Page 1

1

1


4

14

16 11

8

16 2


Film

Fiction

jurnalın 18-ci sayı

Jurnalın 18-ci sayı Ceyhun Mirzəyevə həsr olunmuşdur. Bu sayında jurnal üçün Şahin Xəlil, Ülkər Qurbanəliyeva, Sabi, Rəna Əliyeva, Amil Məmibəyli yazdı. Jurnalın redaktoru Nuranə Axundzadə, dizayner Tural Əlisoy, tərtibatçı Bəhruz Qaraməmmədovdur. Jurnalın informasiya dəstəkçiləri - kitabxana. net, kinomansan?, cineline.az, tagmag və bütün oxuculara təşəkkürümüzü bildiririk.

4 Ceyhun Mirzəyev

20

Ramilə Qurbanlı

8 Sergey Bodrov

Ülkər Qurbanəliyeva

11 Judi Dench

Sabi

14 Ennio Marricone

Rəna Əliyeva

16 İran kinosuna baxış

Amil Məmibəyli

20 Triyerin qorxuları

4

Şahin Xəlil

11

email: film.fiction@box.az facebook: facebook.com/fiction.magazine


Ceyhun

Mirzəyev B

u təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox sadəcə taledir. İnsan dünyaya gələndə onun həyat yolu artıq cızılmış olur, nə qədər çalışsan da o cığırdan kənara çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vassalam. O, atasının ikinci evliyindən dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, evlən övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi. 17 ildən sonra qadın dünyasını dəyişib, yalnız ondan sonra Cəmil Mirzəyev ikinci dəfə evlənib. Onun anası Marqarita xanım milliyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən - İbrahim Məmmədəliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu. Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin (Orden Boyevoqo Krasnoqo Znameni) ilk daşıyıcısı olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun naminə” filmində tarixi salıblar. Gənc prokurorun yaxasında. Evlənəndə artıq 48 yaşı olan Cəmil Mirzəyev Ceyhun 3 yaşında olarkən ürək çatışmazlığından

4

dünyasını dəyişir. İllərdir övlad həsrətində olan ataya övlad sevincini doyunca yaşamaq qismət olmadığı kimi övlada – Ceyhun Mirzəyevə də ata qismət deyilmiş.

İsmayılın uşaqlığı

Bəli, Ceyhun Mirzəyevdən danışırıq. 1946-cı il aprelin 9-da Bakıda anadan olsa da, əsli Qarabağdan- Ağdamın AbdalGülablı kəndindən olan, bir ömürdə iki tale yaşayan aktyor Ceyhun Mirzəyevdən. Sənət taleyinin birinci dönəmində “Ögey ana”dakı İsmayıl, ikinci dövründə isə “Fəryad”dakı İsmayıl kimi iki əsr insanların yaddaşına yazılan Ceyhun Mirzəyev.


Hələ uşaqkən Azərbaycan Televiziyasında uşaq verilişlərində iştirak edirdi. Onu elə efirdən görüb bəyənən rejissor Həbib İsmayılov “Ögey ana” filmində İsmayıl roluna dəvət etdi. Bu film eyni anda neçə-neçə taleyi özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin özünün yetimliyi, ögey bacısının olması vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın

taleyi filmdə öz əksini tapmışdı. Aktrisanın qaynanası gəlininin aktrisa olmasını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. Bəlkə bu da həyatın təzadıdır ki, Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkib. O qədər çəkib və dözüb ki, bir gün onlara qonaq gələn rejissor, o vaxt kinostudiyaya rəhbərlik edən Ədil İsgəndərov dözməyib və Nəcibə xanımı kimi “Ögey ana”nı elə öz obrazında, qayınanası və həyatı ilə bahəm kino ekranlarına gətirib. Evdən çıxarkən deyib ki, Xanım xala, səndən kino çəkəcəm. Film çox sevildi, xüsusən İsmayıl və onun ögey anası. Görünür, hər iki obrazda onu yaradan aktyorların öz həyatı olması onun təbii alınmasında rol oynadı. Balaca Ceyhun isə kinodan və uşaq verilişlərindən aldığı qonorarla artıq ailəni bacısı və anasını dolandırırdı. “Ögey ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968) “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989), ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır. Ceyhun sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi.

Sevgisindən vaz keçmədi

Bir gün artıq gənc aktyor, rejissor olan Ceyhun Mirzəyev

kino heyəti ilə Moskvaya astrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı, baş ədliyyə müşaviri Lidiya Mirzəyeva danışır: “Onun 18, mənim 17 yaşım vardı: “Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə canlı şəkildə onları Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Birbirimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”. Düz 8 ildən sonar Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var - Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki... Ehtiyacı olan hamıya əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar da olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da

səbəbi kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi. Seymur Mirzəyev əvvəl Moskvadakı “Romen”, sonra Mayakovski, Yermolov teatrlarının icraçı direktoru olmuşdu. Onların arasında nəsə şəxsi problemləri vardı. Ceyhun da bu şəxsi münasibətlərin qurbanına çevrilmişdi,

5


əziyyət çəkirdi. Amma Ceyhun kimi bir insanı incitmək olmazdı axı. Mən ona təskinlik verməyə çalışırdım. Ona qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi. Düzdür, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o, sözün əsl mənasında xalqın artistidir. Xalq onu sevir. O da xalqını çox

sevirdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə miras qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti qarşısında heç nə ummayıb, güdməyib. Bütün filmlərinə canla, ürəklə yanaşıb”. Onun rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Onun ardınca “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmi isə sonuncu filmidir. Elə bil nəyisə duyubmuş kimi “Ögey ana”dakı İsmayıl obrazının sonrakını taleyini gətirib “Fəryad” filmi ilə bağladı. Bu iş də Ceyhun Mirzəyevin aktyor və rejissor kimi axırıncı işi olur. “Fəryad” onun haqsızlıqlara qarşı son fəryadı idi- qu quşunun son nəğməsi kimi.

döyüşlər təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik. Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis təsir etmişdi”. Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik. Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəhmətə getdi. Özü də montajı birlikdə edirdik.

Ceyhun Mirzəyevə qarşı sui-qəsd olub Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub: “Biz ilk olaraq filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. sonra Ceyhunla belə qərara gəldik ki, çəkilişlər soyuq fəsildə aparılmalıdır. Çünki Qarabağ savaşından bəhs edən filmi yayda, otun-çiçəyin arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda

6

Mənsiz eləməzdi. Deyirdi, “sən bütün materialı məndən yaxşı bilirsən...”. Filmin birinci variantı başa çatandan


sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.

İsmayıl böyüdü və…

Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”. Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki

həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək... Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı. Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülüm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi. 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu

maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...” İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad” la beləcə bitdi.

7


8

SEGrey BODROV


S

ergey Bodrov peşəkar aktyor olmasa da, bütöv bir nəslin qəhrəmanına çevrilə bilmişdi. Baş rollarında oynadığı “Qardaş” və onun rejissorluq debütü olan “Bacılar” filmləri dövrünün rəmzlərinə çevrilərək 90-cı illərin kinoestetikasını qabaqlamışdı. Sergey heç vaxt özünü artist hesab etmirdi. Həmişə deyirdi ki, rol onun üçün sənət deyil, əməldir. Eyni zamanda onun, dövrünə təsiri o qədər güclü idi ki, Sergeyi Viktor Tsoy ilə müqayisə edirdilər. Hətta Bodrov ilə musiqi arasında paralellər aparır, onu musiqidəki üç ən sadə, lakin ən təsirli akkord kimi təsvir edirdilər.

döndərdi. Atası daim ona deyirdi ki, kino daxildən gələn bir şeydir, ruh halıdır, ehtirasdır. Özündə kifayət qədər ehtiras hiss etməyən Bodrov MDU-nun tarix fakültəsinə daxil olmaq qərarına gəlir. Burada 19891994-cü illər ərzində incəsənət tarixi üzrə təhsil alır. Onun ixtisası Venesiya intibahı idi. 1991-ci ildən başlayaraq bir neçə il ərzində o, İtaliyada yaşayır. Burada İtaliya incəsənətini tədqiq edir, boş vaxtlarında isə dənizdə xilasedici işləyir. 1998-ci ildə Bodrov dissertasiyasını uğurla müdafiə edərək elmlər namizədi olur.

Uşaqlıq və gənclik illəri

Aktyor karyerası

Sergey Bodrov 1971-ci il dekabrın 27-si rejissor ata Sergey Bodrov və sənətşünas Valentina Nikolayevnanın ailəsində dünyaya gəlmişdi. Məktəb illərində fransız dilini dərindən öyrənən Bodrovu müəllimlər fəal və diribaş uşaq kimi təsvir edirdilər. O həmişə deyirdi ki, uşaqlıq insan həyatının ən təsirli və heyranedici dövrüdür. Sergey ömrünü teatra bağlamaq istəyirdi, lakin atası onu fikrindən

Hələ MDU-da oxuyarkən Sergey Bodrov anlayır ki, o yalnız incəsənəti tədqiq etməklə kifayətlənməli deyil, o, incəsənətdə fəal iştirak etməlidir. Aktyorluqda ilk təcrübəsi atasının “SER (Svoboda, eto ray)” (1989) və “Bəyaz kral, qırmızı kraliça”(1992) filmlərindəki kiçik rolları olur. Sergey Bodrovun ilk həqiqi debütü kimi atasının 1995-ci ildə çəkdiyi “Qafqaz əsiri” filmini hesab etmək olar. Sergey atası ilə birlikdə çəkilişlərə

Dağıstana getməyi çox arzulayırdı, ancaq gözləmədiyi bir vaxtda o daha da böyük hədiyyə alır – aparıcı rollardan biri olan təcili xidmət əsgəri Vanya Jilinin rolunu ifa edəsi olur. Film böyük rəğbətlə qarşılanır və başda Kann festivalının FIPRESCI mükafatı olmaqla, bir çox yerli və xarici kino mükafatlarına layiq görülür. Soçidə keçirilən kinofestivalda Sergey Bodrov rejissorluqda ilk addımlarını atan Aleksey Balabanovla tanış olur. Əsasən müəllif filmləri çəkən Balabanov çox vaxt qeyri-peşəkar aktyorlarla işləyirdi. Beləliklə də, Balabanov Bodrovu özünün növbəti filmində çəkilməyə dəvət edir. Onların əməkdaşlığının nəticəsi olaraq meydana gəlmiş “Qardaş” (1997) və “Qardaş 2” (2000) filmləri isə kult statusu alaraq 90-cı illərin rəmzinə çevrilir. Bu filmlər heç də birmənalı şəkildə qəbul olunmadı. Nəhəng populyarlığına baxmayaraq, Balabanov və Bodrov rusofobiyada və irqçilikdə ittiham edilir, bəziləri isə filmlərdə “milli təhlükəsizliyə hədə” və “amerikan və ukrayn millətini təhqir

9


edən” fikirləri görürdü. Bodrovun sözlərinə görə, filmin (Qardaş 2”) məqsədi amerikalıların gicbəsər olduqlarını yox, rusların mənəviyyatsız olmadıqlarını göstərmək idi. Aleksey Balabanov isə iddia edirdi ki, o öz kinosaqasında sadəcə olaraq xalqın fikrini ifadə edib. Lakin kütləvi ittihamlar və hücumlar hər iki filmə çoxlu sayda kino mükafatları yığmağa mane ola bilmədi. Bodrov isə öz dövrünün qəhrəmanına çevrildi. Bodrov Balabanovun daha bir filmində – “Müharibə”-də (2002) rol alır, ancaq onun daha gözəçarpan obrazı Rejis Varnyenin “Şərq-Qərb” (1999) filmindəki rolu olur. Rusiya ilə Fransanın birgə istehsalı olan film öz vaxtının kinematoqrafiyasında əlamətdar hadisə oldu.

Rejissura və digər layihələr Sergey Bodrov tək aktyor kimi deyil, həm də aparıcı və rejissor kimi məşhurlaşmışdı. 1996-1999-cu illərdə o, öz sözlərinə görə, bir çox maraqlı insanlarla tanış olduğu “Vzglyad” verilişinin aparıcısı olmuşdu. Sergey dəfələrlə qeyd etmişdir ki, bu veriliş ona həyatındakı bir çox şeyləri anlamağa və yenidən dərk etməyə kömək edib. Televiziyada o, telerejissor S.Mixaylova ilə tanış olur. 1997-ci ildə onların qızı Olqa, beş ildən sonra isə oğlu Aleksandr dünyaya gəlir. 2001-ci ildə Bodrov “Sonuncu qəhrəman” verilişinin aparıcısı olur. Bodrovun ilk rejissor işi “Bacılar” (2001) filmi olur. Quldur dəstəsindən gizlənməyə məcbur olan bacılar haqda film çəkmək fikrini isə Bodrova atası vermişdi. O, baş rolun ifaçılarının seçiminə xüsusi diqqətlə yanaşmışdı. Sergeyin sözlərinə görə, o, filmi anlayacaq, müəyyən dünyagörüşünə malik qızlar tapmaq istəyirdi. Bodrov filmə peşəkar aktrisa cəlb etməkdən qəti imtina edirdi. Rejissor debütü uğurlu olur. “Bacılar” bir neçə Rusiya kino mükafatına, Karlovi Varı və Venesiyadakı kinofestivallarda nüfuzlu mükafatlara layiq görülür. Bu uğurdan ruhlanan Bodrov ikinci filmi olacaq “Rabitə əsgəri” filmini çəkmək üçün Qafqaza yola düşür. Bu, Bodrovun son səyahəti olur. Bodrov deyirdi ki, film iki yoldaşın həyatı haqqında fəlsəfi hekayə olacaq. Həmçinin baş rolu özünün ifa edəcəyini də təsdiq etmişdi. 2002-ci ilin sentyabrın 20-si Vladiqavqazda olan çəkiliş qrupu dağlara yollanır. Axşam saatlarına doğru buzlaqlar əriməyə başlamış və Bodrovun çəkiliş qrupu ilə yerləşdiyi Karmadon dərəsi bir neçə dəqiqə ərzində uçqun altında qalmışdı. Axtarışlar yarım il boyunca davam etdirilsə də, heç bir nəticə vermədi. Dərədə gizlənmək mümkün olduğundan, uzun müddət çəkiliş qrupu itkin hesab olunurdu. Lakin sonradan dərənin su altında qaldığı aşkarlanır, bundan sonra kinematoqrafçılar rəsmi olaraq həlak olmuş hesab olunurlar. “Rabitə əsgəri” kitabı, “Bumer 2” filmi və bir neçə mahnı Sergey Bodrovun xatirəsinə həsr olunur. Aktyor dağları, rus rokunu, sadə insanları sevirdi. Ancaq hər şeydən çox o, Vətənini sevirdi. O yalnız filmlərində deyil, həyatda da romantika və ədalətin döyüşçüsü idi. Sergey Bodrov həmişə deyirdi ki, onun oynadığı və çəkdiyi filmlərin hər biri müəyyən dərəcədə ləyaqətli insanlar haqdadır. Onun özünün də qəhrəmanları qədər layiqli biri olduğunu deməyə ehtiyac varmı?

10


11


A

ktrisa Cudit Olivia Denç 1934cü il dekabrın 9-da Şimali Yorkşirdə, İngiltərədə anadan olmuşdur. Atası həkim olan Judinin erkən yaşlarından teatra böyük həvəsi olmuşdur. Hələ balaca ikən atası ilə birgə onun işlədiyi Royal teatrına gedirdi. Gənclik illərində də Cudi tamaşalara həvəs göstərirdi, bəzənib-düzənməyi, pianoda ifa edən anası ilə birgə oxumağı çox sevirdi. Bir müddət York İncəsənət məktəbində təhsil alan Cudi, daha sonra London Mərkəzi Natiqlik və Dram məktəbində təhsil almışdır. Sonralar Judi bu məktəbi seçməsinin səbəbi kimi, eyni zamanda özü də aktyor olan qardaşını göstərirdi: Əgər Cefri olmasaydı, aktrisa olmaq ağlıma belə gəlməzdiefr Cudinin fitri istedadına, hərtərəfliliyinə biganə qalmaq

12

mümkün deyildi. 1957-ci ildə ilk səhnə debütünü Şekspirin “Hamlet” əsərində möhtəşəm Ofeliya rolu ilə etmişdir. 1961-ci ildə Judi, Royal Şekspir Kompaniyasına qəbul olunur və bundan sonra daima baş rolları ifa edir. Təkcə teatr və Şekspirlə kifayətlənməyən Cudi 1959-cu ildə BBC telekanalında yayımlanan “Hilda Lessways” serialındakı rolu ilə televiziya debütünü edir. O hətta komedik rollarda, o cümlədən Oskar Uayldın səhnə əsərlərində çəkilməyə də həvəslə yanaşırdı. 1968-ci ildə “Cabaret”də əsas xarakter olan Selli Boulzu canlandırmışdır. 60-cı illər Cudinin böyük səhnəyə gəlişi və məşhurluq dövrü hesab olunur. “Four in the Morning” (1965) filmində canlandırdığı gənc həyat yoldaşı obrazı Cudiyə ilk Britaniya Film və Televiziya Akademiyası mükafatını qazandırdı. Qeyd edək ki, Cudi 10 dəfə bu mükafata layiq görülmüşdür. Amerika auditoriyası ilə tanışlıq isə Cudi üçün tamamilə yeni bir təcrübə idi. Düzdür, onun tamaşaları okeanın o tayında nümayiş etdirilirdi, lakin o zaman Cudi hələ Amerikada tanınmış sima deyildi. 1990-cı illərdə çəkildiyi filmlərə qədər bu belə davam etdi. “Golden Eye” (1995) filmində Cemys Bondun bossu olan M obrazını canlandırması onun üçün yeni bir başlanğıc oldu. Cudi Dench 2012-ci ildə ekranlara çıxan “Skyfall” filmi də daxil olmaqla, hər yeni Ceyms Bond filmində eyni, yəni Bondun bossu rolunu ifa edirdi. Daha sonra 1997-ci ildə bioqrafik “Mrs. Brown” filmində yaratdığı Kraliça Viktoriya obrazı ilə o bir daha izləyicilərin rəğbətini qazandı. Cudi “Shakespeare in Love” (1998) filmində yaratdığı Kraliça I Elizabet roluna görə, “Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasında Oskar mükafatına layiq görülmüşdür. Film ərzində ekranda cəmi səkkiz dəqiqə görünməsinə baxmayaraq, heyranedici performansı onun Oskar səhnəsində

bu mükafata sahiblənməsinə rəvac vermişdi. Digər yaddaqalan rollara “Chocolat” (2000), “Iris” (2001), “Notes on a Scandal” (2006) kimi filmlərdə canlandırdığı obrazları misal göstərmək olar. Cudinin mükafatları təkcə bunlarla bitmirdi. Oskar qalibi olan il, o həm də “Amy’s View” filmində canlandırdığı rola görə, “Ən yaxşı aktrisa” nominasiyasında Tony mükafatına layiq görülmüşdür. 1996-cı ildə Ən yaxşı aktrisa” və “Myuzikl janrında ən yaxşı aktrisa” nominasiyaları üzrə iki dəfə Lawrence Olivier mükafatına layiq görülmüşdür. Cudi öz işinə qeyri-adi tərzdə yanaşırdı, hər hansı bir rola dəvət alanda qərar verməzdən öncə, adətən, ssenarini oxumur, dost və kolleqalarının məsləhətlərini dinləməyi üstün tuturdu. Səhnə fəaliyyəti dövründə məşqlərə çox zaman bütün ssenarini oxumamış gəlirdi. Cudi özü bu haqda deyirdi: “Ssenarini oxumamağım məni bir növ təhlükəyə doğru itələyir. Ürəyim bunu tələb edirnu Səhnə fəaliyyəti ilə məşğul olan çox az insan Cudi kimi məşhurluq qazanmışdır. O, 1999-cu ildə layiq görüldüyü Oskardan əlavə, 6 nominasiyada Akademiya mükafatı qazanmışdır. Bundan başqa, 1970ci ildə Britaniya İmperiyası Ordeni, 1988-ci ildə Britaniya İmperiyasının Qadın Komandiri ordenləri ilə təltif olunmuşdur. 2006-cı ildə isə Kral İncəsənət Cəmiyyətinin üzvü fəxri adına layiq görülmüşdür. Şəxsi həyatı və ailə münasibətlərinə gəldikdə isə, Cudi 1971-ci ildə aktyor Maykl Uilyamsla ailə qurmuşdur. Cütlük Britaniya televiziya serialı “A Fine Romance” və bədii film “Tea with Mussolini” (1999) də daxil olmaqla, bir sıra layihələrdə birlikdə işləmiş, evlilikləri 2001-ci ildə Mayklın xərçəng xəstəliyindən vəfatına qədər davam etmişdir. Denç və Uilyamsın uşaqları aktrisa Finti Uilyamsdır.


13


.

Ennio . Marricone

Ə

vvəla onu deyim ki, həmişə adıyla yanaşı işlənən “spaghetti western”* termininə nifrət edir. Bu sima hamıya tanış olmaya bilər, lakin əminliklə deyə bilərəm ki, bu insanın bəstələdiyi mahnıları ömründə bircə dəfə də olsun eşitməyən yoxdur. Yoxlamaqçun sadəcə bir dəfə youtube-da ‘’Chi mai’’, ’’Le vent, le cri’’, ’’Ecstasy of gold’’, ya da eləcə ‘’The good, the bad and the ugly soundtrack’’ yazın. Əminəm ki, dinləməyə başladığı elə ilk saniyələrdən təxmini ‘’aaa ... bu mahnı... ‘’ kimi reaksiya verəcək hamı. Bütün bu tanış melodiyaların müəllifi – ‘’İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə’’ orderinin zabiti, İtaliya milli kinomükafatı olan ‘’David di Donatello’’-nun 8 qat laureatı, 2007-ci ildə kinematoqrafiya sahəsindəki xidmətlərinə görə ‘’Oscar’’ mükafatçısı və dəfələrlə ‘’Golden Globe’’ və ‘’British Awards’’-a nominant olmuş məşhur italiyalı bəstəkar – Ennio Morriconedir.

14

İlk mahnısını 6 yaşında bəstləyən gələcəyin dahi bəstəkarı 10 noyabr 1928-ci ildə Romada, professional caz truba ifaçısı Mario Morricone və evdar xanım olan Libera Ridolfinin ailəsində doğulmuşdur. 9 yaşında, 11 il oxuyub, sonradan 3 diplomla bitirdiyi Müqəddəs Cecilia konservatoriyasına qəbul olur. 16 yaşında isə o, əvvəllər atasının ifa etdiyi Alberto Flamininin ansamblında ikinci turba yerini aldı. Gənc yaşlarında uzun müddət Romanın gecə klublarında, otellərdə, teatrlarda musiqiçi kimi işləmişdir. 1950-ci illərdə radio üçün məşhur bəstəkarların mahnılarını aranjeman etməyə başlayır. Ennio Morriconenin musiqi zövqünü dəqiq təsvir etmək mümkün deyil. Onun aranjeman işləri həmişə müxtəlifliyi ilə seçilib. Onların arasında həm klassikaya, həm caza, italyan folkloruna, avanqard janra və hətta rock-n-rolla da rast gəlmək olar. Bəstəkar karyerası ərzində iki dəfə musiqisini bəstələdiyi filmə çəkilib. Dahi sənətkarın özü haqqında isə

1995-ci ildə tammetrajlı sənədli film çəkilmişdir. Ennio Morriconenin vizit kartı hesab olunan ‘’Le Professional’’ filmi üçün bəstələdiyi ‘’Chi Mai’’ mahnısı Britaniya sinqllarının hit-paradında 2-ci yeri tutmuşdur.

Siz ‘’Once upon time in America’’, ’’Le professional’’, ’’The good, the bad and the ugly’’ kimi filmlərə möhtəşəm musiqilər bəstələmiş insansınız. Bəs olubmu ki, yeni bir sənət əsəri yaratdıqdan sonra bundan daha dahiyanə bir şey yarada bilməyəcəyinizdən qorxmusunuz? E.M. – Çox sağ olun. Mənim yaradıcılığıma çox optimist yanaşırsınız.Etiraf edirəm ki, mən daha çox özünütənqidə meylliyəm və heç vaxt yaratdığım musiqinin nə dərəcədə dahiyanə olması barədə düşünməmişəm. Ümumiyyətlə, mənim bütün həyatımı bir ‘’sonra’’ sözü altında ümumiləşdirmək olardı. Mən həmişə sonradan nə yazacağımı


düşünürəm. Və mənə hələ də elə gəlir ki, ən dahiyanə bəstəmi hələ yaratmamışam. Mən 82 yaşındayam (müsahibə 2010-cu ildə götürülüb) və hələ də o ulduzluq çağımın yetmədiyinə inanıram. Amma mahnılarımın bu qədər pərəstişkarının olması məni sevindirir. Hərçənd ‘’Once upon a time in America’’ və ya ‘’Le Professional’’ film musiqilərinin belə məşhur olacağını ağlıma belə gətirməzdim.

Cənab Marricone, siz 400-dən artıq filmə musiqi bəstələmisiniz. Həyatınız boyunca heç nə yazmaq istəmədiyiniz vaxtlarda büdrəmə və depressiya hiss etmisinizmi? E.M. – Mən özümə boş oturub illərlə həvəsin gəlməsini gözləməyə icazə verə bilmərəm. Sadəcə otururam və işləyirəm, musiqi isə özü gəlir. Bilirsiniz, bir çox dahi bəstəkar məhz belə işləyib. Sizin Çaykovskiniz də hər gün eyni vaxtda masa arxasında əyləşib yazırdı. Çox sevdiyim Johann Sebastian Bach da sifarişlə yazırdı. Motsart öz əfsanəvi ‘’Rekviem’’-ini sifariş əsasında yazıb və bu onun dahiliyinə heç bir xələl gətirməyib. Musiqi mənim beynimdə o dəqiqə yaranır. Heç vaxt royalın arxasında bəstələmirəm.

Hətta belə? E.M. – Hesab edirəm ki, professionallığın bütün gözəlliyi də elə bundadır. Mən o dəqiqə bilirəm ki, bu musiqi orkestrdə necə səslənəcək və hansı alətə hansı melodiyanı həvalə etmək olar. Bu nöqtəyə gəlib çatmaqçun mən çox çalışmışam, İtaliyada konservatoriyanı bitirmişəm. Filmlərə musiqi yazmaq peşəmin bir hissəsidir. Buna görə mənə pul verirlər. Lakin bu, o demək deyil ki, mən soundtrack bəstələməyə kommersiya məhsulu kimi və ya sifariş əsasında yaranan yaradıcılıq nümunəsi kimi baxıram. Film üçün musiqi bəstələmək lazım gələndə mən həmişə əvvəlcə rejissorla görüşürəm, onun xarakterini və gələcək filmi ilə bağlı düşüncələrini öyrənməyə çalışıram. Sonra isə musiqini yaradıram. Və çalışıram ki, elə musiqi bəstələyim ki, video görüntünün çatdıra bilmədiyini tamaşaçıya ötürsün. Bilirsiniz, mən heç vaxt öz musiqimi rejissorlara təklif etmirəm, bu, mənim azadlığımın bir hissəsidir. Məsələn, Quentin Tarantino mənə iki dəfə əməkdaşlıq təklif edib, amma mən qastrol səfərləri və digər layihələrlə əlaqədar ona rədd cavabı vermişdim. 2 dəqiqə yarımlıq mahnı üçün durub Amerikaya getməyəcəkdim ki. Həm də belə balaca iş üçün çox böyük pullar təklif olunurdu (söhbət ‘’Kill Bill 1’’ filmindən gedir). Mən həm də buna görə imtina etdim. Buna görə də Tarantino mənim artıq yazılmış mahnımı götürdü. Sonra digər bir filmi – “İnglourious Basterds” üçün də eynilə hazır bəstələrimdən istifadə etdi. Mən isə heç onun filmlərinə baxmamışam.

Ennio, siz cəsur insan olmalısınız ki, Anatoliy Karpov və Gary Kasparovla şahmat oynamaq qərarına gəlmisiniz. Partiya hansı hesabla bitdi? E.M. – Mən onlarla oynamaq istəmirdim, amma özümü saxlaya bilmədim. Onlar Romaya şahmat propaqandası aparmağa gəlmişdilər və məni də oynamağa dəvət etdilər. Təbii ki,mən uduzdum. Amma asanca uduzdum. Mən şahmatla çoxdan

15


maraqlanıram. Bu oyun beyin fəaliyyəti üçün çox faydalıdır. Mən həqiqətən Sovet çempionlarına heyran olmuşam. Vladimir Kramnika ayrıca ‘’bravo’’ deməliyəm. Garry Kasparov möhtəşəm strateqdir, Karpov isə güclü şahmatçı olmaqdan başqa, həm də gözəl insandır.

sevgiylə... amma o da çətin. Musiqi ancaq təsəlli edir, xüsusilə də, hiss etməyi, əzab çəkməyi, narahat olmağı unutmamış insanları.

Sizin Rusiyaya sevginiz təkcə rus şahmatçıları ilə dostluqla məhdudlaşmır. Siz həm də rus mədəniyyətinin pərəstişkarısınız. Hətta Xotinenkoya

Hə, Andrea bəstəkar və dirijordur. O, italyan orkestriylə işləyir. Onu musiqi karyerası qurmaqdan çəkindirmək istədim, lakin sonra başa düşdüm ki, bu iş onun üçündür

’’72 metr’’ filmi üzərində işləməyə də razılıq vermişdiniz... E.M. – Hə. Xotinenko mənə zəng vurub, filmi üçün musiqi yazmağımı istədi. ’’72 metr’’ möhtəşəm filmdir, burada rus sualtı-gəmiçilərinin yaşadığı faciə çox həssaslıqla təsvir olunmuşdur. Mənim Xotinenkonun bu materiala yanaşması və filmin optimizmdən məhrum qalmayan finalı xoşuma gəldi. Sonda tamaşaçıya ümidin qalmasını xoşlayıram.

Amma siz musiqinin xilasedici gücünə inanmırsınız. Bəs onda dünyanı nə xilas edəcək? Məncə, artıq dünyanı heç nə ilə xilas etmək olmaz. Bəlkə

16

4 övladınız var. Lakin yalnız bir oğlunuz sizin izinizlə gedir…

və o çox istedadlıdır. Marko müəllif hüquqlarıyla bağlı təşkilatda işləyir. Alessandro cərrahdır. Ən kiçiyi Covanni isə çoxdan Amerikaya gedib, orada ‘’Columbia Universal’’ kinoşirkətində çalışır.

Bir çox dahi bəstəkarların sənət əsərləri aşiq olduqları vaxt yaranıb. Bəs sizin üçün, cənab Morricone, bu hisslər nə ifadə edir? E.M – Çox şey. Mən həyat yoldaşımı sevirəm və ona həsr olunmuş əsərlər bəstələyirəm. Elə indi də onunçun və onun adına yazmağa davam edirəm. Ona yazdığım mahnılar orijinaldır, amma heç nə mənim həyat yoldaşımın orijinallığına tay ola bilməz.


ABBAS KİAROSTAMİ İRAN KİNOSUNA BAXIŞ

Y

eni dalğanın yaradıcılarından olan İran rejissorları içərisində minimalist tərzi ilə bütün filmlərində öz priyomları ilə tamaşaçını özünə çəkən Abbas Kiarostaminin filmləri haqda... Filmlərinin ekspozisiyasında nəyin baş verdiyini tamaşaçıya aydınlaşdırmayan və bir növ bu fəndlərlə tamaşaçının düşüncələrini filmin axırlarına kimi aparıb, bəhs etdiyi mövzunun sanki yuxu olduğunu bizlərə aşılayan rejissorun sonluqda yuxunu özünəməxsus şəkildə yozması Kiarostami fərqliliyini ön plana çıxartmış olur. Kinonun nəinki görüntü, həm də real dialoqlar olduğunu bizlərə sübut edən, filmə baxmaq üçün gözlə yanaşı, qulağın da mühüm olmasını tamaşaçının diqqətinə çatdıran rejissor, tamaşaçının gözlərini və qulaqlarını film boyunca filmə yönəltmiş olur. Rejissor sanki kinoyla ədəbiyyat arasında dayanıqlı böyük bir körpü yaradır. “Kinoya baxırıq, yoxsa nəsə bir roman oxuyuruq” deyə tamaşaçını çaşdıran və bu çaşqınlıqlarla bu cür ağır fəlsəfəni primitiv mövzular üzərində yaratması, Kiarostami fimlərini daha da kosmopolit edir. Kiarostami filmlərinin qəhrəmanlarının çoxu yolçuluğa çıxmış sürücü qəhrəmanlardır. Demək olar ki qəhrəmanlarının çoxunu biz maşında görürük. Belə ki, “10”, “Yaxın plan”, “Rüzgar bizi aparacaq”, “Albalı dadı”, “Zeytun ağacının altında” və ‘’Həyat və daha heç bir şey” filmlərində bu dəsti-xətt daha da özünü qabarıq şəkildə göstərir. Digər “Şirin”, “Dostumun evi haradadır” filmləri ilə də öz fərqliliyini qoruyub saxlayır. “10” filmi 10 ayrı-ayrı hissədən ibarətdir. Film sürücü bir qadının həyatından bəhs edir və hər ayrı bir hissədə qadın sürücünün yanına oturan sərnişinlərlə İrandakı qadınkişi bərabərsizliyini, qadının İranını, ictimai fəallığındakı azadsızlığını və kişilərdən asılılığını görmüş oluruq. Ərindən boşanmış və uşağı ilə aralarında xeyli gərginlik yaşayan qəhrəmanın bütün problemlərinə baxmayaraq, onunla yolçuluq edənlərə bu durumda yol göstərməsi qadının böyük qüvvə olmasını göstərmiş olur. Maşına əyləşən sərnişinlərdən biri fahişədir. Namuslu, qeyrətli qadın obrazı ilə fahişə bir qadının arasında olan dialoqlar, demək olar ki, filmin ümumi mövzusunun bütün aqibətinə bir işıq tutmuş olur. Namuslu, qeyrətli qadınla əxlaqsız fahişə qadın bu səhnədə, demək olar ki, eyni məxrəcin qurbanlarıdır. Pul qarşılığında aldığı maddi və cinsi tələbatla, ərinə sadiq olan qadının cinsi tələbatının ödənilməsini, mahiyyət etibarı ilə, eyniləşdirən rejissor əslində əxlaqlı qadının öz təbiəti qarşısındakı əxlaqsızlığını bizə göstərmiş olur. Qadının ərindən boşandığı və tək olduğu bir durumda uşağının, atasına daha yaxın olması qadını heç də sarsıtmır, əksinə bütün bu dartışmalara baxmayaraq, oğlunu sevir, onun dediklərinə əməl eləməyə cəhd edir. Filmdəki hər ayrı

17


hissə, demək olar ki, bir kadrlıq filmlərdir. Dialoqlarının təbiiliyi ilə seçilən bu film, sanki gizli kamera ilə çəkilib deyə adamda fikirlər formalaşdırır. Statik şəkildə maşına quraşdırılmış kamera vasitəsilə belə bir filmin ərsəyə gəlməsi filmin texniki imkanlardan heç də asılı olmadığını sübuta yetirir. Onu da vurğulamaq istərdim ki, filmdə rejissor çəkiliş boyunca maşına əyləşməyib. Daha bir yolçuluq Mohsen Maxmalbafdan söhbet edilən maşında gedir. Maşının hara getdiyi və qəhrəmanların kim olduğu heç kimə bəlli deyil. Filmin sənədli, yaxud bədii olmağı belə bilinmir. Qəhrəmanların adi insanlar, yoxsa həqiqətən aktyor olduğuna şübhə edirik. Filmin qəhrəmanlarını real qəhrəmanlarla əvəzləyən Abbas Kiarostamini bu filminə görə, Martin Scorsese, Tarantino kimi rejissorlar öz müsahibələrində yüksək qiymətlə dəyərləndirmişdilər. Özünü rejissor kimi Makhmalbaf olaraq tanıdan Əli Sabzian xarakteri həyatdakı boşluğu, kimlik dəyişdirmə xəyallarını, yoxsulluğunu və bir insan həyatındakı boşluq duyğusunun insana nələr etdirə bilməsini sətiraltı mesajlarıyla bizə çatdırır. Sabzian səhv etsə də bu səhvlərini, başqası olma yalanının nədənlərini məhkəmədə doğru olaraq deməsi onu fırıldaqçı olmaqdan daha çox bir qəhrəman olaraq bizlərə tanıtdırır. Filmin sonunda Makhmalbaf-la qarşılaşan Sabzian “mən də özüm olmaq istəyirəm” cümləsi isə həyatımızda bir dəfə belə başqa biri olmamızın, fanatikliyin, şəxsiyyətə pərəstiş etmə hisslərimizin yanlış olmasına bir aydınlıq gətirir.

18

Daha bir yolçu olan Behzat film rejissorudur və ucqar bir kəndə gəlir, film çəkimləri üçün kənddəki yaşlı bir qocanın ölümünü gözləməkdədir və hər şey elə bu gözləntilərdə baş verir. Behzat telefonuna gələn zəngləri qəbul etmək üçün yüksəkliyə gedir, orada – təpənin o biri üzündə xəzinə axtaran kişiylə rastlaşır və film boyunca bu qəhrəmanı tapmaca kimi göstərməyən Kiarostami bu obrazın açmasını tamaşaçının öhdəsinə buraxır. Xəzinə qazan adam bəlkə də o biri dünyanın təmsilçisidir, o biri dünyadakı xəzinənin, cənnətin olduğuna inanır və sonda quyuya düşüb Behzaddan kömək istəyir. “Albalı dadı” filmi rejissorun ən fəqli yolçuluğudur. Filmin ilk on dəqiqəsində rejissorun mövzuya aid heç bir ipucu verməməsi tamaşaçının filmə adaptə olmasına əngəllər yaradır və adamlara yaxınlaşıb onlara iş təklif edən qəhrəmanın nədənsə homoseksual olduğunu düşünməyə vadar edir. Ancaq sonradan hər şeyin tamamilə başqa olduğunun şahidi oluruq. Özünü torpağa gömmək üçün adam axtaran qəhrəmanının (aktyor Homoyan Ərşadi) hekayəsini anladan filmdə pul qarşılığı ilə üç millətdən (kürd, əfqan və türk) olan insanlardan ona kömək edilməsini istəyən Badii bəy, həm də həmin millətlərin ümumi xarakterlərini açmış olur. İntihar etməkdə Badii bəyə edilən köməkliyə görə bu təklifdən qorxub qaçan kürd əsgər və Quranda intiharın qadağan olunmasını deyən əfqan müəllim. Nəhayət, sonluqda bir qocanın öz uşağına yardım etmək səbəbindən pula ehtiyacı olduğundan təklifi


qəbul edir, amma yol boyunca intihar etməməsi haqda öz başına gələn bir hekayəni Badii bəyə nəql edir və deyir: “Bir albalını dadmamış, səncə, ölməyə dəyərmi?” Film Kann film festivalında “Qızıl Palma Budağı” ilə təltif olunub. “Dostumun evi haradadır?” filmi Abbas Kiarostaminin zəlzələnin törətdiyi səbəblər nədəni ilə çəkmiş olduğu trilogiyanın ilk filmidir. Belə ki, trilogiya digər iki filmdən – “Zeytun ağacının altında” və “Həyat və daha heç bir şey” filmlərindən ibarətdir. “Dostumun evi haradadır?” filmi səkkiz yaşında olan Əhmədin bir daha səhvən öz parta yoldaşı Məhəmməd Rzanın dəftərini götürüb öz evlərinə aparmasından bəhs edir. Məhəmməd Rza iki gün dəftər yerinə tapşırıqlarını kağıza yazdığı üçün müəllimi tərəfindən tənbeh edilir və bir də belə hal baş versə, onu dərsdən qovacağı ilə hədələyir. Əhməd anasının onu bayıra buraxmadığına baxmayaraq, Məhəmməd Rzanın dəftərini geri qaytarmaq üçün sinif yoldaşının evlərini axtarmağa çıxır. Qonşu kəndin uzaq olması bir yana, sinif yoldaşının evini tanımadığı üçün Əhmədin sinif yoldaşı üçün göstərdiyi canfəşanlıq filmin sonuna kimi davam edir. Bu axtarış həm də İrandakı uşaqların oxumaq üçün neçə km-lik yol qət etmələrini ön plana çıxarır. Sonluqda Əhmədin həm öz tapşıqlarını, həm də sinif yoldaşının tapşırıqlarını edib dəftəri Məhəmməd Rzaya çatdırması filmi fədakarlıq kontekstində daha da ibrətamiz edir. “Zeytun ağacının altında” filmi Kiarostaminin yenə də digər bəzi filmlərdəki kimi bir rejissorun bir kənddə film çəkiminə hazırlaşması və film üçün qara çadrada olan qadınlar arasında etdiyi kastinq ilə başlayır. Bir gənc oğlanın və qarşılıqsız olaraq istədiyi qızın təsadüfən həmin bu rejissorun filmində tərəf müqabili olması oğlanın qıza öz sevgisini daha yaxşı çatdırmaq üçün böyük bir fürsət olur. Oğlan zəlzə səbəbi ilə evlərini və yaxınlarını itirib. Qız valideyinlərini itirsə də, oğlandan fərqli olaraq savadlı və evi olan bir qızdır. Nənəsi ilə tək yaşayan qıza oğlan bir neçə dəfə elçi getsə də, qızı ona verməyiblər. Ancaq oğlanın öz sevgisi uğrunda axıra kimi göstərdiyi çabalar oğlanın saf və əsil sevgisindən xəbər verir. Rejissorla oğlanın arasında olan dialoqlar filmin ümumi ab-havasına bir aydınlıq gətirir. Belə ki, dialoqdan olan bir parçanı nəzərinizə çatdırıram. Oğlan: “Bir varlı ilə bir kasıb, bir torpaq sahəsi olanla bir torpaq sahəsi olmayan, bir evi olanla bir evi olmayan , bir savadlı ilə bir cahil evlənsə, dünya daha bərabər daha gözəl olmazmı?”

“Evi olanla evi olan evlənsə, bir evdə yaşayıb o biri evlərini də kirayə verə bilərlər, deyə rejissor yarızarafat- yarıciddi oğlana cavab verir. Film 1994-cildə Kann film festivalında namizəd olmuşdur. “Həyat və daha heç bir şey” filmi trilogiyanın son filmidir. Bu filmdə zəlzələnin törətdiyi fəsadları və acınacaqlı yaşayış tərzini görmək olar. Film güclü bir zəlzələdən sonra “Dostumun evi haradadır?” filminin qəhrəmanının aqibətini öyrənmək üçün öz uşağı ilə birgə həmin uşağın yaşadığı kəndə yola düşən bir cavan kişinin hekayəsindən bəhs edir. “Zəlzələ bir canavardır, önünə gələni yox edər. Qarşısına çıxmayanlar qurtular. Bu, Tanrının işi deyil.” “Zəlzələ vəhşi bir canavardır” deyə tamaşaçıya car çəkən rejissor obrazların dili ilə hətta “Dünya çempionatı 4 ildə bir olur, zəlzələ isə 40 ildə bir dəfə” deyə zarafatından da qalmır və bu zarafatın fonunda nəyin baş verməsinə baxmayaraq, həyatın davam etməsini sətiraltı dialoqlarla

bizlərə çatdırmış olur. Ən son izlədiyim Kiarostami filmi “Şirin” filmidir. Film 85 dəqiqə ərzində 112 qadının yer aldığı kinoteatrdakı qadınların sevgi hekayəsinə olan baxışlarını biz tamaşaçların baxışlarına həvalə edir. Qadınların filmə baxdıqları ekran film boyunca görsənmir. Şirin – “Fərhad və Şirin”dəki Şirinin ümumiləşdirilmiş müasir prototipidir. Sevgi əfsanəsini izləyən Şirinin və bəzi qadın izləyicilərin ekranda olan filmə qarşı etdikləri təbəssümlər, göz yaşları və aralarında olan dialoqlar onların baxdıqları filmin mövzusu fonunda biz kişilərə nələr ehtiva etməsini sərgiləmiş olur. Sanki filmə baxaraq biz iki filmə baxmış oluruq. Filmdə həmçinin fransız aktrisası Juliette Binoche də yer almışdır.

19


TRIER

qorxuları

T

rierin əzablı qorxuları uşaqlığı ilə bağlıdır. Onun anası əsəb xəstəsi idi. Həkimlərdən və xəstəliklərdən qorxurdu. Özü ilə həmişə dərman gəzdirərdi ki, əgər sağalmaz xəstəliyə tutulsa, dərhal bu dərmanları içib, intihar etsin. Və bu qorxular onun oğluna, dövrünün ən məşhur rejissorlarından birinə keçib. Rejissor iki şeydən həmişə qorxub: Appendisit və nüvə müharibəsindən. Hər təyyarə uçuşu müharibənin başlaması qorxusu xofunu salır onun canına. Appendisitdən isə, əməliyyat olunmağa məcbur olacağı üçün qorxur. Yazı stolunun altında özünə yuva quran rejissor, özünə lazımlı olan hər şeyi bura yığıb, oradaca yatıb-dururdu. Lazım olan şeylər isə bunlardan ibarət idi: baş ağrısı dərmanları, isidici və ləyən – əgər ürəyi bulansa, lazım olar deyə. Hər gecə yatmazdan öncə anasından sabaha sağ çıxmağa şansı olub-olmamasını soruşardı. Anası isə appendisitdən gec inkişafı ümidini versə də, Danimarkaya minlərlə raket hədəfləndiyini deyərdi. Və bu zaman Lars dünyanı xilas edirdi öz xəyali dünyasında. Bu, bir qədər onu sakitləşdirirdi. Və bütün bu hallar rejissoru obsessiya (əsəb xəstəliyinin bir növü) xəstəsi etdi... Obsessiya – hansısa bir düşüncənin insan beyninə düşməsi və onu rahat buraxmaması deməkdir. Məsələn, Trier xərçəng xəstəliyinə tutulacağından çox qorxur. Dirsəyini gün ərzində üst-üstə gəlsək altı saat əli ilə sıxır. Dəri xərçənginə yoluxub-yoluxmamasını bu yolla yoxlayır. Həkimlərə getmədiyindən özü-özünə həkimlik edir. Qısaqol köynəklərdə rejissorun dirsəklərinə fikir versəniz, onlarda qızartılar görə bilərsiniz. Lars uşaqlarının nə vaxtsa xəstələnəcəyindən və məcbur qalıb onların sağalması üçün öz böyrəyini verəcəyindən qorxur. Və o bəzən günlərlə bunu düşünür. Narkoz, əməliyyat, böyrəyin çıxarılması rejissora faicəvi görünür. O, belə olarsa, intihar edəcəyini düşünür. Amma bütün bu qorxular əsassızdır. Çünki, onun övladları sağlamdırlar. Larsın aerofobiyası da var. O, təyyarəyə minmir. Qorxur ki, minsə, bir daha ondan düşə bilməyəcək, ya ürəyi

20

partlayacaq, ya da təyyarə. Ümumiyyətlə, qapalı yerlərdə bir neçə saat qalmaq qorxusu var. Kinoteatrlarda çıxış tərəfdə oturur. Yollarda tıxacdan qorxur. Liftə minməkdən qorxur. Bir neçə il öncə Lars “GQ” jurnalına verdiyi müsahibədə etiraf etmişdi ki, 2007-ci ildə uzanıb tavana baxaraq gecə-gündüz ağlayırmış. “Arzum odur ki, heç olmasa, həyatımın son saniyələrində heç nədən qorxmayacağam. Bütün qorxulardan azad olacağam və ölüm anını gülüşlə qarşılayıb, gülərək öləcəyəm”... Larsın, anası ilə arası soyuq olub. Anasının ölümündən illər keçməsinə baxmayaraq, rejissor onu bağışlamayıb. Ölüm


21


yatağında olarkən anası rejissora etiraf edib ki, əslində onun atası başqa adamdır. 33 yaşlı rejissor üçün bu xəbər sarsıdıcı olub. Amma zamanla qəbul etməyə başlayıb ki, yəhudidir. Və bu da hər şeyi dəyişdirib... Anasından qisasını ölümündən sonra alıb. Onun sevdiyi, ömür boyu topladığı farforları sındıraraq. Vəsiyyətinə görə yandırılmasını istəsə də, Lars anasını yandırmayıb, əkinsə atası ilə bir qəbirdə basdırıb. Qızlıq familiyasına sadiq olan qadının qəbrinin üstündə isə rejissor atasının soyadını həkk elətdirib – Trier. Rejissorun arvadının dediyinə görə, Lars kitab oxumağı, film izləməyi elə də sevmir. Amma televizorda sənədli filmlərə baxmaqla arası yaxşıdır. Belə bir sənədli filmlərin birində eşidir ki, Saturn planetini melanxoliya adlandırırlar. İnterneti araşdıran rejissor öyrənir ki, Saturn yer planetinə ən çox yaxınlaşan planetdir. Və düşünür, görəsən, o, Yerlə toqquşsa, nə olar? Beləliklə, özünün ən maraqlı filmlərindən biri olan “Melanxoliya” ideyası bu cür yaranır. Ümumiyyətlə, melanxolik insanları belə xarakterizə edir: “Mənim psixoloqum deyirdi ki, melanxolik insanlar hər zaman intihara cəhd etmirlər, əksinə gəlin belə düşünək, hər şey pisdir, bərbaddır. Melanxolik insanlar isə deyir: “Biz axı demişdik”... Lars depressiya üzündən ciddi müalicə də alıb. Həmin dövrlərdə dərmanların təsiri onun əllərinin əsməsinə gətirib çıxarmışdı. Rejissor insan içində yemək yeyə bilmirdi. Nəzərlər onun əllərini daha çox əsdirirdi. “Qaranlıqda rəqs edən” filmi rejissor üçün ən ağır film olub. Bircə səbəbə görə: filmdə baş rola aktrisa olmayan, müğənni Byorku dəvət etmişdi. Elə rejissorla ilk görüşə

22

Byork bir gün gecikdi. Və bunu öz şəxsi təyyarəsində əyləncə təşkil etməsi ilə (!) izah etdi. Çəkilişlər başladıqdan sonra Byork iş qrafikində çalışmaqdan imtina etdi. Üçüncü çəkiliş günü Byorkun tərəf müqavili Ketrin Denev saat altından çəkiliş meydançasına gələrək, çəkiliş heyəti ilə doqquza qədər müğənninin təşrif buyuracağını gözləsələr də, Byork xəbər göndərdi ki, bu gün çəkilmək həvəsində deyil. Dördüncü gün setə gələn Byorka xəbər etdilər ki, bu gün də Lars çəkmək həvəsində deyil. Və bundan hiddətlənən aktrisa, sözün əsl mənasında, çəkiliş meydançasında Larsın ayaqları altına tüpürdü. Aktrisa olmadığından hər səhnə çəkilişi çox gərgin, əsəbi halda keçirdi. Bir dəfə hətta obrazının geyməli olduğu paltarı bəyənməyərək, dəyişdirilməsini istədi. Müsbət cavab almadıqda isə paltarı əynində cıraraq, çəkiliş meydanından qaçıb gizləndi. Filmin çəkilişi boyu hər dəfə hər şeyi atıb gedəcəyi ilə qorxudurdu Larsı. Əgər film yarımçıq saxlanılsa və ya uğur qazanmasa idi, “Zentropa” film şirkəti bankrot olacaqdı. Amma xoşbəxtlikdən film uğurlu alındı və Kannda baş mükafatı qazandı. Byork isə ən yaxşı aktisa adına layiq görüldü. Trierə təşəkkür üçün, rejissora mahnı həsr edəcəyinə söz verdi. Amma eşidəndə ki, rejissor “Doqvill” filminə Nikol Kidmanı dəvət edib, Byork Hollivud aktrisasına təklifdən imtina etməsi üçün məktub yazdı. Kidmanla Lars arasında anlaşılmazlıq cəmi bir həftə sürdü. Mübahisələrin birində rejissor və aktrisa yaxınlıqdakı meşəyə gedib, üç saat bir-birinə bağırdılar və nəhayət ki, anlaşıb geri qayıtdılar.


təşəkkür edirik!!!

23

Film Fiction Magazine №18  
Read more
Read more
Similar to
Popular now
Just for you