Tariximiz poetik etudlerde - Habibulla MANAFLI

Page 134

Ş.C.Əfqani öz təlimində elmə, maarifə və mədəniyyətə çağırış dini olan İslamı səhv təfsirlərlə təhrif edib, onunla elm arasında əksliklərin yaranmasına səbəb olmuş, saxta əlavələrlə mahiyyətinə xələl gətirmiş pozğun “üləma”lərı ifşa etməklə

bahəm, ümməti elmə yiyələnməyə çağırıb. O, müsəlman xalqlarının

qərbin müstəmləkə əsarətinə düşməsinin və digər ictimai məzmun kəsb edən bəlaların səbəbini elmsizlikdə görüb və məhz buna görə hərarətli çağırışlarında onları elmləri mənimsəməyə səsləyib. Bu konsepsiyada müsəlman ölkələrinə xas olan İslam təəssübkeşliyi Qərbin, eləcə də Rusiyanın şərqə qarşı yönələn ekspansiyasına son qoymaq üçün ən mühüm vasitələrdən biri kimi dəyərləndirilib. Buna əmin olmaq üçün Ş.C.Əfqaniyə məxsus olan aşağıdakı fikrə diqqət yetirək: “Qərb dünyası azadlıq maskası taxaraq müsəlman Şərqindəki təəssübü pisləyir, çünki müsəlmanların dini etiqadını onların arasında ən möhkəm peyvənd kimi tanıyırlar, ona görə də dini təəssübə qarşı müxtəlif ad altında bu peyvəndi və bağı süstləşdirməyə çalışırlar. Halbuki avropalılar özləri daha çox dini təəssübə mübtəla olublar. 14 M.Ə.Rəsulzadə müsəlman təəssübkeşliyi kimi qələmə verilən həmrəyliyin öbyektiv səbəblərini göstərərək bildirmişdir ki, bütün İslam millətləri şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə, ortaq bir mədəniyyətə malikdir. Əslində bütün bu fikirlər toplum halında qərbin müsəlman xalqlarına qarşı yeritdiyi müstəmləkəçilik siyasətinin önlənməsinə xidmət edən özünümüdafiə konsepsiyası idi. Qayə baxımından mütərəqqi mahiyyətə malik olmasına rəğmən qərəzli münasibət ucbatından “pantürkist”, “panislamist” epitetlərinə məruz qalaraq mürtəce nəzəriyyə kimi təqdim və təlqin olunub. A. Əfəndizadənin poetik fikirləri mahiyyət etibarı ilə milli vəhdətin təmin olunmasına xidmət edən bu təlimin təməl prinsipləriylə üst-üstə düşür. O, Qərbi Avropa dövlətlərinin, həmçinin Rusiyanın işğalçılıq siyasətini təcavüzə məruz qalan Şərq xalqlarının mövqeyindən tənqid edib. Eyni zamanda müsəlman xalqlarını sayıq olmağa çağırıb. Tarixi seyr elə gör, bir nə edibdir düşmən.... İmdi tədbiri nədir, aləmi hay-hayə salıb.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.