Minority jurnalı № 13

Page 1

1


Mündəricat

03 04 10 12 11

ÖN SÖZ

QÜRUR AYI HAQQINDA

ELDAR QASIMOVLA MÜSAHİBƏ

ŞƏHƏRİN NAĞILLARI

HOMESEKSUALLIQ XƏSTƏLİK DEYİL III


,,

Ön söz

Stounvolda başlayan, qürurlu həyat yaşamaq üçün davam edən mübarizəmizin 50-ci ilini bu ay qeyd etdik. Bu ay dünyanın bir çox şəhəri göy qurşağı bayrağı ilə bəzəndi. Bu bayraq LGBTQ icmasının sevincini, gözəlliyini və ən əsası, gücünü nümayiş etdirir. Güc demişkən, builki Qürur Ayı Stounvol üsyanın 50-ci ildönümü ilə yadda qaldı. Budəfəki sayımız məhz Qürur ayına həsr olunub. Belə ki, bu sayımızda sən Stounvolun mirası olan “Qürur Ayı” haqqında daha geniş məlumat əldə edə, indi əyləncə dolu bayramın nələrin bahasına başa gəldiyini öyrənə biləcəksən. Qürur Ayı ölkəmizdə bir neçə məşhurun LGBTQ icmasına dəstəyi ilə də yadda qaldı. Onlardan biri də Eldar Qasımov oldu. Budəfəki sayımızda sənin özünü qəbul etməyini, ürəyini açıq tutmağını və xoşbəxt olmağını istəyən Eldarla olan səmimi müsahibəmizi də oxuya biləcəksən. Sayımızda həmçinin LGBTQ icmasının bütün rənglərini mümayiş etdirən “Şəhərin nağılları” serialı haqqında da məlumat əldə edəcəksən. Serial ilk dəfə 1993-cü ildə Kanal 4-də yayım-

!

lanıb və Netfliks bu il seriala yenidən həyat verib. Eyni zamanda bu sayımızda sənin Vüqar və Mehran arasında yaşanan romantik münasibətlərdən bəhs edən “Freydin yalanları” adlı əsərin ikinci hissəsini oxumaq şansın olacaq. Hadisələrin hərbi xidmətdə cərəyan etdiyi bu əsər N.Novruzov tərəfindən qələmə alınıb. Beləliklə, Minority Azərbaycan olaraq sənə təkcə Qürur ayında deyil, hər zaman doğruluqla özün olmağı arulayır və Qürur ayını və Stounvol üsyanlarının 50-ci ildönümünü LGBTQ icmasının gözəlliyini və davam edən mübarizələrini vurğulayan səslər və hekayələrlə xatırlayırıq. Gəlin, göy qurşağı rənglərinin hamısını birlikdə qeyd edək. Biz mübarizəmizə sadiqik və nə istədiyimizi çox yaxşı bilirik! Nə həyatımızdan, nə də həmrəyliyimiz və mübarizəmizdən imtina edirik! Biz buradayıq, öyrəşin, heç bir yerə getmirik!

Vahid Əli


QÜRUR AYIMIZ Hər ilin iyun ayı dünyanın bir çox ölkələri üçün olduqca rəngarəng keçir. Bu ay LGBTQ+ yürüşü ilə yanaşı, şənliklər, festivallar təşkil olunur, məşhur ifaçılar konsert proqramı ilə çıxış edir, ictimai-iaşə obyektləri, ofislər, vətəndaşların eyvanları rəngarəng bayraqlarla bəzənir. Dünyanın gözü ən yaxşı Qürur paradının harda keçirildiyini axtarır.

Niyə məhz iyun? Bu ayı əlamətdar edən nədir? 28 iyun 1969-cu il, şənbə günü lezbiyan, gey, biseksual, transgender və kvir insanlar Stounvoldakı polis reydlərinə etiraz olaraq, küçələrə çıxdılar. Həmin etiraz gələcək Qürur Paradının əsasını qoydu. Əvvəlcə LGTQ+ aktivistlər Kreyq Rodvel, onun partnyoru Fred Sergent, Ellen Broidi və Linda Rods 1970-ci ilin iyunda yürüş keçirilməsi təklifini irəli sürdülər. Daha sonra yürüşün təşkilatçılarından biri olan və “Qürur yürüşünün anası” kimi tanınan biseksual aktivist Brenda Hovard bu tədbirlərin bir həftə davam etməsi ideyasını verdi. Bu da yürüşün Qürur Ayına çevrilməsinin başlanğıc nöqtəsi oldu.

4

Nyu-Yorkda başlayan yürüşlər illər keçdikcə digər şəhərlərə, sonra Kanada və digər ölkələrə yayıldı. Günümüzdə minlərlə, hətta yüz minlərlə insanın iştirak etdiyi Qürur Paradlarına illər əvvəl azsaylı insanlar qoşulur, iştirakçılar mühafizəkar icma tərəfindən ciddi təzyiqlərə məruz qalırdı. Elə indi də radikal insanların Qürur Paradlarını dağıtma cəhdlərini müşahidə edə bilirik. Lakin bu, LGBTQ+ fərdlərini və dəstəkçiləri heç vaxt öz yolundan döndərmir. Hər il çoxlu sayda insan al-əlvan bayrağa bürünərək LGBTQ+ icmasına dəstəyini nümayiş etdirmək üçün küçələrə çıxır. Hər ölkənin, hər şəhərin Qürur Ayı şənlikləri bir-birindən öz şou və əyləncələrinə görə fərqlənir. Bir çox homofob ölkələrdə olduğu kimi Azərbaycanda bu cür yürüşlərin keçirilməsi hələ ki mümkün olmasa da, biz Qürur Ayını özümüzə məxsus tərzdə xatırlayırıq və hər şeyin çox dəyişəcəyinə ümid edirik!

Bir gün küçələr bizim olacaq! Qürur Ayımız mübarək!


ELDAR QASIMOV ilə müsahibə Müsahibəçi: Eldar, Azərbaycana Avroviziya qələbəsi gətirməyinizdən 8 il keçir. Bu 8 ildə həyatınızda və karyeranızda nələr dəyişib? Eldar Qasımov: Onu deyim ki, mənim karyeram elə 8 il əvvəl Avroviziya musiqi yarışması ilə başlayıb. Baxmayaraq ki, daha əvvəl də musiqi ilə məşğul olurdum, xor dərnəklərində alman və yəhudi xorlarında ifa edirdim, sadəcə o, daha çox həvəskar xarakteri daşıyırdı. Lakin, Avroviziya məni peşəkar musiqi həyatına gətirdi. Həyatımda çox şey dəyişdi. İlk növbədə üzərimə çox böyük məsuliyyət düşdü. Eyni zamanda musiqimin böyük kütləyə çatması üçün fürsət yarandı. Avroviziya mənə həm də dünyanı göstərdi və dostlar qazandırdı. Düzdür, bəzən düşmənlər də qarşıma çıxır, ancaq necəsə həyatımda ancaq qısa bir müddət qala bilirlər. Onu da qeyd edim ki, Avropa səhnəsi mənə işimə qarşı tələbkar olmağı da öyrətdi. Müsahibəçi: Heç vətənimizi yenidən Avroviziya səhnəsində təmsil etmək kimi düşüncəniz və ya istəyiniz olubmu? Eldar Qasımov: Düşünürəm ki, Avroviziyaya mən ancaq tamaşaçı qismində qatılmaq istəyərəm. Onsuz da bu müsabiqə daima mənim qəlbimdə yaşayacaq. Mən istəyirəm ki, başqa istedadlı gənc-

lər də öz məharətlərini göstərsinlər. Müsahibəçi: Son illər görürük ki, Azərbaycanın müsabiqədə yaxşı nəticə göstərməsi həqiqətən çətinləşib və hətta keçən il ilk dəfə final həyəcanından məhrum olduq. Sizcə, bunun səbəbi nədir? Eldar Qasımov: Ümumiyyətlə Avroviziya çox gözlənilməz yarışmadır. Öncədən hansı mahnının uğur qazanacağı və ya qazanmayacağını demək çətindir. Əsas məsələ səhnədə və yarışma boyunca insanlarla və mətbuatla səmimi olmaqdır. İfaçı gərək nəticələr haqqında çox da düşünməsin, sadəcə zövq almağa çalışsın. Biz 10 il ərzində ilk beşliyin hər bir yerini qazanmışıq

5


və müxtəlif komandalarla çalışmışıq. Musiqinin dili, milliyyəti və ölkəsi yoxdur, amma çox istərdim ki, heç olmasa bir dəfə biz özümüz tam təşkilatçılığı öhdəmizə götürək və inanıram ki, bu, nəticədən asılı olmayaraq, çox vətənpərvər və gözəl addım olacaq. Müsahibəçi: İfa etdiyiniz musiqilərin əksəriyyəti lirik janrdadır. Tam olaraq Eldar hansı janrın ifaçısıdır? Eldar Qasımov: Bəli, mən daha çox dramatik, lirik janrda görürəm. Hərdən olur ki, daha çılğın və tempi yüksək mahnılar ifa edim. Bu isə tam olaraq mənim əhvalım və duyğularımdan asılıdır. Öz janrımı isə emosional pop kimi təsnif edərdim. Bu janrda mən həm rahat, həm də dinləyicilərimlə daha səmimi oluram.

6

Müsahibəçi: Bir neçə il öncə bir filmdə baş rol ifa etmişdiniz. Bu təcrübə sizə nə qazandırdı? Eldar Qasımov: Artıq filmin üstündən 7 il keçib və filmi indiyə qədər üç dəfə izləmişəm. Düzdür, bu, mənim üçün maraqlı təcrübə olsa da, indi düşünürəm ki, rolumu daha fərqli ifa edərdim. Baxmayaraq ki, nənəm mənimlə məşğul olur və mənə kömək edirdi, amma yenə də bəzən sıxılırdım, kameraya baxırdım. İnşallah, gələcəkdə həm Azərbaycanda, həm də xarici filmlərdə iştirak etmək istəyərəm. Müsahibəçi: Sosial şəbəkələrdə tez-tez ictimai mövzular haqqında fikir bildirir, çağırışlar edirsiniz. Sizcə, incəsənət insanının yaşadığı ölkənin ictimai və sosial həyatındakı rolu nədir və nə olmalıdır?


Eldar Qasımov: Sosial mövzular mənim üçün çox vacibdir və düşünürəm ki incəsənət insanları, ictimai fiqurlar əhalinin ürəyinə daha tez yol tapır. Çünki mədəniyyət insanlara daha yaxın və görünəndir. Ona görə, fikrimcə, bizim ağıllı və məsuliyyətli addımlarımız cəmiyyətimiz üçün çox vacibdir. Hər bir ölkədə məşhur insanlar popularlıqlarından istifadə edərək müxtəlif ideyaları və fikirləri irəli sürürlər və bununla da müəyyən bir kütləni istiqamətləndirmiş olurlar. Bunu mən də özüm üçün fürsət kimi görürəm və dinləyici kütləmin həcmindən asılı olmayaraq, keyfiyyətli olmasına çalışıram. İsəyirəm ki, biz rahatlıqla dialoq qura bilək və bir-birimizə öz fikirlərimizi məcbur yeritməkdən əl çəkək.

deyil. Düzünü desəm, mənim fikrimcə, qürur yürüşləri o qədər də vacib deyil. Mən öz paylaşımımda da heç kəsi yürüş etməyə çağırmırdım. Mən sadəcə demək istəyirdim ki, sevgi elə sevgidir. Onun nə dili, nə irqi, nə də cinsi var. Mən insanlara çatdırmaq istəyirdim ki, sevginin pisi olmur. Mənim üçün şəxsən sevgi sakitçilikdir, işdən evə yorğun gəldiyin zaman sevgilini qucaqlayıb bir film izləmək, qəhvə içməkdir. Mənim sevgi haqqında qışqırmağı yox, sakitçiliyi üstün tuturam.

Müsahibəçi: Ölkəmiz bu il 4-cü dəfə İLGA Avropa təşkilatının araşdırmasına əsasən Avropa ölkələri arasında ən homofob ölkə seçilib. Sizcə, bunun başlıca səbəbi nədir?

Eldar Qasımov: Mən onu bir neçə il öncə etmişdim. “Closer” adlı mahnımın klipində iki qızın öpüşdüyü səhnə var. Bu mövzu bizim cəmiyyət üçün hələ çox gəncdir və zamanla insanlar bu mövzuya alışacaq, çünki LGBTQ insanlar həmişə olublar. Mən daha yaşlı nəsildən bu barədə soruşanda onlar da təsdiq edirlər ki, belə insanlar onların zamanında da olub. Sadəcə belə açıq olmayıb. Mən heç özüm də istəmirəm ki, bu mövzu ictimaiyyətə qabardılmış şəkildə çatdırılsın. Heç heteroseksual sevginin də qabardılmasının tərəfdarı deyiləm. Hər şey, məncə, öz çərçivisində gözəldir. Düzdür, sənətdə mən özümə heç bir hüdüd və sərhəd qoymuram. Əgər gələcəkdə hansısa mahnım bu cür çağırış etməyi tələb etsə, çox rahatlıqla edərəm. İlklər etmək, əlbəttə, hər zaman çox çətindir, çünki bu zaman qınayanlar, tənqid və təhqir edənlər çox olur. Amma bütün bunlara hazır deyilsənsə, sən heç kimsən. Mən isə özümü hazır hiss edirəm.

Eldar Qasımov: Düzü, bu təşkilatın statistikaları ilə tanış deyiləm. Razıyam ki, cəmiyyətimiz hələ ki, LGBTQ insanları qəbul etməyə hazır deyil. Bunun üçün də zaman lazımdır. Əminəm ki, zamanla insanlarımız LGBTQ fərdlərini də anlamağa başlayacaq. Müsahibəçi: Bildiyiniz kimi, iyun ayı dünyanın bir çox ölkəsində LGBTQ+ Qürur Ayı kimi qeyd edilir. Sosial şəbəkədə sizin bu mövzuda paylaşımınız birmənalı qaşılanmasa da, çoxlu sayda dəstək gördü. Ölkəmiz Qürur Ayını qeyd etməyə hazırdırmı? Eldar Qasımov: Qısa olaraq desəm, cavabım “yox, hazır deyil” olardı. Bizim incəsənətdə çoxlu sayda LGBTQ nümayəndəsi var. Amma cəmiyyətimiz buna hələ hazır

Müsahibəçi: Paylaşımınızda qeyd etmişdiniz ki, sevgi səhv olmur. Bəs gələcəkdə sevgi haqqında ifa etdiyiniz hansısa mahnının klipində eynicinsli cütlüyə yer verərdinizmi?

7


Müsahibəçi: Sizinlə yanaşı Qürur Ayı ilə bağlı paylaşım edənlər arasında əməkdar artist Röya və stilist Anar da var idi. Məşhur insanların bu cür cəsarətli paylaşımları ictimai fikri dəyişməyə qadirdirmi? Eldar Qasımov: Bəli, gördüm, mən öz adımdan deyim ki, bəlkə on nəfərdən biri fikrini dəyişdi. Amma mənim əsas məqsədim insanları sevməyə çağırmaqdır. Başqalarına yatağını kiminlə bölüşməsinə görə yox, insani keyfiyyətlərinə görə qiymət versinlər. Bu, mənim üçün daha vacibdir. Mən öz paylaşımımla həm həm də kimliyi ilə rahat olmayanlara cəsarət və sevgi göndərmişəm. Çatdırmaq istədiyim odur ki, heç kəsə sevginizlə borclu deyilsiniz, əsas odur ki, özünüzü qəbul edin və xoşbəxt olun. Müsahibəçi: Oxuyucularımza sözünüz. Eldar Qasımov: Biz fərqliliklərdən danışdıq. Amma mənim üçün sevgilər arasında heç bir fərq yoxdur. Sevgi mənim üçün hörmət, fədakarlıq, cəsarət deməkdir və bunu həm dost, həm valideyn, həm bacı-qadaş, həm də həyat yoldaşın tələb edir. Mən istərdim ki, oxuyucularımız insanları yalnız yaxşı xüsusiyyətlərinə görə fərqləndirsinlər. Çünki dünya reallıqda çox qəddar və çətin yerdir. Mən istərdim ki, bizim oxuyucularımız bu baxımdan fərqli olsunlar.

8

Özünüzü qəbul edin, ürəyinizi açın və xoşbəxt olun.


ŞƏHƏRİN NAĞILLARI Barbari Leyn 28-ə ilk səyahətimizdən düz 18 il keçir və o vaxtdan həm real dünyada, həm də Armisted Mopinin yaratdığı cənnət olan Bu Şəhərin nağıllarında (Tales of the City) çox şey dəyişib. Əgər aranızda bu yenilikçi və LGBTQ inklüziv sənət əsərindən xəbəri olmayanlar varsa, qeyd edək ki, nağıllar qısa serial şəklində San-Fransisko Xronikasında yayımlanırdı. Sonradan Mopin hekayəni genişləndirərək, onu kitab kimi çap etdirdi. Serial ilk dəfə 1993-cü ildə Kanal 4-də yayımlandı və bundan başqa, iki dəfə 1998 və 2001ci illərdə yenidən ekranlaşdırldı. Onların hər üçündə Laura Lini 70-ci illərdə San-Fran-

siskoda həyatını qurmağa çalışan sadəlövh Mari Ən Sinqltonu canlandırır. Ekranlaşdırlması üçün daha çox material olsa da, belə görünürdü ki, serial 20 il əvvəl dayandırılmışdı. Lakin Netfliks bu il seriala yenidən həyat verərək, bizim hamımızı Barbari Leyn 28-ə götürdü. Kvir mədəniyyətini ekranlarda normallaşdırmağa kömək edən Kvir dostlar (Queer as Folk) və L hərfi ilə başlayan söz (The L Word) kimi seriallardan öncə ilk dəfə Şəhərin nağılları LGBTQ+ sevgini bayram edilən bir şey kimi təsvir etmişdi. Səhnələrin bəzilərində qısa da olsa, seks və nudist məqamlar da görürdük ki, o da öz növbəsində baryerləri

9


Hekayə Mari Ənin öz karyerasının arxasınca gedib San-Fransiskonu tərk etməsindən 23 il sonranı əhatə edir. Linni ilə yanaşı, filmdə Olimpiya Dukakis və Barbara Qarik də öz rollarını yenidən canlandırıblar. Həmçinin filmə yeni aktyor və aktrisalar da əlavə olunub. Onlardan biri Oskar namizədi Elen Peycdir. O, filmdə Mari Ənin artıq böyümüş qızı Şaunanı oynayır. Hekayənin başlanğıcı 1976-ci il San-Fransiskonun kvir həyatının ən çiçəklənən dövrünü və QİÇS xəstəliyinin LGBTQ icmasını darmadağın etməsindən cəmi bir neçə il əvvəli əhatə edir. Mari Ən özünü tapmaq üçün inklüziv ev sayılan Ana Mardiqalın evində kirayə qalmağa başlayır. Daha sonra orada tanış olduğu bir nəfərlə evlənir və yaxın rəfiqəsinin ölümündən sonra onun yeni doğulmuş qızını övladlığa götürür. Serial LGBTQ icmasının bütün rənglərini mümayiş etdirir. İzlədikcə daim repressiya və ayrı-seçkiliyə məruz qalmış insanların bir-birini necə səmimi və ürəkdən dəstəkləməsi insanın ruhunu işıqlandırır. Əlbəttə, bunda Ana Mardiqalın çox böyük rolu var. O, bütün gənclərə mənəvi analıq edir və onların bütün problemləri ilə yaxından maraqlanır. Lakin hər kəsin olduğu kimi, onun da heç kəsə demədiyi bir sirri var. Daha öncə qeyd etdiyimiz kimi, serial inklüzivliyi ilə çox böyük diqqət cəlb edir. Filmdə İİV pozitiv şəxsin rastlaşdığı gündəlik çətinliklər, münasibətlərinin korlanması, yaş fərqi və s. kimi adi həyatda yaşanılan məqamlar öz əksini tapır. San-Fransiskonun mədəniyyəti ilə az keçmişə səyahət möhtəşəm aktyor

10

LGBTQ icması və da olsa tanış olmaq, etmək və ən asası, oyunu və hekayə ilə

həyatınızı rəngləmək istəyirsinizsə, Şəhərin Nağıllarını mütləq izləyin. Serial sizdə çox böyük emosiyalar oyadacaq.


Freydin yalanları Heç bir kömür, heç bir kül, kimsənin bilməməli olduğu gizli sevgi qədər alovlu yana bilməz. Sabina

Spielreyn

(İlk

qadın

psixoanalitik) Homoseksuallıq xəstəlik deyil. Z.Freyd (Psixoanalizin qurucusu) Üstümə əyilərkən üzərimə yaydığı, bədəninin ilıqlığı ilə qarışmış odekolon qoxusu ilə sobamızdan çıxan odunsayağı tüstü qoxusunu duymuş, burnundan çıxan ilıq nəfəsinin saçlarımın arasına yayılışını hiss etmişdim. Bir də udqunarkən hulqumunun burnuma toxunduğunu. Geri çəkilərkən: -Dərman kömək etmədi, hə? - deyə soruşdu. - Bilmirəm. Onu bilirəm ki, yanıram, - dedim. - Həə, - dedi. Fısıltıyla danışmasına baxmayaraq, ləhcəsini hiss etmişdim. - Çön. - Nə? - Qorxma, çevril. Dediyini etdim və üzü üstə uzandım. Qabağa gəldi və əlini salıb pijamanı çıxardı. Soyuq əlinin qarın tərəfimə təması ilan kimi qıvrılmağıma səbəb oldu, hətta əlini tutub saxlamağa çalışdım, amma özünə əminliklə: - Dayan-dayan,- deməyindən güldüyünü anladım.

- Narahat olma, daha yaxşı hiss edəcəksən. Bir az da döz, - dedi və bir anlıq belə dayanmadı. Hərəkətlərində cəldlik və işini bilən birinin havası vardı. Özümü uşaq kimi hiss etməkdən saxlaya bilmədim. Bunları edib adyalı üstümə örtdü və: Gəlirəm, - dedi. Kubrikin o başına gedib bir müddətlik qaranlığa qarışdı. Dolabının açılıb-bağlanma cırıltısını eşitdim. Getdiyi yerdən və siluetinin quruluşundan onun kim olduğunu anlamışdım, amma bunları elədiyi mənə qəribə gəlirdi. Bu, daim qaraqabaq gəzən uşaq deyildi? Mehran? Bu qədər vaxtı bir yerdə olmağımıza baxmayaraq, adını belə bilmirdim. Geri gələndə əlində nəsə tutmuşdu, amma qaranlıqdan görə bilmədim, onsuz da görə bilsəydim belə, boynumun vəziyyətindən

11


başımı çevirməyim mümkün deyildi. Üstümə örtdüyü kənarında oturdu.

adyalı

çəkib

yatağın

- Sakit ol. İndi qurtaracağam, - dedi. “Yaxşı” demək istədim, amma ağzımdan buna bənzər bir mırıltı çıxdı. Başımı yastığın altına salıb: - Tez ol, - dedim. Soyuq sanki bədənimə olan işgəncə idi. Gətirdiyi hər nə idisə, belimin ayrı-ayrı yerlərinə yaxmağa başladı. Çiyinlərimə, onurğama və belimin aşağılarına. Toxunuşu ilə sanki başqa bir film başlamış kimi diqqətimi verib onu izləməyə başladım. Ya bədənim otağın tempraturuna öyrəşmişdi, ya da bu qeyri-adi eksprementi korlamaq istəmədiyim üçün özümü güclə saxlayırdım. Məncə, daha çox ikincisi idi və buna dəyərdi. Elə bil az əvvəl bunun tezliklə bitməsini istəyən mən deyildim. Hərəkətləri cəld və kobud idi. Barmaqlarının toxunuşunda qəribə bir sehr, işini bilən bir hava vardı və mən bu əllərə təslim olmuşdum. - O nədir? - Hə? - Belimə yaxdığın şey nədir? Tərəddüdlü bir sakitlik oldu, sonra: - Dərmandır, - dedi, amma səs tonundan bunun belə olmadığını anlamışdım. Səsində valideynlərin, uşaqların “Uşaq necə yaranır?” sualına verdiyi “Leylək baba” cavabının o sirli havası var idi. Onsuz da buna görə narahat olmağa gec olmaq bir yana, yeni bir problemlə qarşı-qarşıya qaldığım üçün fikir vermədim. Yeni problemim ölümcül olmasa da, utandırıcı idi. Bir az sıx şalvar geyinəndə, səhər yataqdan qalxanda və otaqda münasib olmayan biri olanda, və ya düzgün olmayan yerdə təhrik olduğunuz zaman yaranan, oğlanların o “baş bəlası” problemi.

12

Təhrik olmuşdum və bunu idarə etmək əlimdə olan bir şey deyildi. Onsuz da oranın idarəsinin heç vaxt əlimizdə olmadığını və olmayacağını, az qala bir bədəndə iki insan kimi yaşadığımızı o yaşa kimi çoxdan öyrənmiş oluruq, amma idarəni ələ almaq istəyindən də heç vaxt vaz keçmirik ki, o anda da bunu etməyə çalışırdım. Lakin onun əlləri kürəyimdə gəzindikcə bunun mümkün olmadığını anladım. Az qala əlinin hər toxunuşu ilə bir az da sərtləşir və dəhşət ağrıdırdı. Çox qəribə idi. Ya bu qızdırmanın nəticəsində olurdu, ya da... Başqa bir bir səbəb tapa bilmirdim. Mənə nə olurdu? İçimdə dinin və mənəvi dəyərlərimin ətrafımda günah daşlarındandan divarlar qurmağa başladığını hiss edirdim. Freyd buna super-eqo deyir. Amma bu divarlar nə qədər hündürə qalxırsa qalxsın, onu aşmaq istəyimin qarşısını ala bil-


B u idi? B əzən hələ də bu sualı özümə verirəm. Əgər məni tanıyırsızsa, tanrının məni, mənim də tanrını unutduğum bir dünyada hər şeyə elmi cavab tapmağa çalışmağımı normal qəbul edərsiz. Bu xasiyyətim başqalarına qıcıqlandırıcı gəlirdi. Hər şeyə elmi bir cavab taparaq, insanları nağıllar aləmindən ayırıb materialistik bir dünyadan o tərəfə bir şey olmadığını göstərməyə çalışırdım ki, insanlar da nağıllarda yaşamağı çox sevirdi təəssüf ki. Əslində indi düşünəndə bunun sadəcə eqomu bəsləməyə çalışmaqdan başqa bir şey olmadığını anlayıram. İnsanlara hər şeyin elmi tərəfini deyib üzümdə “Burda qəribə nə var ki?” deyən baxışlarla süzürdüm, çünki xoşuma gəlirdi. Fərqli hiss etdirir, bir növ güclü bir qalxan yaradırdı: “Məni əzə bilməzsən” deyən bir qalxan. Freyd siqarından bir tüstü alıb ah çəkərdi yəqin.

mirdi və bilməyəcəkdi. Sadəcə qaranlıq siluetini gördüyüm bir adamın mənə birdənbirə bu cür duyğular hiss etdirməsinin qəribəliyinin fərqində idim. Sanki bu duyğular indiyə kimi içimdə gizlənmiş və üzə çıxmaq üçün bu anı gözləmişdilər. Bəlkə bu toxunuşla yaranan oksitosin hormonunun təsiri idi? Freyd bu fikrimə gülər, amma inkar da etməzdi yəqin. Bu barədə kiçik bir məqalə oxumuşdum. İnsanlar bir-birinə toxunarkən və ya qucaqlarkən beyin bu hormonu ifraz edir və insanlar arasında güclü bağların yaranmağına səbəb olurdu; ana-bala, ata-oğul, qız-oğlan: bildiyiniz bütün əlaqələr. Bu, tanıdığınız və ya tanımadığınız biri ola bilər, amma o an ifraz olunan hormon aranızda güclü əlaqənin yaranmasına səbəb olur ki, o an yaşadığım da yəqin ki, bu idi.

Hələ uşaq vaxtı atamı itirərkən yaranmışdı bu qalxan. Ya da bu qalxanı qoruyurdum desəm daha düzgün olar? Atamın xərçəngdən öldüyünü demişdim, hamının mənim xərçəngin sadəcə bir dəniz canlısı olduğunu bildiyimi düşündüyü bir məkanda. Böyük qardaşımın atanın aramızdan ayrılmağa məcbur qaldığına – sanki belə şeylərin olması normal bir şeymiş kimi - inandığı bir evdə, insanlar həqiqətləri dərk etmə qabiliyyətimə heyran qalmışdılar və ağıllı uşaq kimliyimi də onda qazanmışdım. Bilmədən qazandığım başqa bir şey də evin yeni kişisi olmağım idi. O an o qədər yüngül, hətta o qədər qürur oxşayıcı idi ki, sonradan ağır gələcəyini ağlımın ucundan belə keçirməzdim. Bəxş etdiyi bu hissə görə o an atama təşəkkür belə edə bilərdim. Hər kəs həyatını ən az iki hissəyə bölür: “ondan” əvvəl və “ondan” sonra. Ondan əvvəli çox

13


vaxt yaxşı olur, az qala fantastik bir dünyada yaşadığınızı belə iddia edə bilirsiz. Tanrı cənnətə giriş biletini pulsuz versə: “Çox sağol, bir az da yaşamaq istəyirəm” deməyiniz təccüblü belə olmaz. Bax o gün o sözdən sonra anamın məni qucaqlayıb ağlamasıyla da həyatımın ondan sonrası başlamışdı, ta ki... Ta ki, növbəti bölünməyə qədər. Növbəti bölünmə isə o gün Mehranın mənə ilk toxunuşu ilə başlamışdı. Çağırılmamış bir qonaq kimi gəlmişdi həyatıma. Gəlincəyə qədər ehtiyacım olan adamın o olduğunu anlamadığım biri. Bunu həqiqətən hiss etmişdim və nə olduğunu anlamağım çox uzun çəkmişdi. Mehran içimdəki hansısa boşluğu doldururdu, amma hansı? Bəlkə bu, uzun illər içimdə qalan ataların doldurmalı olduğu o boşluq idi? “Freyd, xaiş edirəm başını yelləmə.” İllərlə bu hissəmi gizlətmiş, hətta önəmsəməmişdim. Olduğum bədəndə olmalı olduğum kimi davranmağı seçmişdim və bunda kifayət qədər yaxşı idim, ta ki o gəlib hər şeyi məhv edənə kimi. O gecə ölə bilərdim. Bunun baş vermə ehtimalı çox yüksək olsa da sağ qaldım. Bunda bir nömrəli əməyi olan insan təbii ki, Mehran idi. Bütün gecəni yanımda olmuş, su və dərman ehtiyacımı ödəməyə kömək etmiş, tərli paltarlarımı çıxarıb yenisi ilə əvəzləmişdi. O gün məni həyata döndürən Mehran olmuşdu, amma yenidən öldürən də o olacaqdı.

Sevildiyindən əmin olanda, insan necə də cürətkar olur. Z.Freyd (Psixoanalizin qurucusu)

14

Freydin ilk yalanı mənim üçün qatı bir dindara tanrının var olmadığının sübut edilməsi kimi bir şey idi. Freyd hər birimizin doğuşdan biseksual doğulduğunu, böyüdükcə isə ətraf mühit və yaşadığımız hadisələrin təsiri ilə bu hissin ya güclənib artıq qarşı qoya bilməyəcəyimiz dərəcəyə qədər artacağını, yada öhdəsindən gələ biləcəyimiz qədər azala biləcəyini demişdi. Yəni, yaşayan hər bir kəsin ürəyi döyündüyü kimi, hansısa dərəcəyə qədər biseksual idi. Bu fikir həyat fəlsəfəm deyildi. Mehranla tanışlığımıza qədər rəfdə qalan tozlu bir kitab kimi beynimin hansısa neyronunda qalan elektrik axını idi, amma o gündən sonra keçmişimin və gələcəyimin qaranlıq yollarına işıq tutacaq bir libidoya döndü. - Məni ovduğun o şey nə idi? - demişdim səhəri gün. Yeməkxanada idik və hər kəsin yeməkdən sonraki yorğunluğu üstünə çökmüşdü. Ətrafdan dəmir qabların bir-birinə dəyərkən çıxardığı metal səsi və günorta bişirilən bulğurla dünən və ondan əvvəlki günlərdə bişirilən bulğurların qatılaşmış bürkülü qoxusu gəlirdi. Güldü. Gülərkən gözlərinin ətrafında üç cüt qırış yaranırdı ki, indi də həmin gülüşlə mənə baxıb: - Bu türkəçarədir, - dedi. Çayından bir qurtum alıb üzünü çevirdi. - Narahat olmağa başladım, - dedim. - Keçi piyi idi, - dedi. Xalq arasında bu türkəçarəni eşitdiyim üçün o qədər də qəribə gəlməmişdi mənə. Mənə qəribə görünən Mehranın buna olan reaksiyası idi. - Çox sağol. Həqiqətən işə yaradı. Özümü çox yaxşı hiss edirəm. İçdiyi çayı yarıda saxlayıb: -Doğrudan? – dedi, illər sonra dəfələrlə xatırlamağa


çalışaraq çəkməyə çalışacağım o qalın qaşını qaldıraraq. - Niyə bu qədər təəccübləndin? - Başqaları o qədər iyrənərdi ki. Siz bakılılar çox… çox incə olursuz, - dedi o kobud ləhcəsi ilə. Xəstə olanda bir çoxuna təklif etmişdim, amma iyrəndiklərinə görə istəmədilər. - Mənə təklif etmədin. Çayından bir qurtum da alıb masanın üstünə qoydu. Düz gözlərimin içinə baxaraq: - Sən ölürdün… - dedi.

Ölürdün… Freyd hər birimizin təbiətə bir ölüm borcunun olduğunu deyirdi. Əslində heç kimin şüurlu şəkildə ölmək istəmədiyini, daxilən isə hər kəsin ölmək və öldürmək istəyini iddia edirdi. Məncə, bu, atalarımızın genləri ilə bağlı idi.

İndi mədəniyyət, tolerantlıq və əxlaq daşlarıyla hörülmüş divarlarımızın ardında atalarımıza min illərlə xidmət etmiş vəhşi, ağzı sulu, öldürmək istəyi ilə çırpınan gen canavarlarımızı həbsdə saxlasaq da, arabir bəzilərinin qaçmağına əngəl ola bilmirik təəssüf ki, arabir bəzilərinin qaçmağına əngəl ola bilmirik təəssüf ki. Freyd müharibələrin buna görə yarandığını deyirdi və biz də bir baxıma buna görə burdaydıq. Düzdü, Mehran ölümümü gecikdirmişdi. Sonradan bununla doğru bir şey edib-etmədiyi üstündə çox fikirləşmişdim. Bəzən, əslində çox vaxt doğru bir şey kimi gəlmirdi, hətta haqsızlıq idi. Sırf ürəyimdə, ciyərlərimdə hiss etdiyim o boşluğu, o həsrət yanğısını hiss etməmək üçün məni xilas etməklə haqsızlıq etdiyini dəfələrlə düşünmüşdüm, amma o mənim qayğıma qalarkən mənim hiss etdiklərimi hiss etmirdi axı. Ya edirdi? Sonrakı üç ayım bu sual barəsində düşünərək keçdi; yemək yeyərkən, yatağımı

15


yığarkən, əlimdə silahla postu qoruyarkən və ən əsası, baxışlarımız kəsişərkən. Nə idi onu lazımından çox mənə baxmağa sövq edən? Nə idi onu ətrafda heç kəs yox ikən boynumdan öpməyə sövq edən? Sanki illərin dostu imişik kimi birdən-birə aramızda yaranan bu yaxınlıq nəyə görə idi? Dönüb münasibətimizə baxanda ilk baxışdan sevgi miflərinə inamım daha da azalırdı. İlk baxışdan sevgi olmur, məncə. Məncə, bu sadəcə bir-birindən xoşlanma olur ki, insanlar yaşadıqları bu şeyi daha da müqəddəsləşdirib ucaltmaq üçün sonradan buna “İlk baxışdan aşiq olmuşduq” adını qoyurlar. Mehranı bu hadisədən altı ay əvvəl tanıyırdım və ilk görəndə fikirləşdiyim nə qədər çirkin bir oğlan olduğu olmuşdu. Yalnış anlamayın, insana buna görə dəyər vermirəm, amma gəlin, etiraf edək ki, bir insanı ilk görəndə birinci fikrimiz onun gözəl olub-olmadığı ilə bağlı olur ki; Mehran gözəl deyildi. İndiyə qədər insanlarda bəyənmədiyim, hətta güldüyüm hər şeyə sahib idi. Gülərkən damağında parıldayan bir neçə qızıl dişi vardı. Bir az pinti idi. Siqaret damağından düşməz, bu vərdişin yaratdığı qrupa daxil olarkən də ağzı dayanmaq bilməzdi. Danışarkən üzə çıxan kobud ləhcəsi ilk başlarda içimdəki hər bakılının sahib olduğu ləhcə rasizmini qıcıqlandırsa da, sonradan buna o qədər öyrəşmişdim ki, ona saatlarla qulaq asa bilərdim. Asırdım da. Yaxşı dinləyici idim. Bunu özü demişdi, amma bu fikirlə razı deyiləm, çünkü diqqətim nə danışdığından çox, dodaqlarının necə hərəkət etməsində, yaz qripindən qaynaqlanan burnunu çəkişində və ən əsası, gözlərində itib batırdı. Bəzən bunu özü də anlayıb: - Niyə elə baxırsan? - deyərdi. Bunu deyərkən üzündə oğrun gülüş olardı ki, bu da sualının əsas mənasını qaçırıb, buna bir

16

“Əslində niyə belə baxdığını bilirəm” ifadəsini qatardı. Qısa bir müddət sonra onun yaraşıqlı yox, xarizmatik olduğu qənaətinə gəlmişdim. Amma ona qarşı olan hisslərim bununla bağlı deyildi. Onu içində yatan bir şeyə görə sevirdim. İndiyə kimi buna bir ad verə bilməmişəm. Sanki məni tamamlayan, illərdir ehtiyacım olan və olacaq olan bir şey kimi. Onda uşaqlığımın dərin travmalarından biri olan atamı tapmış ola bilərdimmi? Atamın məhrum qaldığım qayğısını, qorumasını, sevgisini onda tapdığım üçün ola bilərdimi bunlar? Freyd yəqin ki, bu fikir üstündə qalar, hətta o, özündənrazı tərzi ilə Oedipal dövrümdə atamla olan rəqabətimi tamamlaya bilmədiyim üçün cinsi istəyimi başqa bir qadına yönləndirə bilmədiyimi də əlavə edərdi. Onun fikirləri Karavilla yedikdən sonra bunun əslində ilbizdən hazırlandığını öyrənməyə bənzəyirdi. Niyə bu, sadəcə sevgi olmayaydı ki? Niyə sadəcə parlaq, sulu, iyrənc ilbizləri fikirləşməyi bir kənara buraxıb, Karavillanın dadına baxmayaydıq ki? Freydin kreslosuna uzansam, verəcəyim suallardan biri bu olardı. Freyd də, yəqin ki: -Buna özün inanırsan? soruşardı. Bu suala indi verə biləcəyim dəqiq cavabım olmadığı kimi, o vaxt heç yox idi. Sadəcə ümid dolu təxminlər və arzular vardı içimdə. Onu arzulayırdım, günah dolu xəyallar qurub beynimin bir küncündə yaratdığım dünyada bu xəyalları onunla yaşayırdım. Həyatımda bir həqiqi Mehran, bir də xəyalımdakı, olmağını istədiyim Mehran vardı. Deyəsən, ikincisini daha çox sevirdim, çünkü həqiqi Mehran bəzən çox qəddar olurdu. Tez-tez

yatdığı

qızlardan

danışırdı.


Danışarkən səsindəki üstünlük, özündənrazılıq və sanki mümkünsüzü bacarmış havasına nifrət edirdim. Bəzən bunu gizlədir, və ya gizlədə bilir, bəzənsə bacarmırdım. Məncə, o da bunu hiss etmişdi ki, bir müddət sonra bu barədə danışmağa son qoymuşdu. Ən azı, mənim yanımda. Gəlin, etiraf edək ki, hər şeyi öz xeyrimizə yozmağa meylliyik. O vaxt mənim etdiyim də bu idi. Freyd bunun öz içində hiss etdiklərinə qarşı olan bir müdafiə ola biləcəyini deyərdi yəqin. Yəni, bu “Min bir gecə” nağıllarının əsas məqsədi mənə qarşı olan hisslərinə sədd çəkmə şəkli ola bilərdi. Çünki əvvəllər bunlardan danışmazdı, və ya bəlkə də biz onunla bu qədər yaxın deyildik? Ya da bu, sadəcə böyük priziv və ya dembel olmağın verdiyi rahatlıqdan qaynaqlanırdı? Digər tərəfdən, ona qarşı olan qısqanclığım içimdə olan gizli paxıllıqdan da qaynaqlana bilərdi. O vaxta

O vaxta qədər heç bir qadınla olmamışdım. İstəkliksizlikdən deyil, daha çox buna səy göstəmədiyim üçün idi. Dəfələrlə əlimə fürsət keçsə də, bu fürsətləri dəyərləndirməmiş, bəlkə də dəyərləndirmək istəməmişdim. Amma sonra dostlarımın da yatdıqları qızlar barəsindəki danışıqlarını xatırladım və onlara qarşı heç bir paxıllığımın olmadığını düşündüm. Bu, sadəcə mənim Mehrana qarşı olan qısqanclığım idi. Hər birimiz doğulandan biseksual oluruq. Əsgərlik həyatımın son üç ayında mən bir dənizçi, bu fikir isə mənə yol göstərən şimal ulduzu idi. Ya da arxamı söykəyib inana biləcəyim bir dayaq. Əgər qızlarla olan əhvalatları doğru idisə və mənə qarşı olan davranışlarına baxanda bu, onu mənim qədər biseksual edirdi ki, bu hal ümidverici idi. Əgər içində mənə qarşı kiçicik bir şey vardısa, məni xoşbəxt etməyə bəs edərdi.

17


Əgər bu bir toxum olsa, onu yetişdirməyə hazır idim. Əgər bu sadəcə bir kömür qırıntısı olsa, onu alışdırmağa hazır idim, təki o da eynisini hiss etmiş olardı. Hisslərimin qarşılıqsız olmadığını bilirdim. Birlikdə və tək olduğumuz anlarda başqa bir insan, bəlkə də həqiqi özü olduğuna fikir vermişdim. Fürsət düşdükcə qolunu çiynimə atıb taxta dirəyin arxasında gizlətdiyimiz telefonda musiqiyə qulaq asardıq. Bu xatirələr musiqinin təsiri ilə beynimə o qədər güclü yazılıb ki, az qala hər saniyəsini xatırlayıram. O anlarda bəzən boynumdan, yada qulağımdan öpər, ikimizi də başqa bir dünyaya çəkib aparardı. Mən də eyni cür qarşılıq verərdim, sanki məni öpməklə ona borclanırammış kimi. Amma bu, ödəməyi hər şeydən çox istədiyim bir borc idi. Qarşılığında saçlarındakı o təbii qoxunu, dərisinin duzluluğunu, azca gələn

18

qoxusunu alacağım bir borc. Nəfəs alışlarımı, ürək döyüntümü və gərginliyimi artıran az qala sehrli bir duyğu. Və bir dəfə o dəlicə duyğular o qədər basqın çıxmışdı ki, hər şeyə “Cəhənnəm olsun” deyib dodaqlarına qonmaq istəyimin öhdəsindən gələ bilməmişdim. Həmin gün hava soyuq idi. Eynilə təzadlı sevgimizdə olduğu kimi, günəş də vardı, boz buludlar da. Mayın sonları olsa da, havalar isinməmişdi və açığı, olduğumuz sıldırım qayalı, yayın ortasında belə qarı əriməyən dağa istilik sözü heç uyğun gəlmirdi. Bir neçə gün sonra gedəcəkdik. Sanki aylar əvvəl burdan getmək istəyi ilə alışıb yanan mən deyilmişəmmiş kimi, üzümdə hüzünlü bir hava vardı. - Niyə kefin yoxdu? - dedi. - Gedəcəyimizə görə, - dedim.


Bir neçə gün sonra gedəcəkdik. Sanki aylar əvvəl burdan getmək istəyi ilə alışıb yanan mən deyilmişəmmiş kimi, üzümdə hüzünlü bir hava vardı. - Niyə kefin yoxdu? - dedi. - Gedəcəyimizə görə, - dedim. - Burda nə var ki? - deyib güldü. Siqaretindən bir tüstü alıb kötüyünü kənara, digərlərinin yanına tulladı və yanıma gəlib sol qolunu çiynimə atdı. - Yoxsa burda qalmaq istəyirsən? - Səninlə qalmaq istəyirəm, - dedim. Cümlə ağzımdan bir anda çıxmışdı. Düşünmədən. Son üç ayda içimdə yığışıb qalan duyğu yüklərinin təzyiqi ilə bir anda demişdim bunu. Çiynimdəki qolu bir az boşaldı. - Görüşəcəyik, narahat olma, - dedi. Ona tərəf çevrildim və bir müddətlik bir-birimizə baxdıq. Nəfəs alarkən burnundan ağ buxar çıxıb göyə uçurdu. Dodaqları çatlamış, üz dərisi soyuqdan qaralmışdı. Dalğın baxışları gözlərimə köklənmişdi. Sanki anın sehri ilə üzlərimiz arasında yaranan cazibə qüvvəsi bizi getdikcə bir-birimizə yaxınlaşdırırdı. İkimiz də harda nə etdiyimizi unutmuş, hər şeyi anın axışına buraxmışdıq. Birdən baxışlarını çevirib aşağı baxdı. Bunu edərkən içində tutub saxladığı günah dolu isti nəfəsi üzümə dəydi. Qolunu çiynimdən çəkib məndən bir az aralandı və başını səngərin divarına söykəyib gözlərini bir yerə dikdi. Durmadım və ardıyca tərpənib qarşısına keçdim. Baxışları məni izlədi. Anlıq bir tərəddüddən sonra əyilib dodaqlarından öpdüm. Buna qarşı çıxmadı və qısa bir müddətlik, bəlkə də bir neçə saniyəlik bunun olmasına

icazə verdi. Lakin sonra gözləmədiyim bir şəkildə məni itələyib özündən ayırdı. Arxası üstə yerə yıxıldım. Çox utanmışdım və içimdə peşmançılıq vardı. - Sən… Dəlisən… Niyə belə elədin? - üzündə iyrənirmiş kimi bir ifadə vardı. - Sən də istəmirdin ki?, - deyə bildim. - Bir də… gəlmə yanıma, - deyib kazarmaya doğru getdi. Ardında qalan yeganə şey donmuş torpağın xırçıltı səsi idi.

Kiminsə yalan danışmağına əsəbləşmirəm, amma yalan deyərkən özünü bəlli edəcək qədər axmaq olanların məni aldatmağa çalışmaqlarına əsəbləşirəm. Z.Freyd (Psixoanalizin qurucusu) 19


İnsanlara mənim acımdan daha böyük bir acı tapmalarını istəsəm, başda özlərininki olmaqla sonsuz sayda başqa acılar göstərərlər. Eynilə bu şey məndən istənilsə, onlara öz acımı göstərərdim, amma məncə, bu qarşılaşdırılma düzgün olmazdı. Məncə, acı acıdır və hər kəs ondan eyni dərəcədə əzab çəkir. İnsanlar acılarını qabartmağı, dramatikləşdirməyi, bəzən uzatmağı, hətta zövq almağı belə sevirlər. Əslində isə içdən-içə istədikləri şey kiminsə bunu görməsi, onlara sarılıb “Sənlik bir şey yox idi” deyərək bu bataqlıqdan çıxarmağıdır. Mən bunların heç birini edə bilmədim. Acımı danışa biləcəyim bir insan, sığınacağım bir dost yox idi. İnsanlar Mehrana qarşı olan hisslərimi anlamazdı. Ən qəribəsi də bu deyil, sizcə? Məni onlarla birləşdirən ortaq nöqtənin insanlıq olması? Əgər günahsızlıq uşaqlıqdırsa, birinci sinif son zəngində, 7 yaşımda sırf xoşuma gəlmişdi deyə hədiyyəmi məzun olan bir oğlana verdiyimi xatırlayıram. Yəni bu, daim içimdə vardı və...

Bilmirəm... Bəlkə Freyd yalan demirmiş? “Kirayə evin iki rəngi” əsərinin yazarından N. Novruzov

20


BAŞ REDAKTOR

SƏMƏD İSMAYILOV REDAKTOR

GÜLNARA MEHDİYEVA RƏSSAM

TƏRCÜMƏÇİ YAZAR

LEYLA ƏLİ

VAHİD ƏLİ

QRAFİK DİZAYNER

MÜJGAN ABDULZADƏ

21


22


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.