Economist

Page 92

92

DÜNYA 2014

Dünya rəqəmlərlə Sənaye Biznes mühiti 92 Avtomobilqayırma 92 Müdafiə 92 Enerji 92

Əyləncə 93 Maliyyə xidmətləri 93 Qida və kənd təsərrüfatı 93 Səhiyyə 94

İT qurğular 94 İT proqram təminatı və xidmətlər 94 Media 94 Metallurgiya 95

sayılır. 2014-cü ildə “bum” geri qayıtmayacaq, amma şirkətlərin çoxunun işi qaydasında gedəcək.

BİZNES MÜHİTİ Dünya ÜDM və ticarət Dünya ÜDM artımı (real şərtlər, VAQ), % Dünya ticarət artımı($ dəyər), %

2011

2012

2013

3.6

2.9 3.3

2010

3.0 2.4

3.8

5.1

5.2

6.3

14.0

AVTOMOBİLQAYIRMA

2014

2014-cü ildə iqtisadi imkanların balansı inkişaf etmiş iqtisadiyyatlara tərəf meyil edəcək. Artıq püxtələşmiş bazarlar inkişaf edəcək və öz növbəsində, bütün dünya iqtisadiyyatını da 3,6%-lik inkişafa doğru aparacaqdır. Amerika biznesində iqtisadiyyatın bərpası daha gözəçarpan olacaq; qərbi Avropa çətinliklə 1,1%-lik artıma nail ola biləcək, amma 2013-cü illə müqayisədə, ən azından, iqtisadiyyat daralmayacaq. Ümumilikdə, inkişaf etməkdə olan iqtisadiyyatlar investorların gözündə cazibə qüvvəsini itirmiş olacaqlar: (əsasən, varlı dünya olan) İƏİT və qeyri İƏİT ölkələri arasındakı inkişaf bərabərsizliyi kiçiləcək. Bunun səbəbi yalnız inkişaf etmiş iqtisadiyyatların daha yaxşı fəaliyyət göstərməsi deyil. Zəif siyasi seçimlər BRİC ölkələrinin qabağını alır, xüsusilə də Hindistan və Braziliyada. Baxmayaraq ki, hər iki ölkə öz hərəkətlərinin bərpası üçün islahatlar təklif edir. Bu təzyiqin bir hissəsi də 2014-cü ildə daha az pul çap etdiyi üçün inkişaf etməkdə olan bazarlardan kapitalı geriyə – Amerikaya cəlb edəcək olan Federal Rezerv Sistemindən gələcək. Buna baxmayaraq, 2014-cü ilin perspektivlərinə nəzər salan müdirlərin bikef olmağa səbəbləri yoxdur. İnkişaf etməkdə olan bazarların artımı bitkinlikdən hələ çox uzaqdadır. Çin sürətini salmış ola bilər, amma o, hələ də 10 trilyon dollarlıq iqtisadiyyata malik ölkə olaraq qalır və artımı 7%-dən artıq olacaq. İnkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikasının bəzi hissələri də genişlənəcək. Bununla bərabər, yenə eyni zamanda inkişaf edən Amerika, Avropa və Yaponiya inkişaf etməkdə olan ölkələrdən daha çox idxal edəcəklər. Bütün dünya üzrə şirkətlər ticarətlə 5,2% daha çox məşğul olacaq. Bu, 2011-ci ildən bəri ən güclü artım Əksi göstərilmədiyi 2014 proqnozlar halda. World təşkil dünya ÜDM-in 95%-ni 60 ölkədən əsaslanır. london@eiu.com Source:

Dünya üzrə avtomobil satışları stop-start rejimindədir və qərbi Avropa sənayənin irəli getməsinə mane olan yük hesab olunur. Dördillik geriləmədən sonra 2014-cü ildə avtomobil istehsalçıları regionda bir il bundan öncəkinə nisbətən bir-iki avtomobil artıq satacaqlar. Amma bu, tənəzzülə gedən uzunmüddətli yolda yaranan sadəcə kiçik bir impulsdur: istehsal tələbatdan, təxminən, 20% artıqdır və şirkətlər daha çox zavodun bağlanacağına hazır olmalıdırlar. Ən azından avropalılar avtomobilqayırmanın digər sahələrində hələ dəliderlik mövqeyini qoruyub saxlaya bilirlər: sentyabrın 1-də yeni ciddi emissiya qaydaları qüvvəyə minəcək və əksər hallarda avropalılar bürokratların göstərdiyi istiqamətdə hərəkət edəcəklər.

Pərakəndə satış 95 İdman 95 Telekommunikasiya 95 Səyahət və turizm 95

Hindistanın dünyanın ən böyük kiçik avtomobil bazarı olacaq, buna görə də Nissan burada 2014-ün əvvəllərində oz Datsun brendini yenidən canlandıracaq. Kiçik büdcəli hetçbekləri “diriltməklə” o, inkişaf etməkdə olan ölkələrin istehlakçılarını qazanmağa planlaşdırır. Bu avtomobil modelləri 400 000 rupidən (6 000 ABŞ dolları) ucuz olacaq. Qaçırmayın: Sürücülük innovasiyalarını. Kütləvi istehsal olan maşınlarda illərdir, ən sadə özünüidarəetmə funksiyaları var, amma 2014-cü ilin bəzi Mercedes-Benz modelləri bu vaxta qədər istehsal olunan ən inkişaf etmiş özünü idarə edə bilən maşın olacaq. Modellər sensor və digər müvafiq qurğularla təchiz edilmişdir ki, bu da sürücülərə kiçik sürətlərdə əllərini sükandan götürməyə imkan verəcək. İlk partiya şourumlara 2013-cü ilin sonunda çatdırılmışdır və qiyməti yalnız 100 000 ABŞ dolları olacaq. 2014-cü ildə Volvo öz XC90 idman üslüblü maşınını təqdim edəcək. Bu maşın “sürücüsü” düşdükdən sonra özü-özünü park etmək və çağrıldıqda geri qayıtmaq funksiyasına malik olacaq.

MÜDAFİƏ

Sərnişin - avtomobillərin qeydiyyatı % dəyişiklik

Yaxın Şərq və Afrika 8.6 Şimali Amerika 8.1 Asiya və Avstralaziya 6.4 Latın Amerikası 5.2 Şərqi Avropa və Rusiya 4.2 Qərbi Avropa 2.7

Avropanın minimum tərəqqisinə baxmayaraq, dünya üzrə sərnişin-maşın qeydiyyatı 6% artacaq. Məlumat təchizatçısı olan Bloomberg Industries bildirir ki, Amerikada yeniləri ilə əvəz olunmağa hazır və çoxdan istifadədə olan, təxminən, 100 milyona yaxın maşın var. Yeni maşın almaq fikrini bir kənara qoyan amerikalı istehlakçılar pul kisələrini açmağa hazırlaşırlar: beləliklə qeydiyyatlar 9%-ə qədər artacaq. Asiya avtomobillərrinə olan tələbat aşağı düşsə də, Amerika bazarından böyük yeganə bazar olan Çin heç nəyə baxmayaraq, 5%-lik artıma nail olacaq. Digər inkişaf edən bazarlara Cənubi Afrika, Kolumbiya, İndoneziya və Hindistan daxildir.

Dünyanın ən böyük müdafiə bazarında əsas söz geri çəkilmə olacaq. 2014-cü ildə Amerikanın və digər NATO qoşunlarının Əfqanıstandan çıxarılması Amerikanın təhlükəsizlik xərclərini azaldacaq. “Sekvestrasiya” və ya avtomatik federal büdcə kəsirləri böyük təsir qüvvəsinə malik olacaq: daha geniş Demokrat-Respublikaçı maliyyə deyişmə fonunda, reytinq agentliyi Moody’s-in fikrincə, Amerikanın müdafiə sahəsində xərcləri 10%-ə qədər aşağı düşəcək, beləliklə, 2011-ci ildə qeydə alınmış ÜDM-nin 5%-lik payından 3%-ə enəcək. Hərb

tərəfdarları Amerikanın savaşma qüvvəsinin zəifləməsinə açıq-aşkar mühakimə edəcəklər; sülhçülər isə ölkənin yenə də potensial düşmənlərində qat-qat artıq silah alacaqlarından gileylənəcəklər. Dünya üzrə müdafiə xərcləri Amerikadan irəli gələn tendensiyanı təkrarlayacaq və 5-10% aşağı düşəcək. Qərbdə kəsirlər davam etdikcə, müdafiə şirkətləri qiymətləri aşağı salacaq və inkişaf etməkdə olan bazarlara üz tutacaq. Tərk-silah razılaşmasının olubolmamasından asılı olmayaraq İranın nüvə maxinasiyaları qonşuları arasında müdafiə xərclərini qaldıracaq; Şimali Koreyanın pozisiyası və Çinin yüksəlişi Asiyada xərcləri həvəsləndirəcək. Müxtəlifləşdirilmiş müdafiə şirkətləri bu dəfə də inkişaf edən kommersiya-aerokosmik diviziyalarında təsəlli tapacaqlar. Amma rəqabət artdıqca sənayenin rentabelliyi azalacaq. Güc yenə də silahın tərəfində olacaq, amma bu dəfə bu qüdrət satıcılardan alıcılara keçəcək. Qaçırmayın: Braziliya, Hindistan və Tayvan daxil olmaqla inkişaf etməkdə olan ölkələr Amerikanın yüksək-texnologiyalı silahlarını ələ keçirmək istəyirlər; bunu ən çox istəyən isə Lockheed Martin təchizatçılarıdır. Buna baxmayaraq, o hələ də Amerika-sentrik olaraq qalır: satışların yalnız 17%-i xaricə ixrac olunur, bu isə rəqiblərin göstəricilərindən qat-qat azdır. Öz ölkəsində sifarişlər getdikcə azaldığına görə, Lockheed0in beynəlxalq şöbəsi önümüzə gələn illərdə ümumi gəlirlərin 20%-nə nail olmaq istəyir.

ENERJİ

2014-cü ildə neft istehsalının zirvəyə çatacağına ümid bəsləyən ətraf mühitin

2014 DİQQƏT MƏRKƏZİNDƏ Kiber cinayətkarlar daha məharətli olurlar. Onlayn cinayətkarlar (qanuni şirkətlər kimi) çiçəklənən sosial şəbəkələrdən daha qiymətli məlumat əldə edə bilirlər. Mobil bankçılıq və digər app-lar geniş yayıldıqca, hakerlər smartfonların əməliyyat sistemlərinə hücum etməyin yollarını tapacaqlar. Bəziləri narahatdır ki, bulud hesablama sistemi daha çox şirkəti cinayətkarlara qarşı aciz edəcək, amma bu vaxta qədər kiber-hücumlar zamanı dəqiq olaraq itirilən məbləği heç kim bilmir: bu məbləğ 100 milyarddan 3 trilyon dollara qədər ola bilər. Buna baxmayaraq, tədqiqat göstərir ki, artıq onlayn olaraq qeyriqanuni qazanc əldə etmək çətindir və 2014-cü ildə bu daha da qəlizləşəcək. İnterpol tam zamanında Sinqapurda yeni kiber-cinayət mərkəzini açacaq. Əslində, proqram təminatının buluda ötürülməsi cinayətin qarşısını ala bilər: bulud xidmətlərini saxlayan məlumat mərkəzləri əsl alınmaz rəqəmsal qaladırlar – şirkət daxili korporativ IT sistemləri isə bu cür qorunmaya sahib deyil.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.