Gürcüstanla dəmir yolu ilə sərnişin daşımaları müzakirə olunub
ADY-də yeni təyinatlar
32
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır
Horadiz–Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşdı
Ələt–Osmanlı–Astara dəmiryol xəttinin yenidən qurulması sürətlə davam etdirilir
Qeyri-sabit hava şəraitində sərnişinlər ADY qatarlarına üstünlük verildi
40
ADY və FHN növbəti birgə təlim keçirdi
Bakı Limanı ADY-yə birləşdirilir
ADY rəhbərliyinin regionlara səfəri: Yaz baxışına hazırlıq barədə tapşırıq verildi
PREZİDENT İLHAM ƏLİYEV:
ORTA DƏHLİZİN AZƏRBAYCAN SEQMENTİNİN İNFRASTRUKTURU
TƏKMİLLƏŞDİRİLİB
Azərbaycan növbəti illərdə Orta Dəhlizlə 25 milyon ton yük qəbul etməyi gözləyir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (“China Global Television Network”) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi sadəcə tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil:
“Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin–Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Biz strateji tərəfdaşıq,
Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”.
Prezident qeyd edib ki, Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı:
“Lakin indi biz, ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmiryol infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.
Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.
eyni zamanda, Orta
AZƏRBAYCAN ŞİMAL-CƏNUB DƏHLİZİNİN
İMKANLARININ ARTIRILMASI ÜÇÜN
ZƏRURİ
İŞLƏR GÖRÜR
Ağbənd keçidi regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcək.
Bunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir
Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Azərbaycan Prezidenti
görüşdə iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü bildirib.
Dövlətimizin başçısı Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd edib.
PREZİDENT İLHAM ƏLİYEV: AZƏRBAYCANIN
BEYNƏLXALQ DƏHLİZLƏRDƏ İŞTİRAKI
İQTİSADİ İNKİŞAFIN MÜHÜM ELEMENTİDİR
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı iqtisadi inkişafın mühüm elementidir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim – istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir.
Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır”.
AZƏRBAYCAN BEYNƏLXALQ DƏHLİZLƏR
ÜZRƏ
DAHA GENİŞ İMKANLAR TƏQDİM
EDƏCƏK
Azərbaycan beynəlxalq dəhlizlər üzrə bağlantı nöqtələrini yaratmaqla daha geniş imkanlar təqdim edə biləcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Bakıda Azərbaycan–Pakistan biznes-forumunda deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub:
“Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik.
Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin”.
AZƏRBAYCAN PREZİDENTİ ŞİMAL-CƏNUB
DƏHLİZİ İLƏ BAĞLI SAZİŞİ TƏSDİQ ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq
haqqında Saziş”i təsdiq edib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Saziş 2024-cü il dekabrın Moskva şəhərində imzalanıb.
FƏRMAN: BAKI LİMANI
ADY-YƏ BİRLƏŞDİRİLİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilsin.
ADY-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
- Azərbaycan Respublikasının Prezidentinə:
- ADY-nin yenidən təşkili və ləğvi;
- ADY-nin icra orqanı rəhbərinin və üzvlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsi.
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON):
- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi və
Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də ADY-nin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Müəyyən edilir ki, Limanın Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı ADY-yə keçir.
Nazirlər Kabinetinə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, AZCON-a isə ADY-nin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.
ADY İLƏ ASİYA İNKİŞAF BANKI ARASINDA
YENİ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ OLUNUB
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camalla görüşüb.
Rəqəmsallaşma, dekarbonizasiya, dayanıqlılıq və digər istiqamətlərdə əməkdaşlığın müzakirə
olunduğu görüşdə iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib.
Qeyd olunub ki, enerjiyə qənaət, bərpa olunan enerji istehsalı, tullantıların idarə olunması, resursların səmərəli
istifadəsi kimi sahələr karbon izinin azaldılmasına böyük önəm verən ADY ilə AİB arasında əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçirilə bilər.
Görüşdə həmçinin
AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
ADY RƏHBƏRLİYİ XOCALI SOYQIRIMI
QURBANLARININ XATİRƏSİNİ YAD ETDİ
ADY rəhbərliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb.
Xalqımızın yaddaşında dərin izlər buraxmış Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fotoda: 1992-ci ildə Bakı Dəmiryol Vağzalına qatarla Xocalı soyqırımında ölən və yaralıların gətirilməsi. Ölülər təcili tibb yardımı maşınları ilə aparılırdı.
33 il öncə doğma yurdlarından didərgin düşmüş xocalılılar artıq evlərinə qayıdır, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın əvəzolunmaz töhfələri ilə dirçələn Xocalıya həyat verirlər.
Azad Xocalı xalqımız üçün həm unudulmaz tarixin, həm qələbəmizin, həm də birliyimizin rəmzlərindən biridir.
19 fevral 2025 – Xocalı rayonunun Ballıca kəndi
GÜRCÜSTANLA DƏMİR YOLU İLƏ
SƏRNİŞİN DAŞIMALARI MÜZAKİRƏ OLUNUB
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Səfər çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb keçirilib.
Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən dəmir yolu ilə sərnişin daşımaları müzakirə edilib.
Yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin
görülməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.
ADY RƏHBƏRLİYİNİN REGİONLARA SƏFƏRİ:
YAZ
BAXIŞINA HAZIRLIQ BARƏDƏ TAPŞIRIQ VERİLDİ
ADY rəhbərliyi regionlara ənənəvi səfər çərçivəsində 3-5 fevral tarixlərində Yevlax–Balakən, Gəncə–Böyük Kəsik, Yevlax–Hacıqabul marşrutları üzrə yerləşən stansiya və digər obyektlərdə olub, infrastruktura baxış keçirib.
Səfər zamanı stansiyalarda sərnişinlər üçün yaradılmış şəraitlə tanışlıq olub, həmçinin sıralarımıza yeni qoşulmuş əməkdaşlarla görüş keçirilib, mövcud şərait və görüləcək işlər, eyni zamanda, nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Bundan başqa, əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində
müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Fevralın 11-də ADY rəhbərliyinin qərb istiqamətinə 3 günlük səfərinin yekunu üzrə görüş keçirilib.
Görüşdə ADY sədri Rövşən Rüstəmov səfər çərçivəsində bütün sahələrə, o cümlədən infrastruktura baxışın nəticələrinə toxunub, nəzarətin daha da gücləndirilməsi, əməkdaşların əlavə təlimatlandırılması və ərazilərə planlı baxışların artırılmasının vacibliyini qeyd edib.
Bildirilib ki, bu cür səfərlərdə, baxışların keçirilməsində əsas məqsəd təhlükəsiz və səmərəli iş mühitinin təmin edilməsidir. Bunun üçün rəhbər şəxslər hər bir əməkdaşın iş şəraiti ilə daha yaxından maraqlanmalı, onların rahat və təhlükəsiz işləməsi üçün lazımi şərait yaradılmalı, təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmalıdır.
Həmçinin vurğulanıb ki, dəmir yollarına məxsus torpaqların qanunsuz zəbt olunmasının və qeyri-qanuni tikintilərin qarşısı alınmalıdır. Əməyin mühafizəsi və təhlükəsizlik məsələləri prioritet olmalıdır.
Görüşdə səfər zamanı müşahidə olunan nöqsanlara da diqqət çəkilib və bildirilib ki, bütün sahələr qarşıdakı yaz baxışına tam hazır olmalıdır.
“FLAQMAN”IN QALİBLƏRİ İLƏ
GÖRÜŞ
Fevralın 7-də ADY sədri Rövşən Rüstəmovun “Flaqman” proqramının qalibləri ilə görüşü keçirilib.
Görüş zamanı ADY sədri uzunmüddətli strateji layihələrin uğurla həyata keçirilməsində insan kapitalının rolundan danışıb.
“Flaqman” proqramının ADY əməkdaşlarının liderlik potensialının qiymətləndirilməsi, peşəkar inkişafı və gələcəkdə şirkətdə rəhbər vəzifələrdə dəyərləndirilmələri üçün unikal imkan yaratdığı, şirkətdaxili idarəetmənin davamlılığını təmin edəcəyi bildirilib.
ADY sədri qaliblərə tövsiyələrini verib, onlar üçün fərdi inkişaf planının tərtib olunacağını bildirib.
Rövşən Rüstəmov qalibləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ADY-DƏ
YENİ TƏYİNATLAR
“Azərbaycan Dəmir Yolları” QSC-də kadr dəyişiklikləri olub.
Hüquq departamentinin müdiri
Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.
2009-cu ildən 2015-ci ilə qədər SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə “Azərbaycan Dəmir Yolları”
QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri olub.
ADY-nin Hüquq
departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Peşəkar fəaliyyətə
2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.
Beynəlxalq “Layihə menecmenti peşəkarı” (PMP) və “Proqram menecmenti peşəkarı” (PgMP) sertifikatlarına sahibdir.
“Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.
Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin
“Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası
Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.
Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
Əsəd Məmmədov 1984-cü ildə anadan olub.
Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi
kibernetika” ixtisası üzrə bakalavriat pilləsini bitirib.
Hazırda Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirən Əsəd Məmmədov karyerası dövründə menecment üzrə “Lean Six Sigma White Belt”, maliyyə modelləşdirilməsi üzrə “Financial Modeling & Valuation Analyst” (FMVA) və təhlükəsizlik standartı üzrə “Functional Safety Engineer” (FSEr) sertifikatlarını alıb.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, bank sektorunda risklərin idarə olunması və müştəri xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.
ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.
Heydər Cəfərli 1986-cı ildə
anadan olub. 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb.
2009–2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016–2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.
Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.
ADY İNNOVATİV HƏLLƏRLƏ
ƏMƏLİYYAT SƏMƏRƏLİLİYİNİ
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin və yük daşımalarında beynəlxalq təcrübəyə əsaslanan innovativ həllərin tətbiqini davam etdirir. 2023-cü ildə ADY-də yaradılan Tədqiqat və İnkişaf Mərkəzi şirkətdə bu həllərin tətbiqi istiqamətində müvafiq işlər həyata keçirir. Mərkəzin əsas məqsədi dəmiryol sahəsində innovativ texnologiyaların tətbiqi, normativ bazanın təkmilləşdirilməsi və effektivliyin artırılmasıdır. ADY-də tətbiq olunan innovasiyalar sayəsində modernləşən nəqliyyat sektorunda hansı dəyişikliklərin olacağı, eləcə də dəmir yollarının dayanıqlı nəqliyyat növü kimi təkmilləşməsi istiqamətində atılacaq addımlarla bağlı sualları ADY-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri, İnnovativ həllər şöbəsinin müdiri Orxan Əhmədzadə cavablandırıb.
- Orxan müəllim, bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da innovasiyaların tətbiqi, hərəkət vasitələrinin müasir standartlara əsaslanan monitorinqi və dünya təcrübəsinin yerli şərtlərə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Dəmir Yolları” regionun flaqman dəmiryol şirkəti kimi, bu istiqamətdə hansı işləri görür və Tədqiqat və İnkişaf Mərkəzinin bu proseslərdəki rolu nədən ibarətdir?
- İlk növbədə qeyd edim ki, Tədqiqat və İnkişaf Mərkəzinin əsas fəaliyyət istiqamətləri innovativ həllərin tətbiqi, normativ-texniki sənədlərin hazırlanması və tətbiqidir. Mərkəz olaraq ADY-də innovativ texnologiyaların tətbiqi, dəmiryol təhlükəsizliyinin artırılması və davamlı inkişaf
strategiyalarının icrası istiqamətində genişmiqyaslı layihələr həyata keçiririk. Bu təşəbbüslər dəmiryol nəqliyyatının daha effektiv, təhlükəsiz və ekoloji cəhətdən davamlı olmasına xidmət edir.
Modernləşmiş dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznes əlaqələrini gücləndirir. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi bizə ölkəmizin sürətlə ticarət və logistika mərkəzinə çevrildiyi bir vaxtda Çin və Avropanı birləşdirən Orta Dəhliz kimi marşrutlarda önəmli yer tutmağa imkan verir. Onu da qeyd edim ki, Mərkəz dəmiryol infrastrukturunun, hərəkət tərkibinin monitorinqi və diaqnostikası üçün sistemlərin hazırlanması, süni intellekt və maşın öyrənməsi əsasında həllərin təhlili və inteqrasiyası, eləcə də beynəlxalq şirkətlərlə
tərəfdaşlıq çərçivəsində yeni texnologiyaların qiymətləndirilməsini təmin edir, dəmiryol sistemində istifadə edilən bütün ölçü cihazlarının dəqiqliyini təmin etmək məqsədilə metrologiya və kalibrlənmə işləri aparır.
Tədqiqat və İnkişaf Mərkəzi bir neçə istiqamətdə araşdırmalarını davam etdirir. Bu araşdırmalardan biri yüngül relsli nəqliyyat (LRT - Light Rail Train) növlərini əhatə edir. Burada məqsəd şəhərdaxili və şəhərlərarası daşımalar üçün daha səmərəli, çevik və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərini araşdırmaqdır. Yüngül relsli nəqliyyat sistemləri metro və avtobus xətləri arasında orta ölçülü sərnişin axınlarını daşımaq üçün nəzərdə tutulub. Dünyada bu sahədə bir çox uğurlu nümunələr var: Almaniyanın “tram-train” sistemləri, Kanadanın LRT layihələri və Çinin sürətli tramvay şəbəkələri. Yüngül relsli sistemlərin tətbiqi üçün texniki şərtlər və alternativ enerji mənbələrindən istifadə edən LRT sistemləri (elektrik, hidrogen və batareya texnologiyaları) istiqamətlərində apardığımız tədqiqatlar nəticəsində əldə edilən məlumatlar yüngül relsli nəqliyyat sistemlərinin Azərbaycan şəhərlərində tətbiqi imkanlarını dəyərləndirmək və gələcəkdə layihələrin hazırlanmasına əsas yaratmaq məqsədini daşıyır.
Digər araşdırmamız isə
hidrogen lokomotivləri ilə bağlıdır. Qeyd edim ki, dekarbonizasiya strategiyasına uyğun olaraq, hidrogen texnologiyaları dəmiryol nəqliyyatında getdikcə daha çox populyarlaşır. Bir çox Avropa ölkələri və Yaponiya hidrogen lokomotivlərinə keçidi aktiv şəkildə araşdırır və tətbiq edir. Hidrogen lokomotivləri ənənəvi dizel lokomotivləri ilə müqayisədə daha ekoloji təmiz və səmərəlidir.
Bu sahədə araşdırmalarımız hidrogen lokomotivlərinin dünyada tətbiqi və bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsi (“Siemens”, “Alstom” və PESA şirkətlərinin hidrogen lokomotiv modelləri və pilot layihələri), hidrogen istehsalı, saxlanması və yanacaqdoldurma infrastrukturu üzrə tələb olunan ilkin texniki şərtlər, dəmiryol şəbəkəsində
hidrogen lokomotivlərinin tətbiqi üçün mümkün ssenarilər və hidrogenin səmərəli istifadə imkanlarını əhatə edir. Hidrogen lokomotivləri xüsusilə elektrikləşdirilməmiş dəmiryol xətləri üçün əlverişli həll
ola bilər. Bu lokomotivlərin tətbiqi nəticəsində həm emissiyaların azaldılması, həm də enerjidən daha səmərəli istifadə mümkündür. Bundan əlavə, hidrogen lokomotivlərinin Azərbaycanın dəmiryol ekosistemində
sınaqdan keçirilməsi və bu texnologiyanın tətbiq oluna biləcəyi marşrutların müəyyənləşdirilməsi də araşdırmalarımızın bir hissəsidir.
Daha bir tədqiqat mövzusu isə rabitə və işarəvermə sistemlərinə dair beynəlxalq təcrübələrin araşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, müasir dəmiryol sistemlərinin təhlükəsizliyi və effektivliyi işarəvermə və rabitə sistemlərinin inkişafı ilə birbaşa əlaqəlidir. Bu sahədə apardığımız tədqiqatların əsas məqsədi dəmiryol rabitəsinin və avtomatik idarəetmə sistemlərinin optimallaşdırılması, süni intellekt və maşın öyrənməsindən istifadə edərək təhlükəsizliyin artırılmasıdır.
Araşdırmalar çərçivəsində ən müasir avtomatlaşdırılmış işarəvermə və idarəetmə sistemləri, dəmiryol rabitə texnologiyalarının modernləşdirilməsi və LTE-R/5G (LTE-R (LongTerm Evolution for Railways) və 5G-R (5G for Railways) yeni nəsil mobil rabitə texnologiyalarıdır və xüsusi olaraq dəmir yolu nəqliyyatı üçün hazırlanır; bu texnologiyalar qatarların idarə olunması, təhlükəsizlik sistemləri və sərnişinlər üçün daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün əhəmiyyətli imkanlar yaradır və daha yüksək məlumat ötürmə sürətinə malikdir) əsaslı həllərin tətbiqi; beynəlxalq dəmiryol operatorlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanın dəmiryol sisteminə adaptasiyası kimi
istiqamətlərə fokuslanırıq.
Həmçinin Mərkəz dəmiryol sahəsində normativtexniki sənədlərin hazırlanması, yenilənməsi və tətbiqinə cavabdehdir. Belə ki, infrastrukturun təhlükəsizliyi, davamlılığı və enerji səmərəliliyi ilə bağlı standartların hazırlanması ilə yanaşı, yanacaq və elektrik enerjisi sərfiyyatına dair normaların müəyyən edilməsi və tətbiqi istiqamətində də işlər həyata keçirilir.
- Süni intellektin tətbiqi ilə bağlı bir sıra məqamlara toxundunuz. Bu istiqamətdə hansı layihələr icra edilir?
- Hazırda Mərkəz bir neçə strateji əhəmiyyətli layihə üzərində işləyir. Bu layihələr dəmir yollarında təhlükəsizlik,
effektivlik və davamlı inkişafı təmin etməyə yönəlib. Layihələrin icrasında süni intellektə əsaslanan həllərin istifadəsinə üstünlük verilir. Bunlardan biri də “Obstacle Detection”, yəni “Maneələrin aşkarlanması” layihəsidir. Layihə süni intellekt və sensor texnologiyalarından istifadə edərək dəmiryol xəttində maneələri avtomatik aşkarlayan sistemin yaradılmasını nəzərdə tutur. Bu unikal sistem yol boyu real vaxt rejimində monitorinq apararaq insan, heyvan və avtomobillərlə toqquşmaların qarşısını almaq, kamera və sensorlardan daxil olan məlumatları süni intellekt vasitəsilə təhlil etmək, həmçinin qatar hərəkətinin idarəetmə sistemləri ilə inteqrasiyanı təmin etmək üçün hesablanıb.
Eyni zamanda, dəmir yolunda infrastrukturun və hərəkətin təhlükəsizliyini fasiləsiz təmin etmək məqsədilə “Distributed Acoustic Sensing”, yəni “Paylanmış akustik zondlama sistemi”nin tətbiqinə dair araşdırmalar aparılır. Bu sistem dəmiryol infrastrukturunun vəziyyətini monitorinq etmək üçün fiber-optik kabelləri sensor kimi istifadə etməyə imkan verir. Sistem insanların və heyvanların dəmiryol xəttinə daxil olmasını, yerləşdirilmiş yad cisimlərin müəyyən edilməsini və vandalizm aktlarının aşkarlanmasını təmin edir.
- Qeyd etdiniz ki, Tədqiqat və İnkişaf Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də texniki normalarla bağlı sənədlərin hazırlanmasıdır. Bu sənədlər ADY-nin təhlükəsiz
daşımaları təmin etməsinə necə töhfə verəcək?
- Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Sözügedən sərəncamdan irəli gələn məsələlərdən biri də ADY-də texniki təhlükəsizliyin təmin edilməsi istiqamətində iki əsas reqlamentin hazırlanmasıdır. Bunlardan birincisi dəmiryol infrastrukturunun təhlükəsizliyi üzrə texniki reqlamentdir. Bu sənəd dəmiryol obyektlərinin istismarı və saxlanması üzrə tələbləri müəyyən edir. Digər sənəd isə hərəkət tərkibinin təhlükəsizliyi üzrə texniki reqlamentdir. Sənəd lokomotiv
və vaqonların istismarı, diaqnostikası və texniki xidməti üzrə standartları əhatə edir.
Bundan başqa, 2025-ci il üçün İcra Proqramında “Əməliyyat səmərəliliyi” proqramı çərçivəsində ADY-nin texniki siyasət sənədinin hazırlanması üzərində işlərə başlanılıb. Bu sənəd şirkətdə texniki inkişafın əsas istiqamətlərini müəyyən edəcək və şirkətin strateji hədəflərinə uyğun olaraq texniki standartların formalaşdırılmasını təmin edəcək. Həmçinin dəmiryol sisteminin təhlükəsiz, dayanıqlı inkişafına və müasir texnologiyalara əsaslanmasına xidmət edəcək, manevr, magistral yük və sərnişin qatarları üçün yanacaq və elektrik enerjisi sərfiyyatına dair normaların müəyyən edilməsi və tətbiqini optimallaşdıracaq.
- Təhlükəsiz səyahət həm də ekoloji təmiz səyahət deməkdir. Sirr deyil ki, inkişaf etmiş, uğur qazanmış şirkətlər karbon emissiyalarının azaldılması istiqamətində addımlar atır. Ölkənin aparıcı nəqliyyat qurumlarından olan ADY-nin dekarbonizasiya prosesindəki rolu və gördüyü işlər nədən ibarətdir?
- ADY dekarbonizasiya strategiyası və ekoloji təmiz texnologiyalara investisiyaya, bərpa olunan enerji mənbələrinin istifadəsinə və enerji səmərəli infrastrukturun modernləşdirilməsinə yönəlmiş fəaliyyət planı hazırlayır. Bu
çərçivədə dekarbonizasiya ilə bağlı üzərində işlədiyimiz layihəni vurğulamaq istərdim. Layihə dəmiryol nəqliyyatında karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin istifadəsini əsas götürməklə stansiyalarda günəş panellərinin quraşdırılmasını, infrastruktur və hərəkət tərkibinin enerji səmərəliliyinin artırılmasını hədəfləyir. Həmçinin ADY olaraq resurslardan səmərəli istifadə etmək məqsədilə bərpa olunan enerji üçün torpaq qiymətləndirilməsini həyata keçririk. Günəş və külək elektrik stansiyalarının quraşdırılması üçün torpaqların potensialının qiymətləndirilməsi, monitorinqi və istifadəsinin təşkil olunması qurum olaraq bərpa olunan enerjidən istifadəni prioritetləşdirdiyimizi göstərir. Dekarbonizasiya hədəflərimizə çatmaq üçün beynəlxalq tərəfdaşlarla da
sıx təmasdayıq. Bu baxımdan Asiya İnkişaf Bankının (AİB) dəstəyini xüsusilə qeyd etmək istərdim. Ötən il “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı arasında dekarbonizasiya üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində dəmir yollarında dekarbonizasiya prosesinin həyata keçirilməsi üçün AİB texniki yardım göstərəcək. Bu da öz növbəsində, dayanıqlılıqla bağlı təşəbbüslərimizə beynəlxalq dəstəyin sübutudur. Onu da qeyd edim ki, qlobal emissiyada payı 0,1 faiz ətrafında olan Azərbaycanda ADY-nin məsul olduğu həcm illik 200 min tondan azdır. Sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir.
Maliyyələşmədən söz düşmüşkən, daha bir vacib məqama toxunmaq istərdim. Karbon kreditlərinin satışı, bu yolla yaşıl layihələrin maliyyələşdirilməsi və dayanıqlı dəmiryol nəqliyyatı üçün beynəlxalq investisiya mənbələrinin cəlb edilməsi müstəsna əhəmiyyət daşıyır. Karbon krediti karbon emissiyalarına tətbiq olunan kvotadır. 1 karbon krediti 1 ton karbon qazına bərabərdir. Karbon kreditləri müəssisələrin və təşkilatların atmosferə buraxdıqları karbonun miqdarını azaltmaq və əvəzində maliyyə qazancı əldə etmək üçün alına bilən təbii resurslardır.
Azərbaycan Dəmir Yollarında karbon kreditlərinin monetizasiyası və yaşıl maliyyələşmə məsələsi əhəmiyyətli ekoloji və iqtisadi addımlar atmaq üçün vacibdir. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də maliyyə baxımından davamlı layihələrin inkişafına imkan yaradır. Dəmir yollarında enerji səmərəliliyini artırmaq, elektrik qatarlarının istifadəsini genişləndirmək, günəş və külək enerjisindən istifadə edərək karbon emissiyalarını azaltmaq mümkündür.
- Əməliyyatlarda tətbiq edilən innovasiyalar şirkət daxilində də tətbiq edilirmi? Ümumiyyətlə, iş səmərəliliyinin ölçülməsi və təhlil edilməsi istiqamətində hansı işlər görülür?
- ADY-də innovativ
texnologiyaların tətbiqi təkcə əməliyyat proseslərinin təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda, iş səmərəliliyinin ölçülməsi və təhlili üçün yeni yanaşmaların tətbiqini də nəzərdə tutur. Bu məqsədlə ADY İcra Proqramına əsasən, əsas səmərəlilik göstəricilərinin optimal şəkildə hazırlanması üçün fəaliyyət göstəricilərinin effektiv idarə olunmasına yönəlmiş “Opex” metodologiyası layihəsi həyata keçirilir. Əsas məqsədimiz layihə vasitəsilə cari biznes proseslərinin təhlilini aparmaq, hər departament üçün effektivlik ölçülərini müəyyən etməkdir. Bura əsas fəaliyyət göstəriciləri ilə bağlı məlumatların toplanması və analizi üçün mexanizmlərin qurulması, eləcə də avtomatik hesabatların və analitik məlumatların real vaxt
rejimində formalaşdırılması da daxildir. Bu yanaşma infrastrukturun və hərəkət tərkibinin texniki hazırlıq səviyyəsinin daim izlənilməsini və təhlilini təmin etməklə yanaşı, modernləşdirmə işlərinin effektivliyini qiymətləndirməyə imkan yaradır.
Bütün bu təşəbbüslər, görülən işlər ADY-də innovativ texnologiyaların tətbiqinə, normativ bazanın təkmilləşdirilməsinə, bununla da dəmiryol nəqliyyatının daha effektiv, təhlükəsiz və ekoloji cəhətdən davamlı olmasına xidmət edir.
- Maraqlı müsahibə üçün minnətdarıq. Fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Sağ olun.
OSJD-NİN BÜLLETENİNDƏ
ADY HAQQINDA GENİŞ MƏLUMAT VERİLİB
Azərbaycan Dəmir Yollarının COP29 dövründəki fəaliyyəti və yaşıl dünya naminə təşəbbüsləri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (OSJD) 2025-ci il üzrə ilk bülletenində geniş işıqlandırılıb, buraxılışın üz qabığına ADY-nin fotoqrafı Allahkərim Abbasovun çəkdiyi foto yerləşdirilib.
Bülletendə COP29 dövründə Azərbaycan Dəmir Yollarının ölkəmizə səfər edən qonaqları təhlükəsiz şəkildə tədbir məkanlarına çatdırması, şirkətin yaşıl enerji təşəbbüsləri, ADY rəhbərliyinin iştirak etdiyi panel görüşlər,
eləcə də ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında imzalanan “Dəmir yollarının iqlim öhdəliyi” sənədinin əhəmiyyəti barədə söz açılıb, həmçinin OSJD sədri Miroslav Antonoviçin Bakıya səfəri və birgə əməkdaşlığın perspektivləri barədə geniş müsahibəsi yer alıb.
Qeyd edək ki, ADY 1993-cü ildən OSJD-nin üzvüdür. 32 illik əməkdaşlıq çərçivəsində davamlı olaraq qarşılıqlı təcrübə mübadiləsi aparılıb, birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində səmərəli işlər görülüb.
POLŞANIN NÜFUZLU DƏMİRYOL FONDU
ADY İLƏ ƏMƏKDAŞLIQDA
MARAQLIDIR
Polşanın Qalisiya Dəmir Yolları Fondunun nümayəndə heyəti
ADY-nin qonağı olub.
ADY-nin Kommunikasiya və Beynəlxalq əlaqələr departamentlərinin təşkilatçılığı ilə keçirilən görüşdə Polşa ilə Azərbaycan arasında dəmiryol sahəsində əməkdaşlıq, ixtisasartırma proqramlarının təşkili, eləcə də birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Ölkəmizə ikinci dəfə səfər etdiyini deyən fondun əməkdaşı Mariuş Stopa Azərbaycan dəmir yollarının Avropa standartlarına tam cavab verdiyini, müasir qatarların səyahəti asan və
komfortlu etdiyini bildirib.
ADY-nin Beynəxalq əlaqələr departamentinin müdir müavini Nicat Mikayılov iki ölkə arasında dəmiryol sahəsində uzun illərə dayanan əməkdaşlığa diqqət çəkərək qarşılıqlı səfərlərin təcrübə mübadiləsinə müsbət töhfə verdiyini bildirib.
Görüş çərçivəsində ADY əməkdaşları üçün Polşanın bir sıra kollec və texniki peşə məktəblərində ixtisasartırma kurslarının təşkili müzakirə olunub. Fondun prezidentinin müavini Pyotr Mlodjian Polşanın Bıdqoşç və digər iri şəhərlərində
dəmir yolları üçün peşəkar kadrlar hazırlayan kolleclərin fəaliyyət göstərdiyini, region ölkələrindəki mütəxəssislərin mütəmadi olaraq təlim və proqramlara cəlb edildiyini bildirib. Yaxın gələcəkdə azərbaycanlı mütəxəssislərin də təlim və tədris proseslərinə cəlb edilməsinin müsbət nəticə verəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, tarixi Qalisiya vilayətində Avropanın ən qədim dəmiryol xətlərindən biri yerləşir. Bu xətt hazırda Polşa və Ukrayna dəmir yollarının bir hissəsi olmaqla regional daşımalarda mühüm rol oynayır.
AZƏRBAYCAN VƏ RUSİYA DƏMİR
YOLLARI ARASINDA YENİ
RAZILAŞMALAR
ADY-nin nümayəndə heyəti Moskvaya səfər edib.
Səfər çərçivəsində Azərbaycandan Rusiyaya və əks istiqamətdə hərəkət edən boş vaqonların elektron qaimə və elektron imza ilə rəsmiləşdirilməsi, həmçinin dördtərəfli inteqrasiya və dislokasiya ilə bağlı ikitərəfli müqavilələr imzalanıb.
Bu müqavilələr Azərbaycan ərazisində Rusiyaya məxsus vaqonların yerinin müəyyən edilməsi, dislokasiya məlumatlarının hər iki saatdan bir ötürülməsi, eləcə də Azərbaycana məxsus inventar və özəl vaqonların Rusiya
ərazisində dislokasiyası kimi məsələləri əhatə edir.
ADY-nin nümayəndə heyəti səfər çərçivəsində Moskvada
“Sapsan” pilotsuz sərnişin qatarının sınaq yürüşlərində də iştirak edib.
HORADİZ–AĞBƏND DƏMİRYOL XƏTTİNDƏ
İKİNCİ TUNELİN DƏ QAZMA İŞLƏRİ YEKUNLAŞDI
Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb.
Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri (104-cü km) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı km) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 faizi tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək.
Qeyd edək ki, Horadiz–Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulmuş Horadiz–Ağbənd dəmiryol xəttində tikinti işləri 3 mərhələdə həyata keçirilir.
Layihə çərçivəsində 9 stansiyanın (Horadiz (mövcud), Yuxarı Mərcanlı,
Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 4 ədəd tunel, 40 ədəd körpü, 3 ədəd qalereya (dəmir yollarını qaya parçalarından, qar uçqunlarından qorumaq üçün süni mühəndis qurğusu), 26 ədəd avtomobil keçidi, ümumilikdə isə 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Videonu izləmək üçün QR kodu oxudun
ƏLƏT–OSMANLI–ASTARA
DƏMİRYOL
XƏTTİNİN
YENİDƏN QURULMASI SÜRƏTLƏ DAVAM ETDİRİLİR
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt–Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın
(Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Həmçinin birinci mərhələ üzrə mövcud dəmir yolunun 50 faizi demontaj olunub, işlər davam etdirilir.
Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin birinci mərhələsində yol geyiminin dayanıqlılığının artırılması üçün geoqriddən (torpaq qatının möhkəmləndirilməsi, torpağın eroziyadan qorunması və su axınının tənzimlənməsi üçün
hazırlanan torşəkilli sintetik mühəndislik materialı) istifadə olunur. Geoqridin çəkilməsi xərclərin optimallaşdırılmasına müsbət təsir edir. Bundan başqa, qrunt sularının səviyyəsinin yüksək olması dəmiryol yatağının çökməsinə gətirib çıxara bilər. Bunun qarşısının alınması üçün beynəlxalq təcrübədə geoqriddən istifadə tövsiyə olunur.
Layihə üzrə ikinci mərhələ Kür çayı üzərində inşası 2023-cü ildə tamamlanmış və artıq istismara verilmiş cüt dəmir yolu körpülərindən ibarətdir. Üçüncü və dördüncü mərhələlər üzrə isə layihələndirmə işləri davam
etdirilir.
Qeyd edək ki, Ələt–Osmanlı–Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun
yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.
Tikinti işlərinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
Videonu izləmək üçün QR kodu oxudun
QEYRİ-SABİT HAVA ŞƏRAİTİNDƏ
SƏRNİŞİNLƏR ADY QATARLARINA ÜSTÜNLÜK VERDİ
“Azərbaycan Dəmir Yolları” QSC fevral ayı ərzində müşahidə olunmuş qarlışaxtalı hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Vağzal, stansiya və dayanacaqların ərazilərində sərnişinlərin və işçi heyətin təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görülüb, ərazilər qardan təmizlənib, cığırlar açılıb.
Eyni zamanda, vağzal, stansiya və dayanacaqların platformalarında insanların
sürüşmə nəticəsində xəsarət almasının qarşısını almaq məqsədilə xüsusi örtüklər sərilib və duz səpilib.
Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.
Həmçinin ərazilər üzrə bütün pilləkənlərdə, yerüstü keçid və körpülərdə müvafiq tədbirlər görülərək istifadə edənlərin təhlükəsizliyi təmin edilib.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı
yüksək sayıqlıq göstərmək və ehtiyatlı olmaq tövsiyə olunub.
Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.
Sərnişin və yük qatarlarının sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənib.
Qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirib.
Hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq, qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin
edəcək şəkildə tənzimlənib.
Əlverişsiz hava şəraiti zamanı sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi ADY qatarlarını seçib. 22-23 fevral tarixlərində Bakı–Qəbələ–Bakı, Bakı–Balakən–Bakı və Bakı–Ağstafa–Bakı marşrutları üzrə doluluq 100% təşkil edib. Eləcə də Bakı–Ağstafa istiqamətində tələbata əsasən təyin edilən əlavə qatar 100% dolub.
ADY qarlı-çovğunlu hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.
21, 22, 23 fevral tarixlərində:
- 43 600 sərnişin Abşeron dairəvi,
- 3604 sərnişin Bakı–Ağstafa–Bakı, - 787 sərnişin Bakı–Balakən–Bakı, - 729 sərnişin Bakı–Qəbələ–Bakı marşrutu üzrə səfər edib.
Həmçinin 24 fevral reysləri (Abşeron dairəvi, Balakən–
Bakı, Bakı–Ağstafa–Bakı) ilə 11 037 sərnişin daşınıb.
Qatarlarımızın keçdiyi hər vağzal, stansiya və dayanacaqda özünəməxsus qış hekayələri yazıldı.
Sərnişinlərimiz və onların rahat və təhlükəsiz gedişlərini təmin edən səfər heyətimiz bu hekayənin mərkəzində dayandı.
ADY ilə bu qışın qarlı xatirələri hər xatırlandıqca təbəssüm yaradacaq.
Videonu izləmək üçün QR kodu oxudun
BAKI–BALAKƏN QATARLARININ
STANSİYALARDA DAYANMA MÜDDƏTİ
ARTIRILDI
ADY Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.
Belə ki, stansiya və dayanacaqlarda qatarların dayanma müddəti artırılıb. Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı saat 22:10-dan 22:00-a dəyişdirilib.
“STADLER” QATARLARI
SƏYAHƏT TƏCRÜBƏSİNİ YENİ MƏRHƏLƏYƏ
DAŞIYIR
İsveçrənin “Stadler Rail Group” şirkəti ADY-nin sifarişi ilə hazırladığı təhlükəsiz və komfortlu “FLIRT” qatarlarının səyahət təcrübəsini yeni mərhələyə daşıdığını qeyd edib.
Bu barədə şirkətin sosial şəbəkələrdəki səhifələrində paylaşımda bildirilib.
Spesifik tələblər əsasında istehsal edilmiş “FLIRT”
qatarları bölgələr arasında bağlantını təkmilləşdirir, etibarlı sərnişindaşımanı təmin edir və böyük sərnişin axınlarının idarə edilməsi üzrə keyfiyyət və rahatlığı artırır.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu və Bakı–Qəbələ–Bakı marşrutları üzrə sərnişinlərə “Stadler KISS”, Bakı–Ağstafa–Bakı xətti üzrə isə “FLIRT” qatarları ilə xidmət göstərilir.
Videonu izləmək üçün QR kodu oxudun
RAHAT GECƏ SƏFƏRİ ÜÇÜN NƏ LAZIMDIR?
ADY qatarla rahat gecə səfərləri üçün sərnişinləri ehtiyac duyduqları vacib vasitələrlə təmin edir.
Bakı–Balakən–Bakı qatarında yataq dəstindən tutmuş gigiyenik qulluq vasitələrinə qədər hər şey var.
ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol stansiyalarının kassalarından biletinizi alıb, çantanızı götürüb səfərə çıxmaq vaxtıdır.
Qeyd edək ki, səfər paketləri səyahət sinifləri üzrə dəyişir.
Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su,
diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.
Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda
Məsafələr, məntəqələr, günlər, aylar dəyişir. Dəyişməyən isə hər gün eyni həyəcan və sevgi ilə başladığımız səfərlər, yol yoldaşınız olduğumuz unudulmaz anlardır.
sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq müəyyən olunub.
1 SUAL – 1 CAVAB
Sual: Rayonlararası qatarlara bileti ən gec nə zaman almaq olar?
Cavab: Dəmiryol kassalarında kağız biletlərin satışı qatarın yola düşməsinə
15 dəqiqə, elektron bilet satışı isə qatarın başlanğıc stansiyadan hərəkətə başlamasına 1 saat qalmış dayandırılır.
NÖVBƏTİ
“Azərbaycan Dəmir Yolları” QSC fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlər keçirir.
Növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.
Təlimə Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri, ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarları cəlb olunub.
ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına
ADY VƏ FHN
BİRGƏ TƏLİM KEÇİRDİ
xüsusi önəm verir.
Təlimin keçirilməsində məqsəd Mərkəzin şəxsi heyətinin və dəmiryol stansiyası heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və peşə qabiliyyətinin yüksəldilməsi, nəqliyyat qəzaları zamanı baş vermiş texnogen xarakterli fövqəladə halların qarşısını alınması, nəticələrin aradan qaldırılması, qüvvə və vasitələrin tətbiq olunması və hər iki qurum arasında qarşılıqlı fəaliyyətin təşkil olunmasından ibarət olub.
Təlim zamanı qatarla minik maşınının toqquşması zamanı xəsarət alanlar xilas edilib. Qəzadan sonra ərazidə baş vermiş yanğın
yanğınsöndürənlər tərəfindən söndürülüb, ətraf tikililər yanğından mühafizə edilib.
Təlimə Aran Regional Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax dəmiryol stansiyasının 11 texnikası və 65 nəfər şəxsi heyəti cəlb olunub. Ümumilikdə tədbirdə 15 texnika və 110 nəfər şəxsi heyət iştirak edib.
Təlim uğurla başa çatıb.
Videonu izləmək üçün
QR kodu oxudun
QATARLARIN HƏRƏKƏTİNƏ
MANE OLAN MÜDAXİLƏLƏR
ADY-də hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi monitorinqlər aparır, dəmir yoluna edilən kənar müdaxilələr diqqətlə izlənilir, neqativ halların qarşısını almaq üçün infrastruktur sağlamlaşdırılır və dəmiryol ətrafında yaşayan icmalarla maarifləndirmə işləri aparılır.
2025-ci ilin 2 ayı ərzində dəmiryol keçidlərində 1 toqquşma hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Ötən ilin müvafiq dövründə isə 7 toqquşma hadisəsi baş vermişdi.
ADY-nin hərəkətdə olan sərnişin və yük qatarlarının fəaliyyətinə mane olan səbəblərdən biri qatarlara daş atılmasıdır. 2025-ci
ilin 2 ayı ərzində ADY-nin hərəkətdə olan sərnişin və yük qatarlarına 6 dəfə daş atılıb. Nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər. ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir.
Bundan əlavə, ötən 2 ay ərzində dəmir yolu relslərinin üzərinə 6 dəfə kənar əşya qoyulub ki, bu da hərəkətin təhlükəsizliyinə ciddi risk yaradır, bəzən sürücü təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaranır.
Yanvar-fevral aylarında hərəkətdə olan qatarın qarşısına 20 dəfə qəfil insan çıxaraq maşinistin
təcili tormozlama etməsinə səbəb olub. Nəticədə 2 nəfər xəsarət alıb. Həmçinin təsərrüfat heyvanları qatarların hərəkətinə problem yaradıb və bunun 7-də qatarla heyvanın toqquşması qaçılmaz olub.
Təcili tormozlamanın edilməsi həm sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi üçün risklidir, həm də hərəkət qrafikindən çıxmalara səbəb olur.
ADY həyata keçirdiyi təhlükəsizlik tədbirləri və davamlı monitorinqlər sayəsində neqativ halların sayının azalmasını hədəfləyir, bu istiqamətdə davamlı təkmilləşdirmələr aparır.
ADY GƏNCLƏRƏ
DƏSTƏK VERİR
2 fevral Azərbaycanda Gənclər Günü qeyd olunur. ADY olaraq gənclərə dəstək vermək, onların inkişafına imkanlar yaratmaq və gələcəyin peşəkarlarını yetişdirmək üçün dayanıqlı addımlar atırıq.
2024-cü il ərzində:
- 15 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də iş imkanları barədə məlumat verilib;
- 32 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb
edilib, onlardan 7-si artıq ADY komandasının üzvüdür;
- Gənclər üçün “Açıq qapı” günləri və ekskursiyalar təşkil olunub, dəmiryol sektorunun ekoloji üstünlükləri və innovativ həlləri izah edilib.
Hazırda ADY-nin 15 203 əməkdaşından 3 232 nəfərinin, yəni 21%-nin yaşı 35-ə qədərdir.
Gənc və istedadlı kadrlarla yolumuzu birlikdə inşa edirik!
ADY-DƏ DAHA
RAHAT VƏ ƏLÇATAN TƏLİMLƏR
ADY rəqəmsal öyrənmə platforması – “Softinya” əməkdaşların istifadəsinə verilib.
Məqsəd bu platforma vasitəsilə ADY-də öyrənmə mədəniyyətini təkmilləşdirmək, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirməklə davamlı inkişafı təşviq etməkdir.
Veb və ya mobil tətbiq vasitəsilə platformaya daxil olmaqla müxtəlif
öyrənmə resursları və təlim materiallarından faydalanmaq imkanı əldə etmək mümkündür.
“Softinya” ilə təlimlər daha rahat və əlçatan olacaq.
ƏLİLLİYİ OLAN
ŞƏXSLƏR ÜÇÜN ƏMƏK YARMARKASI
“Əlilliyi olan şəxlərin Müstəqil Həyat Mərkəzi” İctimai
Birliyinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi
TƏLƏBƏLƏRİN
ADY-DƏ
TƏCRÜBƏSİNİN
TƏŞKİLİ MÜZAKİRƏ
OLUNUB
Fevralın 19-da ADY-də Dəmir
Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Bakı Metropoliteninin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı Təhsil
Mərkəzinin tələbələrinin Azərbaycan Dəmir
Yollarında istehsalat təlimi və təcrübəsinin təşkili, eləcə də dual tədris proqramının icrası ilə bağlı təkliflər müzakirə edilib.
Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə fevralın 17-də “Əlilliyi olan şəxslər üçün Əmək yarmarkası”nda iştirak ediblər.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunu
artırmaq olub.
İşə qəbul şöbəsinin əməkdaşları ADY-də mövcud vakansiyalar barədə iş axtaranlara ətraflı məlumat verib, işə qəbul üçün müraciət qaydalarını izah ediblər.
Qeyd olunub ki, qarşılıqlı əməkdaşlıq gələcəkdə həm ADY, həm də Bakı
Metropoliteni üçün potensial
işçi qüvvəsinin cəlbinə və tələbələrin işlə təmin olunmasına dəstək verəcək.
MAŞİNİSTLƏRİN BİLİK
VƏ BACARIQLARININ
İNKİŞAFI
2025-ci ilin Fərdi inkişaf planına uyğun olaraq, İnfrastruktur departamenti Texnoloji nəqliyyat xidmətinin əməkdaşlarına “Maşinistlərin bilik və bacarıqlarının artırılması” adlı təlim keçirilib.
Təlim İnfrastruktur
TƏLİMÇİLƏR ÜÇÜN
TƏLİM
2025-ci ilin Fərdi inkişaf planına uyğun olaraq, İşə qəbul şöbəsi, Hərəkət vasitələrinin təmiri departamenti, “Cənub Yük Terminalı” MMC və Xüsusi şöbədə çalışan əməkdaşlara “Təlimçilər üçün təlim” –“Training of Trainers” (TOT) təlimi keçirilib.
Təlim zamanı təlimçilərin peşəkar bacarıqlarının artırılması, effektiv öyrətmə metodlarının mənimsənilməsi və auditoriya
departamenti Texnoloji nəqliyyat xidməti İstismar şöbəsinin maşinist təlimatçısı Ramiz Məmmədov tərəfindən tədris edilib.
Sözügedən təlimdə departamentin Texnoloji nəqliyyat xidmətində drezin maşinisti vəzifəsində çalışan 9 nəfər əməkdaş iştirak edib. Təlim maşinistlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar
nəzəri biliklər və praktiki məşğələlərdən ibarət müxtəlif mövzuları əhatə edib:
- işarəvermə təlimatı; - texniki istismar qaydaları; - qatarların hərəkəti və manevr işinə dair təlimat; - tormozların işinə dair təlimat; - əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları;
- drezinlərin quruluşu və texniki xarakteristikası.
ilə düzgün ünsiyyət qurulması mövzularında bilik və bacarıqlar tədris edilib.
Təlim İnsan resursları departamenti Təlim və inkişaf mərkəzinin müdir müavini
Mövsüm Şeyxzadə tərəfindən keçirilib.
Təlim aşağıdakı mövzuları əhatə edib:
- təlimin dizaynı və planlaşdırılması;
- təlimlərin növləri; - təlimçinin əsas sahib olmalı olduğu bacarıqlar;
- effektiv təqdimat bacarıqları;
- təlim vasitələrinin tətbiqi;
- auditoriya ilə əlaqə və iştirakçıların müxtəlifliyi;
- çətin iştirakçılarla iş;
- ünsiyyət növləri; - qrup dinamikası.
ADY
UCQAR
RAYONLARDAKI
MƏKTƏBLİLƏR
ÜÇÜN MƏSAFƏLƏRİ
YAXINLAŞDIRIR
ADY 14 fevral – Beynəlxalq
Kitab Bağışlama Günü münasibətilə ucqar kəndlərə
kitabların daşınmasına dəstək verib.
Bakı–Balakən qatarı ilə səfər edən “Kitablarla İnkişaf Edək” komandası 14 fevralda Balakənin Qazma kəndində məktəblilərlə görüşüb, onlara yeni kitablar hədiyyə edib.
ƏN AZI 3 KİTAB
OXUYAQ!
ADY-nin yeni yaradılmış kitabxanası oxuculara xidmət göstərərək elmi, bədii və texniki ədəbiyyatın yayılmasında mühüm rol oynayır.
Kitabxana ADY-nin struktur bölmələrindən biri kimi, dəmiryol işçilərinin intellektual və mədəni inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində ümumilikdə 4 mindən çox kitab oxucuların istifadəsinə təqdim olunub.
Bu günə kimi ümumilikdə 148 məktəbdə qonaq olmuş layihə iştirakçıları 15 fevralda isə Qax rayonunun Qaratala kəndində məktəblilərlə görüşüblər.
İşıqlı gələcək üçün birlikdə çalışırıq!
Kitabxananın əsas məqsəd və funksiyaları:
• Dəmiryol sahəsində çalışan əməkdaşlara müasir elmi, bədii və texniki ədəbiyyatın təqdim edilməsi;
• Dəmiryol nəqliyyatı üzrə ixtisaslaşmış kitablar, elmi araşdırmalar və metodiki materialların toplanması, sistemləşdirilməsi və istifadəyə verilməsi;
• Müasir rəqəmsal kitabxana resurslarının yaradılması və oxucuların istifadəsinə verilməsi;
• Kitabxana mühitində rahat və əlverişli şəraitin təmin olunması, həmçinin oxucuların intellektual inkişafına dəstək
məqsədilə müxtəlif proqram və layihələrin həyata keçirilməsi.
Müasir informasiya və texnologiya dövrünün tələblərinə uyğun olaraq, kitabxana ənənəvi kitabxana xidmətləri ilə yanaşı, elektron resurslardan da istifadə imkanları yaradır.
Kitabxananın elektron siyahısı “ADY Docs”un kitabxana qovluğunda yerləşdirilib və oxucular oradan kitabların siyahısı ilə tanış ola bilərlər. Kitabxana fondu mütəmadi zənginləşdirilir, oxucuların maraq dairəsinə uyğun yeni nəşrlər daxil edilir.
Kitabxananın cari vəziyyəti və statistik göstəricilər:
• hazırda kitabxanada 150 qeydiyyatlı oxucu mövcuddur;
• kitab fondu mütəmadi yenilənir;
• ən çox oxunan kitab:
“Atomik vərdişlər” əsəri oxucular arasında böyük maraq doğurub. Müəllifi Ceyms Klir olan əsər insanın gündəlik vərdişlərini dəyişdirərək uğur qazanmasına yönəlik elmi
əsaslı yanaşmalar təqdim edir. Müəllif atomik vərdişlərin kiçik, lakin davamlı dəyişikliklər vasitəsilə böyük nəticələr doğura biləcəyini vurğulayır və effektiv vərdiş qurmaq üçün praktiki strategiyalar təqdim edir;
• ən fəal oxucu:
Eldar Məmmədov. Risklərin idarə edilməsi şöbəsində mütəxəssis olaraq çalışır və bu il ərzində ən çox kitab oxuyan
18 fevral dünyada Batareya Günü kimi qeyd olunur.
Batareyalar həyatımıza rahatlıq gətirməklə yanaşı, ətraf mühitə zərər vurur.
ADY ekoloji məsuliyyət tədbirləri çərçivəsində şirkət daxilində istifadə edilmiş batareyaların təbiətə mənfi təsirini önləmək üçün onların toplanmasını təmin edir və aidiyyəti üzrə təhvil verir.
əməkdaş kimi qeydə alınıb.
Mütaliə insan dünyasını dəyişir, ona yeni üfüqlər açır. Gəlin, hər birimiz bu il özümüzə bir məqsəd qoyaq –ən azı üç kitab oxuyaq!
Bu, şəxsi inkişafımıza töhfə vermək, biliklərimizi və dünyagörüşümüzü artırmaq üçün atacağımız kiçik, lakin əhəmiyyətli bir addım ola bilər.
XARİCİ ZİYARƏTÇİLƏRİN ADY MUZEYİ
HAQQINDA TƏƏSSÜRATLARI
Braziliyalı ziyarətçi:
“Muzeydəki kuklaların realizmi məni çox təsirləndirdi. Bu, çox maraqlıdır. Ümumiyyətlə, muzeyin içi çox gözəldir. Buradakı qatar modelləri çox realistikdir. Mən çox təsirləndim. Üstəlik, burada qatarların tarixini izah edən bir film də var. Muzeyi ziyarət etməyi israrla tövsiyə edirəm”.
Çinli ziyarətçi:
“Burada hər şey çox yaxşıdır. Muzey daha çox tarixi göstərir. Çox bəyəndim. Bakı çox gözəl şəhərdir”.
Yerli ziyarətçi:
“Bu gün Dəmiryol Muzeyini ziyarət etdim və müxtəlif vaqonları – çən vaqonları, konteyner, izotermik vaqonları gördüm. Onu deyə bilərəm
ki, ən rahat və təhlükəsiz nəqliyyatlardan biri dəmir yollarıdır.”
Gənc ziyarətçilər:
“Biz gələcəyin dəmiryolçuları olaraq muzeyi sevdik. Bizim ixtisasımıza aid olan qatar modellərini canlı olaraq muzeydə gördük”.
Videonu izləmək üçün QR kodu oxudun
“SIEMENS MOBILITY” İLK DƏFƏ DARTI
BATAREYALI ELEKTROVOZ İSTEHSAL
EDƏCƏK
Almaniyanın “Siemens
Mobility” şirkəti ilk dəfə olaraq dartı batareyaları olan elektrik lokomotivləri istehsal edəcək.
İsveçrənin WRS yükdaşıma şirkətinin törəmə müəssisəsi olan “JeMyn” alman istehsalçısına iki belə magistral lokomotiv – “Vectron AC” sifariş edib.
Akkumulyator dartısı kontakt şəbəkədən ənənəvi şəkildə qidalanan dartını tamamlayacaq. Enerji yığma sistemlərinin tətbiqi “son mil” dartısı kimi nəzərdə tutulur ki, bu da manevr dizel lokomotivlərindən imtina etməyə imkan verəcək. Akkumulyatorların doldurulması “Vectron AC”nin kontakt şəbəkə altında hərəkəti zamanı həyata
keçiriləcək.
Yeni lokomotiv modelinin layihələndirilməsi Almaniya hökumətinin dövlət proqramı çərçivəsində maliyyələşdirilib, lokomotivlərin alınması isə
İsveçrənin “Raiffeisen” bank birliyinin vəsaiti hesabına həyata keçirilir. Çatdırılma 2027-ci ilə planlaşdırılıb.
Xatırladaq ki, 2020–2021-ci illərdə
Çinin CRRC korporasiyası
Macarıstan üçün “son mil” hərəkəti üçün nəzərdə tutulmuş enerji yığma sistemləri olan iki “Bison” elektrovozu istehsal etmişdi. Bundan əlavə, oxşar sistemin lokomotivlərdə tətbiqini “Alstom” (“Traxx” platformasında), “Stadler” (“SBB Cargo” üçün seçim) və Rumıniyanın “Softronic” şirkəti elan edib.
“STADLER” “RAILJET” ÜÇÜN İLK İKİ
MƏRTƏBƏLİ QATARI TƏQDİM ETDİ
İsveçrənin “Stadler” şirkəti Avropada uzaq məsafəli “Railjet” sərnişindaşıma xidməti üçün ilk iki mərtəbəli qatarını təqdim edib.
KISS ailəsinə aid altı vaqonlu qatar İsveçrənin Sankt-Marqreten şəhərindəki zavodda nümayiş etdirilib. Bu tip ilk qatarların Avstriya daxili marşrutlarda 2026-cı ilin ortalarında istismara verilməsi planlaşdırılır.
Qatarın maksimum sürəti 200 km-saatdır. Salon daxilində birinci və ikinci sinif üçün nəzərdə tutulmuş 480 oturacaq yeri, 8 sanitar qovşaq, qida qəbulu üçün zonalar, velosiped və əlil arabaları üçün xüsusi sahələr mövcuddur.
Təxminən 3 milyard avro dəyərində olan çərçivə müqaviləsi 2022-ci ilin fevralında Avstriyanın milli
daşıyıcısı ÖBB və “Stadler” arasında imzalanıb. Daha sonra 2023-cü ilin yayında bu müqaviləyə ikinci seçim olaraq “Railjet” xidməti üçün 14 və “Cityjet” regional daşıma xidməti üçün 21 qatar sifariş edilib. “Cityjet” üçün ilk qatar “InnoTrans 2024” sərgisində nümayiş etdirilib. Ümumilikdə daşıyıcı 2027-ci ilin yayına qədər 76 qatar əldə etməyi planlaşdırır.
RUMINİYADA “ALSTOM” QATARI İSTİSMAR PROBLEMLƏRİ
YAŞAYIR
Rumıniyada ilk “Alstom” elektrik qatarı istismar problemləri ilə üzləşib.
“Coradia Stream” seriyasına aid ilk qatar 2023-cü ilin noyabrında Buxarest–Braşov marşrutunda sərnişin daşımağa başlayıb. Lakin istifadəyə verilməsindən cəmi bir gün sonra bort kompüter sistemində yaranan nasazlıq səbəbindən qatar istismardan çıxarılıb.
Problemlər hələ də tam həll olunmayıb. Hazırda qatar gündə iki dəfə hərəkət etməli
olduğu halda marşrut üzrə cəmi bir dəfə hərəkət edir, sonra nasazlıqların aradan qaldırılması üçün depoya qaytarılır.
Bundan əlavə, Fransanın “Alstom” şirkəti tədarük cədvəlini pozur. İlk 12 qatarın 2024-cü ilin fevralına qədər çatdırılması planlaşdırılsa da, bu günə qədər cəmi 3 qatar tədarük edilib.
Yaxın zamanda istehsalçı bütün parkın çatdırılma müddətini 2025-ci ilin sonuna qədər uzatmaq barədə razılığa
gəlib. Rumıniya daşıyıcısı artıq 6 milyon avro məbləğində ziyana düşdüyünü bildirir və bu vəsaiti məhkəmə yolu ilə geri almağı planlaşdırır.
Xatırladaq ki, Rumıniyada “Alstom” bu müqaviləni məhkəmə iddiası nəticəsində əldə edib. Əslində, 37 qatar üçün ilkin sifariş yerli “Astra Vagoane” və Çinin CRRC korporasiyasına verilmişdi. CRRC Rumıniya üçün xüsusi bir qatar modeli də hazırlamışdı.
İTALİYADA YEGANƏ YÜKSƏKSÜRƏTLİ
YÜK QATARI İSTİSMARDAN ÇIXARILDI
İtaliyada yeganə yüksəksürətli yük qatarı istismardan çıxarılıb.
Modernləşdirilmiş “ETR 500 Mercitalia Fast” elektrovozu 2018–2022-ci illər arasında Kazerta–Bolonya terminal marşrutu üzrə hərəkət edirdi. Təxminən 600 km uzunluğundakı marşrutu 3,5 saat ərzində qət edərək maksimum 250 kmsaat (konstruksiya sürəti 300 km-saat) sürət yığırdı. Qatar kiçik ölçülü yüklərin
daşınması üçün yenidən təchiz edilmiş 2 baş dartıcı vaqondan və 12 aralıq yük vaqonundan ibarət idi. Lakin layihə tənqidlərə məruz qalmışdı, çünki əsas müştərisi yalnız “Amazon” idi.
2022-ci ilin noyabrından etibarən qatar aralıq vaqonların istismar müddətinin başa çatması səbəbindən depoya göndərilmişdi. Onların yenidən sərnişin vaqonlarına çevrilməsi qeyri-səmərəli
hesab edilib.
Sürətli yük qatarları 2015-ci ilə qədər Fransada da fəaliyyət göstərirdi. 2020-ci ildə isə Çinin CRRC korporasiyası oxşar qatarı təqdim etsə də, bu layihə ilə bağlı ətraflı məlumat verilməyib. Yüksəksürətli yük qatarlarının istifadəyə verilməsi Rusiyada da nəzərdən keçirilir, lakin bu, VSM (yüksək sürətli magistral) inkişafının sonrakı mərhələlərində mümkündür.
DAHA BİR TARİXİ ZAVOD BAĞLANIR
ABŞ-nin “Wabtec” holdinqi ilin sonuna qədər Donkasterdəki müəssisəni bağlamağı və Britaniyanın texniki xidmət bazarından çıxmağı planlaşdırır.
Şirkət əsas diqqətini komplekt hissələrin istehsalına
yönəldəcək. “Wabtec”dən “Rail Business UK” nəşrinə verilən açıqlamada bu qərarın iqtisadi amillərlə əlaqəli olduğu bildirilib.
Eyni zamanda, “Wabtec” istehsal gücünü başqa bir müəssisəyə köçürməyi və 300 nəfərlik işçi heyətinin yenidən təşkilini nəzərdən keçirir. Şirkət Böyük
Britaniyada Kilmarnok və
Derbi yaxınlığında yerləşən zavodlara, həmçinin bir neçə xidmət mərkəzinə sahibdir.
Qeyd edək ki, 1853-cü ildə əsası qoyulmuş Donkaster zavodu iri lokomotiv istehsalçısı kimi tanınırdı. Burada dünyada sürət rekordları qıran “Uçan Şotlandiyalı” və “Mallard” buxar lokomotivləri istehsal edilmişdi. Ümumilikdə zavodda 12,2 mindən çox lokomotiv istehsal olunub və təmir edilib. Son illərdə müəssisə əsasən təmir sahəsində fəaliyyət göstərirdi.
Bundan əvvəl “Wabtec” ABŞ-də yerləşən və şirkətin tarixində mühüm rol oynayan “Westinghouse” zavodunu bağlamış və satmışdı.
ÇİN
ÇUNTSİN
VƏ ƏFQANISTAN
ARASINDA BİRBAŞA
DƏMİRYOL ƏLAQƏSİ
AÇIB
Fevralın 10-da Çinin Çuntsin şəhərindən Özbəkistan–Əfqanıstan sərhədinə yaxın Hayraton şəhərinə doğru 55 ədəd 40 futluq konteynerlərlə yüklənmiş qatar yola düşüb.
Bu marşrut Qazaxıstan və Özbəkistandan keçir və gözlənilən səfər müddəti
12-15 gün təşkil edir.
Bu, yeni birbaşa yük dəmiryol marşrutunun açılışını ifadə edir. Son illərdə Çuntsin özünü böyük nəqliyyat qovşağına çevirməyə çalışır: buradan Çin, Mərkəzi Asiya və Avropa istiqamətinə gedən yük qatarlarının sayı artır və daşınan yüklərin həcmi yüksəlir.
Ekspertlər qeyd edir ki, Çinin Əfqanıstanla əlaqələrində əsas məqsədlərindən biri bu ölkədə iqtisadi təsirini artırmaqdır. Bu strategiya bir neçə istiqamətdə, o
cümlədən faydalı qazıntıların hasilatı, ticarət və nəqliyyat sahələrində həyata keçirilir.
Belə ki, 2025-ci ilin yanvarından etibarən Çin Əfqanıstan məhsullarının böyük hissəsi üçün gömrük rüsumlarını ləğv edib. Bundan əlavə, Amudərya neft-qaz hövzəsinin işlənməsi və Mes Aynak mis yatağında hasilat işlərinə hazırlıq gedir. Həmçinin Çini Əfqanıstanla birləşdirən Vahan dəhlizinin inkişafı ilə bağlı müzakirələr aparılır.
FİNLANDİYA
ŞİRKƏTİ
“ALSTOM” QATARINI İSVEÇ ÜÇÜN
MODERNLƏŞDİRİB
Finlandiyanın “VR FleetCare” şirkəti (“VR Group” daşıyıcısının tərkibinə daxildir) “Alstom”un ilk elektrik qatarını İsveçdə istismar edilməsi üçün modernləşdirib.
Üç vaqonlu, iki mərtəbəli X40
seriyalı “Coradia Duplex” qatarı fevralın əvvəlindən etibarən Stokholm–Vesteros xətti üzrə hərəkət edir. Bu modelin qatarları 2004–2008-ci illər arasında “Alstom” tərəfindən tədarük edilib və istismar sürəti 200 km-saat nəzərdə tutulub. Modernləşdirmə bu qatarların xidmət müddətini 15 il
CRRC BRAZİLİYADA MÜƏSSİSƏ AÇIR
Çinin CRRC korporasiyası Braziliyada istehsalat müəssisəsi açmağı planlaşdırır.
Potensial yerlərdən biri kimi Ararakuarada yerləşən, iflas etmiş IESA zavodu nəzərdən keçirilir. Yekun qərarın yaxın aylarda qəbul edilməsi gözlənilir. 2024-cü ildə bu layihəyə 1 milyard dollar həcmində investisiya qoyula biləcəyi bildirilmişdi.
İlin əvvəlində CRRC San-Paulu metrosu üçün 44 qatarın
tədarükü üzrə tenderi qazandı. Müqavilə şərtlərinə əsasən, bu qatarların montajı San-Paulu ştatı ərazisində aparılmalıdır. Bundan əlavə, digər müqavilələr çərçivəsində Çin istehsalçısı SanPaulu–Kampinas xətti üçün 15 şəhərlərarası və 7 şəhərətrafı qatar, Belo-Orizonti metrosu üçün 24 qatar və “Vale” mədən şirkəti üçün sərnişin vaqonları istehsal etməlidir. CRRC əvvəllər də Braziliya daşıyıcıları üçün lokomotiv və elektrik qatarları istehsal edib.
Hazırda Braziliyada istehsalat müəssisələri yerli “Marcopolo”, eləcə də “Alstom”, “Wabtec”,
uzatmağa imkan verir. Görülən işlər çərçivəsində qatarın interyeri və eksteryeri tam yenilənib, sanitar qovşaqlar təmir edilib. Sərnişin salonunda velosiped üçün yerlər əlavə olunub, yeni işıqlandırma sistemi quraşdırılıb və mobil siqnalları daha yaxşı keçirən pəncərələr qoyulub.
27 qatarın modernləşdirilməsi üçün 35 milyon avro dəyərində müqavilə (bir qatar üçün təxminən 1,3 milyon avro) “VR FleetCare” ilə 2023-cü ilin aprelində imzalanıb. İşlər Oulu və Pieksyamyaki zavodlarında aparılır.
İsveçin milli daşıyıcısı “SJ” 2028-ci ilin yanvarına qədər bütün modernləşdirilmiş parkı əldə etməyi planlaşdırır.
CAF, “Hyundai Rotem” və “Progress Rail” şirkətləri tərəfindən idarə olunur.
“MİREO”
AKKUMULYATOR
QATARLARININ İLK İXRACI
“Siemens Mobility”
Danimarkaya ilk kontakt-akkumulyator qatarlarını təhvil verib.
İki vaqonlu “Mireo Plus B” qatarlarının ilk ikisi Lemviq deposuna çatdırılıb. Sınaq və sertifikatlaşdırma mərhələlərindən sonra onların yayın sonlarından etibarən ölkənin qərbindəki az yüklənmiş dəmiryol xəttində sərnişin daşıyacağı gözlənilir.
Yeni qatarlar üçün son dayanacaqlarda və depoda 5 ədəd enerji doldurma stansiyası quraşdırılacaq (kontakt şəbəkə altında işləməsi planlaşdırılmır), həmçinin dəmir yolları yenidən qurulacaq və ox yükü 17,4 tondan 22,5 tona qədər artırılacaq. “Mireo Plus B” qatarlarının 120 oturacaq yeri var və maksimum 140 km-saat sürət üçün nəzərdə tutulub. Ehtiyat hərəkət məsafəsi 80 km təşkil edir.
ALMANİYADA İRİ TENDER
Almaniyada 400-ə qədər elektrik qatarının tədarükü üçün iri tender elan edilib.
“DB Regio” (“Deutsche Bahn”ın tərkibinə daxildir)
Xatırladaq ki, 2022-ci ildə Danimarkanın regional daşıyıcısı “Midtjyske Jernbaner” Almaniya şirkətindən 7 qatar sifariş edib. Onlar 1980-ci illərdə “Duewag” və yerli “Scandia” tərəfindən istehsal edilən “Lynette” (Y tipli) dizel qatarlarını əvəz edəcək. Bütün qatarların bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, “Mireo” akkumulyator qatarları üçün
ilk və hələlik yeganə ixrac sifarişidir.
sərnişin daşıyıcısı müvafiq sifarişi elan edib. Əlavə xidmətlər olmadan potensial sifarişin dəyəri 4-5 milyard avroya çata bilər.
Texniki sənədlərin tələblərinə əsasən, uzunluğu 68,3 m-dən çox olmayacaq qatarların
maksimal sürəti 160 km-saat, sərnişin tutumu isə təxminən 600 nəfər olmalıdır. Hərəkət vasitələri hazırda Almaniyanın bir sıra regionlarında fəaliyyət göstərən 423 və 430-cu sinif dörd vaqonlu qatarlar əsasında hazırlanmalıdır. Ümumilikdə “DB Regio”
2026-cı ilin aprelindən 2034-cü ilin martına qədər qüvvədə olacaq üç çərçivə sazişi bağlamağı planlaşdırır.
Sənədlər həmçinin texniki xidmət və ehtiyat hissələrinin tədarükünü əhatə edəcək.
Hərəkət tərkibləri əvvəlcə Reyn-Mayn regionu, Ştutqart və Münhendə “S-Bahn” şəhər dəmiryol sistemlərinə təhvil veriləcək.
İSPANİYA
MƏRAKEŞ ÜÇÜN 40
ELEKTRİK QATARI
HAZIRLAYACAQ
İspaniyanın CAF şirkəti Mərakeşə 40 elektrik qatarının tədarükü üçün müqavilə aldığını təsdiqləyib və detalları açıqlayıb.
İspaniya istehsalçısının rəsmi açıqlamasına görə, ONCF (Mərakeşin milli daşıyıcısı) ilə bağlanmış müqavilə 30 qatarlıq əsas sifarişi və 10 qatarlıq seçimi ehtiva edir.
Sifarişin dəyəri təxminən 600 milyon avro təşkil edir. Bu vəsait İspaniyanın dövlət fondu tərəfindən dəstəklənəcək.
Tədarük ediləcək qatarlar 500-dən çox sərnişin tutumuna malik olacaq və istismar sürəti maksimum 200 km-saat nəzərdə tutulub.
Bu qatarlar Fəs–Mərrakeş və Kenitra–Fəs xətlərində hərəkət edəcək.
AZƏRBAYCAN DƏMİR YOLLARININ
BEYNƏLXALQ XƏTLƏRƏ ÇIXIŞI
Tiflis–Bakı dəmir yolunun inşasına 1879-cu ilin dekabrında bu yolun tikintisi ilə bağlı təşkil edillmiş xüsusi komissiyanın seçdiyi layihə əsasında başlanıb.
3,5 il müddətinə uzunluğu 550 km olan yol inşa edilib. Yolda 3 iri, 10 kiçik stansiya, 15 iri körpü, 2 tunel, 48,58 verst (51,5 km) ehtiyat və ikinci yollar tikilmişdi.
1883-cü il mayın 8-də Bakı–Yelizavetpol (Gəncə)–
Tiflis magistral dəmir yolu işə salındı. Dəmir yolunun inşası “Zaqafqaziya Dəmir Yolu” Səhmdar Cəmiyyəti (ZDY) tərəfindən maliyyələşdirilib, açılışdan sonra yol həmin Cəmiyyət tərəfindən idarə olunub.
Tiflis dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı.
Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan
Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi.
Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi. ZDY daşınmalarında ən böyük gəliri neft və neft məhsullarının daşınması gətirirdi. Bu sahənin texniki baxımdan yenilənməsinə, vaqonsisternlərin alınmasına, stansiyaların neftin sisternlərə doldurulması üçün ən müasir texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirilirdi.
İlk peşəkar azərbaycanlı dağ-mədən mühəndisi
Neftin dəmir yolu ilə daşınması üzrə yaradılmış xüsusi komitədə tanınmış azərbaycanlı mühəndis Fərrux bəy Vəzirovun fəaliyyəti əvəzsizdir.
F.Vəzirov 1861-ci ildə Şuşada, tanınmış zadəgan nəslindən olan ailədə anadan olub. 1881-ci ildə Bakı real məktəbini bitirən Fərrux bəy Peterburq Dağ İnstitutuna qəbul olunub. 1886-cı ildə institutu bitirən Fərrux bəy ilk peşəkar azərbaycanlı dağ-mədən mühəndisi sayılır. 1887-ci ildən dövlət qulluğunda çalışan Fərrux bəy həmçinin neftin dəmir yolu ilə daşınmasına cavabdeh olan dəmiryol komitəsinin daimi üzvü idi.
Artıq XIX əsrin 90-cı illərinin ortalarında Azərbaycan neftinin üçdəbir hissəsi Bakı–Tiflis dəmir yolu vasitəsilə daşınırdı. Bakıdan Londona 1 pud neftin çatdırılması cəmi 72,4 qəpiyə başa gəlirdi.
1877–1894-cü illərdə neft daşınmalarının həcmi 50 dəfə artdı. Bakının neft zavodlarında istehsal olunan ağ neft də, əsasən, dəmir yolları ilə daşınırdı: 1900–1903-cü illərdə
Azərbaycandan göndərilən 516,8 mln. pud ağ neft in 507,8 mln. pudu dəmir yolu ilə aparılıb.
1880-ci ildə Bakıda ilk depo inşa olundu. Bakı–Tiflis xətt i üzərində Azərbaycan ərazisində 4 depo inşa olundu, onlardan Biləcəri deposu təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın ən böyük deposu idi.
Bakı–Tiflis xətti açılan kimi dəmir yolunda yükdaşımaların həcmi artdı. Artıq 1890-cı ildə Bakı stansiyasından 50 mln. pud, Azərbaycanın digər stansiyalarından isə 21 mln. pud yük göndərilmişdi.
Bakı–Tiflis xətti açıldıqdan sonra ZDY-nin mənfəəti kəskin surətdə artıb. 1874–1884-cü illərə nisbətən 1884–1894-cü illərdə yolun illik ümumi gəliri 6 dəfə artıb. ZDY ilə 1874-cü
ildə 8 mln. pud yük, 368 min sərnişin daşınmışdısa, 1904cü ildə bu göstərici 292,7 mln. puda və 6 085 754 sərnişinə bərabər idi.
Dəmir yolları ilə təkcə neft deyil, başqa mallar da daşınırdı. 1893-cü ildə
Azərbaycandan göndərilən pambığın 98%-i, düyünün 94,5%-i dəmir yolları ilə daşınıb. 1883–1900-cü illərdə Rusiya dəmiryol stansiyalarında yük dövriyyəsi 3 dəfə artdığı halda Bakı–Tiflis dəmir yolunda 8 dəfə artıb.
Görkəmli maarifçi, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi (1837–1907)
Azərbaycan iqtisadiyyatına güclü təsir etmiş amilləri sadalayarkən birinci yerdə neft sənayesinin yaranmasını, ikinci yerdə Bakı–Tiflis dəmir yolunun inşasını göstərib.
Bakı–Dərbəd dəmir yolu
1896-cı ildə Petrovsk–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin iqtisadi izahında xüsusi qeyd olunurdu ki, Bakı mallarının Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyükdür. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk dəmir yolu inşa olundu. Bununla da Azərbaycan ərazisindəki dəmir yolu Rusiyanın mərkəzi
vilayətlərinin dəmir yolu ilə birləşdirildi.
Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud neft, 1901-ci ildə isə 51,6 mln. pud neft aparılıb.
1908-ci ildə Uluxanlı–Şərur–
Culfa xətti inşa olunub, sonra isə bu xətt Tiflis–Aleksandropol–İrəvan xətti ilə birləşdirilib. Nəticədə dəmir yolu Azərbaycanın qərb torpaqlarını da əhatə edib.
Uluxanlı–Culfa dəmir yolu İrana yüklərin daşınmasında vacib rol oynayırdı. Artıq 1908-ci ildə Culfa stansiyası 1 509 610 pud yük qəbul etmişdi (onlardan 237 555 pudu ağ neft idi).
Vağzallar və stansiyaların layihələri 1881-ci ildə Peterburqda tərtib olunub. Bakı, Gəncə və Hacıqabul kimi stansiyaların vağzal binaları üçün ayrıca layihələr hazırlanıb. Kiçik stansiyalar üçün eynitipli vağzal binaları layihələndirilmişdi. Yerli tikinti materiallarının istifadəsi, milli memarlıq prinsipləri əsasında inşa olunması nəticəsində Azərbaycan vağzalları “klassik vağzal” görünüşündən fərqlənirdi, burada Avropa vağzallarına xas olan hündür tavanlar, geniş daxili interyerlər yox idi. Bakı, Gəncə, Hacıqabul, Naxçıvan, Culfa, Xaçmaz, Dərbənd vağzallarının binaları öz memarlıq xüsusiyyətləri ilə seçilirdi. Bakı vağzalı I sinif, Gəncə və Hacıqabul II sinif vağzallarına aid edilirdi.
Bayıl buxtasında neft mədənində dəmir yolunun çəkilməsi - 1935-ci il