AZENU Journal (October)

Page 1

AZERBAIJAN ENGINEERS UNION We Unite We Succeed

OCTOBER,2016

October,2016


Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.

Heydər Əliyev 2


Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi üçün çox önəmli layihədir Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir: “Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir. Biri TANAP, digərləri Cənubi Qafqaz Boru Kəməridir ki, bizim qazımızı Azərbaycandan Türkiyə sərhədinə – Türkiyə-Yunanıstan, Türkiyə-Gürcüstan sərhədinə qədər gətirir; ondan sonra Transadriatik kəməri və “Şahdəniz” yatağının işlənməsi. Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir: “Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii resurslarla zəngin olmayan ölkələr çalışırlar ki, müxtəlif yerlərdən onlara yeni resurslar gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır. Və çoxşaxəli diversifikasiya yolu ilə həm nefti, həm də qazı dünya bazarlarına çıxarır”. İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrasında artıq yeddi ölkə birləşib: “Və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, cəmi 25 ildir ki biz müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftə, qaza bağlı idi. Bu gün isə neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sahələrinə yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir”. (c) Trend.az

3


“Azneft” 9 ay ərzində 4,7 mln. tondan çox neft və 4,2 mlrd. kubmetr qaz hasil edib “Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu – İF-Az) 2016-cı ilin yanvar-sentyabr aylarında 4 mln. 703,7 min ton neft hasil edib. Bu barədə “İnterfaksAzərbaycan” agentliyinə “Azneft”dən məlumat verilib. İstehsalat Birliyinin xətti ilə 9 ay ərzində qaz hasilatının həcmi 4,2 mlrd. kubmetr təşkil edib (plan 100,9% yerinə yetirilib). 2016-cı ilin əvvəllərindən “Azneft”in sifarişi ilə 43 yeni quyu istismara verilib və bu quyulardan 78 min ton neft hasil edilib. Cari ilin yanvar-sentyabr aylarında İB-nin fəaliyyətdə olmayan quyu fondundan 77 quyu qaytarılıb və əlavə olaraq 39,5 min ton neft hasil edilib. Hesabat dövründə 469 quyuda aparılmış geoloji tədbirlər nəticəsində əlavə olaraq 146 min ton neft çıxarılıb. Xəbər verildiyi kimi, 2015-ci ildə “Azneft” İB 6 mln. 778 min ton neft və 6,1 mlrd. kubmetr qaz istehsal edib. 2016-cı ildə neft hasilatı 6,3 mln. ton səviyyəsində proqnozlaşdırılır. 4


SOCAR-ın Baş ofisində Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilmişdir Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.Əvvəlcə SOCAR-da gənclərlə bağlı həyata keçirilən layihələrə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilmişdir. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qarşıdan gələn 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən söz açmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulamışdır. SOCAR prezidenti ''Daxili Təqaüd'' proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsinin keçirildiyini, ümumilikdə 1918 tələbənin SOCAR təqaüdünə layiq görüldüyünü söyləmişdir. R.Abdullayev 2010-cu ildən etibarən yerli və xarici universitetlərin azərbaycanlı tələbələri üçün keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin də gənclər arasında populyar olduğunu söyləmiş, gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqda dolğun informasiya əldə etməsində bu layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdir. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı və perspektivli gənclərin Şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlərin də uğurla davam etdirildiyini vurğulayan SOCAR prezidenti bildirmişdir ki, indiyədək bu proqram üzrə 275 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmişdir. 209 təqaüdçü təhsilini müvəffəqiyyətlə bitirib Vətənə qayıtmış və SOCAR-da uğurla fəaliyyət göstərirlər. Hazırda 32 təqaüdçü təhsilini davam etdirir. R.Abdullayev qeyd etmişdir ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görür. İndiyədək İdarənin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərinin 841məzunu öz peşələri üzrə SOCAR-ın müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur. Rövnəq Abdullayev Şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, SOCAR-ın təqaüdünə layiq görülmüş 77 tələbəni, eləcə də “Yay məktəbi-2016” layihəsinin 30 iştirakçısını təbrik etmiş, onlara təhsildə və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.

5


BANM-in tələbəsi “SOCAR-AQŞ”nın təqaüdünü alacaq

Bakı Ali Neft Məktəbində ''Neft-qaz mühəndisliyi'' ixtisası üzrə təhsil alan V kurs tələbəsi İbrahim Məmmədov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasından seçilərək ''SOCAR-AQŞ'' şirkətinin Tələbə Təqaüdünü qazanmışdır.''SOCAR-AQŞ'' şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan İ. Məmmədov 2016/2017-ci tədris ili ərzində şirkətin təqaüdünü alacaq. O, 2012-ci ildə 636 balla BANM-in “Neft qaz mühəndisliyi” ixtisasına daxil olmuşdur. İbrahim Məmmədov 2015-ci ildə AZERCELL şirkəti tərəfindən tələbə təqaüdünə də layiq görülmüş, eləcə də BP-nin yay məktəbində olmuşdur. Xatırladaq ki, keçən il də BANM-nin ''Neft-qaz mühəndisliyi'' ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıqov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək ''SOCAR-AQŞ'' şirkətinin təqaüdünü qazanmışdı.

6


BANM-in rektoru Prezident təqaüdçüləri ilə görüşmüşdür

Bakı Ali Neft Məktəbində bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilmişdir.BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016/2017-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamı”nda onların adının olmasının çox əlamətdar və qürürverici olduğunu demişdir. Rektor Prezident təqaüdünə layiq görülən tələbələrə nailiyyətlərinin davamlı olmasını arzulamış, Ali Məktəbin hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında dəstək verdiyini bildirmişdir. O, tələbələrə müvəffəqiyyət arzulamış, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə etmişdir. Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq cədvəlində birinci olan BANM-ə qəbul olan tələbələrin 17 nəfəri 685700 bal toplayaraq, Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-ci tədris ilində ali məktəblərə keçirilən qəbulda BANM üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olmuşdur. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan hər iki tələbə BANM-i seçmişdir.

7


SOCAR Polymer layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.

SOCAR Polymer şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 16 iyul 2013-cü il tarixində yaradılmışdır. Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilməkdədir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. Şirkətimizin iki qurğusu hər il 180 000 ton polipropilen və 120 000 ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcəkdir. Halhazırda, Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bizim layihəmizin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaqdır. SOCAR Polymer layihəsinin icrası Azərbaycan iqtisadiyyatının bir sıra mühüm sektorlarında multiplikasiya effekti yaradacaq və bununla, böyük sayda iş yerləri yaranacaqdır.

8


Elmi Məlumatlar


FƏALİYYƏTSİZ QUYULARIN YAN LÜLƏ QAZILMASI VASİTƏSİLƏ BƏRPASI Fəaliyyətsiz quyuların yenidən bərpa edilməsində və az məhsuldarlığı olan quyuların debitinin artırılmasında bu növ quyuların yenidən qazılması indiki dövr üçün prioritet məsələrdən hesab olunur. Azərbaycan yataqları üçün çox əhəmiyyətlidir. Beləki, bütün istifadədə olan yataqlarda işləməyən və debiti az olan quyulara rast gəlmək mümkündür. Bu cür quyuların əsas quyular arasından çıxarılmasının başlıca səbəbi kimi məhsuldar layların tükənməsini göstərmək olar.

Qalıq neftin çıxarılmasında, eləcə də qəza vəziyyətindəki quyuların bərpa edilməsində yan lüləli quyuların qazılması olduqca əhəmiyyətlidir. Bu növ tətbiq üsulunun digər üsullardan fərqi ondan ibarətdir ki, quyu üçün artıq başqa üsulların tətbiq edilməsi qeyri – mümkündür. Bildiyimiz kimi, mövcud neft yataqlarında aparılan istismar bir çox xarici şirkətlər ilə birlikdə həyata keçirilir. Və istismar olunan yeni yataqlardan məhsul alınana kimi ölkənin enerjiyə olan tələbatının bir hissəsi köhnə yataqlardakı fəaliyyətini dayandırmış quyuların hesabına təmin edilməlidir. Elə bu səbəbdəndir ki, yeni qazılacaq quyuların qəzasız və mürəkkəbləşmələrsiz həyata keçirilməsi qarşıda duran əsas məsələlərdən biri kimi qeyd olunur. Lakin bütün bu proseslər həyata keçirilərkən yaranacaq problemlər də qaçılmazdır. Və bu problemlərin həlli üçün mövcud texnoloji tədbirlərin işlənməsi ilə bu kimi problemlər aradan

qaldırılmalıdır. ARDNŞ fondunda 6 min quyu var və onun 2,5 mini fəaliyyətsiz quyulardır. 10


Məlumdur ki, keçmiş sovetlər birliyində qazıma planının yerinə yetirilməsi əsasən qazılmış metrlərin sayı əsas meyar kimi qazımaçıların işinin keyfiyyətini müəyyənləşdirirdi. Bu da öz növbəsində qazıma müəssisələrinin fəaliyyətsiz quyuların bərpası üçün kompleks texniki – texnoloji tədbirlərin işlənməsi əvəzinə, onların texniki və ya geoloji səbəblərdən ləğv edilməsini məcbur edirdi. Təkcə onu qeyd etmək lazımdır ki, Azərbaycanda 42 min qazılmış quyulardan 32 mini geoloji və yaxud texniki səbəblərdən ləğv edilmişdir. Belə bir ciddi məsələyə bu cür yanaşmaq son nəticədə minlərlə ton metalın (qoruyucu kəmərlərin, qazıma borularının və s.) ləğv olunmuş quyularda istifadəsiz qalmasına səbəb olmuşdur. Maili istiqamətli quyuların qazılmasının başlanğıcı keçmiş SSRİ – də 30-cu illərə təsadüf edilir, bunların 50% Azərbaycan Respublikasında qazılmışdır. Texasda (ABŞ) ilk dəfə olaraq 1930-cu ildə yan lüləli quyu qazılmışdır. Həmin yan lüləli quyunun lüləsinin uzunluğu 7 m təşkil edirdi.Bizim ölkədə ərazisində isə ilk dəfə 1936 – cı ildə yan lüləli quyu qazılmağa başlanmışdır. Qeyd etmək lazımdır ki, belə işlərin nəticəsi müxtəlif səbəblərdən olmuşdu, əsasən birinci növbədə alətlərin effektivliyinin aşağı olması həmçinin texnika və texnologiyanın lazımi səviyyədə olmaması. Hal-hazırda effektiv texnikanın olmaması 30 min artıq quyuların fəaliyyətsiz dayanması bu quyu fondunun təqribən 20%-ni təşkil edir (bu o deməkdir ki, 40 milyon ton neft itkisidir) Texnoloji işlərin mürəkkəbliyi, tez-tez baş verən qəzalar və çətinliklər, ən başlıcası lülənin qazılma prosesində onun trayektoriyasının idarə olunmasının mürəkkəbliyi quyuların bu üsulla bərpasının sonralar geniş yayılmasının qarşısında mane olan əsas səbəblər olmuşdur. İkinci lülə çox zaman drenajlı, yaxud məhsuldar layın sulaşmış məntəqələrini açmış, yaxud qonşu quyuların əhatə bölgəsinə düşmüşdür. 1960-cı illərin ortalarında maili istiqamətlənmiş qazıma və ikinci lülə qazılması texnologiyası işlənməyə başlanmışdır. 1970-cı ildə 27 işləməyən quyudan 25-i ikinci lülənin istiqamətlənmiş qazıma yolu ilə bərpa olunmuşdur.

11


Bu zaman bərpa olunmuş quyuların debiti ətraf quyuların debitindən 2-3 dəfə artıq olmuşdur.1971-ci ildən başlayaraq, demək olar ki, bütün ikinci lülələr istiqamətlənmiş qazılır. Xarici ölkələrdə fəaliyyətsiz və məhsuldarlığı tükənmiş quyuların ikinci lülə qazımaq üsulundan istifadə edərək quyular bərpa edilməsi geniş yayılmışdır. Fəaliyyətsiz quyuların yan lülənin qazılması ilə bərpası qalıq neftin çıxarılmasında iqtisadi və səmərəlik baxımından ən perspektivli üsullardan biridir. Yan lülənin qazılması ilə fəaliyyətsiz quyular bərpa olunarkən çıxarıla bilən ehtiyat neftin miqdarı və ilkin hasilatı nəzərə alınmaqla, dəqiq geoloji və iqtisadi qiymət verilməlidir. Yeni quyuların qazılması ilə müqayisədə az xərclə yeni layların açılması imkanının olması, həmçinin istismar olunan layların verim potensialının artması ilə əlaqədar hal-hazırda istiqamətlənmiş yan lüləli quyuların tikintisi yüksək diqqət cəlb etməklə, təkmilləşmə dövrünü yaşayır. Bu baxımdan yan lülənin qazılması, horizontal üzrə quyuağzından uzaqlaşmada, neftli layların açılmasında və kiçik yataqların iqtisadi səmərəliyinin təmin edilməsində daha aktualdır.

© Nizami Piriyev – Socar Polymer PP&HDPE Plant Operator

12


Azərbaycan Respublikasında neft və qaz sənayesinin inkişafı. Azərbaycan dünyada neftçıxarma üzrə liderlərdən biri kimi tanınmış və bu sahədə çox böyük bir təcrübəyə malik olan ölkədir. Azərbaycanda neft hasilatı haqqında məlumatlar orta əsr alimlərin və səyyahların əsərlərində qeyd olunmuşdur O vaxtlar neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunmuşdur. XVIII-XIX əsrlərdə sənayenin nisbətən inkişafı neftə olan tələbatı bir daha artırmışdır. O zamanlar Azərbaycan böyük bir sənaye mərkəzinə çevrildi. Xarici sərmayələr Azərbaycana axmağa başladı. Qədim neftçıxarma ənənəsinə malik olan Azərbaycan (Bakı) qazma, neftçıxarma və neft emalı sahəsində ən yeni texnolgiyanı mənimsədi. 1847-ci ildə dünyada ilk dəfə olsaraq Bibi-Heybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə neft quyuları qazıldı. 1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır (ABŞ-da həmin illər 9,1 mln.ton). 1941-ci ildə Azərbaycan tarixində maksimum – 23,5 mln ton neft çıxarılmışdir. Bu da Sovetlər Birliyi neftinin 71,4%-ni təşkil edirdi. Beləcə Azərbaycan II Dünya müharibəsini yanacaqla tam təmin etmişdir. 1949-cu ildə dünyada ilk dəfə olaraq dənizdə neft çıxarma işlərinə başlandı. Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca neft yataqları (Gürgan-dəniz, Pirallahı, Çilov adası və s. ) kəşf edildi. Dənizdə, sahildən 40 km və Bakıdan 90 km aralı “Neft Daşları” neft yatağının kəşf edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində, artıq dənizin 80-350 m dərinliyində, indi adları məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda ARDNŞ-in neftinin 60%-ni verən “Günəşli” yataqları kəşf olundu. 1994-cü ilin 20 sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsində), yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləni dünyanın 8 ölkəsinin 11 neft şirkətləri imzaladı.

13


13 iyul 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsi böyük bir tarixi hadisə oldu. 2007-ci ildə Azərbaycan rekord olaraq ilk dəfə 42,6 mln ton neft (qaz kondensatı ilə birlikdə) və 15,9 mlrd ton qaz hasil etmişdir. Beləliklə Azərbaycanda neft sənayesinin inkişafını bir-neçə mərhələyə bölmək olar: -I mərhələ Böyük Oktyabr Sosialist İnqilabına (1917-ci il) qədər olan dövr; -II mərhələ İnqilabdan 1941-ci ilə qədər olan dövr; -III mərhələ II Dünya müharibəsindən sonraki dövr; -IV mərhələ Azərbaycanın müstəqilliyi dövr. Əslində bu mərhələləri daha da xırdalamaq olar. Lazım gələrsə bunu mühazirə zamanı geniş izah etmək olar. Belə ki, axırıncı adlandırdığımız mərhələdə Azərbaycanda neft sənayesi sürətlə inkişaf etməyə başladı.

World’s first oil well drilled at Baku, Azerbaijan. 1847

Axır zamanlarda Azərbaycanda Mezozoy çöküntülərinə də maraq artıb. Baxmayaraq ki, artıq keçən əsrin ortalarından Mezozoy cöküntülərindən sənaye əhəmiyyətli neft alınmışdşr. Lakin Mezozoyda neft axtarışı bu gün də davam edir.

© Aykhan Salmanov – Baker Hughes Production LEAD Field Specialist

14


Təbii rezervuarlar və tələlərin əsas elementləri. Kollektor və ekranlaşdırıcı süxurların qarşılıqlı müəyyən ardıcıllıqla yerləşməsi nəticəsində əmələ gələn və daxilində qaz, neft və suyun hərəkət edə bildiyi sistemlər təbii rezervuar adlandırılır. Başqa sözlə, altdan və üstdən və ya üç tərəfdən, və yaxud da hər tərəfdən qeyri-keçirici süxurlarla əhatə olunmuş kollektor təbii rezervuar adlanır. Təbii rezervuarlar üç növə ayrılırlar: layvari, massiv və litoloji məhdudlaşdırılmış.

Layvari növ təbii rezervuara təbiətdə daha çox rast gəlinir. Bu cür rezervuarlar eynicinsli (ən çox terrigen və karbonat tərkibli) kollektorlardan ibarət olur, tavan və dabandan qeyri-keçirici süxularla örtülür. Terrigen tipli rezervuar adətən litoloji cəhətdən eynicinsli və sabit qalınlığa malik olur. Layvari rezervuarlarda çox vaxt linzavari qeyri-keçirici süxulara rast gəlinir. Layvari rezervuar adətən kiçik qalınlığa və böyük yayılma sahəsinə malik olurl. Məsələn, Abşeron neftli-qazlı rayonunda alt Pliosen yaşlı Məhsuldar qatın alt şöbəsində iştirak edən Qala və Qırmaki lay dəstələri dediklərimizə misal ola bilər. Massiv növ təbii rezarvuar üstdən və yandan qeyri-bircins süxurlarla örtülmüş, böyük qalınlığa malik, litoloji tətkibcə eyni yaxud müxtəlif olan kollekktor süxurlarının növbələşməsindən ibarətdir. Massiv rezervuarlar struktur və errozion mənşəli olmaqla bərabər, layvari rezervuarlar fərqli olaraq, yalnız üstdən, yəni yuyulmuş səthdən və bəzi hallarda, yanlardan da qeyri-keçirici süxurlarla örtülmüş terrigen, karbonat, ilkin eləcə də törəmə məsaməliyə malik çökmə metamorfik süxulardan təşkil oluna bilər. İran və İraqda bu tipli rezervuarlar daha çox yayılmışdır. Massiv təbii rezervuarlara xas oian əsas xüsusiyyət onların daxilində neft-qaz yığımının bütövlikdə su güzgüsü üzərinə yerləşməsidir. 15


Litoloji məhdudlaşdırılmış növ təbii rezervuarlar: Yaxşı keçiriciliyə malik kollektor süxurlar hər tərəfdən qeyri-keçirici, yaxud zəif keçirici süxurlarla əhatə olunursa bu zaman litoloji məhdudlaşdirılmış növ rezervuar əmələ gəlmiş olur. Ə.Ə.Bakirova görə litoloji məhdudlaşdırılmış rezervuarlara, lay sularının hərəkəti nəticəsində əmələ gələn ovuqlar, çatlar və kiçik boşluqlar şəbəkəsi, süxurların keçiriciliyinin pisləşməsi hallarında kollektorluq xüsusiyyətlərini saxlamış olan qalıq zonalar da aid edilir. Litoloji rezervuarların əksər hissəsi su ilə dolmuş olur. Litoloji məhdudlaşmış rezervuardan ən geniş yayılanları linzavari, qolvari, yuvavari formalardır. Bu formalar qum linzalarından ibarət olub, paleoçayların vadilərində, paleodənizlərin çimərlik zonalarında əmələ gəlir.

Litoloji

məhdudlaşdırilmış

rezervuarlar:

a) hər

tərəfdən

su

ilə

məhdudlaşdırılmış; б) hər tərəfdən keçiricilikli olmayan süxurlarla (gillə) məhdudlaşdırılmış.

Massiv rezervuarlar :a)struktur qabarıqlarla əlaqədarolan; б) biogen qabarıqlarla əlaqədar olan. 16


Qara Qızıl Son ikiyüzillikdə bütün dünya işlərinə sanki sehrli bir şəkildə yön verən bir “nemətə” çevrilib neft. Neftin yeni dünya üçün qurulan və elmin hər bir sahəsinə nüfuz edən sənayə effektində ən vacib bir element kimi çıxış eləməsi onun hələ günümüzdə belə ən qərarverici olma rolunu özündə saxlayır. Əlbəttə neft haqqında danışarkən ilk öncə neftin hansı region yaxud ölkələrdə aşkar olunması və həmin coğrafiyanın insanları tərəfindən hansı şəkildə dəyərləndirilməsi də önəm kəsb edir. Azərbaycan da xüsusilə öz ərazi böyüklüyü nəzərə alındıqda böyük neft və qaz ehtiyyatlarına sahib bir ölkədir. Azərbaycan həm də karbohidrogen rezervləri cəhətdən ona görə şanslı sayıla bilər ki, o çox önəmli geosiyasi bir ərazidə yerləşir və Xəzər dənizinin Azərbaycan sektorundan realizə olunan ehtiyatları müəyyən olunmuş müqavilələrlə Avropaya eləcə də Türkiyə və Gürcüstan kimi enerjiyə ehtiyacı olan qonşularına sata bilir. Bu nöqtədə qeyd etməliyəm ki, aşkar olunan nefti isə Yerin təkindən çıxarıb istədiyin kimi satmaq isə indiki dövrdə elə də sadə proses deyil. Bunun üçün neftin kəşfiyyatı mərhələsindən onun daşınmasına kimi hər mərhələ yüksək zəhmət tələb edir və işini bacaran mütəxəssislərlə mümükün ola bilər. Azərbaycan “Əsrin Müqaviləsi” adlanan və hazırda 20-dən çox yaşı olan Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə ölkə neft sənayesi tarixində çox vacib bir layihə həyata keçirdi və BTC ümumilikdə xalq üçün xususi halda isə neft sənayesi işçiləri üçün çox bəyənilən bir addım kimi tarixə düşdü. “Əsrin Müqaviləsi” yalnız öz iqtisadi gücünə görə deyil həm də əvvəl qeyd olunduğu kimi neftin ixrac yollarının tapılması baxımından da çox incə və düzgün hesablanmış bir planın zəfərlə nəticələnməsinə görə belə yüksək dəyərə layiq görülmüşdü. Bütün bu müddət ərzində Azərbaycan karbohidrogen ehtiyatlarına onlarla dünyanın nəhəng neft şirkətləri maraq göstərmişdir və göstərməkdə davam edirlər. Bu şirkətlərdə xarici mühəndislərlə bərabər azərbaycanlı mühəndislər də ölkə neft sənayesində var gücü ilə 17 çalışıb öz töhvələrini verirlər.


Bütün bunları nəzərə alaraq təbii olaraq deyə bilərik ki, Azərbaycanda neft sənayesi sadəcə bir maddi məfhum kimi deyil həm də ona bir mənəvi məfhum kimi yanaşılır, yəni onun milli bir dəyər olması və xalqın çətin günlərində onun insanlara bir “xilaskar” kimi yetişməsi insanlarda neftə və neft sənayesi və bu sahənin işçilərinə fərqli bir prespektiv qazandırır. Neftin çıxarılması məlumdur ki, həm quruda, həm də dənizdə aparılır. Nəticə olaraq hər bir iş şəraitinin çətinlikləri və yüksək məsuliyyət tələb edən situasiyaları olur. Dəniz şəraitində olan iş şəraiti bəzən insanları sınağa çəkə bilir. Buranın qış aylarında soyuq küləyi və bəzən hətta on metrlərə çatan dəniz dalğaları öhdəsindən gəlinə bilməyən problemlərə çevrilə bilər və neftçilərin həyatı bahasına başa gələ bilər. Təəsüf ki, sənayenin hər yerində olduğu kimi neft sahəsində də belə təhlükəli iş situasiyaları olur. Bütün bu çətinliklərdən özünü sığortalamaq üçün isə əlbəttə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) qaydalarına tam dəqiqliklə əməl etmək və heç bir yavaşlama göstərmədən iş rejimini davam elətdirmək vacibdir. Burada isə başda SƏTƏM mühəndisləri olmaqla bütün ekipaj nəfərləri öz işlərinə məsuliyyətlə yanaşmalıdır. Son onillikdə neft-qaz sənayesi olduqca sürətli inkişaf etməsinə və önümüzdəki onillik üçün belə meqa şirkətlərin ciddi prespektivlər axtarışında olmasına baxmayaraq alternativ və elektrik enerjisinin sənayedə istehlak həcmi sürətlə artır. Hansı ki, bu artım artıq 150-dən çox yaşı olan neft dövrünü yavaş-yavaş sıxışdırıb çıxarma iqtidarındadır.

Ülvi Yunis – ADNSU M.Sc. II

18


Olbers Paradoksu-Gecələr Səma Niyə Qaranlıq Olur? Bir çoxumuz həyatımızda ən azı bir dəfə gecə səmaya baxaraq onun niyə belə qaranlıq olduğunu özümüzə sual etmişik və bir çoxumuz buna ilk cavab olaraq Günəş şüalarının axşam Yerə düşməməsini iddia etmişik. İlk öncə onu deyim ki, gecə və gündüzün yaranma səbəbi gecələr Günəşin “yox olması” yox Yerin öz oxu ətrafında fırlanmasıdır. Yer öz oxu ətrafında fırlanarkən Yerin Günəşə tərəf olan üzündə gündüz, əks tərəfində isə gecə müşahidə olunur. Lakin, kainatda Yeri aydınladan tək səma cismi Günəş yox saysız-hesabsız ulduzlar və qalaktikalardı. Təxmini hesablamalar və müşahidələrə əsasən təkcə bizim qalaktikamız olan Samanyolu qalaktikasında 200-400 milyarda yaxın ulduz və müşahidə oluna bilən kainatda ən azı 100 milyard qalaktikanın olması güman edilir. Nəzərə alsaq ki, bu qalaktikaların içərisində bizim qalaktimazından çox daha böyük olanları var onda kainatdakı ulduzların sayını ağlımıza gətirmək belə çox çətin məsələdir. Bəs niyə bu qədər səma cismi varkən Yerin aydınlanması təkcə Günəşdən asılıdır? Niyə Səmada sadaladığım qədər yox ondan azı trilyonlarca dəfə daha az ulduz görürük? Bütün dövrlərin ən dahi alimlərindən olan İsak Nytuon 1687-ci ildə ilk elmi kitab sayılan “Philosophia Naturalis Principia Matematika” nəşr etdirdi. Bu kitabda qravitasiya qüvvəsinin təbiəti saf riyaziyyat formulalarında öz əksini tapırdı. Nyuton qravitasiyanın cisimlər arasındakı qarşılıqlı cazibə qüvvəsi olduğunu iddia edirdi. Onun təqdim etdiyi formulalar bizi yerdə tutan qüvvədən ta planetlərin Günəş ətrafındakı hərəkətinə qədər hər şeyi yüksək dəqiqliklə təyin etməyə imkan verirdi. Burada bir sual ortaya çıxdı. O zamanlar kainatın sonsuzdan bəri var olduğunu nəzərə alsaq bəs niyə bu qədər uzun zaman ərzində ulduzlar bir birlərini cəzb edərək bir nöqtədə cəmləşməmişdi. Nyuton vəziyyətdən çıxış yolu üçün kainatın sonsuz ölçüdə olduğunu iddia etdi. Beləliklə sonsuz kainatda hər nöqtə mərkəz olduğu üçün ulduzlar daxil bütün cisimlərə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olacaqdı və beləcə onlar bir nöqtə üzərinə çökmək əvəzinə sonsuza qədər yerlərində sabit qalacaqdı. 19-cu əsrdə yaşamış alman həvəskar astronom Heinrix Vilhelm Olbers ulduzdan gələn işığın parlaqlığının ulduza qədər məsafədən asılılığını formulalarla yazmağı bacardı. Əgər kainat sonsuz sayda ulduzlardan ibarət idisə onda kainatı sonsuz sayda ulduz təbəqələrinə ayırsaq hər təbəqədən gələn toplam işığın parlaqlığı digərləri ilə eyni olardı. Yəni, ulduz təbəqəsindən gələn işığın parlaqlığı ulduz təbəqəsinə qədər olan məsafədən asılı deyildi. Bu halda sonsuz kainatda sonsuz təbəqənin olması səbəbiylə üzərimizə sonsuz enerji şüalanardı və nəinki yaşam, heç 19 kainat özü mövcud olmazdı.


Sonsuz kainat anlayışının səmanın qaranlığı ilə yaratdığı problem isə odur ki, sonsuz kainatda istənilən istiqamətdə ən azı bir ulduz olmalıdır. Bu isə o anlama gəlir ki, hansı istiqamətdə baxdığımızdan asılı olmayaraq mütləq ulduz görməliydik, yəni, səma uılduzlarla tam dolu olmalı idi. Bu halda səma gecələr Günəşin səthindən daha parlaq olardı. Lakin, əksinə gecə səma çox qaranlıqdır. Bu paradoks adını onu ilk dəfə tam olaraq ortaya çıxaran alim daha əvvəldə qeyd etdiyimiz kimi Heinrix Vilhelm Olbersin adından götürür və astrologiyada Olbers Paradoks olaraq bilinir. Sonsuz kainatda səmada sonsuz sayda ulduz

Böyük Partlayış

Olbers paradoksunu aydın izah etmək üçün ilk öncə fizika elminin işıqlandırdığı ən böyük kəşflərdən biri olan Big Bang yəni Böyük Partlayış teoremi və Dopler effekti haqqında bilməliyik.

1929-cu ildə Edwin Hubble tərəfindən o dövrün inkişaf etmiş teleskopları istifadə olunaraq cığır açan bir kəşfə imza atıldı.Kainat genişlənir, ulduzlar və qalaktikalar bizdən uzaqlaşırdı. Təkcə bizdən yox bütün ulduzlar və qalaktikalar, eynən şişirilməkdə olan şarın üzərindəki nöqtələr kimi, həm də bir-birindən uzaqlaşırdı. Həm də bu uzaqlaşmanın sürəti bir-birindən uzaqlaşan cisimlər arasındakı məsafə ilə düz mütənasib olaraq artırdı. Prosesi tərsinə nəzərə alsaq bütün kainatın bir zamanlar bir nöqtədə sıfır həcm və sonsuz sıxlıqda toplaşdığını və anidən partlayıb genişləndiyi nəticəsini əldə edirik. Kainat sonsuz deyil, bir başlanğıcı var idi.

Dopler effekti uzaqlaşan və ya yaxınlaşan cisimlərdən gələn işıq, səs və başqa dalğalarının tezliyinin dəyişməsidir. Məsələn, ambulans maşının sirena çalaraq sizdən uzaqlaşdığını müşahidə etmisiniz yəqin. Maşın sizdən uzaqlaşdıqca gələn siqnalın tezliyi azalır, yəni, bir periodun müddəti uzanır. 20


İndi isə Big Bang teoremindən və Dopler Effektindən aldığımız nəticələri birləşdirək. Ulduzlar bizdən uzaqlaşarkən onlardan gələn işıq şüalarının tezliyi azalır və dalğaların tezliyini kiçikdən böyükə doğru özündə əks etdirən dalğa spektrində qırmızıya doğru sürüşür. Ulduzlar bizdən uzaqlaşarkən onlardan gələn işıq şüalarının tezliyi azalır və dalğaların tezliyini kiçikdən böyükə doğru özündə əks etdirən dalğa spektrində qırmızı rəngin tezliyinə doğru sürüşür. Ulduz bizdən uzaqlaşdıqca işığış tezliyi daha da azalır və müəyyən müddətdən sonra insan gözüylə görülə bölən ən kiçik tezlikli rəng, qırmızı rəngin də soluna keçərək infraqırmızı rəngin tezliyinə çatır.Bu kainatdakı saysız-hesabsız ulduzların bir çox hissəsini niyə görməməyimizin və səmanın gecələr qaranlıq olmasının ilk səbəbidir. Kimsə sual edə bilər ki, bəs çox uzaq keçmişdə ulduzların bir-birinə çox yaxın olduğu vaxtda səma gecə və gündüz fərqi olmadan daima işıqlı idi mi? Bəli, elə idi. Bəs bu qədər işıq kainatdan hara getdi? Bu işıq kainatdan heç bir yerə getmədi. Sadəcə, bu kainat böyüdükcə hər şey kimi bizdən uzaqlaşdı və tezliyi görünür işıq tezliyindən daha aşağı düşdü. Yəni əslində milyardlarca əvvəl kainatda mövcud olan bu işıq hal-hazırda sizin və mənim otağımda, kainatın hər yerindədir, lakin, insan gözünə görünməzdir. Bu işıq dalğaları fizikada Kozmik Arxaplan Microdalğa Radiasiyası adlanır və keçmişdən gələcəyə poçtalyon olaraq bilinir çünki keçmişdə kainatın hansı mərhələlərdə formalaşması haqqındakı bilgilərimizi bu dalğaları analiz edərək əldə edirik. Televizorlarımızın tutmayan kanallarında gələn cızıltı səsinin təxminən 5%-i Böyük Partlayışın səsindən 13.7 milyard il ərzində bu günümüzə gəlib çatan səs dalğalarından ibarətdir. İnsan gözü görməsə belə infraqırmızı dalğaları görə bilən cihazlar sayəsində həqiqətən də insan gözünə görünməyən saysız hesabsız ulduz olduğunu isbat edə bilərik.

İnfraqırmızı gecə görüntüsü Melburn,Avstraliya

© Mirlan Karimov - Mechanical Engineering at Budapest University of Technology and Economics 21


Müasir tədqiqat üsulları və onların tətbiqi Nüvə maqnit rezonansı (NMR) üsulu NMR üsulu 1945-cı ildə amerika fizikləri E.Persell (Harvard Universiteti) və Blox (Stanford Universiteti) tərəfindən

kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub, atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasını hesablamağa,

molekullararası qarşılıqlı təsirləri müəyyən etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez əldə olunması ilə bağlıdır.Hal-hazırda müasir qurğularda NMR üsulu ilə eyni zamanda 80 maqnit

nüvəsini tədqiq etmək olar. NMR spektroskopiyası əsas fiziki-kimyəvi üsul olduğu üçün, onun nəticələrindən istifadə etməklə kimyəvi reaksiyaların həm orta məhsulları, həm də son məhsulları haqqında məlumat almaq olar. İlk süni füllerenin varlığı

NMR üsulu ilə aşkar edilmişdir. NMR spektrləri ilə atom

yığımlarının da, yəni nanoklasterlərin də ölçü parametrləri haqqında informasiya əldə etmək mümkündür. 22


İQ spektroskopiya üsulları ilə sistemi təşkil edən atomların kütlələri, rabitə uzunluqları, valent və torsion bucaqları, potensial səthlərin xarakteristikaları (məsələn, qüvvə sabitləri), rabitələrin dipol momentləri və s.

haqqında məlumat əldə etmək olar. Bundan başqa, bu üsulla fəza konformasiya izomerlərini müəyyən etmək, molekuldaxili və molekullararası qarşılıqlı t əsirləri öyrənmək, kimyəvi rabitələrin xarakterini, molekullarda yüklərin paylanmasını, faza keçidlərini, kimyəvi reaksiyaların kinetikasını, yaşama müddətləri kiçik olan (10-6 san) zərrəcikləri qeyd etmək, bir sıra həndəsi parametrləri dəqiqləşdirmək və termodinamik funksiyaları hesablamaq üçün nəticələr də almaq mümkündür Kütlə spektrometriyası narkotik maddələrin istehsalına nəzarət zamanı, gen mühəndisliyi və biokimya sahəsində, o cümlədən əvvəllər sağalmaz xəstəliklərdən insan xilası üçün yeni dərman vasitələrinin inkıişafında mühüm rol oynayır. Kütlə spektrometriyası olmadan narkotik və psixotrop vasitələrin qanunsuz paylanmasına, zəhərli dərman və partlayıcı vasitələrin məhkəmə və klinik analizinə nəzarət ağlasığmaz olardı.Yaranma mənbəyinin aşkar edilməsi bir sıra məsələlərin həllində mühüm rol oynayır,məsələn partlayıcı vasitələrin əmələ gəlmə mənbəyinin müəyyən olunması terroristlərin o cümlədən narkotik maddələrin aşkarlanmasına və beləliklə onlarla mübarizı aparmağa imkan verir. Neft və neft məhsullarının analizi isə yalnız neft emalı proseslərinin optimallaşdırılması üçün və ya geoloqların yeni neft yataqlarının axtarışı üçün deyil o cümlədən, okean və ya torpaqda neft dağılmaları zamanı məsuliyyət daşıyan şəxsləri müəyyən etmək üçün də istifadə olunur.

Kushvar Hajiyeva – PHD. Student of AMEA 23


Texnologiya Xəbərləri


2016-cı ilin kimya üzrə Nobel mükafatına "Molekulyar maşınların dizaynı və sintezi" işinə görə üç alim - fransalı Jan-Pier Suvaj, şotlandiyalı J. Frezer Stoddart və hollandiyalı Bernard L. Ferinqa layiq görülüblər. Hazırladıqları molekulyar mexanizmlər yeni növ materiallar, sensorlar və enerji saxlama sistemlərinin hazırlanmasında istifadə olunacaq. Nobel mükafatı laureatları 8 milyon İsveç kronu (931 min dollara yaxın) alacaq. Mükafatın təqdim edilmə mərasimi hər il olduğu kimi bu il də Nobel mükafatının təsisçisi, ixtiraçı Alfred Nobelin vəfat etdiyi gün dekabrın 10-da Stokholmda baş tutacaq. nobelprize.org

"Google" şirkəti tezliklə axtarış sistemində köklü dəyişikliklər etmək niyyətini açıqlayıb. Search Engine Land saytının məlumatına görə, dünyanın ən böyük axtarış platforması Google, mobil və kompüterlər üçün axtarış rejimini dəyişmək niyyətindədir. Bunu etməklə smartfon və planşetlər üçün rahatlığı təmin etmiş olacaqlar. Bu yenilik haqda şirkətin əməkdaşlarından olan Qeri İlles danışıb. Təfərrüatlar haqda məlumat verilməsə də bir neçə ay içində bu yeniliklə tanış olacağımız ehtimal olunur. Təəssüf ki, istifadəyə verilmə tarixi hələki, tam açıqlanmayıb. Search Engine Land-ın məlumatına görə prioritet olaraq mobil cihazların üstünlük daşıması gözlənilir. Bu yeniliyin əsas səbəbi isə mobil vasitələrdən istifadə edənlərin çoxluq təşkil etməsidir. Bundan əlavə bu yeniliklə gələcəkdə veb-saytların daha da irəli səviyyədə təşkilinə nail olmaq mümkün olacaq. Dəyişikliyin tam olaraq nəyi əhatə etdiyini bilməsək də ümid edirik ki, axtarış sistemi üçün müsbət sayılacaq addım olacaq. 25


"Apple” şirkəti iPhone SE-ni əvəz etməyə hazırlaşır. Çinin Weibo adlı sosial şəbəkəsində məlumat ortaya çıxıb ki, iPhone 7 mini adlandırılan 4 inçlik ekrana sahib smartfon gələn ilin yaz fəslində yeni iPad ilə birlikdə satışa çıxacaq. iPhone 7 mini standart iPhone 7-dən həm kompakt, həmdə büdcəli olacaq. Yadınıza salaq ki, iPhone SE vaxtı ikən "Apple”ın ən ucuz smartfonu kimi təqdim olunmuşdur. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən yeni cihaz 399$ qiymətinə satışa çıxa bilər. Məlumatlara əsasən "Apple” artıq maye-kristallik ekranların təmin olunması üçün "AU Optronics” şirkəti ilə müqavilə bağlayıb. Həmin şirkət iPhone 7 və iPhone 7 Plus üçün panelləri istehsal etmişdir. Dizayn baxımından iPhone 7 mini standart iPhone 7-ə bənzəyəcək. Smartfon 3D Touch özəllikli ekran, ikinci nəsil Touch ID barmaq izi skanı və 5 MP ön kamera ilə təchiz olunacaq. Yeni smartfonun yaz fəslində yeni model iPad-lər ilə birlikdə təqdim olunması gözlənilir.

"Sony", PS4-dəki media playerin yeni versiyasını yükləməyə təqdim etdi. Media oynadıcısı üçün təqdim olunan son yenilənmə PS4'ə 360 dərəcə video dəstəyini gətirir. İstifadəçilər bu xüsusiyyət sayəsində PlayStation VR üzərindən 360 dərəcə videolar izləyə biləcəklər. MKV, AVI, MP4, MPEG2 PS, MPEG2 TS, AVCHD video və ya JPEG, BMP, PNG şəkil formatlarında olan 360 dərəcəlik görüntülərə dəstək verilir. PS4-də 360 dərəcəlik videolar izlənilə bilməsi üçün görüntülərin 360 dərəcəlik çox yönlü kameralarla yazılması mütləqdir. Media oynadıcısına gələn bu yeniləmə eyni zamanda FLAC dəstəyini də istifadəçilərə təqdim edir. PS4 istifadəçiləri bu dəstək sayəsində daha çox keyfiyyətli musiqilər dinləyə biləcəklər. 26


Niyə "Apple" cihazlarının adı "i" hərfi ilə başlayır. Maraqlı məlumat

"Apple" məhsullarının hər birinin özünəməxsus xüsusilikləri olsa da onları birləşdirən ortaq bir tərəf var. "Apple" məhsulları ilə tanış olduqda onların adlarının başlanğıcının niyə "i” hərfi ilə başlaması maraq doğurur. Amma niyə başqa bir hərf deyil, məhz "i” hərfidir? Bunun səbəbini araşdırdıqda əslində bunun da qaynağında Stiv Cobs-un yer aldığını görmək olur. Belə ki, Stiv Cobs, "Apple”-dan qovulduqdan sonra "Next” adlı şirkət qurmuş amma uğursuz olmuşdu. İllər sonra "Apple”-ın əməliyyat sistemi anlayışına "Mən edərəm” deyə cavab vermiş və yenidən geri dönüş etmişdi. İlk başlarda 'İdarə heyəti məsləhətçisi' olan Cobs, sonralar "CEO” olmaq təklifi alıb. Amma cavabında "CEO deyil, müvəqqəti CEO olaram” deyə bildirmişdi. Öz yeni vəzifəsində ”İnterim CEO” deyə adlandırması çox da xoşuna gəlməmiş və bunu "iCEO” olaraq dəyişdirib. Zamanla öz məhsullarına ad axtararkən adın başlığında "i” hərfi də öz yerini alıb. Yeni dəyişiklik ilk olaraq ”macintosh” unimacolaraq adlandırılmasına səbəb olub. Daha sonrakı cihazlarda da bu ideya öz gerçəklik payını qoruyub saxlaya bilib. Mənbə: technote.az

27


Azərbaycan Mühəndislər Birliyi


Tələbələrin Azərsun Holding şirkətinə texniki gəzintisi Azərbaycan Mühəndislər Birliyi tələbələr üçün Azərsun Holding şirkətinin Kağız zavoduna texniki gəzinti təşkil etmişdir. “Azərsun Holding”in qida istehsalı və kənd təsərrüfatı ilə yanaşı, təmsil olunduğu əsas sahələrdən biri də kağız, karton və tənəkə qutu istehsal sənayesidir. İlk olaraq 1997-ci ildə illik istehsal gücü 2 mln qutu olan kağız istehsalı müəssisəsi, hazırda hər növ kağız dəsmalı, qutu və mətbəx dəsmalları, nəm salfetlər istehsal edir. Son dərəcə müasir texniki avadanlıqlarla təchiz olunmuş bu müəssisə postsovet məkanının lideridir. Müəssisənin istehsal etdiyi məhsullar bütün seqmentləri əhatə edir və ən yüksək standartlara cavab verir.

29


"Xəyalımdakı Gələcək" Seminarı Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə Pərviz Həsənovun "Xəyalımdakı Gələcək" seminarı keçirilmişdir. Pərviz Həsənov Birləşmiş Ərəb Əmirliklərində Baker Hughes şirkətində Quyuların Tamamlanması üzrə mühəndis vəzifəsində işləyir. Pərviz bəy 6 saatlıq seminar boyunca bir neft mühəndisinin keçdiyi həyat yolunu seminar iştirakçılarına çatdırmağa çalışmışdır. Neft-qaz sahəsində təhsil alan hər bir tələbənin işədüzəlmə prosesinə qədər və işə düzəldikdən sonra qarşılaşacağı problemlər, bu problemlərin həlli yolları haqqında məlumat vermişdir. Hər bir tələbə universitet həyatı boyunca təkcə keçirilən fənlərlə kifayətlənməli deyil. Dil biliklərini və bacarıqlarını daim inkişaf etdirməlidir. 6 saat boyunca iştirakçılar qarşısında yorulmadan, yüksək motivasiya ilə seminar keçdiyi üçün Pərviz bəyə Azərbaycan Mühəndislər Birliyi adından öz təşəkkürlərimizi bildiririk.

30


Tələbələrin Baker Hughes şirkətinə texniki gəzintisi Azərbaycan Mühəndislər Birliyi tələbələr üçün Baker Hughes şirkətinə texniki gəzinti təşkil etmişdir. Texniki gəzintidə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişdir. Bu tədbirə 80-ə yaxın tələbə müraciət etmiş və onlar arasından seçilən tələbələr bu texniki gəzintidə iştirak etmək hüququ qazanmışdır. Tələbələrə ilk öncə şirkət haqqında, şirkətə işə qəbul prosesi haqqında məlumat verilmişdir. Daha sonra tələbələr şirkətin texniki bazasında avadanlıqlar haqqında ətraflı məlumat almışlar.

31


"Mən Neftçiyəm" inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi, 20 sentyabr Neftçilər Gününə həsr olunmuş "Mən neftçiyəm" inşa müsabiqəsinin qalibləri ilə görüş keçirilmiş, mükafat və sertifikatları təqdim olunmuşdur. Qaliblər: 1. Vüsalə Məmmədova 2. Elvin Həsənli 3. Nadir Namazov

Mühəndislik sahəsi təkcə texniki elmlərə yiyələnməyi deyil, həm də bütün elm sahələrindən xəbərdar olmağı tələb edir. Məhz bu yarışma ilə də Azərbaycan Mühəndislər Birliyi mühəndislərin texniki elmlərdə bədii yaradıcılığını ön plana çəkməyi hədəfləmişdir. Yarışmaya göndərilən inşalar arasında bu 3 iştirakçının inşaları digərlərindən fərqlənmiş və onlar qalib elan olunmuşdur. Azərbaycan Mühəndislər Birliyi qalibləri təbrik edir, onlara gələcək həyat və karyeralarında uğurlar arzu edir. 32


«Mən Neftçiyəm» – İnşa Neft-qaz sənayesi iqtisadiyyatımızın ən inkişaf edən və daim yeniləşən sahələrindən biridir. Bu sahədə mütamadi olaraq yeni texnologiyalar və üsullar tətbiq olunur, dünya standartları təkmilləşdirilir. Ölkəmizdə neft strategiyasının uğurla həyata keçirilməsinə öz töhfəsini verən ARDNŞ neft-qaz sahəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa imkan yaradır. Eyni zamanda ARDNŞ gənc mütəxəssislərin hazırlanması istiqamətində də genişmiqyaslı işlər aparır. ARDNŞ-nin gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə təşkil etdiyi proqramlar biz gəncləri çox sevindirir. Neft şirkəti tərəfindən həyata keçirilən Daxili və Xarici təqaüd, Tələbələrin Ödənişli Yay Təcrübəsi və Yay Məktəbi kimi uğurlu layihələr gənclərin neft-qaz sahəsinə olan marağını daha da artırır. Mən də vaxtilə bu proqramların iştirakçısı olduğum üçün böyük fəxr hissi keçirirəm. Orta məktəbdə təhsil aldığım illərdən bəri ən böyük arzum neftçi olmaq idi. Bu arzumun gerçəkləşməsi üçün səylə çalışırdım. Arzumu əsas tutaraq məqsədimə nail olmaq üçün ali məktəbə qəbul olarkən ixtisasımı istəyimə uyğun olaraq seçdim. ADNSU-nin (əvvəlki ADNA ) kimya-texnologiya fakultəsinə daxil olub, təhsilimi neft və qazın texnologiyası istiqamətində davam etdirdim. Təhsil aldığım müddətdə var qüvvəmlə çalışır və məqsədimə doğru inamlı addımlarla irəliləyirdim. Bu illər ərzində mən də digər gənclər kimi Neft Şirkətinin təşkil etdiyi Daxili təqaüd və Tələbələrin Ödənişli Yay Təcrübəsi proqramlarına qoşuldum. Bu proqramlarda uğurla iştirak edərək nəzəri biliklərimi artırmaqla yanaşı neft-qaz sahəsində lazımi təcrübəyə də yiyələndim. Əldə etdiyim bilik və təcrübələri daha da möhkəmləndirmək üçün Magistratura pilləsinə qəbul olaraq təhsilimi davam etdirdim. Magistratura pilləsini bitirərək gənc neftçi mütəxəssis kimi Neft Şirkəti rəhbərliyi tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunda ixtisasıma uyğun olaraq işlə təmin olundum. Daim inkişaf edən, neft emalı sənayesində öz dərin izlərini buraxan bir müəssisədə işləyəcəyimi biləndə sevincimin həddi-hüdudu yox idi. Yarandığı gündən bu günümüzə kimi uğurlu layihələrə imza atan, əməksevər işçiləri “şöhrət” ordeni ilə təltif olunan və ölkəmizin neft strategiyasında, neft emalı sənayesinin inkişafında böyük rol oynayan neft emalı zavodunda işə başlayacağım günü səbrsizliklə gözləyirdim. Nəhayət həmin gün yetişdi. 21 dekabr 2011-ci il ... Hava soyuq və küləkli idi.Səhər tezdən oyanıb işə hazırlaşmağa başladım. Çox həyəcanlı idim. Çünki bu gündən etibarən məsuliyyətli iş həyatı başlayırdı. Hazırlaşıb zavoda yollandım. Zavoda çatıb öncə kadrlar şöbəsinə getdim. Burada iş müqaviləsi imzalayıb, lazımi sənəd işlərini həll etdikdən sonra, zavod ərazisində davranış və təhlükəsizlik qaydaları üzrə giriş təlimatından keçdim. Sonra təyin olunduğum iş sahəsinə yollandım. Zavodun ərazisinə ilk addım qoyduğum andan sanki yeni həyat başlayırdı. İlk baxışda zavod ərazisi balaca şəhərciyi xatırladırdı. Zavodun daxilində xüsusi xidməti avtobuslar fəaliyyət göstərir ki, bu avtobuslarla işçilər öz iş sahələrinə vaxtında və rahat çata bilərdilər. 33


Ətraf çox rəngarəng idi. Müxtəlif tipli texnoloji qurğular, müxtəlif hündürlüklərdə çəkilmiş rəngli borular, qurğuların ətrafı bürüyən gurultulu səsi, neft və neft məhsullarının qoxusu və eyni zamanda sahələrdə, yolların kənarında əkilmiş ağacların yaşıllığı, al-əlvan çiçəklərin rəngarəngliyi zavoda xüsusi gözəllik verirdi. Bunlarla yanaşı xüsusi iş geyimində olan işçilərin zavod ərazisində həvəslə, alın təri ilə çalışdığını görmək məndə xoş təəssurat yaradırdı. Yayın istisinə, qışın soyuğuna məhəl qoymadan həvəslə çalışan işçilər bu gün də iş başında idilər. Zavodun ərazisindəki mühit coşqun dənizi xatırladırdı. Çünki hər bir işçi öz iş sahəsində əzmlə çalışır, onlara həvalə olunmuş işlərin öhdəsindən məsuliyyətlə gəlməyə səy göstərir və eyni zamanda zavod ərazisinin yaşıllaşdırılmasında yaxından iştirak edirdilər. Bütün bunlarla yanaşı zavod ərazisində “xoşbəxt o kəsdir ki, evdən işə, işdən evə tələsir”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, “Əməkdə izi olmayanın, süfrədə üzü olmaz” kimi hikmətli kəlamlar yazılan lövhələri seyr etmək zavodun bütün işçi qüvvəsi kimi məni də həvəsləndirirdi. Eyni zamanda zavod ərazisində gəzərkən müxtəlif sahələrdə asılmış texnikitəhlükəsizlik, əməyin mühafizəsi, yanğından mühafizə və s. bu kimi davranış qaydalarının həkk olunduğu lövhələr hər bir işçinin bu qaydalara əməl edərək fərdi təhlükəsizliyini qorumasına müsbət təsir göstərir. Beləcə zavodun əsrarəngiz gözəlliyini seyr edərək işləyəcəyim sahəyə gəlib çatdım. Burada məni səmimi və mehriban kollektiv qarşıladı. İlk işim iş sahəsi və kollektivlə tanışlıq oldu. İş sahəsi və yerinə yetirəcəyim işlərlə tanışlıqdan sonra məni fərdi mühafizə vasitələri – xüsusi ayaqqabı, dəbilqə və işçi geyimi ilə təmin etdilər. İş sahəm laboratoriya idi. Burada zavoda daxil olan və texnoloji proseslərdə alınan xammal, yarımfabrikatlar və hazır məhsulların müxtəlif analizləri aparılır, keyfiyyət göstəriciləri təyin olunurdu. Bir sözlə bu sahə çox maraqlı və eyni zamanda böyük məsuliyyət tələb edən sahə idi. Günlər keçdikcə həm analizləri öyrənir, həm də işçi kollektivinə alışırdım. Hər yeni iş günü keçən günlərdən maraqlı və mənalı keçirdi. Laboratoriyada aparılan müxtəlif növ analizlər ilk günlərdən işimə olan həvəsimi daha da artırırdı. Analizləri apararkən daha diqqətli olmağa və hər incəliyi dərindən öyrənməyə çalışırdım. Çünki laboratoriyada mürəkkəb və sadə olmaqla müxtəlif növ analizlər aparılırdı və hər bir təhlil üsulu öz tələb olunan qaydalarına görə digərindən fərqlənirdi. Buna görə də analizləri yerinə yetirərkən diqqətli və səbrli olmaq gərəkirdi. Təhsil aldığım illər ərzində haqqında oxuduğum, amma görmədiyim müxtəlif rəngli, iyili kimyəvi maddələri və məhluları da burada görüb çox sevinirdim. Laboratoriyada işləməyimə baxmayaraq zavod daxilində aparılan texnoloji proseslər, bir-birindən fərqli qurğular və onların iş prinsipi, istehsal olunan neft məhsulları diqqətimdən kənarda qala bilməzdi. Neft məhsulları nümunələrini gətirən laborantlarla birlikdə qurğulara gedir, istehsalat prosesləri ilə yaxından tanış olmağa çalışırdım. Yaşıllıqlarla əhatələnmiş nəhəng qurğuların uğultulu səsinə məhəl qoymadan çalışan işçilər texnoloji proses haqqında olan suallarımı da ətraflı cavablandırırdılar. Nəzərə alsaq ki, qurğularda gedən texnoloji proseslər zamanı istehsal olunan neft məhsullarının tərkibinə laboratoriya analizləri tərəfindən nəzarət olunur, bu zaman hər iki sahəni vəhdətdə öyrənmək daha maraqlı idi. 34


İşə qəbul olduğum ilk gündən indiyədək bu müəssisədə çalışıram. Bir zamanlar arzusunda olduğum bu müəssisə indi doğma iş yerimə çevrilib. Hal-hazırda laboratoriyada mühəndis vəzifəsində işləyirəm. İxtisasımı, işimi çox sevirəm. Mənə tapşırılan hər bir işdə məsuliyyətli olmağa və tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. İndi böyük fəxr hissi ilə deyə bilərəm ki, mən də ölkəmizin neft strategiyasında dərin izlər buraxan və nuru ilə ölkəmizi işıqlandıran bu parlaq günəşin kiçik zərrəsiyəm. Sevinirəm ki, mən neftçiyəm və daim inkişaf edən neft-qaz sənayesi sahəsində bir neftçi kimi əməyim var. Fəaliyyətə başladığı gündən indiyə qədər durmadan inkişaf edən, istehsalatda yeni texnologiyaları tətbiq edən və nəhayət 2004-cü ildə dahi şəxsiyyət və ümummilli liderimiz H.Əliyevin adına layiq görülən zavodumuz bu gün də inkişaf edir və gözəlləşir. Bu sahədə zavodumuzun işçi kollektivinin əməksevərliyi və zəhmətkeşliyini də unutmaq olmaz. Onlar hər bir çətinliyə cəsarətlə sinə gərərək həvəslə işləyir və tapşırılmış işlərin öhdəsindən layiqincə gəlməyə can atırlar. Bu məqamda görkəmli şairimiz Hüseyn Arifin “Fəhlə əli” şeiri yadıma düşür. Bu şeir qurub-yaratmaq eşqi ilə yaşayan fəhlələrə, onların qabarlı əllərinə həsr olunmuşdur: Ovcunda qaynayıb coşur bu əlin, Zavod da, mədən də, torpaq da , su da. Qızılgül ətri tək xoşdur bu əlin, Benzin qoxusu da, neft qoxusu da. Fəhlə əlləri müqəddəsdir, xariqələr yaradan, zirvələr fəth edən bir vasitədir. Şair bu əllərin qüvvəsini, gücünü poladla müqayisə edir, bu əllərdən böyük məhəbbət hissi ilə danışır. Fəhlə əlləri, bu əllərin halal zəhməti yüksək iftixar hissi ilə tərənnüm edilir. Bütün bunlar biz işçiləri fərəhləndirir və işimizə olan məsuliyyətimizi artırır. Hər birimiz böyük qüvvə və cəsarətlə işləyir, bizə doğma olan müəssisəmizin parlaq gələcəyi üçün çalışırıq.

Vüsalə Məmmədova – Socar Petroleum Engineer 35


Azərbaycan Mühəndislər Birliyi Futbol Klubu ( FC AZENU )

30


FC AZENU – Halliburton 8-1 FC AZENU – Baku City

3-2

FC AZENU – Bailov Rovers 2-0 FC AZENU – Qobustan 4-4

37



Hacı Zeynalabdin Tağıyev Hacı Zeynalabdin Tağıyev 1823-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur.Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 14 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman,gürcü,rus, və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı. Bakı Tacir Bankının bank şurasının sədri.

39


Bu işə başlarkən onun riskli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb quyu qazdırır, lakin quyu neft vermirdi. 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi). Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı. Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı. O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq “Г. З. А. Тагиев” şirkəti yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yen sərmayə qoyur və buruq üsulu ilə ilk neft quşunu qazdırır. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.

40


Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Məktəblər tikdirən, o cümlədən Azərbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.

41


İdarəçilik sənəti Amerikanın böyük şirkətlərindən birinin idarə heyəti şirkətin gəli və xərclərini hesablayarkən ən sonda müdirin maaşının üzərinə gəldilər. Uzun müzakirələrdən sonar

müdirin maaşının çox olduğunu qərara aldılar. Buna görə də, müdirin gün ərzində hansı işləri gördüyünü öyrənmək üçün şirkətə iki nəfərlik bir heyət göndərdilər. Ancaq müşahidəçilər hər dəfə müdirin otağına girəndə onun üzündə təbəssüm, əlində qəhvə fincanı işçiləri ilə söhbət etdiyini görürdülər. Hələ bu azmış kimi masanın üstündə bir sənəd

və ya bir kağız da müşahidə etmirdilər. Bütün bunlardan sonar idarə heyəti belə bir iş üçün illik 100 min dollar maaşın çox olduğunu qərara aldılar. Təbii ki, müdir onların bu qərarı ilə razılaşmayaraq işdən uzaqlaşdı. Yeni masala müdirlik etmək istəyənlərin sayı həddindən artıq çox idi. Ancaq yenə də idarə heyəti onlardan birini işə qəbul etdi. Aradan 3 ay keçdi. Bu müddət ərzində idarə heyətinin üzvləri onlara gələn rəqəmlərdə kiçik, ancaq ciddi bir azalma olduğunu müşahidə etdilər. Müdir yeni olduğu üçün bunun təbii olduğunu qərara aldılar. Altıncı ayın sonunda idarə heyətinin üzvləri rəqəmlərin daha da azaldığını gördülər və vəziyyəti öyrənmək üçün şirkətə başqa bir heyət göndərdilər. Ancaq bu dəfə müşahidəçilər başqa bir mənzərə ilə qarşılaşdılar. Yeni müdir qan – tər içindədir. Bir əli telefonla danışır, o biri əli ilə sənəd imzalayır. Yanına gəlib – gedənlər o qədər çoxdur ki, onunla bir – iki cümlə söhbət etmək də mümkün deyil. Bu mənzərəni görən heyət üzvləri geri qayıtdılar. Bu gedişlə şirkətin zərərə düşməsi üçün heç bir səbəb olmadığını qərara aldılar.

42


Nəhayət ilin sonu gəldi. Həmişə ili gəlirlə başa vuran şirkət bu ili zərərlə başa vurdu. İdarə heyətinin üzvləri şirkətdəki vəziyyəti öyrənmək üçün yeni bir heyət təşkil etdilər. Ancaq bu dəfə bu heyəti müdirin yox, işçilərin yanına göndərdilər. Nəhayət müşahidəçilər işçilərdən bu cavabları aldılar: “Yeni bir istehsala başlamalıyıq. Ancaq müdirimiz “Mən gəlməmiş başlamayın” deyir. Biz də onu gözləyirik”, “Konveyerdə problem var. Vəziyyəti müdirimizə dedik. O da “Özüm məşğul olaram” dedi. Ancaq hələ ki, bir xəbər yoxdur”…

Bu vaxt heyət üzvlərinin gözü yaşlı bir işçiyə sataşdı. Heyət üzvləri onu bir kənara çəkdilər və şirkətin bu vəziyyətə düşməsinin səbəbini

soruşdular. Yaşlı adam sözə başladı və uzun müddət danışmağa fürsət gözləyən biri kimi bu sözləri söylədi: “Əvvəlki müdirimiz təfərrüatla məşğul olmaz, gələcəklə bağlı planlar qurardı. Əsas işi isə bizim ixtiyarımıza buraxardı. Biz də öz işimizlə məşğul olar, ancaq çox ciddi bir problem olanda ona müraciət edərdik. O da bu müraciətimizə tez cavab verər və problemimizi həll edərdi. O həqiqi müdir idi. Gülər üzü var idi. Yeri gələndə bizimlə zarafatlaşar, yeri gələndə evimizlə - ailəmizlə maraqlanardı. Bir sözlə hamımızı düşünürdü. İndiki müdir də xoşniyyətli, hətta işgüzar bir adamdır.

Ancaq o bizə inanmır, hər işi özü görməyə çalışır. Yəni bizim yerimizə ustalıq edən də, fəhləlik edən də odur. Və nəticədə müdirin öz yeri boş qalır. Bir sözlə, gələcəklə bağlı düşünən, gələcəklə bağlı planlar quran insanın yerində heç kim yoxdur”… Nəhayət idarə heyətinin üzvləri köhnə müdiri öz işinə qaytarmağa qərara aldılar. Ancaq bu dəfə acı təcrübəni gördükləri üçün onu 100 min dollar yox, 150 min dollar “razı saldılar”.

43


Bir Uğur Əhvalatı: Google Qarşısına məqsəd qoyub həqiqətən bacarmağın bir çox yolundan birini keşf edə biləcəyimizə aid gözəl və həqiqi bir uğur hekayəsi. 1938-ci il idi. Amerkalı riyaziyyatçı Edvard Kasner işdən sonra evinə gəldi. Qapıda uzun vaxt idi ki, görmədiyi qardaşı oğlunu görəndə bir anlıq Kasnerin bütün yorğunluğu dağıldı. Bütün sevgi və məhəbbəti ilə usağı qucaqldı. Uşaqla zarafatlaşan Edvard soruşar: “ Söylə baxaq sənə çox böyük bir rəqəm versəm, onu təyin edən bir söz uydur desəm nə deyərsən?” Uşaq bir az düşündü sol gözünü bir az qirparaq “GOOGLE” dedi. Kasnerin bu sözdən çox xoşu gəldi. Beləcə “10 əsası 100 E” google adını verdi. Uzun zaman sonra başqa bir riyaziyyatçı “ 10 əsası 100 E googole play” demək daha məntiqli və gözəl səslənir dedi. Bu ad çoxları tərəfindən mənimsənildi, artıq hər kəs bu cür deməyə başladı. Bir gün iki dost söhbət edirdi. - Sergey, bilirsən nə düşünürəm? univeristeti bitirib birlikdə iş quraq. Birlikdə çox şeyə nail olarıq. Nə deyirsən? - Haqlısan Larry. Səninlə həm fikirəm. Nəhayət univeristet bitdi. Yeni məzun iki mühəndis yeni tipli bir iş etmək istədilər. O zamanlar internetdə axtarış sistemləri qeyri-kafi idi. Bu sahə olduqca cəlbedici idi. Amma bu iki gəncin maliyyə təmin etmək üçün kifayət qədər təcrübələri yox idi. İki ağıllı insan bizə kim kömək edə bilər deyə düşünürdü. Birdən ağıllarına çox parlaq bir fikir gəldi. Özləri kimi Stanford məzunu olmuş amerikalı iş adamına getmək. Bu adam varlı və informasiya sektorunun qabaqcıllarından Andy Becholsheim idi. 44


Ona layihəmizi danışaq, özümüzü yoxlayaq. Danışmaqla nə itirəcəyik ki? –deyə öz aralarında danışırdılar. Və onlar iş adamının evinə gəldilər. Lakin dəfələrlə onunla görüşmək istəkləri uğursuz oldu. Bir gün iki gənc ümidsiz halda yenə iş adamı – Mistir Becholsheimi soruşarkən arxadan bir səs – “buyurun mənəm”- dedi. Onlar təəccübləndilər. Günlərdir danışmaq istədikləri adam qarşılarında idi. Fürsətsdən istifadə edib 15 dəqiqə boyunca nəfəs almadan öz layihələrini danışdılar. -Qurtardımı? Gənclər əliboş dönəcəyini anlayıb, məyus bir şəkildə “ bəli, qurtardı” dedilər. Məhşur iş adamı dedi: “ dedikləriniz mənə çox inandırıcı gəldi. İndi sizə 100.000 dollarlıq çek verəcəm. Buyurun dediklərinizi həyata keçirin! Çox sevinərək işə başlayan iki gənc ilk olaraq özləridə riyaziyyatçı olduqları üçün, dahi bir riyaziyyatçının xatirəsinə lahiyəyə onun tapdığı “Google” adını verməyi qərara aldılar. Daha sonra bu sayt “Google play” adlandırmaq onlara daha xoş gəldi. Sonralar tələffüzdəki çətinlik səbəbi ilə “google” adlandırıldı. Hal hazırda dünyada bir nömrəli axtarış saytıdır…. Bu sadəcə iki gəncin xəyallarını həyata keçirdiriyi bir hekayədir. İndi isə növbə sənindir. İmkansız dediyimiz şeylər əslində bir yoluna tapdığımız zaman asanlıqla həyata keçməsi mümkündür. Sadəcə cəht et….

© Cazibe.info

45


Hayat paylaşınca gözəl. Türkcell şirkətinin rəhbəri, Türkiyədə ilk dəfə Türkcell şirkətini yaratmaq istəyəndə universiteti təzə bitirmiş bir gənc idi. Amerikada artıq istifadəyə verilmiş və geniş əhtaə toplamış mobil telefon şəbəkəsini yəni indiki Turkcelli yaratmaq istəyib və bunun prosedur üçün nələr gərək olduğunu tam şəkildə bilirdi. Layihəsi hazır şəkildə öz ölkəsindəki investorlara layihəni təqdim edir lakin layihənin reallığa uyğun olmadığını və sonrakı dönəmdə gəlir gətirməyəcəyini investorlar bəhanə gətirirərək rəd edir. Gəncin sonuncu müraciət edəcəyi ünvan Sabancı universiteti olur. Çünki həmin dönəmdə texnoloji və kapital baxımından ən çox maliyyə ehtiyatı Sabancı Universitetində olur. Gənc rektora layihəni təqdim edir, rektor uzun uzun layihəyə baxır və gülərək sən dəlisən? Bu səncə nə pul qazandıracaq? Get işinlə məşğul ol! Smit sat bundan çox pul qazanarsan deyib alaycı bir tərzdə gənci yola salmışdır. Qarşılığında gəncin bu layihəsini Amerikanın bir şirkəti investisiya ayırır və gənc bu gün ki Türkcell şirkətini yaradır. 20 il sonra büdcəsi milyona çatan Türkcelli şirkətinin rəhbərini Sabancı universitetinin keçmiş rektoru (həmin vaxt başqa bir şirkətin vitse prezidenti olur) çağırır və öz layihəsində Türkcellində tərəfdaş olmasını istəyir. Görüşə bir Smitlə glən Türkcell şirkətinin rəhbəri keçmiş rektoru görür və layihədə tərəfdaş olacağına razılıq verir. Görüşün sonunda rektor gəncə, düzü elə bildim razılıq verməyəcəksiniz axı bir neçə il əvvəl mən sizin layihəyə investisiya ayırmamışdım, rektora smiti uzadan gənc bu cümlələri deyir. "Hayat paylaşınca güzəl" və smitin yarısını rektor, yarısınıda hazırda Türkiyənin ən böyük iş adamlarından olan Mehmet Hilmi Güler yeyir Bu sloqanda bu hekayə vasitəsi ilədə məhşur olur. Qarşınıza çıxan heç bir şəxsi və ideanı rədd etməyin çünki o idea o şans bəlkədə o gənc sizi zirvəyə daşıyan bir vasitə ola bilər. Hekayədədə deyildiyi kimi Hayat paylaşınca gözəl.

46



1. Məntiq Testi Nə qədər diqqətli olduğunuzu yoxlamaq üçün şəkilə diqqətlə baxıb, bu suallara cavab verin:

1) Şəkildəki mənzilin çölündə ilin hansı fəslidir? 2) Hansı aydır? 3) Şəkildəki oğlan dərsə gedirmi, yoxsa tətildədir? 4) Mənzildə su xətti varmı? 5) Şəkildəki ata və oğuldan başqa mənzildə daha kim(lər) yaşayır? 6) Atanın peşəsi nədir?

48


2.Məntiq Testi Şəkildə 19 dairə vardır. Bu dairələrin içərisinə 1, 2, 3, ..., 19 ədədlərini elə yerləşdirin ki, istənilən xətt üzrə hər sıranın daxilində olan ədədlərin cəmi eyni olsun. Qeyd: Müxtəlif sıraların tərkibindəki dairələrin sayı müxtəlif ola bilər (3,4,5), ancaq yenə də dairələrin daxilindəki ədələrin cəmi bərabər olmalıdır.

49


3.Məntiq Testi Bir rəqəmsal saatda iki ayrı palindromik (tərsindən də oxunduğunda eyni olan) vaxt arasındaki ən qısa zaman nə qədərdir? Məsələn, 12:21 ilə 1:01 arasında 40 dəqiqə var.

43 50


AZERBAIJAN ENGINEERS UNION Həm Sual – Cavab bölməsindəki sualların cavablarını , həm də elmi, texnoloji, mühəndisliklə bağlı yazdığınız məqalələri info@azenu.org email ünvanına özünüz haqqında məlumat (təhsil aldığınız universitet, ixtisas və ya işlədiyiniz müəssisəni) qeyd etməklə göndərə bilərsiniz.

https://www.facebook.com/AzerbaijanEngineersUnion https://www.linkedin.com/company/azerbaijan-engineers-union https://www.linkedin.com/groups/8485560 https://twitter.com/AzeEngUnion

www.azenu.org info@azenu.org

We Unite We Succeed


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.