AZENU Journal (December 2016)

Page 1

AZERBAIJAN ENGINEERS UNION We Unite We Succeed

December,2016


İstənilən ixtira və kəşf insanların şüurunda silinməz izlər buraxır. Bu isə cəmiyyəti dəyişməyə, onu daha yaxşı, daha təkmil etməyi bacaran yeni nəsillərin gələcəyinə ümid etməyə imkan verir.

Alfred Nobel


Azərbaycan Mühəndislər Birliyi - İllik Hesabat

Azərbaycan Mühəndislər Birliyi aktiv fəaliyyətə başladığı gündən təşkil etdiyi tədbirlər, layihələr, seminarlar, texniki gəzintilər və sosial şəbəkələrdə etdiyi paylaşımlarla daim Azərbaycanda texniki sahədə təhsil alan və işləyən insanlara faydalı olmağa çalışmışdır. Hədəflədiyimiz əsas məqsəd təkcə texniki sahədə təhsil alan və işləyən insanlar deyil, hər kəs arasında intellektual və texniki bilik səviyyəsinin, həmçinin sosial fəaliyyətlərin artırılmasıdır. Azərbaycanda mühəndislik sahəsinin inkişafında hər kəsə faydalı ola biləcək təkliflərinizi, eləcə də Azərbaycan Mühəndislər Birliyi Jurnalı üçün maraqlı texniki məqalələr, həmçinin motivasiya xarakterli hekayələr, iş dünyasından bəhs edən məqalələrinizi info@azenu.org email ünvanına göndərə bilərsiniz. 3


Bakı Mis İstehsalı zavodu, Headway şirkəti, Edu-Active və Neftçi FK ilə əməkdaşlıq

Azerbaijan Engineers Union" aylıq jurnalı


Azerbaijan Engineers Union FC - nun fəaliyyətinin daha da genişləndirilməsi

Baker Hughes şirkətinə texniki gəzinti


Azersun Holding şirkətinə texniki gəzinti

Pərviz Həsənovun "Xəyalımdakı gələcək" seminarı


"I am Petroleum Engineer" inşa müsabiqəsi

"The Art Of Petroleum Engineering" rəsm müsabiqəsi


"Humans of Azerbaijan Engineering" online rubrika



İlham Əliyev BP-nin 2024-cü ildən sonra AÇG-də qalması məsələsini müzakirə edib Azərbaycan prezidenti İlham Əliyev bu gün BP şirkətinin prezidenti Robert Dadli ilə görüş zamanı “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

“Görüşdə qeyd edildi ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar”, – deyə məlumatda deyilir. Qeyd olunub ki, yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.

İ.Əliyev və R.Dadli həmçinin “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.


SOCAR “Ümid” yatağında yüksək debitli hasilatlı quyusu istismara verib SOCAR dekabrın 28-də Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağında yeni yüksək hasilat göstəricilərinə malik 14 nömrəli qazkondensat quyusunu istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb. “Yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə 2015ci ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb”, – deyə məlumatda deyilir. Quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. “14 nömrəli quyudan gündəlik 1 mln. kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənılır. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir”, – deyə məlumatda qeyd olunur. Hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır. * “Ümid” yatağı Xəzərin Azərbaycan sektorunun dayazsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. Yataq 2010-cu ilin noyabrında kəşf edilib və burada hasilat 2012-ci ilin sentyabrında başlanılıb. “Ümid” yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.


Gələn il Şahdənizdə bir müddət qaz hasilatı dayanacaq

“BP-Azerbaijan” şirkəti 2017-ci ildə Səngəçal terminalında profilaktik işlər həyata keçirməyi planlaşdırır, bu dövrdə yataqdan qaz hasilatı dayandırılacaq. Bu barədə bu gün jurnalistlərə şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib. “Gələn il biz Səngəçal terminalının “Şahdəniz” yatağından qazın qəbul edilməsi üçün mövcud qurğuların təftişi və yeni qurğuların quraşdırılması üçün nəzərdə tutulan seksiyasında profilaktik işlər həyata keçirməyi planlaşdırırıq. İşlərin aparıldığı dövrdə “Şahdəniz”dəki platformadan hasilat dayandırılacaq”, – deyə B.Aslanbəyli “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib. Onun sözlərinə görə, hasilatın dayandırıldığı müddətdə hasilat platformasında da müəyyən profilaktik işlər aparılacaq. “Profilaktik işlərinin aparılacağı dövrdə müvafiq olaraq “Şahdəniz” yatağından Gürcüstan və Türkiyəyə qaz ixracı da dayandırılacaq”, – deyə o qeyd edib. Vitse-prezident vurğulayıb ki, profilaktik işlərin aparılacağı tarix hələ dəqiqləşdiriləcək. “Profilaktik işlərin aparılması 2017-ci il üzrə iş proqramında nəzərdə tutulub”, – deyə B.Aslanbəyli əlavə edib.*


2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Qurumun mətbuat xidmətindən Caspian Barrel-ə bildiriblər ki, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib. Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb. Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.


Yaxın 10 ildə “Saudi Aramco”nun 49%-i satılacaq Səudiyyə Ərəbistanı qarşıdakı 10 il ərzində “Saudi Aramco” dövlət neft şirkətinin səhmlərinin 49%-ni satmağı planlaşdırır. “TASS” agentliyinin məlumatına görə, bu barədə ölkənin “Əlİqtisadiyyə” qəzeti yüksək vəzifəli məmura istinadən yayıb. Qəzetin yazdığına görə, proses 10 il ərzində mərhələli şəkildə davam etdiriləcək. İlk satışın isə şirkətin səhmlərinin 5%-ni əhatə edəcəyi və 2017-2018-ci illərdə baş tutacağı gözlənilir. Qeyd edək ki, “Saudi Aramco” dünyanın ən qapalı neft şirkəti kimi tanınır. Onun özəlləşdirilməsinə səbəb isə neft qiymətlərinin kəskin azalması nəticəsində S.Ərəbistanının büdcəsində yaranan kəsir hesab edilir. “Saudi Aramco”nun bazar dəyəri isə mütəxəssislər tərəfindən bir neçə trilyon dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, S.Ərəbistanı keçən həftə 2017-ci il dövlət büdcəsinin layihəsini 52,7 mlrd. ABŞ dolları həcmində təsdiq edib. Layihədə hasilatın azaldılması ilə bağlı Vyana anlaşmasına baxmayaraq, 2017-ci ildə neft gəlirlərinin 2016-cı illə müqayisədə 46% çox olacağı bildirilir. Anlaşmaya görə, S.Ərəbistanının 2017-ci ildən neft hasilatını gündəlik 0,48 mln. barel və ya 4,6% azaldaraq 10,06 mln. barel/günə salacağı gözlənilir.


Aleksandr Novak: Rusiya OPEC-in qərarından razıdır

Rusiya Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neftin hasilat səviyyəsinin azaldılmasına dair qərarından razıdır.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. A.Novak OPEC-in razılığa gəldiyi neft hasilatının səviyyəsini sutkada 1,2 milyon barrel aşağı salınması qərarının neft bazarı üçün çox əhəmiyyətli bir addım olduğunu bildirib. Neft bazarındakı tələb-təklif tarazlığının təmin olunması üçün alınan bu qərarın əhəmiyyətini qeyd edən rusiyalı nazir deyib: “OPEC-ə üzv olan ölkələr razılığa gəlinən bu qərara tabe olacaqları təqdirdə Rusiya da 2017-ci ilin birinci yarısında neft hasilatını gündəlik 300 min barrel azalda bilər. Qeyd edək ki, dünən Vyanada keçirilən OPEC-in Nazirlər Şurasının 171-ci iclasında kartel üzrə neft hasilatının səviyyəsinin gündəlik 1,2 milyon barrel azaldılaraq, təxminən 33,24 milyon barrel olan gündəlik neft hasilatının 32,5 milyon barrel səviyyəsinə salınmasına qərar verilib.


Vahid Ələkbərov: Bu il LUKoil-in mənfəəti 40% az olacaq

Bu ilin sonuna Rusiyanın “LUKoil” neft şirkətinin mənfəətinin ötən illə müqayisədə 35-40% azalacağı gözlənilir. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib. Onun sözlərinə görə, mənfəətin azalması neftin qiymətinin 2016-cı ildə illik müqayisədə təxminən iki dəfə az olması ilə əlaqədardır. V.Ələkbərovun proqnozuna görə, 2017-ci ildə neftin bir barelinin qiyməti 40-50 dollar ətrafında olacaq, 2018-ci ildə isə 60 dollara qalxacaq. “LUKoil” prezidentinin qənaətincə, gələn il şirkətin gəlirləri neft sənayesində vergilərin artması ilə əlaqədar 40-50 mlrd. rubl azalacaq.


“Yaşıl Asan” təşəbbüs qrupunun könüllüləri ilə görüş keçirilmişdir SOCAR ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrası ilə əlaqədar “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təlim keçirilmişdir.Təlimdə Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatla çıxış etmişlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmişdir. “Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılmış, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.


“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb.“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1310 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.


“Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir Dekabrın 23-də SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilmişdir.Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirmişdir. AÇG layihəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin siyasi səyləri nəticəsində ərsəyə gəldiyini və ötən 22 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində böyük uğurlar qazanıldığını söyləyən SOCAR prezidenti Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində bu layihənin müstəsna əhəmiyyətini qeyd etmişdir. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulamışdır. SOCAR prezidenti bu sənədin imzalanması ilə AÇG yatağının gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaqdır. O, yeni sazişin hazırlanması istiqamətində bütün tərəfdaşlara uğurlar arzulamışdır.


ABƏŞ səhmdarları adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel AÇG yatağının operatoru olaraq qazanılmış uğurlarda Azərbaycan hökumətinin və onun təmsilçisi olan SOCAR-ın dəstəyini xüsusi qeyd etmiş, buna görə təşəkkürünü bildirmişdir. O, demişdir: “Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da Azərbaycanın potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.” SOCAR prezidenti Rövnəq Abdullayev bütün dünyada “Əsrin müqaviləsi” kimi tanınan AÇG yatağının işlənməsi üzrə HPB Sazişinin imzalanmasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərə təsadüf etdiyini xatırlatmış, olduqca çətin geosiyasi şəraitdə aparılan danışdıqların uğurla nəticələnməsində o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin xüsusi rolunu vurğulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel yaranmış fürsətdən istifadə edərək, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının işlənməsi layihəsinin bütün iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıdan gələn ad günü münasibəti ilə təbrik etmişlər. Tədbirin sonunda SOCAR və BP-nin əməliyyatçı olduğu ABƏŞ arasında AÇG yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsipləri imzalanmışdır.


2016-cı ildə Rusiyada neft hasilatı rekord həddə çatıb

2016-ci ildə Rusiyada neft hasilatı rekord həddə - 547,499 mln. tona qədər artıb. Bu barədə Rusiyanın Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən "İnterfax" məlumat yayıb. Beləliklə, ötən il Rusiyada neft hasilatı səviyyəsi 2015-ci il ilə müqayisədə 2,5% artıb. Bununla yanaşı qeyd olunur ki, 2016-cı ilin fevralında 2015-ci ilin fevralı ilə müqayisədə 1 gün çoxdur. 2016-cı ildə Rusiyada orta sutkalıq neft hasilatı 10,9 mln. tondan çox olub. Ölkədə qaz hasilatı 640 mlrd. kubmetrə çatıb ki, bu da 2015-ci il ilə müqayisədə 0,7% çoxdur.


Küveyt gündəlik neft hasilatını 130 min barel azaldıb OPEC üzvü olan Küveyt gündəlik neft hasilatını 130 min barel azaldaraq 2,75 mln. barelə endirib. “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al-Anba” qəzeti Küveyt Neft Korporasiyasının (“Kuwait Oil Co.”) baş icraçı direktoru Camal Cəfərə istinadən məlumat yayıb. Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı bu xəbərdən sonra London birjasında neftin qiyməti qalxıb. Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçersləri 1 barelə görə 36 sent artaraq 57,18 dollar olub. Qiymət ötən il 52% qalxıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə ötən gün Yeni il bayramı ilə əlaqədar olaraq hərrac keçirilməyib. Cənubi Koreyanın “Samsung Futures Inc.” şirkətinin əmtəə analitiki Hong Sung Ki bildirib ki, Səudiyyə Ərəbistanına yaxın olan Küveyt kimi ölkələrin hasilatın azaldılmasını cəldliklə həyata keçirməsi başa düşüləndir. O qeyd edib ki, bazarın əsas narahatlığı İraq və Rusiya ilə bağlıdır. Analitik neftin 1 barelinin qiymətinin 60 dollara çatacağını, lakin ABŞ-da neft quyularının artmasının neftin qiymətinin daha çox qalxmasına imkan verməyəcəyini proqnozlaşdırır.

(c) Günel Abbasova – Report.az


Belarusda yeni neft yatağı kəşf olunub

"Belorusneft" Neft-Qaz Hasilatı Birliyinin mütəxəssisləri yeni neft yatağı kəşf ediblər. "Report" "Sputnik Belarus"a istinadən xəbər verir ki, bununla bağlı şirkətin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, dekabrda Belarusun neft kartında yeni yataq yaranıb: "Həmin yataq Pripyat çuxurunun regional ReçitskVişansk yarığının ara bloku ərazisində kəşf olunub və "Uqolskoye" adını alıb". Xəbərdə vurğulanıb ki, yeni yatağın geoloji ehtiyatları 1,695 mln ton neft kimi qiymətləndirilir. "Belorusneft"dən bildiriblər ki, dəqiq qiymətləndirməni 2017-ci ildə kəşfiyyat quyusunun qazılmasından sonra vermək olar. (c) Cəfər Ağadadaşov– Report.az


Hasilatın azaldılması ilə bağlı bir bəyanat nefti kəskin bahalaşdırdı Azərbaycan neftinin satışı bir barel üçün 60 dollara yaxınlaşır

Caspian Barrel London əmtəə birjasında (İCE) aparılan hərracın nəticələrinə istinadən bildirir ki, Brent markalı neft dünənki günün göstəriciləri ilə müqayisədə 1,92 dollar bahalaşaraq Bakı vaxtı ilə saat 16.35 radələrində birbarrel üçün 58,05 dollar təşkil edib. Qeyd edək ki, Brent markalı neftin qiymətinin 58 dollardan yuxarı qiyməti son dəfə 16 iyul 2015-ci il tarixində qeydə alınmışdı. Neft qiymətlərinin bu gün birdən birə 2,7% artmasına səbəb isə Küveyt milli neft şirkətinin başçısı Camal Cəfərin bəyanatı səbəb olub. Belə ki, onun sözlərinə görə, OPEK-in 30 noyabr 2016-cı il konfransının qərarlarına uyğun olaraq Küveyt yeni ildən üzərinə düşən hasilatın azaldılmasına başlayıb və artıq gündəlik hasilatı 130 min barel aşağı salmağa nail olub. Belə bir açıqlama bazar iştirakçıları tərəfindən çox sevinclə qarşılanıb və birjalar pozitiv reaksiya nümayiş etdiriblər. Qərbi Texas markalı (WTI) neftin qiyməti isə 2,2 faiz bahalaşaraq barelli 54,91 dollardan satılıb. Azərbaycan neftinin əsas hissəsinin dünya bazarına Ceyhan limanından (Türkiyə) çıxarıldığı marka BTC FOB Ceyhan isə adətən Brent markalı neftə nisbətdə 1,5-1,6 dollar baha satılır. Bu baxımdan bu gün Azərbaycan neftinin 59,5-dən baha satıldığını söyləmək olar.


ABŞ-ın Florida Universitetinin azərbaycanlı professoru Dürdanə Balakişiyeva ilə söhbət "Azərbaycan müəllimi" 31.12.2016 N51 Azərbaycan dünya elminə bir sıra korifeylər bəxş edib. Onlar dünya elm xəzinəsini öz qabaqcıl ideyaları, kəşfləri ilə zənginləşdiriblər. Elmun müxtəlif sahələrində ad-san qazanmış alimlərimizin sorağı dünyanın müxtəlif ölkələrindən, nüfuzlu elmi-tədqiqat mərkəzlərindən gəlir. Elmin çətin, kəşməşəkli yollarında özlərinə yol açan tədqiqatçı alimlərdən biri də Amerikanın Florida Universitetinin professoru Dürdanə Balakişiyevadır. Alimin Bakıdan Avropaya, oradan Amerikayadək uzanan elm yolu tədqiqata yenicə başlayan hər bir gənc üçün örnək nümunəsidir. 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Nəzəri fizika sahəsində tanınmış alimdir. Hazırda bütün dünya alimlərinin diqqət mərkəzində olan “Qara materiya” probleminə dair tədqiqatlar aparır, bir sıra elmi məqalənin müəllifidir. Alim tədqiqatlarla yanaşı, Azərbaycanla bağlı həqiqətlərin Amerika cəmiyyətinə çatdırılması yönündə də fəal iş aparır, ölkənin aparıcı mətbuat orqanlarında bir sıra məqalələrlə çıxış edir. Hələ 4 yaşından rus dilində sərbəst danışan D.Balakişiyeva ingilis dilini öyrənməyə başlayıb.


Orta məktəbdə riyaziyyata olan xüsusi marağı və biliyi ilə seçilib. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı tennis üzrə çempionatın qalibi olub. 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. 5 illik ali təhsili əla qiymətlərlə bitirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alan alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (Syracuse University) işləməyə başlayıb. Bir qədər sonra isə elmi və müəllimlik fəaliyyətini Florida Universitetində davam etdirib. - Zəhmət olmasa, ilk təhsil illəriniz barədə danışardınız. Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Hansı peşəni seçməyi düşünürdünüz? - Mən Bakıda anadan olmuşam, uşaqlıq illərim paytaxtda keçib. Bakıdakı 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil almışam. Uşaqlıq illərimdən mənə təlqin edirdilər ki, böyüyəndə həkim olacağam. Lakin mənim orta məktəbdə tədris olunan bütün fənlərə eyni dərəcədə böyük marağım var idi. Buna görə də hansı ixtisası seçməkdə qərarlaşa bilmirdim. Mən daha çox riyaziyyatı, fizikanı, kimyanı, rəsmxətti, bədən tərbiyəsini, ingilis dili fənlərini sevirdim. Kimya və biologiya müəllimlərim deyirdilər ki, mən məhz onların yolu ilə getməli, onların ixtisaslarını seçməliyəm. Humanitar fənləri də sevirdim. Tarix və Azərbaycan dili fənlərindən əla qiymətlər alırdım. VII sinifdə oxuyarkən nənəm ilk dəfə mənə belə bir sualla müraciət etdi: “Bəs sən kim olmaq istəyirsən?”. Mənim gözlənilməz cavabım valideynlərimdən daha çox özümü heyrətləndirdi: “Riyaziyyat və ya fizika müəllimi olacağam!”. Tam 3 ildən sonra bütün ailə üzvlərinin yekdil qərarı ilə və mənim riyaziyyat, fizika, həndəsə fənləri üzrə 100 faizlik cavabıma əsasən fizika ixtisasını seçməyim qətiləşdi.


- ABŞ-da işləmək qərarına necə gəldiniz? Valideynlər seçiminizi dəstəklədimi? Siz Amerikada hansı çətinliklərlə üzləşdiniz? - Mən heç vaxt Birləşmiş Ştatlarda yaşamağı arzulamamışam. İlk vaxtlarda - yəni Bakı Dövlət Universitetini bitirdikdən 5 il sonra mən İtaliyadakı Beynəlxalq Nəzəri Fizika Mərkəzinə (ICTP) daxil oldum. Mərkəzdə aldığım diplom mənim nəzəri fizika sahəsində olan boşluqları zənginləşdirməli idi və mən daha sonra vətənə dönərək mərkəzdə əldə etdiyim bilikləri həmkarlarımla bölüşməyi düşünürdüm. Lakin CERN-də işləmək üçün İtaliyaya getməyə qərar verdim. Lakin o vaxt artıq evli idim və həyat yoldaşımı Mərkəzə işləməyə qəbul etmədilər. O isə Amerikanın Nyu-York şəhərindəki Syrakus Universitetinin doktoranturasına daxil oldu. Mən də adıçəkilən universiteti seçməli oldum. Bəxtim gətirdi, məni universitetə qəbul etdilər. Elə o vaxtdan mən qəti qərar verdim ki, yalnız Amerikada qalıb işləyəcəm. Daha sonra mən Florida Universitetinə daxil olaraq “qara materiya” sahəsində tədqiqatlar aparan SuperCDMS qrupuna qoşuldum. Məşhur “Solid Xenon” Fermi laboratoriyasında yeni layihə üzərində işləməyə başladım. Valideynlərim üçün də çətin idi. Onlar öz sahələrində uğur qazanmış həkimlər idi və başa düşürdülər ki, uğurlu karyera nə deməkdir və o, insandan hansı qurbanlar tələb edir. Mən hər vaxt onlara, xüsusən də anamın dəstəyinə bel bağlaya bilərdim. Lakin anam ABŞ-a çox nadir hallarda gələrdi. İki azyaşlı uşağım vəziyyəti çətinləşdirirdi. Buna görə də heç kimə arxayın ola bilməzdim, çünki hər kəsin öz problemi var idi. Amerikada sən hər vaxt təksən, özü-özünə cavabdehsən, hətta dostların olsa belə. - Hazırda sizin mərkəzdə hansı istiqamətdə elmi işlər aparılır?

- Mən eksperimental elmi karyerama bərk cisimlər fizikası sahəsindən başlamışam. Tibbi məqsədlər üçün (anesteziya) MRL qətnaməsini (magnetic resonance imaging) yaxşılaşdırmaq üçün ksenonun hiperpolyarizasiyası (XE) metodunu inkişaf etdirmişəm.


Tədqiqat gedişində mən ksenon kristalının yaradılması metodunu işləyib hazırlamışam ki, bu da detektorların yaradılması üçün ideal üsuldur. Eyni vaxtda mən “SuperCDMS” -lə və yeni eksperimentlər üçün Enriko Fermi (Nobel mükafatı laureatı Enriko Ferminin adını daşıyan) laboratoriyası ilə birgə tədqiqatlara başlamışam. “SuperCDMS” -də dünyanın müxtəlif universitetlərindən, əsasən də Amerika ali məktəblərindən olan 100-ə qədər alim işləyir. Artıq 15 ildir ki, “WIMP” (zəif qarşılıqlı təsirə malik ağır hissəcik) adlandırılan zərrəciklərin aktiv elmi axtarışı davam edir. Bu, son dərəcə dəqiq, incə bir prosesdir, bu eksperimentdə 80 milli Kelvin dərəcəyədək soyudulmuş germanium və silikon detektorlardan istifadə olunur. Eksperimentin əvvəlki mərhələsi Minnesota ştatındakı dəmir filizi şaxtasında keçirildi. Bu eksperimentin yeni mərhələsi isə təkmilləşdirilmiş elektron avadanlıqların və böyük kütləli detektorların iştirakı ilə “SnoLab” laboratoriyasının yerləşdiyi Kanada şaxtasının dərinliklərində keçiriləcək. Hələlik yeni eksperimentə hazırlıq işləri davam etdirilir, bununla belə biz hazırda əvvəlki məlumatların yenidən təhlili və kompüter simulyasiyası ilə məşğul oluruq. Hazırda mən Texasdaki Cənub Metodist Universitetindəyəm (Southern Methodist University). Bizim tədqiqat qrupunun bir neçə üzvü də buradadır və onların vəzifəsi detektorların kosmosdan yerə düşən və ya radioaktiv elementlərin (Ra, Po, Pb və b.) zəncirvari reaksiyalarının məhsulları olan yüksəkenerjili elementar hissəciklərin xarici təsirindən daha yaxşı müdafiəsini təmin etmək üçün müxtəlif materialların və onların təmizlənməsi metodlarının öyrənilməsidir. Əvvələr mən tez-tez Minnesotiyə növbə çəkməyə getməli olurdum. Hazırda eksperimentlərin gedişində fasilələr olduğuna görə mən vaxtımın çox hissəsini universitetdə müəllimlik fəaliyyətinə və “Solid Xenon” layihəsinin genişləndirilməsi üzərində düşüncələrimə ayırıram. - Elmi işlərinizin əhəmiyyəti barədə nə deyə bilərsiniz? Bizi nələr gözləyir? - “Bizim kainatın tarixi və strukturu”. Bu sual indi hər bir düşüncəli insanı narahat edir. Mən bu sualın heç olmasa kiçicik bir hissəsinə cavab tapmaq istərdim. Bəşəriyyətin gələcəyi barədə sonsuz düşünmək mənasızdır. Müasir insana incəsənət, musiqi, biliklər lazımdır. İstərdim ki, zəka qalib gəlsin. Bundan ötrü isə uşaqları mümkün qədər televizorlardan və zərərli vərdişlərdən uzaq tutmaq lazımdır.


- Ailədə sizin ardıcıllarınız varmı? - Uşaqlar valideynlərinə-fiziklərə baxaraq qərara gəldilər ki, bizim əldə etdiyimiz səviyyəyə çata bilməyəcəklər, hardasa aşağı səviyyədə dayanan bir şəxs olmağa isə dəyməz. Nəticədə oğlum aviasiya mühəndisi olmağa qərar verdi. Onun orta məktəbi bitirməsinə 2 il qalıb. Qızım isə hələ qərar verməyib. Onun cəbr və həndəsə sahəsində istedadı var, lakin o riyaziyyatçı olmaq istəmir. Dünyanın elm xiridarları, öz sahələrində diqqətəlayiq zirvələr fəth etmiş təfəkkür sahiblərinin hobbiləri də maraqlıdır. Üzü Eynşteyndən başlamış bir çox alimlər idmanın bir sıra sahələrinə maraq göstərməklə öz iş qabilliyyətlərini hər zaman qüvvədə saxlamışlar. Eynşteyn, Mariya Kürinin velosiped sürməsi, Nils Borun, Şredingerin, Xiksin dağ yürüşlərinə çıxması çoxlarına məlumdur. Öz məşhur sələfləri kimi, müsahibimizin də hər bir insanın həyat və yaradıcılığında üstün olan maraq dairsi, hobbiləri vardır. - Mənim hobbim kifayət qədər artıq olub, vaxtım isə çatmayıb. Tennis oynamağı, xizək sürməyi, futbola baxmağı, üzgüçülüyü, gimnastikanı, fiqurlu xizək sürməyi və basketbolu sevirəm. Karandaş, rəngli və ya akvarel boyalarla şəkil çəkməyə hədsiz məftunam. Qaçışı, kitab oxumağı, baleti və operanı da sevirəm. Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”


Xarici neft şirkətlərinə hazırlaşan tələbələrin imtahanlara hazırlıq məqsədilə test nümunələri For questions 1 to 10, select the correct answer: 1. He is not only reliable, but also ___________. A. B. C. D.

A. B. C. D.

because his serious wound because of his serious wound because of his seriously wound because his wound seriously

can’t stand for doing a test can’t stand to be doing a test can’t stand doing a test can’t stand a test to be done

3. I don’t know ______. A. B. C. D.

where is your pen where your pen is where your is pen where is the pen of yours

4. If you want to see him, _______. A. B. C. D.

ruined have been ruined have ruined would have ruined

5. The man has been hospitalized since yesterday ________. A. B. C. D.

A. B. C. D.

is supposing to arrive is supposed to arrive will suppose to arrive is supposed to be arrived

4. Due to the devaluation, many people have become rich, but many others _________.

Different than his as well as he as he is like his

2. Many people ______ for six hours without stopping.

didn’t come late wouldn’t have been late hadn’t been late were not late

3. The manager ______ here at 4 p.m. A. B. C. D.

A. B. C. D.

is intelligent and creating intelligent and creative intelligence and creating to be intelligent and creative

2. If you _____, we wouldn’t have missed the train. A. B. C. D.

1. Your suggestion, _______ , is beneficial to both the company and the employees.

5.

please let me to know let me to know please please let me know let me please to be known

_______, the little girl ran out of the yard. A. B. C. D.

Being afraid of the dog The dog she is afraid of The dog has been afraid of Was being afraid of the dog


Section II: Mathematics

(Make sure to answer using the correct UNITS)

Conversion Units: = 3.1416  1ft = 30.48 centimeters 1 ft = 12 inches 1kg = 2.2 lbs 1 in = 2.54 centimeters 1 gal = 3.785 liters 1 ft3 = 7.48 gal 1 bbl = 42 gal 1 bbl = 5.614 ft3 1 psi = .145 kPa weight of fresh water 8.33 ppg Area of a circle = r2 Volume of cylinder = r2h 1.

What is the area of a rectangle with dimensions of 6ft by 4ft?

A. 10 ft2

2.

C. 2 ft2

D. 1.5 ft2

What is the area of a right-angle triangle with dimensions of 3ft by 3ft?

A. 4.5 ft2

3.

B. 24 ft2

B. 9 ft2

C. 1 ft2

D. 18 ft2

Given the diameter of a circle is 10 centimeters, what is the surface area in cm2?

A. 78.5 cm2

B. 2.5 cm2

C. 62.8 cm2

D. 100 cm2


Section III:

Mechanical # 1

N2

H20

H

# 2

1.

For the tank shown above what is the pressure in psi measured at gauge #2 if: the pressure at gauge #1 is 300 psi (21 kg/cm2) and the level of the water (H) is 70 ft (21.4 m).

A.

2.

315 psi

23 kg/cm2

C.

330 psi

D.

300 psi

D.

 17 T

D.

9 T

Indicate the resultant force, magnitude, and direction:

12T

5T A.

3.

B.

 7T

B.

 7 T

C.

17 T 

Indicate the resultant force, magnitude and direction:

3T 3T A.

4.24 T

B.

9 T

C.

4.24 T


4. These 3 wells have been drilled with a mud of specific gravity of 1.25 gr/cm 3. In which well A, B or C, will the highest hydrostatic bottom hole pressure be recorded ? a. b. c. D.

Well A Well B Well C All three will have equal bottom hole pressure

5. If the density of A is greater than the density of B. What is going to happen ? A. B. C. D.

If P floats in liquid A, it will also float in B. If P floats in liquid B, it may or may not float in A, depending on the density of P. If P sinks in B, it will sink in A also. None of the above answers are correct.


Section IV: Electrical 1.

What is the equation for Ohm’s law?

A. V = IR 2.

In direct current I = 3A

A. 1.33 V 3.

B. V = I/R R = 4

B. 6 V

C. R = VI

D. I = VR

Calculate V C. 12 V

D. 24 V

What becomes V if we use 2 resistors of 4 in parallel?

A. 2.66 V

B. 6 V

C. 12 V

D. 24 V

4. If the resistor below is 100 ohms and the voltage drop is 220 volts, what is the current I?

I

R V A. .22 A

B. 22 A

C. 2.2 A

D. 2.0 A

5. If R1=2k ohms, R2=1k ohms, R3=2k ohms and R4=2k ohms, what is the equivalent resistance of the circuit?

R1 R2

A. 2250 ohms

B. 1500 ohms

C. 2500 ohms

R3

R4

D. 2000 ohms


Alfred Nobel Nobel Alfred Bernxard — İsveç mühəndis-kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün mühariblərə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur.

Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Alfred Nobel Emmanuel Nobelin 3-cu oğlu olmuşdur. 1842-ci ildə Alfredin 9 yaşı olanda, anası (Andritta Alsell) və qardaşları (Robert və Lüdviq) 5 ili öncə Rusiyanın Peterburq şəhərinə getmiş atası Emmanuelin yanına köçmüşdülər. Növbəti il Alfredin kiçik qardaşı Emil dünyaya gəlmişdi. Memar, inşaatçı və ixtiraçı olan Emmanuel Nobel Peterburqda maşın mağazası açmış və tezliklə müdafiə silahlarının istehsalı ilə bağlı Rusiya hökuməti ilə olan müqavilələr sayəsində böyük uğur qazanmışdı. Atasının uğurları sayəsində Alfred 16 yaşına qədər evdə təhsil almışdı. O, professor N. N. Zinindən kimyanı oyrənməyə başlamışdır. Lakin bir çoxları Alfred Nobeli əsasən öz-özünü maarifləndirmiş bir adam hesab edirlər. Təhsilli bir kimyaçı olmaqla yanaşı, Alfred ədəbiyyatı çox sevirdi və ingilis, alman, fransız, isveç və rus dillərini mükəmməl bilirdi. Həyatının son illərində "Nemezida" adlı yeganə faciə pyesi də yazmışdır.


Alfred, həmçinin həyatının 2 ilini səyahətlərdə keçirmişdi. O, vaxtının çoxunu Parisdə laboratoriyada işləməklə keçirmişdi, lakin, həmçinin Birləşmiş Ştatlara da səyahət etmişdi. Alfred Bernard Nobel London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olmuşdur. O, kommersiya fəaliyyəti ilə də məşğul olmuş, dinamit istehsal edən iki iri trest: Latın və Anqlosaks trestlərini təşkil etmişdir. Baxmayaraq ki, Alfred dinamitin kəşfi ilə məşhurlaşmışdı, əksər insanlar Alfred Nobeli yaxından tanımırdı. O, qeyri-səmimilik və nümayişi xoşlamayan, sakit təbiətli bir adam idi. Onun çox az dostu var idi və heç vaxt ailə həyatı qurmamışdı. Alfred dinamitin məhv edici gücünü bildiyi halda, onun sülh müjdəçisi olduğuna inanırdı. Alfred dünya sülh müdafiəçisi Berta von Sutnerə belə demişdi: "Mənim zavodlarım sənin iclaslarından daha tez müharibəyə son qoya bilər. 2 ordunun 1 saniyədə birbirini məhv edə biləcəyi gün gəldiyində, bütün sivil dövlətlər müharibədən geri çəkiləcək və öz qoşunlarını təxliyə edəcəklər.“ Elmi fəaliyyəti Qayıtdıqdan sonra Alfred atasının zavodunda işləməyə başladı. O, 1859-cu ilə, atası müflis olana qədər burada işləmişdir. Az sonra Alfred 1862-ci ilin yayında nitroqiliserin ilə təcrübələr aparmağa və ilk partlayışlarını həyata keçirməyə başlamışdı. Yalnız bir il sonra (1863, oktyabr) Alfred öz partladıcısı, “Nobel alışqanı” üçün İsveç patenti almışdı. Öz ixtirası vasitəsilə atasına kömək etmək üçün İsveçə qayıdan Alfred Stokholm yaxınlığında yerləşən Helenburqda nitroqliserin istehsal etmək üçün kiçik zavod təsis etdi. Təəssüf ki, nitroqliserinlə işləmək çox çətin və təhlükəlidir. 1864-cü ildə Alfredin zavodu partlamış və bir sıra insan, o cümlədən Alfredin kiçik qardaşı Emil həlak olmuşdu. Partlayış Alfredin qarşısını ala bilmədi və sadəcə 1 ay içərisində o, nitroqliserin istehsal edən digər zavodlar təsis etdi. 1867-ci ildə Alfred yeni və idarəsi daha təhlükəsiz olan dinamit ixtira etmişdi.


Nobel Azərbaycanda Nobel və qardaşları Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağacı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobel qardaşlarının milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılırdı. Hal-hazırda məhz həmin pullar "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1,3 milyon dollara bərabərdir. Ölümü

Alfred sağlığında sülh görmədi. Kimyaçı və ixtiraçı Alfred Nobel 10 dekabr 1986-cı ildə İtaliyada beyin qanamasından dünyasını dəyişdi. Bir sıra dəfn xidməti həyata keçirildikdən və Alfred Nobelin cəsədi yandırıldıqdan sonra, onun vəsiyyətnaməsi oxundu. Hər kəs çox təəccüblənmişdi.


Vəsiyyətnaməsi Alfred Nobel sağlığında bir neçə vəsiyyətnamə yazmışdı, lakin sonuncusu təxminən ölümündən 1 il əvvəl, 27 noyabr 1895-ci ildə yazılmışdı. Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhvələr vermiş şəxslər” üçün 5 mükafatın (fizika, kimya, fiziologiya yaxud tibb, ədəbiyyat və sülh) təsisinə ayırmışdı. Baxmayaraq ki, Nobel vəsiyyətnaməsində mükafatlar üçün çox möhtəşəm planlar teklif etmişdi, vəsiyyətnamə ilə bağlı bir sıra problem yaşandı. Alfred Nobelin qohumları elə təəccüblənmişdilər ki, bir çoxu vəsiyyətnaməyə etiraz etmək istədi. Vəsiyyətnamənin quruluşunda Fransada vəsiyyətnaməyə etiraz etməyə səbəb ola biləcək rəsmi nöqsanlar var idi. Alfredin qanuni yaşayış yerinin hansı ölkə olması naməlum idi. O, 9 yaşına qədər İsveç vətəndaşı olmuşdu, lakin sonralar Rusiya, Fransa və İtaliyada bu ölkələrin vətəndaşı olmadan yaşamışdı. Nobel ölümündən sonra İsveçdə dəfn edilməsi üçün planlar hazırlamışdı. Vəsiyyətnamə və əmlakın hansı ölkənin qanunları ilə idarə edilməsini yaşadığı yer müəyyənləşdirəcəkdi. Əgər Fransadırsa, vəsiyyətnamə qəbul edilməyə və vergi götürülə bilərdi. Nobel sülh mükafatını Norveç Stortinqinin (Parlamentinin) seçməsini istəmişdi, buna görə də bir çoxları onu vətənpərvər olmamaqda günahlandırdı. Bu mükafatları həyata keçirəcək fond helə də mövcud deyildi və təsis olunmalı idi. Vəsiyyətnamədə bildirilməmişdi ki, ilin qalibi olmayacağı təqdirdə nə edilməlidir. Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il kecmişdi.



Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.