığından istifadə edilir. Ehtimal edilir ki, o, hədəfin avtomatik aşkarlanmasını, onun təsnifatını və maksimum zərər üçün optimal nişanalma sahəsinin seçilməsini təmin edəcək. “RBS‐15Mk4” raketinin start kütləsi 700 kq, hazır öldürücü elementli qəlpəli‐fuqas döyüş başlığının kütləsi 220 kq‐dır. Uçuş sürəti saniyədə 270 m‐dir. Maksimal uçuş məsafəsi 400 km, dairəvi sapma ehtimalı 1‐3 m təşkil edir. Yeni idarə olunan raketin “RBS‐15ka” mobil sahil raket komplekslərinin, korvetlərin və taktiki qırıcıların silah‐lanmasına daxil edilməsi planlaşdırılır. İsrail gəmi əleyhinə raket yara‐dılması üzrə dünyanın üçüncü ölkəsidir. Belə ki, birinci yerdə keçmiş SSRİ 1960‐cı ildə yaratdığı P‐15 “Termit” raketi ilə, ikinci yerdə isə İsveç 1965‐ci ildə yaratdığı “Robot 08” raketi ilə qə‐rarlaşmışlar. İsrailin ilk gəmi əleyhinə raketi olan “Gabriel” “Israel Aerospace Industries” (IAI) korporasiyası tərə‐findən yaradılıb və silahlı qüvvələrin silahlanmasına 1960‐cı illərin son‐larında qəbul edilib. Bundan sonra gəmi əleyhinə raketin bazasında “Gabriel Mk1”, “Gabriel Mk2”, “Gabriel Mk3”, “Gabriel Mk4” və “Gabriel Mk5” modifikasiyaları yaradılmışdır. Son variant isə “Blue Spear” raketidir. “Blue Spear” (5G SSM) sahil raket kompleksi “quru‐dəniz” sinifinə aiddir. O, yer platformalarından yüksək səsdən aşağı sürətli uçuşlu buraxılışlara imkan verən dünyanın ən qabaqcıl gəmi əleyhinə raket sistemlərindən biridir. Kompleks İsrailin IAI və Sinqapurun “ST Engineering Land Systems” şir‐kətlərinin yaratdığı “Proteus Advanced Systems” birgə müəssisəsi tərəfindən hazırlanıb. “Blue Spear” gəmi əleyhinə raketi əvvəlki “Gabriel‐5” gəmi əleyhinə

23 RBS‑15Mk3

raketinin təkmilləşdirilmiş variantıdır. “Blue Spear” sahil raket kompleksi istənilən hava şəraitində və günün istənilən vaxtında səmərəli işləməyə imkan verən mobil yüksək dəqiqlikli silahdır. Dənizdə hərəkət edən və stasionar hədəfləri vura bilir, maksimal məhvetmə məsafəsi 290 kilometrdir. Tuşlama sistemi maneədən müdafiəli GPS‐dən düzəliş olunan və trayekto‐riyanın son mərhələsində aktiv radiolokasiya tuşlaması ilə inersial naviqasiya sistemidir. Raketin bort kompüteri raketi tutmaq şanslarını minimuma endirməkdən ötrü təyin edilmiş müxtəlif manevrləri yerinə yetirmək üçün proqramlaşdırılıb. Raket həm dəniz, həm də qurudan hücum imkanlarına sahibdir və sa‐hilyanı mühitlər üçün təkmilləşdirilmiş manevr qabiliyyətinə malikdir. Döyüş başlığında aktiv radiolokasiya özütuş‐lama başlığı, dəqiq INS əsaslı naviqasiya imkanları, BLOS görmə xəttindən kənarda işləmə qabiliyyəti və GPS pozulmalarına və maksimal dəqiqliklə hədəfin əldə edilməsinə qarşı etibarlı sistemdən istifadə olunur.İstehsalçının bildirməsinə görə, “Blue Spear” raketinin uçuş profili və tapşırığın icrası onun operatorları tərəfindən proqramlaşdırılır, lakin eyni zamanda tapşırıq tələblərindən asılı olaraq yüksək səviyyədə avtomat‐laşdırıla bilər. Raketin təkmilləşdirilmiş məlumat ötürmə kanalı “atdın‐unut‐dun” rejiminə əlavə olaraq, “atdın və yenilədin” rejimindən də istifadəni təmin edir. Bort məlumat ötürmə kanalı operatorlara uçuş zamanı raketi izləməyə imkan verir. Qəlpəli‐fuqas təsirli döyüş başlığının kütləsi 150 kq‐dır. Sahil mühafizəsi üçün “Blue Spear” kompleksi 20 futluq raketləri buraxma qurğusunu daşıyan konteynerlərdə yük maşınlarına quraşdıracaq. Açıq mətbuatın rəsmi təsdiq olun‐mamış məlumatlarına əsasən “Blue Spears” raket kompleksi dəniz və yerüstü variantlarda İsrail, Sinqapur, Finlandiya, Estoniya və Ukrayna or‐dularına tədarük olunub. Türkiyənin ROKETSAN və ASELSAN şirkətləri birlikdə “ATMACA” gəmi əleyhinə raketli mobil sahil raket kompleksini inkişaf etdirib. Birinci, raketin özünün inkişafına, ikinci isə idarəetmə sistemi və aktiv radio‐lokasiya özütuşlama başlığının inkişa‐fına cavabdehdir. Raketlər üçün dörd konteyneri olan buraxma qurğusu 8×8 təkər formuluna malik “KamAZ” yük avtomobilinin platformasına yerləş‐dirilib. Gəmi versiyasından fərqli olaraq, raketin yerüstü modifikasiyası infra‐qırmızı özütuşlama başlığı ilə təchiz edilib.“ATMACA” dəniz səthindən çox aşağı uçuş hündürlüyünə malik bütün hava şəraitinə uyğun səsdən aşağı sürətli yüksək dəqiqlikli gəmi əleyhinə raketdir. Onun tətbiq diapazonu 220 km‐dən çoxdur. Raketin 280 kilometrə qədər məsafədəki hədəfləri vura biləcəyi gözlənilir. Yeni raket 220 kq ağırlığında qəlpəli‐fuqas və ya nü‐fuzedici döyüş başlığı ilə təchiz edilib, raketin ümumi kütləsi isə təxminən 800 kq ağırlığındadır. Raket aktiv radio‐lokasiya özütuşlama başlığı, həmçinin inersial‐peyk tuşlama bloku və ikitərəfli məlumat mübadilə aparatları ilə təchiz edilib.Bu sahil raket kompleksi Türkiyəyə HDQ‐nin silahlanmasıda olan RGM‐84 “Harpoon” qanadlı gəmi əleyhinə ra‐ketlərini əvəz etməyə imkan verəcək. Türkiyəli hərbi mütəxəssislərin fik‐rincə, yerüstü bazalanmalı “ATMACA” gəmi əleyhinə raket ilə Türkiyənin adalarının və Qara dənizi sahillərinin 75%‐i qorunacaq. Bundan başqa, “ATMACA” sahil raket kompleksi Qara dənizin 60%‐ni və Egey dənizinin 85%‐ni mühafizə edə biləcək. Pakistan HDQ sahil mühafizə böl‐mələrinin yerli istehsal silahla silah‐landırılması məqsədi ilə müdafiə sənayesi müəssisələrinə sahil raket kompleksinin yaradılması barədə sifariş verib. Yeni yaradılmış “Zarb 24 www.poliqon.az Gabriel Mk4 Yerüstü "ATMACA"

Weapon System” və ya qısaca “Zarb” adlandırılan kompleks gəmi əleyhinə qanadlı raketlə dəstləşdirilib. Kom‐pleksin nəqletmə‐quraşdırma buraxma qurğusu 8x8 təkər formullu yük avtomobilinin şassisində yerləşdirilib. Xarici ekspertlərin fikrincə, kompleks Çin Xalq Azadlıq Ordusunun istifadə etdiyi yerli YJ‐62 (“Yingji‐62”) raketinin C‐602 ixrac versiyasına çox bənzəyir. “Zarb” gəmiləri qurudan vurmaq üçün yük maşınına quraşdırılmış gəmi əleyhinə raket kompleksidir. “Zarb” gəmi əleyhinə raketi olan buraxma qurğusu, üç konteyneri daşıyır. “Zarb” kompleksnin taktiki‐texniki xüsusiyyətləri məlum deyil. Lakin, onun YJ‐62 kompleksinə bənzədiyini nəzərə alsaq, “Zarb”ın əslində C‐802 olduğunu güman etmək daha məqsədəuyğundur. YJ‐62 uzun mənzilli gəmi əleyhinə qanadlı raket düşmənin radioelektron və atəş əkstəsir tədbirləri şəraitində həm tək, həm də qrup şəklində bütün sinif və tipli suüstü gəmiləri məhv etmək üçün təyin edilib. Raket müxtəlif daşıyıcılarda yerləşdirilə bilər, yerüstü hədəflər daxil olmaqla müxtəlif növ hədəflərə qarşı gecə‐gündüz, istənilən hava şəraitində, tək‐tək və yaylım atəşi ilə istifadə oluna bilər. Beynəlxalq müqavilələrə riayət etmək üçün ixrac C‐602 versiyasının atəş məsafəsi 280 kilometrəC‐602endirilib.raketiorta mənzilli gəmi əleyhinə və yerüstü hədəflərə hücum raketdir. O, 300 kiloqramlıq fuqas yarımzirehdələn döyüş başlığı daşıyır ki, bu da faydalı yükün ləngidici fəaliyyət göstərərək hədəfin içərisində partlamasını və maksimum potensial zərər vurmasını təmin edir. Raketin uçuş məsafəsi 40‐400 km, uçuş sürəti isə 0,6‐0,9 “Mach”dır. Uçuş hündürlüyü dəniz səthindən 7‐10 m, yer səthindən 30 m‐dir. Raketin start kütləsi 1350 kq, start sürətləndiricisinin kütləsi 210 kq və döyüş başlığının kütləsi 300 kq‐dır. “Zarb” sahil raket kompleksi Pakistan HDQ‐dəUkraynanınsilahlanmadadır.“Neptun” sahil raket kompleksi 5000 tona qədər subasma qabiliyyətinə malik gəmiləri və yerüstü hədəfləri məhv etmək üçün təyin edil‐miş səsəqədər sürətli aşağı yüksəklik gəmi əleyhinə raketidir. İstehsalında yerli müəssisələrinin iştirak etdiyi Sovetin X‐35 raketi əsasında “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən hazırlanıb. “Neptun” raketi daha böyük ölçüsü və daha uzun mənzili, eləcə də yeni idarəetmə sistemi ilə X‐35 raketindən fərqlənir. Raket üzərində işlərə 2014‐cü ildə başlansa da, bu barədə açıq elan edilməyib. İlk sınaqlar 22 mart 2016‐cı ildə həyata keçirilib. Açıq mənbələrin məlumatına görə, 2016‐cı ilin yazından etibarən qanadlı raketin ilk uçuş nümunələri istehsal edilib. Raketin təyinatı zərbə qrupları (konvoyların) tərkibindən və ya 5000 tona qədər subasma qabiliyyətli tək hərəkət edən döyüş suüstü gəmilərin və nəqliyyat gəmilərinin məhv edilməsi olaraq müəyyən2016‐cıolunub.ildə

“Neptun” gəmi əley‐hinə raket kompleksinin gəmi, yerüstü və hava bazalanmalı üç modifi‐kasiyasının mümkün inkişafı haqqında məlumat verilib. 2019‐cu ildə RK‐360MTs “Neptun” sahil raket kom‐pleksinin yerüstü variantı hazırlanıb, 23 avqust 2020‐ci il tarixində Ukrayna Silahlı Qüvvələri tərəfindən silahlan‐maya qəbul edilib və 15 mart 2021‐ci il tarixində onun sınaq nümunələri Ukrayna HDQ‐yə təhvil verilib. Kom‐pleksdə döyüş maşını kimi ilk olaraq “KrAZ‐7634NE” avtomobilinə əsas‐lanan USPU‐360 universal özüyeriyən buraxma qurğusundan istifadə olunub. Lakin, növbəti sınaqların nəticələrinə görə, əsas şassinin “Tatra” şirkətinin məhsulu ilə dəyişdirilməsinə qərar verilib.R‐360 raketinin start kütləsi 870 kq‐a, döyüş başlığının kütləsi isə 150 kq‐a bərabərdir. Raket “Motor Siç” müəssisəsinin MS‐400 turboreaktiv mühərriki ilə təchiz edilib və yanacaq olaraq aviasiya kerosinindən istifadə olunur. Raketin idarəetmə sistemi trayektoriyanın marş hissəsində GPS tənzimləməli inersial idarəetməyə, son mərhələdə isə aktiv radiolokasiya özütuşlama başlığına əsaslanır. Döyüş hissəsi nüfuz edən qəlpəli‐fuqas təsirlidir. Maksimal uçuş məsafəsi 280 km, uçuş hündürlüyü trayektoriyanın marş hissəsində 10‐300 metr, son mərhələdə 3‐10 m‐dir. Uçuş sürəti təqribən 900 km/saata (0,8‐0,85 Max) bərabərdir. Raket yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir. Kompleksin divizionu eyni anda 24 raketin buraxılmasını təmin edir. RK‐360MTs “Neptun” raket kom‐pleksi divizionunun tərkibi 1 ədəd RKP‐360 divizionun komanda məntə‐qəsindən, 6 ədəd buraxma qurğu‐sundan, 6 ədəd nəqletmə‐doldurma maşınından, 6 ədəd nəqletmə ma‐şınından ibarətdir. Divizionda 72 ədəd R‐360 raketi olur. Hər buraxma qur‐ğusunda, nəqletmə‐doldurma maşı‐nında və nəqletmə maşınında 4 ədəd R‐360 raketi yerləşirilib.

Beləliklə, gəmi əleyhinə raket‑ lərin hazırlanmasında əsas səylər yüksək keyfiyyətli seçim, hədəflərin tanınması və yüksəldilmiş maneəyə dayanıqlığı təmin edən tuşlama sistemlərinin istifadəsi əsasında açıq dənizdə və sahil yaxınlığında gəmiləri məhv etmək üçün yüksək dəqiqlikli raket silahlarının yaradılmasına yönəlib. PQ 25 “Zarb”

Layihə əsasında proseslərin elektron mühitə köçürülməsi, müəyyən edilmiş səla‐hiyyətlər çərçivəsində müvafiq maraqlı tərəflərin PYBS ilə təhlükəsiz məlumat mübadiləsinə imkan verəcək strukturların yaradılması, avadanlıqların tədarükü, təlimi və CMMI “Satınalma Sertifikasiyası” fəaliyyətləri həyata keçiriləcək. STM şirkəti tərifindən hazırlanan “Togan” mini taktiki pilotsuz uçuş aparatının (PUA) ilk partiyası Türkiyənin təhlükəsizlik qüvvələrinə təhvil verilib. Multikopter sinfinə aid olan dörd rotorlu “Togan” PUA əsasən ISR (Intelligence, Surveillance and Reconnaissance) kəşfiyyat, müşahidə və incələmə tapşırıqlarını yerinə yetirmək üçün dizayn edilib. PUA qabaqcıl Elektro Optik və İnfraqırmızı kamera sistemlərinin vasitəsi ilə həm optik, həm də fiziki hədəfləri 30x‐ə qədər yaxınlaşdıraraq izləmək“Togan”qabiliyyətindədir.uçuşİdarəetmə kompüteri və idarəetmə stansiyasının vasitəsilə birdən çox platformayla havada missiyaları avtonom şəkildə dəyişdirmək, həmçinin operatorlara fasiləsiz və uzunmüddətli müşahidə qabiliyyəti təmin etmək imkanına sahibdir. HAVELSAN yeni təhlükəsizlik sistemlərini təqdim edir STM PUAqüvvələrinətəhlükəsizlik“Togan”çatdırıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında 3 avqust 2022‐ci il tarixində Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək

Türkiyənin HAVELSAN şirkəti obyektlərin, vacib məlumatların qorunması üçün müştərilərə müasir və üstün təhlükəsizlik sistemlərini təklif edir. Şirkətin “Neft və Təbii Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi Layihəsi” çərçivəsində hazırladığı və “Proqram İdarəetmə İnformasiya Sistemi Layihəsi”nə (PYBS) uyğun olaraq üzərində çalışdığı sistemlər bu həllər sırasına daxildir.“Neft və Təbii Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi Layihəsi” neft və təbii qaz obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə sistemə, obyektə qanunsuz girişlərin qarşısının alınması, aşkar edilməsi, diaqnostikası, gecikdirilməsi və cavab tədbirləri ilə həllin istismarını təmin edir. Sistem sabit və hərəkətli kameralar, perimetr təhlükəsizlik radarı, fiber optik aşkarlama, nömrə nişanının tanınması, elektro‐optik kimi qəbuledici alt sistemlərindən ibarətdir. Sistem bu alt sistemlərdən alınan məlumatların həm fasiləsiz, həm də təhlükəsiz inteqrasiyasını, mərkəzi monitorinqini və idarə olunmasını təmin edir. “Proqram İdarəetmə İnformasiya Sistemi Layihəsi” (PYBS) ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) korporativ səmərəliliyin artırılması, qurumlar arasında əlverişli əlaqə və informasiya mübadiləsini təmin edəcək sistemin hazırlanması hədəflənir. məq‐sədilə təqdimat mərasimi keçirilib. Agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022‐ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA‐ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib. Baş tutan təqdimat tədbirində ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər. Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azər‐baycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək. Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər. Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib

26 www.poliqon.az

Dünyanın müxtəlif dövlətlərinə məxsus istehsalçılar tərəfindən mini idarə olunan və olunmayan döyüş sur‐satlarının yaradılması həyata keçiril‐məkdədir. Mini ölçülü idarəolunan sursatlar böyük “hava‐yer” raketləri və ya artilleriya vasitələrinin istifadə edilməsi mümkün olmayan şəhər və yaşayış məskənlərində ideal həll hesab olunur. İlk növbədə, PUA‐lar bir və bir neçə deyil, çox sayda döyüş sursatı ilə yüklənə bilir ki, bu da bir uçuş zamanı müxtəlif hədəflərə qarşı döyüş apar‐mağa imkan yaradır. Kiçik idarəolunan bombaların digər üstünlüyü ucuz qiymətə başa gəlməsidir. Böyük dağıdıcı gücə və eyni za‐manda həddən artıq baha qiymətə olan idarə olunan bombaların çox hallarda kiçik qruplara və böyük əhəmiyyət daşımayan hədəflərə atılmasının səmə‐rəsizliyi 2011‐ci ildə ABŞ Ordusunun yeni seçimlər axtarışına gətirib çıxardı. Pentaqonun təşəbbüsü ilə aparıcı müdafiə sənayesi şirkətləri bu tip layihələr üzərində işlərə başladılar. Ordunun ehtiyaclarını qarşılamaq məqsədi ilə 2010‐cu ildə ABŞ Müdafiə Nazirliyinin 11.3 kq və ya daha az çəkili idarəolunan aviasiya bombalarının yaradılmasına dair təkliflər sorğusu elan etməsi ilə yüngül aviasiya və PUA‐lar üçün yeni nəsil mini ölçülü döyüş sursatlarının yaradılması işləri sü‐rətləndi. ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları istismar olunan pilot‐suz aviasiyasının kiçik ölçülü və qiyməti ucuz döyüş sursatlarına ehtiyacını açıqladı. Hesab edilirdi ki, yüngül və orta PUA kəşfiyyat məsələlərini yerinə yetirməklə yanaşı, yerüstü hədəflərə zərbə endirmək üçün idarə olunan döyüş sursatına malik olmalıdır. Bununla belə, mini idarəolunan bom‐balar PUA‐lara düşmənin canlı qüvvəsini və ya zirehsiz texnikasını məhv etməyə imkan verməli idi. Tək‐liflərə qısa zamanda reaksiya verən bütün aparıcı raket istehsalçıları kiçik kalibrli idarəolunan raket layihələrini təqdim etdilər. Qiymətin ucuz, çəkinin yüngülləşdirilməsinə nail olmaq üçün istehsalçılar ağır raket mühərriklərin‐dən imtina etmək məcburiyyətində qaldılar. ABŞ‑ın STM “Pyros” sursatı ilə ilk addımı Bu kontekstdə yeni sinfin ilk tədarüklərindən biri ABŞ‐ın “Raytheon” şirkətinin PUA‐lar üçün hazırladığı “Pyros” adlı idarə olunan döyüş sursatı idi. İlkin mərhələdə layihə STM (Small Tactical Munition) kiçik taktik döyüş sursatı adını daşıyırdı və texniki tap‐şırığa əsasən, sursatının maksimum çəkisi 6‐7 kiloqramı ötməməli, maksi‐mum uzunluq 2 fut (təxminən 60 san‐timetr) ilə məhdudlaşmalı idi. 28 www.poliqon.az ? Zaur Babaşov Günümüzdə pilotsuz uçuş aparatlarının (PUA) istifadəçilərinin sayı artmaqda və bu proses müxtəlif coğrafiyalara doğru genişlənməkdə davam edir. Döyüş PUA‑larının istehsalçılarının və operatorlarının artması özü ilə birgə yeni ehtiyaclar da meydana çıxarır. Bunlardan da birincisi və həlli mühümü PUA‑lar üçün idarə olunan yüksək dəqiqlikli döyüş sursatlarının miniPUA‑larınyaradılmasıdır.ağıllısursatları

“Alliant

zamanı 1545 metr hündürlükdən AAI RQ‐7 “Shadow” PUA‐dan atılıb. Təx‐minən 500 km/saat sürətlə hədəfə yönələn döyüş sursatı hədəfi yüksək dəqiqliklə (0,2 metr yayınmaqla) vurub.

çəkisi

iki

çəkisinin

29 SABER STM “Pyros”

əsasında

Direct

“Raytheon” şirkətinin mütəxəssisləri 2010‐cu ilin payızında uzunluğu 56 SM, çəkisi təxminən 5.4 kq təşkil edən STM “Phase I” sursatının sınaqlarını keçirdi. Bütün aqreqatları silindrik korpusda quraşdırılan sursat X‐formalı qanadlar və 4 stabilizator ilə təchiz olunub. Raket hədəfə yarıaktiv lazer və GPS vasitəsi ilə yönəlir. Seriyalı istehsala “Pyros” adıyla başlayan sursatın ümumi quruluşu və qabaritləri əvvəlki kimi qalsa da, çəkisi 6 kq‐a qədər ağırlaşıb. 3.2 kq ağırlığında qəlpə‐fuqas döyüş başlığı daşıyan döyüş sursatının proqramlaşdırma vasitəsi ilə hədəfin üzərində müəyyən edilmiş hündürlük‐də partladılması mümkündür. “Pyros” yüngül və orta PUA‐lardan başqa, ağır sinif aparatların da silahlanmasına daxil edilə bilər. Bu halda, MQ‐9 “Reaper” PUA bir AGM‐114 “Hellfire” raketinin yerinə, 7–8 “Pyros” bomba daşıya bilir və bu da PUA‐nın bir uçuşda çox sayda hədəfə qarşı istifadəsinə imkanlar yaradır. MBDA‑dan SABER sursatı MBDA Missile Systems şirkətinin ABŞ‐dakı MBDA törəmə müəssisəsində 2010‐cu ildə şirkətin maliyyəsi ilə PUA‐lar üçün lazer+GPS/INS dəstəkli idarəolunan mini sursatlar hazırlanıb. SABER adlı döyüş sursatı müş‐tərinin tələblərinə uyğun olaraq raket və ya süzən sursat (kamikadze PUA) kimi konfiqurasiya edilə bilər. “Blast‐Frag” ikili rejimli döyüş başlığı istifadə edir. SABER yarı aktiv lazer aramalı və atış platformasının isti‐qamətindən asılı olmayaraq sursatın oxdan kənarda uçmasına imkan verən GPS/INS orta kurs naviqasiyasından istifadə edir. SABER “insan dövrəsinə” nəzarət etməyə imkan verən data‐link kommunikasiyaları ilə TV/İQ sensorun‐dan istifadə edən alternativ arayıcıdan istifadə edə bilər. Ötən müddət ərzində MBDA‐nın SABER uzaq məsafəli idarə olunan aviasiya raketinin 4.5 kq‐dan 13.6 kq‐dək fərqli ölçülərdə nümunələri hazır‐lanaraq sınaqlardan çıxarılıb. GPS/INS və yarıaktiv lazer başlığa, yığılan qanadlara malik SABER raketinin texniki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil. “Shadow Hawk” PUA sursatı Pentaqonun təklifi əsasında “Lockheed Martin” korporasiyası tərə‐findən ha‐ zırlanmış “Shadow Hawk” mini qabaritli idarə olunan aviasiya raketinin ilk sınaq‐ ları 2012‐ci il mart ayında Yuta ştatındakı Daquey poli‐qonunda keçirilib. “Shadow Hawk” idarə olunan döyüş sursatı sınaqlar Qeyd edək ki, adıçəkilən döyüş sursatının hədəfdən sapması 1 metdən çox deyil. Lazer yönləndirməli 69 mm‐lik “Shadow Hawk” raketi 11 funt (4.9 kq) çəkiyə malikdir. Yüngül və orta çəkili PUA‐ların silahlandırılması üçün nəzərdə tutulan raketin quyruq hissə‐sində açılan X‐formalı qanadları, sət‐hində idarəetmə çarxları, ön hissəsində özü tuşlanan lazer və idarəetmə bloku yer alır. 2014‐cü ilə qədər “Shadow Hawk” aviasiya raketinin sınaqlarını tamamlayan “Lockheed Martin” şirkəti hazırda ABŞ və başqa ölkələrin silahlı qüvvələrinə öz məhsullarını tədarük edir. “Shadow Hawk” layihəsi üçün təqdimat materialları, “Raytheon” şirkətinin “Pyros” bomba iddiasında olduğu kimi, eyni dəlilləri özündə əks etdirir. Yeni bombaların yüngül və orta ölçülü PUA‐lara yalnız kəşfiyyat və zərbə əməiyyatları üçün deyil, həm də geniş diapazonlu missiyanın həyata keçirilməsini asan və ucuz olaraq həll etməyə imkan verir. “Hatchet” ağıllı sursatı Techsystems” (ATK) şirkətinin 2012‐ci ildə təqdim etdiyi PUA‐lar üçün “Hatchet” adlı yeni ultra‐kiçik aviasiya bombası Amerikada mövcud olan analoqlarından qabarit və daha kiçik olması ilə fərqlənir. (Joint Attack Munition) hazırlanan sursatın təxminən 3.2 kq civarındadır. Bombanın versiyası mövcuddur. Onlardan biri

JDAM

ATK

Bomba maraqlı aerodinamik görünüşə malikdir. 60 mm çaplı bombaya üçbucaq formalı qat‐lanan 3 qanad, quyruq hissəsində uzadıla bilən 3 idarəetmə mexanizmi quraşdırılıb. “Hatchet” bombasının qanadları nazik polimer materialdan hazırlanıb. PUA‐nın qanadının və ya gövdəsinin altından asılması üçün sur‐sat xüsusi konteynerə erləşdirilir. Bombanın konteynerdən çıxışından sonra idarəetmə mexanizmləri açılır və sursat hədəfə yönəlir. Bundan sonra hədəf aşkarlayıcılar hərəkətə gətirilir. Hədəf aşkar edildikdən sonra uçuşa nəzarət etmə prosessoru lazımlı mə‐lumatları verir və hədəfə dəqiq av‐tomatik tuşlamanı təmin edir. “Hatchet”in şəhər və yaşayış məs‐kənlərində tətbiqi daha effektiv hesab edilir. Yeni bombanın dəqiqliyi hər hansı binanın istənilən otağını vurmağa imkanMütəxəssislərinverir. sözlərinə görə, “Hatchet” RQ‐7 “Shadow” kimi kiçik və yüngül PUA‐larla yanaşı, 40 saatdan çox əməliyyat imkanları olan orta və ağır PUA‐ları lazımi sursatla təmin edəcək. 2013‐cü ildə sursatın konstruktor işlərini başa çatdıran şirkət 2014‐cü ildə onun sınaqlarına başlayıb. 2018‐ci ilin sonuna qədər müxtəlif PUA‐lar üzərində sınaqdan keçirilmiş döyüş sursatı, daha sonra ABŞ Dəniz Piyada Qoşunları is‐tismar olunan PUA‐lara sinfin AGM‐114 “Hellfire” raketinin əvəzinə 24 ədəd “Hatchet” inteqrasiya etmək olar. FF‑LMM “Fury” Pentaqonun Lethal Miniature Aer‐ial Munition System proqramı çər‐çivəsində ABŞ‐ın “Textron Defense Systems” şirkətinin Fransanın “Thales” şirkəti ilə birlikdə hazırladığı 5.8 kq ağırlığa malik FF‐LMM “Fury” adlı idarəolunan döyüş sursatı 1.4 kq döyüş başlığına, kombinə edilmiş GPS/İNS və özütuşlanan yarıaktiv lazer başlığa ma‐likdir. Uzunluğu 68 sm, diametri 7.5 sm təşkil edən sursat rəqibin sığınacaq‐larına, zirehsiz nəqliyyat vasitələrinə, sabit və hərəkətdə olan hədəflərinə, o cümlədən canlı qüvvəsinə qarşı nəzərdə tutulub. 2014‐cü ilin avqust ayında “Shadow 200” PUA ilə “Fury”nin ilk sınaqları keçirilib. 2016‐cı ilin aprel ayında PUA‐dan 8000 metr hündür‐lükdən sərbəst buraxılan sursat hədəf‐ləri vuraraq yüksək dəqiqlik nümayiş etdirib. Mütəxəssislərin hesablama‐larına görə, MQ‐1 “Predator” kimi bir PUA dörd “Hellfire” raketi və 12 “Fury” raketi daşıya bilər. Türkiyənin MAM ailəsi Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən Mini Ağıllı Sursat (MAM) lazerlə idarə olunan ağıllı sursat ailəsidir. MAM pilotsuz uçuş aparatları (PUA), yüngül hücum təyyarələri və aşağı çəkili faydalı yük daşıyan hava platformaları üçün “hava‐yer” tipli missiyalarda istifadə üçün hazır‐lanıb. MAM seriyalı ağıllı bombalar həm sabit, həm də hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmaq (angaje) qabiliyyətinə malikdir. MAM sursat ailəsinin yarı aktiv lazerlə idarə olunan, GPS və INS əsaslı tuşla‐ma/manevr imkanlarına malik MAM‐C, MAM‐L və MAM‐T adlı 3 müxtəlif ver‐siyasıROKETSAN‐ınmövcuddur. L‐UMTAS tank əleyhinə idarə olunan raketin əsasında yaradılmış MAM‐L lazer tuşlamalı mini qabaritli döyüş sursatı faktiki olaraq L‐UMTAS‐ın qabaritləri yığcamlaşdırılmış versiyasıdır. Diametri 160 mm təşkil edən MAM‐L raketinin uzunluğu 1 metr, kütləsi 22,5 kq, döyüş başlığı isə 10 kq‐dır. MAM‐L sursatları yüngül sığınacaq, zirehsiz nəqliyyat vasitələri, radarlar və canlı qüvvəyə qarşı tətbiq olunur. Sursatın qəlpəli‐fuqas döyüş başlığının məhvetmə radiusu 25 metrdən böyükdür. Raketin effektiv atış məsafəsi isə L‐UMTAS‐da olduğu kimi 8 km‐dır. Lakin L‐UMTAS‐dan fərqli olaraq MAM‐L‐də mühərrik mövcud deyil. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, bu mini döyüş sursatının PUA‐larla yanaşı, yüngül döyüş təyyarələrinə inteqrasiyası da mümkündür. Müxtəlif PUA‐lar üzərində 2015–2017‐ci illərdə keçirilmiş atış sınaqlarında MAM‐L sursatı ilə 2×2 metr ölçülü hədəfin 8 km məsafədən yüksək dəqiqliklə məhv edilməsi mümkün olub. Sınaqlar zamanı raketin atışı təxminən 5 km yüksəklikdən həyata keçirilib. PUA‐lar üçün dəqiq döyüş sur‐satlarının yaradılması istiqamətində 30 www.poliqon.az “Hatchet” FF‑LMM “Fury”

ATK

və Hərbi Hava Qüvvələrinin silahlanmasına verilib. Şirkət mütəxəs‐sisləri hesab edirlər ki, sursat PUA‐ların döyüş komplektini əhəmiyyətli dərə‐cədə genişləndirə bilər. Hazırda

GPS peyk naviqasiya sistemindən siqnalları qəbul edərək hədəfə yönəlir. Digəri isə İNS naviqasiya və ön hissədə yerləşən yarıaktiv lazer avtomatik tuşlanan başlıq istifadə edir. Öz sin‐finin digər sursatları kimi, ATK “Hatchet” düşmə‐nin canlı qüvvəsini və zirehsiz texni‐kasını məhv edə bilən başlığıqəlpəli‐fuqasyüngüldöyüşilətəchizolunub.

Türkiyənin “Baykar” şirkətlərinin isteh‐salı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şir‐kətinin “Karayel”, habelə TUSAŞ şir‐kətinin “Anka”, “Aksungur” taktik PUA‐larının və “Hürkuş” yeni nəsil təlim‐döyüş təyyarəsinin silahlan‐masında yer ROKETSANalır.şirkəti bu günə qədər 5000 ədəddən çox MAM ağıllı sursatı istehsal edərək sifarişçilərə təhvil verib. 31 MAM‑L MAM‑T

aktiv araşdıramalar və yaradılma işləri aparan ROKETSAN şirkəti 2016‐cı ildə 70 mm‐ lik “Cirit” lazer yönləndirməli idarə olunan raketin MAM‐C adlı PUA‐lardan atış üçün nəzərdə tutulan yeni konfiqurasiyanı hazırlayıb. Mövcud “Cirit”dən ölçüsünə görə daha kiçik olan MAM‐C ümumi xüsusiyyətlərini qoruyub saxlayıb. Son texnologiyalar və müasir tələblər nəzərə alınmaqla ya‐radılmış bu raket çox məqsədli (zireh dəlici, termobarik, anti‐personal və yanğın törədici) döyüş başlığı ilə təchiz oluna bilir. MAM‐C sursatları PUA‐larla yanaşı yüngül hücum təyyarələri üçün də maliyyət baxımından uyğun bir həll olaraq önə çıxır. MAM‐C atış hün‐dürlüyündən asılı olaraq 8 kilo‐metrədək məsafədə yerləşən hədəflərə qarşı effektiv tətbiq oluna bilər. MAM‐C sursatı canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələrinə, radar antenalarına, açıq silah mövqeləri kimi qorunmayan hədəflərə qarşı təyi‐natlandırılıb. Yüksək dəqiqliyə sahib olan “hava‐yer” tipli bu raketin uzun‐luğu 80 sm, ağırlığı 6.5 kq, döyüş başlığı isə 2.5 kq təşkil edir. Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA‐lara inteqrasiya edilən MAM‐L 2016‐cı ildən, MAM‐C isə 2018‐ci ildən indiyə qədər əməliyyat‐larda uğurla istifadə olunur. daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM‐T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM‐T 30 km‐dən artıq mənzilə sahibdir. MAM‐T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib. Müxtəlif PUA‐lardan atıla bilən MAM‐T sursatı ilə suüstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM‐T Blok‐1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. MAM‐T sursatının ilk atış testi 2021‐ci il aprel ayının 22‐də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olunub. “Bayraktar Akıncı” PUA‐dan atılan MAM‐C, MAM‐L və ilk dəfə istifadə edilən MAM‐T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vura bilib. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat GPS və INS naviqasiya sistemi ilə dəstəklənə bilən yarı aktiv lazer arayıcı başlıq (LAB) ilə təchiz edilib. ROKETSAN şirkəti tərəfindən 2021‐ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM‐T ağıllı sursatı ilk dəfə IDEF‐2021 sərgisində geniş ictimaiyyətə nümayiş etdirilib. MAM‐T aviasiya sursatının ilk partiyası 2022‐ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. MAM ailəsinin digər üzvlərində olduğu kimi MAM‐T‐nin də əhəmiyyətli ixracat “Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM‐T sursatı digər PUA‐lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya ediləcək. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM‐T sursatı PUA‐larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.Hazırda MAM ağıllı sursatları

Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqliyinə sahib MAM‐L və MAM‐C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir. MAM‑T PUA‑lara yeni nəfəs gətirir MAM ailəsinin ən böyük və ən yeni üzvü MAM‐T sursatıdır. ROKETSAN MAM‐L və MAM‐C aviasiya sursat‐larının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və

44 günlük Vətən Müharibəsində MAM sursatı ilə düşmən tankının vurulma anı

MAM Azərbaycanın zəfərində kritik rol oynadı Türkiyənin ROKETSAN şirkəti bu günün və gələcəyin müharibələrinin doğurduğu ehtiyacları nəzərə alaraq yaratdığı Mini Ağıllı Sursat (MAM) ailəsi sahib olduqları texnologiyalardan əlavə müharibə təcrübəsi ilə də rəqiblərini üstələyir.ROKETSAN‐ın açıqlamasına görə, başda PUA‐lar olmaqla, yüngül faydalı yük daşıma tutumu olan hava platformalarının effektivliyini artıran Mini Ağıllı Sursat ailəsi Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında ROKETSAN‐ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan MAM Avropa və NOTO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. Bu gün MAM sursatları Türkiyə və Azərbaycan ilə yanaşı Qatar, Ukrayna, Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya kimi ölkələrin silahlanmasında yer alır. Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub. Bundan əvvəl, Türkiyə Silahlı Qüvvələri 24 avqust 2016‐cı il tarixində “Fırat Qalxanı”, 2018‐ci ilin yanvar‐mart aylarında “Zeytun Budağı” əmliyyat‐larında adıçəkilən sursatları Suriyada real döyüş sahəsində sınaqdan keçirmək imkanı qazanmışdır. Türkiyə Müdafiə Sənayesi Başkanlığının (SSB) rəsmi sosial media hesabında yaydığı məlumata görə, “Bayrakdar TB2” PUA‐ları “Zeytun Budağı” əməliyyatında ilk dəfə olaraq MAM‐L sursatının zirehdələn döyüş başlığına malik versiyalarından da atışlar həyata keçirib. Eyni zamanda qəlpəli‐fuqas döyüş başlıqlı MAM‐L raketləri havada partlayış mexanizmi ilə istifadə olunub. Əməliyyatlar zamanı hədəf tipinə uyğun istifadə olunan döyüş başlıqları ilə yüngül qurğular, zirehli maşınlar, radar antenləri, silah mövqeləri kimi müm‐kün hədəflərə qarşı effektiv nəticələr əldə olunub və hədəflərin hamısı yüksək dəqiqliklə vurulub. Bundan başqa, MAM ağıllı sursatlarından Türkiyə Silahlı Qüv‐vələrinin 2019‐cu ildə Suriyada başlatdığı PKK/PYD və DAEŞ terror təşkilatlarını hədəf alan “Barış Pınarı” əməliyyatı, 2020‐ci ildə Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı “Bahar Qalxanı” əməliyyatı, 2020‐ci ildə İraqın şimalında “Pənçə” əməliyyatında uğurla tətbiq edilib. Habelə 2021‐ci ilin əvvəlindən bu günə kimi Rusya‐Ukrayna müharibəsində geniş istifadə edilir.

Dünyada ən populyar Çin sur‑ satları Çin müdafiə sənayesi şirkətləri tərəfindən PUA‐ların və yüngül hücum‐kəşfiyyat təyyarələrinin silahlan‐dırılması üçün lazer və GPS yönlən‐dirməli döyüş sursatları yaradılıb. Çin istehsalı olan bu döyüş sursatları Pakistan və Nigeriya Silahlı Qüvvələri tərəfindən terrorçulara qarşı əmə‐liyyatlarda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri tərəfindən Yəməndə, İraq və Misir Hərbi Hava Qüvvələri tərəfindən ölkə ərazisində İŞİD‐ə qarşı döyüş əməliyyatlarında geniş istifadə edilib. Müharibə teatrlarında praktik istifadə edilən Çin sursatları dünyada ən populyar PUA sursatlardan hesab edilir. Çinin NORİNCO korporasiyası tərəfindən PUA‐lar üçün hazırlanan AR‐1 mini ölçülü raketi NORİNCO‐nun HJ‐10 (“Red Arrow‐10”) tank əleyhinə döyüş sursatının bazasında yaradılıb. İlk nümunəsi 2008‐ci ildə Çinin Zhuhai şəhərində keçirilmiş “Zhuhai Airshow‐2008” beynəlxalq aviasiya sərgisində nümayiş etdirilən AR‐1 sursatı CH‐3 və digər döyüş PUA‐nın silahlandırılması üçün nəzərdə tutulub. AR‐1 bəzi istisnalarla xarici görünüşcə HJ/AKD‐10 aviasiya raketinə bənzəyir. İstehsalçı şirkətin açıqlamasına görə, AR‐1 raketi TV kamera, IMIR və yarıaktiv lazer yönləndirməli bir neçə arayıcı başlıqla təchiz oluna bilir. Sursat INS/GPS naviqasiyasına ma‐likdir. 1.1 Mach sürətə malik döyüş sursatının çəkisi 45 kq, döyüş başlığı 10 kq təşkil edir. AR‐1 düşmənin şəxsi heyətinə, zirehli texnikalara və kiçik gəmilərə qədər müxtəlif hədəflərə qarşı istifadə edilə bilər. Çin Silahlı Qüvvələrinin inventarına daxil edilən AR‐1 döyüş sursatlarının Pakistan, Misir və Nigeriyaya ixracı da həyata keçirilib. Nigeriya Hərbi Hava Qüv‐vələrinin 2014‐cü ildə Çindən aldığı CASC CH‐3 “Rainbow” PUA‐ları ilə ölkənin şimal‐şərqində terroristlərə qarşı keçirilmiş əməliyyatlar zamanı AR‐1 idarəolunan sursatlardan istifadə edildiyinə dair faktlar mövcuddur. Qeyd edək ki, Pakistanın da silahlan‐dırılmasında yer alan CH‐3 döyüş PUA‐sı iki tip idarə olunan döyüş sursatı daşıya bilir. Bunlardan biri AR‐1, digəri peyk naviqasiyası ilə idarə olunan FT‐10/25 tipli kiçik qabaritli idarə olunan aviasiya bombasıdır. Bundan başqa, Misir Hərbi Hava Qüvvələri 2015‐ci ildə Çindən aldığı ASN‐209, CH‐5 və “Wing 32 www.poliqon.az

Loong” PUA‐larını AR‐1 idarəolunan raketlərlə silahlandırıb. Çinin CAAA (China Academy of Aerospace Aerodynamics) təşkilatının AR‐1 raketinin bazasında hazırladığı AR‐2 idarəolunan aviasiya raketi sələfinə nisbətən daha yüngül və yaxınmənzillidir. Yarı‐aktiv özütuşlanan lazer başlığa malik AR‐2 raketinin çəkisi 20 kq, döyüş hissəsi 5 kq, sürəti 735 km/saat, atış məsafəsi 8 km təşkil edir. CH sinifli PUA‐ların silahlanması üçün nəzərdə tutulan bu raketi AG‐ M‐114 “Helifire” ilə müqayisə edən istehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, hazırda AR‐2‐nin ən böyük rəqibləri ABŞ‐ın AGM‐176 “Griffin”, Fransanın “Lightweight Multirole Mis‐sile” və İsrailin “Whip Shot” raketləridir. Qiymətinin ucuz olması və müxtəlif növ PUA‐lara inteqrasiya edilə bilməsi bu raketə son illər böyük tələblər meydana çıxarıb.Adıçəkilən raketlərdən başqa, Çin müdafiə sənayesi təşkilatları PUA‐larda istifadə üçün kiçik qabaritli çox sayda döyüş sursatları hazırlayıb. Bunlardan KD1, KD2, LMD‐002, LMD‐003, “Sky Arrow”, “Sky Arrow 90”, TBI, ZD1 idarəolunan döyüş sursatlarını gös‐tərmək olar. LMD‐002 və LMD‐003 (“Lei Ming”) raketlərinin çəkisi 5 kq, maksimum atış məsafəsi 4.2 km təşkil edir. Eyni aerodinamik dizayna malik olan hər iki model mikro turbojet mühərrik ilə təchiz olunub. Modellər arasındakı fərq yalnız idarəetmə sistemindədir. LMD‐002 televiziya kamerası, LMD‐003 isə yarıaktiv lazerlə idarə olunur. AD200W “Blue Eagle” PUA‐ya inteqrasiya olunan “Sky Arrow” sursatı LMD‐002 və LMD‐003‐dən daha yüngüldür. TV kamera ilə idarə olunan “Sky Arrow”un çəkisi 3 kq, maksimum atış məsafəsi 3.2 km təşkil edir. “Sky Arrow”un yeni modifikasiyası olan “Sky Arrow 90” sələfindən qabarit ölçülərinə görə tamamilə fərqlənir. NORINCO şirkətinə daxil olan “Harbin Jiancheng Group” zavodunda hazır‐lanan “Sky Arrow 90” PUA‐larla yanaşı, yüngül döyüş təyyarəsində də istifadə oluna bilir. “Sky Arrow 90” müxtəlif növ döyüş başlıqlarına malik sursatın mak‐simum sürətləri 2 Mach, uzunluğu 1.25 metr, kalibri 90 mm, çəkisi 17 kiloqram, maksimum atış məsafəsi 8 km‐dır. İran nümunələri İranın yerli müdafiə sənayesi müəs‐sisələri tərəfindən Silahlı Qüvvələrin ehtiyacını qarşılamaq məqsədi ilə PUA‐lar üçün kiçik qabaritli döyüş sursatlarının hazırlanması istiqamə‐tində ciddi layihələr həyata keçirilir. İran layihələri təqdimatlardan görün‐düyü qədər heç də sıfırdan hazır‐lanmayıb və başqa sözlə ifadə etsək, Türkiyə və Çində olduğu kimi, mövcud döyüş sursatlarının PUA‐lara uyğunlaşdırılması sayıla bilər. İranın 2018‐ci ildə nümayiş et‐dirdiyi “Camarat” və 2019‐cu ilin fevral ayının əvvəlində təqdimatını keçirdiyi “Əhbar” adlı yüngül idarə olunan avi‐asiya döyüş sursatının taktiki‐texniki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil. Pilotsuz uçuş aparatları, helikopter və avtojirlərdə istifadə üçün nəzərdə tutulan 125 mm çaplı “Cama‐rat” idarə olunan aviasiya raketinin çəkisi 15 kq, uzunluğu 1 metrdir. Raket GPS/AHRS (Attitude and Heading Refe‐rence System) naviqasiyasına malikdir. Uçuşa aerodinamik nəzarət və elektro‐mexaniki dəqiqləşdirmə sistemi vasi‐təsi ilə nəzarət olunur. İran mediasında yer alan məlumatlara görə, İslam İnqilabı Keşişçiləri Korpusu tərəfindən keçirilən sınaqlar zamanı 500 metr hündürlükdən buraxılan “Camarat” 6 km məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Raketin hədəfdən yayınması 10 metrədəkdir. “Əhbar” raketinin isə uçuş uzaqlığının 30 kilometrədək olduğu bildirilir. Mikro mühərriki olan “Əhbar”ın uzunluğu 1.7 metr, kalibri 13 mm, çəkisi 27 kq, döyüş başlığı 7 kq, maksimum sürəti 600 km/saatdır. Rusiya da PUA sursatlarının istehsalına başlayıb Rusiyanın “Kronshtadt” şirkəti 2020‐ci ilin 23‐29 avqust tarixlərində Moskva yaxınlığındakı Kubinkada keçirilən “Ordu 2020” müdafiə sər‐gisində pilotsuz uçuş aparatları (PUA) üçün yeni mini sursatlar seriyasını nümayiş etdirib. “Orion” taktiki kəş‐fiyyat PUA ilə birlikdə nümayiş etdirilən sursatlar 20‐100 kq‐lıq çəkilərdə olub. 33 AR‑1 və AR‑2 sursatları

Bildirilib ki, ilk dəfə geniş icti‐maiyyətə təqdim olunan PUA sursatları Rusiyanın Taktik Raket Korporasiyası (KTRV) və Kimya Maşınqayırma Elmi‐Tədqiqat İnstitutu (TsNIIKhM) daxil ol‐maqla bir neçə şirkət tərəfindən hazırlanıb.“TsNIIKhM”‐in KB‐20 indeksli idarə olunan aviasiya bombasının kütləsi 21 kq təşkil edir. 2019‐cu ildə yaradılan KB‐20 ağıllı sursatı 7 kq HE‐FRAG döyüş başlığı və peyk qəbuledicisi və ya lazer yönləndirmə qurğusu ilə komplektləşdirilib. Uzunluğu 900 mm, diametri 130 mm və qanadları 350 mm‐dir. Sursat düşmənin şəxsi heyətini və zirehsiz hədəflərini vurmaq üçün nəzərdəKTRV‐nintutulub.baş direktoru Boris Ob‐nosov jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyin şirkət tərfindən PUA‐lar üçün yeni raketlər və bombalar hazırlanır, habelə mövcud olanları təkmilləşdirilir. Onun sözlərinə görə, KTRV hazırda PUA bazarı üçün kütləsi 50‐100 kq olan ağıllı sursatların inkişaf etdirilməsi üzərində işləyir. Di‐rektor KTRV “Kronshtadt” şirkəti və “Sukhoi” Dizayn Bürosu ilə birlikdə PUA‐lar üçün yeni ağıllı sursatlar dizayn edib hazırladıqlarını deyib. KTRV tərəfindən hazırlanan 50 kq‐lıq KH‐50 idarə olunan sursatın uzunluğu 1,8 m, diametri 180 mm‐dir. Sursat 300 mm‐lik qanadlara malikdir və 10‐20 kq HE‐FRAG döyüş başlığı daşıyır. PUA sursatları Cənubi Afrika Respublikasının “Denel Dynamics” şirkəti öz raket port‐felini yeni silah sistemlərilə, o cümlədən PUA‐lar üçün “Impi” və “Impi‐S” raketləri, P2 döyüş sursatları ilə genişləndirir.Həm“Ingwe”, həm də “Mokopa” raketlərinin təcrübəsindən istifadə edərək, “Denel Dynamics” öz imkanları hesabına daha yüngül çəkili “İmpi” və “İmpi‐S” raketlərini hazırlayıb. Onlar helikopterlər və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla daha kiçik və yüngül təyyarələr üçün nəzərdə tutulub. Kütləsi 15 kq (33 lb) olan “İmpi‐S” inersial/yarı aktiv lazerlə idarə olunur və 6 km (3.7 mil) atış məsa‐fəsinə malikdir. O, 100 km/saat (saatda 62 mil) sürətlə hərəkət edən hədəfi vura bilir. “İmpi” bir qədər böyükdür: döyüş başlığı ilə kütləsi 25 kq (55 lb) və atış uzaqlığı 6 km‐dən (3.7 mil) çoxdur. “Denel Dynamics” bu sursatları özünün “Seeker 400” PUA‐ları üzərinə inte‐qrasiya edərək təklif edir. “Denel Dynamics” həmçinin “Tawazun Dynamics” şirkətinin sifarişi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin invertarında yer alan “Seeker 200” PUA‐larında istifadə üçün P2 (“Project 2”) aşağı qiymətli, orta mənzilli dəqiq idarə olunan sursat hazırlayıb. P2 sursatı BƏƏ ilə istehsalçı şirkət arasında 2015‐ci ilin sentyabr ayınada imzalanmış müqavilə əsasında 18 ay ərzində dizayn və hazırlanma prosesi keçib. 2017‐ci ildə sınaqları tamamlanan P2 sursatı BƏƏ‐nin “Seeker 400” PUA‐larına inteqrasiya edilib. Kütləsi 14 kq (30 lb) təşkil edən P2 sursatı aktiv lazer / GPS yönətiminə Nəticəmalikdir.olaraq deyə bilərik ki, bu gün hücum qabiliyyətinə malik silahlı PUA sistemləri digər PUA sistemlərindən daha populyardır. Bunun səbəbi, reaktiv təyyarələr və hücum helikopterləri ilə müqayisədə onların nisbətən aşağı qiyməti ilə izah edilə bilər. Xüsusilə reaktiv təyyarələrin yanacağı, daşıdığı sursatın iqtisadi yükü və texniki xidmət xərcləri kifayət qədər yüksəkdir. Dünyada həm silahlı PUA sistemləri, həm də PUA üçün sursat is‐tehsal edə bilən ölkələrin sayı azdır. Ağıllı bombaların bu yeni növü aviasiya silah sənayesində inqilab etmək potensialına malikdir. Lakin bu texnologiya hələ erkən dövrdədir və or‐taya qoyulmuş sistemlər hazırda inkişaf mərhələsini yaşayır. PQ 34 www.poliqon.az “Impi” KB‑20

silahlarınqələbəsindəADEX‑2022ordumuzunmüstəsnaroloynayanmüasirəhəmiyyətinigöstərəcək Babaşov Sentyabr ayının 6‑dan 8‑dək Bakı şəhəri dördüncü dəfə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edəcək.

– ADEX sərgisi hərbi sənayenin bütün sahələrini əhatə edir. Burada zirehli döyüş maşınları, aviasiya vasitələri, radioelektron mübarizə sistemləri, pilotsuz sistemlər, habelə silah, sursat, hərbi geyimlər və s. nümayiş etdiriləcək. Hava hücumdan müdafiə sistemləri ilə bağlı yeniliklər olacaq. Eyni zamanda atıcı silahlarla bağlı da çox maraqlı nümunələr təqdim olunacaq. Bu gün Azərbaycan üçün çox aktual olan ərazilərin minalardan təmizlənməsi üçün sistemlər, habelə pilotsuz uçuş aparatları (PUA) sahəsində də yeniliklər nəzərdəSərgidətutulub.nümayiş olunacaq yeni məhsullar arasında Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən “Revival P1” piyada əleyhinə mina təmizləyən texnika, “Revival T1” tank əleyhinə mina təmizləyən maşın, “Revival S1” mina aşkar edən robot, zirehləndirilmiş ağır texnika təqdim olunacaq. Habelə, İsrailin “Aeronautics Group” şirkəti UHP tipli yeni pilotsuz uçuş aparatını, “Rafael Advanced Defence Systems” şirkəti 6‐cı nəsil “Spike NLOS” raketlərini təqdimTürkiyəninedəcək. CANİK şirkəti özünün davamlı və aşağı dispersiyaya malik ağır pulemyotunu, habelə tapança hissələri və aksesuarlarını, taktiki geyimlərni nümayiş etdirəcək... – ADEX‑2022 sərgisi çərçivəsində keçiriləcək seminar və təqdimatlar əsasən hansı mövzuları əhatə edəcək?

? Zaur

Artıq “ADEX‑2022” sərgisinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Rəsmi media tərəfdaşı olaraq, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə ilə müsahibəmizdə “ADEX‑2022” sərgisinin hazırlıq işlərinə, sərginin formatındakı yeniliklərə nəzər salmağa çalışdıq.

– Bəhruz bəy, “ADEX‑2022” sərgisinin başlanmasına sayılı günlər qalıb. Sərgiyə hazırlıq prosesi necə gedir? – Sərgiyə intensiv şəkildə hazırlıq gedir. Artıq “ADEX‐2022” sərgisinin iştirakçıları öz stendlərini hazırlayır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu il “ADEX” sərgisinə əvvəlki illərdə keçirilmiş sərgilərdən daha çox maraq müşahidə edirik. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir. Sərginin təşkilində yer aldığımız üçün qurur duyuruq.

– ADEX sərgisi hansı istiqamətləri əhatə edir, sərgidə əsas diqqəti cəlb edən yeniliklər hansılar olacaq?

– Geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4‐cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra tematik sessiyalar, o cümlədən pilotsuz sistemlər, zirehli döyüş nəqliyyat vasitələri, hərbi tibb sahəsində innovasiyalar, atıcı silahlar mövzularında çıxışlar və müzakirələr aparı‐lacaqdır.Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda panel müzakirəsi baş tutacaq. Panel müzakirəsi, həm bu sahədəki əsas müvafiq qurumların, həm də müasir texnologiyalar təklif edən müəssisələrin iştirakı ilə keçiriləcək. Əlavə olaraq, sərgidə Hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək. Tədbir çərçivəsində “Vision‐2022 Azərbaycan Müdafiə sənayesi kompleksinin gələcəyi” adlı layihənin keçirilməsi də nəzərdə tutulur. Layihənin məqsədi gənc ixtiraçıların və 36 www.poliqon.az

– Təşkilatçı olaraq deyə bilərik ki bütün sərgilərimiz bir birindən fərqli sahələri əhatə edir, mühüm çətinliklərlə qarşılaşmırıq, sərgiyə intensiv şəkildə hazırlıq gedir. Onu da qeyd etmək istəyirəm ki, hər bir sərginin təşkilatçılıqla bağlı özünə xas olan xüsusiyyətləri var. Əlbətdə, ADEX sərgisinin hərbi texnika, xüsusi silahlar olması ilə bağlı sözsüz özünəməxsus spesifikası var. Məsələn, silahların öncədən təhlükəsizliyini yoxlamaq kimi bir proses var. Bu incə məqamdır və ADEX sərgisinin xüsusiyyətlərindən biridir. Ümumiyyətlə ADEX sərgisi özü‐özlüyündə çox rəngarəng və böyük stendlərlə seçilən sərgidir. O baxımdan sərginin hazırlıq mərhələsində, oradakı stendlərin qurulması, digər sərgilərə nisbətən daha aktiv davam edir.

marketinqi necə aparılır, hansı media qurumları ilə əməkdaşlıq edirsiniz? – Sərgi həm yerli həm xarici media qurumları tərəfindən dəstəklənir. Belçika, Sinqapur, Rusiya, Türkiyə, Almaniya və Belarusdan media qurumları ilə əməkdaşlıq edirik. Bəhruz bəy, müsahibəyə görə, sizə təşəkkürümüzü bildirir və ADEX‑2022 sərgisinə böyük uğurlar arzulayırıq. Prezident İlham Əliyev ADEX‑2018 sərgisində Belarus milli pavilyonunu ziyarət edərkən

– ADEX‑in ictimaiyyətlə əlaqələri və beynəlxalq

– ADEX sərgisinin qeydiyyat prosesində yeniliklər müşahidə elədik. Ziyarətçilərin sərgiyə qeydiyyatı ilə bağlı nələri söyləyə bilərsiniz, sərgiyə neçə ölkədən nümayəndə heyətlərinin gələcəyi gözlənilir?

müdafiə texnologiyaları istiqamətində çalışan startapçıların öz layihələrini və nailiyyətlərini təqdim etməsi, gənclərlə ölkənin müdafiə sənayesi nazirliyinin istehsalat müəssisələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən digər müəssisələrlə tətbiqi və effektiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Layihə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Təhsil Nazirliyinin müəssisələri və layihələrinin iştirakı ilə baş tutacaqdır. Sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. – Bəhruz bəy, bir qədər də sərginin iştirak coğrafiyasından danışardıq. Sərgiyə neçə yerli və xarici firma qatılır, hansı ölkələr milli pavilyonlarla təmsil olunacaq? – 26 ölkədən 200‐dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Türkiyə, Pakistan, İsrail, Belarus, Rusiya, İran, Qazaxıstan kimi ölkələr milli stendləri ilə iştirak edəcəklər.

hansı texnikaların

təqdim olunacaq.

hücumuna qarşı sistemlər və s. sərginin

– ADEX‑2022 sərgisində iştirak edəcək yerli təşkilat və müəssislərin sayında artım varmı? – Bundan əvvəl, “ADEX” sərgisində ənənvi formada ölkə adına Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri daha çox təmsil olunurdu. Amma bu il Azərbaycan adına bir neçə yeni şirkətin iştirakını görürük. Bunlar arasında “Azərkosmos”, “A2Z technologies”, “İmportex Industries” ilk dəfə “ADEX” sərgisində iştirak edəcək olan yerli şirkətlərdir. Daha bir neçə yeni Azərbaycan şirkəti sərgidə iştirak edəcək. – Sərgi pavilyonu nə qədər sahəni əhatə edir, sərginin açıq ekspozisiyasında nümayişi uçuş aparatları, hava açıq sahəsində

nəzərdə tutulur? – Hərbi maşınlar, pilotsuz

– Ziyarətçilərin sərgiyə qeydiyyatı davam edir. Sərgini ziyarət etmək istəyənlər rəsmi saytımızda qeydiyyatdan keçə bilərlər. O ki, qaldı heyətlərlə bağlı, onu deyə bilərəm ki, bu il də bir çox xarici ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur və gözlənilir. Hal‐hazırda Türkiyə, Gürcüstan, İsrail, İordaniya, Rusiya və digər ölkələrdən heyətlərin gəlməsi ilə bağlı təsdiqləri almışıq. – “Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır. Digər sərgilərdən fərqli olan ADEX Beynəlxalq Müdafiə Sərgisinin təşkili zamanı bir təşkilatçı kimi eksponentlərlə iş zamanı hansı çətinliklərlə qarşılaşırsınız?

ÖLKƏNİN ÇƏKİNDİRİCİ GÜCÜ –ƏMƏLİYYAT‑TAKTİKİ RAKET KOMPLEKSLƏRİ ? Əhəd Əziov Müasir müharibələri əməliyyat‑taktiki raket komplekslərsiz (ƏTRK) təsəvvür etmək çətindir. Artıq dünyanın bir çox ölkələrinin ordularının silahlanmasında bu komplekslər geniş yer tutur. Ümumilikdə əməliyyat‑taktiki raket kompleksi düşmən hədəflərini cəbhə xəttinə nisbətdə 500 km‑ə qədər əməliyyat dərinliyində məhv etmək üçün təyin edilmiş raket silahı növüdür. Bu, taktiki (yaylım atəşli reaktiv sistemlər – YARS) və strateji (yaxın mənzilli ballistik raketlər ‑ YMBR) raket silahları arasında aralıq pilləsidir. ƏTRK XX əsrin sonu və XXI əsrin əvvəllərində bir sıra lokal müharibələr zamanı fəal şəkildə istifadə edilmişdir. Hazırda komplekslərin xüsusiyyətlərini məhdudlaşdıran çoxsaylı beynəlxalq müqavilələr mövcuddur.

çox

İstehsal olunduğu ölkədən asılı olaraq, ƏTRK adətən özüyeriyən və ya yedəyə alınan platformada yerləşdirilmiş daşıyıcı vasitədən, istiqamətləndirici üzərində olan əməliyyat‐taktiki raketdən, nəqletmə‐doldurma avtomobillərində, qoşqularda və ya yarımqoşqularda daşınan raket ehtiyatından, idarəetmə sistemindən, rabitə avadanlıqlarından və xidmət vasitələrindən ibarətdir. Müasir dünyada yüksək dəqiqlikli silahlara maraq davamlı olaraq yüksəkdir. Bu zaman, ƏTRK bazarında Rusiya və ABŞ‐ın mövqeləri güclüdür. Hər iki ölkənin hərbi ixrac portfelində 9K720 “İskəndər‐E” və MGM‐140 ATACMS sistemləri var. İsrail və Çin isə bu iki ölkə ilə rəqabətə hazırdır. Bundan başqa Belarus, İran, Cənubi Koreya və Şimali Koreya da ƏTRK istehsalı istiqamətində müəyyən addımlar atırlar. Hindistan və Pakistan da müəyyən inkişaflar həyata keçirirlər. Qeyd etmək lazımdır ki, ƏTRK çəkindirici güc rolunu yaxşı oynaya bilir, beynəlxalq silah bazarında ona çox böyük tələbat var və bu da vacib bir amildir.

ƏTRK “LORA” əməliyyat‑taktiki raket kompleksi

Rusiya Federasiyası Rusiya istehsalı 9K720 indeksli əməliyyat‐taktiki raket kompleksləri ailəsinə “İskəndər”, “İskəndər‐M”, “İskəndər‐K” və “İskəndər‐E” aiddir. Kompleks Moskva vilayətinin Kolomna şəhərində yerləşən “Maşınqayırma Konstruktor Bürosu” Elmi‐İstehsalat Korporasiyası tərəfindən yaradılıb. “Votkin zavodu” ASC, “Barrikadı” İB və “Lyuberets kənd təsərrüfatı maşın‐qayırma zavodu” tərəfindən istehsal olunur.“İsgəndər” raket komplekslərinin əsas təyinatı düşmənin hava hü‐cumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərini, habelə onların himayə etdiyi mühüm obyektləri məhv etməkdir. “İsgəndər” raket kompleksi Rusiya Federasiyası Silahlı Qüvvələrinin silahlanmasına 2006‐cı ildə qəbul edilib. “İsgəndər” ƏTRK‐nin tərkibi ümumilikdə bir raket briqadasında 51 vahid təşkil edən 6 növ maşın təşkil edir. “İsgəndər‐M” və kompleksləri üçün raketlər eyni özüyeriyən buraxma qurğusundan buraxılsa da, bir‐birindən prinsipial şəkildə“İskəndər‐M”fərqlənir. kompleksi radio‐lokasiya, infraqırmızı və aşkarlama spektrinin digər sahələrində onların görünmə qabiliyyətini azaldan stels texnologiyalı, ayrılan radioelektron mübarizə modullu, RƏM sistemlərindən yan keçmək üçün saxta hədəflərdən istifadə edən və onların qoruduğu obyektləri 500 km‐ə qədər məsafədə məhv edən yüksək hündürlükdə yüksək manevr qabiliyyətinə malik kvaziballistik raketdən istifadə edir. “İsgəndər‐K” versiyasında isə kompleks 6‐7 m hündürlükdə ultra aşağı uçuş marşrutu ilə uçan R‐500 qanadlı raketindən istifadə edir və rəsmi olaraq 500 km uçuş məsafəsinə“İskəndər”malikdir.raketləri çox geniş çeşiddə döyüş başlığından istifadə edə bilir. Əsas döyüş başlıqları bunlardır: sahə hədəflərini, kaponirlərdə gizlədilmiş texnikaları və səngərlərdəki canlı qüvvəni məhv etmək üçün kasset döyüş başlığı; dəmir‐beton bunkerlərdə yerləşən komanda mərkəzlərini məhv etmək üçün betondələn (nüfuzedən) döyüş başlığı; nöqtə hədəflərini məhv etmək üçün qəlpəli‐fuqas döyüş başlığı; döyüş sursatı və yanacaq‐sürtgü materialları anbarlarını məhv etmək üçün fuqas‐yandırıcı döyüş başlığı. Bunlardan başqa “İsgəndər” ƏTRK 50 kilotona qədər gücə malik nüvə döyüş başlıqlı raketlərdən də istifadə edə bilir. “İsgəndər” raketinin ehtimal olunan dairəvi sapması özütuşlama sistemi olmadan 30‐70 metr, özütuşlama sistemi ilə 5‐7 metr təşkil edir. Raketin start kütləsi 3800 kq, döyüş başlığının kütləsi isə 480 kq‐dır. Uçuş trayektoriyasının maksimal hündürlüyü 100 km‐dən çoxdur. Tuşlanma İNS, QLONASS və optik özütuşlama başlığı ilə həyata keçirilir. “İsgəndər” ƏTRK ixracı qadağan edilən məhsullar siyahısındadır. Xarici müştərilər üçün “İskəndər‐M” raketinin “İskəndər‐E” adlı sadələşdirilmiş variantı təklif olunur. Kompleksin sadə‐ləşdirilməsi uçuş məsafəsinin 280 km‐ə qədər azaldılmasına aiddir və tədarük variantlarına özütuşlama elementli kasset döyüş başlıqları daxil deyil. İxrac versiyasında kompleksin uçuş məsafəsinin azaldılması 300 km‐dən çox mənzilli raketlərin ixracının beynəlxalq müqavilələrlə qadağan olunması ilə bağlıdır. Hazırda “İsgəndər” ƏTRK “İsgən‐dər‐M” və “İsgəndər‐K” variantında Rusiya, “İsgəndər‐E” variantında isə Əlcəzair və Ermənistan silahlı qüv‐vələrində silahlanmadadır.

Amerika Birləşmiş Ştatları ABŞ istehsalı MGM‐140 “ATACMS” əməliyyat‐taktiki raket kompleksi istənilən hava şəraitində, günün istənilən vaxtında düşmən müdafiəsinin dərinliklərində yerləşən komanda məntəqələri, raket buraxma qurğuları, hava HHM vasitələri, rabitə qovşaqları, sursat və yanacaq‐sürtgü materialları anbarları kimi nöqtə hədəflərini vurmaq üçün təyin edilib. Raketin buraxılması üçün MLRS yaylım atəşli reaktiv sistemin (YARS) təkmilləşdirilmiş M270 (tırtıllı şassidə iki raket) və М142 “HIMARS” (təkərli şassidə bir raket) buraxma qurğularından istifadə olunur. M270 buraxma qurğusunda 1 ədəd “ATACMS” 39 “İskəndər‐M”

“İsgəndər‐K”

2009–2017‐ci illərdə əməliyyat‐taktiki raket kompleksinin yaradılması istiqamətində mühəndis‐konstruktor işləri yerinə yetirilmişdir. Nəticədə “Roketsan” şirkəti tərəfindən “BORA” ƏTRK ərsəyə gətirilmişdir. Kompleks 2018‐ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlan‐masına qəbul edilib və həmin ildən onun seriyalı istehsalına başlanıb. Bu raket kompleksindən ilk dəfə 2019‐cu il mayın 40 www.poliqon.az ABŞ istehsalı MGM‑140 “ATACMS” “BORA” ƏTRK

raketi və 6 ədəd 227 mm‐lik reaktiv mərmi və ya 2 ədəd “ATACMS” raketi, M142 “HIMARS” buraxma qurğusunda isə yalnız 6 ədəd 227 mm‐lik reaktiv mərmi və ya 1 ədəd “ATACMS” raketi daşına bilir. M142 “HIMARS” daha mobildir, ona görə də onun atəş gücü daha ağır tırtıllı M270 YARS‐dan azdır. “Lockheed Martin Missiles and Fire Control” korporasiyası tərəfindən istehsal olunan kompleks 1990‐cı ilin mart ayında ABŞ Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. Hazırda ƏTRK dörd növ “ATACMS” raketlərindən istifadə edə bilir. Bunlardan yalnız biri (MGM‐168A “ATACMS Block 4A”) qəlpəli‐fuqas döyüş başlığı daşıyır. Digər üç məmulat isə qəlpəli‐fuqas və ya digər subelementli (altsursatlı) kasset döyüş başlıqları ilə təchiz edilib. Sub‐elementlərin sayı növündən və təyinatından asılıdır: məsələn, MGM‐140A raketinin 560 kq‐lıq döyüş başlığında 950 döyüş elementi var, MGM‐164A isə ümumi çəkisi 268 kq olan cəmi 13 ədəd eyni təyinatlı məmulatla raket kompleksi düşmən ərazisinin dərinliklərində infrastruktur elementlərini (dərin‐ləşdirilmiş komanda məntəqələri, rabitə qovşaqları, elektrik stansiyaları, körpülər, sursat və yanacaq anbarları, və s.), HHM batareyalarını və aerodromları məhv etmək üçün həm quru, həm də dəniz platformasından istifadə edilə bilər. Bəzi mənbələrdə bildirilib ki, “LORA” ƏTRK əvvəlcə Hindistanın sifarişi ilə hazırlanıb, lakin sonda o kompleksi almaqdan imtina edib. Sonradan silah‐lanmaya qəbul edilməklə kompleksin ilk sınaqları 2004‐cü ildə həyata keçirilib. LORA bir pilləli bərk yanacaqlı ballistik raketdir. Raketin yerüstü buraxma qurğusundan atış olunur. Raket hermetik nəqletmə‐buraxma konteynerində (NBK) yerləşdirilib və səhra şəraitində 7 ilə qədər saxlanma müddətinə sahibdir. Kompleks daşıyıcı üzərində dörd NBK‐dən ibarət paket şəklində“LORA”daşınır.ƏTRK İsrail və Azərbaycan Respublikasının ordularında silahlanmada yer alıb. Açıq mənbələrin məlumatına əsasən, kompleks 2018‐ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “LORA” ƏTRK 44 günlük Vətən müharibəsinin son günlərində həlledici rol oynayıb. Belə ki, erməni ordusunun Şuşa şəhərində yerləşən qüvvələri gücləndirmək məqsədi ilə istifadə etdiyi, Laçın şəhəri yaxınlığında Həkəri çayının üzərindəki körpünün partladılmasında “LORA” kompleksindən istifadə edilmişdir. Türkiyə Respublikası Öz növbəsində Türkiyədə də

təchiz olunub.Kompleksin AFOM raketlərinin müxtəlif variantları mövcuddur və ya hazırlanma və sınaq mərhələsindədir. Raketlərin atış məsafəsi 50‐300 km‐dir. MGM‐140 “ATACMS” ƏTRK ABŞ‐la yanaşı Bəhreyn, Yunanıstan, Cənubi Koreya, Rumıniya, Tayvan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ordu‐larında silahlanmadadır. İsrail Dövləti İsrailin “Israel Aircraft Industries” (IAI) şirkətinin istehsalı olan “LORA” əməliyyat‐taktiki

məsafəsi 90‐400 km‐dir. Onun ümumi kütləsi 1600 kq, döyüş başlığının kütləsi 240 kq/400 kq (fuqas/qəlpəli‐fuqas) və 600 kq (nüfuzedici) təşkil edir. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 10 metr təşkil edir. “LORA” raketi əməliyyat‐taktiki raket kompleksinin tərkibində həm gəmi bazalı dəniz, həm də 8x8 təkər formullu MZKT‐652720 “Volat” avtomobili bazalı yerüstü buraxma qurğusundan istifadə

41 “Polonez”

28‐də Şimali İraqda PKK‐ya qarşı keçirilən antiterror əməliyyatı zamanı istifadə şirkətinin istehsalı olan “BORA” silah sistemli 8x8 taktiki təkərli vasitədən və “Roketsan” istehsalı yaylım atəşli reaktiv sistemdən buraxılır. O, həmçinin istifadəçi ehtiyaclarına uyğun inteqrasiya üçün uzlaşan interfeysə malik digər taktiki təkərli vasitə platfor‐malarından da buraxıla bilər. “BORA” raketinin kütləsi 2500 kq‐dır. Raketin qəlpə təsirli dağıdıcı unitar döyüş başlığının kütləsi 470 kq‐dır. Yanacaq bərk kompozit raket yanacağıdır. Atış məsafəsi 80 – 280 km arasında dəyişir. İdarəetmə sistemi GPS (Global Positioning System) ilə INS (Inertial navigation system) idarəetmə sistemlərinin birləşməsindən ibarətdir. Eyni zamanda yalnız INS idarəetmədən istifadə etmək mümkündür. Ehtimal olunan dairəvi sapması ≤10 m (GPS + INS) və ≤100 m‐dir (yalnız INS). Uçuş trayektoriyasının hündürlüyü 40 km‐ə bərabərdir.Sistem xüsusiyyətlərinə təsdiq‐lənmiş döyüş imkanları, bütün hava və ərazi şəraitində sutka ərzində istifadə, qısa atəşə hazırlıq vaxtı, yüksək vurma dəqiqliyi, aşağı arzuolunmaz təsir, aldatma və qarışdırmaya qarşı həllər daxildir.Uyğun hədəflər sırasına yüksək dəqiqliklə aşkarlanmış hədəflər, artilleriya və hava hücumundan müdafiə sistemləri, radioloksaiya stansiyalarının mövqeləri, cəmləşmə rayonları, logistika obyektləri, komanda, nəzarət və rabitə sistemləri, digər yüksək prioritetli hədəflər daxildir.

Son illərdə Türkiyənin hərbi‐sənaye kompleksi “BORA 2” raketinin 500‐dən 1000 km‐ə qədər uçuş mənzilinə sahib yeni modifikasiyasını inkişaf etdirir. “BORA” ƏTRK hazırda yalnız Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Belarus Respublikası Postsovet ölkələri sırasında əməliyyat‐taktiki raket komplekslərinin inkişafı sahəsində Belarus Respublikası müəyyən uğurlu addımlar atmış, nəticədə ölkənin hərbi‐sənaye kom‐plkesinin bir neçə müəssisəsi birlikdə V‐200 “Polonez” yaylım atəşli reaktiv sistemi (YARS) yaratmışdır. Sistem ilk dəfə 2015‐ci il mayın 9‐da Minskdə keçirilən hərbi paradda nümayiş etdirilib. “Polonez” YARS ümumilikdə döyüş maşınını, döyüşü idarəetmə maşınını, nəqliyyat‐doldurma maşınını və nəql‐etmə‐buraxma konteynerlərində müx‐təlif təyinatlı raketləri özündə birləşdirir. Döyüş maşını 8 ədəd 301 mm‐lik A200/A300 raketləri üçün buraxma qurğusu olaraq MZKT‐7930‐300 şas‐sisindəReaktivquraşdırılıb.mərmilər 50 km‐dən 200 km‐ə (V‐200 “Polonez”) və 120 km‐dən 300 km‐ə (V‐300 “Polonez‐M”) qədər məsafələrdə konstruktiv dəqiqliklə düşmən hədəflərini məhv etməkdən ötrü fuqas, qəlpəli‐fuqas və kasset döyüş başlığını çatdırmaq üçün təyin edilib. Məhvetmə radiusu 30 metrdir. Reaktiv mərmilərin minimal atəş məsafəsi 50 km, maksimal isə 300 km‐dir. Reaktiv mərmilərin idarə olunması kom‐binələşdirilmişdir, yəni GLONASS/GPS peyk korreksiyalı inersial idarəetmə sistemidir. Reaktiv mərminin ümumi kütləsi 725/775 kq‐dır. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 30‐50 metr təşkil edir ki, bu da YARS‐dan çox ƏTRK‐yə daha yaxın göstəricidir. Səkkiz fərqli hədəfə atılan səkkiz raketdən ibarət yaylım atəşi 50 saniyəyə buraxıla bilər. Yaylım atəşinə hazırlıq müddəti isə 8 dəqiqədir. Bir yaylım atəşi ilə vurulan 8 fərqli hədəfin sahəsi 10x10 km (V‐200 “Polonez”) və 20x20 km (V‐300 “Polonez‐M”) təşkil edir. V‐200 “Polonez” kompleksi 2016‐cı ilin avqust ayında Belarus Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib və Belarusla yanaşı 2018‐ci ildən Azərbaycan Ordusunda da silahlan‐madadır. 2017‐ci ildən 300 km‐ə qədər artırılmış mənzilli yeni reaktiv mər‐milərin tətbiqi ilə V‐300 “Polonez‐M” səviyyəsinə qədər təkmilləşdirilərək raket kompleksi kateqoriyasına keçirilib. Açıq mənbələrin məlumatına əsasən, Azərbaycan Ordusu tərəfindən 2020‐ci ildə 44 günlük Vətən müharibəsi dövründə “Polonez” kompleksi erməni qəsbkarlarına qarşı tətbiq edilib.

İran İslam Respublikası İranda əməliyyat‐taktiki raket komplekslərinin yaradılması istiqa‐mətində işlərə keçən əsrin 90‐cı illərinin əvvəllərində başlanmışdır. Belə kom‐plekslərin ilk nümunəsi Rusiya və Şimali Koreya ilə əməkdaşlıqda 1993‐cü ildə keçmiş SSRİ istehsalı 9K52 “Luna‐M” taktiki raket kompleksi əsasında yaradılmış “Zilzal” və onun modifikasiyası “Zilzal‐2” raketidir. “Zilzal‐2” idarə olunmayan raketdir, 200 km‐ə qədər (bəzi mənbələrə görə 250 km‐ə qədər) məsafədəki hədəfləri vura bilir. Döyüş başlığının çəkisi 600 kq‐dır. Növbəti “Fateh‐110” raketi İranın Aerokosmik Sənaye Təşkilatı tərəfindən istehsal olunur. Bu, İranın mobil bir pilləli bərk yanacaqlı mühərrikli ən müasir qısa mənzilli raketidir. “Fateh‐110” raketinin ilk nəsli 2002‐ci ilin sentyabrında sınaqdan keçirilib və qısa müddət sonra kütləvi istehsalına başlanıb. Raketin uçuş məsafəsi 200 km‐dir. İkinci nəsil “Fateh‐110A” raketi 2004‐cü ilin sentyabrında 250 km‐ə qədər məsafəni nümayiş etdirib. 2010‐cu ildə təqdim edilən raketin “Fateh‐110B” üçüncü nəsli isə 300 km‐ə qədər artırılmış uçuş məsafəsinə malidir. 2012‐ci ilin “Fateh‐110D” dördüncü nəslinin dəqiqliyi artırılıb və dairəvi sapma YARS

Raketedilib.“Roketsan”

başlığı və istiqamətləndirmə sistemindən asılı olaraq yerüstü, dəniz və hava hədəflərini vurmağa imkan verir. Bir çox mənbələrin məlumatlarının təhlilinə əsasən söyləmək olar ki, hazırda kompleksin raketinin növbəti modi‐fikasiyaları mövcuddur. Kompleksin hələlik seriyalı istehsala buraxılmamasını və silahlanmaya qəbul edilməməsini nəzərə aldıqda aydın olur ki, bu gün “Sapsan” ƏTRK‐nin bütün xüsusiy‐yətlərini yalnız təxmin etmək olar. Buna baxmayaraq, demək olar ki, yeni kompleks ballistik raketlə minimal 30 km və maksimal 280‐480 km məsa‐fələrdəki yerüstü tək və qrup stasionar hədəfləri məhv etmək üçün təyin edilib. 280 km ixrac üçün, 480 km Ukrayna Ordusu üçün nəzərdə tutulmuş variantlardır. Kompleksdə tətbiq ediləcək bir pilləli ballistik raketin döyüş başlığının kütləsi təxminən 480 kq‐dır. Döyüş başlığı monoblok və ya kasset variantda hazırlana bilər. Monoblok döyüş başlığı qəlpəli‐fuqas təsirlidir, kasset döyüş başlığı isə qəpləli‐fuqas döyüş elementləri ilə təchiz edilib. Məhvetmənin təxmin edilən sahəsi 10000 m2‐dən çoxdur. Ballistik raketin ~7,0 m uzunluğundakı buraxma konteyneri ilə birlikdə kütləsi 3,3 tondur. Ballistik raket müxtəlif növ naviqasiya və tuşlama sistemləri ilə dəstləşdirilmiş inersial bort idarəetmə sisteminə malikdir. İdarəetmə sistemindən asılı olaraq ehtimal olunan dairəvi sapması 2‐200 m təşkil Kompleksdəedir.həmçinin uzun mənzilli zenit idarə olunan raketin (ZİR) və orta mənzilli gəmi əleyhinə raketin (GƏR) istifadəsi mümkündür. ZİR döyüş başlığı nüfuz edən qəlpəli‐fuqas ampuladır. ZİR start kütləsi 1,1 ton, GƏR start kütləsi isə 2,1 tondur. ZİR‐lə minimal/maksimal məhvetmə məsafəsi 10/150 km, GƏR‐lə isə 5/90 km‐dir. ZİR ilə məhvetmə ehtimalı 87% təşkil edir. Bütün növ raketlər nəqletmə‐buraxma kon‐teynerindən şaquli vəziyyətdə “minaatan üsulu ilə” start götürür. Hazırda aparılan döyüş fəaliyyətləri səbəbindən kompleksin indiki aqibəti haqqında hər hansı bir fikir söyləmək mümkün deyil.

“Fateh‑110”

ƏTRK

ehtimalı 3 metr təşkil edir. Buraxılışa azaldılmış hazırlıq vaxtı və müxtəlif hava şəraitində nisbi buraxılış asanlığı raketin üstünlüklərinə“Fateh‐110”aiddir.raketinin kütləsi 3450 kq, uzunluğu 8860 mm və diametri 610 mm‐dir. Döyüş başlığının kütləsi 500 kq‐dır. “Fateh‐110D” raketi 448 kq döyüş başlığı ilə təxminən 300 km uçuş məsafəsinə malikdir. İdarəetmə sistemi giroskoplu və GPS dəstəklidir. Maksimal uçuş sürəti 3,5 Mach‐a bərabərdir. Qeyd etmək lazımdır ki, “Fateh‐110” raketi mahiyyət etibarı ilə idarə olunmayan “Zilzal‐2” raketinin bazasında tuşlama sistemi əlavə edilməklə hazırlanıb. Raketin sonrakı versiyaları təkmilləşdirilmiş taktiki‐texniki xüsu‐siyyətlərə malikdir. Xüsusilə onların uçuş məsafəsi və faydalı yükü artırılıb. “Fateh‐110” raketinin əsasında “Xəlic Fars” (“Khalij Fars”) adlı gəmi əleyhinə əməliyyat‐taktiki kompleksi də ya‐radılmışdır. Bu, “Fateh‐110” raketinin düşmənin suüstü gəmiləri ilə daha effektiv mübarizə aparmaq üçün ida‐rəetmə sistemi dəyişdirilmiş variantıdır. Kompleks sahildən 70 – 120 km məsafədə düşmənin nəhəng avia‐daşıyıcılarını və hərbi bazalarını vurmağa qadirdir. Bundan başqa “Fateh‐110” raketinin bazasında “Hormuz‐1” və “Hormuz‐2” raketləri yaradılıb, özlərinin təyinatına və göstəricilərinə görə “Xəlic Fars” raketləri ilə oxşardırlar. Raketlərin uçuş mənzili 300 km‐dir. “Fateh‐110” ailəsinin ən son modeli “Fateh‐313” qısa mənzilli bərk yanacaqlı ballistik raketidir. Yeni raket ilk dəfə 21 avqust 2015‐ci il tarixində geniş ictimaiyyətə təqdim edilib. “Fateh‐313” raketi əvvəlki nəsil “Fateh‐110” ilə demək olar ki, eynidir, lakin yeni kompozit yanacaq və gövdədən istifadə edir. Bu dəyişikliklər “Fateh‐110” raketinin uçuş məsafəsini 300 km‐dən 500 km‐ə qədər artırmağa imkan verib. Raket bir pilləli bərk yanacaqlı mühərrikə, inersial və elektrooptik tuşlama sisteminə sahibdir. Onun kütləsi 3220 kq‐dır. Seriyalı istehsalı haqqında məlumat yoxdur. İranın digər məhsulu isə “Raad‐500” raketidir. “Raad‐500” əməliyyat‐taktiki raketi elan edilmiş 500 km‐ə qədər uçuş mənzilinə sahibdir. Bununla da o, “Fateh‐110” raketindən 200 km daha çox uçuş mənzilinə malikdir. Bundan başqa, “Raad‐500” raketi həm də daha uzun mənzilli “Zülfüqar” (“Zolfaghar”) və “Dezful” raketlərinə bənzər idarə olunan ayrıla bilən döyüş başlığı ilə təchiz olunub. İran müdafiə sənayesi müəssisələri geniş çeşiddə ballistik raket kom‐plekslərinin yaradılmasını və istehsalını həyata keçirir. Hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında 1000‐2000 km mənzilə malik “Şahab‐3”, “Sacil” və “Meshkat” kimi raket kompleksləri mövcuddur. Ukrayna 24 fevral 2022‐ci il tarixində başlayan döyüş əməliyyatlarına qədər Ukrayna müdafiə sənayesi müəssisələri bir çox ƏTRK üzərində mühəndis‐konstruktor işləri yerinə yetirmişlər. Belə komplekslərdən bir də “Sapsan” əməliyyat‐taktiki raket kompleksidir. “Sapsan” (ixrac varintda “Qrim‐2”) yerli “Yujnoye” Konstruktor Bürosu tərəfindən hazırlanan bərk yanacaqlı ballistik raketə əsaslanan ƏTRK‐dir. Raketin xüsusiyyətləri, quraşdırılmış döyüş

Şimali Koreya Koreya Xalq Demokratik Res‐publikası (KXDR və ya Şimali Koreya) yeni uzun mənzilli silahlar inkişaf etdirməyə və sınaqdan keçirməyə davam edir. Belə inkişaflardan biri də, KN‐23 42 www.poliqon.az

bərk yanacaqlı taktiki ballistik raketdir. KN‐23 xarici görünüşcə Rusiyanın 9K720 “İsgəndər‐M” ƏTRK‐inə bənzəyir, lakin o, uzadılmış kabel kanalı, fərqli reaktiv qanad ötürücüləri və hamar bünövrəsi ilə seçilir. “İsgəndər‐M” raketi kimi, o, təxminən 50 km yüksəklikdən aşağıya doğru düzələrək kvaziballistik tra‐yektoriyada uçur. Raketin ümumi kütləsi 3415 kq, yanacağın kütləsi isə 2530kq‐dır. Onun 500 kq döyüş başlığı ilə təxminən 450 km uçuş məsafəsinə malik olduğu güman edilir, lakin azaldılmış faydalı yüklə uçuş məsafəsini 690 km‐ə qədər genişləndirmək mümkündür. Döyüş başlığı adi, ehtimal ki, unitar və ya subelementli (altsursatlı), yaxud nüvə ola bilər.KN‐23 raketinin aktiv sükan idarəetməsi onu GPS idarəetmə ilə 100 metrə və ya yalnız INS istifadə edərək 200 metrə qədər dairəvi sapma ehtimalı ilə zərbə endirməyə imkan verir. Raket təkərli nəqletmə‐buraxma qurğusundan buraxılır.Şimali Koreyada əməliyyat‐taktiki raket kompleksləri ilə yanaşı ballistik və qitələrarası raket komplekslərinin inkişafı və istehsalı istiqamətində də işlər yerinə yetirilir. Cənubi Koreya Cənubi Koreyanın ballistik ra‐ketlərinin inkişafı MTCR beynəlxalq raket texnologiyalarına nəzarət rejiminin tələbləri və ABŞ‐la müttəfiqlik mü‐nasibətləri ilə məhdudlaşır. Ölkənin hərbi‐texniki siyasətinə əsas təsir KXDR‐dən hərbi təhdidlər, xüsusən də müxtəlif mənzilli ballistik raketlərin hazırlanması və nüvə proqramının həyata keçiril‐məsidir. Hazırda Cənubi Koreya ordusu ABŞ istehsalı ƏTRK ilə yanaşı yerli istehsal olan “Hyunmoo‐1” və Hyunmoo‐2" əməliyyat‐taktiki raket kompleksləri ilə silahlanıb. “Hyunmoo‐3” kompleksinin inkişafı həyata keçirilir. Raket kom‐pleksləri yerli Agency for Defense Development (Müdafiə inkişafları Agentliyi) tərəfindən layihələndirilib və LIG Nex1 şirkəti tərəfindən istehsal edilib.“Hyunmoo” tipli əməliyyat‐taktiki raketlər (ƏTR) zahirən ABŞ‐ın MIM‐14 “Nike‐Hercules” zenit idarə olunan raketinə (ZİR) bənzəyir. Öz növbəsində, “Nike‐Hercules” ZİR Cənubi Koreyanın “Hyunmoo” ballistik raketlərinin sələfi – atış məsafəsi 180 km və döyüş başlığının kütləsi 500 kq olan “Nike KM” ƏTRK‐nin prototipidir. “Nike KM” bazasında “Hyunmoo‐1” adlandırılan, atış məsafəsi 180 kq və döyüş başlığının kütləsi 450 kq olan daha təkmil raket hazırlanmışdır. Baza variantı ilə müqayisədə bu ƏTR təkmilləşdirilmiş bort elektronikasından və daha təkmil döyüş başlığından istifadə edir. “Hyunmoo‐2” ƏTR isə “Hyunmoo‐1” ƏTR texnologiyaları əsasında yaradılıb. Yeni raket baza versiyasından eyni döyüş başlığı kütləsində maksimal atəş məsafəsinin 250 km‐ə qədər artırılması ilə fərqlənir ki, bu da start sürət‐ləndiricisinin növbəti təkmilləşdirilməsi sayəsində əldə edilmişdir. Raketin start kütləsi 4850 kq‐dır. 450 kq‐lıq monoblok və ya kasset tipli döyüş başlığı ay‐rılmayandır. Dairəvi sapma ehtimalı 100 metrə bərabərdir. İdarəetmə sistemi inersialdır. Raket dördoxlu nəqletmə‐quraşdırma buraxma qurğusunda daşınır və buraxılır. Maksimal uçuş sürəti 3,65 Mach, maksimal uçuş yüksəkliyi 46 km‐dir. Ordunun silahlanmasında 2011‐ci ildə qəbul edilib. “Hyunmoo‐2” ƏTR iki modifikasiyası – 300 km uçuş məsafəli “Hyunmoo‐2A” və 500 km uçuş məsafəli “Hyunmoo‐2B” modifikasiyaları mövcuddur.Hazırda 500 kq‐lıq döyüş başlıqlı yeni qanadlı raketin (bəzi mənbələrdə “Hyunmoo‐3” kimi qeyd olunur) 500 km‐lik maksimal atış məsafəsinə uçuş sınaqları yerinə yetirilir. “Hyunmoo‐2” ƏTR ilə müqayisədə mühərrik qur‐ğusunun energetik xassələri artırılmış və atəşin dəqiqliyi yaxşılaşdırılmış, həmçinin raketin ölçüləri kiçildilmişdir. Yeni qanadlı raket üç modifikasiyada inkişaf etdirilir: “Hyunmoo‐3A” (500 km), “Hyunmoo‐3B” (1000 km) və “Hyunmoo‐3C” (1500 km). Raketi saxlamaq və buraxmaq üçün raket buraxılışından əvvəl şaquli vəziyyətə keçirilən nəqletmə‐buraxma kontey‐nerindən istifadə olunur. “Hyunmoo‐3A” raketinin start kütləsi 3200 kq‐dır. İdarəetmə sistemi kosmik radio‐naviqasiya sisteminin məlumatlarına uyğun olaraq düzəlişli inersialdır. “Hyunmoo‐3A” və “Hyunmoo‐3B” raketlərinin dairəvi sapma ehtimalı modifikasiyadan asılı olaraq 30‐50 metr arasında dəyişir. “Hyunmoo‐3C” raketinin dairəvi sapma ehtimalı isə 1‐3 metr təşkilBeləliklə,edir. əməliyyat‐taktiki raket kompleksləri düşməni birbaşa döyüş əməliyyatları meydanında məhv etmək üçün təyin edilib. Baxmayaraq ki, nəzəri və texniki cəhətdən mümkündür, müasir dövrdə belə raketlərə nüvə başlıqlarının, eləcə də kimyəvi və bakterioloji döyüş başlıqlarının quraşdırılması qadağandır. Bununla belə, əməliyyat‐taktiki raketlərə quraşdırıla bilən fuqas, yandırıcı, tank əleyhinə atımlı və həcmli partlayış sursatları kimi kifayət qədər adi döyüş başlıqlarıNəticəvar.etibarı ilə, əməliyyat‐taktiki raket kompleksləri lokal münaqişələrdə ərazisi kiçik olan ölkələr üçün istənilən nöqtədə hədəfləri vura bilən tam hüquqlu strateji silah hesab edilə bilər. Bundan irəli gələrək, müasir dövrdə bir çox ölkələr öz ordularının silah‐lanmasında əməliyyat‐taktiki raket komplekslərinə geniş yer ayırır. Bu isə çəkindirici güc olaraq həmin ölkələrə ehtimal olunan düşmən üzərində böyük üstünlük əldə etməyə imkan verir.

PQ 43 “Qrim‑2” ƏTRK

İyulun 24‐də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2021/2022‐ci tədris ili üzrə sonuncu iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib. Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU‐nun İKT yönümlü kafedralarının strukturunun

təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb.AzTU‐da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib. AzTU‑da Kibertəhlükəsizlik kafedrası yaradılıb AzTU‑nun Türkiyənin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı

44 www.poliqon.az

Qeyd edək ki, AzTU rektorunun rəh‐bərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet‐Sənaye Əmək‐daşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU‐nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İcti‐mai şurasının sədri Osman Gündüz iştirak edib.

Gazi Universitetinin rektoru, professor Musa Yıldız və universitetin professor‐müəllim heyəti ilə görüş keçirilib. Görüşdə elektrik‐elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi və digər sənədlər imzalanıb. İmzalanmadan sonra hər iki universitet arasında mövcud olan müəllim və tələbə mübadiləsinin davam etdirilməsinin, müdafiə sənayesi sahəsi də daxil olmaqla bir sıra istiqamətlərdə təhsil, tədqiqat və universitet‐sənaye əməkdaşlığının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qeyd olunan istiqamətlər üzrə universitetlərin mövcud potensial və resurslarından səmərəli istifadə edilməsi qərara alınıb. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Orta Doğu Texniki Universitetində də görüş keçirib. Rektor, professor Mustafa Verşan Köklə keçirilən görüşdə univer‐sitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, hər iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı və tələbə mübadiləsi ilə bağlı müzakirələrGörüşdənaparılıb.sonra AzTU ilə Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Səfər çərçivəsində AzTU‐nun rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi müəssisələrində görüşlər keçirib. Türkiyə müdafiə sənayesinin klaster şirkətlərindən olan “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) prezidenti, professor Temel Kotil, ASELSAN şirkətinin vitse‐prezidenti, professor Sezai Elagöz, “TUSAŞ Motor Sanayii”nin (TEİ) vitse‐prezidenti və idarə heyətinin sədri professor Mahmut Akşit, ROKETSAN şirkətinin vitse‐prezidenti

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iyul ayında Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyənin aparıcı ali məktəbləri, eləcə də müdafiə sənayesi üzrə tanınmış müəssisələrində mühüm görüşlərSəfərinkeçirilib.ilkgünü

Murat Kurtuluş və “SAHA İstanbul Hasel Savunma Sanayi Fabriki”nin rəhbəri Levent Yıldızla keçirilən görüşlərdə adıçəkilən müəssisələrdə yaradılan akademik təhsil təcrübəsinin öyrənilməsi və universitet‐lərdə tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla görüş zamanı BİLGEM və MAM təcrübələrindən faydalanmaqla işbirliyinin davam etdiriliməsi, universitet‐sənaye əməkdaşlığı ilə bağlı birgə layi‐hələrin həyata keçirilməsi müzakirə olunub. Türk Standartları İnstitutunun (TSE) rəhbəri Mahmut Sami Şahinlə görüşdə mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, həmçinin AzTU‐da metrologiya və standartlaşma işlərinin həyata ke‐çirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qazi Universitinin nəzdində Eklemeli İmalat Texnolgiyalari Tətbiq və Tədqiqat Mərkəzinin rəhbəri, professor Metin Salamçı və SAHA İstanbul Müdafiə Aerokosmik Klaster Birliyinin (Savunma Havacılık ve Uzay Kümelenmesi) rəhbəri Gökhan Şahinlə görüşdə isə magistratura, doktorantura və əlavə təhsil proqramları, həmçinin MBA proqramı haqqında geniş məlumat verilib, eləcə də istehsal sahəl‐ərinə əyani baxış keçirilib.

bildirib. “Bu gün, avqustun 26‐da biz ‐azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan ordusu Laçına yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan”, ‐ deyə İlham Əliyev Twitterdə yazıb. Türk Ordusu yeni antidron sistemini silahlanmaya qəbul edib Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub

40 mm‑lik “ATOM” yüksək sürətli ağıllı qumbaraatan sursatı ASELSAN şirkətinin açıqlamasına görə, “ATOM” 40 mm çaplı avtomatik qumbaraatan atış kontrol dəstinin inteqrasiyası nəticəsində, əl ilə idarə olunan avtomatik qumbaraatanlar və uzaqdan idarə olunan silah sistemləri 40 mm‐lik “ATOM” sursatını atmaq qabiliyyətinə malikdir. “ATOM” atış kontrol dəstinin istifadəsi ilə adi döyüş sursatları (HE, HE‐SD, HEDP, TP və s.) üçün dəqiq zərbə qabiliyyəti təmin edilərək silah sistemlərinin effektivliyi artır. “Şahin” sistemi lülə ağzında quraşdırılan proqramlama cihazı sayəsində 40 mm çaplı “ATOM” atəş yığımını hədəfə yaxınlaşdıqda partlamağa proqramlaşdıra bilir. Beləliklə, “Şahin” sistemi 40 mm‐lik “ATOM” proqramlaşdırılan qəlpəli atəş yığımı ilə 500‐700 metr məsafədə effektiv atəş aça bilir. Atışa hazır 64 ədəd 40 mm‐lik “ATOM” sursatı daşıya bilən sistem, sursatların asan doldurulmasına imkan verir. “Şahin” antidronu elektro‐optik sistemi sayəsində avtomatik hədəf izləmə qabiliyyətinə malikdir. Sistem radardan bildirilən mövqeyə istiqamətləndirilərək hədəf izləmə və hədəf üçün ballistik hesablamalar apara bilir. “Şahin” silah sistemi müqavilə çərçivəsində istehsal edilən “Şahin” sistemi əsasən mini/mikro pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün nəzərdə tutulub. Asan yerləşdirmə və quraşdırma xüsusiyyətlərinə malik “Şahin” antidron sistemi kritik obyektlərin mühafizəsi, sərhəd təhlükəsizliyi və hava hücumundan müdafiə kimi sahələrdə istifadə olunacaq. “Şahin” antidron sistemi 40 mm‐lik “ATOM” adlı yüksək sürətli ağıllı qumbaraatan sursatlarından istifadə edir. Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Bu barədə avqust ayının 26‐da Prezident İlham Əliyev

istifadəçinin istəyindən asılı olaraq müxtəlif antidron sistemləri ilə inteqrə olaraq işləyə bilər. ASELSAN şirkəti tərəfindən Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə milli imkanlarla hazırlanmış 40 mm‐lik “Şahin” antidron (fiziki məhvetmə) silah sisteminin ilk partiyası inventara daxil edilib. Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib ki, SSB ilə ASELSAN şirkəti arasında imzalanmış

Qlobal hərbi bazarına baxış ? Zaur Babaşov, Elşən Abdulkərimov Hərbi yüklərin və desantın bir yerdən başqa yerə sürətli şəkildə çatdırılmasında, həmçinin müxtəlif məqsədlərin və tapşırıqların yerinə yetirəlməsi üçün hərbi nəqliyyat təyyarələrin (HNT) mühüm rolu var. Elə buna görədir ki, dövlətlər öz silahlanmalarında 4+ və 5‑ci nəsil müasir döyüş təyyarələri və müxtəlif təyinatlı helikopterlərə sahib olmaq istədikləri qədər də nəqliyyat təyyarələrinə ehtiyac duyurlar. Hərbi nəqliyyat təyyarələri bir‑birindən yük götürmək, uzaq məsəfəyə daha qısa və sürətli şəkildə uçmaq, habelə yük kabinəsinin həcminə görə fərqlənirlər. C‑27J “Spartan”

nəqliyyat təyyarələri

Qlobal bazara nəzər saldıqda zəru‐rətdən və müxtəlif tapşırıqların icrası üçün hazırlanan fərqli hərbi nəqliyyat təyyarələrini görəmək mümkündür. Hazırki dövrdə Amerika, əksər Avropa, bəzi Afrika və Asiya ölkələrinin aviasiya parkında NATO standartlarına uyğun istehsal edilən hərbi nəqliyyyat təy‐yarələri yer alır. Keçmiş potsovet, bir çox Afrika və Asiya ölkələrinin aviasiya parkında isə Sovet standartlarındakı hərbi nəqliyyat təyyarələri üstünlük təşkilHərbiedir. nəqliyyat təyyarləri yük götürmək qabiliyyətindən asılı olaraq yüngül, orta, ağır və çox ağır kateqo‐riyalara ayrılır. Qeyd etmək lazımdır ki, bu təyyarələrin istehsalı və istifadəsi hələ 2‐ci Dünya Müharibəsindən əvvəlki dövrə təsadüf edir. O dövrdə əsasən, böyük və yükgötürmə qabiliyyəti çox olan hərbi nəqliyyat təyyarələrinin istehsalı üstünlük təşkil etsə də, sonra‐dan müxtəlif əməliyyatların və yüklərin daşınması üçün daha kiçik həcmli və tutumlu təyyarələr də hazırlandı. Hazırda qlobal bazarda ABŞ, Avro‐pa və Rusiya istehsalı olan hərbi nəq‐liyyat təyyarələri üstünlük təşkil edir. ABŞ şirkətləri bu sahədə hələ 2‐ci Dünya Müharibəsindən əvvəl HNT‐ləri istehsal etməyə başlayıb. Lakin, hazırda iki şirkət “Lockheed Martin” və “Boeing” ABŞ‐da əsas hərbi nəqliyyat təyyarələri istehsalçılarıdır. C‑130J “Super Hercules” ABŞ‐ın “Lockheed Martin” şirkəti tərəfindən YC‐130 adı ilə hazırlanmağa başlayan indiki C‐130 hərbi nəqliyyat təyarəsi ilk uçuşunu 1954‐cü ilin avqust ayında edib. Sonradan təkmilləşdirmə‐lərlə təyyarənin müxtəlif variantları ‐ C‐130A, C‐130B, C‐130E, L‐100, C‐130H, L‐100‐20, L‐100‐30, C‐130H‐30 istehsal olunub. 1996‐cı ildə C‐130 nəqliyyat təyarəsi ailəsinin C‐130J “Super Hercules” versiyası hazırlanıb və iki il davam edən sınaqlardan sonra ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilib. ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Piyada Qoşunları ilə yanaşı Böyük Britaniya və İtaliyanın aviasiya parkında yer alan C‐130J “Super Hercules” təyyarələrinin hazırda istehsalı davam edir. İstehsalçı şirkət trəfindən açıqlanan məlumatda bu təyyarələrdən son 10 ilə qədər 300 ədəd, ümumən C‐130 seriyasından 2500 ədəd istehsal edildiyi və sifarişçiyə təhvil verildiyi bildirilib. 46

www.poliqon.az

20 ton faydalı yüklə birlikdə maksimal uçuş tavanı 8000 metr olan C‐130J “Super Hercules” 6706 metr hündürlükdə 660 km/saat sürətlə uçmaq qabiliyyətindədir. Təyyarənin 18 ton yüklə bir yerdə uçuş məsafəsi 4425 kilometr təşkil edir. C‐130J hər biri 4700 at gücünə sahib 4 ədəd “Rolls‐Royce AE 2100D3” tubovintli mühərriklə təchiz edilib. Bu günə qədər C‐130 təyyarələrindən bir sıra müharibələrdə (Koreya, Əfqanıstan və s.) geniş istifadə olunub.C‐130J “Super Hercules” təyya‐rəsinin özünün də bir neçə: C‐130J‐30 “Super Hercules”; EC‐130J “Commando Solo”; HC‐130J “Combat King II”; HC‐130J “Coast Guard”; KC‐130J “Tanker”; LM‐100J “Commercial Freighter”; MC‐130J “Commando II” variantları var. C‐130J “Super Hercules”in çoxsaylı modifikasiyalarından biri olan HC‐130J “Combat King II” təyyarəsinin ilk partiyası 2012‐ci ildə ABŞ HHQ‐yə təhvil verilib. Bu təyyarə ABŞ Ordusunun köhnəlmiş HC‐130P hərbi nəqliyyat təyyarələrini əvəz edib. 2021‐ci ilin oktyabr ayında “Lockheed Martin” şirkəti ABŞ HHQ‐yə, silahlanmada yer alan AC‐130J “Ghos‐trider” təyyarəsi üçün ilk AHEL döyüş lazeri qurğusunu çatdırıb. Təyyarənin göyərtəsi də daxil olmaqla, döyüş lazeri son sınaq mərhələlərindən keçiril‐məkdən ötrü HHQ‐yə təhvil verilib. Bildirək ki, “Lockheed Martin” şirkəti AHEL (Airborne High Energy Laser) döyüş lazerinin xüsusiyyətlərini açıqlamır, lakin məlumdur ki, döyüş lazerinin həm yerüstü (mobillər də daxil olmaqla), həm də hava hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılır. Proqramın rəsmi saytında AC‐130J təyyarəsi ilə lazerdən istifadə edərək raketlərin məhv edilməsi və avtomo‐bilin dayandırılması nümayiş etdirilir. AC‐130J “Ghostrider” təyyarəsi C‐130 “Hercules” hərbi nəqliyyat təyyarəsinə əsaslanan uçan artilleriya batareyasının yeni versiyasıdır. İstehsalçı tərəfindən lazer qurğusunun heyətə hədəfləri görünməz lazer şüası ilə səssizcə məhv etməyə imkan verəcəyi planlaşdırılır. C‑5 “Galaxy” “Lockheed Martin” şirkəti tərə‐findən istehsal edilən C‐5 “Galaxy” hərbi nəqliyyat təyyarəsi C‐130‐dan fərqli olaraq daha ağır yüklərin daşınması üçün hazırlanıb. Bu təyyarənin hazırlanmasına səbəb isə Vyetnam müharibəsinin gedişində ABŞ‐a ağır texnikaların, yüklərin, habelə helikop‐terlərin daşınması üçün daha çox yük tutumuna sahib olan hərbi nəqliyyat təyyarələrinə yaranan ehtiyac olub. Belə ki, 1965‐ci ildə “Lockheed Martin” şirkəti Superhəcmli Nəqliyyat Təyyarəsi layihəsində qalib gəlib və C‐141‐dən iki dəfə artıq faydalı yükgötürmə qabiliyyətinə malik olacaq təyyarəni hazırlamağa başlayıb. Nəticədə C‐141‐dən 5 dəfə iri və dünyanın ən böyük HNT sırasında olan C‐5 “Galaxy” hərbi nəqliyyat təyyarəsini ərsəyə gətirib. Bu təyyarədən İsrailə, Ruandaya yardım ləvazimatlarının çatdırılmasın‐da, Vyetnam müharibəsində və Böyük Britaniyanın Zimbabvedəki sülhmə‐ramlı missiyasını dəstəkləmək üçün keçirilən əməliyyatlarda istifadə edilib. Hazırda təyyarənin təkmilləşdirilimiş C‐5M “Super Galaxy” modeli istehsal və ixrac olunur. 4 ədəd F‐138‐GE100 “General Electric” mühərriki ilə təchiz edilən təyyarənin maksimum yük götürmə qabiliyyəti 127 ton, qalxış ağırlığı isə 381 tondur. C‐5 “Galaxy”nin yüksüz maksimum uçuş məsafəsi 11.265 km, 54 min kiloqram ağırlı‐ğındakı yüklə birlikdə isə 8890 km təşkil edir. İkisi pilot olmaqla ümumilik‐də yeddi heyəti daşıya bilən təyyarənin uçuş sürəti 834 km/saatdır. C‑17 “Globemaster III” ABŞ HHQ‐nin dünyanın istənilən yerinə uça və havada yanacaq doldurula bilən nəqliyyat təyyarəsi ilə bağlı baş‐latdığı proqramın qalibi olan “Boeing” ABŞ Ordsunun bu ehtiyacını qar‐şılayacaq C‐17 “Globemaster III” hərbi nəqliyyat təyyarəsini istehsal edib. İlk uçuşunu 1991‐ci ilin sentyabr ayında həyata keçirən təyyarənin 1995‐ci ildən seriyalı istehsalı həyata keçirilib və ABŞ Ordusunun arsenalına qəbul edilib. İlk uzaq mənzilli uçuşunda C‐17 “Globe‐master III” ABŞ‐dan Mərkəzi Asiyaya qədər olan 14816 kilometr məsafəni 19 saatdan artıq müddətdə qət edərək per‐sonalı və yükü təyin olunan mənzilə çatdırıb.“Boeing” 2015‐ci ildə C‐17 “Globe‐master III” təyyarələrinin istehsalını dayandırdığını açıqlayıb və elə həmin il şirkət “Long Beach”də yerləşən müəssisəsini bağlayıb. “Boeing” şirkəti istehsal müəssisəsini bağlasa da, istismarda olan C‐17 “Globemaster III”lərə texniki və logistik dəstək göstərmək fəaliyyətlərini davam etdirir. C‐17 “Globemaster III” 4 ədəd F117‐PW‐100 (Pratt & Whitney PW2040) mühərriki ilə təchiz edilib. Maksimum uçuş ağırlığı 265 ton və uçuş tavanı 13 km olan C‐17 “Globemaster III” təyyarəsi “0.77 Mach” sürətinə, eləcə də 4400 km uçuş uzaqlığına malikdir. “Boeing” şirkəti 2014‐cü ilə qədər Küveyt, Avstraliya, Kanada, Hindistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Boeing C‑17 Globemaster III

“Spartan” təyyarəsinin ilk seriyalı istehsal partiyası 2006‐cı ildə İtaliya HHQ‐nin, 2007‐ci ildə isə ABŞ HHQ‐nin aviasiya parkına qəbul edilib. Hazırda təyyarə həm Latın Amerikası ölkələri, həm Avropa, həm də Avstraliya və ABŞ tərəfindən istifadə edilir. 2010‐cu ildən bu günə qədər “Leonardo” şir‐kəti Avstraliya, Meksika, Peru, Slovakiya və Sloveniyaya C‐27J satışını reallaş‐dırıb. Hindistan, İndoneziya, Boliviya, Qana və Böyük Britaniya kimi ölkələr də C‐27J təyyarəsinin istifadəçiləri arasında yer alır. Azərbaycandan C‑27J təyyarə‑ sinə böyük maraq Qeyd edək ki, Azərbaycan da İtaliya istehsalı olan C‐27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə maraq göstərir. İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya HHQ‐də bu təy‐yarələrin sınaqlarında iştirak edib. Təyyarənin performansı yüksək qiymət‐ləndirilib. Azərbaycan nümayəndə heyətləri ilə hazırda adıçəkilən təyyarə ilə bağlı danışıqlar davam etdirilir. İtalyan şirkətindən hesab edirlər ki, adıçəkilən təyyarələrin Azərbaycana satışında problem yoxdur. İtaliya bu‐nunla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra proyektlər üzrə danışıqlar aparmaqdadır. İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, bu təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin qərb stan‐dartlarına malik təyyarələri öyrənmə‐sində vacib rol oynaya bilər. “Leonardo” Korporasiyasından POLİQON jurnalına verilən məlumata görə, yaxın vaxtlarda ilk C‐27J “Next Generation” təyyarəsinin adı açıqlanma‐yan bir müştəriyə çatdırılacağı planlaş‐dırılır. Yeni avadanlıq, yeni aviasiya sistemi və müasir aerodinamik cihazla‐ra sahib C‐27J “Next Generation” təyya‐rəsinin 2021‐ci ildə sınaqları tamam‐lanıb.C‐27J “Next Generation” təyyarəsi FANS 1/A+ datalink də daxil olmaqla yeni avionika, kabinə ekranları, hava radarı, habelə yeni radio naviqasiya, müasir peyk rabitəsi və radio rabitə imkanları, yeni kokpit və yük panelləri, Mod 5 IFF / ADS‐B çıxışı, taktiki axtarış və xilasetmə sistemi, LED texnologiyalı işıqlandırma sistemi ilə təchiz olunub. Təhlükəli mühitlərdə işləmək üçün təyyarə özünü müdafiə sistemi və ballistik qoruma ilə təchiz oluna bilər. “Leonardo” şirkətinin MC‐27J “Multimission Aircraft” multimissiyalı nəqliyyat təyyarəsi C‐27J seriyasının silahlandırılmış versiyasıdır. 2012‐ci ildə təqdimatı keçirilən MC‐27J silah‐landırılmış nəqliyyat təyyarəsi idarə olunan 30 mm‐lik topla təchiz olunub. “Leonardo”nun MC‐27J versiyası ABŞ‐ın ATK firması ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni təyyarə antiterror əmə‐liyyatları, heyətin təxliyəsi, asimetrik təhdidlərlə mübarizə, eləcə də xüsusi təyinatlı qüvvələrin bütün standart əməliyyatlarında istifadə oluna bilər. MC‐27J Kəşfiyyat, Nəzarət və İncələmə (ISR) qabiliyyətinə malikdir. Əmə‐liyyatlarda MC‐27J təyyarəsi hədəfləri təyin etməklə yanaşı, üzərindəki silah sistemləri ilə Quru Qoşunların böl‐mələrinə dəstək verə bilir.

Böyük Britaniyaya cəmi 37 ədəd, ABŞ Ordusuna isə 223 ədəd olmaqla ümumilikdə 260 ədəd C‐17 “Globe‐master III” istehsal edərək təhvil verib. İstehsalçı şirkət 2021‐ci ildə C‐17 təyyarəsinin 4 milyon uçuş saatını keçdiyini açıqlayıb. “Boeing” şirkət 2021‐ci ildə bu təyyarə ilə bağlı 23.8 milyard dollar təşkil edən ən böyük sifarişi isə ABŞ tərəfindən alıb. Bir neçə mərhələdən ibarət olan müqavilənin şərtinə görə “Boeing” başda ABŞ olmaqla bütün C‐17 “Globmaster III” hərbi nəqliyyat təyyarəsinin istifadə‐çilərinə texnikanın saz və əməliyyatlara hazır vəziyyətdə saxlamılması üçün işlər həyata keçirəcək. Müddəti 10 il olan müqavilənin 2024‐cü ilə qədər olan ilkin mərhələsində şirkətə işləri reallaşdırmaq üçün 3.5 milyard ABŞ dolları dəyərində maliyyə ayrılıb. C‑27J “Spartan” İtaliyanın “Leonardo‐Finmeccanica” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C‐27J “Spartan” hərbi nəqliyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub. Turbovintli “Spartan” təyyarəsi “Lockheed Martin” şirkətinin C‐130J “Super Hercules” təyyarəsi ilə eyni mühərrikə və texniki infra‐struktura malikdir. C‐27J iki ədəd “Rolls Royce” istehsalı AE2100‐D2A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı ve‐rir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük götürmə qabi‐liyyəti 11 ton olan təyyarə 46‐60 per‐sonalı daşımaq qabiliyyətinə malikdir. Çoxməqsədli nəqliyyat təyyarəsi olan C‐27J “Spartan”nın “Dəniz Patrulu”, ASW (Anti‐Submarine Warfare), missionnnaissance),Intelligence,(Command‐Control‐Communications,C3ISRSurveillanceandReco‐habeləMC‐27J“Multi‐Aircraft”variantlarımövcuddur.

“Airbus” A400M Avropanın nəhəng təyyarə is‐tehsalçısı “Airbus” şirkətinin A400M təyyarəsi 21‐ci əsrdə istehsal edilən müasir hərbi nəqliyyat təyyarəsidir. A400M təyyarəsi Belçika, Fransa, 48 www.poliqon.az “Airbus” A400M

Hazırda hərbi təyinatlı yüklərin və personalın daşınması üçün şirkət tərə‐findən müştərilərə təyyarənin C‐27J “Next Generation” adlı versiyası təklif olunur.C‐27J

EADS

Almaniya, Lüksemburq, İspaniya, Türkiyə və Böyük Britaniya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub və hazırlanması ilə bağlı işlərə 2003‐cü ildən başlanılıb. 2005‐ci ildə Malaziya da bu layihəyə qatılıb və A400M‐in ilk uçuşu 2009‐cu ildə reallaşdırılıb. Seriyalı istehsal edilən ilk A400M təyyarəsi 2013‐cü ildə Fransa HHQ‐nin istismarına verilib. Həmin ildən indiyədək şirkət müştərilərindən 176 ədəd A400M sifarişi alıb ki, onlarında 109 ədədi artıq sifarişçilərə çatdırılıb və əməliyyatlardə istifadə edilir. 2020‐ci ildə istehsalçı şirkət Lüksenburq HHQ‐yə yeddinci, Belçika HHQ‐yə ilk və 2022‐ci ildə Türkiyə HHQ‐yə 10‐cu A400M hərbi nəqliyyat təyyarəsini təhvil verib. Bundan başqa İndoneziya və Qazaxıstan hər ikisi 2021‐ci ildə “Airbus” şirkəti ilə iki ədəd A400M nəqliyyat təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Təyyarədən həm yüklərin, həm personalların, həm də döyüş nəqliyyat vasitələrinin daşınması üçün istifadə edilə bilər. Əlavə olaraq A400M təy‐yarəsi istehlakçıya havada yancaq dol‐durulması imkanı də təmin edir. A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimum yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimum kreyser sürəti 780 km/saatdır. Heyəti 2‐4 nəfər olan təyya‐rənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir. Təyyarə müş‐tərilərə CH‐47 “Chinook” helikopterini və çəkisi 32 tona qədər olan zirehli nəqliyyat vasitələrini, piyadaların döyüş maşınlarını daşımağa imkan verir. A400M‐ün qlobal bazarda tələb görməsinin əsas səbəblərindən biri də onun asfalt və beton döşəməli unikal zolaqlardan əlavə, həm də qumlu eniş‐qalxış zolaqlarından havalanma və enmə bacarığıdır. Bununla bağlı 2016‐cı ildə şirkət tərəfindən keçirilən sınaqlarda A400M uğurlu nəticələr göstərməyiTürkiyəninbacarıb.ASFAT şirkəti A400M çoxməqsədli hərbi nəqliyyat təyyarə‐sinin təkmilləşdirilmə layihəsini həyata keçirir. Hazırda, ASFAT Türkiyə HHQ inventarında olan A400M nəqliyyat təy‐yarəsinin “retrofiyası” əməliyyatlarını davam etdirir. ASFAT və “Airbus” ara‐sında imzalanan müqavilə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin inventa‐rında olan ilk A400M təyyarəsinin tək‐milləşdirmə prosesləri 2021‐ci ilin iyul ayında tamamlanaraq təhvil verilib. 2022‐ci ilin may ayında isə ASFAT Kay‐seridəki “Fasbat” Servis Mərkəzində təkmilləşdirilmiş ikinci A400M təy‐yarəsini HHQ‐yə vaxtında təhvil verib. A400M layihəsi çərçivəsində İspa‐niyadan kənarda bir ilk olan 2‐ci Aviasiya Servis Mərkəzi Kayseridə A400M təkmilləşdirilməsi işləri aparılır. Qarşıdakı dövrdə bu mərkəzdə daha 7 ədəd A400M nəqliyyat təyyarəsinin təkmilləşdirilməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə ilə Türkiyə dünyada təsdiqlənmiş A400M servis, təmir və təkmilləşdirmə mərkə‐zinə malik 4‐cü ölkə olub. Türkiyə HHQ‐yə məxsus A400M təyyarələrinin tək‐milləşdirilməsi əməliyyatları üçün xari‐cə göndərilməsinə ehtiyac qalmayıb, yenidən təchizat və texniki xidmət əməliyyatları üçün başqa ölkələrdən də Kayseriyə A400M təyyarələrinin gətiril‐məsi mümkün olub. EADS CASA C‑295 “Airbus” şirkəti tərəfindən istehsal edilən çox məqsədli EADS CASA C‐295 hərbi nəqliyyat təyyarəsi müxtəlif əmə‐liyyatların yerinə yetirilməsində istifadə oluna bilər. İspaniyanın “Construcciones Aeronáuticas A. S.” (CASA) şirkəti tərə‐findən dizayn olunan iki turbovintli mühərrikə sahib C‐295‐in ilk uçuşu 1997‐ci ildə baş tutub və 2001‐ci ildən xidmətə daxil Təyyarəninolub.bir çox: ISR, ASW, “Yanğınsöndürmə”, “Havadan Erkən Xəbərdarlıq” (AEW), “Tibbi evakuasiya”, “Havadan havaya yanacaq doldurma” variantları mövcuddur. C‐295M mo‐dernləşdirilmiş versiyasıdır. C‐295W dünyanın yüksək modifikasiyalı hərbi‐nəqliyyat təyyarələrindən sayılır və ilk dəfə 2013‐cü ildə ictimaiyyətə təqdim olunub.Şirkət bu günə qədər aldığı 285 ədəd C‐295 sifarişindən 200 ədəni müştərilərə təhvil verib. C‐295 təyyarəsi 25‐dən çox ölkənin Silahlı Qüvvələrində istifadə olunur. Bunlar arasında region ölkələrindən Qazaxıstan, Özbəkistan və Türkmənistanda var. 2019‐cu ildə Qazaxıstan şirkətə növbəti C‐295 sifarişi verib və bunula aviasiya parkındakı C‐295‐lərin sayını doqquza yüksəldib. Özbəkistan “Airbus” şirkətindən C‐295W modifikasiyalı nəqliyyat təyyarə‐sini alıb. Mütəxəssislər bildirir ki, C‐295W analoqlarından bir çox meyar‐larına görə, fərqlənir. Təyyarənin ilk idxalçısı Meksika, ikinci sifarişçisi isə Özbəkistan“Airbus”olub.şirkəti son 5 ildə ən böyük C‐295 sifarişini isə 2021‐ci ildə Hin‐dastandan alıb. Ümumilikdə Hindistan HHQ‐yə 56 ədəd C‐295‐in tədarükünü nəzərdə tutan müqavilənin şərtinə görə bu təyyarələrin ilk 16 ədədlik partiyası “Airbus” şirkətinin İspaniyanın Sevilya şəhərində yerləşən müəssisələrində istehsal edilib təhvil veriləcək. Digər 40 ədədi isə müqaviləyə əsasən Hindis‐tanın “Tata Advanced Systems” (TASL) şirkəti tərəfindən ortaq əməkdaşlıq nəticəsində istehsal edilərək HHQ‐yə çatdırılacaq.Təyyarənin heyəti 2 nəfər, tutumu 71 personal, yükgötürmə qabiliyyəti 9250 kq, maksimal uçuş çəkisi 23.200 kq təşkil edir. C‐295 təyyarəsi 2 ədəd “Pratt & Whitney Canada PW127G” turbovintli mühərriki ilə təchiz olunub. CASA CN‑235 C‐295 təyyarəsinin sələfi hesab edilən İspaniyanın CASA və İndone‐ziyanın IPTN şirkətləri tərəfindən istehsal olunan CASA CN‐235 yüngül CASA C‑295

nəqliyyat təyyarəsi 20‐dən çox ölkənin Silahlı Qüvvələrinin aviasiya parkında yer alır. Türkiyədə TUSAŞ şirkəti tərə‐findən lisenziya altında istehsal olunur. CASA CN‐235 təyyarəsinin ən böyük istifadəçisi də elə Türkiyədir. Türkiyənin HHQ, HDQ və Sahil Mühafizəsi Koman‐danlığının xidmətində 52 ədəd CN‐235 yüngül hərbi nəqliyyat təyyarəsi mövcuddur.CN‐235 təyyarəsinin heyəti 2 nəfər, daşıma qabiliyyəti 44 personal, yükgötürmə limiti 5,950 kq, maksimum uçuş ağırlığı 16,500 kq təşkil edir. Kreyser sürəti 454 km/saat olan CN‐235‐in uçuş tavanı 7,620 metr, uçuş mənzili 5,055 km‐dir. Təyyarə 2 ədəd “General Electric” CT7‐9C3 turbovintli mühhərikə malikdir. “Antonov” HNT Sovet İttifaqının Ukrayna ərazisində yerləşən “Antonov” aviaşirkəti tərə‐findən 1980‐ci illərdə istehsal olunan An‐124 “Ruslan” strateji HNT‐si dün‐yanın ən böyük hərbi nəqliyyat təyya‐rəsidir. “Antonov” şirkəti 2004‐cü ilə qədər 55 ədəd An‐124 “Ruslan” təyyarəsi istehsal edib və bundan sonra istehsalı dayandırılıb. An‐124 HNT “Boeing” 747‐8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yükgötürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Hazırda, An‐124 yükgötürmə qabiliyyətinə görə, dünyanın ikinci ən böyük təyyarəsidir. Maksimum sürəti 865 km/saat olan təyyarənin uçuş məsafəsi 5,200 km, uçuş tavanı 12,000 metr, yükgötürmə qabiliyyəti 150,000 kq təşkil edir. Boş çəki 175,000 kq olan An‐124 “Ruslan”ın maksimum qalxma çəkisi 405,000 kq‐dır. Təyyarə 4 ədəd “Progress D‐18T” mühərrikinə malikdir. Sovet istehsalı olan An‐22 “Antei” ağır turboprop nəqliyyat təyyarəsi isə dünyanın ilk geniş gövdəli və dünyanın ən böyük turboprop təyyarəsidir. Ağır və həcmli silahların, hərbi texnikanın və qoşunların uzun məsafələrə daşınması, habelə hava desant qüvvələrinin paraşütlə enməsi və endirilməsi üçün nəzərdə tutulub. Ekipajı 5‐7 nəfər olan təyyarənin sərnişin tutumu yükü müşayiət edən 28 nəfər və ya 290 əsgər və ya 202 yaralı və ya 150 desantçı təşkil edir. Daşıma qabiliyyəti 80.000 kq‐a qədər, boş çəki 118.727 kq, maksimum uçuş çəkisi 227.000 kq‐dır. 4 ədəd 15.265 HP mühərrikinə malik təyyarənin maksimum sürət 650 km/saat, kreyser sürəti 560 km/saat, praktiki uçuş məsafəsi 5225 km‐dir. “Antonov” şirkətinin An‐12 hərbi nəqliyyat təyyarəsi An‐22‐ə nisbətən daha az tutuma malikdir. Ekipajı 6‐7 nəfər olan təyyarənin sərnişin tutumu 90 əsgər və ya 60 paraşütçü təşkil edir. Ümumilikdə 68 ədəd An‐22 HNT istehsal“Antonov”edilib. şirkətinin An‐26 hərbi nəqliyyat təyyarəsi sinfinin ən çoxsaylı təyyarəsidir. 1400‐ə yaxın sayda istehsal olunmuş AN‐26 HNT 40‐a yaxın ölkənin hərbi aviasiya parkında yer alır. Orijinal model An‐24‐ün modifikasiyasıdır. Yük‐daşıyıcının açılmasının böyük enliyinə görə (2,4 m) və xüsusi nərdivan quraş‐dırılması nəticəsində rahat yükləmə həm yerdən, həm də maşın gövdəsindən mümkündür. Bu da əhəmiyyətli dərə‐cədə yükləmə və boşaltma işini asan‐laşdırır. Ekipajı 6 nəfər olan təyyarə 38 nəfər sərnişin, yaxud xərəkdə 24 yaralı daşımaq qabiliyyətinə malikdir. Boş çəkisi 15850 kq, maksimum uçuş çəkisi 24000 kq, maksimum sürətu 540 km/saat təşkil edir. “İlyuşin” İl‑76 Sovet istehsalı olan İl‐76 – “İlyuşin” konstruktor bürosu tərəfindən hazır‐lanmış çoxməqsədli, sabit qanadlı hərbi nəqliyyat təyyarəsidir. Təyyarə ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunub. 5000 kilometr məsafəni qət edə bilən təyyarənin maksimal sürəti 900 km/saatdır. İl‐76 HNT 4 ədəd PNPP “Aviadvigatel” D‐30KP turbofanlı mü‐hərrik tərəfindən hərəkətə gətirilir və maksimum uçuş sürəti 850 km/saat təşkil edir. 50 ton ağırlığındakı yükləri və 140 personalı daşıya bilən təyyarənin maksimum yüklə uçuş məsafəsi 3650 km, 20 ton yüklə birlikdə isə 7300 kilometrdir. Təyyarə heyətinin sayı yeddi1974‐cünəfərdir. ildən seriyalı istehsal olunmağa başlayan İl‐76 hərbi nəqliyyat təyyarəsi həm hərbi yüklərin, həm də personalın daşınması üçün nəzərdə tutulub. İl‐76 HNT‐nin bir çox versiyaları mövcuddur: İl‐76, İl‐76D, İl‐76K, İl‐76LL, İl‐76M, İl‐76MD, İl‐76MD‐90, İl‐76MF, İl‐76PP, İl‐76MD PS, İl‐76T/İl‐76TD və s. Bu günə qədər 900‐dən çox İl‐76 istehsal edilərək sifarişçilərə çatdırılıb. 40‐a yaxın ölkənin inven‐tarında yer alan İl‐76 seriyalı hərbi nəqliyyat təyyarələri hazırda bir sıra Afrika, Asiya ölkələri, habelə Azərbay‐can da daxil olmaqla MDB ölkələrinin HHQ‐si tərəfindən istifadə olunur. Hazırda Rusiyanın Birləşmiş Avia‐tikinti Korporasiyası (OAK) tərəfindən təyyarənin İl‐76MD‐90A indeksli sonuncu versiyasının istehsalı davam edir. İl‐76MD‐nin modernləşdirilmiş variantı olan İl‐76MD‐90A‐nın ilk uçuşu 2012‐ci ildə baş tutub və seriyalı istehsaldan çıxan ilk təyyarə 2019‐cu ildə Rusiya HHQ‐nin istismarına verilib. “Antonov” An‑124

Təyyarə 4 ədəd PS‐90A‐76 turbo‐fanlı müəhhriklə təchiz edilib ki, bu da ona 820‐850 km/saat sürətlə uçmaq im‐kanı verir. Təyyarənin maksimum uçuş tavanı 12000 metr, uçuş mənzili 8500 km, xidmət ömrü isə 30 ildir. İl‐76MD‐90A‐nın maksimum uçuş çəkisi 210 ton və faydalı yük daşımaq bacarığı 52 tondur. Beş nəfər şəxsi heyətə sahib olan təyyarə 126 paraşütçü və ya 145 perso‐nalı və ya xüsusi qurğularla birlikdə 114 yaralını daşımaq bacarığına malikdir. Rusiyanın Birləşmiş Aviatikinti Kor‐porasiyası (OAK) tərəfindən hazırlanan “İlyuşin” İl‐112V yüngül hərbi nəqliyyat təyyarəsinin hazırlanması ilə bağlı işlərə hələ 1994‐cü ildən başlanıb. Lakin müəyyən səbəblərə görə, onun hazırlan‐ması prosesi ləngiyib, nəticədə təyyarə ilk uçuşunu 2019‐cu ildə etməli olub. Təyyarənin 2023‐cü ildə xidmətə girməsi planlaşdırılır. İl‐112V təyyarəsi maksimum 5 tona qədər yükü nəql etmə qabiliyyətinə malikdir. Şəxsi heyətin, silahın, yüngül hərbi texnikaların və hava desantlarının digər yüklərinin daşınması üçün nəzərdə tutulub. Çətin iqlim şəraitində fəaliyyət göstərə bilən təyyarənin kruiz sürəti 470 km/saat, maksimum yüklə birlikdə uçuş məsafəsi 1200Rusiyakilometrdir.Müdafiə Nazirliyi ilə OAK arasında imzalanan müqavilə əsasında hazırlanan İl‐112V‐lər Rusiya Ordu‐sunda xidmət göstərən AN‐26 hərbi nəqliyyat təyyarələrinin yerini alacaq. Y‑8F200WB Çinin “Aviation Industry Corpora‐tion of China” (AVIC) şirkəti tərəfindən hazırlanan Y‐8F200WB hərbi nəqliyyat təyyarəsi 1980‐ci ildə seriyalı istehsal olunub. Y‐8 təyyarəsinin dizynı ona müxtəlif əməliyyatları, tapşırıqları yeri‐nə yetirilməyə imkan verir. Bunun üçün‐də çoxməqsədli təyyarənin dəniz patru‐lu, xilasetmə və radar dəstəyi təmin edən versiyaları hazırlanıb. Orta mən‐zilli təyyarə olan Y‐8 4 ədəd turbofan mühərriklə təchiz edilib ki, bu da ona maksimum 20000 kiloqram yük daşı‐maq imkanı verir. Təyyarə 86 personalı və yüngül nəqliyyat vasitələrini daşımaq qabiliyyətinə malikdir. Çin Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan Y‐8 təyyarəsi xarici ölkələrə az sayda ixrac edilib. “Kawasaki” “Kawasaki” C‐1 hərbi nəqliyyat təyyarəsi Yaponiya HHQ‐nin istifadə‐sindəki köhnəlmiş “Curtiss C‐46 Commando”nun yerini almaq üçün “Kawasaki Heavy Industries” şirkəti tərəfindən istehsal edilərək 1974‐cü ildə Yaponiya HHQ‐nin inventarına verilib. Qısa mənzilli nəq‐liyyat təyyarəsi olan C‐1 qısa qalxış və eniş (STOL) etmək bacarığına sahibdir. Təyyarə iki ədəd “Pratt and Whitney” JT8D‐M‐9 mühərriki ilə təchiz edilib ki, bu da ona 800 km/saat sürətlə uçmaq imkanı verir. Maksimal uçuş mənzili 1300 kilometr olan təyyarənin 23 min kiloqram yük götürmək qabiliy‐yəti var. Təyyarə əlavə yanacaq dol‐durma ilə 3353 kilometr uçuş mənzilinə sahibdir. “Kawasaki” C‐1‐in maksimum qalxış ağırlığı 38 min kiloqramdır. Yaponiya HHQ‐nin ehtiyaclarını qar‐şılamaq məqsədi ilə 31 ədəd istehsal olunan “Kawasaki” C‐1 heç bir ölkəyə ixrac“Kawasakiolunmayıb.Heavy Industries” şikəti tərəfindən öz xidmət dövrünü başa vurmaq üzrə olan “Kawasaki” C‐1‐ləri əvəzləmək üçün “Kawasaki” C‐2 hərbi nəqliyyat təyyarəsi istehsal edilib. Təy‐yarənin ilk uçuşu 2010‐cu ildə real‐laşdırılıb və 2016‐cı ildə Yaponiya Hərbi Hava Qüvvələri tərəfindən xidmətə qəbul edilib. “Kawasaki” C‐2 hərbi nəqliyyat təyarəsidə C‐1 kimi iki ədəd turbovintli mühərriklə təchiz edilsə də, həm daha çox yük götürə bilmə bacarığı, həm də artırılmış uçuş mənzili cəhətdən öz sələfindən fərqlənir. Xidmətə qəbul olunandan indiyə qədər cəmi 15 ədəd “Kawasaki” C‐2 hərbi nəqliyyat təyarəsi istehsal edilərək Yaponiya HHQ‐yə təhvil“Kawasaki”verilib. C‐2 iki ədəd “General Electric” CF6‐80C2K1F turbovintli mühərriklə təchiz edilib ki, buda ona maksimum 920 km/saat və kruiz vəziyyətdə isə 890 km/saat sürətlə uçmaq imkanı verir. 69 ton yükgötürmə qabiliyyəti olan təyyarənin maksimum qalxış ağırlığı 141 min kiloqramdır. Təyyarənin 20 ton yüklə birlikdəki uçuş məsafəsi 7200 km təşkil edir. Ümumi nəticə olaraq demək olar ki, Ali Komandanlığın vasitəsi olan hərbi nəqliyyat təyyarələri əməliyyat və strateji enişlərin yerinə yetirilməsi, qoşunların və materialların hava yolu ilə daşınması üçün nəzərdə tutulur. Bun‐dan başqa, hərbi nəqliyyat təyyarələri yer hədəflərinə zərbələr endirmək, elektron müharibə aparmaq və xüsusi tapşırıqları yerinə yetirmək qabiliy‐yətinəHNT‐ninmalikdir.ölkənin daxilində yerləşən aviasiya bazaları var. Hərbi əməliyyatlar zamanı hərbi aviasiya birləşmələri və bölmələri əsas baza sahəsindəki aero‐dromlardan istifadə edir. HNT‐lər bir qayda olaraq, kiçik hazırlanmış uçuş zolaqları olan aerodromlardan idarə olunaHərbibilər. əməliyyatlar başlamazdan əvvəl HNT qoşunların, hərbi texnikanın, döyüş sursatının və digər materialların daşınması vəzifələrini yerinə yetirir və Hərbi Hava Qüvvələrinin hava manev‐rini təmin edir. Döyüşlərin başlaması ilə HNT‐nin əsas vəzifəsi düşmən xətlərinin arxasına eniş etməkdir. Sonradan HNT, düşmənin arxasında yerləşən qoşunlara müxtəlif yüklərin çatdırılmasında iştirak edə Ənənəvibilər.olaraq, HNT ordunun mənafeyinə uyğun hərəkət edir ‐ hava‐desant qüvvələrinin enişi, habelə silah‐ların, döyüş sursatının, maddi‐texniki hissələrin çatdırılması, hərbi hissələrin operativ köçürülməsi və yaralıların təxliyəsini həyata keçirir. Hərbi nəq‐liyyat təyyarələri həmçinin hava kəşfiyyatı aparmağa, elektron müharibə aparmağa və başqa məqsədlər üçün istifadə etməyə hazırdır. Lazım gələrsə, hərbi nəqliyyat aviasiyası humanitar vəzifələr də daxil olmaqla müəyyən xüsusi vəzifələrin həllinə cəlb edilə bilər. Hərbi nəqliyyat təyyarələrinin dö‐yüş xüsusiyyətləri uzun uçuş məsafəsi, müasir uçuş və naviqasiya avadan‐lıqlarının olması və çox yönlülüyü ilə xarakterizə olunur. Qlobal hərbi nəq‐liyyat təyyarələri bazarına baxdıqda NATO ölkələrinin və keçmiş Sovet təyyarələrinin HNT‐nin əsasını təşkil etdiyi müşahidə olunur. PQ 51 “Kawasaki” C‑1

? Zaur Babaşov Ordunun böyük qüdrətinin simvolu olan əsas döyüş tankları həmişə bütün hərbi əməliyyatların mərkəzində olub və ordulara müharibənin bütün spektrində döyüşmək imkanı verib. Bir tankın əsas məqsədi düşmənə yaxınlaşmaq və onu məhv etmək üçün böyük zireh müdafiəsi ilə döyüş sahəsinə güc daşımaqdır.

Türkiyənin ALTAY tank proqramı

Birinci Dünya Müharibəsi zamanı döyüş meydanında ilk dəfə tətbiq olunduğu vaxtdan bu günə qədər, artıq 100 ildən çoxdur dünyada gedən bütün müharibələrin iştirakçısı olmuş tanklar hərbi sənayenin müasirləşməsinə paralel olaraq inkişaf etdirilir. Yeni tank modelləri yaradılır. Dizayn olaraq bir birinə bənzəsə də, tanklar öz manevr qabiliyyəti, silahlanması, müdafiəsinə görə fərqlənirlər. Bu yazımızda son illər müdafiə sənayesində mühüm addımlar atan və müsbət nəticələr əldə edən Türkiyənin ALTAY Əsas Döyüş Tank İstehsalı Proqramından bəhs etməyə çalışacağıq. Dizayn, prototip və kalifikasiya işləri 2008–2016 Türkiyədə milli imkanlar hesabına hazırlanmış “Altay” tankı 3+ nəsil əsas döyüş tankıdır. 2008‐ci ildə Türkiyədə milli imkanlarla Əsas Döyüş Tank İstehsalı Proqramının birinci mərhə‐ləsində “Altay” tankının dizayn, prototip və kalifikasiya işlərinə əsas podratçı şirkət olaraq “Otokar” seçilib. 500 milyon ABŞ dolları büdcəsi olan “Faza I” adlandırılan bu dövr konsept dizayn, detallı dizayn və prototip yaratma və kalifikasiya olmaq üzrə üç mərhələdən ibarət olub. Tankın seriyalı istehsalı isə “Faza II” adlandırılır. “Faza I” üzrə ilk iki mərhələni uğurla tamamlayan “Otokar” layihədə ikisi ilk prototip, ikisi son hazırlıq prototip olmaqla “Altay” tankının 4 nümunəsini istehsal edib. İlk iki prototipdən əldə edilən təcrübə və verilən təkliflər nəticəsində 2014‐cü ilin sonlarında son iki prototip PV1 və PV2 olaraq adlandırılan iki tankın istehsalıArtırılmıştamamlanıb.davamlılıq qabiliyyəti, hərəkət qabiliyyəti və atış gücü ilə diqqət çəkən “Altay” tankının prototipi hər cür iqlim və ərazi şərtlərində keçirilən çətin testlərdə üstün səviy‐yədə performans göstərib. Fərqli ssenarilərdə atış testləri keçirilən “Altay” tankının bütün hava şəraiti və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə ha‐zırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017‐ci ilin fevralında uğurla tamamlanıb, qəbul və təsdiqi reallaşıb.

“Roketsan”dan “Altay”a ERA zirehi

Seriyalı istehsal mərhələsi

Türkiyə Milli Müdafiə Nazirliyindən istehsala icazə sənədi alındıqdan sonra, “Otokar” şirkəti Quru Qoşunları Koman‐danlığının ehtiyaclarını qarşılamaq üçün “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələ çər‐çivəsində 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklifi Müdafiə Sənayesi Baş‐qanlığına (SSB) təqdim edib. SSB‐nin 250 ədəd “Altay” tankının seriyalı istehsal üçün elan etdiyi tenderə “Otokar” ilə yanaşı BMC və FNSS şirkətləri 2017‐ci il noyabrın 16‐da təkliflərini verib. 2018‐ci ilin aprel ayında Türkiyə Müdafiə Sənayesi Başqanlığı “Altay” tankının seriyalı istehsalı üçün qərar verib. “Altay” əsas döyüş tankının seriyalı istehsalı və bu tanka mühərrik hazırlanması üçün həyata keçirilən layihədə BMC şirkəti ilə danışıqların başladılması qərar‐laşdırılıb. Mühərrik problemi və həll yolları İlkin mərhələdə “Altay” tanklarında Almaniyanın Avstriya ilə müştərək istehsal etdiyi “Ka 501. 883 MTU MT” markalı dizel mühərriklərindən istifadə edilməsi nəzərdə tutulurdu. Lakin, Berlinin Ankara ilə hərbi texniki əmək‐daşlığı məhdudlaşdıraraq mühərrik tədarükündən imtina etdi. Türkiyənin Müdafiə Sənayesi Başqanlığı 2015‐ci ilin mart ayında yerli “Tümosan” şirkəti ilə “Altay” tank mü‐hərrikinin yaradılmasına və istehsalına dair müqavilə bağladı. Müqaviləyə əsasən xarici texniki yardımla “Altay” üçün 1‐ci və 2‐ci mərhələdə 1500 at gücündə, 3‐cü və 4‐cü mərhələdə isə 1800 at gücündə dizel mühərrikin istehsalı nəzərdə tutulurdu. 2015‐ci ilin oktyabr ayında Avstriyanın “AVL List GmbH” şirkəti mühərrikin yaradılması üzrə köməkçi qismində seçildi. Sazişə əsasən “AVL List GmbH” şirkəti “Tümosan” şirkətinə yaradılacaq mü‐hərrik üçün texnologiya transferini öz üzərinə götürmüşdü. Lakin 2016‐cı ilin sonunda silah və hərbi texnologiyaların Türkiyəyə tədarükü üzrə embarqonun tətbiqi ilə bağlı qəbul edilmiş qət‐namədən sonra Avstriya hökuməti “AVL List GmbH” müqaviləsinə qadağa qoydu. Beləliklə, “Tümosan” və “AVL list GmbH” arasında əməkdaşlıq sazişi 2017‐ci ilin yanvar ayında ləğv edildi və bunun nəticəsi olaraq, Tümosan və SSM arasında mühərrikin yaradılması və seriya istehsalı üzrə müqavilə fevral ayının 24‐də ləğv edildi. Belə olan vəziyyətdə Türkiyə ABŞ, Ukrayna və Rusiya ilə mühərrik tək‐liflərini nəzərdən keçirdi. Daha sonra, Cənubi Koreya ilə mühərrik çözümündə əməkdaşlığı genişləndirdi. SSB başqanı İsmail Dəmir 2020‐ci ildə seriyalı istehsalın ilkin mərhə‐ləsində əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının isteh‐salının həyata keçiriləcəyini, sonrakı mərhələdə bu prosesin xaricdən alınan mühərriklərlə davam etdiriləcəyini bildirmişdi. 2021‐ci ilin sonuna qədər “Altay” əsas döyüş tankının ilk par‐tiyasının Türkiyə Quru Qoşunlarının silahlanmasına verilməsi planlaşdırı‐lırdı. Lakin, tankın mühərik məsələsi həmin vaxt öz həllini tapmadığı üçün bu proses biraz daha uzadıldı. Nəhayət, 2021‐ci il oktyabr ayının sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Koreyaya rəsmi sə‐fəri zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğula‐yaraq bunun müxtəlif layihələrlə gücləndiriləcəyinə ümid etdiyini bil‐dirmişdi. Bu çərçivədə Cənubi Ko‐reyanın “Doosan” və “S&T Dynamics” şirkətlərinin “Altay” tankı üçün mü‐hərrik və transmissiya təmin edəcəyi Türkiyənin BMC şirkəti ilə memoran‐dum imzalandı. İlk mərhələdə tankın güc paketinin Türkiyədə birgə istehsalı və Cənubi Koreyadan Türkiyəyə texniki məlumatların verilməsi razılaşdırıldı. 2021‐ci ilin noyabrında Türkiyənin “Altay” əsas döyüş tankının mühərrik və transmissiyası ilə bağlı Cənubi Koreya ilə imzalanan memorandumunda dəyişiklik edilərək birgə seriyalı is‐tehsal planlarından hazır məhsulların tədarükünə keçdiyi bildirildi. Türkiyə və Cənubi Koreya mənbələri Cənubi Koreyada istehsal edilən hissələrin birgə istehsal əvəzinə Türkiyəyə gön‐dəriləcəyini bildirdilər.

“Altay” yeni güc paketi ilə sınaqlarda 2022‐ci ilin may ayında Türkiyənin “Altay” əsas döyüş tankı prototipinə Cənubi Koreya istehsalı olan güc pa‐ketinin inteqrasiya olunduğu açıqlandı. “Altay” tankı təlimlərindəatış

54 www.poliqon.az “Otokar”dan “Altay‑AHT” konfiqurasiyası

2022‐ci ilin may ayında “Altay” tankı yeni güc paketi ilə sınaq fəaliyyətinə başladı. Hazırda “Altay” tankının yeni güc paketi ilə sınaqları keçirilir və yaxşı nəticələr əldə edilib. Cənubi Koreya ilə seriyalı istehsal baxımından da razılıq əldə olunub. Cənubi Koreyanın istehsal etdiyi bu güc paketi ilk dəfə bir tanka inteqrasiya edilmiş olub. İki il ərzində “Altay” tankı bu güc qrupu ilə seriyalı istehsala başlaya bilər. Mütəxəssislərin sözlərinə görə, transmissiyanın ilk dəfə istifadə edilməsi testləri biraz uzada bilər. Atəş gücü “Altay”ın ekipajı tank komandiri, topçu, yükləyici və sürücü olmaqla 4 nəfərdir. 12 silindrli, 1500 at gücündə elektron mühərriklə idarə olunan “Altay”ın maksimum sürəti 65 km/saat, gediş uzaqlığı 450 km təşkil edir. Kütləsi 65 ton olan tankın əsas silahı 120 mm‐lik L55 yivsiz topudur. 120 mm‐lik əsas silah sistemi, “Hyundai‐Rotem” texno‐logiyasından istifadə edilərək MKE tərəfindən istehsal edilir. Silahın lü‐ləsinin ümumi uzunluğu 6,6 m, çəkisi isə 1324 kiloqramdır. Köməkçi silahı uzaqdan idarə olunan 7.62 mm və 12,7 mm pulemyotlar və 40 mm qum‐baraatandır. Tankın istehsal prosesinin başlaması ilə silahların da kütləvi istehsal mərhələsi başlayacaq. “Altay” 40 ədəd top sursatı daşıya bilir. “Altay” əsas döyüş tankının zirehini “Roketsan” şirkəti istehsal edəcək. “Roketsan”ın “Altay” əsas döyüş tankına quraşdıracağı ERA (Explosive Reactive Armor / ERA) zirehi tandem döyüş baş‐lıqlı tank əleyhinə raketlərə qarşı qorumanı təmin edir. ERA zirehin mo‐dulyar dizaynı sökmə və yeniləmə əməliyyatlarını asan şəkildə aparmağa imkan verir. Bundan başqa ERA müx‐təlif zirehli maşınlara da uyğunlaşdırıla bilir. “Altay” əsas döyüş tankı “Roketsan” tərəfindən hazırlanacaq passiv, aktiv və reaktiv zireh kom‐ponentləri ilə döyüş sahəsində qabaqcıl qorumaya sahib olacaq. “Altay” tankında ASELSAN sis‑ temləri “Altay” tanklarında ASELSAN şir‐kəti tərəfindən istehsal olunan AKKOR aktiv mühafizə kompleksi, “Volkan” atış kontrol sistemi, habelə komanda, ra‐bitə, xəbərdarlıq və məlumat sistemi, məsafədən idarə olunan döyüş modulu, sürücünün görmə cihazları, lazer xəbərdarlıq sistemi, döyüş sahəsini tanıma‐tanıtma və yaxın məsafə nəza‐rət sistemləri yer alacaq. Hələ 2015‐ci ildə ASELSAN şirkəti SSB ilə “Altay” tankı üçün aktiv mühafizə sisteminin (AKKOR olaraq tanınır) istehsalına dair müqavilə imzalayıb. IDEF‐2019 sərgisində “Altay” tanklarında yer alacaq sistemlərin tədarükünə dair BMC və ASELSAN şirkətləri arasında növbəti müqavilə imzalanıb. ASELSAN şirkətinin açıq‐ladığı məlumata görə, “Altay” tankının seriyalı istehsalı layihəsi çərçivəsində ASELSAN‐ın aldığı sifarişin ümumi həcmi 840 986 250 avroya çatıb. Layihə çərçivəsində qazanılan təcrübə ilə ASELSAN dünyada əsas döyüş tanklarına aid bütün idarəetmə avadanlıqları və proqramını öz im‐kanları ilə yerli və milli olaraq yaradan, onları tanklara inteqrasiya edən yeganə şirkət ünvanına sahib olub. Şirkətdən bildirilib ki, ötən illər ərzində fərqli tankların müasirləş‐dirilməsi proqramlarında yer alan ASELSAN tank sahəsində qazandığı önəmli təcrübə ilə “Altay”ın bütün mühüm idarəetmə sistemlərini və proqramlarını hazırlayıb. “Altay”ın pro‐totipləri üzərində ASELSAN sistemlə‐rinin inteqrasiyası və onların uyğunlaşdırılması ALTAY layihəsinin “Faza I” mərhələsində gerçəkləşdirilib. Bu müddətdə hazırlanmış sistemlər “Altay” tankının prototipləri üzərində 2000‐dən çox atışla və bir tankın ömrü boyunca məruz qalacağı hər cür çətin şərtlərdə 10 min km‐dən çox məsafədə hərəkət testlərindən uğurla sınaqdan keçib.ASELSAN şirkətinin 2008‐ci ildən üzərində çalışdığı AKKOR sistemi mod‐ulyar dizaynı sayəsində “Altay” tankı ilə yanaşı müxtəlif tank və zirehli ma‐şınlarda tətbiq edilə bilər. Sistemin mü‐vafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçir‐ildiyi testlər 2010‐cu ildən etibarən uğurla gerçəkləşdirilib. AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Sistemin yük‐sək texnologiyalara əsaslanan radarı

üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edir. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partlayaraq təsirsiz hala gətirir.AKKOR sistemi sursatın üzərindəki ağıllı sensor mini bir radar kimi çalışaraq dünyadakı analoqlarından daha üstün performans sərgiləyir. ASELSAN şirkəti AKKOR aktiv müdafiə sistemi üzərində aparılan işləri 2021‐ci ildə tamamlamağı planlaşdırırdı. Şirkət tərəfindən verilən məlumata görə, AKKOR 2020‐ci ildə Türkiyə Ordusunun inventarına daxil edilən PULAT aktiv müdafiə sistemindən daha üstündür. “Otokar”dan “Altay‑AHT” konfi‑ qurasiyası “Altay”ın yaradıcısı “Otokar” şirkəti bu tankın asimmetrik müharibə şəraiti üçün modernizə edilən variantı “Altay‐AHT”ni də hazırlayıb və ilk dəfə IDEF‐2017 sərgisində nümayiş etdirib. İxrac potensialı olan “Altay‐AHT” şirkətin öz resusları hesabına “Altay” tankının gövdə və qüllə platforması üzərindən inkişaf etdirilib. Yüksək davamlılıq, hərəkət və atəş qabiliyyəti xüsusiy‐yətlərinə malik “Altay‐AHT” tankı “Altay” tankından bəzi xüsusiyyətlərinə görə fərqlənir. “Altay‐AHT”nin əsas xüsusiyyətləri bunlardır: – Hibrid və asimmetrik müharibə şəraitində tanklar üçün böyük təhlükə yaradan idarə olunan və olunmayan raket hücumları, küçələrdə yaradılan çuxur və baryerlər, mina və əldəqa‐yırma partlayıcı hücumlarının qarşısını almaq üçün kompozit reaktiv zireh və zireh barmaqlıqlara malikdir. – Teleskopik müşahidə sisteminin (EOS) əlavəsi, 360 dərəcə müşahidə icmalı təmin edən yaxın məsafədən nəzarət sistemi (YAMGÖZ) və uzaqdan idarəolunan silah sisteminin (UKSS) yerləşdirilməsi ilə daha çox fərqlilik qazanıb.–Uzaqdan idarə olunan əldə‐qayırma partlayıcı hücumlarına qarşı tank üzərində siqnal boğucu (Jammer) var. Bundan başqa, təhlükə gələn istiqaməti müəyyən edən Atış Yeri Təsbit Sistemi ilə snayperlərin yerini, lazer xəbərdarlıq sistemi ilə lazer idarəetməli raketləri, lazer məsa‐fəölçənləri təsbit edə bilir. – Aşkar edilən təhlükəli istiqamət “Soft Kill” (ağıllı duman pərdəsi) sistemi ilə avtomatik olaraq maskalanır. Bu zaman UKSS və tank qülləsi istifadəçi seçiminə bağlı olaraq avtomatik şəkildə təhdid nöqtəsinə istiqamətlənir. – Tankın önündə sürücü tərəfindən idarə olunan, mövqelərin hazırlanması, döyüş meydanında qarşıya çıxan ma‐neələrin təmizlənməsi, xəndəklərin doldurulması üçün buldozer tiyəsi yer alır. “Altay” minatəmizləm konfi‑ qurasiyası Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Başqanlığı “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını ya‐ratmaq istəyir. Bununla bağlı, 2018‐ci ildə SSB Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə müraciət edib. SSB işi Quru Qoşunlar Ko‐mandanlığı üçün aparacaq. Layihə çərçivəsində mexaniki keçid açma sistemi ilə tank əleyhinə və piyada əleyhinə minaları yerindən çıxarıb keçid kənarına atan, minaları partlat‐maq yolu ilə müəyyən ölçülərdə keçid qazan, maqnetik lokator sistemi ilə maqnetik borulu minaları partladan, təmizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən tırtıllı bir texnikanın hazırlanması tələb edilir. Həmçinin minatəmizləmə maşınlarının iş prinsipləri gərəyi yüksək gücdə mühərrikə malik olması və yüksək qoruma təmin etməsi tələb olunur.Sonda onu da qeyd etmək yerinə düşər ki, açıq mənbələrə əsasən uzun‐müddətli dövrdə istehsal ediləcək “Altay” tanklarının ümumi sayı 1000 ədəd təşkil edəcək. Bununla, Türkiyə Silahlı Qüvvələrinin zirehli texnika parkında yer alan əvvəlki nəsil tankların tam yenilənməsi nəzərdə tutulub. Təxminən 20 il davam edəcək ALTAY layihəsinin istehsal xərclərinin 25‐30 milyard ABŞ dolları hesab edilir. Bu günün və gələcəyin döyüş şərtlərinə cavab vermək visionu ilə hazırlanmış ALTAY layihəsi çərçivə‐sində əsas podratçı rolunu öz üzərinə götürən BMC şirkəti müqavilə çər‐çivəsində dörd hissəyə bölünən istehsalın ilk mərhələsində 250 ədəd “Altay” tankı istehsal edərək Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək. Layihə çərçivəsində əksəriyyəti yerli olan 200‐ə yaxın subpodratçı təyin olunacaq. PQ “Altay” tankı qış təlimlərində

Türkmənistan prezidenti Sərdar Berdimühəmmədov Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Karshi” bazasında yeni istifadəyə verilmiş “Dəniz xan” korveti ilə tanış olub.

Ə.Təngsiri qeyd edib ki, istehsalı davam edən hücum katerləri tək‐milləşdirilərək sürəti 55 knotdan 75 və 90 knota qədər artırılıb və növbəti mərhələdə hətta 110 knota çatacaq. Qeyd edək ki, araşdırmalara əsasən, İranın SEPAH Hərbi Dəniz Qüvvələri 2020‐ci ilin mayında 120 ədəd, 2021‐ci ilin fevralında 340 ədəd yüksək sürət və üstün manevr imkanlarına malik stels hücum katerləri ilə təchiz edilib. Yeni katerlər uzaq hədəfləri vurmaq üçün silah sistemləri, su altında əməliyyat aparmaq üçün ləvazimatlarla təchiz olunub.

Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən 13 ədəd MEMATT mexaniki minatəmizləmə maşını Azərbaycanın Müdafiə Nazirliyinə təhvil verilib. Bununla, bu günə qədər Azərbaycana idxal edilən MEMATT sayı 20‐yə çatıb. Son partiya 13 ədəd MEMATT bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinə çatdırılan 7 ədəd MEMATT minatəmizləmə texnikasından daha üstün imkanlara sahibdir. Beləki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinə, o cümlədən Azərbaycan və Qərbi Afrika ölkəsi olan Burkina‐Faso Respublikasına ixrac edilən MEMATT mexaniki minatəmizləmə maşınları müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.ASFATşirkətinin quru və hava layihələri üzrə direktoru Yasin Arslan POLİQON jurnalına açıqlamasında bildirib ki, MEMATT‐ın əvvəlki partiya istehsalından sonra, təchizat üzərində bəzi təkmilləşdirmələr aparılıb. “Əvvəlki MEMATT mexaniki minatəmizləmə maşınları 500 metrdən idarə edildiyi halda, hazırkı modeli 5 min metr məsafədən idarə etmək mümkündür. Bundan əlavə, texnikanın minatəmizləmə qabiliyyəti daha da artırılıb, mühərrik həcmi və gücü yüksəldilib, kamera sayı çoxaldılıb. Habelə, texnikanın idarəetmə ölçüsü optimallaşdırılıb”, – deyə Yasin Arslan vurğulayıb.İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüv‐vələrinin istismarına yüksək sürətli yeni stels (stealth) hücum katerləri verilib. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr‐admiral Əli Rza Təngsiri deyib ki, hazırda HDQ tərəfindən yeni stels hücum katerlərindən istifadə edirlir. O, İran mütəxəssiləri tərəfindən yerli imkanlar hesabına inşa edilən hərbi təyinatlı sürətli katerlərin gövdə materialının və formasının radarlar tərəfindən aşkar edilməməsini təmin etmək üçün stels texnologiyasından istifadə etdiyini bildirib.

56 www.poliqon.az

Qeyd edək ki, bu günə qədər “Dearsan” şirkəti tərəfindən Türkmənistan HDQ üçün uzuluğu 57, 33, 14 metr olan 35‐ə qədət raket‐artilleriya gəmi və katerləri, təminat və hidroqrafiya gəmiləri inşa edilib. MEMATT‑ların Azərbaycana tədarükü tamamlanıb İran yüksək sürətli stels hücum katerlərinin istehsalını artırır Türkmənistan prezidenti “Dəniz xan” korveti ilə tanış olub

Türkmənistan Müdafiə Nazirliyindən bildirilib ki, Türkmənistan HDQ‐nin silahlanmasına qəbul edilən korvet tipli gəmi ölkənin Xəzər dənizindəki milli maraqlarını və dövlət sərhəddinin qorunması üçün inşa edilib. “Dəniz xan” korvetinin inşası ilə bağlı Türkiyə və Türkmənistan arasında müqavilə IDEF‐2019 sərgisində imzalanıb. Müqaviləyə əsasən, 2019‐cu ildə Türkiyənin “Dearsan” tərsanəsi tərəfindən inşa edilməyə başlanan korvet 2021‐ci ilin avqustunda Türkmənistan HDQ‐yə təhvil verilib. Yeni korvet Türkiyə, İtaliya və Fransa müdafiə sənayesinin istehsalı olan silah və texniki vasitələrlə: 200 km mənzilli “gəmi‐gəmi” tipli raketlər; hava hücumundan müdafiə tipli raket və sistemlər; yaxın və orta mənzilli dəniz döyüşü üçün 76.00 mm‐ lik, 30 və 14,5 mm‐ lik zenit‐artilleriya silahları; pilotsuz uçuş aparatı ilə təchiz olunub. Bunlar arasında ASELSAN şirkətinin hazırladığı GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi (CIWS) ilə ROKETSAN istehsalı DSH (Denizaltı Savunma Harbi) raketi və atıcı sistemi də yer alır.

Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.