Tariximiz poetik etudlerde - Habibulla MANAFLI

Page 143

Qovuşdurma, barışdırmaq bizi eyni-kəramətdir. Nemis millətlə fəxr eylər, bizə məchuldur millət! Firəng fövmündən ayrılmaz, bizə mənfurdur millət! Yapon milli tərəqqidə, bizə çox cövrdür millət! Olar madər1 sanır qovmün, bizə bir gordur millət! Olar qurban verir qövmə, bizə millət nə hacətdir? Cahanın ol güruha millətidir mərkəzi bişəkk, Bizə mərkəz deyil, aləm özü qurbanımızdır tək! Nə əyandan, nə alimdən, nə başqa sinifdən seçsək, Iki adam tapılmaz bizdə olsun yekcəhət-yekrəng!.... Bu ziddiyyət, bu keyf məyəşa milli dəlalətdir! Bu nəfsaniyyəti hifz etməyə qalxandır millət, Bu nəfsaniyyətə bişəkk verən qurbandır millət, Budur bizdə olan məslək, belə talandır millət! Nifaqı, zülmə yox sərhəd, tamam giryandır millət, Rəyasət, mənfəəti-şəxsi bizə amal, adətdir. Neçün hürriyyətə bizzat2düşmənlik edir əyan? Nasıl etməz ki, istibdad qılmış onları xaqan! Qılınc, qamçı qoparsın nalı, qoy fəxr eyləsin şeytan, Qayıtsın əsri istibdad, olsun yurdumuz viran, Yetişsin bir neçə adam muradına... ədalətdir! Nəcabət bizlərə məxsus olan xislətdir, ey qafil, Sədaqət, rəhm, insafü ədalət türklərə şamil... Buna hökm eyləyir düşmən, bunu isbat edir aqil, Necə bədbəxt adamsan ki, “öz məqsudimə nail olum” deyirsən, düşünmürsən ki, bu milli cinayətdir?! Ayıl, ey zadei-millət3 Ey əyan! Ey müəllimlər.... Yaxışmaz sizlərə qəflət! Keçirsən fürsəti, kimlər Görün meydan oxur: “Türk aləmində olmasın türklər”? Rəvadırmı bugündən sonra bir də qəflət etsinlər O kəslər ki düşünmüşlər ki, böhrani-siyasətdir? Xoşa, Osmanlı imdi bu mərəzdən salim4 olub, Vətən divanəsi... millət yolunda xadim olub... Nicatın sirrini bulmuş, ayrılmış, qaim5 olub, 1

ana şəxsən özü 3 millət oğlu, övladı 4 sağlam, nöqsansız, doğru, dürüst 5 birinin yerini tutan, bərk, möhkəm, dik duran 2


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.