Azerbaijan Carpets

Page 1

XALÇAÇILIQ Azərbaycan xalçaları - Şərq xalçaçılıq sənətinin bir qoludur. 2010 - cu ilin noyabr ayında UNESCOnun "Qeyri-maddi Mədəni İ rs" siyahısına salınmışdır. Təəssüf ki, dünya müzeylərində çox zaman Qafqaz, İ ran , bəzi vaxtlar hətta, erməni xalçaları adı ilə nümayiş etdirilir.

AZƏRBAYCANDA XALÇAÇILIQ TARİXİ Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçilə ri məlumat vermişlər. Sasanilə r dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etmiş, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunmuşdur. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunan ipək parçalar və r əngarəng xalçalar haqqında məlumat vermşdir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Bu cür xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərlə ri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün hazırlanan belə xalçalar "zərbaf" adlanırdı.


Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlər ə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədlə ri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat vermiş, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami və Xaqaninin (XII əsr) əsərl ərində xovlu və xovsuz xalçalar tərənnüm olunmuşdur.XX əsrin əvvəllə rinə qədər Azərbaycan xalçası dünya bazarında əhəmiyyətli mövqeyə malik olmuşdur.Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Xalça sənətinin inkişafının bir qolu "Azərxalça" İstehsalat Birliyinin(AİB) fəaliyyəti il ə bağlı olmuşdur. Digər qolu isə peşəkar r əssamlar inkişaf etdirmişlər. Onların yaratdıqları yeni ornament və çeşnilə r əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.Azərbaycan xalçaları öz texniki xüsusiyyətlə rinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: - Palas, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax.Hal-hazırda Azərbaycanda xalçaçılığın inkişafı geniş imkanlar yaradılmışdır. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (ADRM),Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU), eləcə də incəsənət yönümlü kolleclərdə tədris olunur.

AZƏRBAYCAN XALÇALARININ DÜNYA MƏDƏNİYYƏTİNƏ TƏSİRİ XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentlə ri, zərif və nəfis naxışları il ə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarınınəsərlə rində, miniatürlərdə öz əksini tapmışdır. XV əsr Niderland r əssamları Hans


Memlinqin "Mə ryəmöz körpəsi il ə " tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası",Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirl ər" əsərində "Qazax" xalçasının təsvirlə ri verilmişdir. XVIII əsrin II yarısında, xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuş və bu da müxtəlif məktəblərinin yaranmasına zəmin yaratmışdır.1872-ci ildə Moskvada "Moskva - Politexnik" sərgisində və 1882ci ildə "Ümumrusiya sənaye vəincəsənət sərgisi"ndə nümayiş etdiril ən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası vəbaşqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələ ri qızıl, gümüşmedallara layiq görülmüşdür. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (Italiya), 1913-cüildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdiril ən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət olmuşdur.

AZƏRBAYCAN XALÇAÇILIQ MƏKTƏBLƏRİ Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: 1. Quba xalçaçılıq məktəbi 2. Abşeron xalçaçılıq məktəbi 3. Şirvan xalçaçılıq məktəbi 4. Gəncə xalçaçılıq məktəbi 5. Qazax xalçaçılıq məktəbi 6. Qarabağ xalçaçılıq məktəbi 7. Təbriz xalçaçılıq məktəbi 8. Naxçıvan xalçaçılıq məktəbi

Təbriz məktəbi Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil .- Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir. «Təbriz», «Qeris», «Ləçəkturunc», «Əfşan»,«ağacalı», «Dörd fəsil».Ərdəbil qrupu isə «Ərdəbil», «Şeyx Səfi», «Sərabi», «Şah Abbası», «Mir» kimi xalçaları il ə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatmış bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətlə ri zaman keçdikçə Azərbaycandan kənarlarda da məşhurlaşmağa başladı.


Təbriz xalçaçılıq məktəbindən bəzi nümunələr - Xalça "Ovçuluq"-Təbriz, 1522-1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan - Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London - Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York - Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt - Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris - Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından - Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqlar ı Sənəti Dövlət Muzeyi, Moskva

Qarabağ məktəbi Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aranzonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında xalça istehsalında Şuşa şəhəri və Daşbulaq,Dovşanlı, Girov, Trniviz, Çanaqçı, Tuğ, Köhnə Tuğlar, Hadrutun- Muradxanlı, Qasımuşağı,Qubadlının- Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayır. Dağlıq zonayanisbətən, xammalla daha yaxşı təmin olunmuş aran rayonları- Cəbrayıl, Ağdam, Bərdə və Füzuli də xalça istehsalında əsas yer tutur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətlə ri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.


Bakı məktəbi Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan kəndlərini cəmləşdirir.Onlar parçanını yumşaqlığı, intensiv r əngləri, yüksək r əssamlıq zövqü və işlənmənin füsunkarlığı il ə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib.Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Bakı məktəbi Abşerondan kənardayerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir.Xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xil əbuta", "Xilə-əfşan","Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşidlər daxildir.


Gəncə məktəbi Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonlarınxalçaçılığına müsbət təsir göstərmişdir.Gəncə xalça məktəbinə "Gəncə xalçası", "Qədim Gəncə xalçası", "Gölkənd xalçası", "Fəxralı xalçası","Çaykənd xalçası", "Çaylı xalçası", "Şadılı xalçası", "Çıraqlı xalçası", "Samux xalçası"və s.kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək keyfiyyətinə,toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.


Qazax məktəbi ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ciil ə qədər azərbaycanlılar ın tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıqmərkəzləri aiddir. Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlə rindən olan Qazax və onun ə Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan traf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Göyçə xalçaçılıq mərkəzini Bəmbak,Ləmbalı,Icevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalçamərkəzini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələ ri əhatəedir.Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilə r xalçası", "Kəmərlixalçası", "Göyçəli xalçası", "Salahlı xalçası" və s. çeşnili xalçalar daxildir.Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XVəsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilə r" tablolarında bu xalçaların təsviri verilmişdir.


Quba məktəbi Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə-Qonaqkənd, Buduq, Qırız, Cek, Salmasöyüd və s. kəndlərində mərkəzləşmiş məntəqələ ri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalıƏmirxanlı, Xəlfələr, Şahnəzərli, Pirəbədil, Xırdagül-çiçi, Sırt-çiçi,Dərə-çiçi və s. kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərində mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının ən parlaq kompozisiyaları "QədimMinarə ", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pir əbədil", "Hacıqayıb", "Qır ız", "Cek" və s.-dir.


Naxçıvan məktəbi Qədim zamanlardan bəri Naxçıvan Azərbaycanın sənət, ticarət və mədəni mərkəzləri arasındaözünün dekorativ və tətbiqi sənətlərinə görə məşhur idi. Xalça toxuculuğu bu regionda aparıcı peşəvə kommersiya sahələrindən biri idi.Naxçıvan, Şahbuz, Ordubad və Culfa kimi yerlər əsrlə r boyu həm yun və həm də ipəkdən istifadəedərək xovlu və xovsuz xalça toxuculunun mərkəzləri idi.Qarabağda olduğu kimi burada da Dəst xali gəbə xalça dəstləri çox populyar idi və onların ümumisahəsi 20-30 kvadrat metrə çatırdı. Həmin vaxtda, Naxçıvan üçün tipik olan xalçalar həndəsi, nəbativə heyvan ornamentləri il ə uzun, ensin və zolaqlı idil ər Naxçıvanın Əjdaha (18-19-cu əsrlə ri) adlı öz zəngin və müxtəlif tərkibi il ə tanınmış xalçalarını indi İstanbulda tapmaq olar.Naxçıvan xalçalarının ölçüsü 2-dən 20 kvadrat metrə qədər dəyişir. Ölçüsü 25-30 kvadrat metrəqədər olan bəzi nəhəng xalçalar isə heç də qeyri-adi deyildir. Naxçıvan xalçalarının sıxlığı hər bir kv.desimetrdə 30x30–dən 40x40 düyünlə (bir kv.metrdə 90160 min düyün ) olur və xovlar isə 6-10 mm arasında dəyişir


Süjetli xalçalar Azərbaycanda süjetli - tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İ lk süjetli xalçalar Azərbaycanın cənub hissəsində, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativsənətin müxtəlif sahələrində işləyən rəssam - miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir. Üzərlə rində təkcə ayrı - ayrı insan fiqurları yox, həm də ziyafətlərə, ova, müharibəyə həsr olunmuş səhnələ rin təsviri olanornamental və süjetli xalçaların, bahalı ipək, məxmər və zərxara parçaların istehsalı da o dövrə aiddir. Sonralar bu səhnələr şərq klassiklə rinin poemalarından olan epizodların təsvirlə ri il ə əvəz olunmuş, elə həmin təsvirlə r də çox vaxt uyğun şeirlə rləmüşayiət edilmişdir. Süjetli - tematik xalçaların yaradılmasında məşhur rəssamlar, məsələn, XVI əsr Təbriz məktəbinin böyük miniatürçüsü Sultan Məhəmməd bilavasitə iştirak edirdilər. Bu dövrün süjetli - tematik xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin qiymətli abidəsi olub, onun öyrənilməsində zəngin faktiki material rolunu oynayır.


Ənənəyə görə, xalçanın üzərində Firdousinin, Nizaminin, Xaqaninin, Sədinin, Hafizin, Nəvainin, Xəyyamın və digər klassiklə rin poetik əsərlə rindən beytlər və rübailər yazılırdı. Çox vaxt bu sətirl ərdə müdrik kəlamlar və aforizmlər ifadə olunurdu. Sitatlar ya bir mövzuda ( məsələn, məhəbbət mövzusunda) və müxtəlif mənbələrdən, ya da bir mənbədən və müxtəlif mövzulardaolurdu. Axırıncı halda əsas fikri ifadə edən mənzum sətirl ə r kompozisiya və dekorativ vasitələ rlə nəzərə çarpdırılırdı. Sətirlə ri medaylonun - «qətəbə»nin içinə salır və mərkəzi sahədə əsas süjet səhnəsinin altında yerləşdirirdilər. Qalan medalyonlar isəara haşiyədə yerləşirdi. Mənzum kəlamın mənasına uyğun olaraq bütün süjet səhnəsi şərh edilir, ornamental naxışlar onu tamamlayır və xalçanınbədii obrazının açılmasına kömək edirdi. Ədəbi süjetləri illüstrasiya edən xalçalarla yanaşı, dini tematikaya həsr olunan xalçalar da istehsal olunurdu. Azərbaycanda ənənəvi təsvirli - «İlin dörd fəsli», «Ovçuluq»- xalçalar da istehsal olunurdu. Bu xalçalarda dəyişməyən yalnızmövzu idi. Kompozisiya r əssamın zövqünə və baxışlarına uyğun olaraq dəyişirdi. «İlin dörd fəsli» xalçasının mərkəzi sahəsi 4süjet seqmentinə bölünür. Fraqmentlərin kəsişmə nöqtəsində, adətən, medalyon yerləşir. Medalyon klassik şərqpoeziyasından götürülmüş mənzum parça və onu illüstrasiya edən kompozisiya il ə müşayiət olunur. Qalan dörd kompozisiyailin müəyyən bir fəslinin məişət şəkillə rini təmsil edir. Səciyyəvi xüsusiyyət ondan ibarətdir ki, bu kompozisiyalarda İ ranın və Azərbaycanın məşhur memarlıq binaları - Təbrizdə Göy məscid, Sultaniyədə Olcayt məqbərəsi, Ktesifon və Persopolis xarabalıqları - göstərilirdi. Xalçaların haşiyə hissəsində tarixi və əsatiri qəhrəmanlar, İran şahları təsvir olunurdu. Təbrizdə istehsal olunan süjetli xalçalar, adətən, gözəl bədii icrası il ə yanaşı yaxşı texniki keyfiyyətlə ri - yüksək sıxlığı vəalçaq xovu il ə fərqlənirdi. Daha çox ayrı - ayrı şəxslərin sifarişi il ə hazırlanan bu xalçaların istehsalında yüksək keyfiyyətli yun


iplikdən, ipək, gümüş və qızıl saplardan istifadə olunurdu. XX əsrin ikinci rübünə aid olan «İlin dörd fəsli» kompozisiyasının bir neçə variantı Bakıda Nizami adına Azərbaycanədəbiyyatı Muzeyində və R.Mustafayev adına Azərbaycan incəsənət muzeyində saxlanır.Nizami adına muzeydə həm də Füzulinin «Leyli və Məcnun» poemasının mövzusuna həsr olunmuş nisbətən kiçik ölçülü süjetli xalça saxlanır. Bu xalçada Leyli il ə Məcnunun səhrada görüşü təsvir olunur.

XIX əsrin ikinci yarısından başlayaraq Qarabağda müstəqil süjet səhnələri olan xalçalar əmələ gəldi: «Maral - ceyran», «İtlipişikli», «Atlı itli» və başqaları. «Atl ı itli» kompozisiyasında xalçanın ara sahəsi iki bərabər hissəyə bölünürdü. Yuxarı hissədə yəhəri çülla örtülmüş at, onunyüyəni və qotazlı yəhər qayışı təsvir olunurdu. At hərəkət anında, dırnaqları azca qaldırılmış halda göstərilirdi. Aşağı hissədəitin, bəzən də itl ə birlikdə xaltalı küçüyün iri təsviri verilirdi. İtin başı, adətən, yandan təsvir olunurdu. İtin böyük qulaqları vəbeli tünd r əngdə, burnu, sinəsi və ayaqları ağ rəgdə olurdu. At və it təsvirləri üfiqi xətt boyunca üç dəfə təkrarlanırdı.Xalçanın ara haşiyəsi çiçək naxışlardan ibarət idi.Şirvanda toxunan və ov səhnəsini təsvir edən xalça bu xalçaların dekorativ keyfiyyətləri barədə tam təsəvvür verir. Bunümunədə ara sahənin künclərində kvadratın içinə salınmış xoruzun - xeyir müjdəçisinin təsviri verilir. Toxucu xoruzun hərlə ləyini, parlaq quyruğunu zəngin ornamentlərlə canlandırır. Kompozisiyanın mərkəzində ovçunun at üzərində fiquru göstərilir. Bir qədər qaldırılmış sol əlin yanında qızılquş təsviri toxunur və bu təsvir simmetriya məqsədilə solda güzgü əksində təkrar olunur. Fiqurların ətrafında şərti tərzdə peyzaj toxunmuşdur. Yaraşıqlı çulun və yəhər qayışın ətraflı təsvirixüsusi maraq yaradır. Burada toxucu qotazlara qədər hər bir naxışı nəzərə çarpdırır.«Yusif və Züleyxa», «Rüstəm və Zöhrab», «Üç padşah» süjetli xalçaları da qeyd etmək lazımdır. Onlar Qarabağ xalçaçılığının texniki mükəmməlliyini və yüksək ikişaf səviyyəsini təsdiq edir.Təqribən XIX əsrin ikinci yarısından başlayaraq təsadüfi xarakter daşıyan süjet təsvirli xalçalar yaranır. Belə ki, bəzi nümunələrdə realist tərzdə şərh edilmiş çiçəklərlə, xüsusilə qızılgüllərl ə yanaşı toxucuların reklam xarakterli müxtəlif şəkillərdən, gətirilmə malların etiketlərindən müxaniki surətdə köçürülmüş təsvirlə ri rast gəlir. Bəzən xristian müqəddəslərinhəyatından səhnələr və pul vahidlərinin təsvirl əri göstərilir. Rusiya il ə sıx ticarət əlaqələrinin müəyyənləşməsi nəticəsindəxalça istehsalı il ə məşğul olan bəzi rayonlara, məsələn, o dövrün inzibati ticarət


mərkəzi Şuşaya reklam şəkillə r və rus əskinasları gətirilmişdi. Şübhəsiz, bu növ «bədii» məmulatlar xalq sənətinin təbiətinə yad ünsürlər kimi öz gələcək inkişaflarını tapa bilmirdilər Rəssam Hans Holbeynin "Elçilə r" əsərində Qazax xalçasının fraqmenti. 1533-cü il.

Bitki naxışları

Buta naxışları


Həndəsi formalar

İnsan təsvirləri


Haşiyələr

Çində xalçalarda ə jdaha təsvirinə daha çox rast gəlinir


Azərbaycan xalçasında isə at təsvirinə daha çox rast gəlinir


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.