Page 1

INFOREX EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

1

WEEKLY

261 APREL


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

2

SƏBİNƏ GÜL


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

3

Salamlayıram. Axır ki, əsas cütlüklər korreksiyanı başa çatdıraraq qalxışı bərpa ediblər. Vacib səviyyələr avro üçün 1.2450 - 70 və 1.2580, funt üçün 1.4551 səviyyəsindədir.


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

4

SƏBİNƏ GÜL


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

5


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

6

SEYFƏL BUNYATOV


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

7

Qizilin uzunmuddetli bahalawacagi sebeblere oz fikrimle aydinliq getirmek isterdim. Dollarin ucuzlawmasi ile elaqedar olaraq qizila yatirim telabati artir ve buda oz novbesinde deyer artimina sebeb olur. Qizilin texnik baxiwlarina qaldiqda ise heleki aliw trendi davam edir. Uzunmuddetli hedefi 1400 zonalari hesab olunur


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

8

FƏRİD HÜSEYNOV


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

9

EUR/USD Növbəti həftə keçdi və qiymət eyni diapazonda qalmağa davam edir.Bu da keçən həftəki proqnozun bu həftə üçün də aktual olduğunu göstərir.Kijun sen-1.2057 səviyyəsində dəstək rolunda çıxış edir.Yuxardan keçən trend xətti isə müqavimət rolunda çıxış edir.


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

10

FƏRİD HÜSEYNOV


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

11

USD/CAD isə keçən həftə aktiv hərəkət edərək nəhayət buludları aşağı istiqamətli kəsdi. Belə vəziyyətdə korreksiyanın ola biləcəyinə baxmayaraq alış əməliyyatı açmaq risklidir. Satış əməliyyatları üçün fürsətləri daha kiçik timefraymlərdə yəni günlük,4 saatlıq və 1 saatlıq qrafiklərdə axtarmaq lazımdır.


SƏHİFƏ

TEXNİKİ ANALİZ

INFOREX WEEKLY

12

EUR Çinlə ABŞ arasında başlaya biləcək ticarət müharibəsi ehtimallarından dəstək alır. Amma son həftədə alışların kəskin artması onu deyir ki, cütlük çətin ki, güclü qalxış nümayiş etdirsin».

OĞRU ÜÇÜN TƏLƏ: bir kriptooğru digərini necə aldadır?

MOODY’S XƏBƏRDARLIQ EDIR:

blokçeyn texnologiyaları bankların təşkilatlarının işinə ziyan vura bilər

kredit

__________________________________ Moody’s bildirir ki, Blockchain texnologiyalarının yayılması maaliyyə təşkilatlarının kredit vermə qabiliyyətinə ziyan vura bilər. Agentliyin hesabatında bildirilir ki, Blockchain texnologiyası, tranzaksiya ləngimələrini nəzərə çarpacaq dərəcədə azaldacaq. Amma bu komissiya gəlirlərinin də azalmasına, kredit qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Agentlik bildirir ki, bu halda ən çox əziyyət çəkən banklar İsveçrənin bankları olacaq. Çünki, onların gəlirlərinin yarısını birdəfəlik ödənişlər və komissiyalar təşkil edir, Kanada, İsrail və İtaliya kredit təşkilatlarının da komissiyalardan əldə etdiyi gəlirlər 35% təşkil edir.

__________________________________ Biz artıq kriptodünyada başqalarının pullarını oğurlamağa çalışanların olduğuna öyrəşmişik. Amma oğrunun digər oğrulardan oğurlamasını təmin edən belə bir üsul hələ indiyə qədər eşitməmişdik Bu sxem honeypot adlanır və yüngül yolla qazanc əldə etmək istəyənləri cəlb edərək ifşa etmək üçündür. İlk dəfə bunu oğrunu tutmaq istəyənlərdən biri çatda öz MyEtherWallet cüzdanının məxfi açarını açıqlayır; bu cüzdanda $5000 -lik Minereum (MNE) var idi. Bu tokenlər efirium əsasındadır və smart müqavilələrdə mayninqə yeni yanaşan ilk toke kimi tanınır. Bitfalls bildirir ki,bu layihə yavaş yavaş sıradan çıxır, amma onları birjada $4000-ə satmaq olur. Bu şəxsi ünvan açıqlanan kimi çatın digər üzvləri cüzdanankı MNE-ləri boşaltmağa çalışdılar. Amma onlar nə ilə üzləşdiklərinin fərqində deyildilər. Baxmayaraq ki, cüzdanda həqiqətən də $5000 dəyərində MNE var idi, orada efirium şəbəkəsində ödəmək üçün lazım olan qaz (gas) yox idi. Ona görə də oğrular MNE çıxarmaq üçün əvvəlcə cüzdana efir göndərməyə məcbur idilər. Onlar bilmirdilər ki, bu sxemi yaradan adam elə bir skript yazmışdı ki, o daxil olan efirləri avtomatik olaraq başqa cüzdana yönəldirdi. EFir isə cüzdana düşmədiyi üçün MNE tokenləri elə həmin cüzdanda qalırdılar.

ÇIKAQO ƏMTƏƏ BIRJASI ilk dəfə olaraq bitkoin fyuçersləri barədə həftəlik hesabat açıqladı

__________________________________ CFTC ilk dəfə olaraq COT həftəlik hesabatını açıqlayıb. Qeyd edək ki, hesabatın dərc edilməsi üçün ən azı 30 ticart iştirakçısı olmalıdır, amma hələ ki. onlar 20-dir. Sənəddən məlum olur ki, hazırda iri spekulyantlar (Non-Commercial) 1077 bitkoin müqaviləsi alıb, 1315 müqaviləni satıblar. Göründüyü kimi, satılmış müqavilələrin sayı alınmışlardan 22% çoxdur, bu da bazarda orta templi ayı əhvalının olduğunu göstərir. Kiçik treyderlər Nonreportable Positions, adətən bazara elə də ciddi təsir etmirlər, fyuçerslər bazarında onlar adətən iri spekulyantlara əks oynayırlar. Hazırda onların 599 alış müqaviləsi, 361 satış müqaviləsi var.Alışların həcmi satışların həcmindən göründüyü kimi 66% çoxdur və onlar bitkoinin qalxışını yüksək optimizmlə qarşılayırlar.

EUR/USD

qarşıdakı 12 ayda 1.2100 səviyyəsinə düşə bilər – Rabobank

__________________________________ Rabobank analitikləri hesab edirlər ki, cütlük cari ildə 1.2100 səviyyəsinə düşə bilər. «Mart ayında biz EURUSD cütlüyündə 12 ay üçün proqnozumuzu 1.21 səviyyəsində müəyyən etdik. Siyasətin ümumi vəziyyəti dəyişdirməsi faiz dərəcələri üzrə differensiallara təsir etməyib. Amma uzunmüddətli perspektivdə biz cütlüyün orta templə aşağı düşəcəyini gözləyirik.

BU HƏFTƏNIN VACIB XƏBƏRLƏRI __________________________________ Çərşənbə axşamı, 17 aprel Böyük Britaniyada əmək bazarı rəqəmləri dərc olunacaq, bundan başqa orta saatlıq əmək haqqı açıqlanacaq. Avrozonada iqtisadi əhval -ruhiyyə üzrə ZEW xəbərləri məlum olacaq. ABŞ tikinti sektoruna dair məlumatları açıqlayacaq. Çərşənbə, 18 aprel Günün əsas xəbəri Britaniyada infliyasiyaya dair statistika olacaq.Ekspertlər dinamikanın dəyişməyəcəyini və faktiki rəqəmin 2,7% səviyyəsində olacağını bildirirlər. Əgər rəqəm yüksək olarsa, funtun qalxışı davam etdirmək üçün imkanı ola bilər. ABŞ -da FRS-in bəzi üzvləri öz şərhlərini açıqlayacaqlar. Cümə axşamı, 19 aprel Böyük Britaniya pərakəndə satışlar üzrə statistika açıqlayacaq. Ekspertlər mənfi dinamika gözləyirlər. Cümə, 20 aprel BVF sammitinin başlayacaı planlaşdırılır. Ümumiyyətlə, göründüyü kimi, qeyri müəyyənlik qalmaqdadır və bu qrafiklərdə də öz əksini tapa bilər.


SƏHİFƏ

TEXNİKİ ANALİZ

INFOREX WEEKLY

13

ÖTƏN HƏFTƏYƏ FUNDAMENTAL YÖNDƏN BAXIŞ __________________________________ Ötən həftəyə fundamental yöndən baxış Daha bir həftə başa çatdı və demək lazımdır ki, həftə statistika baxımından elə də zəngin deyildi. Amma bazarda uzunmüddətli effekt yaratmaq üçün elə bu da kifayət idi. İlk növbədə siyasi müstəvidə Suriyaya vurulan bombalara nəzər salmaq lazımdır, bu xəbər hələ bazarda elə də əksini tapmayıb, amma bu ona görə belə idi ki, hadisə həftə sonuna doğru daş vermişdi. Ona görə də bu kimi halın yenidən təkrar olunması bazarda volatilliyi gücləndirə bilər və bu yəqin ki, nə avro, nə də funt üçün müsbət ola bilməz. Başqa vacib haisələrdən Avropa Mərkəzi Bankının iclasını götürmək olar. Ümumiyyətlə, iclas nəticələrinə görə elə bir dəyişiklik görmədik, amma iki məqama diqqət etsək yaxşı olar. Birincisi odur ki, AMB iqtisadi statistikanın pisləşəcəyi halda kütləvi yumşaldılma proqramının davam etdiriləcəyini açıqlamadı. İkinci vacib tərəf odur ki, AMB avronun qalxışından narahat olduğunu bildirdi. Persspektivdə bu verbal intervensiyalara, ya da digər addımlara yol aça bilər. Amma hələ ki, bu bir işarə idi. Makroiqtisadi göstəricilərə gəlincə, yada salaq ki, ötən həftə istehsal qiymətləri indeksi açıqlandı. Göstərici 0,3% artım nümayiş etdirdi ki, bu da proqnoz və əvvəlki rəqəmdən yüksək idi. Daha bir vacib statistika ABŞ-da açıqlanan infliyasiya rəqəmləri oldu. Burada neqativ rəqəmlər gördük. Amma bunlar hamısı məzənnələrə ciddi təsir etmədi.

CFTC: spekulyantlar qızılı aktiv olaraq satırlar, neftin

artımına hesablanmış orderlərin həcmi isə 3 aylıq minimuma düşüb

__________________________________ CFTC: Dollarda təmiz satışların həcmi artıb Hesabata görə. məlum olur ki, treyderlərin dollardakı satışlarının həcmi yenə də artıb, amma fevral minimumundan aşağıdadır. Bazar əvvəlki kimi ticarət müharibələrinə görə narahatdır, amma razılıq əldə ediləcəyinə ümidlər güclənir. Avrodakı təmiz alışların həcmi yenə də yanvar maksimumuna qədər qalxıb. Cütlüyə AMB-nin pozitiv rəyləri dəstək verib. Amma iqtisadiyyatın zəifləməsi əlamətləri sərt tonu zəiflədə bilər. GBP üzrə təmiz alışlar artmaqda davam edir. Britaniya valyutası Brekzit danışıqları və keçid dövrü barədə müsbət xəbərlərdən dəstək alır, İngiltərə Bankının may ayında faiz dərəcələrini artıracağı barədə xəbər isə spekulyasiyanı gücləndirir. JPY-ə təmiz alışlar 2 həftə ardıcıl olaraq yaşıl zonada qalmaqda davam edir, geosiyasi məsələlər təhlükəsiz aktiv olan yenaya tələbi artırır. JPY-ə təmiz alışlar 2 həftə ardıcıl olaraq yaşıl zonada qalmaqda davam edir, geosiyasi məsələlər təhlükəsiz aktiv olan yenaya tələbi artırır.

GBP ayı təzyiqi ilə üzləşə bilər - Rabobank __________________________________ Rabobank analitikləri hesab edirlər ki, funt qarşıdakı 3- 6 ayda mövqelərindən geriləyə bilər. İngiltərə Bankı 2017-ci ilin sentyabr ayından bəri buğa əhvalı nümayiş etdirir. Həmçinin Britaniya üçün ənənəvi məsələyə çevrilmiş Brekzit barədə söhbətlər valyutaya dəstək verir. Baxmayaraq ki, İngiltərə Bankı tərəfindən faiz dərəcələrinin qaldırılması dinamikaa nəzərə alınıb, funt hələ ki, dəstək ala bilər. Amma Britaniya ilə AB arasındakı narazılıqlar bütün perspektivləri qaralda və dinamikanı tərsinə döndərə bilər.Qarşıdakı 3-6 ayda funtun qalxışı enişlə əvəzlənə bilər. 12 aylıq perspektivdə isə qalxış gözləmək olar.


SƏHİFƏ

INFOREX WEEKLY

TEXNİKİ ANALİZ

14 EUR/USD TEXNIKI ANALIZ 16 - 20 APREL 2018 __________________________________ Avro/dollarda vəziyyət göstərir ki, kanal sıxılmışdır. Amma bu geniş formasiyalarda yarana bilər. Daxil olduğumuz həftə korreksiya həftəsi ola bilər, yəni kanalın aşağı sərhədinə doğru hərəkət başlaya bilər. İkinci varianta görə, indiki səviyyələrdən qalxış davam edərək 1,2500 səviyyəsinə istiqamətlənə bilər.

GBP/USD TEXNIKI ANALIZ 16 - 20 APREL 2018 __________________________________ Funt/dollar cütlüyündə vəziyyət avroya oxşardır, amma bir az da olsa fərq var. Əsas varianta görə qalxış və müqavimət səviyyəsinin yoxlanacağı gözlənilir. Hazırda 1,4250 səviyyəsində hazırki tendensiyanın üfüqi kanalda davam edəcəyi barədə siqnal formalaşıb. Eniş hədəfi 1,4000 səviyyəsindədir.


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

15

260

Inforex Weekly#261  

Inforex Weekly#261: treyderler ucun heftelik online Forex icmali

Inforex Weekly#261  

Inforex Weekly#261: treyderler ucun heftelik online Forex icmali