BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Page 43

göndərdilər. Bu müəllimliyi qəbul etmək lütfünü bizdən əsirgəməmənizi rica edirik. - UĢaqlar, gəldiyinizə çox məmnun oldum. Azərbaycanın üç mühüm mərkəzini təmsil edən heyətinizə müsbət cavab verə bilməyəcəyimə həqiqətən təəssüf etdiyimə sizi inandırıram. - Cavabınız niyə müsbət olmasın? - Olmaz, uĢaqlar, inciməyin, amma olmaz! - Niyə olmaz? - Olmaz, çünki müəllim ilə tələbə arasında hər Ģeydən əvvəl bir səmimiyyət olması Ģərtdir. Mənim söyləyəcəklərimi siz daima qeyd-Ģərtlə qəbul edəcək, bu müsavatçı əcəba, hadisələri doğrumu izah edir? - deyə düĢünəcəksiniz. Mən də daima mənim söylədiklərimi bu kommunistlər əcəba, tam bir etimadla dinləyirlərmi? - deyə düĢünəcəyəm. Nə məndən sizə yaxĢı bir müəllim, nə də sizdən mənə yaxĢı bir tələbə olmaz! Əfqanıstan səfarətini istiqbal Qapım döyülür, “gəlin” - deyirəm. Ġçəri tanımadığım birisi girir. - Mən, - deyir, - Xarici ĠĢlər Komissarlığının məmurlarındanam. Stalin yoldaĢın tövsiyəsi ilə Çiçerin yoldaĢ məni Sizin yanınıza göndərdi. - Nə olub, xeyir ola?! - Əfqanıstan bir səfarət gəlir. Onları qarĢılamaq üçün onlara sovet hükuməti adından farsca xitab etmək lazımdır. Fars dilində isə Moskvada Sizdən yaxĢı bilən yoxmuĢ. YoldaĢ Stalin bu iĢ üçün yoldaĢ Çiçerinə Sizi tövsiyə etmiĢdir. Bu iĢi lütfən öhdənizə götürün. - Təəssüflər olsun, edə bilmirəm. Sovet xariciyyə məmuru gözləmədiyi bu cavab qarĢısında özünü itirdi. Çiçerin və Stalinin ricalarından ibarət olan bir təklifi ġərq Dilləri Ġnstitutunun bir müəllimi hansı cəsarətlə rədd edir, - deyə düĢündüyünü ifadə edən bir heyrətlə: - Niyə?! - deyir. Bu “niyə”nin cavabını səmimi olaraq vermək Bakıda “Osobı otdel”dəki müstəntiqə cavab verməkdən daha müĢküldür. Ona tərcümeyi-halımı və siyasi vəziyyətimi açıb söyləyəcək deyildim ki... - Edə bilmərəm, heç edə bilmərəm, - deyib dururdum. Məmur əl çəkmir, mütləq rəddin səbəbini öyrənmək istəyir. - Adi bir mütərcim vəziyyətinə düĢmək istəmirəm, - deyirəm; baĢa düĢmür. - ġərqdən gələn müsafirləri Sovet hökuməti adından qarĢılamaq bir Ģərəfdir. Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir. - Adi bir mütərcim olmaqda nə Ģərəf varmıĢ, - deyirəm. - Mən Xarici ĠĢlər Komissarlığının əfqan heyəti Ģərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula rəsmən dəvət olunan müsafirlər arasında olsam və burada yoldaĢ Çiçerin mənə müsafirlərlə

downloaded from KitabYurdu.org


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.