AZENU Journal (November 2016)

Page 1

AZERBAIJAN ENGINEERS UNION We Unite We Succeed

November,2016


Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək. Lütfi Zadə



Bakı Mühəndislik Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. Bakı Mühəndislik Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 noyabr 2016-cı il.

3


Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasının vaxtı məlum oldu

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının gələn ilin fevral ayında keçiriləcək növbəti iclası layihənin vaxtında yekunlaşması üçün tərəflərin səylərinin koordinasiyasına fayda verəcək”, – deyə N.Əliyev qeyd edib. O, İtaliyanın əvvəlki iclaslarda iştirakını yüksək qiymətləndirib. Nazir Transadriatik qaz boru kəməri (TAP) layihəsini İtaliya ilə enerji əməkdaşlığının proriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb. İtaliyalı nazir Paolo Centiloni ölkəsinin TAP- la bağlı mühüm öhdəlik götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini vəd edib.

4


SOCAR prezidenti TEKFEN rəhbərliyini qəbul edib Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə Holdinqin İdarə Heyətinin sədri Murat Gigin və “TEKFEN İnşaat”ın prezidenti Levent Kafkaslını qəbul edib. SOCARdan "Report"a daxil olan məlumata görə, "TEKFEN" şirkətinin təkcə Türkiyədə deyil, bütün türk dünyasında və dünya miqyasında yaxşı tanındığını söyləyən R.Abdullayev şirkətin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini qeyd edib. 20 il bundan əvvəl Azərbaycanda fəaliyyətə başlamış "TEKFEN"in həyata keçirdiyi layihələrdən danışan M.Gigin və L.Kafkaslı bu dövrdə daim Dövlət Neft Şirkətinin qayğı və dəstəyini gördüklərini söyləyib, buna görə təşəkkürlərini bildiriblər. SOCAR-ın prezidenti R. Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə onları təbrik edib, Holdinqin əmək kollektivinə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. © Aynur Əliyeva - Report.az 5


CNPC Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıdır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edib. SOCAR-dan "Report"a daxil olan xəbərə əsasən, nümayəndə heyətində təmsil olunan Çin Milli Neft Korporasiyasının (CNPC), bu ölkənin maliyyə institutlarının, bank və fondlarının, investisiya və sığorta şirkətlərinin nümayəndələrini səmimi salamlayan R.Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətləri və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə adlandıran SOCAR prezidenti CNPC rəhbərliyi ilə Pekində və Bakıdakı son görüşləri xatırlayıb və çıxarılan qərarların əhəmiyyətini vurğulayıb. CNPC-nin İdarə Heyətinin üzvü Vanq Şi Honq səmimi qəbul üçün təşəkkürünü bildirib, SOCAR-ın yeni ofisində ilk dəfə olduğunu söyləyərək bu münasibətlə R.Abdullayevi təbrik edib, SOCAR-a yeni inzibati binasında uğurlar arzulayıb. O, SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası Kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırıb, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib. Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan V. Ş. Honq Azərbaycana bugünkü səfərin də bunun göstəricisi olduğunu bildirib. Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə maraqlı olduğunu diqqətə çatdırıb. © Aynur Əliyeva - Report.az

6


Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək

Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək. "Report" xəbər verir ki, bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən "Al-Ayyam" nəşri məlumat yayıb. Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır. Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək. © Report.az 7


OPEC : 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artacaq

Dünyada 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% artaraq gündəlik 382,1 mln. barel ekvivalenti həddinə çatacaq. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, OPEC-in 2016-cı il Qlobal Neft Bazarı (World Oil Outlook) hesabatına əsasən, 2040-cı ildə dünya enerji bazarında təbii yanacağın payı 77%-ə yüksələcək. Burada təbii qazın xüsusi çəkisi 27%, neftin - 26%, kömürün isə 24% təşkil edəcək. Enerji tələbatında bərpa olunan enerjinin payı 17%-ə, nüvə enerjisinin payı isə 6%-ə çatacaq. Sənəddə qeyd olunub ki, 2040-cı ilə qədər enerji tələbatının artmasında əsas rolu inkişaf etməkdə olan ölkələr oynayacaq. Onların enerji tələbatında payı 2040-cı ildə 63%-ə yüksələcək. Bununla yanaşı bildirilir ki, 2040-cı ildə qlobal neft tələbi 109,4 mln. barel/gün olacaq. OPEC-in 2040-cı ildə gündəlik neft hasilatı 41 mln. barelə yüksələrək qlobal neft hasilatının 37%-ni təşkil edəcəyi ehtimal olunur. Ən çox neft tələbi avtonəqliyyat vasitələrində yaranacaq ki, bu da 2040-cı ildə gündəlik 47,8 mln. barel təşkil edəcək. 8


İndoneziya səfiri BANM-də olmuşdur Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür.Rektor E.Qasımov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan BANM-in tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermis, Ali Məktəbdə qısa müddət ərzində görülən işlərdən, dünyanın aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən bəhs etmişdir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə təşəkkürünü bildirmiş, BANM ilə Indoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağına əminliyini söyləmişdir. Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət etmişdir. Görüşdə gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etmişdir. 9


''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilmişdir.İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir etməmişdir. İmtahan zamanı “ASAN könüllü”sü ona ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdiyi kompüterin monitorundan avtomatik olaraq topladığı bal haqqında məlumat ala bilmişdir. Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət ediləcəklər. Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim ediləcəkdir. 10


«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilmişdir

SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilmişdir.“Azərikimya” İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam etmişdir. Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Azərikimya” İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülmüşdür. Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır. «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında seçilmiş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük qələbə sevincləri arzulamışdır. Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur. 11


Bu il yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə qədər qaz vurulub Bu il qazvurma mövsümü ərzində (aprel-noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına ümumilikdə 1,987 mlrd. kubmetr qaz vurulub. “Report”a “Azneft” İB-dən verilən məlumata görə, keçən ildən qalan qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 ,871 mlrd. kubmetr təşkil edib. “Bu ölkəmizin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir. Bu il ölkə ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin qaza olan tələbatının artmasını nəzərə alaraq, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə daha tez başlanılıb. Bununla bağlı olaraq bu ilin oktyabr ayının 24-dən qazgötürmə mövsümü başlanıb”- məlumatda qeyd olunub. Noyabrın 14-nə olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185,6 mln. kubmetr qaz götürülərək təhvil verilib ki, bunun da 167,8 mln. kubmetri “Qaradağ”, 17,7 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv qazın həcmi 2,685 mlrd.kubmetr təşkil edir. Qeyd edək ki, yeraltı qaz anbarlarına qazvurma mövsümü 2016-cı ilin aprel ayında başlayıb və “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması noyabr ayında başa çatdırılıb. © Günel Abbasova – Report.az

12


BP 2011-ci ildən sonra ilk dəfə AÇG-də hasilat artımına nail ola bildi

Cari ilin doqquz ay ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində hasilat orta hesabla gündəlik 644 min barel və ya ümumilikdə 176,45 milyon barel, yəni 23,8 milyon ton təşkil edib.

Caspian Barrel “BP-Azərbaijan” şirkətinin bu gün ictimaiyyət üçün açıqladığı rüblük hesabata əsasən məlumat verir. Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında AÇG-dən gündəlik orta hesabla 640 min barel və ya ümumilikdə 174,72 milyon barel, yəni 23,6 milyon ton neft hasil edilmişdi. Beləliklə, 2016-cı ilin 9 ayınının yekunlarına əsasən, AÇG-dən neft hasilatı gündəlik olaraq 4 min barel və ya ümumilikdə 1,73 milyon barel (233,8 min ton) artıb. Bu isə hasilatın tempinin 0,62 faiz artımı deməkdir.

13


Texasda ən iri neft-qaz yatağı aşkar edilib

ABŞ-ın Texas ştatında ən iri neft-qaz yatağı aşkar edilib. Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, texniki baxımdan çıxarıla bilən ehtiyatlarının ümumi həcmi: neft 20 milyard barel, 16 trilyon kubmetr təbii qaz, 1,6 milyard barel qaz kondensatı təşkil edir.

14


Doqquz ayda Səngəçal terminalından 219 milyon barreldən çox neft və kondensat ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı 219 milyon barreldən çox neft və kondensat, o cümlədən 194 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 23 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 2 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib. “BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,1 milyon standart kubmetr (1 milyard 27 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

15


Yanvar-sentyabr aylarında BTC kəməri ilə 25,7 milyon ton xam neft ixrac olunub Cari ilin yanvar-sentyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 25,7 milyon ton (193 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 242 tankerə yüklənib. “BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 2006-cı ilin iyun ayında istismara verilən 1768 kilometr uzunluğa malik BTC boru kəməri ilə cari ilin üçüncü rübünün sonunadək ümumilikdə 341 milyon ton (təxminən 2,55 milyard barrel) xam neft nəql edilib və Ceyhan limanında 3 min 354 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur. Bu ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar sərf edilib. “BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. 16


Azərbaycan 9 ay ərzində neft ixracını 1% artırıb

Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında 26 mln. 741,1 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib. “Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $7 mırd. 496 mln. 92 min (azalma 23,9%) təşkil edib.

2016-cı ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $4 mlrd. 699 mln. 566,5 min məbləğində neftin bəyan edilmiş həcmi 15 mln. 743 min ton təşkil edib. Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub. 17


Yanvar-sentyabr aylarında AÇG blokundan neft hasilatı 102 quyudan həyata keçirilib 2016-cı ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 102 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib. «Hesabat dövründə müqavilə blokunda 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz-injektor quyusu qazılıb. Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 su-injektor quyusu istismarda olub. Hasilat quyularından 5-i BP-nin bütün dünya üzrə ən məhsuldar quyularının onluğuna daxildir», – deyə məlumatda bildirilir. AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3 mlrd. bareldən çox neft hasil edilib. Xəbər verildiyi kimi, cari ilin yanvar-sentyabr aylarında ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 24 mln. ton neft hasil edib. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir. “Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

18


Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Zərdab-Cəfərli” yataqlarından avqust-sentyabr aylarında hasil olunan "Ural" neftinin satışından ilk iki ödənişi alıb. Qeyd olunub ki, xam neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə satılıb və ödəniş İdarə ilə Azərbaycandakı əməliyyatlar üçün yaradılmış “Aran Oil Operating Company” arasındakı sazişə əsasən qəbul edilib “Ödənişlər şirkətin gözləntisinə uyğun olaraq “Zenith Aran” şirkətinə oktyabrın 29-da və noyabrın 15-də çatdırılıb. Əlavə xam neft həcmləri “Zenith Aran” tərəfindən beynəlxalq boru kəmərləri şəbəkəsinə çatdırılır. “Zenith Aran” xam nefti Şirvan Neft Terminalından daxildə SOCAR boru kəmərləri şəbəkəsi vasitəsilə, sonra isə “Transneft” vasitəsilə Novorossiysk (Rusiya, Qara dəniz - Bakı-Novorossiysk boru kəməri ilə) limanına çatdırılır. Alternativ olaraq, xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Aralıq dənizinə də (Türkiyə) çıxarıla bilər”, - deyə məlumatda qeyd olunub. "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda kommersiya əməliyyatlarının sürətli inkişafından məmnun olduğunu bildirib: “Sevindirici haldır ki, “Muradxanlı” neftindən ilk ödəniş nəzərdə tutulan tarixdən 2 gün öncə qəbul edilib. İkinci ödəniş bu prosesdə bizim inamımızı daha da artırıb. Artıq gündəlik 300 barel hasilatla aylıq ödəniş 360 min dollar təşkil edir. Rəhbərliyin hər zaman bizim alıcımızın - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyalar İdarəsinin keyfiyyət və etibarına inamı olub və bizimlə eyni inamı paylaşması üçün bu nəticələri beynəlxalq investorlara çatdrımaq vacibdir". Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır. Bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Günel Abbasova © Report.az

19


BANM-in aliminin məqaləsi ABŞ-ın elmi jurnalında dərc olunub

Bakı Ali Neft Məktəbinin (BANM) Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri və “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan Eminovun “Biokütlədən bioyanacaqların alınması” mövzusunda “The Highly Selective and Near-Quantitative Conversion of Glucose to 5-Hydroxymethylfurfural Using Ionic Liquids” adlı məqaləsi ABŞ-ın “PLoS ONE” adlı jurnalında dərc edilib. Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bu, Sənan Eminovun Thomson Reuters jurnalları siyahısına daxil olan elmi nəşrdə çap olunan sayca 3-cü elmi məqaləsidir. İndiyədək onun beynəlxalq konfransların elmi məqalələr toplusunda 6 elmi tezisi də çap olunub. Qeyd edək ki, “PLoS ONE” jurnalı yüksək impact factor-la (2015-ci ildə jurnalın impact factor-u 3,54 olmuşdur) Thomson Reuters jurnalları siyahısına daxildir və kimya sahəsində dünyanın ən nüfuzlu jurnallarından biridir. Jurnala giriş sərbəstdir (open access), məqalələrini ödənişsiz əldə etmək mümkündür. “PLoS ONE” jurnalı, eyni zamanda dünyanın ən çox məqalə dərc olunan jurnalı olmağı bacarmışdır. Belə ki, jurnalda il ərzində 30 000 məqalə və ya gündə 85 məqalə çap olunur. 20 Samirə Abdullayeva © Report.az


“Günəşli” yatağında yeni özül quraşdırılacaq

“Günəşli” yatağı üçün yeni 7A saylı dərin dəniz özülünün inşası nəzərdə tutulub. “Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı "Neftqaztikinti" Trestidir. 10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı dərin dəniz özülünə 2 körpü vasitəsi ilə birləşdiriləcək. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yüksək təzyiqli qaz separasiya və ölçü sistemləri, bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək. Separasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 saylı özülün müvafiq texnoloji xətlərinə ötürüləcək. Bundan başqa, neft-qaz, içməli su və kabel xətləri də 7 saylı özüllə əlaqələndiriləcək. Ümumi sahəsi 5 980 kv. metr olacaq özülün dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9 350 ton olacaq. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcək. Artıq özülün inşası istiqamətində işlərə start verilib, “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin ərazisində hazırlanmasına başlanılıb. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir. Qeyd edək ki, özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Günel Abbasova © Report.az

21


12 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə keçəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində (İRD) SOCAR-da ödənişsiz təcrübə keçəcək ASAN könüllüləri ilə görüş keçirilib. “Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, İRD-nin rəisi Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri indi şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil edir. SOCAR-ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib. Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak edib, imtahandan uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət olunub, bu mərhələdə isə 12 nəfər seçilib. Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İBdə, baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına NEZ-də ödənişsiz təcrübə keçmələri nəzərdə tutulub. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Günel Abbasova © Report.az

22


“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya, Türkiyə və Gürcüstanda olublar “SOCAR Yay Məktəbi-2016” layihəsində I yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşaiyəti ilə noyabrın 21-dən 27-dək Almaniya, II yeri tutan komanda Türkiyə, III yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər edib. “Report” SOCAR-a istinadən xəbər verir ki, Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olublar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilib. Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olublar.

Günel Abbasova © Report.az

23


Elmi Məlumatlar


Yeni nəsilin təhsili Uşaqlar üçün mühəndislik Təbiət elmlərinə olan marağı uşaqlara necə aşılamalı? Uşaqlara nəzəri bilikləri təcrübəyə çevirməyi necə öyrətməli? Bütün bu suallara STEM – məktəblilərin yeni təlim metodikası cavab verir. Bakıda təqribən 5 ay əvvəl fəaliyyətə başlamış STEM təhsil mərkəzi gün keçdikcə məktəbli uşaqlar arasında daha da məhşur olur. Bakida fəaliyyət göstərən STEM təhsil mərkəzi Amerikanın məşhur Engineering for Kids (EFK) təhsil proqramınınn Azərbaycandakı rəsmi təmsilçisidir. Dərhal belə bir sual yaranır: uşaqlar üçün STEM təhsili nə deməkdir? Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Math (Riyaziyyatın) birgə tədrisi ideyası üzərində qurulub. Bu sözlərin baş hərfləri STEM-i dünyanın təhsil sistemləri arasında məşhur təhsil brendi edib. Bu tip təhsil metodunun üstünlukləri nədir və nə üçün bu təhsil sistemi Amerikada, Şimali və Qərbi Avropada bu qədər məşhurdur? STEM təhsil mərkəzinin 10 üstün cəhətlərinə nəzər yetirək: 1) Burda dərslər fənlər əsasında deyil, mövzular əsasən tədris olunur. STEM təhsil mərkəzi özündə fənlərarası tədrisi və layihə girişini birləşdirir, əsasən də yuxarıda sadalanmış sahələr üzrə. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdılar.

2) STEM – uşaqların öyrəndikləri elmi-texniki biliklərin real həyatda necə tədbiq edəcəyini nümayiş edir Məsələn, balaca mühəndislər roket quraraq mühəndis dizayn prosesi, atış bucağı, təziq, sürtünmə güvvəsi, traektoriya və koordinat oxları kimi anlayışlarla tanış olurlar.

25


3)

4)

5)

6)

7)

Tənqidi düşüncə və problem həll etmək vərdişlərinin inkişafı. STEM proqramları tələbələrə rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həll etmək vərdişlərini öyrədir. Məsələn uşaqlar sürət avtomobillərini düzəldir sonra isə test edirlər. Sonra isə avtomobillərinin finiş nöqtəsinə niyə çatmadığını araşdırırlar. Bəlkə bu aerodinamikadı nəticəyə təsir edən? Və ya təkərlər arasında olan məsafə, düşmək təziqi və s. Öz güclərinə güvənmək hissinin çoxalması. Uşaqlar muxtəlif məhsullar düzəldərək, körpü və yollar quraraq, aeroplanları və avtomobilləri işə salaraq, robotları test edərək, öz elektron oyunlarını quraraq hər dəfə məqsədlərinə daha yaxın olurlar. Sonda onlar bütün problemləri öz gücləri ilə həll edərək məqsədlərinə çatırlar. Uşaqlar üçün bu qələbədir, ilahmdır, qalibiyyət və adrenalindir. Aktiv ünsiyyət və komanda işi. STEM proqramları eləcə də aktiv ünsiyyət və komanda işi ilə də fərqlənir. Müzakirə əsnasında uşaqlar fikirlərini azad ifadə etsinlər deyə sərbəst atmosfer yaranır. Onlar o qədər sərbəst olurlar ki , öz istənilən fikrini çəkinmədən ifadə edə bilirlər. Onlar təqdimat etməyi, danışmağı öyrənir. Dərsin əsas hissəsini uşaqlar parta arxasında oturmurlar, öz məhsullarını test edirlər. Onlar həmişə müəllimlər və komanda yoldaşları ilə danışırlar. Müzakirədə aktiv iştirak etdikcə onlar dərsi daha yaxşı yadda saxlayırlar. Texniki sahəyə marağın yaradılması. STEM-in əsas məqsədlərindən biri də uşaqlarda təbiət elmlərinə və texniki sahəyə maraq yaratmaqdır. Görülən işə qarşı olan sevgi bu marağın inkişaf etməsi üçün olan vacib əsaslardan biridir. STEM dərsləri çox dinamik və əyləncəlidir, bu isə uşaqları darıxmağa qoymur. Uşaqlar dərsdə zamanın necə keçdiyinin fərqində olmurlar və heç yorulmurlar. Lahiyələrə kreativ və innovativ yaxlaşım. STEM tədris metodu 6 önəmli addımdan ibarətdir: sual vermək, müzakirə etmək, dizayn etmək, qurmaq, test etmək və səhvlərini düzəldərək məqsədlərinə çatanadək proyektlərini inkişaf elətdirmək. Bu addımlar proyektə sistematik yaxlaşımın əsaslarıdır. Beləliklə, elmin və texnologiyanın eyni anda həm dərk etmək həm də tədbiq edilməsi innoativ fikirlərinin yaranmasına gətirib çıxardır. Bunun möhtəşəm nümunələrindən biri də rəssamlıq və memarlığın sintezidir. 26


8)

Təhsil və karyera arasında olan körpü. Hansısa sahənin vacibliyinin ölçə bilmək üçün bir neçə üsül var. 10 ən vacib sahənin ən azı 9-u STEM təhsili tələb edən sahələrdi. Əsasəndə 2018-ci ilədək neft mühəndisi, analitik komputer sistemləri, mexanika mühəndisliyi, sənayyə mühəndisliyinə marağın daha da artacağı ehtimal olunur.

9)

Uşaqların həyatda baş verən texniki innovasiyaya hazırlığı. STEM təhsil mərkəsi uşaqları texniki inkişaf etmiş dünyaya da hazırlayır. Son 60 ildə texnologiya güclü inkişaf etdi, İnternetin yaranmasından (1960), GPS texnologiyasının yayılmasından (1978), ta ki DNK-ın skanına kimi(1984) və əlbəttə ki İpod (2001). Bügünki dünyamızı texnologiyasız təsəvvür etmək xeyli çətin məsələdir. Bu da ondan xəbər verir ki, texnologiyanın inkişafı davam edəcək, və STEM bu inkişafın əsasıdır.

10) STEM məktəb proqramını tamamlayır. 7-14 yaşlı uşaqlar üçün olan STEM tədris metodu həm də məktəblilərin öz reqular dərslərinə olan marağını da artırır. Məsələn, uşaqlar fizika dərsində yerin qravitasiya gücünü öyrənirlər, lövhədə olan düstüru əzbərləyirlər. STEM təhsil mərkəzində isə onlar paraşut, roket, aeroplan qurara öz biliklərini təkminləşdirə bilərlər. Məktəbli uşaqlar üçün görmədikləri və ya eşitmədikləri terminləri yadda saxlamaq hər zaman asan olmur. Məsələn təziq və ya atmosferin genişlənməsi, bu kimi terminləri onlar praktiki dərslər sayəsində daha asan mənimsəyirlər. Məhs bunun üçün Amerikanın bir çox ştatında məktəblər STEM mərkəzləri ilə sıx əmakdaşlıq edirlər.

27


Bakida fəaliyyət göstərən STEM təhsil mərkəzinin kurrikulumu 300 dərs saatından ibarətdir. Burda uşaqların yaşına uyğun olaraq 3 yaş qrupu var: Junior (4-6 yaş), Apprentice (7-10 yaş) və Master (11-14 yaş). Ətraflı məlumat və qeydiyyat üçün facebook səhifəndən tanış ola bilərsiniz. Telefon: (050) 444-25-25 e-mail: info@stem.az 28


Qaz anbarlarının yaradılması və mahiyyəti Yeraltı qaz anbarları ehtiyatı tükənmiş yataqlarda, istifadə edilməyən şaxtalarda, süxur boşluqlarında, köhnə tunellərdə və digər təbii yeraltı məkanlarda yaradılır. Təbii qaz məsaməli süxurlarda qaz halında saxlandığı halda, süxur boşluqlarında əsasən maye formada saxlanılır. Yeraltı qaz anbarlarının funksional təyinatı sistemdə baş verən hər hansı qəzalar zamanı yanacağın təmin edilməsi, qazın ehtiyat halında saxlanılması, daha mükəmməl nəql prosesini həyata keçirtməkdir. Dünyada ilk qaz anbarı 1915-ci ildə Kanadada yaradılmışdır. Amerika Birləşmiş Ştatlarında isə 1916-cı ildə işlənmiş qaz yatağında

tikilmişdir. Bu ölkədə duz yatağında da yeraltı qaz anbarı 1950-ci ildə yaradılmışdır. Artıq XX əsrin 70-ci illərində ABŞ-da belə anbarların sayı 200-ü və orada saxlanılan qaz həcmi 125 milyard kub metri aşmışdır. SSRİ-də ilk yeraltı qaz anbarı Kuybışev şəhərində tükənmiş qaz yatağında düzəldilmişdir. Respublikamızda isə artıq bir necə onillikdir ki, təbii qazın müvafiq üsulla saxlanılması Bakı şəhəri yaxınlığında təşkil edilmiş Qaradağ və Qalmaz iri yeraltı qaz anbarları vasitəsi ilə həyata keçirilir. Bu anbarların ümumi aktiv həcmi 3 milyard kub metridir.

29


Azərbaycanın iki ən böyük qaz saxlama anbarından biri olan “Qalmaz” Yeraltı Qazsaxlama Anbarı 1955-ci ildən istifadədədir. Yaz-yay aylarında anbarlara qazı vurmaqla, payız-qış aylarında götürülərək magistral qaz kəmərləri sisteminə nəqli ilə məşğul olur. Qaradağ Qaz Saxlama Anbarı-tükənmiş Qaradağ qaz-kondensat yatağının bazasında yaradılmışdır. Qaradağ YQA-a qazvurma 1986-ci ildən başlanmışdır. Ümumiyyətlə, yeraltı qaz anbarlarından iri qaz yataqlarının mövcud olduğu yerlərdə istifadə edilir. Bu zaman həmin yataqların hermetikliyi ciddi nəzərə alınmalıdır. Əks halda yerdə vurulan qaz kənara çıxdıqda böyük itkilərə səbəb ola bilər. Nəzəri-elmi əsaslandırma və sınanmış praktikaya görə meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları təbii qaz istehlakına standartlaşdırılmış şəhərlərdə bu yanacaq növünə olan tələbin 10% miqdarında anbar ehtiyatının olması zəruridir.

© Nizami Piriyev – SOCAR Polymer PP&HDPE Plant Operator

30


Texno-təşəbbüskarlıq - gələcəyi formalaşdıran fəaliyyət. Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac, kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur. Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən

dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və

bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğun hələ aşkar edilməmiş müəyyən ehtiyacın mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.

31


Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işlə bağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar,

proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox

yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bili Gates texnotəşəbbüskara ən yaxşı nümunədir. Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı təşəbbüskarlıq barəsində də biliklər verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərin idarə edilməsi mövzusu da olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

32


Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan qaynaqlansa da; əsas diqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biri də, inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşa bilir. Bu cür problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir. İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru (Global Entrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq: Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı əhalinin 38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8% -ə çatdığı müşahidə edilmişdir.

Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı) rolu böyükdür, bu idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.

33


Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərə də məşğulluq imkanı təmin edir. Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum faydalanmağa imkan verəcək. Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzu olunan formada istifadə edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək lazımdır. Müəllif haqqında. Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti, universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Aqrobiznesin təşkili və idarəedilməsi kafedrasının dissertantı – Rəhimov Fərrux Məhəmməd oğlu. Mövzu: Aqrar sahənin inkişafında texnoparklardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi. (Azərbaycan Respublikasının materialları əsasında)

Elmi rəhbər: İ.e.d, dos. İbrahimov Eldar Rza oğlu.

34


ŞURABAD-DƏNİZ QIRIŞIĞININ ƏMƏLƏ GƏLMƏ VAXTI VƏ İNKİŞAF XÜSUSIYYƏTLƏRİ Məlum olduğu kimi, Şurabad qalxımı Təngi-Beşbarmaq antiklinoriumunun CŞ-ində quruda inkişaf etmiş mürəkkəb quruluşa malik sonuncu qırışıqdır. Strukturun nisbətən mürəkkəb quruluşa malik olması onun mürəkkəb tektoik zonada, yəni dağ qırışıqlıq sisteminin təxminən ox ətrafı zonasında yerləşməsi ilə əlaqədardır. Bu səbəbdən də Şurabad qalxımının neft-qaz perspektivliyini daha obyektiv qiymətləndirmək üçün onun əmələgəlmə vaxtını və ondan sonraki geoloji zaman ərzində inkişaf xüsusiyyətlərini araşdırmaq məqsədəuyğundur. Bu məqsədlə erkən Təbaşirdən Dördüncü dövrə qədər geoloji zaman üçün adı çəkilən stratiqrafik intervalların sonuna qurulmuş bir sıra paleoprofillərə və qırışığın inkişafının sürət qrafikinə əsasən strukturun əmələgəlmə tarixini və inkişaf xüsusiyyətlərini bərpa etməyə səy göstərilmişdir. Beləliklə, erkən Təbaşir (K1) dövrünün sonuna qurulmuş paleoprofildən göründüyü kimi, ərazidə bu geoloji zaman ərzində çöküntütoplanma prosesi baş vermiş və ərazinin şimalşərqində bu proses cənub-qərbinə nisbətən daha böyük sürətlə getmişdir. Eyni zamanda sahədə inkişaf etmiş Şurabad qırışığının tağ zonasında alt Təbaşirə məxsus olan çöküntülərin qalınlığınin sahənin CQ və ŞmŞ hissələrinə nisbətən əhəmiyyətli dərəcədə ( 2 ÷ 2,5 dəfə ) azalması müşahidə edilir. Bu bizə onu deməyə əsas verir ki , Şurabad qalxımı erkən Təbaşirdən gec olmayaraq inkişafa başlamışdır. Paleoprofilden göründüyü kimi erkən Təbaşirdə Şurabad qalxımı tağ hissəsində fay tipli qırılma ilə mürəkkəbləşmişdir.Bu qırılmanın mövcudluğunu qanadlarda alt Təbaşir çöküntülərinin qalınlıqlarının kəskin fəqrlənməsi sübut edir. Lakin qırışığın inkişafının sürət qrafikindən göründüyü kimi erkən Təbaşirin sonuna qırışığın hündürlüyü 50m, inkişaf sürəti isə 3.5 m/mln.ildən bir qədər artıq olmuşdur.Təbiidir ki, belə sürətlə inkişaf edən qırışıq erkən Təbaşir dövrü ərzində qırılma ilə mürəkkəbləşə bilməzdi. Buradan belə bir nəticəyə gəkmək olar ki, bu qırılmanın yaşı daha qədimdir və erkən Təbaşir dövründə (K1) o sadəcə olaraq inkişafını davam etdirmişdir.

35


Təbaşir dövrünün sonuna qurulmuş paleoprofildən göründüyü kimi bu geoloji zaman ərzində sahə üzrə çöküntütoplanma prosesi eyni səviyyədə baş verməmişdir. Belə ki, ən intensiv,hətta, erkən Təbaşirdən də iki dəfə böyük sürətlə çöküntütoplanma prosesi ərazinin ŞmŞ-ində baş vermişdir. Qırışığın tağı istiqamətində, daha dəqiq desək, qırılma zonasına qədər, əsasən də, qalxımın tağ hissəsində üst Təbaşir ( K2 ) çöküntülərinin qalınlığının kəskin azalması müşahidə edilir. Qırışığın CQ qanadında isə, bilavəstə, qırılma zonasında üst Təbaşir ( K2 ) çöküntülərinin ŞmŞ qanada nisbətən qalınlığının 2÷2,5 dəfə artıq olması müşahidə edilir. Lakin buna baxmayaraq üst Təbaşir ( K2 ) çöküntüləri qırışığın CQ qanadının batımı istiqamətində tam pazlaşmaya məruz qalır. Belə bir halın baş verməsi onu göstərir ki, gec Təbaşir ( K2 ) dövründə ərazinin CQ qurtaracağı intensiv qalxmaya məruz qalmışdır. Bu da öz növbəsində artıq qeyd etdiyimiz kimi gec Təbaşir ( K2 ) çöküntülərinin həmin istiqamətdə pazlaşmasına səbəb olmuşdur. Deyilənlərdən göründüyü kimi gec Təbaşir dövründə ərazi üzrə toplanan çöküntülərin paylanma xüsusiyyətinə qırışığı mürəkkəbləşdirən qırılmanın bilavəstə təsiri olmuşdur. Digər tərəfdən, həmin geoloji zamanda qırışığın CQ qanadı enmə , yəni əyilmə əvəzinə, əksinə, müəyyən qədər açılmaya, yaxud da çox zəif əyilməyə məruz qalmışdır. Halbuki ŞmŞ qanadı üzrə qırışıq gözə çarpacaq dərəcədə öz inkişafını davam etdirmişdir. Buna əsas olaraq qeyd etmək lazımdır ki, gec Təbaşir ( K2 ) dövrü ərzində CQ qanada əsasən qırışığın hündürlüyü 125 m-dən bir qədər çox artmışdır. Inkişaf sürəti isə mln. ildə 0.5 m-dən əhəmiyyətli dərəcədə ( 0,36 m/mln.il ) aşağı idi. Ərazidə üst Təbaşir ( K2 ) çöküntülərinin paylanması, yuxarıda qeyd etdiyimiz kimi, qırışığı mürəkkəbləşdirən qırılmanın fəallaşması ilə əlaqələndirilə bilər.

Ağakişiyev Əli – ADNSU Neft – qaz mühəndisliyi magistr

36


İsrail elm adamları AİDS (QİÇS) müalicəsi üçün tarixi bir dərman yaratdılar. “Times of Israel” qəzetinin xəbərinə görə Qüds Hebrew Universitetindən bioloqlar Abraham Loyter və Assaf Fried, hüceyrələr arasında çatdırıcı rolu olan, peptid adı verilən çox kiçik bir zülal sayəsində HİV yoluxmuş hüceyrələrin “intihar etdiyini” kəşf etdi. Elm adamları, inkişaf etdirdikləri bu zülalın inyeksiya edilməsiylə, HIV-dən təsirlənən hüceyrənin” xəstə olduğunu anlayaraq” özünü yox etdiyini və bu sayədə virusun bədənə yayılmasının qarşısının alındığını ifadə etdilər. Rexovot şəhərindəki Kaplan Xəstəxanasında edilən araşdırmada elm adamları, bu xəstəxanada müalicə görən 10 AIDS (QİÇS) xəstəsinə aid qan balonlarından zülalı əlavə etdi. 8 gün sonra qan nümunələrindəki virus sayının 97% azaldığı təyin olundu. Elm adamı Loyter, İsrail televiziyasına açıqlamasında, bu üsul sayəsində indiki vaxtda virusun çoxalmasını önləməyə istiqamətli müalicələrdən fərqli olaraq virusdan tamamilə qurtula bilinəcəyini vurğuladı. Loyter, bu üsulla hüceyrələr yox olduğundan və yoluxma ehtimalı qalmadığından virusun bir daha hərəkətə keçməyəcəyinə diqqəti çəkdi. Tapıntılar keçən il dünya daxilində 1 milyondan çox adamın ölümünə səbəb olan QİÇS-in müalicəsi mövzusunda ümidləri artırsa da elm adamları araşdırmanın qan nümunələri ilə edildiyini, eyni nəticələrin xəstənin bədənində də alınıb alınmayacağının hələ bilinmədiyini xatırlatdı.

© Muxtar Səfərov – ADNSU Neft – qaz mühəndisliyi 37


Optimization of intermittent gas lift wells At the low productivity wells and low and high productivity wells with low reservoir pressure continuous gas lift wells fail to work. Normally, when the minimum liquid rate is reached the production should be switched to intermittent gas lift. In this study, the main idea is to determine the high pressure cutoffs, optimize flow and maximize recovery with possible minimum gas volume. Here high instantaneous gas rates are replaced by the periods of no gas injection repeatedly. The predetermined periods of gas injection are managed by time cycle controller. Preference is completely automatic time cycle controls in order to accuracy for adjusting the duration and frequency of the injection gas cycle. There is almost no chance for clock stoppage as clock driven pilots. At continuous gas lift for optimizing the flow the Q=Q(V) curves are utilized which had been proposed by Az. OGRDI (Oil and Gas Research Design Institute). However, due to low flow rate and unstable production, this method is not eligible for intermittent gas lift. The method to optimize flow and get maximum recovery the method below is proposed.

Initially the time controller is adjusted for 3 or 4 different time cycle and duration of gas injection. The readings of gas and produced fluid flow rate are taken from gas and liquid flow meters. These procedures are repeated for 5 times. And the results are written in a table. From this table the condition is accepted as the optimal which gas injection volume is lowest and recovery is high. And we can easily identify operating conditions that could be modified in order to optimize gas consumption and maximize liquid production. Š Turkan Abasova (Master’s degree student with Petroleum Engineering major/ Azerbaijan State Oil and Industry University)

38


Environmental impact of petroleum industry One of the global problems of our days is pollution .How to save our ecology? What to do for less evaporation of toxic matters? Year by year scientists try to investigate new apparatus ,new filters for cleanse oil waste and toxic maters. Now I will try to explain you our main oil industry pollution problems ,and also I will try to explain you the “way out�)) The environmental impact of petroleum is often negative because it is toxic to almost all forms of life and its extraction fuels climate change. Petroleum, commonly referred to as oil, is closely linked to virtually all aspects of present society, especially for transportation and heating for both homes and for commercial and industrial activities. TOXCITY Crude oil is a mixture of many different kinds of organic compounds, many of which are highly toxic and cancer causing (carcinogenic). Oil is "acutely lethal" to fish - that is, it kills fish quickly, at a concentration of 4000 parts per million (0.4%). Crude oil and petroleum distillates cause birth defects. Benzene is present in both crude oil and gasoline and is known to cause leukaemia in humans. The compound is also known to lower the white blood cell count in humans, which would leave people exposed to it more susceptible to infections."Studies have linked benzene exposure in the parts per billion (ppb) range to terminal leukemia, Hodgkins lymphoma, and other blood and immune system diseases within 5-15 years of exposure." Petroleum distillates can create a sheen on the surface of water as a thin layer creating an optical phenomena called interphase.

39


ACID RAINS

Now lets speak a little more about acid rains. I think many of us have seen or heard about red rains in Riga, or yellow rains at Chernobyl. All of this rains are toxic and take their sources from chemical fabric gases. High temperatures created by the combustion of petroleum cause nitrogen gas in the surrounding air to oxidize, creating nitrous oxides. Nitrous oxides, along with sulfur dioxide from the sulfur in the oil, combine with water in the atmosphere to create acid rain. Acid rain causes many problems such as dead trees and acidified lakes with dead fish. Coral reefs in the world's oceans are killed by acidic water caused by acid rain. Acid rain leads to increased corrosion of machinery and structures (large amounts of capital), and to the slow destruction of archaeological structures like the marble ruins in Rome and Greece. WASTE OIL Waste oil is used oil containing not only breakdown products but also impurities from use. Some examples of waste oil are used oils such as hydraulic oil, transmission oil, brake fluids, motor oil, crankcase oil, gear box oil and synthetic oil. Many of the same problems associated with natural petroleum exist with waste oil. When waste oil from vehicles drips out engines over streets and roads, the oil travels into the water table bringing with it such toxins as benzene. This poisons both soil and drinking water. Runoff from storms carries waste oil into rivers and oceans, poisoning them as well. VOC-Volatile organic compounds (VOCs) are gases or vapors emitted by various solids and liquids, many of which have short- and long-term adverse effects on human health and the environment. VOCs from petroleum are toxic and foul the air, and some like benzene are extremely toxic, carcinogenic and cause DNA damage. Benzene often makes up about 1% of crude oil and gasoline. Benzene is present in automobile exhaust. More important for vapors from spills of diesel and crude oil are aliphatic, volatile compounds. Although "less toxic" than compounds like benzene, their overwhelming abundance can still cause health concerns even when benzene levels in the air are relatively low. The compounds are sometimes collectively measured as "Total Petroleum Hydrocarbons" or "TPH." Petroleum hydrocarbons such as gasoline, diesel, or jet fuel intruding into indoor spaces from underground storage tanks or brownfields threaten safety (e.g., explosive potential) and causes adverse health effects from inhalation.

Š Toghrul Qurbanov – Weatherford Volunteer Student

40


İnduksiya karotajı üsulunun mahiyyəti İnduksiya karotajı (İK) elektromaqnit karotajının növlərindən biridir. O, quyularda İK zondunun cərəyan makarası ilə yaradılmış burulğanlı cərəyanların dəyişən maqnit sahəsinin gərginliyinin ölçülməsinə əsaslanır. Üsulun təyinatı adi qazıma məhlulu (cərəyan keçirən) və elektrik cərəyanı keçirməyən qazıma məhlulu (neft əsaslı məhlul) ilə doldurulmuş yaxud da hava, qaz vurulmuş quyularda süxurların elektrik keçiriciliyini (xüsusi keçiriciliyini) öyrənməkdir. Bu məqsədlə istifadə edilən quyu cihazı induksiya zondundan və elektron sxemlərindən ibarətdir. Ən sadə halda İK zondu cərəyan və ölçü makaralarından (iki makaralı zond) ibarət olur və makaralar bir-birindən müəyyən məsafədə qeyri-keçirici material üzərində yerləşir. Makaralar arasındakı məsafə zondun uzunluğu adlanır. Cihazın elektron sxemi cərəyan makarasını sabit olaraq yüksək tezlikli (20-80khs) dəyişən cərəyanla qidalandırmaqla yanaşı həm də ölçü makarasındakı siqnalların gücləndirilməsini və çevrilməsini təmin edir. Cərəyan makarasından axan yüksək tezlikli dəyişən cərəyanın yaratdığı dəyişən ilkin maqnit sahəsi (H1) süxurlarda burulğanlı cərəyanlar (Fuko cərəyanı) induksiya etdirir. Bu cərəyanlar öz növbəsində süxurlarda ikinci dəyişən maqnit sahəsi (H 2) yaradırlar. Dəyişən maqnit sahələri (H1 və H2) qəbuledici makarada E1 və E2-dən ibarət e.h.q. induksiya etdirirlər. Ölçü makarasındakı e.h.q. (E) ilkin (E1) və ikinci (E2) elektromaqnit sahələrinin e.h.q.-ləri cəmindən ibarət olur. İkinci maqnit sahəsi isə öz növbəsində aktiv (Ea) və reaktiv (Er) təşkiledicilərin cəmini ifadə edir. Yəni: E=E1+E2 və yaxud E=E1+Ea+Er İlkin sahə ilə yaradılan E1 maneəedici olduğundan kompensasiya edilir. Aktiv təşkiledicinin qiyməti cərəyan makarasından axan cərəyanla əks fazada olur, reaktiv təşkiledici isə onu p/2 qədər qabaqlayır. Ea və Er-in qiymətləri mühitin elektrik keçiriciliyi, maqnit həssaslığı və dielektrik keçiriciliyi ilə müəyyən edilir. Reaktiv təşkiledici süxurların maqnit həssalığından asılı olur. İK-da yalnız aktiv təşkiledici ölçülür ki, o, əsasən keçiricilikdən asılı olur və yaxşı keçirici çökmə süxurlar haqqında mühüm əhəmiyyət kəsb edir. Odur ki, ölçü makarasındakı aktiv təşkiledici gücləndirilir və düzləndirildikdən (çevrildikdən) sonra geofiziki kabel vasitəsi ilə yer səthinə göndərilərək qeyd olunur.

41


Daş kömür və filiz yataqlarının tədqiqində hər iki təşkiledicilər (Ea və Er) ölçülür. Mühitlərin xüsusi elektrik keçiriciliyi (skeç) ilə aktiv təşkiledici (Ea) arasında mütənasiblik yalnız kiçik elektrik keçiriciliyində müşahidə olunur. cərəyanın tezliyi və skeç artdıqda burulğanlı cərəyanların maqnit sahələrinin qarşılıqlı təsiri ilə əlaqədar olaraq bu mütənasiblik pozulur. Təcrübədə bu hal skin-effekti adlanır və r<2 Omm olduqda özünü nəzərə çarpan dərəcədə büruzə verir.

İK əyrilərinin formaları və layların sərhədlərinin təyini Xüsusi müqavimətləri (keçiricilikləri) eyni olan laylar arasında yatan böyük qalınlıqlı lay qarşısında İK əyriləri (fərz olunan xüsusi keçiricilik əyriləri) layın orta hissəsinə nisbətən simmetrik əyrilərdir. Yüksək keçiriciliyə malik laylar qarşısında əyriləri maksimal, kiçik keçiriciliyə malik laylar qarşısında isə minimal olur. Layın qalınlığı 2m və daha çox olduqda layların sərhədləri amplitudun 1/2 qiymətinə aid nöqtələrdən keçir. Layın qalınlığı kiçildikcə onun sərhədləri amplitudun «zirvəsinə» doğru yerini dəyişir: h=1¸1,5 m olduqda layın sərhədləri əyrilərinin amplitudlarının təxminən 2/3 hissəsindəki nöqtələrə aid edilir. İnterpretasiya edilən laydan aşağıda və yuxarıda yatan layların fərz olunan keçiricilikləri kifayət qədər fərqləndikdə əyriləri assimmetrik formalı olur: əyrinin maksimumu (minimumu) keçiriciliyi daha yüksək olan (daha kiçik olan) ətraf süxur tərəfə meyl edir. Xüsusilə bu hal kiçik qalınlıqlı laylar (h<1,5m) üçün özünü daha aydın göstərir. Yüksək və kiçik keçiriciliyə malik nazik layların növbələşməsindən ibarət olan qeyribircinsli laylar İK əyrilərində ümumi anomaliya şəklində qeyd olunur. belə halda əyrilərilərində ayrı-ayrı təbəqələr bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmirlər. Əgər təbəqələrin qalınlığı 0,4 metrdən kiçik olarsa, lay bircinsli kimi qeyd edilir, fərz olunan keçiriciliyi isə bütövlükdə lay dəstəsinin uzununa keçiriciliyinə yaxın olur. Layın qalınlığından və quruluşundan asılı olaraq İK əyrilərində fərz olunan xüsusi keçiriciliyin müvafiq qiymətləri alınır. a) böyük qalınlıqlı laylar üçün (h>2¸3 m) qalınlığa görə -in orta çəkili qiyməti; b) kiçik qalınlıqlı laylar üçün (h<1-2 m) -in ekstremal qiymətləri; c) nazik lay dəstələri qarşısında--in orta qiyməti;

© Elvin Hajiyev – SOCAR Geophysical Engineer

42


Qüvvət elmdədir Hər birimiz müxtəlif peşələrə yiyələnmək, hansısa ixtisasın sahibi olmaq üçün müəyyən bir yol keçirik. Bu yolda qarşımıza çıxan hər maneəni aşaraq, hər çətinliyə sinə gərərək öz məqsədimizə doğru inamlı addımlarla irəliləyirik. İrəliləyirik ki, gələcəyin təcrübəli, savadlı kadrları kimi həm təhsil aldığımız ali məktəbdə, həm də iş sahəmizdə daim yüksələk və bizə göstərilən etimadı layiqincə doğruldaq. Amma bildiyimiz kimi hər savadlı, təcrübəli kadrın arxasında onun elmi , savadı və dünyagörüşü dayanır. Bunun da əsasını düzgün ixtisas və yaxud peşə seçimi təşkil edir. Özümüzə uyğun olan düzgün ixtisası seçdikdə bu sahə üzrə daha həvəslə çalışırıq. Eyni zamanda həyata keçirilən müxtəlif təqaüd və təcrübə proqramlarında iştirak etməklə nəzəri və təcrübi biliklərimizi daha da zənginləşdiririk. Nəzərinizə çatdırım ki, təşkil olunan elmi -texniki konfransların, təqaüd və təcrübə proqramlarının çox böyük əhəmiyyəti var. Təşkil olunan bu proqramlarda iştirak etməklə nəinki biliyimizi artırırıq, bununla yanaşı dünyagörüşümüzü də inkişaf etdirmiş oluruq. Müxtəlif ali məktəblər, elmi birliklər, şirkətlər tərəfindən həyata keçirilən təqaüd proqramları, tələbələrin Yay Təcrübəsi proqramları, viktorinalar, bilik yarışmaları bacarıqlı kadrların yetişdirilməsi istiqamətində atılan uğurlu addımlardandır. Biz gənclər bu layihələrdə yaxından iştirak edərək həm öz bilik səviyyəmizi sınayırıq, həm də iş həyatımız üçün dəyərli materiallar toplayıb, lazımi təcrübəyə yiyələnirik. Təhsil aldığımız müddətdə qazandığımız nəzəri və təcrübi biliklərdən səmərəli istifadə edərək öz kareyeramızı qurub, daim irəliyə doğru addımlayırıq. İndi bir gənc kadr kimi fəxrlə deyirəm ki, mən də vaxtilə ARDNŞ-nin həyata keçirdiyi Daxili Təqaüd və Tələbələrin Ödənişli Yay Təcrübəsi kimi prespektivli proqramlarda iştirak etmişəm. Bu proqramların iştirakçısı olarkən əldə etdiyim təcrübi bilikləri hal-hazırda iş sahəmdə böyük həvəslə tətbiq edirəm. Bunları qeyd etməklə gənclərimizə elmə, təhsilə yaxından maraq göstərib ali təhsil almağı tövsiyyə edirəm. Unutmayın ki, qüvvət elmdədir. Dərin elmi biliklərə yiyələnməklə Siz hər zaman hər kəsə qalib gələ bilərsiniz. © Vusala Mammadova – SOCAR Petroleum Engineer

43


Texnologiya Xəbərləri


"Google” tərəfindən yaradılmış DeepMind adlı süni zəkaya arzulamağı öyrədiblər.

Bununla yanaşı sözügedən xüsusiyyətlə birlikdə süni zəkanın işi də sürətlənib. Yeni sistem Unsupervised Reinforcement and Auxiliary Learning Agent (qısası Unreal) adını alıb. O, DeepMind əsasında qurulub və ona arzu etmək xüsusiyyətini imitasiya edən alqoritm əlavə olunub. "Technote.az"ın "Hitech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən sistemə Labirynth oyununu oynamaq təklif olunub. Qeyd etmək lazımdır ki, bu cür sistemlərdə sözügedən oyun standart test kimi tətbiq olunur. Unreal oyunu digər sistemlərdən fərqli olaraq 10 dəfə daha tez keçib. Daha sonra sistem "Atari” şirkətinin 57 keçmiş oyununu da oynayıb və eynilə yüksək nəticələr sərgiləyib. Beləliklə Unreal-ın arzulamaq sistemi oyunları insanlardan 880% daha yaxşı oynayıb. Belə ki, oyun zamanı Unreal arzu edirdi. Yəni sistem daha əvvəlki cəhdləri analiz edərək oyunda xal toplayan anlara daha çox diqqət ayırırdı. Bu üsul ilə insanlar da arzu edirlər. Belə ki, onlar pozitiv və neqativ halları analiz edirlər.

© Technote.az 45


İki Fransız bankı "Société Générale" və "Groupe BPCE", Motion Code adı verilən bir xüsusiyyətə sahib kartlarını təqdim etdi. Oberthur Technologies tərəfindən hazırlanmış bu xüsusi kartın ən vacib özəlliyi üzərində bir ekranın mövcud olmasıdır. Bu kiçik ekranda, kartın arxa tərəfində yer alan 3 rəqəmli CVV kodu yazılır. Motion Code texnologiyası vasitəsilə 3 rəqəmli kod hər bir saatdan bir dəyişərkən, ultra incə bir litium batareya ilə işləyir. Dəyişən kod, beləcə xüsusilə online alışverişlərdə fırıldaqçılığa, cardingə mane olmaq və online xərcləmələrdə daha təhlükəsizlik kartların istifadəsinə şərait yaratmaq məqsədi ilə hazırlanıb.

E-kağız texnologiyasının istifadə edildiyi bu ekran, yaratdığı CVV kodlarını göstərir. Societe Generale, bu yeni kartı üçün illik 12 dollarlıq ödəniş tələb edir. Qısası bank müştəriləri bu kartı istəmələri halında əlavə bir maliyyətə də razılaşmalı olurlar. Ancaq bu müasir kartın üstünlüyü və verdiyi təhlükəsizlik vədi bir çox istifadəçi üçün cazibədar gələ bilər. Bank, kartı bazara çıxartmadan əvvəl Visa logolu olaraq dinamik CVV ekranına sahib kartlarını tam 500 müştərisinə paylayıb və bəzi testləri tamamlayıb. © Technote.az

46


Ağıllı saatlar artıq bir çox baxımdan telefonla bərabər üstünlüklər daşımaqdadır. Google ağıllı saatlara yeni bir xüsusiyyət daha gətirmək niyyətindədir. Artıq ağıllı saatlar vasitəsilə restoran və marketlərdə ödəniş etmək mümkün olacaq.

Google Play-ın 10.0 verisyası ilə tanış olduqca maraqlı bir nüans diqqəti cəlb edib. Beləki, Tap-to-Pay xidməti haqqında yayılan məlumatlar tezliklə ödəniş sistemində işinizi asanlaşdıra biləcəyinə işarədir. Verilən məlumata görə "Google” bu yeniliyi Android Wear cihazlarında sınaqdan keçirəcək. Kodlar arasında"Saatınızı terminal yaxınlaşdırın”ifadəsi bunu deməyə əsas verir. Yəni əgər sizin də adı çəkilən Android Wear adlı ağıllı saatınız varsa, onda tezliklə saatınızdan alış-verişdə istifadə edə biləcəksiniz. Bir digər maraqlı məqam isə bir dəfə istifadə olunan tətbiqlərdir. Android saatlar tətbiqləri yükləmədən bir dəfəlik olmaqla istifadə edə biləcəklər. Ağıllı saatlar o qədər də rəğbət görməsə də gələcəkdə kredit kartlarını əvəz etməsi ehtimalı satışlara da müsbət təsir göstərə bilər. Bu yenilik hal-hazırda aktivdir və Google istifadəçiləri arasında test edilməkdədir.

© Technote.az

47


iPhone 6s ilə birlikdə gələn bir xüsusiyyətin, "Samsung” tərəfindən təqdim ediləcək yeni nəsil Galaxy modeli S8-də yer alacağı irəli sürüldü. "Samsung”un maraqla gözlənilən ağıllı telefonu Galaxy S8-də, "Apple”ın iPhone 6s seriyası etibarı ilə təqdim etdiyi təzyiq həssaslı ekran texnologiyasını təqdim edəcəyi deyilir. "Apple”ın 3D Touch adı ilə istifadə etdiyi Force Touch texnologiyası, əgər iddia edildiyi kimi Samsung Galaxy S8-də yer alsa, bu onu şirkətin ilk Force Touch ekrana sahib ağıllı telefonu edəcək. Bir "Samsung” tədarükçüsünün sızdırdığı məlumatlara görə, "Samsung”, Force Touch texnologiyasını qismən də olsa Galaxy S8-ə gətirmək istəyir.

Digər tərəfdən texnologiyanın tamamilə tətbiq edilməsinin bir ya da iki il ala biləcəyi düşünülür. Digər Android ağıllı telefon istehsalçılarının da istifadəçi rahatlığını artıracaq olan bu texnologiyanı istifadə etmələrinin isə an məsələsi olduğu ifadə edilir. Bu arada Huawei-n bu texnologiyanı Force Touch adı ilə hal-hazırda istifadə etdiyini də qeyd etməliyik. "Google” tərəfindən Android Nougat üçün elan edilmiş tətbiq qısa yolları (app shortcuts) xüsusiyyəti Force Touch-a oxşadılsa da yeni texnologiya bir qədər fərqli iş prinsipinə sahibdir. "Samsung” əməkdaşlarından birinin də Force Touch texnologiyasının yaxın gələcəkdə öz smartfonlarında istifadə ediləcəyini açıqladığı iddia edilir. Yəni orta səviyyə ağıllı telefonlar üçün bu texnologiyanın gəlməsi daha uzun zaman alacağa oxşayır. © Technote.az

48



Lütfi Zadə Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 19902000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

50


Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİdə kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

51


Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq". Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir. 2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. © A. Əfəndizadə, Ə. Əbilov. "Dünya şöhrətli alim"

52


“Marketinq” ixtisasına yiyələnsəm də, dizayner olmaq istəyirdim. Bunun məqsədlə layiləndirmə bacarığımı inkişaf etdirmək üçün hər səhər-axşam çalışırdım. Bu mənim çox vaxtımı alırdı. Boss olduqdan sonra dizayn ilə məşğul olmadım və marketinq sahəsinə qayıtdım. Hər axşam uşaqlarım yatdıqdan sonra mən oxumağa və yeni biliklər qazanmağa başladım. Bu məşğuliyyət də mənim çox vaxtımı alırdı, lakin mən zəhmətimin bəhrəsini toplamağa başlamışam. Əgər mən yalnızca iş saatları ərzində özümü inkişaf etdirsəydim, heç vaxt kreativ direktor və istehsalat üzrə menecer ola bilməzdim. Heç vaxt bu gün olduğu kimi tələbələrə MBA tədrisi verə bilməzdim. Mən yalnızca özümə keçdiyim dərslərə etibar edirəm. Və tanıdığım uğur qazanmış insanlar mənim getdiyim eyni yolu getmişlər. Mənim bir dostum politologiyanı bitirsə də, sahibkar olmağı arzulayırdı. O özəl şirkətin yaradılması ilə yaxından maraqlanırdı. Nəticədə o şirkət yaratdı və onu baha qiymətə satdı. Bizim kimi insanların gələcəyini 18:00-dan 00:00-a qədər etdiyimiz məşğuliyyətlər təyin edir. Cek Ma/Alibaba şirkətinin yaradıcısı, dünyanın ən varlı insanlarından biri 53


Benjamin Franklin öz fantastik şəkildə işləmə qabiliyyəti və özünəməxsus məqsədyönlülüyü ilə digərlərindən fərqlənirdi. O 20 yaşı olduqda qalan bütün həyatı üçün “məqsədlərə nail olmaq” planı hazırlamışdı. Daha sonradan isə ömrü boyu hər bir günü dəqiqliklə planlaşdıraraq bu plana riayət etmişdir. Onun “məqsədlərə nail olmaq” planı “Franklin piramidası” adlanır və tərkib etibarilə aşağıdakılardan ibarətdir: Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir. Bu bir mənada “Bu dünyaya hansı missiya üçün gəlmisiniz? Özünüzdən sonra dünyada nə kimi iz qoymaq istəyirsiniz?” suallarına cavab qismində çıxış edir. Lakin bu həyat planının baş tutmayacağı və dünyada yalnız 1% insanın özünə bu sualları verdiyi güman edilir. Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına bəşəri məqsəd qoyur. O bu həyatda kim olmaq istəyir, nəyə nail olmağı planlaşdırır? Məqsədlərə nail olmağın əsas planı – bəşəri məqsədə doğru gedən yolda müəyyən kiçik məqsədləri birləşdirməkdir. 1, 3, 5 il üçün nəzərdə tutulmuş plan uzun müddətli hesab olunur. Burada məqsədin dəqiq reallaşma müddətini müəyyən etmək vacibdir. Bir ay, yaxud 1 həftəlik plan isə qısa müddətli plan adlanır. Plan nə qədər yaxşı düşünülmüş olarsa, onu daha yaxşı təhlil və düzəliş edə bilərsiniz. Bu işinizin daha effektiv olmasına gətirib çıxaracaq. “Məqsədlərə nail olmaq” planında sonuncu pillə – hər gün üçün nəzərdə tutulmuş planlardır. 54


Fiziki imkanları məhdud olan gənclər üçün GR8-in, Uğur Akademiyasının və sərbəst təlimçilərinin təşəbbüsü və təşkilatçılığı ilə, Creative Development Center, The Black Sea Trust və Erasmus + CRISP tərəfindən dəstəklənən "Karyera imkanları" Layihəsi

Bu layihəni həyata keçirməkdə əsas məqsəd fiziki imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaqla iş bacarıqlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına töhvə verməkdir. Layihə kimlər üçün nəzərdə tutulub: Fiziki imkanları məhdud olan 18-35 yaş arası gənclər Layihənin müddəti: 2 ay Layihənin məqsədi: - 4 sahə üzrə- Sosial Bacarıqlar, Müştəri Xidmətləri, Satış Bacarıqları və Zəng Mərkəzi (call center) haqda bilik və bacarıqların ötürülməsi; - Uğurlu iştirakçıların ayrı-ayrı şirkət və müəssisələrdə təcrübə proqramı ilə təmin edilməsi.

55


Bu təlimlərdə iştirak etmiş fiziki imkanları məhdud olan şəxslərin işlə və ya təcrübə ilə təmin edilməsində maraqlı olan şirkətlər Azərbaycan Mühəndislər Birliyinə (info@azenu.org) və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. Mob: +99470 587 77 36 Email: layihe2016@gmail.com

56



BP şirkətində 2016-cı il üzrə Məzunların işə qəbulu və Yay təcrübə proqramına ərizə qəbulu artıq başlamışdır. Ərizələrin qəbulu üçün son tarix 15 dekabr 2016-cı ildir.

Kim ərizə verə bilər? - Yay Təcrübə Proqramına: Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2018-ci ildə bitirən bütün tələbələr 2017-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər. 

Qazma və tamamlama əməliyyatları/Quyular;

Qazma qurğusunda mühəndis;

Yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası;

Geologiya, Geofizika və Petrofizika;

Geomexanika;

Mexanika Mühəndisliyi;

Emal texnologiyaları Mühəndisliyi;

Təzyiq sistemlərinin bütövlüyü üzrə mühəndis;

Boru kəmərlərinin inşaası texnologiyası;

Maliyyə

Təchizat və Tədarükün İdarə Olunması

58


- Məzunların İşə qəbulu Proqramına: Bakalavr və ya magistr dərəcəsini 2015-2017-ci illərdə qazanan məzunlar 2017-ci il məzunların işə qəbul proqramı

üçün ərizələrini təqdim edə bilərlər. 

İnşaat və Tikinti mühəndisliyi;

Nəzarət və ölçü cihazları mühəndisliyi;

Geomatiks

Maliyyə

Təchizat və Tədarükün İdarə Olunması

59


Sual 1. 1.

2.

3.

1997 və 1999-da mobil telefonların satışındakı fərq nə qədərdir? A.

500 ədəd

B.

1,000 ədəd

C.

5,000 ədəd

D.

18,000 ədəd

İki il ərzində satışda minimal faiz dəyişməsi olub.? A.

1997 və 1998

B.

1999 və 2000

C.

hər iki variant (A) və (B)

D.

2001 və 2002

1999 və 2001-ci ildə mobil telefonların toplam satışı hansı illə eynidir? A.

1997

B.

1998

C.

2000

D.

2002

4. 2001-dən 2002-yə satışlarda faizlə artım nə qədər olub? A.

115 %

B.

128 %

C.

122 %

D.

118 %

60


Sual 2. Aşağıdakı diaqram maşın istehsalını (minlərlə) göstərir 1.

Neçə şirkət 2002-2003-də orta istehsaldan aşağı amma 2003-2004-də orta istehsaldan yuxari maşın istehsal edib?

A.

1

B.

2

C.

3

D.

4

2. Hindustan Motor-un 2003-2004-də istehsalının Honda-nın 2002-2003-də olan istehsalına olan nisbəti neçədir? A.

0.66

B.

1.5

C.

2

D.

Heç biri

3. Neçə şirkətin istehsalında əvvəlki illə müqayisədə heç azalma olmayıb?

A.

1

B.

2

C.

3

D.

4

61


1-ci sualın cavabı:

2-ci sualın cavabı:

1. Qış 2. Fevral 3. Dərsdən gəlir 4. Mənzildə su xətti yoxdur 5. Ana və balaca bir qız (ana balaca qızı baxçadan gətirməyə gedib) 6. Nevropatoloq (masanın üzərində tibbi çəkic var)

3-cü sualın cavabı: 9:59 ilə 10:01 arasında yalnız 2 dəqiqə fərq var

Bu ayın qalibi: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Fakultəsinin tələbəsi Toğrul Qurbanov

62


Tßrkan Dəmirova


Günel Dadaşova


AZERBAIJAN ENGINEERS UNION Həm Sual – Cavab bölməsindəki sualların cavablarını , həm də elmi, texnoloji, mühəndisliklə bağlı yazdığınız məqalələri info@azenu.org email ünvanına özünüz haqqında məlumat (təhsil aldığınız universitet, ixtisas və ya işlədiyiniz müəssisəni) qeyd etməklə göndərə bilərsiniz.

https://www.facebook.com/AzerbaijanEngineersUnion https://www.linkedin.com/company/azerbaijan-engineers-union https://www.linkedin.com/groups/8485560 https://twitter.com/AzeEngUnion

We Unite We Succeed


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.