Inforex Weekly#265

Page 12

SƏHİFƏ

TEXNİKİ ANALİZ

INFOREX WEEKLY

12

NEFTDƏKI RALLI ƏSASƏN FUNDAMENTAL FAKTORLARIN YAXŞILAŞMASI ILƏ BAĞLIDIR, GOLDMAN SACHS KRIPTOVALYUTALAR, ÜMUMILƏŞMIŞ ANALIZ Ötən həftənin sonunda BTC/USD 3 həftəlik yanakı kanalın aşağı sərhədində ticarət aparırdı. Bir çox birja analitikləri hesab edirlər ki, əəgər bu həftə neqativ xəbərlər alınmazsa, kanalın yuxarı sərhədinə dönüş baş verəcək. Amma bir çox ekspertlər hesab edirlər ki, bitkoinin enişi davam edəcək və 7,720 səviyyəsi yoxlanacaq. Gözlənilir ki, mayın sonlarına doğru kriptovalyuta 10,000 qiymətinə qalxacaq. Analitiklər digər kriptovalyutaların – ETH/USD, LTC/USD və XRP/USD- da eniş həyata keçirəcəyini gözləyirlər, amma bu enişin müvəqqəti olacağını hesab edirlər. Ayın sonunda hər kəs maksimumlara qalxış gözləyir.

Goldman Sachs neftlə bağlı buğa əhvalındadırlar və deyirlər ki, qalxış gözləyirlər. «Geosiyasi risk diqqət mərkəzində idi, belə ki, ABŞ prezidenti Tramp açıqladı ki, ABŞ İranla nüvə razılaşmasından çıxacaq. Bu jest gözləniləndən daha sərt idi, eyni zamanda ölkə xəzinədarlığı bildirdi ki, noyabrda qüvvəyə minəcək saknsiyaya məruz qalacaq ölkələr alışları azaltmağa başlayıblar. Geosiyasi riskə baxmayaraq bizim komanda hesab edir ki, qalxış fundamental faktorlarla bağlıdır və yaya qədər neft 82,5 dollara qalxacaq».

RABOBANK: KONSOLIDASIYADAN SONRA AUSSINI $0.72, KIVI/DOLLARI $0.66 SƏVIYYƏSINDƏ GÖRƏCƏYIK ƏSAS CÜTLÜKLƏR PROQNOZ

BARƏDƏ

ÜMUMILƏMIŞ

– EUR/USD. Ekspertlərin 70%-i H4 və D1 qrafik analizlərinə əsaslanaraq qalxışın davam edəcəyini gözləyirlər. yaxın hədəf olaraq 1.2050-1.2100, 1.2215 səviyyələri götürülür. Ayıların tərəfdarları 30%-dir və onlar 1.1800 və 1.1715 səviyyələinə eniş gözləyirlər; – GBP/USD. Hesab edilir ki, cütlük ikiqat təpə fiqurunu tam işləyib və analitiklərin 60%-i qalxışa səs verirlər. Qalxış hədəfləri 1.3625, 1.3765. Ekspertlərin 40% -i 1.3450, 1.3300 səviyyələrinə eniş gözləyirlər; – USD/JPY cütlüyünün gələcəyi ilə bağlı yekdil fikir yoxdur. Həm analitiklərin fikirləri, həm qrafik göstəricilər yarı bölünüb: qalxış və eniş ehtimalları 50/50-dir. Diapazon sərhədləri kimi 108.75-110.00 qeyd edilir.

Rabobank ekspertləri qeyd edirlər ki, uzun bir enişdən sonra avstraliya və yeni zellandiya dollarları stabilləşməyə və bahalaşmağa çalışır. «Fevraldan bəri hər iki valyuta nəzərə çarpacaq dərəcədə ucuzlaşıb. Amma bu enişin əsas hissəsi Amerika dollarının bütün spektrlərdə möhkəmlənməsi ilə bağlı idi.Qarşıdakı həftələrdə aussi/dollar və kivi/ dollar nisbətən qalxa bilər, amma ortamüddətli perspektivdə enişin davam edəcəyini gözləyirik. Qarşıdakı 12 ayda aussi\dollar $0.72, kivi/dollar $0.66 səviyyəsinə düşəcək»- deyə onlar açıqlayırlar.

SCOTIABANK ƏMINDIR KI, AVRO TEZLIKLƏ SƏVIYYƏSINƏ QAYIDACAQ

1.20

Scotiabank FX strateqləri hesab edirlər ki, avro/ dollar yaxın perspektivdə .2000 səviyyəsindən yuxarı qayıdacaq. Onlar bildirirlər ki, AMB nümayəndəsi Villeroyun, AMB kütləvi yumşaldılma tədbirlərini başa çatdırdıqdan sonra boş oturmayacağını faiz dərəcələrinin qaldırılacağına işarədir. Onlar vurğulayırlar ki, Villeroy faiz dərəcələrinin bir neçə ildən sonra deyil, bir neçə rübdən sonra artırılacağını deyib. Bankda hesab edirlər ki, EUR/USD yaxşı formadadır və son zəifləmədən sonra artım şansları güclüdür.

KRIPTODÜNYADA SON HƏFTƏDƏ BAŞ VERƏNLƏR: BTC DÜŞÜB, KRIPTOVALYUTALAR ƏMLAKA ÇEVRILIBLƏR Bitkoin qalxışa çətinlik çəkib Son həftədə əsas kriptovalyuta olan bitkoinin dəyəri az qala $8 000 səviyyəsini qıracaqdı. Bazar ertəsi səhər cütlük 9 300 səiyyəsində ticarət apararkən analitiklər optimist proqnoz verərək qiymətin $10 000 səviyyəsinə çatacağını gözləyiridlər. Amma Uorren Baffet və Bill Qeyts kriptosevərlərin planlarını pozdular. Belə ki, Berkshire Hathaway sədri Baffet, kriptovalyutalara olan neqativ münasibətini açıqlayaraq bitkoini kvadratdakı siçan zəhəri adlandırıb. Microsoft təsisaçtısı isə BTC dəyərinin yaxın vaxtlarda düşəcəyini ehtimal edir. Kriptobazardakı vəziyyətə iri Koreya birjası olan UPbit ofisində aparılan axtarışlar da neqativ təsir edir. KİV belə məlumat yayıb ki, kriptomübadilə şirkəti öz hesabları haqqında yalnış məlumatlar təqdim edib. Həmçinin ötən həftə bitkoinin 2017-ci ilin dekabrındakı enişinin səbəbi tapıldı. San Fransisko Federal Rezerv Bankının araşdırmalarına görə BTC fyuçerslərinin işə salınması kriptovalyutanın enişinə səbəb olmuşdu.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.