MS Excel 2007

Page 1

-1-

MS EXCEL 2007 Excelin hər kitabında 3 səhifə (vərəq) olur ki, hər səhifə də 1048576 sətir, 16384 sütundan ibarətdir. Sətirlər rəqəmlərlə, sütunlar isə hərflərlə adlandırılır. Sətirlə sütunun kəsişməsindən xana alınır ki, hər bir xananın da adı sətir və sütunun adıyla təyin olunur. Məs: (A1) “Excel”də əsas rəqəmlərin yox, xanaların hesablanmasıdır. Məs, xanalardan birində “5”, digərində “20” var. Başqa xanada bunları “+”, “-”, “*”, “/” (toplamaq, çıxmaq, vurmaq, bölmək) üçün xana seçilib “=” (bərabər) qoyulur, hesablanacaq xanalardan biri seçilir (5), “+”, “-”, “*”, “/” –işarələrdən biri qoyulur, digər xana seçilir (20)→Enter. Xanaları seçib hesabladığımız üçün rəqəmlərdən biri dəyişdikdə avtomatik olaraq cavab da dəyişəcəkdir. __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ Məs, rəqəmlər verilib: 230 874 1256 3500 Bu ədədlərin 22 faizini tapmaq üçün I rəqəmin sağ tərəfindəki xana seçilir, “=” qoyulur, “230” seçilir “*” qoyulur, “22%” yazılır→Enter. Cavabı seçib aşağı sağ küncündəki işarəni aşağı dartsaq bütün cavablar alınar. Çünki xanalar seçilərək hesablanmışdır. Rəqəmlərin atran və ya azalan sırasını yaratmaq üçün rəqəmlərdən ilk ikisi yazılıb, seçilib, dartılır və ya biri yazılır, “ctrl” basılı saxlanılıb dartılır. Xanalarda yazını alt-alta yazmaq üçün “alt+enter” düyməsindən istifadə olunur. Xanada dəyişiklik etmək üçün isə ya “F2” basılır, ya da xanada 2 dəfə sol düymə basılır. Ədədlərin yanına pul vahidi qoymaq üçün “Home”→”Number”→”Currency” (sağ düymə→Format cells) istifadə olunur. __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.