Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
ÖN SÖZ Dərs vəsaiti universitetlərin coğrafiya fakültələrində tədris edilən “Şəhərlərin coğrafiyası” (geourbanistika) kursunun proqramına uyğundur. Kursun məqsədi şəhərlərin
və
onların
sistemlərinin
tarixi-coğrafi,
sosial,
iqtisadi-coğrafi,
şəhərsalma və inkişafının başqa aspektlərini xarakterizə etmək, urbanizasiyanın qlobal xarakter almış mürəkkəb proseslərini açıqlamaq, şəhərlərin və şəhər sistemlərinin inkişaf strategiyasının işlənməsinə coğrafi yanaşmanın məzmun və əhəmiyyətini göstərmək, şəhərlərin layihələşdirilməsinin əsaslarını xarakterizə etmək və coğrafiya fakültələrinin məzunlarını elmi və layihə müəssisələrində şəhər problemləri üzərində tədqiqat və praktiki fəaliyyətə hazırlanmasına kömək etməkdən ibarətdir. Vəsaitdə üç fəsildə qruplaşdırıla bilən bir sıra problemlər işıqlandırılır: a) Şəhərlərin inkişafının tarixi mərhələləri; b) Şəhərlərin və urbanizasiyanın mahiyyəti, nəzəri əsasları və müasir problemləri; c) Qərar çıxarma prosesi və şəhərlərin layihələşdirilməsinin əsasları. Kursun
göstərilən
ardıcıllıqla
öyrənilməsi
(tarix-nəzəriyyə-təcrübə)
tələbələrə praktiki fəaliyyətdə üzləşdiyi məqsəd və vəzifələr haqqında kifayət qədər tam təsəvvür yaratmağa imkan verir. Vəsaitin adında olan “geourbanistika” termini “şəhərlərin coğrafiyası” termininə qarşı qoyulmur, əksinə sosial-iqtisadi coğrafiyanın bu sahəsinin adının dəqiqləşdirilməsini, genişlənməsini, zənginləşməsini nəzərdə tutur. Bu da müasir dövrdə şəhərsalma coğrafi təqdiqatlarda əsas diqqətin ayrı-ayrı şəhərlərə deyil, onların şəbəkəsi və sistemlərinə, ümumilikdə urbanizasiya proseslərinə cəlb edilməsindən irəli gəlir. Bu çox böyük əhəmiyyət kəsb edir, çünki həmin tədqiqatlara urbanizasiyanın yeni məkan formalarının qurulması, yəni şəhər 1