Naxçıvan 2

Page 1

Naxчыvan ZAMAN-AZƏRBAYCAN QƏZETİNİN XÜSUSİ ƏLAVƏSİDİR / 2012

Heydər Əliyev və millimənəvi dəyərlərin inkişaf dialektikası

“Kюnlцm hяmiшя Naxчыvandadыr...”

"Иstяmirяm ki, Fяzlullah Nяiminin sяnяti unudulsun"



3

Ən qiymətli xəzinəmiz: milli dəyərlərimiz Əziz oxucular, baharın ilıq nәfәsinin duyulduğu bu günlәrdә jurnalımızın növbәti sayı ilә yenidәn görüşünüzә gәldik. Xatırladığınız kimi, jurnalımızın"Turizm ili"nә hәsr olunmuş ilk sayı ötәn ilin sonlarında oxucu auditoriyasına ünvanlanmışdı. Fәxrlә deyәbilәrik ki, oxucularımız da jurnalın ilk sayısına biganә qalmadılar. Onların çoxsaylı tәbriklәri jurnalın davamını arzulamaları bizi yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. Mәcmuamızın birinci sayında muxtar respublikanın turizm potensialından bәhs olunurdusa bu dәfәki sayı milli dәyәrlәrimizin tәbliğinә hәsr edilib. Çünki Naxçıvan Muxtar Respublikası Ali Mәclisi Sәdrinin tövsiyәsinә әsasәn, bu il muxtar respublikada "Milli dәyәrlәr ili" kimi qeyd olunur. Bu sәbәbdәn jurnalımızın bu sayında milli dәyәrlәr mövzusuna daha çox yer ayırmaq qәrarına gәldik. Jurnalda milli dәyәrlәrimizlә bağlı muxtar respublikanın ziyalılarının yazıları ilә yanaşı, digәr mövzularda da materiallar oxuya bilәrsiniz. Milli dəyərlərimiz, sözün əsl mənasında, bizi biz edən dəyərlərdir. Təəssüf ki, son illər qloballaşma adı ilə Qərbin yüksək mənəvi əxlaqın beşiyi sayılan Şərq mədəniyyətini "sıxışdırmasını" artıq açıq-aşkar gündəlik həyatımızda da hiss edirik. Əlbəttə, qloballaşmanın müsbət cəhətləri də var. Avro-Atlantik məkana inteqrasiya labüddür, lakin dəyərlərimizə sahib çıxaraq bu inteqrasiyanı gerçəkləşdirsək daha məqsədyönlü hərəkət etmiş olmarıqmı?! Deyə bilərik ki, qloballaşmanın ən təsirli silahı informasiya texnologiyalarıdır. Əbəs yerə XXI əsr "İnformasiya əsri" adlandırılmır ki... Bu əsrdə media, xüsusən də televiziya və internet öz sözünü daha çox deyir. Hər birimizin evində xüsusi yeri olan "mavi ekran"da milli mentalitetimizlə uzlaşmayan proqramlar, verilişlər, seriallar isə bir başqa yazının mövzudur. Bu səbəbdən də düşünürəm ki, texnologiya sahəsində bizlərdən öndə olan Qərbin öz yaşam formalarını, alışqanlıqlarını bizlərin şüuraltına yerləşdirməsinin fərqində olmalıyıq. Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 20-ci ili ötən ay tamam oldu.

Gələcəkdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart soyqırımı kimi qətliamların təkrar yaşanmaması üçün gənclərimizi, uşaqlarımızı milli şüurda yetişdirmək bizim qarşımızdakı ən ümdə məsələ olmalıdır. Şükürlər olsun ki, artıq Azərbaycan çox güclü dövlətdir. Həyata keçirilən iqtisadi islahatlar və inkişaf modeli bu ölkəni beynəlxalq arenada mötəbər dövlətə çevirib. Əlbəttə, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası da bu inkişaf və tərəqqidən öz layiqli payını alıb. Muxtar respublikada elm, təhsil, səhiyyə, bir sözlə, bütün sahələr üçün yaradılan yüksək səviyyəli şərait, eləcə də abadlıq-quruculuq ünvanlarının hər biri milliliyimizi, dəyərlərimizi yaşatmaq istiqamətində böyük qayğıdır. Atalarımızın əsrlərdən bəri min bir çətinliklərlə qoruyaraq bizlərə əmanət etdiyi milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq borcumuzdur. Əlbəttə, milli dəyərlərimizin yaşadılmasında gənclərimizin də üzərinə mühüm vəzifələr düşür. Nə yazıq ki, bəzi gənclərimiz ən qiymətli xəzinəmiz olan milli dəyərlərimizə bir qədər biganə yanaşaraq, Avropanın "rəngli" yaşayışına qibtə edirlər. Nəticəsi isə çox zaman o olur ki, bu yeni nəsil nə özümüzə nə də avropalılara bənzəyir. Jurnalımızın növbəti sayında görüşmək diləyi ilə hər birinizin Novruz bayramını səmimi qəlbdən təbrik edirik. Sonda mövzu ilə bağlı ibrətamiz bir məsəl xatırlatsam, elə bilirəm ki, yerinə düşər: bir nəfər yay tətili günlərində təhsil aldığı xarici ölkədən öz doğma diyarına - kəndinə qayıdır. O, özünü şəhərli kimi apararaq əkin sahəsində çalışan valideynlərinə yerdəki dırmığı göstərib onun nə olduğunu soruşur. Dünyagörmüş ata da oğlunun bu sualına: "Ayağınla o yerdəkinin ucunu bas, onda onun nə olduğunu anlayarsan", - deyə cavab verir. Həmin gənc yerə düşmüş dırmığa yaxınlaşaraq onun dişlərinə ayağını basır. Bu zaman dırmığın sapı yerdən qalxaraq gəncin başına dəyir. Zərbənin təsirindən başı gicəllənən oğlan: "Boyy, bu dırmıq imiş ki..." - deyərək yaddaşını təzələyir. Bayaqdan kənardan oğlunun bu hərəkətlərini izləyən ata gülərək deyir: "Bala, gördün, adını necə xatırladın...!". Süleyman Okumuş s.okumus@zaman.az.


4

Azərbaycan mədəniyyəti və mənəvi həyatının inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, siyasi fəaliyyətin mənasını yalnız mədəni, mənəvi və intellektual yüksəlişə nail olmaqda görürdü.

üasir Azərbaycan cəmiyyəti üçün zəruri və mühüm amillərdən biri insanların tərbiyəsi və bu prosesdə milli-mənəvi dəyərlərdən düzgün istifadə olunmasıdır. Bu məsələlərin həllinə isə yalnız sosial ədalət prinsipinin hökm sürdüyü demokratik cəmiyyətdə nail olunmasının mümkünlüyü heç kimdə şübhə doğura bilməz. Siyasi fəaliyyətinin bütün dövrlərində sosial ədalət prinsipinə sadiq olan Heydər Əliyev bu prinsipin reallaşması yollarını göstərmiş, onun realizə olunmasının obyektiv və subyektiv amillərinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan

M

elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev siyasətində xüsusi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda sosial ədalət prinsiplərinin və mənəvi tərbiyə məsələlərinin aliliyinin təmin olunmasına çalşan Heydər Əliyev birinci növbədə cəmiyyətin imkanlarından səmərəli istifadə olunmasının zəruriliyini bildirirdi. Ulu öndər deyirdi: "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir". Nə təbiət, nə də cəmiyyət boşluğu sevmir. Bu məsələnin həllinə Heydər Əliyev kamil bir dialektik kimi

yanaşırdı. O, bir tərəfdən keçmişdə milli-mənəvi sferanın zəif inkişaf etmiş səhələrinə xüsusi əhəmiyyət verir, digər tərəfdən insanların tərbiyəsinin sağlamlaşdırılması, onların mədəni səviyyəsinin yüksəldilməsində istifadə olunmasının vacibliyini müntəzəm olaraq vurğulayırdı. Bununla əlaqədar olaraq, o, keçmiş SSRİ dövründə "millətçi damğası" altında yasaq edilmiş milli-mənəvi dəyərlərə, adətənənələrə qayıdışın zəruriliyini və onlardan faydalanmağın əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. Milli-mənəvi dəyərlərin inkişafı bu və digər şəkildə mövcud ziddiyyətləri aradan qaldırmağı bacarmaqdan - keçmişin yeni, mütərəqqi prin siplərin təsdiq edilməsindən asılıdır. Bu baxımdan tarixi "ağ ləkələrdən" azad etmək, saxtalaşdırılmış tarixi hadisələrə, tarixi keçmişə obyektiv qiymət vermək, unudulmuş mənəvi dəyərlər və tarixi hadisələri Azərbaycanın bu gününə xidmət etməyə yönəltmək əsas vəzifələrdən biridir. Bununla əlaqədar olaraq, Heydər Əliyev Azərbaycan xalqının ermənilər tərəfindən təcavüzə məruz qalmış tarixi, mədəniyyət və incəsənət incilərinin xalqın özünə qaytarılması məsələsinin vacibliyini bir neçə rəsmi sənəddə, xüsusən "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanında bəyan etmişdir. Milli-mənəvi dəyərlərin inkişafından danışarkən, əvvəllər onların inkişafına mane olan sədləri aradan götürməyi də unutmamalıyıq. Mənəvi dəyərlərin yenidən millətə qaytarılmasının mənası ondan ibarətdir ki, həmin dəyərlər Azərbaycan xalqının mənəviyyatına müsbət təsir göstərsinlər və mənəvi həyatı bir sistem kimi daha da zənginləşdirsinlər. Deməli,


5

Heydər Əliyev və milli-mənəvi dəyərlərin inkişaf dialektikası mənəvi dəyərlərin inkişafı daim mənəvi sferanın zənginləşməsi ilə müşahidə olunmalıdır. Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsidir. Milli-mənəvi dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəzyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də Heydər Əliyev mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Onun fikrincə, milli-mənəvi dəyərlər milliliyini özündə saxlayaraq, məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir. Bu baxımdan, Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqının milli mədəniyyətinin və mənəvi dəyərlərinin gələcək inkişafı baxımından böyük perspektivləri vardır. Belə perspektivlərin mövcudluğu bir sıra səbəblərlə izah oluna bilər. Azərbaycan milli mədəniyyətində, mənəvi-əxlaqi dəyərlərində tarixiliklə müasirlik sistemli şəkildə əks olunur. Bu sitemli yanaşma milli mənəvi dəyərlərin inkişafına daim təkan verir, keçmişin nailiyyətlərindən bəhrələnib gələcəyə doğru irəliləmək prinsipinə xidmət edir.

İdeologiyanın ən mühüm komponenti zərbaycan Avropa ilə Asiyanın, Qərb ilə Şərqin kəsişdiyi məkanda yerləşir. Məhz bunun nəticəsində də Azərbaycanın milli mədəniyyəti və mənəvi əxlaqi dəyərləri özündə həm qərb, həm də şərq mənəvi dəyərlərinin müsbət cəhətlərini əks etdirmişdir. Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi millimənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heyder Əliyev milli-mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, din, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizi öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və göstərirdi ki, bunları qoruyub saxlayan

A

xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaq. Çünki milli dövlətçilik və millimənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. O qeyd edirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və dəyərlərin qorunması və müstəqil inkişafın təmin olunması məqsədi daşıyır. Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqmətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi komsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın mənəvi tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Bu, onunla bağlıdır ki, milli lider milləti sevməyin, millətə xidmətin yollarını və üsullarını hamıdan yüksək məimsədiyinə görə təşəbbüs ondan gəlirdi. O, hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrin fziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi. Məlumdur ki, milli ideologiyamızın Hedər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir. Bu xətt, bir tərəfdən, Azərbaycanda vahid milli dövlətçilik hissiyatının formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürür. Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə şəxsən özü nəzarət edirdi ki, bu da onun dövlət başçısı olmaqdan əlavə, bir milli lider kimi üzərinə götürdüyü missiyaya neçə böyük məsuliyyətlə yanaşdığını göstərir. Bir sözlə, Heydər Əliyevdə siyasi liderliklə milli liderlik keyfiyyətləri dialektikcəsinə birləşmişdi. Məhz bu cəhət Azərbaycanda keçid dövrü üçün səciyyəvi olan siyasi və iqtisadi islahatlarla mili ənənəçilik arasında uyğunsuzluqlar və qarşıdurmalardan xilas olmağa, milli və ümumbəşəri dəyərlərin vəhdətinə nail olmağa imkan vermişdir.


ЯN BюYцK MИLLИ DяYяR: АNA DИLИ! Йер цзцндя бцтцн халглар цчцн Ана вя Вятян сюзляриндян язиз кялмя ола билмяз. Бу сюзлярин мащиййятиндяки дяринлик адларындакы йцксякликля бирликдя мцгяддяслийин тяcяссцмц кими сяслянир. Ана Вятян ифадяси ананын вя Вятянин бирлийини, вящдятини ифадя едир. Ана торпаг ифадясиндя дя щямин мцгяддяс бирлик юз яксини тапмышдыр. Вятян – Анадыр, Торпаг – Вятяндир... Ана дили – миллятин мяняви варлыьынын тяcяссцмцдцр. Ана дилиня Вятян дили дя дейилмяси Вятянин вя Ананын милли мювcудлуьунда, юзцнцтясдигиндя дил амилинин ясас рола малик олдуьуну айдын вя габарыг шякилдя нязяря чарпдырыр. Илк ана дили дярслийимиз 1881-cи илдя «Вятян дили» ады иля няшр олунмушдур. Вятян вя миллят анлайышлары ана дили, милли дил олмадан мцмкцнсцздцр. Вятян, миллят вя Ана дили миллят, милли дювлят олмаьын ян бюйцк эюстяриcисидир. Щяр халг вя юлкя цчцн, бцтцн инсанлыгдан ютрц Вятяндян, миллятдян вя ана дилиндян уcа щеч ня йохдур. Бюйцк Cялил Мяммядгулузадя щяля 1917-cи илдя йазмышды: «Вятян, вятян, вятян, дил, дил, дил, миллят, миллят, миллят!... Дяхи бу даирядян кянар бяни-нои бяшяр цчцн юзэя ниcат йолу йохдур». Азярбайcан дили дцнйанын ян гядим вя зянэин дилляриндян биридир.

Шифащи халг ядябиййаты нцмуняляри ана дилимизин гядимлийини дя, зянэинлийини дя исбат едир. «Дядя Горгуд» дастанлары оьуз тцркляринин мющтяшям ана дили китабыдыр. Мяшщур Гобустан вя Эямигайа тякcя гайацстц рясм абидяляри олараг галмыр, оьуз cоьрафийасы халгларынын ян гядим яcдадларынын гайалара щякк олунмуш Ана дили китабяляри кими мцщцм ящямиййят кясб едирляр. Сон иллярдя бу надир гайацстц рясмлярин ясасында Эямигайа-Гобустан ялифбасынын формалашдырылмасы щямин абидялярин оьуз тцркляринин улу бабаларынын биринcи Ана дили дярслийи олдуьуну эюстярир. Бу еcазкар гайацстц тясвирляр ян гядим тцрклярин йазы мядяниййятинин башланьыcыдыр. Эямигайа-Гобустан ишаряляри ümumtürk йазы дцшцнcясинин дашлар цзяриндя ябядилик щякк олунмуш дамьасыдыр. Бу мянада Кичик Гафгаз даьларынын зирвясини ящатя едян Эямигайа дцнйанын илк ялифба мяктябляриндян биридир. Эямигайа ишаряляри Йер цзцнцн илкин фонографик ялифбасы кими дя бюйцк ящямиййятя маликдир. Юлкямиздя узун ясрляр яряб ялифбасындан истифадя олунмушдур. Яряб ялифбасы иля йарадылан классик Азярбайcан ядябиййаты халгымызын Шярг мяканында, тцрк-мцсялман мцщитиндя

танынмасына вя юз йерини мцяййян етмясиня эениш имкан йаратмышдыр. Эюркямли Азярбайcан мцтяфяккирляри Мирзя Фятяли Ахундзадянин, Щясян бяй Зярдабинин, Мящяммядаьа Шащтахтлынын, Cялил Мяммядгулузадянин бюйцк сяйляри, ардыcыл мцбаризяси сайясиндя латын ялифбасына кечид Азярбайcанын Авропа йюнлц инкишафына эениш мейдан ачмышдыр. Азярбайcан халгынын цмуммилли лидери Щейдяр Ялийевин ана дилинин дювлят дили сявиййясиня галдырылмасы вя латын ялифбасынын бяргярар олмасы иля ялагядар щяйата кечирдийи тарихи тядбирляр юлкямиздя милли дювлятчилик принсипляринин даща да эенишляндирилмясиня вя мющкямляндирилмясиня шяраит йаратмышдыр. Азярбайcан Республикасынын Президенти Илщам Ялийевин «Азярбайcан дилиндя латын графикасы иля кцтляви няшрлярин щяйата кечирилмяси щаггында»кы 12 йанвар 2004-cц ил тарихли сярянcамы ясасында классик вя мцасир Азярбайcан ядябиййатынын, даща сонра ися дцнйа ядябиййаты нцмуняляринин чап едиляряк халгымыза чатдырылмасы бюйцк мядяни-тарихи щадисядир. Нахчыван Мухтар Республикасы Али Мяcлисинин Сядри Васиф Талыбовун «Ордубад районундакы Эямигайа абидясинин тядгиг едилмяси щаггында»кы 26 апрел 2001-cи ил тарихли сярянcамы


7 эениш мянада Эямигайа мядяниййятинин системли тядгиги чярчивясиндя щям дя ишаря, щярф, йазы, ялифба кими мясялялярин елми сявиййядя юйрянилмясиня бюйцк тякан вермишдир. Дцнйанын ян гядим шящярляриндян олан, 5 мин иллик тарихя малик Нахчыван шящяринин мяркязиндя ориjинал мемарлыг цслубунда Ана дили абидясинин уcалдылмасы милли дяйярляримизин ясасыны тяшкил едян ана дилиня Мухтар Дювлятин рящбяри сявиййясиндя бяслянилян мцнасибяти, эюстярилян гайьыны бцтцн мяналары иля дольун шякилдя ифадя едир. Ана дили абидяси – Нахчыванда милли-мяняви дяйярляря, адятяняняляря, сойкюкя, Вятяня, торпаьа, миллятя вя милли диля

уcалдылан щейкялдир. Бу абидя милли дяйярляря хцсуси вя фяргли мцнасибятин тяcяссцмцдцр. Нахчыван Мухтар Республикасынын эеоcоьрафи вязиййяти ян мцхтялиф заманларда вя щятта инди дя бура эириш-чыхышы мцяййян дяряcядя мящдудлашдырыр. Совет щакимиййяти илляриндя сярщяд зонасы ады иля эялиш-эедиши сыхышдырылан Нахчыван яразиси мцстягиллик дюврцндя дя Ермянистан тяcавцзкарлары тяряфиндян блокада вязиййятиня салындыьы цчцн бурада ящали мящдуд транзит имканлар мцщитиндя йашамаьа мящкум едилмишдир. Бу, арзуолунмаз вязиййят бцтцн чятинликляри иля бярабяр, ейни заманда реэионда вятянпярвярлик дуйьусунун, ана торпаг дцшцнcясинин гцввятлянмясиня дя сябяб олмушдур. Щямин просес Мухтар Республика яразисиндя ана дилинин йад тясирлярдян горунмасына, юзцнцн сафлыьыны, тямизлийини щифз едяряк имкан йаратмышдыр. Бцтцн бунлара эюрядир ки, Нахчыван лящcяси мцгайисядя милли ядяби диля чох йахындыр, бялкя дя онун ясасыны тяшкил едир. Инди Нахчыван мцгяддяс Ана дилиня щейкял уcалтмаьын вя бу дярин-

мязмунлу щейкяля ещтирам бяслямяйин гцруруну вя мясулиййятини йашайыр. Мялум олдуьу кими, 2011-cи илин декабр айында Нахчыван Мухтар Республикасы Али Мяcлисинин дюрдцнcц чаьырыш икинcи сессийасында Али Мяcлисин Сядри Васиф Талыбов 2012cи или «Милли дяйярляр или» елан етмишдир. Дювлят сявиййясиндя иряли сцрцлян бу истигамят цзря чохcящятли фяалиййятин вя инкишафын тямин едилмяси юлкямизин мяняви cящятдян зянэин, сойкюкцня мющкям шякилдя баьлы олан, адят вя яняняляримизя дяриндян бяляд олан милли рущлу йени вятянпярвяр нясилляринин формалашмасына эюстярилян бюйцк гайьынын ифа-

дясидир. Щеч шцбщясиз ки, «Милли дяйярляр или»ндя Ана дили идеалы даща уcа тутулаcаг, бу истигамятдя апарылаcаг ишляр диггят мяркязиндя дайанаcагдыр. Ян бюйцк милли дяйяримиз олан Ана дилиня щяср едилмиш йени елми тядгигатларын, топлама материалларынын щесабына дилимизин зянэинлийини даща дяриндян, елми шякилдя юйрянмяк, йени нясилляря чатдырмаг, щяр кясдя доьма диля бюйцк ещтирам дуйьулары ашыламаг милли зийалылыьын мцщцм вязифясидир. Ана дили – аналарымызын лайласы иля рущумуза щопмуш вя дювлят дили сявиййясиня галдырылмыш зянэин Ана дилимиз ян бюйцк милли дяйяримиз вя зянэин мяняви хязинямиздир. Ана дилимизи горумаг вя даща да инкишаф етдирмяк, зянэинляшдирмяк тякcя заманын йох, щям дя щяр биримизин мцгяддяс ишидир. İsa Həbibbəyli Нахчыван Дювлят Университетинин ректору, академик


8

Milli

dяyяrlяrimiz haqqыnda qeydlяr

Artıq elmdə qəti surətdə sübut olunmuşdur ki, Naxçıvan bölgəsi həm də bəşər sivilizasiyasının qədim mərkəzlərindən biri olmuşdur. Bölgəmizdə ən qədim zamanlardan məskunlaşan insanlar çox zəngin mədəniyyət yaratmışlar. Arxeoloqlar tərəfindən "Kür-Araz mədəniyyəti", "Boyalı qablar mədəniyyəti" kimi səciyyələndirilən mədəniyyətlərin yarandığı mərkəz məhz Naxçıvan bölgəsi olmuşdur. Bölgənin mühüm ticarət yollarının qovuşduğu və keçdiyi əlverişli coğrafi mövqedə yerləşməsi bu mədəniyyətlərin bəşər mədəniyyətini zənginləşdirməsinə, öz növbəsində özlərinin də bir sıra ümumbəşəri ideyaları əxz etməsinə gətirib çıxarmışdır. Bu cəhəti yüksək qiymətləndirərək ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsirlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, mənliyini, milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir".

Böyük alman filosofu Hegel yazırdı ki, dövləti olmayan xalqın əslində tarixi də yoxdur. Məsələyə bu baxımdan yanaşdıqda və tarixə nəzər saldıqda görürük ki, tarix boyu bir sıra xalqlar zəngin mədəni irs yaratsalar da, onların dövlətləri olmadığı üçün başqa xalqlara məxsus dövlətlərin təsiri altında olması səbəbindən həmin mədəniyyət hakim xalqın mədəniyyəti tərəfindən assimilyasiyaya uğrayaraq onun içərisində əriyib yox olmuşdur. Bu cəhətdən Azərbaycan xalqının bəxti gətirmişdir. Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda qədim və orta əsrlər zamanı yaranmış dövlətlər xalqımızın mədəniyyətinin, milli dəyərlərinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynamışlar.

Qədim və orta əsrlərdə Azərbaycan mədəniyyəti elə yüksək bir inkişaf səviyyəsində olmuşdur ki, hətta ərazimizə hücum edən bir sıra xalqlar mədəni səviyyəsinə görə xalqımızdan aşağıda dayandıqları üçün bizim mədəniyyəti, milli dəyərləri qəbul etməyə məcbur olmuşlar. Məsələn, ərəblər Azərbaycanı istila edərkən xalqımızın qədim zamanlardan bəri yaratdığı mədəni nailiyyətləri qəbul etmək məcburiyyətində qalmışlar. Azərbaycan isə öz növbəsində mədəni və milli dəyərləri ilə ümumislam mədəniyyəti xəzinəsinə daxil olmuş, onu xeyli zənginləşdirmişdir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, çar Rusiyasının tərkibinə qatılan Araz çayından şimaldakı torpaqlarda yaşayan Azərbaycan əhalisi çarizm tərəfindən milli və dini zülmə məhkum edildikləri üçün milli dəyərlərimizdə, bütövlükdə mədəniyyətimizdə müəyyən aşınmalar baş vermişdir. 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti milli dəyərlərimizin bərpası və inkişafı istiqamətində müəyyən addımlar atsa da, 28 aprel 1920-ci ildə qurulan Sovet hakimiyyəti illərində milli dəyərlərin aşınması davam etmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz milli dəyərlərinə sadiq qalmış, çətinliklə də olsa onları qorumuş və yaşatmışdır.

Milli dəyərlərimizin təəssübkeşi Sovet hakimiyyəti illərində xalqımızın milli dəyərlərinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin çox böyük tarixi xidmətləri olmuşdur. Ümummilli liderimizin ölkəmizdə siyasi hakimiyyətinin birinci dövründə xalqımıza məxsus milli dəyərlərin qorunması və təbliği istiqamətində mühüm işlər (1978-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi, Novruz bayramının ölkəmizdə geniş qeyd olunması, "Kitabi Dədə-Qorqud dastanı"nın motivləri əsasında "Dədə Qorqud" filminin çəkilməsi və sairə) görülmüşdür. 1990-1993-cü illərdə Naxçıvanda yaşayarkən milli dəyərlərin bərpası və inkişafı sahəsində mühüm işlər görən ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli dəyərlərimizin bərpası, inkişafı və təbliği


9 istiqamətində əsl yüksəliş başladı. Bütün həyatı və siyasi fəaliyyəti boyunca mənsub olduğu xalqın mədəniyyətinə, milli dəyərlərinə böyük hörmət və ehtiram bəsləyən, onların inkişafı üçün münbit şərait yaradan ulu öndər 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi and içərkən bu sözləri xüsusi vurğulamışdı: "Əlimi Qurani-Kərimə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağam". Dahi şəxsiyyət ömrünün sonunadək bu andına sadiq qaldı və milli dəyərlərimizin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində müstəsna tədbirlər həyata keçirdi. Ulu öndər milli dəyərlərimizi qoruyarkən və yaşamasına zəmin yaradarkən xalqımızın və çox zəngin tariximizin səhifələrini özündə əks etdirən abidələrə, maddimədəniyyət nümunələrinə, şəxsiyyətlərə üstünlük verirdi. Onun məqsədi öz sözləri ilə desək, tariximizin görkəmli səhifələrini xalqımızın bugünkü və gələcək nəsillərinə, bütün dünyaya daha yaxşı tanıtmaq idi. Bu məsələdə dahi şəxsiyyətin milli dəyərlərin bərpası, təbliği və xalqa qaytarılması ilə əlaqədar imzaladığı bir sıra sərəncamlar, o cümlədən "Dövlət dilinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli sənədlər də mühüm rol oynadı. Ümummilli liderin 14 avqust 2001-ci ildə Azərbaycan Prezidenti kimi milli-mənəvi dəyərlər və ənənələr haqqında bəyanatı da çox mühüm siyasi-tarixi əhəmiyyətə malik sənəd kimi diqqəti cəlb edir. Ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də milli dəyərlərimiz inkişaf etdirilmiş, dövlət qayğısı ilə əhatə olunmuşdur.

“Daha geniş miqyasda davam etdiriləcək” Müstəqil Azərbaycan dövləti və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da milli dəyərlərimizin qarantı, onun inkişafının təminatçısı qismində çıxış edir. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının timsalında biz bunun yeni bir parlaq təzahürünün şahidi olduq. Milli dəyərlərimizə böyük diqqət, qayğı, hörmət və ehtiramla yanaşan, onun inkişafı üçün çox əhəmiyyətli işlər görən, lazımi şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-ci ili "Milli dəyərlər ili" elan etdi. IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2012-ci ildə keçirilən IV sessiyasında hörmətli Sədr sessiyaya yekun vurarkən belə bir fikir də vurğuladı: "Yaranmış ənənə üzrə Naxçıvan Muxtar Respublikasında hər yeni il başlayarkən həyata keçiriləcək tədbirlərin xarakterinə uyğun olaraq konkret məqsədlər də müəyyən edilir. 2011-ci ildə milli-mənəvi dəyərlər sahəsində tədbirlərə diqqət artırılacaq, milli dəyərlərin bərpası, qorunması, və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdə başlanmış tədbirlər 2012-ci ildə daha geniş miqyasda davam etdiriləcəkdir". Ali Məclis Sədrinin sözlərindən də göründüyü kimi, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə əlaqədar əvvəlki illərdə Naxçıvan Muxtar Respublikasında xeyli işlər görülmüşdür. Bu işə 1996-cı ilin iyulunda keçirilmiş "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumundan sonra başlanmışdır. Həmin sim-

poziumda giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: "Tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmalar ön mövqeyə çəkilməlidir. Çünki müstəqillik dövrünə keçidin əsas xüsusiyyətlərindən biri olan milli-mənəvi özünüdərketmə prosesinin dərinləşməsi və sağlam əsaslar üzrə inkişaf etdirilməsi ilk növbədə xalqın öz keçmişinə, dilinə, milli ənənələrinə bələd olmasına, yiyələnməsinə ciddi zərurət doğurur". Məhz həmin simpoziumdan sonra tarix və mədəniyyətimizin bütün sahələrində olduğu kimi, milli dəyərlərimizin də bərpası, qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ərazidəki tarix-mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılmış, 50-dən artıq memarlıq abidəsi bərpa və ya təmir edilmiş, "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan folkloru antologiyası", "Naxçıvan geyimləri" kitabları və s. nəşr olunmuşdur. Milli dəyərlər sisteminə daxil olan bir sıra maddi-mədəniyyət nümunələrinin qorunması, nümayiş və təbliğ olunması üçün çox mühüm mədəniyyət ocaqlarından sayılan muzeylər (Naxçıvan Dövlət Tarix Muzeyi, rayon diyarşünaslıq muzeyləri) təmir olunmuş, yeni muzeylər, o cümlədən Açıq Səma Altında Muzey və "Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi" və s. yaradılmış, "Xalça muzeyi" yeni binaya köçürülmüşdür. Milli dəyərlərimizin tədqiqi, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Naxçıvan şəhərində beynəlxalq və respublika miqyaslı simpoziumlar və konfranslar keçirilmişdir. Tarix və mədəniyyətimizlə, onun tərkib hissəsi olan milli dəyərlərimizlə əlaqədar çox böyük uğurların əldə olunmasında Muxtar Respublika rəhbərinin imzaladığı çox əhəmiyyətli sərəncamlar kimi böyük nailiyyətlərin qazanılması üçün münbit şərait, stimul yaratmışdır. Bu cəhətdən aparılan tədqiqatların, görülən işlərin effektli olmasında yüksək dövlət qayğısını da xüsusi qeyd etmək lazımdır. Milli dəyərlərin formalaşdırılmasında, qorunub saxlanmasında, zənginləşdirilməsində və təbliğində alimlərin, ümumiyyətlə ziyalıların rolu çox böyükdür. Məhz bu cəhəti nəzərə alaraq, xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: "Xalqımız öz böyük şəxsiyyətləri vasitəsi ilə Azərbaycanın milli dəyərlərini formalaşdırmış, qoruyub saxlamış, zənginləşdirmiş və bu gün onu ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir". Ona görə də son 16 ildə Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər içərisində alim kadrların hazırlanması sahəsində çox böyük işlər görülmüş, müxtəlif ixtisaslar üzrə çoxlu sayda alim kadrları hazırlanmışdır. "Milli dəyərlər ili" elan edilən 2012-ci ildə bir sıra idarə və təşkilatların, həmçinin ziyalıların, ümumiyyətlə, bütün vətəndaşların üzərinə böyük vəzifələr düşür. Bu vəzifələr Naxçıvan Muxtar Respublikası Ali Məclisində hazırlanan "Tədbirlər Planı"nda dolğun əksini tapmışdır. "Tədbirlər Planı"na əsasən 2012-ci ildə milli dəyərlərin öyrənilməsi, sistemləşdirilməsi, nəşri və təbliği sahəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının da üzərinə böyük vəzifələr düşür. Ali Məclis Sədrinin qeyd etdiyi kimi, "hər birimiz bu sahədə fəaliyyətimizin nəticəsi olmasına çalışmalı, milli dəyərlər ilində Muxtar Respublikamızın inkişafına öz töhfəmizi verməliyik".

Hacı Fəxrəddin Səfərli AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor


10

“Kюnlцm hяmiшя Naxчыvandadыr...” Aydın Nurhan 1998-ci ilin sentyabrından 2000-ci ilin ortalarına kimi Naxçıvan Muxtar Respublikasında Türkiyәnin Baş konsulu olub. Bәlkә bir diplomatik nümayәndә üçün bu müddәt qısa görünә bilәr. Ancaq bu qısa zaman kәsiyindә o, xidmәti vәzifәsini yerinә yetirdiyi qәdim oğuz yurduna elә bağlandı ki, hәtta ayrılanda: "Mәni burada dәfn edin", demәkdәn özünü saxlaya bilmәdi. Qәlbi hәmişә Naxçıvanla döyünәn Aydın Nurhan indi Afrika ölkәsi olan Qanada sәfir vәzifәsini davam etdirmәkdәdir. Jurnalımızın bu sayını hazırlayarkәn onun da ürәk sözlәrini oxucularımızla bölüşmәk istәdik.

Naxçıvan Şərqin ulduzudur… "Xidməti vəzifəmlə əlaqədar bu diyardan ayrılarkən demişdim: "Əgər ölərəmsə, məni Naxçıvanda dəfn edərsiniz. Bu sözüm bu gün də qüvvədədir. Bu, hər şeydən əvvəl, mənim bu diyara olan məhəbbətimlə bağlıdır". Naxçıvan mənim Vətənim, həsrətim, duyğum, qanımdır. Naxçıvana gəldiyim ilk günlərdən Naxçıvan rəsmilərinin ziyarətləri məni duyğulandırdı. Bugünkü kimi xatırlayıram: ziyarətimə ilk gələnlər arasında Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli də vardı. Bu görüş sonradan onunla sarsılmaz dostluğa bir vəsilə oldu. Bir sözlə, istiqanlı insanların bol olduğu Naxçıvanda ilk günlərdən işimə həvəslə başladım. Hər kəslə - uşaqlarla, yaşlılarla, işçilərlə, xülasə, hər təbəqədən olan insanlarla elə qaynayıb qarışdım ki... Bu dostluğun qürur nümunəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla olan yüksək səviyyəli münasibətlərim oldu. Digər dövlət rəsmiləri ilə olan əlaqələrim də bir diplomat kimi deyil, qardaşlıq səviyyəsində idi. Əslində olması lazım olan da bu idi, çünki qardaş bir ölkədə sırf diplomat kimi fəaliyyət göstərmək, zənnimcə, doğru deyil. Bu bəlkə də mənim ailəmdən almış olduğum tərbiyə ilə əlaqədardır. Mənim aləmimdə insana qardaş, dost kimı yaxınlaşanda hər məqsədə nail olmaq mümkündür. İstər Naxçıvanda olsun istər digər xidmət vəzifə yerlərində olsun. Diplomat olaraq

qayəm hər zaman insanlara yaxşı, gülər üzlə xidmət etməkdən ibarət olub. Bir sözlə, çalışdım ki, Baş konsulluq binasını naxçıvanlı qardaşlarımızın ikinci evinə, doğma ocağına çevirim. Buna da nail oldum. Təbii ki, naxçıvanlılarla birgə. Bəli, o məhəbbət körpüsünü mən onlarla qura bildim. Baş konsul kimi qardaş torpağa ilk gəldiyim günlər böyük dövlət adamı Heydər Əliyevin Naxçıvana səfərinə təsadüf etmişdi. Nümayəndə heyətinin tərkibində ümummilli liderlə birgə muxtar respublikanın görməli yerləri ilə tanışlıq məndə o qədər xoş təəssüratlar oyatdı ki... İndi də o anları həyatımın xoş anları kimi xatırlayıram. Bildiyiniz kimi, 2010-cı ilin iyun ayında mənə "Fəxri doktor" adı verildi. Universitetin Elmi Şurasının iclasının qərarına əsasən bu ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyevin mənə təqdim etdiyi diplomu indiyədək aldığım mükafatların ən dəyərlisi hesab edirəm. Doktorantura mərasimi üçün Naxçıvana gələndə 10 ildə burada hər şeyin çox dəyişdiyini gördüm və qürur duydum. Bu inkişafa görə cənab Vasif Talibovu təbrik etdim. Hətta İğdırın və Karsın bu inkişafdan dərs almalarının vacibliyini söylədim. Naxçıvan Şərqin ulduzudur, gələcəyi parlaqdır. "Zaman" qəzeti vasitəsilə naxçıvanlı qardaşlarıma Afrikadan salamlar göndərir, onların hər birini bağrıma basıram. Təbii ki, hər birinin Novruz bayramını da təbrik edirəm.



12 "Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan Muxtar Respublikasının təşkilindən səkkiz ay sonra yaradılıb. Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində olmasına baxmayaraq, münasib yer ayrılmadığından muzey onun ilk direktoru Balabəy Əlibəyovun şəxsi evində fəaliyyət göstərib. İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeyin hazırda 50 minə yaxın eskponatı var. Onu da deyim ki, bu, Naxçıvanda fəaliyyətə başlayan ilk muzeydir". Bu barədə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov bizimlə söhbətində məlumat verib.

Muzeyimizя daha чox insan c"lb etm"k ist"yirik

Nizami müəllimin sözlərinə görə, 88 yaşlı muzeyin 10 şöbəsində Naxçıvanın qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, xalq tətbiqi sənət əsərləri və digər materiallar xüsusi yer tutur: "Muzeydəki bütün maddi mədəniyyət nümunələri muxtar respublika ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılıb". Naxçıvan Muxtar Respublikakısı Ali Məclisi Sədrinin qayğısı və köməkliyi ilə son illərdə muzeyin əsaslı təmir olunduğunu bildirən həmsöhbətimiz bildirdi ki, burada eksponatların günün tələbləri səviyyəsində qorunmasına da ciddi fikir verilir. Qeyd edək ki, muzeyin ayrı-ayrı şöbələrindəki eksponatlar diqqət çəkir. Belə ki, müasir dövrə aid ekspozisiya Azərbaycan Xalq Cümhuriyyətinə aid materialların nümayişi ilə başlayır. Burada müsəlman şərqində ilk müstəqil respublika olan ölkəmizə aid xəritələr, sənədlər, müqavilələr yer alır. Muzeydə

həmçinin Türk dünyasının böyük sərkərdəsi Kazım Qarabəkir Paşaya aid guşə də var. Guşədə onun Naxçıvanla bağlı yazıları, sənədlər, kitablar yer alır. Böyük Vətən Müharibəsinə aid güşədə müharibə iştirakçıları olmuş naxçıvanlılar haqqında ətraflı məlumatlar toplanıb. "Tarixin qan yaddaşı" adlı guşədə isə düşmən işğalı altında olan torpaqlarımız, milli azadlıq hərəkatı, 20 Yanvar və Xocalı soyqırımı haqqında məlumatlarla tanış olmaq mümkündür. Müasir dövrü əhatə edən ekspozisiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar diqqəti cəlb edir. Muzeyə gələnlər burada ulu öndərin Naxçıvan şəhərində anadan olduğu evin maketinə, müxtəlif dövrlərdə çəkilmiş foto şəkillərinə, eləcə də Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu portreti görə bilərlər. Muzeydəki qədim dövlətlərə məxsus mis və gümüş sikkələr isə Naxçıvanın ticarət və İpək yolunun üzərində yerləşməsinin, həmçinin bu diyarın qədim ticarət mərkəzi olmasının əyani sübutudur. Nizami Rəhimovun sözlərinə görə, muzeydə "Milli dəyərlər ili" ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb: "Artıq ilin əvvəlindən milli dəyərlərimizlə bağlı tədbirlərə start verilib. Aprel ayında isə "Tarixi abidələrimiz milli dəyərlərimizdir" adlı açıq dərslər keçiriləcək. Bu tipli tədbirlərin təşkili ilin sonunadək davam etdiriləcək. Onu da deyim ki, bu kimi tədbirlər ilə bizim muzey yalnız təkcə muzey kimi deyil, həm də elmi-maarif mərkəzi rolunu da oynayır". Söhbətinin sonunda isə Nizami müəllim dedi: "Muzey tarixdir, muzey milli dəyərdir. Odur ki, muzeyimizə daha çox insanı cəlb etmək istəyirik. Sevindirici haldır ki, məktəblilər muzeyimizə daha teztez gəlirlər. Bu isə məktəblilərimizin, gənclərimizin maddi-mənəvi dəyərlərə marağın artmasının bariz nümunəsidir".


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində təşkil olunan ənənəvi Novruz bayramı şənliyində iştirak edir.

Xoş niyyətlər, çatılmış tonqallar və yaxud Naxçıvanda Novruz ənənələri zərbaycan xalqının ən qədim bayramları arasında Novruz öz həyatiliyi ilə daha çox seçilir, daha çox fərqlənir. Novruz bayramlar bayramı, şənliklər şənliyidir. Bu bayram xalq bayramlarımızın bəzilərinin özülü, bünövrəsi, başının tacı - zirvəsidir. Min illər boyu Novruz ölkəmizdə el şənliyi, el bayramı kimi geniş keçirilib. Tədqiqatçılar Novruz bayramının neçə min il bundan əvvəl yarandığını söyləyirlər. Müasir dövrümüzdə bu böyük el şənliyi ölkəmizin hər bölgəsində təmtəraqla qeyd olunur.

A

Milli-mənəvi dəyərlərimizin ən böyük hamisi olan ulu öndər Heydər Əliyevin dediyi kimi: "...İndi Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olub. Buna görə də xalqımız gözəl ənənələrimizi son illərdə sürətlə bərpa edərək bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir". Qədim tarixə malik, özündə çox müxtəlif adətənənələri qoruyub saxlayan Naxçıvanda da bu bayram özünəməxsus şəkildə keçirilən əsl toybayrama çevrilib. Bu şənliklərdə qədim adət-


14

ənənələrə, etiqadlara ciddi əməl olunur. Baharın gəlişi ilə bağlı keçmişdə çoxlu xalq oyunları, meydan tamaşaları, adətlər icra olunardı ki, onların bir çoxu bu gün də bu diyarda yaşamaqdadır. "Kosa-kosa", "Qodu-qodu", "Qəzmədaş", "Dizədöymə", "Gözbağlayıcı", "Bənövşə-bəndə düşə", "Topaldıqaç", "Qayışagirmə" və sair oyunlar milli-mənəvi dəyərlərimiz kimi qorunur, onların təbliği, gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

Hərə öz qabiliyyətini nümayiş etdirir Bu bayramın rəmzlərindən biri səmənidir. Bayram ərəfəsində elə bir ev tapmaq olmaz ki, orada səməni göyərdilməsin. Bu bayramda səməni halvası hazırlamaq da adətdir. İndi buna bir sıra kəndlərimizdə, xüsusən Ordubad rayonunda da rast gəlmək mümkündür. Sarımtıl rəngdə olan səməni cücərtiləri maşından keçirilir, şirəsinə un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış mis tavaya qoyulur, yanmasın deyə zəif alov üzərində 4 saat ərzində arabir çevrilir.

Hər dəfə xəmiri çevirəndə altına azacıq yağ tökülür. Axırda külçəyə xırdalanmış qoz ləpəsi, ədviyyat (zirə, darçın, istiot, razyana və bəhməz) vurulub qarışdırılır. Hazır halvadan iri şirniyyatlar formasında paylar düzəldilir. Novruzda bişirilən şirniyyatlar içərisində Ordubad paxlavasının, Ordubad şərəkburasının, qozlu Ordubad dürməyinin öz yeri, öz dadı, tamı var. El arasında sucuq kimi tanınan şirniyyat növü Ordubad rayonunda daha gözəl hazırlanır. İçərisinə qoz, yaxud badam ləpəsi qoyulan bu şirniyyatlara indi respublikamızın müxtəlif yerlərində rast gəlmək olar. Bağlar diyarında yaşanan Novruz adətlərindən biri də "Xan bəzəmə"sidir. Bu mərasim hər il Novruz bayramı günü keçirilir. Novruzda Ordubadda üç gün dalbadal "Xan" bəzəyirlər. Bir nəfəri "Xan" seçirlər. Onu əməlli-başlı əsl xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib onu əyləşdirirlər. İki nəfər uşaq "Xan"ı yelpiklə yelləyir. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. "Xan"ın dövrəsinə bəzənmiş xonçalar, səmənilər düzürlər. "Xan" əmr verir. Hamı çalıb-oynayır. Hərə öz qabiliyyətini nümayiş etdirir.


15 Burada "Təlxək"lər də olurlar. Onlar "Xan"ı güldürməyə çalışırlar. "Xan" isə gülməməlidir. Əgər gülsə, onu suya basırlar, təzə "Xan" seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər "Xan" üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, həmin xələtlər ona çatır.

Çərşənbə günü həm Naxçıvan şəhərində, həm də kəndlərimizdə gün batanda tonqal qalamaq, od yandırmaq adəti var. Həyətlərdə kol-kosları yığıb yandırırlar. Sonra o tonqalın üstündən tullanıb deyirlər: Ağırlığım, uğurluğum Bu tonqala tökülsün.

Tonqallar el bayramından soraq verir Çərşənbə axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qalamaq ənənəsi də var. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görür, lazım olan ehtiyatı dağın zirvəsinə qaldırırlar. Gün batana yaxın tonqallar alovlanır, qonşu kəndlərin uşaqları da öz tonqallarını çatırlar. Bu isə ulu Dədə Qorqudun dediyi kimi, el bayramından soraq verir. Novruzda axır çərşənbə günü Naxçıvanda "İlaxır" və ya "Yeddiləvin" adı altında bayram edilir. "İlaxır" ilin axırı, "Yeddiləvin" isə yeddi növ, yeddi cür deməkdir. Buna "Löyün" də deyirlər. Bu bayramda bazardan hər nə alınsa yeddi növ alınmalıdır. Son çərşənbə günü nişanlı qızlara pay aparmaq adəti də diqqəti cəlb edir. Həmin gün xonçalar bəzədilir, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılır. Çox zaman qırmızı lent bağlanmış səməniləri də aparırlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirmək kimi mənalandırılır. Naxçıvan şəhərində Novruz axşamının səhəri günü ağsaqqallarla, ağbirçəklərlə görüşmək adəti uzun illərdir yaşamaqdadır. Ancaq bir sıra rayonlarımızda, kəndlərimizdə bu adət-ənənə Novruz günü deyil, ilin son çərşənbəsi günü yerinə yetirilir. Səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedir, evə su gətirir, həmin suyu həyətbacaya səpirlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edir, onların bayramlarını təbrik edirlər. Çərşənbə günü hər evdə çoxlu yumurta boyayırlar. Həmin yumurtaları bayramçalıq kimi qonşu uşaqlarına verirlər. Çərşənbə günü kəndlərimizin çoxunda Novruz günündə olduğu kimi plov bişirirlər. Plovun "üz-gözünü" isə hər yerdə bir cür hazırlayırlar. Kimisi əti göy-göyərti ilə bişirib plovun yanına qoyur, kimisi də ətin yanına qovrulmuş, bişirilmiş ərik, almaxara, xurma, şabalıd və sair qoyur.

Baş Direktor: MART 2012 NAXÇIVAN Zaman qəzetinin pulsuz əlavəsidir

Hər şey təmiz olmalıdır Bir sıra kəndlərimizdə çərşənbə axşamı Xıdır bayramında olduğu kimi, qapılardan şal və papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr qonşuların və yaxınlarının evlərinə şal, papaq atırlar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay, daha doğrusu, bayram şirniyyatı (qoz, fındıq, şabalıd, alma və sairə) qoyurlar. Çərşənbə günü qapı pusmalar da olur. Ona görə də gərək çərşənbə axşamlarında, Novruz günündə ağızdan pis söz çıxmaya. Qonşular ürəklərində niyyət tutub qapılardan qulaq asırlar. Eşitdikləri ilk söz xeyirli sözdürsə, demək, arzusu həyata keçəcək. Naxçıvanda bayram günləri həyət-bacaları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır. Uşaqlar bir dəsmalla, köynəklə, corabla olsa belə sevindirilir. Gənc qızlar çərşənbə axşamı qonşu evlərə gələr, əllərində bəzən iki stəkan, fincan gətirirlər. Ancaq danışmırlar, ev sahibləri qızların niyyət tutduqlarını bilib o qabların birinə su tökür. Ondan sonra həmin qızlar danışır, niyyətlərinin baş tutub-tutmayacağını söyləyir. Milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq baxımından Naxçıvan həmişə seçilib, fərqlənib. Milli kökə və adət-ənənələrə qədim diyarımızın sakinləri qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da qədim, həmişəyaşar el bayramımız Novruzu daha böyük sevinclə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar.

Naxçıvan Muxtar Respublika Təmsilçisi:

Süleyman Ünal Süleyman Okumuş

Redaktor: Qvami Məhəbbətoğlu

Ünvan: Bakı, Tbilisi pr. 1058, Tel/Fax : (+994 12) 530 85 81/82/83, www.zaman.az, reklam@zaman.az Naxçıvan şəhəri, Nizami 40, Tel; 036 545 24 30, m.atik@zaman.az

Muxbirlər: Mazlum Atik Vaqif Vəliyev Məhərrəm Məmmədov Dizayner Tahir Mehdiyev


16 İnkişaf proqramına uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Naxçıvan Muxtar Respublikasının təbii resurslarından daha səmərəli istifadə olunmasına bölgə iqtisadiyyatının inkişaf etdirilməsinə yeni stimul verib, əhalinin məşğulluğunun təmin edilməsinə əlverişli şərait yaradıbdır. Elə bunun nəticəsidir ki, regionumuzda sənaye məhsulunun çəkisi davamlı şəkildə artmaqdadır. Yüksək əmək məhsuldarlığına malik müasir müəssisələr şəbəkəsinin yaradılması ilə yanaşı, mövcud sənaye müəssisələrinin yenidən qurulması ilə əlaqədar da əsaslı tədbirlər görülür. Yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun sayılan sənaye müəssisələrinin bərpası nəticəsində nəzərə çarpacaq irəliləyişlər əldə olunubdur. Təkcə bir fakt qeyd edək ki, son 16 ildə muxtar respublikada 373 yeni sənaye müəssisəsi işə başlayıbdır. Bu hesaba hazırda muxtar respublikamızda 243 adda sənaye məhsulu istehsal olunur. Eyni zamanda 9683 obyekt inşa olunaraq istifadəyə verilib və bu quruculuq işlərinə ümumilikdə 2 milyard 784 milyon 583 min manat investisiya sərf olunubdur.

Regionumuzda aparılan quruculuq tədbirlərində yaxından iştirak edən, yaradılan şəriatdən, göstərilən dövlət qayğısında bəhrələnərək daxili bazarı tələbata uyğun yüksək keyfiyyətli yerli tikinti materialları ilə təmin edən müəssisələrdən biri də “Gəmiqaya Daş Məhsulları Sənəye Kompleksi” məhdud məsuliyyətli cəmiyyətidir. “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərində, Babək rayonunun Araz və Kəngərli rayonunun Qarabağlar kəndlərində istehsal müəssisələri, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərinin ərazilərində isə daş karxanaları fəaliyyət göstərir.

bildirən müəssisənin müdiri Zeyqəm Rəhimov onu da əlavə etdi ki, muxtar respublikamızın təbii sərvətlərindən daha səmərəli istifadə etmək üçün 2010-cu ilin oktyabr ayında Naxçıvan şəhərində travertin və mərmər emalı üzrə ixtisaslaşmış yeni istehsal müəssisəsi istifadəyə verilibdir: “Muxtar respublika Qarabağlar və Çalxanqala ərazilərindəki zəngin yataqlardan çıxarılan mərmər daşları emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıbdır. Böyük və kiçik ölçülü travertin plitələr əsasən

Dашлары данышдыран кархана Daş karxanalarının yerləşdiyi dağlıq əraziyə avtomobil yolu, elektrik və su xətti çəkilmiş, iaşə xidməti göstərilməsi üçün əlverişli şərait yaradılıbdır. İtaliya və Türkiyə Respublikasından müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmış, 5000 kvadratmetr tikili ərazisi olan istehsal müəssisəsi də 2005-ci ildə fəaliyyətə başlayıbdır. Gündəlik istehsal gücü 1000 kvadratmetr olan müəssisədə yüksək keyfiyyətli travertin istehsalı üçün hər cür şərait yaradılıbdır. Regionda aparılan geniş miqyaslı quruculuq tədbirləri nəticəsində müəssisənin istehsal etdiyi məhsullara olan tələbatın daha da artdığını

binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klasik ağ və qara soyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir. Burada kompyuterlə idarə olunan müasir texnoloji avadanlıqlar quraşdırılmış, verilən hər hansı bir sifarişə uyğun olarak travertinin üzərində oyma üsula naxışlar salınır”. Yeni istehsal müəssisələrinin


17

fəaliyyət göstərməsi ayrı-ayrı ölkələrdən alınıb gətirilən tikinti materiallarına xərclənən vəsaitin muxtar respublikada qalmasına əlverişli şərait yaradıbdır. Bu istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, yeni iş yerlərinin açılışına səbəb olubdur. Hazırda “Gəmiqaya Daş

Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 490 nəfər çalışır ki, onlarda yüksək əməkhaqqı ilə təmin edilirlər. Əsasən ətraf yaşayış məntəqələrindən olan işçilərin gediş-gəlişi qayğısına da qalınıb, işçilərə müəssisə tərəfindən avtobus ayrılıbdır. Müəssisənin istehsal etdiyi məhsullara olan tələbatı

ödəmək, sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədi ilə kollektiv mövcud imkanlardan səmərəli istifadə etməyə çalışıbdır. Müasir texnooji avadanlıqlarla təmin edilmiş daş karxanaları və müəssisələrdə istehsal prosesi ilə tanış olduq. Daş karxanasının müdiri uzun illərdir istehsalatda çalışan təcrübəli mühəndis Tələt Əhmədov dəzgahları göstərərək müasir texnoloji avadanlıqların məhsulun keyfiyətlə istehsal olunmasında mühüm rol oynadığını bildirdi. Təcrübəli mühəndislər Sultan Vəliyev və Faiq İbrahomovla söhbətimizdə qeyd etdilər istehsal zamanı texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarında ciddi əməl olunur. Blok şəkilində müəssisələrə daxil olan xammal ilkin olaraq müəyyən ölçülərdə kəsilir, cilalanır müxtəlif mərhələlərdə ayrı-ayrı dəzgahlardan keçdikdən sonra sifarişə uyğun formalara salınaraq travertin döşəmə, çapqı daşları, sütunlar, müxtəlif formalı fiqurlar, dekorativ daşlar və mərmər istehsal edilərək anbara təhvil ve-

rilir. Oradan isə sifarişçilərin ünvanlarına muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarına yola salınır. Onu da qeyd edək ki, istehsal olunan yüksək keyfiyyətli məhsullar nəinki daxili tələbatı ödəyir, həm də xarici bazarlarda satışa çıxarılır. Bu məqsədlə Bakı şəhərində, Türkiyə Respublikasının İstanbul, İzmir və İran İslam Respublikasının Urmiya şəhərində keçirilən beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsullar nümayiş etdirilmiş, xarici şirkətlərin marağına səbəb olunubdur. Hazırda bu məhsullar ölkəmizin paytaxtı Bakı şəhərində, digər regionlarda və Türkiyədə satışa çıxarılır. Gələcəkdə digər xarici ölkələrə də məhsulların ixrac olunması planlaşdırılır. Bir sözlə yerli xammaldan səmərəli istifadə muxtar respublikamızda aparılan quruculuq tədbirlərinin daha geniş vüsət almasına stimul verir. İstehsal edilən məhsullar müasir memarlıq üslubu ilə gözoxşayan neçə-neçə binaları bəzəyir…


18 Naxçıvan Muxtar Respublikasında inkişaf və tərəqqinin sürətli inkişafının nəticəsidir ki, digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait yaranıb. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən irimiqyaslı islahatlar, qəbul edilən qərarlar, reallaşan Dövlət Proqramları müsbət nəticəsinin verir. Artıq Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin olunması istiqamətində xeyli iş görülüb. Regionun əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqlarının olması və üstəlik bu sahəyə hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq sahələrindən səmərəli istifadə edilməsinə əlverişli şərait yaradıbdır.

verən texnologiyalar əsasında yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasıdır. Proqramda əhalinin il boyu yerli meyvə-tərəvəz və səbzə-tərəvəz məhsulları ilə təminatı da nəzərdə tutulur. Bunun üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər daxili bazara kənar yerlərdən gətirilən məhsulların qarşısının alınmasını təmin edəcək. Ona görə muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik tərəvəz toxumlarından istifadə olunması vacib amillərdən biri kimi Proqramda öz əksini tapıbdır. Bütün bunlarla yanaşı Muxtar respublika kənd təsərrüfatı nazirliyindən verilən məlumata görə ötən il xeyli məhsuldar keçib. Belə ki, təkcə ötən il muxtar respublikada 34 min 751 hektar sahədə taxıl əkini keçirilib. Əkin sahələrinə aqrotexniki səviyyədə qulluq edilib, zəmilərdən 101 min tondan artıq məhsul götürülübdür. Məhsul istehsalçılarını lazımi texnika ilə

Unudulmuş meyvətərəvəz sortları yenidən bərpa ediləcək 2011-ci ildə muxtar respublikanın tarixində ilk dəfə olaraq Ümumi Daxili Məhsulun (ÜDM) həcmi artaraq 2 milyard ABŞ dollarını üstələyibdir. Muxtar Respublikada ÜDM istehsalının orta hesabla üçdə bir hissəsi kənd təsərrüfatının payına düşür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “20082015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” regionda kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdiribdir. Bu günlərdə isə bu proqramın davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunubdur. Naxçıvan Muxtar Respubklikası Kənd təsərrüfatı nazirliyindən bildirildi ki, Dövlət Proqramında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya çox mühüm vəzifələr qoyulub. Bunlardan ən əsası ulu diyarımızın iqlim şəraitinə uyğun yüksək məhsuldarlığa malik unudulmuş meyvə-tərəvəz sortlarının yenidən bərpa edilməsi, keyfiyyətli və ucuz başa gələn yerli meyvə sortlarının əldə edilməsi üçün meyvə-tərəvəzçilik təsərrüfatlarının yaradılmasıdır. Bundan başqa məhsuldarlığın artırılması üçün toxumçuluğun yaxşılaşdırılması, suvarmanın və növbəli əkinlərin tətbiqi, torpaqların münbitliyinin artırılması, istixana təsərrüfatlarının yaradılması və digər tədbirlərin həyata keçirilməsi də vacibdir. Dövlət Proqramının qəbul olunmasında əsas məqsəd bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə və tərəvəz istehsalını inkişaf etdirmək, müasir standartlara cavab

təmin etmək üçün “Naxçıvan Aqrolizinq” ASC-nin Şərur, Babək və Culfa rayon bazaları fəaliyyət göstərirdi. Ötən il isə Ordubad, Kəngərli və Sədərək rayonlarında da filiallar yaradılıbdır. Keçən təsərrüfat ilində 108 ədəd müxtəlif adda texnika gətirilərək lizinq yolu ilə icarəyə verilibdir. Gündə 200 ton taxıl emalı gücünə malik olan yeni müəssisə işə salınıb Son illərdə həm Naxçıvan şəhərində, həm də rayon mərkəzlərində 15 taxıl emalı müəssisəsinin istifadəyə verilməsi taxılçılığın inkişafına da öz təsirini göstəribdir. 2011-ci ildə Naxçıvan şəhərində ən müasir standartlara cavab verən və gündə 200 ton taxıl emalı etmək gücünə malik olan yeni müəssisə işə salınıbdır. Muxtar Respublikada taxılçılıqla yanaşı kartofçuluğun inkişafına da ciddi fikir verilir. Ötən il 2 min 764 hektar kartof əkini sahəsindən 38 min 309,6 tona məhsul əldə olunubdur ki, bu da əvvəlki illə müqayisədə 408,6 ton çoxdur. Şəkər çuğunduru əkilən sahələrin həcmi isə artırılaraq 1852 hektara çatdırılıbdır. Sahələrdən 39 min 42 ton məhsul yığılmışdır ki, bu da 2010-cu illə müqayisədə 12 min 267,4 ton çoxdur. Məhsuldarlığın yüksəldilməsi, cins tərkibinin yaxşılaşdırılması məqsədilə ötən il muxtar respublikaya 770 baş, son üç ildə 1020 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilməsi təmin olunubdur. Ötən il quşçuluq sahəsində 8 yeni təsərrüfat fəaliyyət başlayıb, 7 təsərrüfatın yaradılması istiqamətində isə işlər davam etdirilir. 2011-ci il bal istehsalçıları üçün də məhsuldar keçibdir. Belə ki, 1031 ton məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 45 faiz çoxdur.



20

Gяmiqaya – mяdяniyyяtimizin daш yaddaшы Gəmiqaya təsvirləri Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 3907 metr yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara rəngli qaya parçaları üzərinə çəkilən təsvirlər başlıca olaraq çəhrayı görünüşdədir. Rəsmlər qazma və döymə texnikası ilə icra edilib. Orta əsrlərə aid az miqdar rəsmlər isə cızma texnikası ilə ərsəyə gətirilib. Alimlərin araşdırmalarına əsasən, Gəmiqaya təsvirləri yalnız köçəri, yaxud yarımköçəri maldarlıqla deyil, insanların inancları ilə də bağlıdır. Gəmiqaya rəsmləri başlıca olaraq üç qrupa bölünərək araşdırılıbdır: astral rəsmlər, zoomorf rəsmlər və insan rəsmləri. Gəmiqaya rəsmlərinin müəyyən bir qrupu astral rəsmlərdən ibarətdir. Araşdırmalar göstərir ki, Azərbaycanda məskənləşən tayfalar müxtəlif göy cisimlərinə sitayiş ediblər. İlk Tunc dövrünə aid gil qablar üzərində Günəş, Ay, spiral rəsmlərinə təsadüf olunub. Astral rəsmlər arasında Günəşi simvolizə edən işarələr xüsusilə geniş yayılıb. Günəş rəsmləri dairə, dairədən ayrılan şüa, içərisində nöqtə olan dairələrlə təmsil edilib. Belə rəsmlərə Qobustan, Kareliya, Sibir və dünyanın digər yerlərindəki təsvirlərdə rast gəlinib. Gəmiqaya rəsmlərinin müəyyən bir qrupu insan rəsmlərindən ibarətdir. Onlar ya ayrılıqda, ya da astral və heyvan təsvirləri ilə bir kompozisiyada verilib. İnsan rəsmləri ikonoqrafik baxımdan bir-birindən fərqlənirlər. Onlar başlıca olaraq sxematik şəkildə təsvir edilib. Digər tərəfdən, Gəmiqaya rəsmləri xalqımızın ən dəyərli arxeoloji abidələrindən biridir. Qayaüstü təsvirlər qrupuna daxil olan abidələrin əlçatmaz bir yerdə yerləşməsi onun tədqiqini çətinləşdirən səbəblərdən biri olub. Gəmiqaya rəsmləri qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən sinkretik bir mədəniyyət abidəsidir. Odur ki, abidənin tədqiqi arxeologiya, folklor, mifologiya, etnoqrafiya ilə bağlı elmi biliklərin birləşdirilməsini tələb edir. Bir tərəfdən bu elmlərin çətinliyi, digər tərəfdən isə mifoloji araşdırmaların azlığı Gəmiqaya abidəsinin öyrənilməsinə mane olub. Gəmiqaya rəsmlərdə insanların dünyabaxışı müəyyən kodlarla-antropomorf və zoomorf obrazlarla verilib. Bu rəsmləri mifoloji qavram kimi qəbul etmədən, bu kodların quruluşunu və hansı informasiyanı verdiyini bilmədən onları araşdırmaq və "oxumaq" mümkün deyildir. Qeyd edək ki, rəsmlərin araşdırılmasında dünya modeli kosmoqrammasından istifadə edilib. Rəsmlər dünya modelini bütövlükdə, ya da onun strukturundakı hər hansı mövqeyi əks etdirir. Gəmiqaya rəsmlərinin böyük bir qrupu heyvan təsvirlərindən ibarətdir. Heyvandar-ovçu qəbilələrin ov məqsədilə günlərlə heyvan sürülərini müşahidə etmələri, heyvan sürülərinin müdafiə tədbirləri onların təsəvvürlərində müəyyən əfsanələrin, miflərin yaranmasına səbəb olub. Heyvan təsvirləri arasında isə keçi rəsmləri üstünlük təşkil edir. Keçi rəsmləri tək, cüt və qrup halında, bəzən arxası üstə çevrilmiş vəziyyətdə təsvir edilib. Keçi rəsmlərinin üstünlük təşkil etməsi insanların inancları ilə bərabər onların həyat tərzi ilə də bağlı olub. Belə ki, dağ keçiləri indi də Naxçıvanda - Gəmiqayada mövcuddur.


21

Günbəgün dəyişən yurd yeri:

Sədərək Sədərək rayonunda bir neçə dəfə olmuşam, Heydərabad qəsəbəsini, bölgənin kənd yaşayış məntəqələri Sədərək və Qaraağacı qarış-qarış gəzmişəm. Hər gəlişimdə rayonun günbəgün dəyişdiyini görmüşəm. Dəyişməyən isə sədərəklilərin bu qədim yurd yerinə bağlılıqlarıdır. Bu gün sərhəd bölgəsində qaynar həyat hökm sürür. Haşiyə çıxaraq deyim ki, Sədərək sözünün, naxçıvanlıların düşüncəsində, sinonimi sərhəd leksik vahididir. Çünki 1988-ci ildən başlanan hadisələrdən indiyədək Sədərək deyəndə hamımız sərhədlərimizi xatırlamışıq. O sərhədlərimizi ki, Vətənimiz oralardan başlayır.

Yolumuz Vətənimiz başlayan ünvanadır

Sərhəd bölgəsi bizi qış fəslinin yaraşığı olan qar içində qarşıladı. Bildirdilər ki, qar gecədən yağmağa başlayıb. "Bolluq bərəkət rəmzidir, öz yerinə, yurduna yağır", - deməyi də unutmadılar. İlk həmsöhbətimizin, rayonun tanınan ziyalılarından olan Səməd Əliyevin bu sözlərində böyük həqiqət var. Deyir ki, min illərdir belə qış günləri yaşanıb. Ancaq sədərəklilər son 20 illik bir zaman kəsiyində belə qarlı günləri xüsusilə xatırlayırlar. Çünki məhz belə günlərdə əliyalın şəkildə düşmən qabağına çıxıblar. Soyuğa, şaxtaya baxmadan qədim yurd yerini qoruyublar. Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov söhbətə müdaxilə edir, bizi bölgənin ötən günlərinə qaytarır: - Erməni daşnakları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə Sədərək qəsəbəsinə hücumlar ediblər. Daha dəqiq desək, bu müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüşlər olub. Bu döyüşlərdə 108 nəfər şəhid olub. Onların 40 nəfərdən çoxu Sədərək torpağının yetirməsidir. 1990cı ilin yanvar ayının 18-də baş vermiş bu döyüşlər 1993cü ilin avqust ayının 13-dək davam edib. Yüzlərlə ev, idarə, təşkilat binaları dağıldılıb, ancaq bu kəndin


22

müdafiəsinə qalxanlar Sədərəyin erməni tapdağına düşməsinə yol verməyiblər. Həmin döyüşlərdə muxtar respublikanın bütün rayonları ilə bərabər, ölkəmizin 12 bölgəsinin igid eloğulları iştirak ediblər. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990cı ilin avqust ayının 28-də Sədərək kəndinin bazasında Sədərək rayonu təşkil olunub. Ötən dövr ərzində bölgənin infrastrukturunun gücləndirilməsi məqsədilə ümummilli liderimizin qayğısı ilə mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2000-ci il 15 mart tarixli Sərəncamı bu istiqamətdə böyük həcmli layihələrin həyata keçirilməsini reallaşdırıb, rayon özünün yeni inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bircə faktı qeyd edək ki, bu gün rayonda elə bir idarə, müəssisə və təşkilat yoxdur ki, fəaliyyətini müasir tələblərə cavab verən yeni binada davam etdirməsin.

Quruculuq rayon həyatının ayrılmaz tərkib hissəsinə çevrilib Muxtar respublikamızda geniş vüsət alan quruculuq işləri rayonun simasını tamamilə dəyişdirib. Rayon sakinləri bölgədə həyata keçirilən belə layihələri insan amilinə göstərilən yüksək qayğı kimi dəyərləndirirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, sədərəklilərin həyatında ağır yaşanmış günlərlə yanaşı, yaddaşlardan silinməyəcək hadisələr də çox olub. Belə hadisələrdən biri də ölkə başçısı, cənab İlham Əliyevin 2010-cu ilin oktyabr ayının 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunda olması, yeni salınmış Heydərəbad qəsəbəsinin, Sədərək qəsəbəsi Rayon Mərkəzi Xəstəxanasının, 2 saylı məktəbin binalarının açılışında iştirak etməsidir. Düşmənlə üz-üzə olan bu yurd yerində tikilib qu-

rulanlar sadaladıqlarımızla bitmir. Ötən il isə rayonda daha bir neçə obyekt istifadəyə verilib. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Sədərək Rayon Bazası, Kommunal Müəssisələr kombinatı, Yol Təmiri İstismarı Sahəsi öz fəaliyyətlərini yeni binalarda davam etdirməyə başlayıblar. Hazırda Şahmat Məktəbi üçün nəzərdə tutulmuş binada son tamamlama işlərinin aparılması sərhəd bölgəsinə davamlı qayğının ifadəsi kimi diqqəti çəkir. Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa edilib. Düşmənə göz dağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.

Rayon təşkilatları öz işlərini necə qurur? Söhbətə bir neçə təşkilatın timsalında aydınlıq gətirmək istəyirik. İlk olaraq bölgədə təhsilin səviyyəsinə nəzər salaq. Sədərək rayonunda 4 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Bu məktəblərdə çalışanlar mühüm bir vəzifəni yerinə yetirdiklərini unutmurlar. Onlar sərhəd bölgəsində böyüyən uşaqlara hərtərəfli bilik verməklə yanaşı, onların vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsini, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmalarını diqqət mərkəzində saxlayırlar. Ötən tədris ilində 4 məktədən 26 nəfər məzun ali məktəb tələbəsi adını qazanıb. Onlardan 4 nəfəri qəbul imtahanlarında 500-dən artıq bal toplayıb. Yeni yaradılmış 2 nömrəli Sədərək Kənd Tam Orta Məktəbinin uğurları daha çoxdur: bu məktəbin 6 məzunu müəllimlərinin etimadını doğruldub. Məzunların biri 500-dən yuxarı bal toplayıb. Şagirdlərdən bir nəfər Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadalarında kompyuter texnologiyaları üzrə üçüncü yerə, bir şagird isə muxtar respublika səviyyəli yarışda dördüncü yerə layiq görülüblər. Rayonun pedaqoji kollektivləri qazanılan uğurları son nəticə hesab etmirlər. Yaradılan şərait müqabilində qarşıdakı


23 dövrlərdə belə nəticələrin daha yüksək olacağına inanırlar. Rayonun mədəniyyət, səhiyyə, digər xidmət sahələri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Muxtar respublikanın digər bölgələrində olduğu kimi, sərhəd bölgəsində də sakinlərin mavi yanacaqdan istifadəsi öz həllini tapıb. Bu gün 2016 əhali abonent qrupu, 48 dövlət və 4 özəl sektor mavi yanacaqdan istifadə edir. Ötən il 27 evə və 4 təşkilata yeni qaz xətti çəkilib. Əhalinin rabitə xidmətindən istifadəsini yaxşılaşdırmaq məqsədilə 2011-ci ilin ötən dövrü ərzində xeyli iş görülüb. Heydərabad və Sədərək qəsəbəsində, Qaraağac kəndində zədələnmiş kabellər, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Mövcud 2 ATS-də olan generatorların işlək vəziyyətdə olmaları daim yoxlanılır. İlin ötən dövrü ərzində 7-si Naxtell olmaqla 18 ədəd yeni telefon xətti çəkilib.

Sədərəklilər yaşadıqları torpağı qorumağı bacardıqları kimi, onu əkib-becərməyi də bacarırlar Son illər dövlət qayğısı torpaq mülkiyyətçilərinin xeyli uğurlar qazanmasına səbəb olub. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən il torpaq mülkiyyətçiləri 2075 hektar sahədən 6105 ton taxıl tədarük ediblər. Bu əvvəlki illə müqayisədə 62 ton çoxdur. Taxılçılığa marağın getdikcə artmasında digər amillərin də rolunu qeyd etmək lazımdır. Bu sahə ilə məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Son illər muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması, yarmarkalarda torpaq mülkiyyətçilərinin minbir zəhmət hesabına istehsal etdikləri məhsulların sərfəli qiymətə sata bilmələri üçün yaradılan şərait də bu amillər sırasındadır. Cari

Heydərabad qəsəbəsindən görünüş

ilin nəticələri sədərəkliləri gələn ilin bol məhsulunun əsasını qoymağa bir daha ruhlandırıb. Rayonda şəkər çuğunduru əkilib becərilməsi sahəsində əldə edilən nailiyyət muxtar respublika üzrə rekord nəticə sayıla bilər. Belə ki, rayonun torpaq mülkiyyətçiləri 2011-ci ildə 225 hektar sahədən 8 min 192 ton məhsul əldə ediblər. Bu, hər hektardan orta hesabla 364 sentner məhsul götürmək deməkdir. Göründüyü kimi, heç də kiçik rəqəm deyil. Təbii ki, bu rəqəmin arxasında zəhmət və qayğı dayanıb. Belə zəhmət və qayğı hesabına digər sahələrdə qazanılan uğurları da ötən ilin fərəhli yekunları saymaq mümkündür. Sədərək torpaqları burada kartofçuluğun inkişaf etdirilməsinə, keyfiyyətli məhsul istehsalına imkan verir. Aqrar sahədə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, sədərəklilər ən qiymətli sərvət olan torpağı özlərinin daimi iş yerinə çeviriblər. Onlar torpağı qorumağı bacardıqları kimi, onu əkibbecərməyi də bacarırlar. Rayonda insanlara xeyli gəlir gətirən sahələrdən biri də heyvandarlıqdır. Neçə illərdir ki, bu sahəyə qayğı hesabına sədərəklilər öz tələbatlarına uyğun ət, süd və süd məhsulları istehsal etməklə yanaşı, muxtar respublikanın daxili bazarına da töhfələrini verirlər.

Son söz əvəzi Sədərək sakinləri inanırlar ki, 2012-ci ildə qazanacaqları uğurlar cari ildəkindən daha çox olacaq. Bunu görüşdüyüm insanların söhbətlərindən, həyata baxışlarından hiss etdik. Səməd Əliyev isə milli dəyərlər ilində ən böyük arzumuzun da həyata keçiriləcəyinə inamını bildirdi: - Sədərəkdə bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf, həyat səviyyəsinin yüksəlməsi bölgə sakinlərinin qurub-yaratmaq əzmini birə-beş qat artırıb. Onlar layiq olduqları səviyyədə yaşadıqları üçün dövlətimizə minnətdardırlar. İnanıram ki, bu sərhəd bölgəsində yaradılmış şəraiti 2012-ci ildə əsir qalmış torpaqlarımızda da görəcəyik. ... Biz də Sədərəkdən bu inamla ayrıldıq.


24 Azərbaycanın heç bir yerində, eləcə də Naxçıvanın digər rayonlarında bu cür musiqi, mahnı və rəqsə rast gəlinmir. Ona görə də o, “Şərur yallısı” adı ilə tanınır. Hazırda Şərurda 3 yallı ansamblı fəaliyyət göstərir. Bu ansamblların üzvləri yaş fərqinə görə seçilib: qocalardan ibarət "Nurani", uşaqlardan ibarət "Şərur qönçələri" və gənclərdən ibarət "Yallı" ansamblları. Bu barədə bizə məlumat verən Şərur Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rafiq Cəfərovun sözlərinə görə, Şərur "Yallı"nın oylağı olub, bu məkanda təşəkkül tapıb: "Hətta səhv etmirəmsə, 1937-ci ildə deputat kimi seçiciləri ilə görüş zamanı Şərurda olan dahi bəstəkarımız Üzeyir Hacıbəyov Şərur yallıları ilə maraqlanarkən belə deyib: "Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub". Bu fikri təsdiqləmək üçün heç uzağa getmək lazım deyil. Belə ki, bu rayonun hər bir kəndində yaşayan hər bir uşaq ən azı bir-iki yallı növünü bilir". Əməkdar mədəniyyət işçisi Kimya Babayeva isə onun dediklərinə bunları əlavə etdi: "Hələ çox qədim dövrlərdən Şərurun toy mərasimlərində axşam çağı el oyunları, mahnı və rəqslər ifa olunardı. Adamlar dövrə vurub halay tutar, yallı gedərdilər. Rəqs edənlərin hərəkət çizgiləri, yallını müşayiət edən, təbiəti oxşayan sadə və həzin melodiyaları bir növ Şərur relyefinin çizgiləri ilə ahəngdar uzlaşır və Azərbaycan musiqisində, rəqsində özünəməxsus xüsusi çalarları ilə fərqlənir. Maraqlıdır ki, Azərbaycanın heç bir yerində, eləcə də Naxçıvanın digər rayonlarında bu cür musiqi, mahnı və rəqsə (bir-iki yallı istisna olmaqla) rast gəlinmir. Ona görə də o, “Şərur yallısı” adı ilə tanınır. Kimya xanımın sözlərinə görə, Şərur, bəlkə də, yeganə bölgədir ki, heç bir toy-düyünü, el şənliyi, mərasimi yallısız keçməz. Bu mənada yallı bu məkanın musiqi rəmzinə çevrilib desəm yanılmaram. "Yallı birlik rəmzidir", - sözləri ilə söhbətini davam etdirən Rafiq müəllim Şərurda hər fəslin, hər mərasimin öz yallısı olduğunu dilə gətirdi. Bu xalq əmanətini yaşatmaq məqsədi ilə kollektivin həmişə axtarışda olduğunu qeyd edən həmsöhbətimiz daha sonra dedi: "Kollektiv kəndbəkənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarını daha da zənginləşdirir. Artıq unudulmuş yallılardan 5-6-sı bərpa olunub". O həmçinin orta məktəblərdə olduqlarını və istedadlı gəncləri ansambla cəlb etdiklərini də sözlərinə əlavə etdi. "Bu gün gənclərimiz daha çox xarici, əcnəbi

musiqilərə meyil göstərirlər. Sizin fikrinizcə, yallıya marağı artırmaq üçün nə etmək lazımdır?" sualına isə "Şərur qönçələri" uşaq yallı ansamblının rəhbəri Səttar Əhmədov belə amillərin keçici olduğunu dilə gətirdi. Ötən illərdən söz açan həmsöhbətimiz Misirdə keçirilən folklor festivalında Şərur yallısının bütün salonu məftun etdiyini dilə gətirdi: "40-dan çox ölkənin rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə şərurlular "Qızıl Açar"a layiq görüldülər". Daha sonra müxtəlif xarici ölkələrdə (Almaniya, Macarıstan, Polşa, Rusiya, Türkiyə, Misir) keçirilən festivallarda iştirak edərək laureat adına layiq görüldüklərini qeyd edən həmsöhbətimiz son illər Türkiyəyə mütəmadi səfərlər etdiklərini vurğuladı.


25

Aьыzlarы lяzzяtя gяtirяn "Lяzzяt Qida Sяnaye" MMC 1998-ci ildə təsis edilmiş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qida məhsullarının idxalı, istehsalı, emalı ilə məşğuldur. Müştərilərinə günün tələbləri səviyyəsində xidmət göstərən bu müəssisənin aktiv fəaliyyət göstərən şəkər sexində dünya standartlarına uyğun texnoloji avadanlıqar vasitəsi ilə müxtəlif çəkilərdə (0.15 kq, 0.2 kq, 0.75 kq, 0.9 kq, 1.9 kq, 4.7 kq, 25 kq, 40 kq) doğranmış və kəllə qənd (0.18 kq, 0.8 kq, 5 kq) istehsal olunur.

2007-ci ildə "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətində kənd təsərrüfatı məhsullarının təmizlənməsi, ələnməsi, qovrulması və qablaşdırılması sexi istifadəyə verilib. Bu sexin istifadəyə verilməsi aqrar sektora da müsbət təsirini göstərib. Belə ki, istehsal olunan məhsulun xammalının yerli məhsul olmasına üstünlük verilir. "Ləzzət Qida Sənaye" MMC zamanla istehsal gücünü və fəaliyyət sahəsini artırıb. Hazırda burada 21 adda və 62 çeşiddə məhsul istehsal olunur. "Ləzzət Qida Sənaye" MMC istehsalın modernləşdirilməsinə də ciddi fikir verir. Belə ki, məhsulun dizaynını və qablaşdırılmasının estetik tərtibatı da həmişə diqqət mərkəzində olur. 2010-cu ildə "Ləzzət Qida Sənaye" MMC-in nəzdində yeni fabrika "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC təsis olunub. Qeyd edək ki, bu müəssisə əhalinin vafli məhsullarına olan tələbatını ödəmək məqsədi ilə yaradılmış yeni istehsal qurumlarından biridir. Müəssisədə bananlı, almalı, südlü, çiyələkli, kakaolu tərkibdə çəkisi 15 qramdan 290 qrama qədər olan vafli məhsulları istehsal olunur. Dünya standartlarına cavab verən avadanlıqlarla təmin edilmiş müəssisənin istehsal gücü saatda 300 kiloqram təşkil edir.

Müəssisədə bütün gigiyenik qaydalara əməl olunur. Məhsulların fiziki, kimyəvi və bakteroloji analizlərinin aparılması üçün fabrikin müasir avadanlıqlarla təchiz edilmiş xüsusi laboratoriyası fəaliyyət göstərir ki, bu da məhsulların yüksək keyfiyyətinə təminat verir. Təbii ki, istehsal olunan məhsulların gigiyenik və uyğunluq sertifikatları da mövcuddur. Bir sözlə, fabrikin təklif etdiyi bütün məhsullar rəqabət qabiliyyətli yüksək keyfiyyətə malikdir. Məhsulun keyfiyyəti və istehlakçıların maraqlarının təmini bu müəssisənin başlıca devizidir. Bu müəssisənin yaradılması nəticəsində 35 yeni iş yeri açılıb. Müəssisədə çalışan işçilərin sosial hüquqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb. Bu da işçilərin daha yaxşı əhvalruhiyyədə işləmələrinə şərait yaradır. İstehsal olunan məhsulların ticarət obyektlərinə çatdırılması üçün müəssisədə xüsusi servis xidməti fəaliyyət göstərir. Müəssisənin gələcək planları isə bunlardır: istehsal olunan məhsullarını xarici ölkələrə ixracı, Muxtar Respublikada sahibkarlar üçün yaradılan münbit şəraitdən maksimum dərəcədə faydalanmaq, həyata keçiriləcək yeni layihələrdə daha yaxından iştirak etmək.


26

Kukla teatrı bayrama "Novruz əfsanəsi” ilə gəlir Respublikamızda 5 kukla teatrı fəaliyyət göstərir. Onlardan biri də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrıdır.

“Ağ atlı oğlan” tamaşısndan səhnə Naxçıvan Dövlət Kukla Teatrı 1989-cu ildə yaradılıb. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəviəxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoyur. Teatr Naxçıvan Muxtar Respublikası ilə yanaşı, respublikamızın digər bölgələrində, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində də olub. Naxçıvan Dövlət Kukla Teatrının direktoru və bədii rəhbəri, Xalq artisti Yasəmən Ramazanovanın sözlərinə görə, teatrda bir çox formada tamaşalar göstərilir: "Yaxın gələcəkdə kukla teatrının müasir növü sayılan "kölgə" formasını da Naxçıvana gətirmək və dahi Üzeyirin "Arşın mal alan"ını səhnələşdirmək niyyətindəyik". Teatrın tamaşaçı sarıdan korluq çəkmədiyini qeyd edən Yasəmən xanım hətta bəzən zalda qələbəlik yaşandığını dilə gətirdi: "Elə olur ki, yer olmadığı üçün tamaşalarımız ayaqüstə izlənilər. Əsas tamaşaçı kontingentimiz şəhərimizdə fəaliyyət göstərən məktəblərin şagirdləridir. Teatrımız Naxçıvan Muxtar Respublikasının bütün bölglərində olub. Bu mənada deyə bilərəm ki, muxtar respublikada elə bir kənd, yaşayış yeri yoxdur ki, biz orada olmayaq". Repertuara mütəmadi yeni tamaşalar daxil etdiklərini vurğulayan həmsöhbətimiz dedi ki,

hazırda teatrda şair Minaxanım Əkrəmqızının "Uf-uf xanım" və Zaur Vedilinin "Meşə macəraları" adlı əsərləri üzərində iş gedir. Yasəmən xanım rəhbərlik etdiyi teatrın İran, Türkiyə və Tacikistanın müxtəlif şəhərlərində qastrol səfərlərində olduğunu bildirdi. Onun sözlərinə görə, teatrın kollektivi bu ilin aprel ayında Tacikistanda səfərdə olacaq: "Onu da deyim ki, teatrımız hər ilin iyun ayında respublika miqyasında keçirilən Kukla Teatrı Həftəsində iştirak edir. Respublikamızda fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq fəaliyyətlərinin təhlil edilməsi, böyüməkdə olan nəslin bədii-estetik zövqünün formalaşması, o cümlədən mütəxəssis rəyinin öyrənilməsi məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyəti var. Təbii ki, kollektivimiz Naxçıvanda keçirilən bayram tədbirlərində də fəal iştirak edir". Yasəmən xanım son sualımızı isə belə cavablandırdı: "Teatrımız fəaliyyətə başladığı ilk gündən milli və mənəvi dəyərlərimizi yaşatmağa xüsusi önəm verir. Bu məqsədlə bu sənət ocağında uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərlər tamaşaya qoyulur. Bu il, daha doğrusu, "Milli dəyərlər ili”ndə də müxtəlif layihələrlə çıxış edəcəyik. Hazırda həmin layihlərdən biri üzərində də iş gedir. Belə ki, teatrımızda Səbuhi Hüseynovun "Novruz əfsanəsi" adlı əsərini də səhnələşdiririk".


27 Naxçıvan küçəsindəki Xətai məhəlləsində qədim el sənətini - papaqçılığı yaşadan İsmayıl Babayev adlı usta var. Onunla elə iş yerində görüşdük. Dediyinə görə, babaları papaqçı olub: "Öz araşdırmalarıma görə deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında məndən başqa bu sənətlə məşğul olan yoxdur. Varsa da mənim xəbərim yoxdur". Rəqabətsiz bir şəraitdə çalışmasına baxmayaraq, usta İsmayıl müştərilərinin azlığından şikayətləndi: "Bəzən günlərcə bir şey satmırıq. Təbii ki, bu da işimə öz təsirini göstərir: aylarca heç bir şey tikmirəm. İndi heç kimsəni də qınamaq olmur e... Yəni hər kəs seçimində azaddır". çılıqdan" misraları ilə söhbətini davam etdirməklə yanaşı, bu sənətin bir zamanlar bir ölçü kimi qəbul edildiyini bildirdi. Dediyinə görə, hətta Naxçıvanda doğulan Fəzlullah Nəiminin də bu sənətlə məşğul olduğu bir çox mənbələrdə söylənilir: "Mən də istəmirəm ki, Nəiminin sənəti unudulsun. Bilirsinizmi, papaq bizim geyimimizin, əgər belə demək mümkünsə, əsas atributlarındandır. Hətta mən deyərdim ki, papaq bizim milli- mənəvi dəyərlərimizdən biridir. Bir vaxtlar adamlar bir-birinə salam verəndə papaqlarını çıxarıb salamlaşardırlar, papaqsız kişilərə yaxşı baxmazdılar. Yəqin, eşitmisiniz, adlı-sanlı kişilərin yaxşı atı və bir də papağı olarmış. Təəssüf ki, indi papağa sanki biganəlik var. Cavanlarımız qışın sərt şaxtasında belə başlarına papaq qoymurlar..., bir də, a qardaş, dünya gör-götür dünyasıdır, gərək böyüklər qoya ki, yeniyetmələr də onlara baxıb ibrət götürər. Bir sözlə, son illər papağa olan hörmət və ehtiram sanki yoxa çıxıb". "Usta, bəlkə, hazırladığınız papaqların qiymətləri bahadır?" sualımız isə usta İsmayılı sanki hövsələdən çıxardı: "Bu qədər əziyyət və zəhmətlə hazırlanan papaqlara baha deyənlər, lazımsız əşyalara, paltarlara o qədər pul xərcləyirlər ki, adam mat-məəttəl qalır". Usta söhbətinin sonunda papağa marağın az olması ucbatından papaqların çeşidlərinin azaldığını da təəssüflə vurğuladı. Az sonra nə fikirləşdisə əlavə etdi: "Yaxşı olardı ki, milli adət-ənənələrimizi, qədim papaqçılıq sənətini yaşatmaq üçün hər kəs ömründə heç olmasa bir dəfə özünə papaq tikdirsin və bununla da babalarımızın ruhlarını şad etsinlər".

"Иstяmirяm ki, Fяzlullah Nяiminin sяnяti unudulsun" Sonra suallarımızı cavablandıran usta İsmayıl papağın növlərindən söhbət açır: "Bizim atelyedə, demək olar ki, hər növ papaq tikilir. Özü də dəri və müxtəlif parçalardan. Satışda olan papaqların çox az qismini xaricdən gətirilən papaqlar təşkil edir, əksəriyyətini mən özüm tikirəm. Onların xammalına gəldiksə isə... Dəri papaqların xammalı olan quzu dəriləri əsasən Özbəkistandan gətirilir. Mən də papaqları, adətən, həmin dərilərdən hazırlayıram. Ən çox alınan da Qaragül dərisindən hazırladığımız papaqlardır". Usta İsmayılın sözlərinə görə, papaqçılıq həmişə çətin olub, dünən də, elə bu gün də: "Papaqçılıq çox əziyyətli iş olmaqla yanaşı, insandan səbir tələb edir. İnandırım sizi, elə papaqlar olur ki, günlərcə üzərində işləyirəm. Amma min əziyyətlə ərsəyə gələn papaqlar layiqincə dəyərləndirilməyəndə, sözün həqiqi mənasında, yanıb-yaxılıram. Onları hər dəfə qoyduğum yerdə görəndə sanki gen dünya mənə dar gəlir". Papağa, papaqçılığa tarixən dəyər verildiyini qeyd edən həmsöhbətimiz Nizaminin "Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaq-


28

“Sifarişlə rəsm çəkmək təbiətimə yaddır”

Ramil Əhmədov Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Fiziki cəhətdən qüsurlu olsa da, bu, bir rəssam kimi yetişməyində ona əngəl olmayıb.

Dediyinə görə, uşaqlıqdan əyləncəsi rəsm çəkmək olub, sonralar bu, yaradıcılığa çevrilib. Əvvəllər kağız üzərində cızma-qaralar edib, sonralar yağlı boya ilə çəkməyə başlayıb: “İlk dəfə televiziya və yapışqanlı şəkillərdə (nakleyka) gördüyüm xarici avtomobillərin şəkillərini çəkmişəm”. Bir rəssam kimi formalaşmasında televiziya rəssamlıq proqramlarının və bu sahə ilə bağlı kitabların rolu çox olub. Gənc rəssam Pikasso, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi tanınmış rəssamların yaradıcılıqlarından bəhrələndiyini, onların əsərlərini örnək kimi qəbul etdiyini dedi: “Sifarişlə rəsm çəkməyi isə, ümumiyyətlə, xoşlamıram. Belə şeylər mənim təbiətimə yaddır. Mən yalnız öz ürəyimin diktəsi ilə işləyirəm”. İndiyədək Ramil Əhmədov müxtəlif janrlarda yüzədək əsər ərsəyə gətirib. Onun milli və tarixi ruhda çəkdiyi əsərlər daha baxımlı, daha diqqətçəkəndir. Rəssamın Qarabağ, Xocalı, 20 Yanvara həsr etdiyi hər bir tablosu insanı o ağır günlərə aparır və tamaşaçını Vətən uğrunda mübarizəyə səsləyir. Ramil

bizimlə söhbətində hər bir əsər üzərində işləyərkən müəyyən axtarışlar apardığını vurğuladı. Bildirdi ki, bu və ya digər əsər üzərində 10 gün çalışır. İndiyədək gənc rəssamın əsərləri Naxçıvan Muxtar Respublikasının Rəssamlar İttifaqında, Şərur şəhərindəki Şərur Türk Liseyində sərgilənib. O, “Atatürk” portretini məktəb müdiriyyətinə hədiyyə edib. 2001-ci ildə Ramil Əhmədov Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı gənc rəssam” adına layiq görülüb. Əsərlərinin sorağı Amerikaya da çatıb. Belə ki, uzaq Atlantik məkanından Naxçıvana gəlmiş qonaqlar onun əsərlərinin fotolarını çəkərək vətənlərinə aparıblar. Ramilin valideynləri də bizimlə söhbətlərində öz oğulları ilə qürur duyduqlarını söylədilər. Qeyd edək ki, bu yaxınlarda gənc rəssam Azərbaycan Rəssamlar İttifaqına dəvət olunub. Onun bu quruma üzv qəbul ediləcəyi gözlənilir. Ramilin ən böyük arzusu isə Bakı şəhərində fərdi sərgisini təşkil etməkdir.


Kişnəyən at

Nuhun gəmisi

Babək

İlanlı dağ

Otaq


30

Ordubadın qədim evləri Ordubad Azərbaycan intibahının mühüm mərkəzlərindən biri olub. Bu şəhərin tarixi eramızdan çox-çox əvvələ gedib çıxır. Bəzi mənbələrə görə 5-7 min əvvəl burada şəhər mədəniyyəti olub. Ancaq Ordubadın ən çox yüksəlişi XVIII əsrə təsadüf edir. Bundan əvvəlki tarixi abidələrin bir çoxu isə müharibələr zamanı dağıldığından, dövrümüzə qədər gəlib çıxmayıb. Bununla belə Ordubadda yüzlərlə tarixi abidə qalmaqdadır. Bunu nəzərə alaraq, Azərbaycan höküməti 1977-ci ildə Ordubad şəhərini tarixi memarlıq qoruğu elan edib. Ordubad şəhərinin xüsusi memarlıq üslubuna malik, Şərq üslubunda tikilmiş bir çox tarixi abidəsi məşhurdur. Bunlara nümunə olaraq Qeysəriyyə, Buzxana, Hamam, Came məscidi, Sər Şəhər məscidi, Mədrəsə və sairə göstərmək olar. Çox maraqlıdır ki, Ordubad şəhərində xüsusi üslubda tikilmiş memarlıq ansamblına malik insan yaşaması üçün ən əlverişli şəraiti olan qədim evlərə də rast gəlmək olur. Həm də belə evlər onlarladır. Belə evlərə Mənsur Ağanın, Nağıyevin, Abutalıbovların, Azad Ağanın, Ərbab Rzaqulu Rzayevin, Hacı İbrahimin evlərini nümunə göstərmək olar. Bu evlər tarixiliyi ilə və xüsusi görkəmi ilə fərqlənir. Evlərin yaşayış binası ilə yanaşı küçə divarları və qapı-darvazaları da memarlıq baxımından diqqəti cəlb edir. Qədim qapıların əksəriyyəti xüsusi möhkəmliyə və yaraşığa malik qoz və tut ağaclarının gövdəsindən hazırlanıb. Qapılar üzərinə xüsusi naxışlar vurulub, gözəl dəstəklər əlavə edilib, qapıları döymək üçün (qadınlar üçün ayrı, kişilər üçün ayrı) qurğu bərkidilib. Qədim evlərin, demək olar ki, hamısının ikinci mərtəbəsi bişmiş kərpicdən (o dövrlərdə Ordubad şəhərində kərpic bişirən bir neçə dairəvi kürələr olub ki, onların qalıqları indi də qalmaqdadır) inşa edilib, geniş sütunlara, tağlara və eyvana malik olub. Eyvanların bir çoxuna bişmiş kərpic və ya cilalanmış çay daşı döşənib. Qədim evlərin ikinci mərtəbəsində ən azı 5-6, bəzən isə daha çox (hətta 10-dan artıq) otaq olub. Otaqlar hündür (4 metrdən artıq), geniş və işıqlı olması ilə diqqəti cəlb edir. Binalar həm də salon şəklində otaqlara da malikdir. Lakin qədim evlərin bir çoxu baxımsızlıq ucbatından sökülüb dağılıb. Onları bərpa etməyə ciddi ehtiyac var.

Ordubad çinarları Nizamidən xəbər verir Çinar uzunömürlü və dekorativ xüsusiyyətlərə malik olduğuna görə bir çox şəhərlərin küçə və parklarında əkilir. Bu şəhərlərdən biri də Ordubaddır. Ordubad şəhərinin qədim məhəllə və meydanlarında olduqca qalın gövdəli çinar ağaclarına rast gəlmək olur. Bunların ən yaşlısı şəhərin qədim tarixi hissəsinin baş meydanı olan Sər Şəhər meydanındakı çinar ağacıdır. Deyilənlərə görə, onun 1200 ildən artıq yaşı var. Bir rəvayətdə deyilir ki, öz “Xəmsə”si ilə dünyaya səs salmış Nizami Gəncəvi XII əsrdə həmin çinarın kölgəsində dincəlib. Belə ki, XII əsrdə Naxçıvan Eldəgizlərin paytaxtı olarkən dahi şairimiz Nizami Gəncəvinin iki dəfə yolu bu diyara düşüb.

Qızıl Arslanla görüşündən yaddaşlarda qalan budur ki, şair həmin çinarın altında dincəlib. Qeyd edək ki, Mingis, Üçtürləngə, Yuxarı Ambaras, Aşağı Ambaras meydanlarındakı qədim çinarlar da Ordubad şəhərinə xüsusi yaraşıq verir.

Vitaminlərlə zəngin Ordubad limonu Qeyri-adi dada və ətrə malik Ordubad limonu çox qədim zamanlardan ev şəraitində yetişdirilir. Ordubadda evlərin 80-90 fazində limon ağacına rast gəlmək olur. Limon ağacı dibçəklərdə əkilir. Dibçəklərin qoyulduğu yerlər nə çox gün, nə də çox kölgədə olmamalıdır. Yayda


31 hər gün sulanmalıdır. Qış mövsümündə onu açıq havada saxlamaq mümkün deyil. Odur ki, qışda evlərin zirzəmilərində saxlanılır. Limon saxlanılan yerlərin işıqlanması da normal səviyyədə olmalıdır (işıq və istilik normal olmazsa, yarpaqlarını tökə bilər). Qışda ev şəraitində bir həftədən az olmayaraq limon ağacları sulanmalıdır. Limon ağacı, adətən, 1.5 m hündürlüyündə olur. Ağaca yaxşı qulluq etdikdə bir ağacda limonların sayı 15-30 ədəd olur. Limon Ordubad mətbəxinin yaraşığı olmaqla dədəbabadan bütün qonaq süfrələrində istifadə olunmuş və olunmaqdadı. Ən çox Novruz süfrəsində və toy mərasimlərində istifadə olunur. Həm də tərkibində Orubad limonu vitaminlərlə zəngindir.

dünyanın 30-dan artıq ölkəsinə ixrac olunub.

Qayğanaq

Ordubad mətbəxi Qozlu Ordubad dürməyi Buğda unu – 500 q, xama - 200 qr, kərə yağı - 150 qr, qoz ləpəsi - 250 qr, şəkər tozu - 200 qr, bal - 50 qr, 2 ədəd yumurta və çox az darçın lazımdır. Xəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, sonra cəviz üyüdülür, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, orta tempraturda 30 dəqiqə bişirilir.

Qoz mürəbbəsi Qabığı bərkiməmiş sütül qozu soyub gündə 2 dəfə suyunu soyuq su ilə dəyişmək şərti ilə 10 gün suda (suyun rəngi durulanadək) saxlayırlar. Qozları təmiz yuyub 1 çay qaşığı zəydə 20 dəqiqə qaynadıb süzürlər. Çəngəl ilə bir neçə yerdən deşib, suda həll olunmuş şəkər tozunu qozların içinə tökürlər ( 50 qoza 1kq şəkər tozu). Şirəsinə ədviyyalar (hil, mixək, darçın, yel cəvizi) əlavə edib bişirirlər. Ordubadın qoz mürəbbəsi tarixən dünyada məşhur olub. XİX əsrdə Bağdadda, Romada keçirilən beynəlxalq sərgilərdə qızıl medala layiq görülüb. XX əsrdə onun sənaye üsulu ilə kütləvi istehsalına başlanılıb və

12 yumurtanı çəngəllə qarışdırıb 2 kq dağlanmış yağın içinə tökürlər. Qabın diametri geniş və hündür olmalıdır ki, yumurtanı yağın üzərinə tökəndə daşmasın. Yumurtanı tökə-tökə bir dəfə qarışdırırlar. Sonra başqa bir qabda 500 qr. yağı qaynar halda az-az yumurtanın üzərinə tökürlər. Altı qızardıqdan sonra çəngəllə üç- dörd yerdən deşirlər ki, qayğanağın içi bişsin. Sonra iki çəngəllə çevirirlər ki, hər tərəfi eyni qaydada qızarsın. Əlavə olaraq 2 stəkan şəkər tozunu yarım stəkan suda qaynadıb bir qaşıq bal əlavə edirsən. Qayğanaq və şirə soyuduqdan sonra üzərinə əlavə edib süfrəyə verirlər. Qayğanaq ən çox yeni dünyaya gəlmiş uşaqların qonaqlığında, nişan mərasimlərində, toydan sonrakı qonaqlıqlarda, gözaydınlığı süfrələrində, habelə qonaq qarşılama mərasimlərində istifadə olunur. Qayğanaq Ordubad mətbəxinin ən sevimli yeməklərindən biridir.

Paxlava İç: 2,5 kq çəkilmiş qoz ləpəsinə 1,5 kq şəkər tozu, hil, vanil əlavə edib qarışdırırlar. Xəmiri 6 yumurta, 400 q, yaxud 2 stəkan süd aparınca un vurub yoğururlar (Yumşaq xəmir olmalıdır). Sonra kündələrə ayırırlar(14 kündə). Kündələri yağlanmış məcmeyin ölçüsündə açıb, hazır içdən hər qatın arasına yayırlar. Yanmaması üçün birinci və axırıncı qatın kündəsini bir az böyük götürürlər. Sonra paxlavanı romb şəklində kəsib üzərinə yumurta çəkib kürəyə verirlər. Paxlava soyuduqdan sonra şirəni (şirə 1 kq şəkər tozu və 0,5 litr gülabdan (qızılgül suyu) hazırlanır. Rənginə görə bir az sarıkök töküb qaynadırlar) qaynar halda üzərinə tökürlər. Paxlava nəinki Ordubadın bütün Azərbaycan mətbəxinin ən sevimli şirniyyat yeməklərindən biridir. Paxlava Azərbaycanın bir çox bölgələrində və bir çox şərq ölkələrində hazırlanır. Bunların ən məşhuru Ordubad paxlavasıdır. Novruz bayramı ərəfəsində hazırlanır. Qədim kürələrdə bişirilir. Onunla bayram süfrəsi bəzədilir. Bununla yanaşı, xeyir işlərdə də istifadə olunur.



Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.