Tariximiz poetik etudlerde - Habibulla MANAFLI

Page 99

Bu rejim əsgər süngülərilə Azərbaycanda bərqərar olduğu 1920-ci ildən etibarən torpaqlarımızı hissə-hissə, oba-oba Ermənistana verməyə başladı. Həmin proses 1920-ci ilin dekabrında Zəngəzurun Ermənistana “bəxş edilməsi ilə” başlandı. Məhz Sovet höküməti 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu verməklə erməni separatizminin gələcək inkişafı üçün münbit zəmin yaratdı. 1947-1953-cü illərdə 150 min soydaşımız Ermənistan adlandırılan, əslində isə tarixi Azərbaycan ərazilərindən, öz ata baba yurdlarından sürgün olundular. 1964-cü ildə SSRİ Ali Sovetinin sədri kimi yüksək vəzifə tutan kommunist daşnak A. Mikoyan o zaman kommunist rejiminin başında duran N. Xruşşova Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi xahişi ilə müraciət edib. Lakin bu üzdəniraq təşəbbüsün xoşagəlməz sonluqla nəticələnəcəyindən ehtiyatlanan N. Xruşşov ona mənfi cavab verib. Azərbaycanda tarixi həqiqətlərdən bəhs edən hər hansı əsərə veto qoyulduğu halda (buna misal olaraq Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasını, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını, “Köklər və budaqlar” şeirlər kitabını İsa Qəmbərin “Köhnə bayatılar və yeni əfsanələr” adı ilə Z. Balayanın “Ocaq” kitabına cavab olaraq yazdığı əsəri və b. göstərə bilərik.) Zori Balayanın xalqımıza, ümumiyyətlə türk mənşəli xalqlara nifrət püskürən “Ocaq” adlı cızmaqarası 1984-cü ildə, “Yol” adlanan cəfəngiyyatı isə 1988 - ci ildə kifayət qədər yüksək tirajla çap olundu. 1988-ci ilin fevralında Dağlıq Qarabağda bu ərazinin Ermənistana birləşdirilməsi tələbilə imza toplanması kompaniyasına və Azərbaycan türklərinin öz tarixi vətənlərindən - İrəvandan Vedidən, Göyçədən, Zəngəzurdan, Dilicandan, Gümrüdən qeyri adi vəhşiliklə qovulmasına göz yumulduğu halda, bütün bu qanunsuzluqlara son qoyulması tələbilə Azərbaycanda 1988-ci ilin noyabrında başlanan etiraz hərəkatı zorakı tədbirlərlə boğuldu. 1988-ci ilin martında Moskvada imperiya rəhbərliyi Qarabağ ermənilərinə müstəsna imtiyazların verilməsini nəzərdə tutan “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial iqtisadi inkişafının sürətləndirilməsi haqqında” adlı xüsusi qərar


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.