6 minute read

> Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik AVİASİYA

Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik

? Mehmet Demirkol POLİQON jurnalının

Advertisement

Türkiyə bürosu

Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alan Türkiyənin ASELSAN şirkəti hər il mövqelərini möhkəmlədərək daha da irəliyə doğru addımlayır. ASELSAN tərəfindən istehsal edilən məhsullar Türkiyə ilə yanaşı, xarici ölkələrin Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlarda uğurla istifadə edilərək özünü doğrultmuşdur.

ASELSAN şirkətinin İdarə He yətinin sədri və baş direktoru Haluk Görgün ilə müsahibəmizdə ASELSAN-ın mövcud və perspektiv layihələri, Azərbaycanla bağlı perspektiv planlarına dair suallarımıza cavab almağa çalışdıq.

– Cənab direktor, müsahibəmizə ASELSANın mövcud layihələri ilə bağlı başlamaq istərdik. ASELSANın milli və beynəlxalq müdafiə səna yesindəki yeri və rolu barədə məlu mat verməyinizi xahiş edirik.

–Texnologiya və müdafiə sektorunun qabaqcıl şirkətlərindən biri olaraq, hərbi və mülki sahədə istehsal etdiyimiz genişçeşidli məhsullarımızla artıq yalnız öz ölkəmizin vətəndaşlarının deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində yaşayan insanların təhlü kəsizliyinə, həyat keyfiyyətinə və rifahına töhfə verən qlobal bir təşkilati quruluşla fəaliyyətimizi davam etdiririk. Fərqli fəaliyyət sahələrində qazandığımız 46 illik təcrübəmizi əməkdaşlıq etdiyimiz paydaşlarımıza da ötürərək uzunmüddətli böyümə strategiyamızla qlobal izimizi artırırıq. Müştərək müəssisələrimiz, yerli istehsal müəssisələrimiz, filial və ofis lərimizlə texnologiya transferi proqramlarını inkişaf etdirməyə, maliyyə sürətimizi artırmağa və ASELSAN-ı bütün dünyada güclü bir marka kimi göstərməyə davam edirik.

– ASELSANın 2020ci ildə fəa liyyəti, əldə etdiyi nəticələr və 2021ci il üçün planları nələrdir? Cari ildə şirkətin qlobal səviyyədə geniş lənməsi baxımından planı nədir?

– Dünyada müxtəlif sahələrdə inkişaf etmiş texnologiyanın yaratdığı güc çarpanı daha yaxşı başa düşüldükcə, müdafiə sənayesi şirkətlərinin innovativ həll yollarına xərclədikləri enerji də artır. Kritik mülki texnologiyaların və hərbi texnologiyaların iç-içə olduğu bu dövrdə, qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətləri də günün zərurəti olaraq mülki sahələrdə fəaliyyət göstərirlər. 2020-ci ilin əvvəlində qarşılaşdığımız və bu gün də təsirini göstərən pandemiya şəraitində “ASELSAN dayana bilməz, dayanmaz!” dedik və fəaliy yətimizə bir gün olsun ara vermədik. Həm hərbi, həm də mülki sahələrdə həyata keçirdiyimiz layihələrimizlə bu kritik dövrü çox yaxşı idarə etdiyimizə inanıram. Epidemiyanın ilk təsirlərinin görünməyə başladığı andan etibarən ASELSAN daxilində çox təsirli bir qərar vermə mexanizmi tətbiq etdik. Bir tərəf dən dövlətimizin ehtiyac və göz ləntilərini müşahidə edərkən, işçi lərimizin sağlamlığı üçün hər cür tədbir görməyə çalışdıq. Ticarət dövriyyəmiz 2020-ci ildə bir əvvəlki ilə nisbətən 24 % böyüyərək 16 milyard TL-ni keçdi. Xarici satışlarımızı əvvəlki ilə nisbətən 44 % artıraraq 446 milyon ABŞ dolları dəyərində yeni ixrac müqaviləsi imzaladıq. İl ərzində reallaşdırılan satışlara əlavə olaraq 362 milyon ABŞ dolları həcmində rekord xarici valyuta axını əldə etdik. ASELSAN tarixində ilk dəfə 2020ci il ərzində 1 milyard ABŞ dollarından çox xarici satış “backlog”u rəqəminə çatdıq. ASELSAN məhsullarını bu günə qədər satış həyata keçirilmədiyi altı yeni ölkəyə satdıq. Bu sahədə istifa dəçilərimiz olan ölkə sayı ümumilikdə 70-ə yüksəldi. Rəqəmsal iş axını platforması və etibarlı rabitə infrastrukturu ilə fəaliyyətimizi dünyanın hər yerində fasiləsiz həyata keçirdik. Pandemiyanın hər sahədəki mənfi təsirlərinə baxmayaraq, 3.3 milyard TL səviyyəsində Ar-Ge (araşdırma-inkişaf)

xərcləri çəkərək texnologiya və Ar-Ge sahəsindəki fəaliyyətlərimizi də artıraraq davam etdirdik. Yeni şərtlər bütün dünyada illərdir vərdiş edilmiş və möhkəmlənmiş iş aparmaq formatlarını tamamilə dəyiş dirmişdir. Bu dəyişikliyin vərdiş olunmamış bir sürətlə baş verməsi, infra struktur və insan resursları baxımından da hazır olmayan şirkətlərə mənfi təsir etdi. ASELSAN, uzun illərdən bəri dəyişikliyə rəhbərlik edən və bu istiqamətdə ən dəyərli sərvəti olaraq gördüyü ixtisaslı insan resurslarına investisiya yatıran bir texnoloji bazadır. Bu uzaqgörənliklə ASELSAN ailəmizə 2020-ci ildə qoşulan təxminən 1500 yeni işçi ilə ili bütün zamanların ən yük sək məşğulluq dərəcəsini tamamladıq. Müdafiə elektronikasından sağlamlığa, rabitə sistemlərindən maliyyə texnologiyalarına; enerji və nəqliyyat sistemlərindən kosmik texnologiyalara qədər fəaliyyət göstərdiyimiz hər sa hədə məhsul və xidmətlərimizin millətimizə verdiyi faydaları qürurla müşahidə edirik. Pandemiya vəziy yəti nin pisləşdiyi bir dövrdə millətimizin xidmətinə təqdim etdiyimiz respirator (tənəffüs aparatı) bu məhsullardan biri oldu. ASELSAN olaraq əməkdaşlıq etdiyimiz konsorsium üzvləri ilə birlikdə qısa müddətdə 20 mindən çox tənəffüs cihazı istehsal edərək COVID-19 ilə mübarizədə səhiyyə sektoruna çox əhəmiyyətli bir dəstək verdik. Tənəffüs aparatlarımız dövlətimizin koordinasiyası ilə bir çox ölkədə istifadəyə verilmişdir. 2021-ci ildə əldə etdiyimiz bu uğurlu nəticələri daha da davam etdirmək üçün durmadan, yorulmadan çalışmağa davam edəcəyik. Dünyanın bir çox ölkəsində yeni əlaqə ofislərini, texniki-təmir-istehsal-mühəndislik mərkəzlərini və yeni iş ortaqlıqlarını elan etməyə davam edəcəyik. Bütün çətin şərtlərə baxmayaraq, araşdıraraq, təcrübələrdən imtina etmədən və dəyişən şərtlərə sürətlə uyğunlaşaraq böyük həvəslə bu dinamizmi davam etdirəcəyik.

– Bu il ASELSAN şirkəti IDEFdə istifadəçilərinə hansı yeni məh sulları təqdim etməyi planlaşdırır?

– Bildiyiniz kimi, IDEF sərgisi; müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmik sənayesi sahələrində beynəlxalq bir tanıtım, marketinq və əməkdaşlıq platforması olaraq dünyanın ən böyük müdafiə sənayesi sər gilərindən biridir. Ən başda ölkəmizi ən yaxşı şəkildə təmsil etmək və qlobal arenada texnoloji baza olaraq innovativ məh sul larımızı tanıtmaq məqsədilə bu il də ümumi sahəsi 6 min kvadratmetrdən çox sərgiləmə sahəmiz ilə IDEF-in ən çox diqqət çəkən stendi olaraq ziya rətçilərə ev sahibliyi edəcəyik. Genişçeşidli məhsullarımıza daxil olan yeni məhsullarımızı ilk dəfə stendimizdə sərgiləməyimizdən məm nunuq. Bu sürprizi 17-20 avqust ta rixləri arasında İstanbulda bizi ziyarətə gələn dostlarımızla bölüşmək istəyirik.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında “Azər baycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahə sində əməkdaşlıq haqqında” Sazişi təsdiq etdi. ASELSAN olaraq Azər baycan Ordusu və müdafiə sənayesi ilə üzərində işlədiyiniz layihələr var. Mümkünsə, Azərbaycanla bağlı plan larınızı açıqlaya bilərsinizmi?

– Əvvəlcə bildirmək istərdim ki, iki qardaş ölkə olaraq çətin bir coğrafiyada

yer alırıq. Regional təhlükəsizliyimizi təmin etmək üçün dövlətlərimizin və Silahlı Qüvvələrimizin nə qədər üstün səy göstərdiklərinə yaxından şahid oluruq. Türkiyə–Azərbaycan qardaşlığını ən üst zirvəyə daşıyan Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və hör mətli Prezident İham Əliyevin bu mövzuda nümayiş etdirdikləri güclü duruş da bizə həvəs və cəsarət verir. Biz də ASELSAN olaraq, TürkiyəAzərbaycan münasibətlərinin ən vacib mövzulardan olan, regional təh lükə sizlik və hərbi əməkdaşlıq məsə lə lərində dövlətlərimizə əlimizdən gələn hər cür imkanları təmin etməyə çalışırıq. Bu torpaqları daha da firavan et mək və övladlarımıza parlaq bir gələcək təqdim etmək məqsədi ilə 90-cı illərin əvvəllərindən başlayaraq Qarabağ cəbhəsində Azərbaycan Ordusunu ASELSAN rabitə vasitələri ilə təmin etməklə başlayan sarsılmaz təməllər üzərində qurduğumuz müna sibət lərimiz bu gün də bir çox sahədə davam edir. Azərbaycandakı fəaliyyət sahələ rimizin və yerli xidmətlərimizdə artım sayəsində bir çox birgə layihələr həyata keçiririk. İşğal altında saxlanılan Qarabağ torpaqlarına nəzərdə tutulmuş Vətən müharibəsində Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın millətimizin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu ifadə etməsindən əldə etdiyimiz güclə, ASELSAN olaraq bütün imkan və qabiliyyətlərimizi Azər bay canın ədalətli mübarizəsi üçün təqdim etdik və bu istiqamətdə çalışmalarımızı davam etdiririk. Əlbəttə ki, bizim Azərbaycandakı varlığımız sadəcə müharibədən doğan təcili ehtiyacları ödəməklə məh dud laşmır. 20 ildən çoxdur ki, Bakıda yerləşən “ASELSAN Bakı” törəmə şirkətimizin koordinasiyası ilə həyata keçirdiyimiz fəaliyyətlərlə Azərbay canda daimi və uzunmüddətli layihələr üzərində də işləyirik. Burada prioritet olaraq kritik mə sələlər, Türkiyədə olduğu kimi, Azər baycanda da mümkün məh dudiy yətlərdən təsirlənməyəcəyi şəkildə xarici ölkələrə olan asılılığını azaltmaq, texnologiya transferi kimi layihələrlə kritik texnologiyaya çıxış təmin etmək, yerli məşğulluq yaradaraq sənayeni gücləndirmək və Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini tam anlamıyla birgə əmə liyyat həyata keçirə biləcək formada təchiz etməkdir. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələrini qısa, orta və uzun müd dətdə güc lən dirə cəyini gözlədiyimiz müxtəlif ölçü və dərinliklərdə bir çox layihələrdə iştirak edirik. Azərbaycanda yalnız Müdafiə Nazirliyi ilə deyil, təhlükəsizlik qüvvələri daxil olan digər qurumlarla və mülki strukturlarla da işləyirik. Həm də bildirmək istərdim ki, hazırda Azər baycanda ASELSAN-ın hər bir sistem həlli üçün ən azı bir fəaliyyət maddəmiz var. ASELSAN ailəsi olaraq bizlər, üzərimizə düşən məsuliyyətimizin fər qində olaraq; qardaş ölkəmiz üçün dizayn, istehsal sahəsində, yorulmadan və var gücümüzlə çalışmağa davam edə cəyik. Bu zamana qədər olduğu kimi, bundan sonra da üzərimizə götürdüyümüz vəzifələri çiyin-çiyinə verərək uğurla yerinə yetirəcəyik.

– Sonda əlavə etmək istədiyiniz nələrsə varmı?

– Təşəkkür edirəm!

This article is from: