Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik ? Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alan Türkiyənin ASELSAN şirkəti hər il mövqelərini möhkəmlədərək daha da irəliyə doğru ad dımlayır. ASELSAN tərəfindən istehsal edilən məhsullar Türkiyə ilə yanaşı, xarici ölkələrin Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlarda uğurla istifadə edilərək özünü doğrultmuşdur. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün ilə müsahibəmizdə ASELSAN-ın mövcud və perspektiv layihələri, Azərbaycanla bağlı perspektiv planlarına dair suallarımıza cavab almağa çalışdıq. – Cənab direktor, müsahibəmizə ASELSANın mövcud layihələri ilə bağlı başlamaq istərdik. ASELSANın milli və beynəlxalq müdafiə səna yesindəki yeri və rolu barədə məlu mat verməyinizi xahiş edirik. – Texnologiya və müdafiə sektorunun qabaqcıl şirkətlərindən biri olaraq, hərbi və mülki sahədə istehsal etdiyimiz genişçeşidli məhsullarımızla artıq yalnız öz ölkəmizin vətəndaşlarının deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində yaşayan insanların təhlükəsizliyinə, həyat keyfiyyətinə və rifahına töhfə verən qlobal bir təşkilati quruluşla fəaliyyətimizi davam etdiririk. Fərqli fəaliyyət sahələrində qazandığımız 46 illik təcrübəmizi əməkdaşlıq etdiyimiz paydaşlarımıza da ötürərək uzunmüddətli böyümə strategiyamızla qlobal izimizi artırırıq. Müştərək müəssisələrimiz, yerli istehsal müəssisələrimiz, filial və ofis-
lərimizlə texnologiya transferi proqramlarını inkişaf etdirməyə, maliyyə sürətimizi artırmağa və ASELSAN-ı bütün dünyada güclü bir marka kimi göstərməyə davam edirik. – ASELSANın 2020ci ildə fəa liyyəti, əldə etdiyi nəticələr və 2021 ci il üçün planları nələrdir? Cari ildə şirkətin qlobal səviyyədə geniş lənməsi baxımından planı nədir? – Dünyada müxtəlif sahələrdə inkişaf etmiş texnologiyanın yaratdığı güc çarpanı daha yaxşı başa düşüldükcə, müdafiə sənayesi şirkətlərinin innovativ həll yollarına xərclədikləri enerji də artır. Kritik mülki texnologiyaların və hərbi texnologiyaların iç-içə olduğu bu dövrdə, qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətləri də günün zərurəti olaraq mülki sahələrdə fəaliyyət göstərirlər. 2020-ci ilin əvvəlində qarşılaşdığımız və bu gün də təsirini göstərən pandemiya şəraitində “ASELSAN dayana bilməz, dayanmaz!” dedik və fəaliyyətimizə bir gün olsun ara vermədik. Həm hərbi, həm də mülki sahələrdə həyata keçirdiyimiz layihələrimizlə bu kritik dövrü çox yaxşı idarə etdiyimizə inanıram. Epidemiyanın ilk təsirlərinin
görünməyə başladığı andan etibarən ASELSAN daxilində çox təsirli bir qərarvermə mexanizmi tətbiq etdik. Bir tərəfdən dövlətimizin ehtiyac və gözləntilərini müşahidə edərkən, işçilərimizin sağlamlığı üçün hər cür tədbir görməyə çalışdıq. Ticarət dövriyyəmiz 2020-ci ildə bir əvvəlki ilə nisbətən 24 % böyüyərək 16 milyard TL-ni keçdi. Xarici satışlarımızı əvvəlki ilə nisbətən 44 % artıraraq 446 milyon ABŞ dolları dəyərində yeni ixrac müqaviləsi imzaladıq. İl ərzində reallaşdırılan satışlara əlavə olaraq 362 milyon ABŞ dolları həcmində rekord xarici valyuta axını əldə etdik. ASELSAN tarixində ilk dəfə 2020ci il ərzində 1 milyard ABŞ dollarından çox xarici satış “backlog”u rəqəminə çatdıq. ASELSAN məhsullarını bu günə qədər satış həyata keçirilmədiyi altı yeni ölkəyə satdıq. Bu sahədə istifadəçilərimiz olan ölkə sayı ümumilikdə 70-ə yüksəldi. Rəqəmsal iş axını platforması və etibarlı rabitə infrastrukturu ilə fəaliyyətimizi dünyanın hər yerində fasiləsiz həyata keçirdik. Pandemiyanın hər sahədəki mənfi təsirlərinə baxmayaraq, 3.3 milyard TL səviyyəsində Ar-Ge (araşdırma-inkişaf)
59