Film Fiction Magazine N33

Page 7

Klaus Kinski Əsirlikdən sonra Qərbi Almaniyaya qayıdır. Özünə Klaus Kinski ləqəbi seçir və Berlin teatrlarında səhnəyə çıxmağa başlayır. Monoloq oxumağı ilə məşhurlaşır. 1947-ci ildə ilk dəfə filmə çəkilir. Daha sonra komersial və hər cür keyfiyyətsiz filmlərə çəkilir. Sonradan etiraf edir ki, bununla pul qazanır. Təkcə 1963-cü ildə 10 (!) filmə çəkilmişdi. Kinski Fellini və Spilberq kimi rejissorlarla işləməkdən imtina etmişdi. Səbəb həmin ərəfədə keyfiyyətsiz filmlərdən gələn böyük pul təklifi idi. “Mən fahişə kimiyəm. Pulu çox olanla çıxıram” – deyirdi. 1972-ci ildə Verner Hersoq ilə əməkdaşlığa başlayır. Birlikdə çəkdikləri ilk film “Aqirre, Tanrının qəzəbi” (Aguirre, Der Zorn Gottes) idi. Kinski roluna o qədər girir ki, çəkilişlər bitəndən sonra bir neçə ay müalicə alır. Bunu aktyor özünün ən yaxşı filmi adlandırır. 1979-cu ildə əsrarəngiz İzabel Adjani ilə “Nosferatu” filmində vampiri canlandırır. 1982-ci ildə Hersoqla ikinci, başıbəlalı “Fitskaraldo” filmini çəkirlər. Bu film onların münasibətinə son qoyur. Bütün çəkiliş boyu bir-birini öldürməyə hazır olan Kinski və Hersoq xoşbəxtlikdən bu sənət əsərini tamamlamağı bacarırlar. Filmdən sonra Hersoq uzun müddət psixoloji müalicə alır.

Kinski həyatda çılğın, hətta dəlilik həddində olan şəxsiyyət idi. Tamaşaların birində narazı tamaşaçılara üzərində yanan şamlar olan kandelabranı tullayıb. Nəticədə teatr yanıb. Memuarlarında isə öz ailəsini, qardaş-bacılarını təhqir edib, Hersoqu da unutmayaraq, rejissora ölüm arzulayıb. Çətin təbiətli rejissor dörd dəfə evli olub. Dörd evlilikdən 3 övladı dünyaya gəlib və hər üçü atalarının yolunu davam edərək, aktyor olublar. 1991-ci ildə infarkt səbəbi ilə vəfat edən böyük aktyorun yasına isə övladlarından təkcə Nikolay gəlmişdi. 2013-cü ildə aktyorun böyük qızı Pola Kinski özünün “Uşaq ağzı” (Kindermund) avtobioqrafik kitabında atası ilə bağlı hər kəsi şok edən etiraflar etmişdi: “O məni özünə seksual istəkləri üçün kiçik obyekt kimi seçmişdi. Mən istəmirdim. Amma bu onun vecinə də deyildi. O, məni balış üzərinə qoyur və nə istəsə alırdı. Mən istərdim ki, siz atam haqqında həqiqətləri biləsiniz. Çünki Almaniyada insanların onu məşhurlaşdırmasından yorulmuşam”. Bacısının bu etirafından sonra mətbuata açıqlamasında Nastasya Kinski bacısını qəhrəman adlandırdı və onun bu addımını dəstəklədi. Bir müddət sonra isə hər iki bacının miras məsələsinə görə atalarından qisas alması məsələsi bu etiraflara kölgə saldı.

MƏN FAHIŞƏ KIMIYƏM. PULU ÇOX OLANLA ÇIXIRAM

7 film fiction


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Film Fiction Magazine N33 by Film Fiction Magazine - Issuu