4 minute read

Torpağın idarə olunması

TORPAĞIN İDARƏ OLUNMASI

Torpağın 4-cü ilə kimi idarə olunması

Advertisement

Cavan meyvə bağlarında tez-tez müşahidə olunan problemlərdən biri də alaq otlarına qarşı mübarizənin aparılmamasıdır. Fındıq bağını ilk dörd il ərzində alaq otlarından tamamilə təmizləmək lazımdır, əks halda meyvə bağında qida çatışmazlığı yaranacaq, nəmliyin səviyyəsi aşağı düşəcək və ağaclar günəş işığını lazımi miqdarda qəbul edə bilməyəcək. Yadda saxlayın ki, alaq otlarını yalnız fındıq bağları üçün nəzərdə tutulmuş kimyəvi dərmanlarla məhv etmək lazımdır. 1-Cİ VƏ 2-Cİ İLLƏR

3-CÜ VƏ 4-CÜ İLLƏR

• Ağacın ətrafındakı torpağı alaq otlarından 2-3 dəfə əllə təmizləmək lazımdır. • Yerdə qalan alaq otlarını frezlə və ya diskli mala ilə 2-3 dəfə məhv etmək lazımdır. • Birinci 2 il ərzində herbisidlərdən istifadə etmək məsləhət görülmür, çünki cavan ağaclar zədələnə bilər. • Ağacların ətrafındakı torpağın 20 santimetrdən dərin becərilməməsi məsləhət görülür, əks halda kök sistemi zədələnə bilər. • Əksər alaq otlarını sıfır becərmə metodu ilə məhv etmək mümkündür. Bu metodu üçüncü ildən sonra tətbiq olunur. • Alaq otlarına qarşı mübarizə aparmaq üçün fındıq bağının mövsüm ərzində 4-5 dəfə mulçalanması (mart ayından iyul ayına kimi, fındığın tökülməsindən qabaq) kifayət edir. • Mulçalama maşını 70-100 at gücünə malik olan orta ölçülü traktora qoşulur. • Cərgələrə üçüncü ildən başlayaraq herbisid səpmək olar, lakin ağacları herbisiddən qorumaq lazımdır.

AĞACLARIN BUDANMASI

Mexaniki budama

Son bir neçə il ərzində fındıq bağlarının budanması üçün müxtəlif sistemlər və texniki üsullar sınaqdan keçirilib. Qeyd etmək lazımdır ki, müasir dövrdə ənənəvi (əllə) budamanın yerini mexaniki budama tutub. Mexaniki budama işləri tənzimlənə bilən oxun üzərinə quraşdırılmış xüsusi kəsici disklərlə həyata keçirilir. Mexaniki budama sürətli və qənaətcil budama üsuludur, lakin ağacın bu yolla, yəni düz xətt üzrə kəsilməsi onun ümumi xüsusiyyətlərinə uyğun gəlmir. Ona görə də budaqların kəsilmə sürətini, dərinliyini və istiqamətini vaxtaşırı olaraq dəyişmək lazımdır. Mexaniki budama yalnız dördüncü ildən sonra, yəni ağac tam formalaşdıqdan sonra həyata keçirilməlidir. Bu dövrdə budama işlərini daha rahat idarə etmək mümkündür.

Budamadan əvvəl Budamadan sonra

3 ildən sonra 4 ildən sonra

Fındıq bağının budamadan sonrakı vəziyyəti

50 50

Mexaniki budama

Ağacı iki formada budamaq olar: • Ətraf hissənin budanması: yan budaqların kəsilməsi. • Uc hissənin budanması: yuxarı hissədəki budaqların kəsilməsi.

Mexaniki budama zamanı ağacda iriölçülü kəsik yaranır, ona görə də məhsuldarlığın azalmaması üçün il ərzində ağacın yalnız bir tərəfinin bu üsulla budanması, digər tərəfin isə növbəti ilə saxlanılması məsləhət görülür. İstənilən halda bic zoğlara qarşı mübarizə aparmaq və ağacın müəyyən hissələrini əl ilə daha dəqiq budamaq lazımdır. Budanmış hissələrə məlhəm sürtülməli və ya mis əsaslı dərmanlarla müalicə aparılmalıdır. Budama üsulunu seçərkən müxtəlif amilləri və aspektləri nəzərə almaq lazımdır, lakin ənənəvi budama xərcinin yüksək olması fermer üçün sərfəli olmaya da bilər.

51

Bic zoğlara qarşı mübarizə tədbirləri

Fındıq ağacının dibində çoxlu sayda bic zoğ əmələ gəlir. Ona görə də seçilmiş budama sistemindən asılı olmayaraq belə zoğları nəzarət altında saxlamaq lazımdır. Bic zoğların aşağıdakı mənfi cəhətləri vardır: • Ağac strukturunun formalaşmasına və inkişafına mane olur. • Ağacın enerjisini boş yerə sərf edir. • Havanın dövr etməsinə və günəş işığının yayılmasına mane olur. • Məhsul yığımında çətinlik yaradır. • Zərərverici həşəratları özünə cəlb edir.

2 İLDƏN SONRA

BİC ZOĞLAR

Bic zoğlara qarşı mübarizə tədbirləri

Bic zoğlara qarşı kimyəvi və mexaniki yolla mübarizə aparmaq olar.

ƏLLƏ TƏMİZLƏMƏ

1-ci və 2-ci illər

• Daha çox vaxt sərf olunur. • Daha çox işçi qüvvəsindən istifadə edilir.

Təmizləmə vaxtı: iyul/avqust və ya noyabr (bir dəfə).

KİMYƏVİ MÜBARİZƏ

3-cü və 4-cü illə

• Düzgün icra etmədikdə risk yaranır. • İl ərzində müxtəlif tətbiq formalarından istifadə edilir.

Mübarizə vaxtı: apreldən noyabra kimi (3 dəfə). Birinci ildə bic zoğların sərbəst inkişafına adətən yol verilir, çünki həmin dövrdə ağaca yekun forma vermək və müəyyən sayda pöhrə saxlamaq lazımdır. Bununla belə, zoğların həddən artıq çox olması bitkinin boy atmasına mane olur. İlk iki il ərzində bic zoğların əllə qoparılması məsləhət görülür, çünki kimyəvi dərmanlar cavan ağacı zədələyə bilər.

Kimyəvi mübarizədən fərqli olaraq, bic zoğların əllə təmizlənməsinə daha çox vaxt və işçi qüvvəsi sərf olunur, lakin mübarizəni bu üsulla iyuldan noyabra kimi bir dəfə aparmaq olar.

Qeyd etmək lazımdır ki, ağaca yekun formanın verilməsi çox vacibdir. Əkindən sonra ilk iki il ərzində bic zoğları dərhal məhv etmək lazımdır. Belə olduqda zoğların sayı növbəti illərdə azalır və bunun üçün işçi qüvvəsinə bir o qədər ehtiyac yaranmır.

Üçüncü ildən başlayaraq kimyəvi dərmanlardan istifadə etmək olar, lakin ağacların zədələnməməsinə fikir vermək lazımdır. Bic zoğlara qarşı kimyəvi mübarizə aparmaq üçün qeydiyyatdan keçmiş herbisidlərdən istifadə edilməldir.

• Vaxtın düzgün təyin edilməsi vacibdir: Bic zoğların hündürlüyü 5-10 sm olduqda ( zoğların oduncağı bərkimədikdə) herbisidi səpin. Oduncağı bərkimiş iri zoğları kəsib götürmək lazımdır. • Herbisidi ehtiyatla səpin ki, cavan ağacların gövdəsinə düşməsin • Hava şəraitini nəzə almaq lazımdır. Ən yaxşı nəticə buludlu havada alınır. Dərmanı küləkli havada səpmək olmaz. • Zərurət yarandıqda dərmanı apreldən oktyabra kimi (lakin 3 dəfədən artıq olmayaraq) səpin.

This article is from: