
1 minute read
Sahənin işarələnməsi və tinglərin əkilməsi
from Təsərrüfatın istehsal dövründən əvvəl qiymətləndirilməsi, meyvə bağının salınması və idarə olunması
Torpaq sahəsinin işarələnməsi (əkindən qabaq və ya sahəni hazırladıqdan sonra)
Torpaq sahəsini hazırladıqdan sonra əkin sxemini seçilmiş plana (təsərrüfatdaxili yolları, hasarlara, küləkdən mühafizə zolağına və s.) uyğun olaraq işarələmək lazımdır. Son dövrlərdə əkin sahəsini daha dəqiq planlaşdırmaq üçün GPS cihazlarından istifadə edilir. Belə cihazların sayəsində işçi qüvvəsindən və vaxtdan daha səmərəli istifadə etmək mümkündür. Tinglərin əkiləcəyi yerlərə adətən çubuq basdırılır. Növbəti bölmədə ting əkən maşınlara quraşdırılmış GPS sistemlərinin istifadəsi barədə məlumat verilib.
Advertisement
Tinglərin əllə əkilməsi (Əkin vaxtı: Noyabr-yarpaqların tökülməsi, Mart-vegetativ inkişaf)
1 2 3

Təxminən 40 sm enində və dərinliyində çala qazın. Əgər torpaq yumşaqdırsa (boşdursa), çalaları burğu aləti ilə qazmaq olar.

4
Çalanın dibinə tədricən yayılan, dənəvər gübrə və ya peyin tökün. Əgər torpaq sahəsi əkindən qabaq gübrələnibsə, çalaları gübrələməyə ehtiyac yoxdur.
5
Gübrə ilə birbaşa təmasda olan kök sistemi zədələnə bilər, ona görə də tingi əkməzdən qabaq çaladakı gübrənin üzərinə torpaq səpmək lazımdır.


Tingi əkərkən çalanın dərinliyinə fikir vermək lazımdır. Çalanı gövdənin dibinə kimi doldurun və torpağı yüngülcə kipləyin.
SAHƏNİN İŞARƏLƏNMƏSİ VƏ TİNGLƏRİN ƏKİLMƏSİ
Mexaniki əkin
Fındıq tinglərinin mexaniki üsulla əkilməsi işçi qüvvəsinə olan ehtiyacı azaldır və vaxta qənaət etmək imkanı verir. Mexaniki əkin üçün GPS sistemi ilə təchiz olunmuş xüsusi maşınlardan istifadə edilir. Avadanlığın iş prinsipi belədir: meyvə bağının seçilmiş sxemi GPS sisteminə daxil edilir, avadanlıq isə sahəyə dərin şırım çəkir, tingi çalaya buraxmaq lazım gəldikdə operatora siqnal verir və tingi əkdikdən sonra dərhal şırımı torpaqlayır.
TİNGLƏRİN MEXANİKİ ÜSULLA ƏKİLMƏSİ TİNGLƏRİN ƏLLƏ ƏKİLMƏSİ
Gün ərzində əkilmiş sahə: 5 hektar (8 saat) Gün ərzində əkilmiş sahə: 5 hektar
İşçi qüvvəsi: 10 nəfər • 1 traktor sürücüsü
İşçi qüvvəsi: 50 nəfər • Sahəni işarələmək üçün 15 işçi • Tingləri əkmək üçün 4 işçi • Çalaları qazmaq üçün 15 işçi • Tingləri daşımaq/boşaltmaq üçün 5 işçi • Tingləri əkmək üçün 15 işçi • Tingləri daşımaq/boşaltmaq üçün 5 işçi
Mexaniki avadanlıqlar gün ərzində 5 hektarlıq sahəyə ting əkə bilir. Gün ərzində eyni sahənin əllə əkilməsi üçün daha çox işçi qüvvəsi lazımdır.




