Naxcivan 1

Page 1

Naxчыvan ZAMAN AZƏRBAYCAN QƏZETİNİN XÜSUSİ ƏLAVƏSİDİR / 2011

"Tцркцн гапысы"

"TURIZMDЯ HЯR ШEYI KADRLAR HЯLL EDIRLЯR"

“Хан Сарайы” йени експонатлар ялдя едиб

Unikal eksponatlı muzey

Ağacları danışdıran sәnәtkar


NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANI TEL.: +994365451901

DEKABR 2011 NAXÇIVAN Zaman qəzetinin pulsuz əlavəsidir

Baş Direktor:

Naxçıvan Muxtar Respublika Təmsilçisi:

Süleyman Ünal Süleyman Okumuş

Məsul katib: Qvami Məhəbbətoğlu

Ünvan: Bakı, Tbilisi pr. 1058, Tel/Fax : (+994 12) 530 85 81/82/83, www.zaman.az, reklam@zaman.az Naxçıvan şəhəri, Nizami 40, Tel; 036 545 24 30, m.atik@zaman.az

Muxbirlər: Mazlum Atik Vaqif Vəliyev Dizayner Tahir Mehdiyev


3

N А bölgənin turizm mərkəzinə çevrilir Х ЧB Ы В А Н Әziz oxucular, sizinlə növbəti dəfə yeni bir layihə ‐ qəzetimizin jurnal əlavəsi ilə görüşürük. Jur‐ nalda bir‐birindən maraqlı mövzu‐ lara toxunacağıq, amma öncə belə bir məcmuə nəşr etməyə bizləri nə vadar etdiyindən qısaca söz açmaq istəyirik.

ildiyimiz kimi, ölkəmizdə aparılan genişmiqyaslı sosial‐iqtisadi inkişaf siyasətinin bir parçası kimi son illər tu‐ rizm istiqamətində də ciddi addımlar atılıb. Bu addımların davamı kimi Naxçı‐ van Muxtar Respublikasında da turizm sahəsində önəmli işlər görülür, infrastruktur yenilənir, yeni‐ yeni layihələr həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cə‐ nablarının başçılığı ilə muxtar respublikada aparılan tikinti və quruculuq işləri artıq öz müsbət bəhrəsini verməkdədir. Belə ki, blokada vəziyyətində olmasına baxmayaraq, son illər müalicə, dini, ekoloji, tarixi‐ mədəni turizmin inkişafına qoyulan sərmayə muxtar respublikaya gələn turistlərin sayını öncəki illərlə müqayisədə dəfələrlə artırıb. Qədim Naxçıvan İpək yolunun üzərində yer‐ ləşməsi və maddi‐mənəvi sərvətləri ilə hər zaman

diqqət mərkəzində olub. Neçə‐neçə mədəniyyətlərə beşik olan, hər qarışı tarixdən danışan Naxçıvana əbəs yerə "Şərqin qapısı" deyilməyib. Eyni zamanda 2018‐ ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın bu qədim diyarına olan marağı daha artırır. Biz də Naxçıvana məxsus xəbər və məqalələrlə tarixi‐turistlik abidələri, məkanları önə çıxarıb, mux‐ tar respublikanın sahib olduğu zənginliyin bir qis‐ mini bu jurnalda cəmləşdirdik. Azərbaycanın bu şanlı diyarı Mömünə Xatın türbəsi, Nuhun qəbirüstü abidəsi, Gəmiqaya daşüstü yazıları, Yusif ibn Küseyr türbəsi, Әlincə qalası, Әshabi‐Kəhf, qədim kəhrizlər və burada qeyd etmədiyim daha onlarca dəyərli maddi‐mənəvi sərvətlərə sahibdir. Muxtar respublika turizm əhəmiyyətli təbii mi‐ neral suların vətəni kimi də tanınır. Bunlardan "Sirab", "Badamlı", "Vayxır", "Darıdağ" kimi təbii müalicəvi suları qeyd etmək olar. Bütün bun‐ larla yanaşı, bronxial astma və allergiya olmaqla bir çox dərdlərə dərman olan Duzdağ Fizioterapiya Mərkəzi dünyanın bir sıra ölkələrindən gələn qo‐ naqların üz tutduğu bir başqa turizm əhəmiyyətli müalicə ocağıdır. Qədimliyin bütün çalarlarını özündə əks etdirən muxtar respublika, həmçinin "Azərbaycanın incisi" Ordubad, Şahbuz kimi səfalı və şəfalı təbiətə malik məkanlara da sahibdir. Jur‐ nalın məzmununa qısa nəzər salsaq, öncəliklə Heydər Әliyev Müzeyi haqqında oxuyacağınız yazıda ulu öndərə məxsus dəyərli məlumatlardan xəbərdar olacaqsınız. Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı ilə olan müsahibədən muxtar respublikanın turizmi haqqında məlumat alacaqsınız. Әlavə olaraq Duz‐ dağ Fizioterapiya Mərkəzindən, sahibkarlıq fəaliyyətindən, Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırki işlərindən və layihələrindən, mahir çalğı aləti ustasından, oyma‐naxış sənətindən və başqa mövzulardan ibarət zəngin və maraqlı xəbərlər oxuyacaqsınız. Әziz oxucular, bu niyyətlə dərc etdiyimiz jur‐ nalımızı bəyənəcəyinizi ümid edir, qarşıdan gələn Həmrəylik günü və Yeni ilinizi təbrik edirəm. Süleyman Okumuş


4 Türkiyə-Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur.

Naxчыvan

Ümummilli lider Heydər Əliyev

Türkdilli dövlətlər arasında Azərbaycana dil, din, milli xüsusiyyətlər və ərazi baxımından ən yaxın olanı Türkiyə Cümhuriyyətidir. Əsrlər boyu bu iki ölkə bölgədə sülhü və əminamanlığı qoruyub saxlamışlar. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdiyi bir vaxtda Türkiyə ağır siyasi-iqtisadi böhran içində olsa da, Azərbaycanın hürriyyət qazanmasına öz töhfələrini vermiş, istər hərbi, istərsə də siyasi sahədə beynəlxalq aləmdə hər zaman Azərbaycanın yanında olmuşdur. XX əsrin əvvəllərində - Türkiyəyə bir neçə dövlətin işğalçı qoşunlarının yeridildiyi bir vaxtda Azərbaycanın qəhrəman oğulları qardaş ölkənin istiqlal mübarizəsində fəal iştirak etmişlər. Çanaqqalada şəhidlərə ucaldılmış möhtəşəm abidənin üzərində azərbaycanlıların da adları yazılıb. 70 illik sovetlər hakimiyyəti dövründə bu əlaqələr kəsilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə-Azərbaycan münasibətləri yenidən inkişaf etməyə başlamışdır. Azərbaycanın öz müstəqilliyini elan etməsindən sonra dünya dövlətləri içində onu ilk tanıyan ölkə də Türkiyə olmuşdur.

"Ümid" körpüsü Azərbaycan-Türkiyə münasibətləri müstəqillik illərində elm, təhsil, səhiyyə, mədəniyyət, hərbi sahələrdə əməkdaşlıqla başladı. Təkcə 19921993-cü illərdə Azərbaycanla Türkiyə arasında əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı 4 müqavilə imzalanmışdı. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin rəsmi səviyyəyə çatdırılması da o illərə təsadüf edir. Bu dövrdə bədnam qonşularımız tərəfindən blokadaya alınmış Naxçıvanın problemlərinin həllində Türkiyənin fəal iştirakı da təqdir olunasıdır. Bu dövrdə Türkiyə ilə Azərbaycanın yeganə quru sərhəddi sayılan 11 kilometrlik sərhəddə, Araz çayı üzərində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Sədərək-Dilucu körpüsünün - "Ümid" körpüsünün təməli atılmışdı. Türkiyə inşaatçıları tərəfindən tikilən 286 paqonometrlik körpünün açılışı 1992-ci ilin may ayının 28-də ümummilli lider Heydər Əliyev və Türkiyənin sabiq Baş naziri Süley-

man Dəmirəl tərəfindən həyata keçirilmişdi. O zaman muxtar respublika üçün zəruri olan bütün məhsullar bu körpü üzərindən gətirilirdi.

"Türkün qapısı" Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin münasibətləri gündən-günə inkişaf etməkdədir. Naxçıvanın Türkiyə üçün böyük əhəmiyyəti var. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Türkün qapısı" adlandırdığı Naxçıvan ilə Türkiyə arasında əlaqələrin təməli ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. …Ötən il qardaş ölkə ilə muxtar respublikanın əlaqələrinin davamı olaraq Bakı-Naxçıvan-İstanbul təyyarə reysinin fəaliyyətə başlaması Naxçıvanın ümumdünya miqyasında tanınmasına, Avropaya yeni qapıların açılmasına şərait yaratmışdır. Türkiyə və Naxçıvanın iqtisadi əməkdaşlığını daha da möhkəmləndirəcək layi-


5

"Tцркцн гапысы"

hələrdən biri də Qars, İqdır və Naxçıvanı birləşdirəcək dəmir yolunun çəkilməsi üçün hazırlanan layihədir. Bu məsələ ölkə Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvandakı görüşündə geniş müzakirə olunmuşdur. Layihə həyata keçirildikdən sonra "Dəmir İpək yolu" adlandırılan, inşasına 2007-ci ilin noyabr ayında başlanan və 2013-ci ildə tikilib başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yoluna Naxçıvanın qoşulmaq imkanı yaranacaq. Bu layihəyə əsasən Azərbaycanın dəmir yollarından izolə edilmiş Naxçıvanın Qars vasitəsilə Avropa nəqliyyat dəhlizinə keçidi planlaşdırılır. Sözsüz ki, bu layihə Naxçıvan üçün böyük perspektivlər vəd edir. Bundan başqa, Naxçıvanı İqdır və Tuzluca şəhərləri ilə birləşdirən 129 kilo-

metrlik avtomobil yolu da bölgədə ticarətin inkişafında böyük rol oynayacaq. Ötən il Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi ölkə rəhbərliyinin muxtar respublikaya verdiyi əhəmiyyətin, doğma diyarımızın bölgədə qazandığı nüfuzun göstəricisidir. Ankara, İstanbul, Bişkek, Daşkənd, Astana, Bakı, Antalya kimi nüfuzlu şəhərlərdə keçirilən zirvə toplantılarının Naxçıvanda da düzənlənməsi Azərbaycanda gedən inkişaf proseslərinin uğurlu nəticəsidir. Azərbaycan və muxtar respublika rəhbərliyinin müntəzəm diqqət və qayğısı ilə gündəngünə çiçəklənən Naxçıvan bu gün beynəlxalq konfranslara, mötəbər görüşlərə ev sahibliyi edən inkişaf etməkdə olan regiona çevrilmişdir.

"Bu gücə çevrilmək isə bizim əlimizdədir..." Naxçıvan şəhərində keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrin siyasi birliyinin ayrıayrılıqda hər bir ölkə üçün xeyirli olduğunu xüsusilə vurğulamışdır. Bu baxımdan cənab Prezidentin çıxışını türkdilli ölkələr arasındakı əlaqələrin hərtərəfli inkişafında bir proqram kimi qəbul etmək olar. Ölkə başçısının çıxışından bəzi məqamlara diqqət yetirək: "Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neftqaz yataqları, əlverişli coğrafi vəziyyəti, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəklər. Bu gücə çevrilmək isə bizim əlimizdədir, bizim iradəmizdən asılıdır".


6 Yeni bir Naxçıvan körpüsü atılır Həqiqətən, bu, belədir. Türkdilli ölkələrin 1000 il bundan öncəki kimi qüvvətli olmaları üçün fikir, əməl birliyi lazımdır. Bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül də öz çıxışında bir daha bəyan etdi. Naxçıvanın Azərbaycan qədər Türkiyə üçün də əziz və doğma olduğunu bildirən Prezident ölkəsinin türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığa daha çox əhəmiyyət verdiyini vurğuladı. Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin perspektlivli bir layihə olduğunu da diqqətə çatdırdı. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə qardaş ölkəyə rəsmi səfəri iki ölkə, eləcə də, Türkiyə Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha beynəlxalq aləmə sübut etdi. Muxtar respublika rəhbərinin qardaş ölkənin digər dövlət və siyasət adamları ilə görüşləri, bu görüşlərdə Naxçıvanla-Türkiyənin əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi həm Azərbaycan Respublikası, həm də Naxçıvan Muxtar Respublikası üçün əlamətdar hadisədir. Bu görüşlərdə Türk Hava Yollarının Naxçıvana reyslər açması, Qars-Naxçıvan dəmir yolunun inşası, İqdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi irimiqyaslı layihələr də yer almışdır. Bundan başqa, Ali Məclisin Sədri tərəfindən Qars müqaviləsinin Türkiyə Cümhuriyyətində yenidən konstatasiya olunmasına nail olması bu görüşlərin əhəmiyyətini daha da artırmışdır. Elə Türkiyə Cümhuriyyətinin xarici siyasət idarəsinin başçısı Əhməd Davudoğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri ilə görüşündən sonra jurnalistlərə verdiyi müsahibəsindən bəzi fikirlər də qədim oğuz-türk yurdu olan Naxçıvanın Türkiyə üçün nə qədər əhəmiyyət kəsb etdiyini göstərir: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Naxçıvanla çiyin-çiyinə olmağa davam edəcəkdir. Tarix boyu bizim taleyimiz də, gələcəyimiz də müştərəkdir. Hər bir naxçıvanlının da qəlbimizdə yeri vardır". Bəli, bu gün Azərbaycanla-Türkiyə arasındakı münasibətlərə yeni bir Naxçıvan körpüsü atılır, iki ölkə arasındakı münasibətlər yeni müstəviyə çıxarılır. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" ifadəsi yeni bir əməkdaşlığın, ölkələr arasındakı münasibətləri tənzimləyəcək və inkişaf etdirəcək mərhələnin başlandığının ifadəsidir. Bu baxımdan dili, dini, kökü bir olan eyni mənəvi dəyərləri və xüsusiyyətləri qoruyub-yaşadan iki dövlətin qlobollaşan dünyamızda birlikdə inkişafı labüddür. Bu gün bu inkişaf Naxçıvanın timsalında yeni bir mərhələdə davam edir. Türkdilli ölkələr arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi daşıyan zirvə toplantılarının, görüşlərin təşkilatçıları olan Türkiyə, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası gələcəkdə də əməkdaşlıqda yeni mərhələlər açacaq, bölgədə sülh və əmin-amanlığın təminatçısı olacaq, inkişaf və çiçəklənmə yolunda birlikdə addımlayacaqlar. Mazlum Atik

"Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur". Ümummili lider Heydər Əliyev Ulu öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ən dolğun məlumatlar məhz Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində toplanıb. 3965 eksponatın saxlanıldığı bu muzeyi Heydər Əliyevin adını daşıdığı digər muzeylərdən fərqləndirən əsas cəhəti onun ümummilli liderin sağlığında tikilib istifadəyə verilməsidir. Naxçıvandakı Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Bu, ulu öndərin sağlığında təşkil olunmuş ilk muzeydir. Heydər Əliyev özü də bu muzeyi ziyarət edib. Bu barədə məlumat verən Heydər Əliyev Muzeyinin direktoru Ramin Orucəliyev maraqlı bir məqamı da xatırladı: "O zaman ulu öndər Heydər Əliyev ilk dəfə bu muzeyə daxil olarkən anası İzzət xanımın yağlı boya ilə çəkilmiş portreti qarşısında dayanaraq ona xeyli baxıb. Bəlkə də O: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib.


Unikal eksponatlı muzey

İndi bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm",- sözlərini də elə o anda pıçıldayıb". Ümumiyyətlə, ulu öndərin adının əbədiləşdirilməsinin Naxçıvandan başlanıldığını vurğulayan həmsöhbətimiz hazırda muzeyin bu diyarda ümummilli liderin əziz xatirəsini yaşadan xüsusi məkanlardan olduğunu dedi: "Heydər Əliyev Muzeyinin xüsusi çəkisi var. Hazırda bu muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 3965 eksponat toplanıb. Eksponatların arasında tanınmış xalçaçı Kamil Əliyevin rəhbərliyi altında ulu öndərin 75 illiyi ilə əlaqədar toxunan xalça daha maraq doğurur. Belə ki, həmin xalçanın hər kvadrat santimetrinə 75 ilmə vurulub. Xalçada 1 milyon 200 min ilmə var. Bu isə o deməkdir ki, həmin xalça ilmələrinin sıxlığına görə yalnız Londonun məşhur muzeylərinin birində saxlanılan Şeyx Səfi xalçasından geri qalır". Bəli, bu muzeydə Heydər Əliyevlə bağlı nadir eksponatlar çoxdur. ...Naxçıvandakı Heydər Əliyev Muzeyində saxlanılan ən unikal şəkillərdən biri onun 7 yaşında olarkən çəkilən şəklidir. Burada Heydər Əliyev və onun ailəsi əks olunub. Muzeydə sovet istehsalı olan bir boz palto da diqqəti çəkir. Bələdçi həmin paltonun maraqlı tarixçəsindən söz açdı. Dedi ki, Heydər Əliyev 1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə bağlı Moskvadakı nümayəndəliyimizdə bəyanatla çıxış edəndə, Naxçıvana qayıdanda məhz bu palto onun əynində olub. Heydər Əliyev Muzeyində diqqətimizi çəkən daha bir eksponat neftlə işləyən çıraq oldu. Bələdçinin sözlərinə görə,

məhz bu çırağın işığında ümummilli lider 1991-93-cü illərdə Naxçıvanın həyatında vacib əhəmiyyətə malik qərarlara imza atıb. Həmin eksponatlara baxarkən ulu öndərin bu sözlərini xatırlamamaq mümkün deyil: "Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur". Tarixi şəxsiyyətlərə aid muzeylərdə bir oxşarlıq da yaşanır. Belə ki, belə tanınmış şəxslər dünyalarını dəyişdikləri anda onlara məxsus saatların əqrəbləri də dayandırılır. Bu muzeydəki saat da bu qəbildəndir. Həmin saatın əqrəbləri 19:00-u göstərir... 2003-cü ilin dekabrın 12-nin saat 19-nu. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs edən bu zəngin muzey naxçıvanlıların, Naxçıvana gələn qonaqların, yüksək səviyyəli tədbirlərin iştirakçılarının üz tutduqları əsas ünvanlardan biridir. Onlar burada Heydər Əliyev haqqında daha zəngin və hərtərəfli məlumatlar əldə edirlər. Aldığımız məlumata görə, bu məkanı gündə ən az 30-40 nəfər ziyarət edir. Onu da deyək ki, fəaliyyət göstərdiyi 12 il ərzində muzeydə bir sıra mühüm və əhəmiyyətli tədbirlərin görüşlərin, təqdimat mərasimlərinin, anım günlərinin və digər mərasimlərin keçirilməsi bir ənənəyə çevrilib. Respublikamızın Prezidenti, cənab İlham Əliyev hər dəfə Naxçıvana gələndə bu muzeyi ziyarət edir. Naxçıvan Muxtar Respublikası rəhbərliyinin muzeyin yaradılması, ədəbi və elmi cəhətdən tərtibatı, zəngin eksponatlarla komplektləşdirilməsində xüsusi qayğı və diqqəti də qeyd olunmalıdır. Mazlum Atik


8 Ötən il Naxçıvan Muxtar Respublikasına 288000 nəfər turist gəlib. Onların əksəriyyəti, daha doğrusu, 246246 nəfər xarici ölkə vətəndaşları olub. Halbuki 2008‐ci ildə bu diyara üz tutan xari‐ cilərin sayı 187036 nəfər təşkil edib. Onlar əsasən mədəni‐tarixi məkanlara, müalicə ocaqlarına bö‐ yük maraq göstəriblər. Belə ki, Açıq Səma Al‐ tında Muzey, "Duzdağ" Fizioterapiya Mərkəzi, "Şahbuz" Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkı turistlərin ən çox üz tutduqları ünvanlar olub. Müxtəlif iqlim qur‐ şaqları və özünəməxsus mətbəxi ilə seçilən, zən‐ gin mədəni‐tarixi irsə malik Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir. Bölgənin Türkiyə və İran kimi ölkələrlə həmsərhəd olması, Bö‐ yük İpək Yolunun üzə‐ rində yerləşməsi onun turizminin inkişafına şərait yaradan əsas amil‐ lərdəndir. Qeyd edək ki, hazırda dünyanın inkişaf etmiş ölkələri turizmin inki‐ şafına daha çox diqqət verir. 2011‐ci ilin ölkə‐ mizdə "Turizm ili" elan olunması da bu zərurət‐ dən irəli gəlib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniy‐ yət və Turizm Nazirliyi özündə bir sıra müxtəlif tədbirləri ehtiva edən plan hazırlayıb.

T

uristlərə Naxçıvan-Xanəgah (Əlincə qalası da daxil olmaqla), N a x ç ı v a n Qarabağlar, Naxçıvan-Əshabikəhf, Naxçıvan-Ordubad, NaxçıvanBatabat marşrutları (Həsən Əliyev adına Zəngəzur Milli Parkına isə bir neçə istiqamətdən) təklif olunduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Gülbuta Babayevanın sözlərinə görə, hər hansı bir ölkənin turizm potensialından danışdıqda oranın fauna və florası ilə yanaşı, tarixi, mədəni irsi də

ön plana çəkilir: "Mömünə Xatun, Yusif Küseyr oğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə bağlanan Gəmiqaya daşüstü yazıları, əfsanəvi İlanlı dağ, abidələrlə zəngin Ordubad, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən ƏshabiKəhf ziyarətgahı, xalq sənətkarlarının sənət nümunələri turistlər üçün cəlbedicidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi də onun bu qədər zəngin tarixə və mədəniyyətə malik olmasından irəli gəlir". Həmsöhbətimiz Naxçıvanda ekoloji, kənd, etnik, müalicə, ziyarət,

"TURIZMDЯ KADRLAR HЯLL


9 tarixi-mədəni turizmlərinin daha çox inkişaf etdiyini vurğuladı. O, kənd turizminə marağın atmasını isə belə izah etdi: "Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində belə mavi qaz şölələnir, onlara elektrik enerjisi fasiləsiz verilir. Həmin kəndlərdə dünyanın istənilən yeri ilə danışmağa imkan verən telefon rabitəsi var. Naxçıvanın istənilən yaşayış məntəqəsində və ya təbiətinin istənilən yerində içməli su var. Onu da deyim ki, Naxçıvan şəhəri muxtar respublikanın mərkəzində yerləşdiyindən, buradan bütün rayonlara marşrut avtobusları və taksilər, həmçinin qatarlar işlədiyindən bölgənin ən ucqar kəndlərinə belə rahat yollar çəkildiyindən gediş-gəliş asandır. Tu-

ristlər həm rayonlardakı, həm də Naxçıvan şəhərindəki mehmanxanaların xidmətlərindən istifadə edə bilirlər. Bu gün muxtar respublikada 22 mehmanxana fəaliyyət göstərir. Onlarda turistlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Mən hələ turistlərin bütün ehtiyaclarını ödəyən beşulduzlu "Təbriz" və "Duzdağ" otellərini demirəm". "Bütün sahələrdə "Kadrlar çox şeyi həll edir" söylənildiyi halda, turizmdə kadrlar hər şeyi həll edir deyilir", - sözləri ilə söhbətini davam etdirən Gülbuta xanım bu sahəyə də ciddi önəm verildiyini dedi. Onun sözlərinə görə, bu sahənin əməkdaşları mütəmadi seminar və treninqlərdə iştirak edirlər: "Bir sözlə, bu gün Naxçıvanda yaradılmış şərait ən tələbkar turistin belə

HЯR ШEYI EDIRLЯR"

ehtiyaclarını ödəməyə qadirdir". O, muxtar respublikada dağçılıq turizminin inkişaf etdirməyin mümkünlüyünü də vurğuladı. Gülbuta xanımın sözlərinə görə, turizmdə reklam da önəmli rol oynayır. Odur ki, bu məsələ diqqət mərkəzindədir: "Əvvəllər muxtar respublika haqqında reklam-informasiya materialları barmaqla sayılacaq qədər idi. Bu gün isə bu dilbər guşə ilə əlaqədar onlarla kitab, buklet nəşr olunub. Artıq dünyanın bir çox informasiya vasitələrinin nümayəndələri də Naxçıvan gəlir, bu bölgə ilə bağlı çəkilişlər aparırlar. Qeyd edim ki, Naxçıvana gələn turistlər üçün bu bölgəni onlara həmişə xatırladacaq suvernirlər də hazırlanıb. Müşahidələr göstərir ki, onlar xüsusilə memarlıq abidələrini özündə əks etdirən sənət əsərlərinə üstünlük verirlər. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hədiyyələr mağazaları var ki, burada da Naxçıvan sənətkarlarının müxtəlif səpkili əl işləri satılır". Gülbuta xanım turistlərin bu bölgənin mətbəxinə da maraq göstərdiklərini vurğuladı: "Odur ki, mətbəxsevərlərə bu bölgəyə xas yeməklər haqqında məlumat vermək məqsədilə "Naxçıvan mətbəxi" kitabını ərsəyə gətirdik". Gülbuta xanımım fikrincə, bu gün Naxçıvan Muxtar Respublikasında turizm sahəsi daha sürətlə inkişaf edə bilərdi: "Məlum hadisələrlə əlaqədar Naxçıvanın blokada şəraitində qalması bölgədə turizmin inkişafında əngəl olan ən başlıca faktordur. Belə ki, muxtar respublikadan ölkəmizin digər bölgələrinə gediş-gəliş ən bahalı nəqliyyat vasitəsi - təyyarə ilə həyata keçirilir. Avtobusların İrandan keçmələri isə turistləri ikinci bir dövlətin ərazisindən səfər etmək kimi bir çətinliyə salır. Digər tərəfdən, sovet dönəmində İran və Türkiyə kimi ölkələrlə həmsərhəd olduğuna görə Naxçıvanda turizmin inkişafına imkan verilməyib. Onu da deyim ki, o illərdə Naxçıvanda bir dənə də turizm bazası olmayıb. Bu mənada, muxtar respublikada turizmin inkişafına müstəqillik illərində start verilib". Vaqif Vəliyev


10

Ruslan Süleymanov

Duzdağ Naxçıvanın simvollarından biridir desək, yanılmarıq. Bu dağ ölkəmizdə təkcə təmiz duzuna görə deyil, həm də şəfaverici xü‐ susiyyətinə görə tanınır. Tarixi faktlara əsasən, Duzdağ mədənlərindən hələ e.ə. 3‐2‐ci minillik‐ lərdə geniş istifadə olunub. Çıxarılan duz həmçinin Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. 1979‐cu ildə Duzdağın qədim duz mədənlərinin bazası əsasında fizioterapiya xəstəxanası təşkil olunub. Uzun tədqiqatlardan sonra dünya təbibləri belə qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiyaya ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. ("Spleoterapiya" yunanca "Spelaion" mağara, kaha və "terapiya" müalicə deməkdir). Az sonra duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılıb. Ölkəmizdə isə belə müalicəvi mərkəz 1979-cu ildən fəaliyyətə başlayıb.

...Maşınımız Duzdağa tərəf burulanda bu yol boyunca salınmış meşə zolağı diqqətimizi cəlb etdi. Qəzetimizin Naxçıvan üzrə bölgə müxbiri Mazlum Atik bir neçə ilə öncə həmin ağacların iməciliklər yolu ilə əkildiyini bildirdi. Onun sözlərinə görə, bəzi mütəxəssislər burada ağac yetişdirməyin qeyri-mümkünlüyünü söyləyirmişlər. Lakin Naxçıvanın hər bucağını yaşıllığa qərq etməyi qarşısına məqsəd qoymuş Naxçıvan Muxtar Respublikası rəhbərliyinin qətiyyəti bu yolu da yaşıllıqlara qərq edib. Bu ərazilərdə mütəmadi yeni ağaclar əkilir, onlara xüsusi qulluq göstərilir. Bütün bunlar Duzdağ ərazisinin gələcək tu-

rizm zonası kimi parlaq konturlarını müəyyənləşdirir. Uzaqdan bir bina diqqətimizi cəlb edir. Bu dəfə də sükutu Mazlum bəy pozur: "Bu, dağların qoynunda salınmış 5 ulduzlu "Duzdağ" otelidir. Bura müalicəyə gəlmiş xəstələrlə yanaşı, turistlər də üz tuturlar. 5 mərtəbədən ibarət oteldə istirahət üçün hər cür şərait var. Onu da deyim ki, bu hotelin açılışında ölkə Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər". ...Maşınımız irəlilədikcə duz qoxusu artır...

Sirli məkan "Duzdağ" Fizioterapiya Mərkəzi, həqiqətən də, sirli bir məkandır. Elə içəri girər-girməz bunu hiss etməmək mümkün deyil. Dağın içərisində tuneldə irəlilədikcə "Duzdağ" Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov bu məkan barədə ətraflı məlumat verir. Deyir ki, yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 350 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Onun sözlərinə görə, bu müalicə ocağına dünyanın bir çox ölkələrində bronxial astma və astmatik komponentli digər xəstələr gəlirlər. Müalicə kursları qəbul edib, xəstəlikdən qurtulurlar: "Yeraltı hissədə - duz mədəni şaxtasında gecə və gündüz havanın temperaturu 18-20 dərəcəyə yaxın olur. Elə xəstələrə şəfa verən əsas amil də bu mikroiqlimdir. Yəni havanın tərkibində olan yüksək dispersli natrium-xlor ionlarının olmasıdır. Bronxial astmalı xəstələrdə terapevtik effekt şaxtanın xüsusi mikroklimatı, allergenlərin olmaması (allergen-allergik reaksiyaları


11

Duzdağ duzdan qurulmuш bцllur saray

törədən bir faktordur), havada aerozol şəkildə Na+ və Cl+ ionlarının olması nəticəsində yaranır. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır". Daha sonra o bildirir ki, müalicə kursu böyüklər üçün 16-20, uşaqlar üçün 10-15 seansdır. Xəstələr axşam saat 6dan səhər 8-dək şaxtada olurlar. O bunun sirrini isə belə açıqlayır: "Bu məsələdə orqanizmdə bütün tutmaların (qan təzyiqinin artması, mədə-bağırsaq sancıları və sairə) gecə saat 1-4 radələrində baş verməsi nəzərə alınıb. Burada ilin hər bir fəslində şəfa tapmaq mümkündür. Müalicə başa çatdıqdan sonra böyüklərdə 85-90%, uşaqlarda isə 95% yaxşılaşma

qeyd olunur". Onun sözlərinə görə, xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir. Spleoterapiya xəstədə boğulma tutmaları olmayan dövrdə və ya remissiya dövründə aparılır. Yaxşılaşma uşaqlarda 4-5 gündən sonra müşahidə olunur. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir. Məlumat üçün bildirək ki, bu cür səhiyyə ocaqları Almaniya, Avstriya, Macarıstan, Rumıniya və Ukray-

nada da fəaliyyət göstərir, amma Naxçıvandakı müalicəxana onlardan fərqli olaraq, bir çox üstünlüklərə malikdir. Buranın digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/saniyəyə yaxındır. Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı), ümumiyyətlə, yoxdur. Re-


12 gionda iqlimin quru və kontinental, günəşli günlərin sayının çox olması da müalicənin effektli aparılmasına təsirini göstərir. Buradakı şaxtaları allergiyasız mühit adlandıranlar yanılmırlar. ...Yeraltı şöbə 9 şaxtadan ibarətdir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. fəaliyyət göstərir. Mərkəzdə 48 nəfər çalışır ki, onlardan 5-i həkim, 25-i tibb bacısıdır. ... Duzdağ mədənindəki şaxta-

lar bir növ möcüzəli sarayları xatırladır. Şaxtalarda duz təbəqəsinin ümumi qalınlığı 8,2 metrdir. Divarlardakı duz daşları elektrik işığının ziyasından güc alaraq hər tərəfə işıq saçır. Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi də həmin şaxtalarda, daha doğrusu, divarları duzdan ibarət olan bu büllur otaqlarda yerləşir. Bu mənada, bu səhiyyə ocağını ölkəmizin, eləcə də dünyanın nadir müalicəxanası hesab etmək olar. ...Bəli, burada müalicə üsulu çox sadədir. Yeraltı şaxtalardakı köhnə duz mədənlərində qoyulmuş çarpayılarda gecələyən xəstələr burada şəfa tapırlar. Müalicə olunanlar gecəni divarları duzdan olan büllur otaqlarda keçirirlər. Səhər isə yenidən başqa

bir əhvali-ruhiyyə ilə buranı tərk edirlər. Qeyd etmək yerinə düşər ki, ildən-ilə bura müraciət edənlərin sayı artır. Belə ki, il ərzində 15002000 nəfər bu məkana üz tutur. Burada müalicə olunan Türkiyə və İran vətəndaşları ilə söhbətdən aydın oldu ki, "Duzdağ" onların hər birinin yaddaşında xəstəlikdən qurtulduqları məkan kimi qalacaq. Xəstələrlə həmsöhbət olarkən onlar məhz buraya üz tutduqdan sonra yaşadıqları problemlərdən azad olduqlarını dilə gətirdilər.

Ağarza Rəhimov: Əslən Hacıqabulun Rəncbər kəndindənəm, Moskvada yaşayıram. Orada vəkil kimi fəaliyyət göstərirəm. 5 il idi ki, bronxlarımdan əziyyət çəkirdim. 5 gündür buradayam. Buradakı müalicə effektini artıq hiss etməkdəyəm. Gələn il də bura gəlmək fikrim var. Doğma diyarımda belə bir müalicə ocağının olmasından gec xəbər tutmağımı isə heç cür özümə bağışlaya bilmirəm. Ədalət Məmmədova: Gəncə sakiniyəm. 4-cü ildir "Duzdağ"a gəlirəm. Bura üz tutandan əzablı günlərim artıq arxada qalıb. Daha dərman da qəbul etmirəm.

Telman Əliyev: Əslən Masallının Mahmudavar kəndindənəm. Tümendə yaşayıram. Bu məkan xəstəliyimin aradan qaldırılmasına vasitəçi olmasaydı, yəqin ki, 6 min kilometr məsafə qət edib bura gəlməzdim... Elnur Rüstəmov: Bakıda yaşayıram. Bura 6 yaşlı oğlumla birgə gəlmişəm. Hər ikimiz də müalicə qəbul edirik. Nəriman Mikayılov: Polis işçisiyəm. Norilsk şəhərindən

gəlmişəm. Onu da deyim ki, Duzdağa vaxtilə buraya oğlunu müalicəyə gətirmiş Vladimir vilayətinin Daxili İşlər Nazirliyinin baş həkiminin məsləhəti ilə gəlmişəm. Onun məsləhəti olmasaydı, yəqin ki, buradan xəbər tutmayacaqdım. Onu da deyim ki, burada həm müalicə, həm də istirahət üçün normal şərait var. Natəvan Tahirova: "Azərbaycan ordusu" qəzetinin əməkdaşıyam. Bura gələnə qədər müxtəlif tibb ocaqlarına müraciət etmişdim. Amma heç bir nəticə hasil olmurdu. Duzdağda olduğum bir neçə gündə isə artıq özümdə sanballı dəyişikliklər hiss edirəm. Mazlum Atik , Qvami Məhəbbətoğlu



14

“BELLÈSSA” Naxçıvan şəhərində fəaliyyət göstərən "Bellissa" Mebel və Dekorasiya Fabriki divar örtükləri, ağaç profilli qapı və pəncərələr, modern və klassik mebellər, sosial və inzibatı binalar üçün müxtəlif avadanlıqlar istehsal etməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərir. Ən tələbkar müştərinin arzularını reallığa çevirməyə qadir olan "Bellissa"nın direktoru Turan Köroğlunun sözlərinə görə, işdə əsas diqqət edilən məqam keyfiyyət və müştərinin məmnunluğudur. Bəri başdan deyək ki, "Bellissa"da mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib. Almaniya, İtaliya, Türkiyədən gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə istehsal olunan və müştərilərin zövqünə tam cavab verən yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və inzibati binalara yaraşıq verən, rahatlıq gətirən məhsullar daxili və xarici bazar üçün nəzərdə tutulub. Müştərilər mebelləri hazır model cərgəsindən və ya fərdi sifariş əsasında seçə bilərlər. Fabrikdə tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və hazır məhsulların davamlılığını və uzunömürlülüyünü təmin edir. Material kimi istifadə olunan məhsulların 90%-i Türkiyədən gətirilir. Onların arasındakı qiymətli materiallar limba Afrikadan, kaina isə Gürcüstan-

dan idxal olunur. Burada istifadə olunan materialların 10% isə Naxçıvana məxsusdur. "Bellissa" Mebel və Dekorasiya Fabrikinin direktoru Turan Köroğlunun sözlərinə görə, indiyədək idxalla əldə edilən MDF - mebel materiallarını artıq bu yaxınlarda Bakıda inşa olunmuş AZMDF zavodundan alınacaq.

Əvvəllər "Gəmiqaya"nın nəzdində fəaliyyət göstərən bu müəssisə ötən ilin yanvarından "Bellissa" adı ilə öz müstəqil addımını atıb. Ötən bu müddətdə "Bellissa" Naxçıvanda bir sıra müəssisələrin, o cümlədən beşulduzlu "Duzdağ" otelinin mebel işlərini görüb. "Bellissa"nın işləri Balakəndəki "Naftalan" otelini də bəzəyir. Hazırda fabrikin Naxçıvan Muxtar Respublikasında 5 mağazası fəaliyyət göstərir. Yaxın vaxtlarda "Bellissa"nın məhsulları İstanbul, Təbrizdə də görünəcək. Müəssisə Bakı şəhərində də öz mağazasını açmaq niyyətindədir. "Hələlik, tam gücümüzlə anbara işləyirik", - deyən Turan bəy bu hazırlığı belə dəyərləndirdi: "Biz birdən-birə mebel bazarında bu sahədə, sözün həqiqi mənasında, inqilab edəcəyik". İtalyan mənşəli "Bellissa"ya aydınlıq gətirən həmsöhbətimiz dedi ki, o, dilimizə gözəllik kimi tərcümə olunur. Elə işimizdə də


15

Bakûya da gÿlÿcÿk bu sahədə daha öndə olan italyanların təcrübələrindən bəhrələnməyə, onların modellərinə üstünlük verməyə çalışırıq: "Bəli, məqsədimiz bizə müraciət edənlərin evlərində, ofislərində gözəllik, rahatlıq yaratmaqdır". Rəqabətlə bağlı ünvanladığımız suala isə Turan bəy belə cavab verdi: "Rəqabətdən çəkinsəydik, bu işə girişməzdik ki..." Az sonra isə güləgülə əlavə etdi: "Biz elə bunun üçün buradayıq. Bu sahə ilə məşğul olan digər müəssisələrdən əsas fərqimiz keyfiyyətə daha çox önəm verməyimiz olacaq. Bir də "Bellissa"nın əsas məqsədi yüksək səviyyəsi və əla xidmət sayəsində mebel bazarında bütün müştərilər üçün ən etibarlı partnyor və tədarükçü imicini qazanmaqdır. Məncə, bu sahəyə aid hər bir tələbi yetirən müəssisə bazarda yıxılmaz". Hazırda müəssisədə 330 işçinin çalışdığını və onların 80 faizinin yerli sakinlərdən ibarət olduğunu vurğulayan

Turan Köroğlu həmsöhbətimizin sözlərinə görə, müəssisədə xarici ölkələrdən gəlmiş adi işçilər də fəaliyyət göstərirlər. İki növbə işləyən müəssisədə işçilər gündə iki dəfə pulsuz yeməklə təmin olunurlar. İşçilərin əmək haqqı isə 350-900 manat civarındadır. Turan bəyin fikrincə, indi həm klassik, həm də modern mebellərə tələbat var: "Belə ki, gənclər modern, yaşlılar isə klassik mebellərlə daha çox maraqanırlar". Onun sözlərinə görə, modern mebellərlə müqayisədə klassik mebellərin hazırlan-

masına daha çox əmək sərf olunur. Çünki həmin mebellərdə əl işləri üstünlük təşkil edir: "Onu da deyim ki, indi belə mebellər hazırlayan ustalar tapmaq müşkül məsələdir. Yəni onların sayı o qədər də çox deyil". O, mebellərlə bağlı hər kəsə lazım olan bir məqama da toxundu: "Böyük mənzillərə klassik, balaca mənzillərə isə modern mebellər daha yaxşı yaraşıq verir". "Bəs siz özünüz hansı mebelə üstünlük verirsiniz?" sualına cavabında 35 il bu sahədə çalışan və 3 qız atası Turan bəy: "Klassik və modernin arasında qərarlaşan avanqard mebellərə", - dedi. Müəssisədə iş başında görüşdüyümüz işçilər - Tural Qədimov, Abbasəli İsmayılov, eləcə də Oqtay Eloğlu iş şəraitinin onları qane etdiklərini dilə gətirdilər. Müəssisənin doğrama, lifləmə, presləmə, cilalama, üzləmə və digər sexlərini gəzərkən, hazır məhsullarla tanış olarkən bir daha inandıq ki, "Bellissa" rəqabətdən qalib çıxacağına əminlikdə doğrudan da haqlı imiş. Mazlum Atik



"Unudulmuå musiqi alätlärini häyata qaytarmaqda israrlıyam"

N

axçıvan Muxtar Respublikası Aşıqlar Bir‐ liyinin sədri, aşıq sənəti tədqiqatçısı, Naxçı‐ van Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov musiqi dünyamızda önəmli yer tutan neyin mahir ifaçısıdır. O, hətta bu musiqi alətinin yeni növlərini də hazırlayıb.

Onunla rəhbərlik etdiyi Naxçıvan Musiqi Alətləri Satış‐Sərgi Salonunda görüşdük. Musiqi aləmində tədqiqatlara da üstünlük verdiyini bildirən İxtiyar müəllim bir neçə ilə əvvəl neyin əsasında “ovuc ney” adlandırdığı yeni musiqi aləti ərsəyə gətirdiyini dedi: "Ovuç ney ovucun içinə belə yerləşir. Elə bu səbəbdən ona belə ad vermişəm. Onu dünyanın ən kiçik neyi də adlandırmaq olar. Onu da deyim ki, dünyanın heç bir yerində belə neyə təsadüf olunmur". Bundan sonra neylə bağlı axtarışlarını davam etdirdiyini qeyd edən İxtiyar müəl‐ lim türk dünyasının üç ortaq musiqi alətinin ‐ tambur, saz, çəngin imkanlarını bir alətdə cəmləşdirdiyini və bununla da daha bir yeniliyə imza atdığını bildirdi: "Hətta dünyadakı türk dövlət və icmalarının sayına uyğun olaraq yeni hazır‐ ladığım çalğı alətinin aşıqlarının sayını 33‐ə çatdırmışam.

Lakin həmin alətə ad verməmişəm. O, mənim aləmimdə türk musiqi aləminin simvolik rəmzidir". Həmsöhbətimiz klassik şair və musiqişunasların əsər‐ lərindən adları bəlli olan, lakin unudulmuş musiqi alətlərinə də yeni həyat bəxş etmək niyyətindədir: "Səfiyyədin Urməvi və digər musiqiçilər öz əsərlərində hüznə, nüsxə, yatağan kimi çalğı alətlərindən söz açıblar. Ancaq indi onların adları qalıb. İstəyirəm ki, həmin əsərlərə istinadən o musiqi alətlərini hazırlayım, daha doğrusu, bərpa edim. Təbii ki, bu prosesdə mənim təxəyyülüm də əsas rol oynayacaq. Qeyd edim ki, qopuzun bir neçə unudulmuş növü var ki, onların da bərpasını planlaşdırmışam. Simli musiqi alətlərindən sonra zərb musiqi alətləri ilə məşğul olacağam". "Saz, ney kimi musiqi alətləri çalınanda həmişə sehrli bir aləmə düşürəm", ‐ sözləri ilə söhbətini davam etdirən İxtiyar müəllim qədim musiqi alətlərinin vurğunu olduğunu və on‐ lara yeni nəfəs verməkdən rahatlıq tapdığını vurğuladı: "23 adda musiqi aləti (qopuz, tənbur, rübab, tulum, dəf, bərbəd, saz, tütək və sairə) hazırlaya bilirəm. Artıq 25 ildir ki, bu sahədə də çalışaram. Hazırladığım həmin musiqi alətləri ilə bir çox sənət adamları uğurlara imza atıblar. Zənn edirəm ki, bu uğurlarda mənim də əməyim var". İxtiyar müəllim si‐ fariş əsasında hər hansı bir musiqi alətini uzaqbaşı 3 aya hazırladığını dedi. İxtiyar müəllimin qədim musiqi alətlərinə olan marağı bunlarla bitmir: "Şagirdlərimdən ibarət Qədim Musiqi Alətləri Ansamblı təşkil etmişəm. Bu ansambl artıq dövlət tədbirlərində də çıxış edir". Söhbətin sonunda rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin fəaliyyə‐ tinə toxunan İ. Seyidov rəhbərlik etdiyi təşkilatın 2009‐cu ildə təşkil olunduğunu bildirdi. Onun sözlərinə görə, az vaxtda Aşıqlar Birliyi bir sıra nailiyyətlərə imza atıb.

Vaqif Vəliyev


18

"Юzцmц tanыyandan rяsm чяkirяm" Naxçıvan Rässamlar Birliyinin sädri Ülviyyä Hämzäyeva özünämäxsus yaradıcılıõı ilä seçilän rässamdır. Naxçıvan Dövlät Universitetinin täsviri incäsänät vä räsmxät kafedrasında baå müällim kimi çalıåan Ülviyyä xanım Hämzäyeva häm Azärbaycanın, häm dä Naxçıvan Muxtar Respublikasının "Ämäkdar rässamı"dır. O, eyni zamanda dördüncü çaõırıå Naxçıvan Muxtar Respublikası Ali Mäclisinin deputatıdır.


19 Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülviyyə xanım Həmzəyeva bu yaxınlarda Bolqarıstanda keçirilən beynəlxalq rəsm müsabiqəsində birinci yerə layiq görülüb. Ülviyyə xanımla görüşərkən ona ünvanladığımız ilk sualımızı elə həmin müsabiqə ilə bağlı oldu. O dedi: "Səkkizinci Beynəlxalq "Radiance" müsabiqəsi Müstəqil Mədəniyyətlərarası Əlaqələr və Təhsil İnstitutunun rəhbərliyi və təşkilatçılığı ilə təşkil olunmuşdu. "Zaman bizdə və biz zamanda" mövzulu müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 123 rəssam əsərlərini təqdim etmişdi. Bu müsabiqədə ölkəmizi mən təmsil edirdim". Daha sonra yaradıcılığından ətraflı söz açan rəssam dedi ki, o, özünü dərk edəndən rəssamlığa meyil salıb: "Özümü tanıyandan rəsm çəkirəm. Onu da deyim ki, atam da rəssam olub. Ona görə də bizim evdə hər zaman rəssamlıqla bağlı söhbətlər aparılıb". Daha sonra uşaqlıq illəri ilə bağlı xatirələrindən söz açan Ülviyyə xanım dedi: "Yaxşı yadımdadır. Plastilindən müxtəli heyvan fiqurları hazırlamışdım. Həmin işlərim bağçada da sərgilənmişdi". Ülviyyə xanım Həmzəyeva ilk fərdi sərgisinin 2000-ci ildə Naxçıvan Dövlət Universitetində keçirildiyini söylədi. Rəssamın sözlərinə görə, indiyədək bir çox xarici ölkələrdə onun fərdi sərgiləri təşkil edilib: "Əsərlərim Türkiyənin bir çox vilayətlərində, ABŞ və Bolqarıstanda sərgilənib, həmçinin bir çox digər sərgilərdə də iştirak etmişəm". Xanım rəssam yaradıcılığında xalqımızın zəngin və qədimliyini özündə əks etdirən xalq yaradıcılığına və folkloruna həmişə üstünlük verir: "Yaradıcılığımda əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özüməməxsus tərzdə əks etdirməyə çalışıram. Daha çox milli kökümüzdən, adət -ənənəmizdən ilham alıram. Onun da deyim ki, mənim üçün janr çətinliyi yoxdur. Yəni bütün janrlarda işləyirəm. Ancaq mənim özüməməxsus yaradıcılıq üslubum var. Bunun hansı tərz olduğunu bilmək üçün isə əsərlərimlə tanış olmaq labüddür". Rəssam hazırda "Şahmar" adlı əsərinin üzərində çalışdığını da söylədi. Qeyd edək ki, 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Gənclik parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin layihə müəllifi də Ülviyyə xanım Həmzəyevadır. Vaqif Vəliyev

Bürclər

İtirilmiş Cənnət

Naxçıvan bəşəriyyətin beşiyi


20 - Kamran müəllim, teatrınızda yenidənqurma işlərinin nə vaxt başa çatdırılması gözlənilir? - Ötən ilin fevral ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında başlamış əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, bu ilin sonunda bu işlər başa çatdırılacaq. Onu da qeyd edim ki, yenidənqurma işləri çərçivəsində teatrımız müasir texniki avadanlıqlarla da təchiz olunacaq. - Hazırda Naxçıvan Dövlət Musiqili Dram Teatrında hansı tamaşa üzərində iş gedir? - Hazırda teatrımızda tənqidçi, ədəbiyyatşünas alim, professor Məmməd Cəfər Cəfərovun "İnsanlar və talelər" əsərinin masaarxası məşqləri gedir. Məlumat üçün bildirim ki, bu əsər Mirzə Cəlil epoxasını əks etdirir. Zənnimcə, hazırlanan tamaşa Cəlil Məmmədquluzadə və onun müasirlərinin obrazını səhnəyə gətirmək, dövrün kəşməkeşli hadisələrini canlandırmaq baxımından maraqlı və dəyərli olacaq. Tamaşaya da mən quruluş verirəm. - Yeri gəlmişkən, hazırda Mirzə Cəlilin neçə əsəri

“Kюnlцmя “Mцfяttiш” dцшцb” Son illər milli teatrımıza da diqqət artırılıb. Belə ki, aktyor və rejissorların səmərəli fəaliyyət göstərmələri üçün teatr binaları yenidən qurulur, eləcə də yaradıcı kollektivlərin əməkhaqları artırılır, istedadlı sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilir. Bütün bunlar, təbii ki, teatrlara yeni abhava bəxş edir. Bu işgüzarlıq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da özünü açıq büruzə verir. Teatrın direktoru və baş rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevlə digər məqamlara da aydınlıq gətirməyə çalışdıq. Qeyd edək ki, hazırda bu teatrın binasında həyata keçirilən yenidənqurma ilə əlaqədər kollektiv Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında fəaliyyət göstərir. Elə həmsöhbətimizə ilk sualımız da bununla bağlı oldu.

repertuarınızdadır? - Teatrımız zaman-zaman onun əsərlərinə müraciət edib. Hazırda repertuarımızda görkəmli ədibin əsərləri əsasında hazırlanmış 3 tamaşa var. - Kamran müəllim, belə şəraitdə işləmək çətin deyil ki? - Bir o qədər də yox... Sadəcə, buranın texniki imkanları bir qədər məhduddur. Buna baxmayaraq, sənətsevərlərə tamaşalar təqdim edirik. Bu müddətdə muxtar respublikanın rayonlarında çıxışlar etmişik. Ölkəmizin bir sıra bölgələrində də "Atabəylər" tarixi dramını nümayiş etdirmişik. Bilirsinizmi, teatr elə bir sahədir ki, orada fəaliyyət tam dayandırılsa, sonradan müəyyən problemlər yarana bilər. - Səhv etmirəmsə, "Atabəylər"in repertuarınızda xüsusi çəkisi var? - Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarixi keçmişimizə baxış dəyişdi. Sözsüz ki, ən güclü təbliğat vasitəsi olan teatrlar da öz səhnələrində tarixi əsərlərə yer verməklə keçmişimizin qaranlıq səhifələrinə işıq salmağa çalışdı. Bu axından geri qalmayan Naxçıvan Dövlət Musiqili Dram Teatrı 1990-cı illərin əvvəllərindən başlayaraq öz repertuarında Azərbaycanın dövlətçilik tarixindən bəhs edən əsərlərə geniş yer ayırmağa başladı. Muxtar Respublika rəhbərliyinin tövsiyəsi ilə teatrımız N. Nərimanovun "Nadir şah", N. Həsənzadənin "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", H. Cavidin "Topal Teymur", İ. Əfəndiyevin "Şeyx Xiyabani", "Hökmdar və qızı" kimi tarixi mövzulu əsərlərə müraciət etdi. Bu əsərlər içərisində görkəmli şair-dramaturq, əsərlərində vətəndaşlıq mövqeyilə diqqəti cəlb edən Nəriman


21 Həsənzadənin "Atabəylər" tarixi dramı xüsusi yer tutur. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının təşkilinin 75 illiyi münasibəti ilə hazırlanan və may ayının 10-da tamaşaçılara ilk dəfə təqdim olunan, sonradan ölkəmizin, demək olar ki, əksər bölgələrində nümayiş etdirilən bu tamaşa artıq teatrımızın pasportuna çevrildi. Məlumat üçün bildirim ki, 2009-cu il may ayının 10-da "Atabəylər" tamaşasının Naxçıvan səhnəsində ilk tamaşasının 10 illiyi də geniş qeyd edilib. - Son illər ölkəmizdə tariximizi özlərində ehtiva edən "Hökmdarın taleyi", "Cavad xan" filmləri çəkildi. Amma bu teatrın aktyorlarından kimsə həmin filmlərə cəlb olunmalıdır. - Təəssüf ki, bu, belədir. Mənim fikrimcə, bu, hər şeydən əvvəl, rejissorların seçimindən qaynaqlanıb. Buna rəğmən, mən Çəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasına iradımı bildirmişəm. Onu da deyim ki, bizim aktyorlar sonuncu dəfə "İki sahil" filminə çəkiliblər. O da 1989-cu ildə...

"Tamaşaçının ardınca düşən teatr ölümə məhkumdur" - Kamran müəllim, Naxçıvan tamaşaçıları hansı janrda olan tamaşalara üstünlük verirlər? Repertuarımızda müxtəlif mövzulu tamaşalar var. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, Naxçıvan tamaşaçısı daha çox ciddi janra, daha doğrusu tarixi mövzulu tamaşalara üstünlük verirlər. Zənnimcə, bu da Naxçıvan torpağının daha çox tarixi şəxsiyyətlər yetişdirməsindən irəli gəlir. - Sizdə də tamaşaçı qıtlığı yaşanırmı? - Bu problem bütün ölkədə labüddür. Lakin bölgə teatrları ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Yəni hər bir tamaşamızın tamaşaçısı olur. - Yəqin ki, sizin teatrınıza da yeni nəslin dramaturqları öz əsərlərini təqdim edirlər. Belə müraciətlərin sayı çoxdurmu?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Fərhad və Şirin” tamaşasından sonra teatrın əməkdaşları ilə görüşü - Bəri başdan deyim ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrı qlobal problemləri özündə əks etdirməyən əsəri heç vaxt repertuarına salmır. Çünki bu, onun qarşısına qoyduğu məqsədə yaddır. Teatrımızın məqsədi insanlara dünyəviliyi anlatmaq, onlara milli ruh aşılamaqdır. Bir sözlə, biz adi məişət məsələsini problem kimi təqdim edib tamaşaçı zövqünü korlamırıq. Bu mənada teatrımıza təqdim edilən və Bədii Şura tərəfindən ətraflı müzakirə olunan əksər əsərlər səhnəmizə yol tapmayıb. Amma günün tələblərinə cavab verən əsərlərə geniş yer veririk. Məsələn, yerli dramaturq Həmid Arzulunun 6 əsəri bizdə oynanılıb. Hazırda onun "Əlincə qalası" tarixi dramı, "Mərhəmət məhəbbət deyil" lirik-psixoloji əsəri repertuarımızdadır. Həsənalı Eyvazlının Naxçıvana muxtariyyət veril-

məsindən bəhs edən "Araz sahilində doğan günəş", Adil Babayevin ümummilli liderin hakimiyyətə qayıdışını əks etdirən "Koroğlunun Çənlibelə qayıdışı" da həmçinin. - Sizinlə söhbətdən aydın olur ki, teatr tamaşaçını öz ardınca aparmağa çalışır. - Mənim fikrimcə, teatr həmişə tamaşaçını öz ardınca çəkib aparmalıdır. Əks halda, tamaşaçının ardınca düşən teatr ölümə məhkumdur. Bir də teatrımızın ən böyük uğuru onun repertuar siyasətindədir. Repertuarı düzgün seçən teatr həmişə doğru yolda olur. Çünki hər bir zamanın, dövrün öz tələbi var. Dövrün, zamanın nəbzini tutub və ona cavab verən əsərləri səhnələşdirmək lazımdır. Bu əsərlərdə qaldırılan problemlər 1-3 günü deyi, böyük bir dövrü əhatə etməlidir.

“Qönçəbəyim nəğməsi” tamaşasından səhnə


22

"Teatrımıza kənardan rejissor dəvət etmirik" - Kamran müəllim, son illər teatrınıza gənc aktyorlar gəlirlərmi? - Son iki ildə gələn yoxdur. - Bu boşluğu necə doldurursunuz? - Bizim teatrda belə bir problem yaşanmır. Artıq neçə ildir ki, teatrımızın nəzdində studiya fəaliyyət göstərir və məhz bu, bizim üçün baza rolunu oynayır. Həvəskarlar burada bu sahənin incəliklərinə yiyələnirlər. Doğrudur, bir qədər çətindir. Hər halda, bu da bir çıxış yoludur. - Yəqin ki, Bakıdan rejissorlar dəvət edirsiniz? - Artıq 9 ildir ki, tearımıza kənardan rejissor dəvət etmirik. Çünki buna ehtiyac duymuruq. Teatrımızda yerli rejissorlara üstünlük verilir. - Artıq Naxçıvan da turizm məkanına çevrilməkdədir. Təbii ki, bu diyara turist kimi gələnlər arasında tamaşa -

larla maraqlananlar olurlar. Bu isə tərcüməni gündəmə gətirir. Bəs bu sahədə hansı işlər görülür? - Bilirsinizmi, bu bölgəyə üz tutanların əksəriyyəti bizim dilimizi yaxşı anlayan Türkiyə və İran res publikalarının vətəndaşlarıdır. O ki, qaldı digərlərinə. Şübhəsiz ki, yenidən qurulan binamızda bu da nəzərə alınacaq. Teatrımızın saytının təşkili də gündəmdədir. - Səhv etmirəmsə, gələn il bu teatra dövlət statusu veril məsinin 90 illiyi tamam olacaq. Bu münasibətlə hansısa tədbirlərin keçirilməsi gözlənilirmi? - Naxçıvan teatrının əsası Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur" əsəri ilə 1883-cü ilin mayın 11-də qoyulub. Biz bu tarixi həmişə təntənə ilə qeyd edirik. Təbii ki, bu çərçivədə ona dövlət statusu verilməsi də gün dəmdən kənarda qalmayacaq. Məlumat üçün onu da bildirim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cə -

nabları teatrımızın günün tələbləri səviyyəsində fəaliyyəti üçün qayğı sını əsirgəmir. Hətta özü bu və ya digər tamaşanın premyerasına qatılır və müəyyən tövsiyələrini verir. Bir sözlə, teatrımız həmişə dövlətin diqqət mərkəzindədir. Elə 3 il öncə Ali Məclisin Sədrinin sərəncamı ilə teatrımızın 125 illik yubileyinin geniş şəkildə qeyd olunması da dediklərimə bir daha əyani sübutdur. - Kamran müəllim, siz bu teatrda çalışdığınız 32 ildə onlarla əsərə quruluş verməklə yanaşı, neçə-neçə obrazı da canlandırmısınız. İndi hansı əsərə quruluş vermək, hansı rolu oynamaq niyyətindəsiniz? - Arzu etdiyim rolların, demək olar ki, hamısını oynamışam. Çox təəssüf ki, indiyədək heç bir filmə çəkil məmişəm. Amma çox istərdim ki, bu və ya digər bir rola da ekran həyatı verim. Quruluş vermək istədiyim bir neçə əsər var ki, onlardan biri də Qoqolun "Müfəttiş"idir. Necə deyərlər, könlümə "Müfəttiş" düşüb. Mazlum Atik



24

"Bizim çörəyin dadını heç bir yerdən alınan un verə bilməz" Şərurda taxılçılığa həmişə maraq olub. Son illər isə bu sahəyə maraq daha da artıb. Ölkə başçısı İlham Əliyevin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamı bu prosesdə önəmli rol oynayıb. Yüksək məhsuldarlığı olan toxum sortlarının, yanacağın, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə çatdırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi, müasir texniki avadanlıqların sahibkarların istifadəsinə verilməsi, emal müəssisələrinin təşkili Şərurda artıq bir ənənəyə çevrilib. Şərurun Düdəngə kənd sakini, sahibkar Adil Məmmədovla elə tarlada görüşdük. Təcrübəli sahibkar bu il məhsuldarlığın çox yüksək olduğunu bildirdi: "Bu il hər hektardan 45 sentnerdən artıq məhsul götürmüşük. Əlbəttə, əməyimizin qarşılığını tam aldığımızı deyə bilərəm. Şərurun münbit və bərəkətli torpaqlarında belə nəticəyə nail olmaq heç də çətin deyil". Adil kişi texnika sarıdan korluq çəkmədiyini dilə gətirdi: "Kreditlə 6 traktor, 3 kombayn almışıq. Elə onların kreditini də əldə etdiyim gəlirdən ödəyirəm. İki ildən sonra onların krediti də başa çatacaq. Onu da deyim ki, lizinq yolu ilə verilən texnika və texnoloji avadanlıqların dəyərinin 10 il müddətində ödənilməsi istehsalçıların marağına səbəb olub. Çünki bu halda iri nəqliyyat vasitələrinin dəyərinin ödənilməsi çətinliklər yaratmır. Bundan

sonra yenə bir neçə texnika almaq niyyətindəyəm. Axı indi texnika hər bir sahibkarın, necə deyərlər, sağ əlidir". Söhbət zamanı məlum oldu ki, onun 56 hektar şəxsi torpaq sahəsi var. Bununla yanaşı, dövlətdən 120 hektar ərazini bir illik içarəyə alıb: "Bu mövsüm 160 hektarda buğda, 13 hektarda şəkər çuğun-

duru, 3 hektarda kartof, bir hektarda soğan becərmişik". Şərur torpağında subtropik bitkilər istisna olmaqla, hər cür məhsulun yetişdiyini bildirən Adil kişi taxılçılığa daha çox üstünlük verməsini, həm muxtar respublikada taxılçılığın inkişafına yaradılan şəraitlə, həm də bu strateji məhsulun gəlirli olması ilə əlaqələndirdi: "Taxılın həmişə alıcısı olub. Bir də öz torpağımızın yetişdirdiyi buğda çörəyinin dadını heç bir bir yerdən alınan un verə bilməz axı. Bişiriləndə ətri çox uzaqlardan belə duyulur". Şəkər çuğunduruna gəldikdə isə o belə dedi: "Bu, hər şeydən əvvəl, növbəli əkinlə bağlıdır və belə sistemin tətbiqi öz bəhrəsini verir. Digər tərəfdən, bu məhsul da yaxşı gəlir gətirir. Belə ki, İrana satılan və daşınması da həmin ölkə tərəfindən həyata keçirilən bu məhsulun hər tonuna görə istehsalçılara 75 kiloqram şəkər tozu verilir". İş prosesində heç bir problem yaşanmadığını qeyd edən Adil müəllim, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına, əkinçilik məhsullarının istehsalının artırılmasına daha geniş imkanlar yaradıldığını bildirdi: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ötən il bizim tarlada oldu və tövsiyələrini verdi. Elə bu kimi şəraitdən ruhlanan torpaq mülkiyyətçiləri əkin sahələrini ilbəil genişləndirirlər". Qeyd edək ki, Adil Məmmədov Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib. Bir müddət Rusiyada çalışdıqdan sonra Vətənə qayıdıb. Bir sıra vəzifələrdə çalışıb. 15 ildir ki, kənd təsərrüfatına meyil salıb. O, toxumçulıq təsərrüfatına, eləcə də "Aqrotexservis" Səhmdar Cəmiyyətinə də rəhbərlik edir.

Məhərrəm Məmmədov


25

Bu yaxınlarda dünyanın bir çox ölkələrində yaşayan Kəngərli tayfalarının nümayəndələri və sıravi vətəndaşlar "Xan Sarayı" Dövlət Tarix Memarlıq Müzeyinə 100-ə yaxın yeni eksponant göndəriblər. Bu barədə məlumat verən muzeyin direktoru Nəzakət Əsədovanın sözlərinə görə, bunlar müxtəlif məişət əşyaları, şəkillər, tarixi sənədlər, məktublardır: "Hazırda bu əşyalar mütəxəssislər tərəfindən yoxlanılır. Yaxın vaxtlarda onlar tarixsevərlərə təqdim ediləcək". O həmçinin bildirdi ki, Naxçıvanskilərə (Kəngərli) məxsus o dövrün tarixi yazışmaları və bir çox sənədlər də AMEA-nın Naxçıvan Bölməsi tərəfindən müzeyə təhvil veriləcək". Məlumat üçün bildirək ki, 3 mərtəbədən ibarət olan saray Kalbalı xan Kəngərli tərəfindən XVIII əsrin ortalarında tikilib. Vaqif Vəliyev


26


27 57 yaşlı Oqtay Eloğlu (Həşimov) artıq xeyli vaxtdır ki, ağac üzərində oyma sənəti ilə məşğuldur. Bu sənətə birdən-birə necə könül veribsə, hətta o sevimli müəllimliyindən (o, NDU-nun fizika-riyaziyyat fakultəsini bitirib) də uzaqlaşıb. Onun bu sənətə gəlməyinin də maraqlı tarixçəsi olub: "Ümumiyyətlə, mənim naxışlar aləminə marağım hələ doqquzuncu sinifdə oxuyarkən vardı. O zaman mən müxtəlif naxışlar çəkərdim. Lakin sonradan nədənsə belə şeylərə meyil göstərmədim".

Ailə həyatı qurduqdan sonra yolunu tez-tez sənət nümunələri satılan yerlərdən saldığını və hər dəfə övladlarına müxtəlif əl işləri aldığını vurğulayan Oqtay müəllim bu sahəyə həmişəlik könül verməyinin qısa tarixçəsini belə açıqladı: "Bir gün oğlum dedi: "Ata, axı sən nə vaxta qədər belə qiymətli əşyaları mağazalardan alacaqsan? Bəlkə, özünü də bu sahədə sınayasan? Oğlumun bu sözləri məni bir müddət düşünməyə vadar etdi. Nəhayət, son qərarımı verdim: mən də belə sənət əsərləri ərsəyə gətirəcəyəm. Beləcə, 1996-cı ildən ağac üzərində oyma işlərinə başladım. Doğrudur, müəyyən çətinliklərlə rastlaşdım. Lakin həvəsdən düşmədim, elə hey çalışdım, çalışdım. Nəticədə, neçə-neçə ağacın dilini öyrəndim. Sən demə, hər ağacın öz dili varmış... Sən demə, bu sənət üçün cəviz, limba ağacları lazımmış. Axı hər ağac üzərində oyma işi aparmaq olmur. Nəhayət, bu sənəti özümə sevdirə bildim, o, mənə, mən ona elə bağlandıq ki... Onu da deyim ki, bu sənətin incəliklərinə yiyələnmək məqsədilə heç kimin yanına getməmişəm. Bu mənada, bu sənətə içimdəki maraqla, bir də Allahın mənə verdiyi bacarıqla yiyələnmişəm. Təbii ki, riyaziyyatçı olmağım da bu sənəti əxz etməyimdə mühüm rol oynayıb". O vaxtan Oqtay Eloğlunun əl işləri ayrı-ayrı şəxslərin evlərinə, ofislərinə, istirahət guşələrini bəzəməyə başladı. Onun əlindən çıxan masalar, kreslolar, mücrü, nərdtaxtalar və digər suvenirlərin müştəriləri artdı. Onun əl işləri "Xan sarayı" Dövlət Tarix Memarlıq Müzeyini də bəzədi. Oqtay müəllimin sözlərinə görə, az sonra 3 övladı da bu sənətə meyil salıb. Lakin sonradan onların heç biri bu sənəti davam etdirməyib. Buna rəğmən, o, bir neçə nəfərə bu sənətin sirlərini öyrətməyə nail olub. Onlardan biri də qardışının həyat yoldaşı Afət xanımdır: "Bir dəfə iş başında ayağımdan zədələndim. İşləməyə çətinik çəkirdim. Belə günlərdə qardaşımın həyat yoldaşı Afət xanım bəzi oyma-naxış işlərində mənə köməklik göstərməyə başladı. Baxdım gördüm ki, Afət xanımda bu sənətə o qədər maraq var ki... Beləcə, o, yavaşyavaş bu sənətin sirlərinə vaqif oldu. Artıq 8 ildir ki, birgə fəaliyyət göstəririk. Hətta o, bir çox dekorasiyanın ərsəyə gəlməsində mənimlə birgə çalışıb". Bir müddət Türkiyədə çalışdığını və burada işlərinin maraqla qarşılandığını vurğulayan Oqtay Eloğlu daha sonra dedi: "Cəviz ağacından hazırladığım və oyma naxışlarla bəzədiyim nərdtaxtanı İstanbulda çalışan bir iş adamına hədiyyə edəndə o, heyrətini gizlədə bilmədi və dedi: " Belə antik əsəri də hədiyyə edərlərmi?" Yeri gəlmişkən, onu da qeyd edək ki, Oqtay müəllim, ümumiyyətlə, hazırladığı əl işlərinin əksəriyyətini hədiyyə etməkdən xüsusi zövq alır. Odur ki, öz əl işlərini onunla maraqlananlara göstərmək lazım gələndə həmin dost-tanışlarının yanına getmək məcburiyyətində olur. İstanbulda oymalı mebel sərgisinə iki mücrü ilə qatıldığını bildirən Oqtay müəllimin bu kimi işləri o zaman İstanbul şəhərindəki baş konsulumuz Səyyad Aranın da diqqətini cəlb edib. Və az sonra onun təşəbbüsü ilə İstanbulda Oqtay Eloğlunun fərdi sərgisi də təşkil olunub. Qeyd edək ki, hazırda bu el sənətkarı Afət xanımla birgə 2018-ci ildə açacağı sərgiyə hazırlaşır. "Niyə məhz 2018-ci ildə?" sualına isə o, belə cavab verdi: "Unutmayın ki, 2018ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi dünyanın müxtəlif ölkələrindən gələcək yüzlərlə mədəniyyət elçisini qəbul edəcək. İstəyirik ki, əl işlərimizdən ibarət sərgi ilə onları heyrətləndirək". Onun sözlərinə görə, həmin sərginin əsas əl işləri müxtəlif naxışlarla bəzədilmiş 500-ə qədər rəhlə olacaq.

Vaqif Vəliyev



Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.