ADY NEWS - July 2023

Page 1

ADY NEWS

Aylıq bülleten | №7 • iyul

2023

Şərqlə Qərbi, Şimalla Cənubu qovuşdururuq

Rahatlığı yaşadırıq

azerbaycandemiryollari
“ADY NEWS” -
“Azərbaycan Dəmir Yolları” QSC-nin aylıq xəbər toplusudur.
Bakı Dəmiryol Vağzalının VİP zalı

MÜNDƏRİCAT

AYIN ÖNƏMLİ HADİSƏSİ

4

İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib

ƏSAS

6

8

XƏBƏRLƏR

ADY-də struktur islahatları aparıldı

ADY media müsabiqəsinin qaliblərini mükafatlandırdı

ŞƏRQLƏ QƏRBİ, ŞİMALLA

CƏNUBU QOVUŞDURURUQ

14 Azərbaycan dəmir yolları ilə konteyner daşımalarında 45 %-lik artım qeydə alınıb

RAHATLIĞI YAŞADIRIQ

17 İyul ayı üzrə sərnişindaşımanın statistikası

19 Amerikalı turistin qatarda bir günü

21 Qovlar stansiyasına dayanacaq verildi

İNFRASTRUKTUR

24 İmişli lokomotiv deposunun yolları yenilənir

25 Yeni Suraxanı-Hövsan mənzili əsaslı təmir edilir

TƏHLÜKƏSİZLİK

26 Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə cərimələr artırılıb

KORPORATİV

30 Şəhid dəmiryolçuların və qazilərin ailələri yüksək diqqət və qayğı ilə əhatə olunurlar

31 Dəmiryolçu Mehrac Baxşıyevanı tanıyaq

4 9 21 29 19

Prezident

İlham Əliyevin sədrliyi ilə bu ilin

6 ayının sosial-iqtisadi yekunlarına həsr

olunmuş müşavirə keçirilib.

“Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu, demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik.

Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi, məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə,

həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir.

Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir”.

4
AYIN ÖNƏMLİ HADİSƏSİ

14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin

Azərbaycana rəhbərlik etdiyi böyük bir

dövrün başlanğıcıdır. Onun rəhbərliyi ilə 1969-1982-ci illərdə dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklər baş verdi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturunun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xətlərinin çəkilməsində əsaslı inkişaf baş verdi.

ADY-də struktur islahatları aparıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni dövrə qədəm qoyur ‒ korporativ mədəniyyəti, dəyərləri və əməliyyatları əsaslı şəkildə dəyişir və yeniləyir.

Azərbaycanın beynəlxalq tranzit əməliyyatlarındakı rolu günbəgün artmaqdadır, ölkəmizdən keçən ŞərqQərb və Şimal-Cənub dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin qlobal strateji əhəmiyyəti dəfələrlə artıb. Bu dəhlizlərin Azərbaycan ərazisindən keçməsi ölkəyə xüsusi üstünlük qazandırır, ADY-nin yük daşımalarında uğurlu fəaliyyəti ölkəmizin siyasi, iqtisadi və sənaye mənzərəsinin daha da yaxşılaşdırılmasında böyük rol oynayır.

Lakin bu hədəfə çatmaq üçün qarşımızda bir sıra vacib çağırışlar var. Bu çağırışlar ilk növbədə tranzit yükdaşımalarda müşahidə edilən

ƏSAS XƏBƏRLƏR 6

güclü rəqabətlə bağlıdır. Belə ki, hazırkı qlobal dəyişikliklər fonunda müxtəlif tranzit dəhlizləri, habelə bu dəhlizlərin təşəbbüskarı olan ölkələr, təşkilatlar və operatorlar arasında güclü rəqabət mövcuddur. Hər bir iştirakçı onları digərlərindən fərqləndirən unikal tərəfləri və üstünlüklərindən istifadə edərək rəqabətdə önə keçməyə çalışır.

ADY qlobal və regional nəqliyyat və logistika zəncirinin bir hissəsi kimi bu rəqabətə davam gətirmək, həm özünün, həm ölkəmizin mövqelərini daha da yaxşılaşdırmaq məqsədilə rəqabətqabiliyyətliliyini artırmalıdır. Bunun üçün ADY gəlirliliyi, idarəetmənin effektivliyini, şəffaflığı və çevikliyini artırmalı, resurslardan istifadəni optimallaşdırmalı: bir sözlə, davranış modelləri üzrə innovasiya və yeni texnologiyaları tətbiq etməlidir.

ADY logistika və ticarətin inkişafının yeni çağırışlarına cavab vermək üçün dəyişir və optimizasiya bunun əsas təkanverici mərhələlərindən biridir.

Optimizasiya prosesinin əsas istiqamətlərindən biri səmərəliliyin artırılmasıdır. ADY ilk növbədə yükdaşımalar sahəsində səmərəliliyi artırmaq üçün dəhlizlər üzrə darboğazların genişləndirilməsi, tarif siyasətinin təkmilləşdirilməsi, hərəkət tərkibi parkının yenilənməsi və yeni biznes müştərilərin cəlb olunması istiqamətində ciddi iş aparır.

Sərnişindaşımada isə xüsusilə xidmətyönümlü fəaliyyətə və müştəri məmnuniyyətinin təmin

edilməsinə fokuslanaraq, kommersiya yanaşmasının təkmilləşdirilməsi, müasir qatarların alınması, yeni marşrutların açılması və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı bir sıra layihələr üzərində çalışırıq.

ADY korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi çərçivəsində isə şəffaf və səmərəli idarəetmə, rəhbər və əməkdaşların davranış modellərinin dəyişdirilməsi, rəqəmsallaşma və ətraf mühitin qorunması kimi tədbirlərlə korporativ strukturu yeniləyir, modernizasiya edir.

Xüsusilə işçilərin iş şəraitinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində son 6 ayda əməyin ödənilmə dərəcələri üzrə vəzifə maaşlarında artım edilib. Orta aylıq əməkhaqqı 2022-ci ildə 756 manat təşkil edirdisə, bu il 31% artaraq 990 manat olub. Əməkhaqları əvvəlki illərlə müqayisədə 10-15 gün daha tez ödənilir. Əməkdaşların səriştələrinin artırılması üçün təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

ADY hazırda korporativ mühitini dəyişir, işgüzar davranış modelini yeniləyir. Gördüyü işə sahib çıxmaq, laqeyd olmamaq, vəzifə öhdəliyini məsuliyyətlə və dürüstlüklə icra etmək, biliklərini və səriştələrini daim təkmilləşdirmək, nəticəyönümlü və təşəbbüskar olmaq, təəssübkeş vətəndaş kimi ətraf mühiti, torpağı və suyu milli sərvəti bilmək və qorumaq - bütün bunlar ADY əməkdaşlarına yaraşan cəhətlərdir.

7

ADY Ulu Öndər Heydər Əliyevin 100 illik

yubileyinə həsr edilmiş media müsabiqəsinin qaliblərini mükafatlandırdı

İyulun 19-da “Azərbaycan Dəmir Yolları”

QSC və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş media müsabiqəsinin 39 qalibi təltif olunub.

Tədbirdə ADY sədri Rövşən Rüstəmov media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

O həmçinin Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Müsabiqəyə 1 iyun-15 iyul 2023-cü il müddətində 53 kütləvi informasiya vasitəsindən 77 iş təqdim olunub.

Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

MEDİA MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ

“Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli”

istiqaməti üzrə qaliblər

Rövşən Əliyev

AZTV

Mehman Rəsulov

Real TV

Emin Səfərov

“Qafqazinfo.az” saytı

ƏSAS XƏBƏRLƏR 8

“Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında”

istiqaməti üzrə qaliblər

Nigar Rəhimova

CBC telekanalı

Vaqif Bayramov

“Xalq” qəzeti

Rövşən Tahirov

ATV telekanalı

“Sibirin və Uzaq Şərqin böyük kəşfi ‒ Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi”

istiqaməti üzrə qaliblər

Müsəllim Həsənov

“525-ci qəzet”

Səriyyə Cəfərova

“Təzadlar” qəzeti

Məhsəti Ağayeva

“Aran” qəzeti

9

Azərbaycan dəmir yollarında

dayanıqlı inkişaf

Son illər dünyada dayanıqlı inkişaf mövzusu getdikcə daha

çox əhəmiyyət kəsb edir və Azərbaycan dəmir yolları

olaraq bu sahədə qoyulan hədəflərə nail olmaq əsas prioritetlərimizdəndir.

Bəs dəmir yollarında dayanıqlı inkişaf nədir?

10

Ətraf mühitə təsiri:

Dəmir yolları sənayesində dayanıqlılığın ilkin əlaməti ətraf mühitə zərərli təsirləri azaltmaqdır. Digər nəqliyyat növləri ilə müqayisədə ekoloji cəhətdən təmiz sayılan dəmir yolu nəqliyyatı yük və sərnişindaşımada daha az karbon qazı emissiyası yaradır. Bununla da, Azərbaycan dəmir yolları fəaliyyəti çərçivəsində ətraf mühitə öz töhfəsini verir.

Enerji səmərəliliyi:

Dəmir yolu infrastrukturunda dayanıqlılığın digər vacib göstəricisi enerji səmərəliliyinin inkişaf etdirilməsidir. Enerji resurslarının istifadəsinin optimallaşdırılması, tullantıların azaldılması və innovativ texnologiyaların tətbiqi kimi məsələlər bu sahəyə öz töhfəsini verir. Regenerativ əyləclər, enerjiyə qənaət edən lokomotivlər və nəqliyyatın intellektual idarəetmə sistemlərinin təkmilləşdirilməsi enerji istehlakını azaldır.

Sosial məsuliyyət:

Dayanıqlı inkişaf özündə sosial məsuliyyəti də ehtiva etməklə əməkdaşlar və sərnişinlərin təhlükəsizliyi və rifahı, yerli icmalarla iş və əməkdaşlığın qurulması, eləcə də iqtisadi inkişafın dəstəklənməsi kimi məsələləri əhatə edir. İşçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, fərqlilik və inklüzivliyin təşviqi, cəmiyyətin həssas qrupları üçün yardımların təşkili və s. kimi vasitələr Azərbaycan dəmir yollarını sosialməsuliyyətli və dayanıqlı təşkilat nümunəsinə çevirə bilər.

İqtisadi səmərəlilik:

Dayanıqlı dəmir yolu sənayesi uzunmüddətli perspektivdə iqtisadi cəhətdən də səmərəli olmalıdır. İnfrastruktura rasional sərmayələr yatırmaq, daha innovativ beynəlxalq təcrübələri tətbiq etmək və yeni gəlir mənbələrini araşdırmaqla Azərbaycan dəmir yolları öz maliyyə stabilliyini təmin edə və gələcək nəsillər üçün daha səmərəli xidmət göstərə bilər.

11

Şərqlə Qərbi, Şimalla Cənubu qovuşdururuq

TRANZİT QOVŞAĞI - YÜKDAŞIMA

Azərbaycan dəmir yolları tranzit və yükdaşımalar sahəsində mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısıdır, tarixi İpək Yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa, Fars körfəzi ilə Avrasiya ölkələri arasında tranzit yük daşımalarının həcminin artırılmasında əhəmiyyətli rol oynayır.

Bu ilin 6 ayı ərzində konteyner

daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 45% artım qeydə alınıb

2023-cü ilin ilk yarımilində Azərbaycan dəmir yolları ilə ümumilikdə 55 130 TEU 1 konteyner daşınıb. Belə ki, daşımada 21 053 TEU tranzit, 16 729 TEU ixrac, 17 348 TEU isə idxal yüklərinin payına düşüb.

Daşınan yüklər qida sənayesi (quş əti, mərci və s.), əlvan metallurgiya, kimya sənayesi, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri və digər məhsullardan ibarət olub.

Marşrutlar üzə yükdaşımalar:

• Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (11 194 TEU yük)

• Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutu ilə (19 550 TEU yük)

• Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə (31 622 TEU yük)

Qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə daşınmış konteynerlərin sayı 38 031 TEU olub.

TEU 1 - 20 futluq ekvivalentdə 1 konteyner (Twenty-Foot Equivalent Unit)

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə ümumilikdə

55,130 TEU

konteyner daşınıb.

İdxal İxrac Tranzit

17,35 TEU

16,73 TEU 21,05 TEU

YÜKDAŞIMA
14

11 iyul Ümumdünya

Şokolad Günüdür

Bu ilin 6 ayı ərzində

Azərbaycan dəmir yolları

ilə 200 konteynerdən çox şokolad daşınıb. Yüklərin

ümumi çəkisi isə 3000 tondan çox olub. Bu konteynerlərlə Avropada, Türkiyədə, hətta uzaq

ABŞ-də istehsal olunan şokolad məmulatları Azərbaycandan tranzitlə keçərək Orta Asiya

ölkələrinə göndərilib.

Rahatlığı yaşadırıq

İyul ayı ərzində

şəhərətrafı və ölkədaxili marşrutlarla daşınmış sərnişinlərin statistikası

473 203 s ərnişin

Abşeron dairəvi dəmir yolu xətti

28 818 s ərnişin

Bakı-Ağstafa-Bakı marşrutu

4 198 s ərnişin

Bakı-Qəbələ-Bakı marşrutu

1880-ci ildən bu günə kimi sərnişinlərin daşınması ilə xidmətin izdəyik. Hazırda Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürətli qatarlarımız sizin təhlükəsiz və komfortlu səyahətinizi əlçatan edir.

15

Turizm agentlikləri sürətli

qatarlarla səyahətə çağırış edir:

İlk marşrut

“Summer Tour” Bakı-Qəbələ-Bakı istiqamətində sürətli qatarla turlara start verir.

12 avqust tarixindən etibarən tur-operatorun təşkilatçılığı ilə 2 gün 1 gecə nəzərdə tutulmuş proqrama daxildir:

Bilet almağa tələsin!

ADY ilə səyahətinizi maraqlı edin!

SƏRNİŞİNDAŞIMA
4

Kaliforniyalı turistin

Bakı-Ağstafa

təəssüratları

Dəmir yolu nəqliyyatı dünyanın hər yerində sərnişindaşımada komfortlu və təhlükəsiz nəqliyyat növü hesab edilir. Xüsusilə də əcnəbilər səyahət edərkən qatara daha çox üstünlük

verirlər. Amerikalı turist Nensi Selfricin

müsahibəsini təqdim edirik:

“Mən Kaliforniyanın Monterey şəhərindənəm. 2011-ci ildən dəfələrlə Azərbaycana qonaq gəlmişəm. Xalqınız çox qonaqpərvərdir, çoxlu dostlar qazanmışam və ölkəniz haqqında çox şey öyrənmişəm. Azərbaycanı çox sevirəm.”

- Səfəriniz Gəncəyədir. Nə üçün məhz qatarla səyahət etmək qərarına gəldiniz?

- Mənə yaxın və doğma olan dostlarımla görüşmək üçün Gəncəyə səfər edirəm. Qatarda səyahət olduqca rahat və təhlükəsizdir. Ümumiyyətlə, mən başqa ölkələrə də səfər edərkən qatara üstünlük verirəm. Çünki həmin ölkənin təbiətini, şəhərlərini izləmək və tanımaq imkanım olur.

- Azərbaycan dəmir yolları ilə səyahət necədir?

- Düşünürəm ki, sizin xidmətləriniz olduqca yaxşıdır. Hərəkət cədvəllərinizin intervalları sərfəlidir. Yeri gəlmişkən, ABŞ-də dəmir yolu nəqliyyatı Azərbaycandakı qədər əlverişli deyil.

- Səfərinizdən razı qaldınızmı?

- İnanılmaz idi. Səfərimin hər anından zövq aldım. Sürətli qatarlarınız çox rahatdır, keytrinq xidmətinizdən məmnun qaldım və yol boyunca mütaliə etdim. Bütün əcnəbi dostlarıma da Azərbaycan dəmir yolları ilə səyahət etməyi ürəkdən tövsiyə edirəm.

qatarı ilə səfərindən xoş
19

ADY kartın

üstünlükləri nələrdir?

İyul ayından etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürətli sərnişin qatarlarında kağız biletlərin satışı ləğv edilib. Artıq şəhərətrafı sərnişindaşımada ödənişlər ADY kartları və NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.

Şəhərətrafı sürətli sərnişin qatarlarında

ADY kartdan istifadə etməklə:

- Kağızdan istifadənin azaldılması ilə ətraf mühitin mühafizəsi dəstəklənir;

- Kartın balansını öncədən artırmaq mümkündür;

- İstədiyiniz zaman kartı kassalara geri qaytararaq kartın dəyəri və balansdakı məbləği geri ala bilərsiniz.

“ADY kartından istifadə qaydaları”

youtube.com

SƏRNİŞİNDAŞIMA

Abşeron dairəvi dəmiryol xətti ilə hərəkət edən sürətli sərnişin qatarlarının ekonom vaqonlarında müşahidə olunan sıxlığın azaldılması məqsədilə 1 iyul tarixindən biznes vaqonlar ekonom vaqon tarifi ilə standart sinif kimi xidmət göstərir.

ADY-nin sürətli sərnişin

qatarları artıq Qovlar

stansiyasında da dayanır

İyulun 3-dən Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarı Qovlar stansiyasına sərnişindaşımanı həyata keçirir. Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yer üçün 16 AZN təşkil edir.

Sərnişinlərin həmin stansiyada rahat şəkildə qatara minib-düşmələri üçün platformada dəmir konstruksiyalı pilləkənlər quraşdırılıb.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsi istiqamətində infrastrukturun yenilənməsi işləri aparılır.

Statistika

2023-cü ilin iyul ayı ərzində

Qovlara 1000 sərnişin səfər edib

Şəhərətrafı sərnişin qatarlarında biznes vaqonundan ekonom vaqon kimi istifadəyə başlanıldı
21

Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş

dəmir yolu xətti

1926-cı ilin 6 iyulunda Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xətti istifadəyə verilib. Bu, Azərbaycanda, eləcə də bütün SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti olub. Həmin qatarların ilk sərnişinləri Abşeronun məşhur neft rayonlarında çalışan işçilər idi.

SƏRNİŞİNDAŞIMA 22

youtube.com

“İlk elektrikləşdirilmiş dəmir yolu xəttinin istismara verilməsi”
23

İnfrastruktur layihələri

ADY “Qızılca” yatağından

istifadə hüququ qazanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerin təkindən istifadə ilə bağlı keçirilmiş hərracında

“Azərbaycan Dəmir Yolları” QSC qalib gələrək Göygöl rayonunda yerləşən “Qızılca” tikinti daşı yatağından istismar hüququ qazanıb.

Yataqdan istifadə yol tikintisində dəmir yollarının arasına tökülən çınqıl daşları ilə təminatı daha da asanlaşdıracaq.

Yeni Suraxanı-Hövsan mənzili

əsaslı təmir edilir

Hazırda:

• Yolun 1,1 km hissəsi yenilənib;

• Bu mənzillə illik 290 min ton yük daşınır.

İmişli lokomotiv deposunun yolları və yoldəyişən qurğuları yenilənir

Hazırda:

• 3,6 km yolda təmir aparılıb;

• 25 m-lik və müxtəlif ölçülü relslər yenisi ilə əvəzlənib;

• 3577 ədəd şpal dəyişdirilib;

• Torpaq yatağının bir hissəsi çirklənmədən təmizlənib;

• 1540 kub metr çınqıl torpaq yatağına əlavə olunub.

Təmir işləri 2023-cü ilin sonuna kimi davam etdiriləcək.

24

Prezident İlham Əliyev:

Biz həmin yolun (red. Bakı-Tbilisi-Qars)

təkmilləşdirilməsi işlərinə

artıq bir neçə ay bundan

əvvəl başladıq və nəticədə həmin marşrutla əvvəlcə

nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək.

Bakı-Tbilisi-Qars dəmir yolu

xətti ilə beynəlxalq yüklərin

daşınması beş dəfə artacaq

Orta Dəhliz vasitəsilə yüklərin Avropaya cəmi 12 günə daşınmasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin üstünlüyü böyükdür. Bu marşrut üzrə yükdaşımanın həcminin dəfələrlə artırılması üçün dəmir yolu xəttində təmirbərpa işləri həyata keçirilir.

Xüsusilə çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəsizliyi baxımından təmir-bərpa, yol təsərrüfatının sağlamlaşdırılması işləri uğurla davam etdirilir.

25
ƏVVƏL İNDİ Yeni Suraxanı-Hövsan Bakı-Tibilisi-Qars “Qızılca” yatağı

DİQQƏT

Təhlükəsizlik dəyərimizdir

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə cərimələr artırılıb Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə ediləcək. İlin əvvəlindən bu günə kimi dəmiryol keçidlərində sürücü diqqətsizliyi nəticəsində 12 hadisə baş verib, 3 nəfər həyatını itirib.

ADY-də elektrik və yanğın təhlükəsizliyinin təmin

olunması ilə bağlı təlim

keçirilib

ADY-də fövqəladə hal zamanı elektrik və yanğın təhlükəsizliyinin təmin edilməsi tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi və təxliyə işinin təşkili məqsədilə əməkdaşlara fövqəladə hallarda yerinə yetirməli olduqları işlər və ilk yardım haqqında təlimlər keçirilib.

2023-cü ilin ilk 6 ayında görülən kompleks təhlükəsizlik tədbirləri nəticəsində qorunmayan keçidlərdə baş vermiş ölüm və yaralanma hallarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 35% azalma müşahidə edilib.

DİQQƏT
DİQQƏT 26
DİQQƏT
DİQQƏT DİQQƏT

DİQQƏT

MMC-də yanğın təhlükəsizliyi təlimi keçirilib

MMC-nin müxtəlif strukturlarında çalışan əməkdaşlara yanğın təhlükəsizliyi təlimi çərçivəsində praktiki simulyasiyalar təşkil olunub.

Mülki müdafiə üzrə təlimməşq toplantıları keçirilib

ADY-nin İmişli, Gəncə, Biləcəri, Hacıqabul, Şirvan və Ucar şəhərlərində yerləşən istehsalat sahələrində 9 mülki müdafiə təlimi və məşqi keçirilib:

• İmişli qovşağında rəhbər heyətin mülki müdafiə məşqi;

• Gəncə qovşağında kompleks mülki müdafiə təlimi;

• Biləcəri lokomotiv deposunda xəbərdarlıq toplanış məşqi;

• Gəncə elektrik təchizatı sahəsində obyekt mülki müdafiə məşqi;

• 3 saylı Hacıqabul elektrik təchizatı sahəsində;

• 6 saylı Şirvan elektrik təchizatı sahəsində;

• 7 saylı Ucar elektrik təchizatı sahəsində;

• 4 saylı Hacıqabul işarəvermə və rabitə sahəsində xəbərdarlıq toplanış məşqləri.

XƏBƏRLƏR DİQQƏT
DİQQƏT DİQQƏT DİQQƏT
“Naxçıvan Dəmir Yolları”
27

Seçilmiş tərəfdaşlar

ADY ilə Azərbaycan

Texnologiya Universiteti arasında görüş keçirilib

Rektor əvəzi dosent Yaşar Ömərov ADY-nin İnsan Resursları departamentinin direktoru Ceyhun Nağıyevlə görüşüb.

Görüşdə nəqliyyat mühəndisliyi və logistika ixtisasları üzrə dəmir yolu sahəsi ilə bağlı fənlərin universitetin tədris planına əlavə olunması, ali məktəbdə ADY tədris otağının yaradılması, Yay istehsalat təcrübə proqramının davam etdirilməsi məsələləri müzakirə olunub.

Milli Aviasiya Akademiyasının tələbələri ADY-də təcrübə

keçiblər

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” üzrə təhsil alan 15 tələbə “Azərbaycan Dəmir Yolları” QSC-nin 2 nömrəli Biləcəri işarəvermə və rabitə sahəsində istehsalat təcrübəsi keçiblər.

Tələbələr işarəvermə və rabitə sisteminin iş mexanizmi ilə yaxından tanış olub, rele və işıqforların təmiri prosesini izləyiblər.

28

Əmək bazarında qadınların rolu gücləndirilir

Dünya Bankı Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi “Əmək bazarında daha yaxşı nəticələr əldə etmək üçün qadınların insan kapitalının gücləndirilməsi” adlı layihəyə start verib. Layihə çərçivəsində gender bərabərliyi və qadınların işlə təminatını təşviq etmək məqsədilə ADY-də fokus qruplar arasında görüşlər keçirilir.

Peşə Təhsili üzrə Dövlət

Agentliyi ADY-ni təltif edib

Azərbaycan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi “Dual Peşə Təhsil Proqramı” çərçivəsində ADY-ni dövlət qurumları arasında istehsalat təcrübəsinə ən çox tələbə cəlb edən qurum kimi təşəkkürnamə ilə təltif edib.

29

SOSİAL MƏSULİYYƏT

Şəhid və qazi dəmiryolçu ailələri yüksək diqqət və qayğı ilə əhatə olunurlar

ADY korporativ sosial məsuliyyət çərçivəsində sosial cəhətdən həssas qruplardan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir.

Belə ki, ADY-nin Gəncə şəhərindən olan şəhid əməkdaşı Asif Qocayevin məktəbli övladları

Məryəm və Xədicə yay tətilini səmərəli keçirmək üçün dəmiryolçuların Nabran

qəsəbəsində yerləşən “Lokomotiv” İstirahət Mərkəzində hərtərəfli şəraitlə təmin olunublar. Bundan əlavə, şəhid dəmiryolçu ailələrinin, həmçinin ailə üzvü şəhid olmuş əməkdaşların sosial problemlərinin həlli, işlə təmin olunması və təhsil sahəsindəki ehtiyaclarının qarşılanması istiqamətində də davamlı olaraq işlər görülməkdədir.

ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa vuranədək müavinət ödənilir.

30

Zabrat stansiyasının

növbətçisi Mehrac Baxşıyeva

Əgər

stansiya növbətçisi iş başında olmasa, qatarların qəbulu və yola salınması da mümkün olmaz.

Bu kimi məsul vəzifənin öhdəsindən 49 ildir, Mehrac Baxşıyeva böyük məsuliyyətlə gəlir: “1974-cü ildən dəmir yolları sahəsində çalışıram. Fəaliyyətimə kassir kimi başlayıb, daha sonra stansiya növbətçisi kimi davam etmişəm. Bu sahəyə baş vurandan bəri peşəmi sevmişəm, işimə çox bağlı olmuşam. İndiyə kimi də bu belə davam edir”.

Mehrac xanım həm də şəhid dəmiryolçu Şahin Baxşıyevin anasıdır. Belə ki, o, uzun müddət oğlu ilə birgə dəmir yollarında çalışıb. Birinci Qarabağ müharibəsi başlayanda oğlu ön cəbhəyə yollanıb, cəsarətlə Vətənin müdafiəsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb: “Şəhid anası kimi Azərbaycan dəmir yollarında həmişə mənə diqqət və qayğı ilə yanaşılıb. Həmişə ADY kollektivinin dəstəyini hiss etmişəm”.

Mehrac Baxşıyeva dəmir yollarında çalışan gənc kadrlara da tövsiyə verməyi unutmadı. Deyir ki, bu sahədə uğur qazanmaq üçün peşələrinə böyük sevgi və həvəslə yanaşsınlar.

“Mən dəmiryolçuyam: Mehrac Baxşıyeva”

QR kodu oxudun

31

Kərim Abbasov

Yuxarı Gövhər Ağa məscidi

ADY-nin fotoqrafı Allahkərim Abbasovun

fotosu Şuşa Qlobal Media Forumunda

nümayiş olunub

“Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərində 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib.

Forumda azərbaycanlı fotoqrafların seçilmiş fotoları arasında ADY-nin əməkdaşı İctimaiyyətlə əlaqələr şöbəsinin fotoqrafı Allahkərim Abbasovun çəkdiyi Yuxarı Gövhər Ağa məscidinin fotosu qonaqlara nümayiş etdirilib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb.

Bunu bilmək maraqlıdır

Holland rəssam Rembrandtın adını daşıyan sürətli qatar mövcuddur.

15 iyul dünyaca məşhur holland rəssam Rembrandtın doğum günüdür. Bəs Niderlandda məşhur holland rəssamı Rembrandtın adını daşıyan sürətli qatarın olduğundan xəbəriniz varmı?

Belə ki, bu qatar ilk vaxtlar Niderlanddakı Amsterdamı, Almaniyadakı Münhen və daha sonra İsveçrədəki Çur şəhərlərini birləşdirən sürətli qatar idi. İlk 16 ilində o, Qərbi və Mərkəzi Avropada beynəlxalq birinci dərəcəli dəmir yolu xidməti sayılırdı. (“Trans Europ Express”) 1983-cü ildə Avropada uzaq məsafələrə səfər edən ikisinifli sərnişin qatarı kimi (“InterCity”) xidmət göstərib.

Nəhayət, 1987-ci ildə Avropa şəhərlərarası dəmir yolu şəbəkəsində transsərhəd qatar kimi (EuroCity) istifadə edilib.

34

Bullet Train

“Sürət qatarı” (Bullet Train) ekran işi rejissor Devid Litç tərəfindən 2022-ci ildə absurd komediya janrında çəkilib. Film Kotaro

İsakanın “Mariya Betli” romanının motivləri əsasında ekranlaşdırılıb.

Filmdə məşhur aktyorlar Bred Pitt, Andrey

Koji, Aaron Teylor-Conson, Sandra Bullok yer alıb.

Ritm varsa, həyat var “Qatar” kompozisiyası

Sizə Azərbaycanın ilk ritm bəstəkarı

Natiq Şirinovun bəstələdiyi “Qatar”

kompozisiyasını dinləməyi tövsiyə

edirik. Kompozisiyaya qulaq asarkən hərəkət edən qatarın ritmi sizə nostalji anlar yaşadacaq.

Bu qatardan yalnız bir nəfər xilas olacaq...
QR kodu oxudun 35
“Natiq Ritm qrupu Qatar”

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.